Azərbaycan dili təlimində innovativ elmi metodlardan istifadə Ģagirdlərin idraki bacarıqlarının yüksəldilməsi vasitəsi kimi
113
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022
students. This is one of the highlights being the focus of interactive. The second task is to achieve the
duration of cognitive activity. Mechanisms that provide cognitive activity in the learning process include:
creating a problem situation in
the process of active learning; mutual dialogue and cooperation; student-
researcher, guidance and psychological support for teachers, the formation of respect and trust.
There are different ways of the emergence of cognitive and internal needs. Students' interest in new
knowledge increases due to the appeal to existing knowledge and skills. This motivates students to search.
To achieve this goal, it is necessary to choose suitable teaching methods.
Teaching methods must be
consistent with the objectives. The applied teaching methods and techniques form students' understanding,
logical and creative thinking, skills and abilities of independent work.
Key words:
innovative scientific methods, cognitive activity, learning content, types of speech activity,
content standards
Azərbaycan dili dərslərində fəal/interaktiv
təlim texnologiyalarından istifadə Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının və
fənn kurikulumunun tələblə-
rinə uyğun olaraq tətbiq edilən mühüm yenilik-
dir. Şagirdlərin yaradıcı düşünməsini, biliklərə
sərbəst yiyələnməsi qabiliyyətini inkişaf etdir-
mək üçün təlimedici, tərbiyəedici və inkişafetdi-
rici funksiyaları özündə ehtiva edən
təlim texno-
logiyalarından istifadənin səmərəsi inkaredil-
məzdir. Təlimin məzmununu mənimsəməyə
müvəffəq olmaq üçün şagirdlərdən yeni metod-
lardan səmərəli istifadə bacarığı tələb olunur.
Bu da onlarda yüksək idraki fəallığı təmin edir.
Şagirdlərin idrak fəallığının təmin edilməsi fəal
/inteqrativ dərsdə diqqət mərkəzində saxlanılır.
Bu məsələ iki cəhətdən maraq doğurur. İdrak
fəallığının yaradılması məsələnin bir tərəfidirsə,
onun davamlılığına nail olmaq problemin digər
bir tərəfidir. Bu mənada, idrak fəallığının yara-
dılması işin bir tərəfidir. Yaradılmış fəallığın
dərsin bütün mərhələlərində, məqamlarında sax-
lanılması və davamlılığı zəruridir.
Təlimdə id-
rak fəallığının təmin edilməsi
problemli vəziyyə-
tin yaradılması; dialoq və əməkdaşlığa önəm
verilməsi; şagirdin tədqiqatçı, müəllimin bələd-
çi olması və psixoloji dəstək: hörmət və etibarın
yaradılması
mexanizmləri ilə təşkil olunur.
Azərbaycan dili dərslərində şagirdlərdə
idraki maraq, problemin həll olunması üçün da-
xili tələbatın yaradılması yollarının müxtəlifliyi
mövcuddur. Mövcud bilik və bacarıqlara istinad
etməklə şagirdlərdə yeni biliyə tələbat yaranır.
Bu, şagirdləri axtarışlara sövq edir. Mövcud və-
ziyyətin təşkili müxtəlif üsul və metodlar vasitə-
si ilə reallaşdırılır. Bu zaman məqsədə nail olaq
üçün müvafiq təlim metodu seçilə bilər. Bu va-
sitədən məqsədyönlü istifadə edilməsi zəruridir.
Təlim prosesində təlim metodlarından necə gəl-
di
istifadə etmək yox, onları təlim məqsədinə
uyğun seçmək lazımdır. İnteraktiv metodlarla
məqsədə daha tez və səmərəli şəkildə nail ol-
maq mümkündür. Metodun seçilməsi zamanı bir
sıra şərtlər nəzərə alınmalıdır. Seçilmiş metod
şagirdlərdə problemli məsələləri həll etməyə tə-
ləbat yaratmalı, onlara fikirləşməyi öyrətməli-
dir. Burada şagirdlərin yaş həddinin gözlənilmə-
si, məktəbin maddi bazası və müəllimin öz şəxsi
hazırlığı da nəzərə alınmalıdır. Bunlarla yanaşı,
Azərbaycan dili dərslərində bu və ya digər inter-
aktiv metodun seçilməsində təlim materialları-
nın
xarakteri, gözlənilən şagird nailiyyətləri ki-
mi amillər də mütləq nəzərə alınmalıdır. Gözlə-
nilən nailiyyətlərinin əldə edilməsi üçün istifadə
olunan üsul və metodlar şagirdlərdə oxuduğu
mətni qavramaq, məntiqi və yaradıcı düşünmək,
ümumiləşdirmək və onlarda sərbəst işləmək ba-
carıq və vərdişləri formalaşdırır.
Azərbaycan dili fənn kurikulumunda təlim
ənənəvi təhsildən fərqli məzmun kəsb edir. Yeni
yanaşmada əsas məqsəd dilin daxili quruluşunu
əks etdirən çoxsaylı tərif və qaydaların mənimsə-
nilməsi deyil, başlıca məqsəd hərtərəfli nitq ba-
carıqları formalaşdırmaqdır. Azərbaycan dilindən
sistematik kursda
nitq mədəniyyəti kurikulumu
metodikanın səmtini nitq inkişafına doğru yönəlt-
mişdir. Təlimdə düzgün və dəqiq, aydın və səlis,
eləcə də ifadəli oxumaq, yazmaq və danışmaq
məqsədi ilə fonetik, leksik, qrammatik və üslubi
normaların mənimsənilməsi nitq inkişafı metodi-
kası hesab edilir. Mətn üzərində iş məlumatları
mənimsəmək bacarığını formalaşdırmağa hesab-
lanır. Mətndəki biliyin, informasiyanın
yadda
saxlanılması vacib deyil, onlardan qiymətləndir-
mə obyekti kimi istifadə edilmir. Belə ki, şagird-
lərin diqqəti rabitəli nitq materialı üzərində cəm-
lənir; vasitə xarakterli mətnə görə dinləməyi, an-
lamağı, danışmağı bacarır, bununla yanaşı onlar-