Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 4,68 Mb.
səhifə4/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   2   3   4   5   6   7   8   9   ...   42
«DƏDƏ QORQUD”LA MƏNƏVİ

BAĞLILIQLAR*
Ədəbiyyatın inkişaf qanunauyğunluqlarından biri onun folk­lora, öz ilkin mənbəyinə daha fəal şəkildə müraciətidir. Folklor – xalqın bədii təfəkkürünün məhsulu olan yaradıcılıq nümunələri ədəbiyyatın dərin, daxili qatlarına nüfuz edir, əsər­lərin quruluşuna və ideya konsepsiyasına təbii surətdə daxil olur. Belə bir cəhət çox səciyyəvidir ki, son illərdə ədəbi tən­qidin diqqət mərkəzində dayanan əsərlərin çoxunun ideyasına və poetikasına folklorun qüvvətli təsirini, folklor ünsürlərinin daxil olmasını görürük.

Ədəbiyyatda folklor təfəkkürünə müraciət, əlbəttə, yeni sə­ciy­yə deyil. Bu, ədəbiyyatın xalq şifahi bədii sözü ilə onun ənə­nə­vi bağlılığı kimi izah oluna bilməz. Bu bağlılıq, bu təsir ədəbiy­yatın böyük bəşəri vəzifəsindən – insana öz insani bor­cu­nu dərk etdirmək, əzəli bəşəri sərvətləri təsdiqləmək sə­yindən irəli gəlir.

Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyasında “Dədə Qorqud” eposu ilə səsləşən cəhətlərin meydana çıxmasını da bununla izah etmək lazım gəlir.

Xüsusən də müasir poeziyamızın dil xüsusiyyətləri ilə folklorumuzun qədim nümunəsi olan “Kitabi-Dədə Qorqud”un dili və poetikası arasında olan əlahiddə yaxınlıq və oxşarlıq, hətta eyniyyət müasir poetik dilin, poetik təfəkkürün tarixi kök­lərini və mənbələrini aydınlaşdırır. Bu kökü və mənbəni mənimsədikcə, onunla təması gücləndirdikcə müasir bədii dilin ifadə imkanları, obrazlılıq xüsusiyyətləri də zənginləşir və dərinləşir. Belə bir xüsusiyyətin 60-cı illərin poetik prosesində daha qabarıq surətdə meydana çıxdığını və inkişaf etdiyini müşahidə edirik.

Poeziyamızda sözlərin qoşa şəkildə işlənməsi xüsusiyyəti var. Məlumdur ki, “Dədə Qorqud” şeirlərində də bu cəhətə tə­sadüf edilir və sözlərin belə formada işlənməsi şeirdə mə­nanın, obrazın emosional təsirini artırır, kəskinləşdirir.

-------------------------------



*Məqalə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının 1988-ci il 1-ci nömrəsində yayınlanmışdır.

Məsələn:

Çığnam-çığnam qayalardan

çıxan su,

Böyük-böyük ağac gəmilər

oynadan su.

…Gumbur-gumbur nağaralar

çalındı ol gün.

Burması altın tunc borular

çalında ol gün.


Xalq şairi R.Rza “Dədə Qorqud”un poetikasından gələn bu xüsusiyyətə şeirlərində çox geniş yer vermişdir. Onun elə şeirləri vardır ki, qoşa sözlər bu şeirlərin dil quruluşunda çox mühüm cəhətdir. Məsələn, “Dinc oturun, ağalar” belə şeir­lər­dən biridir. Burada R.Rza “insanlar şəhər-şəhər”, “körpələr axın-axın”, “səhərlər nurlu-nurlu”, “zəmilər sünbül-sünbül”, “tor­paqlar əkin-əkin”, “üfüqlər nəğmə-nəğmə” və s. şəkildə ifa­­dələrə müraciət etmişdir.

Şair bu ifadələri işlədərkən onların misradakı məna və funksiyasına görə müəyyən dəyişikliklər də edir. Məsələn, aşa­ğıdakı parçada olduğu kimi:


Deyirsən

şəhər-şəhər insanlar,

məktəb-məktəb uşaqlar

dəstə-dəstə cavanlar

qoynu məhəbbətli,

gecəsi gündüzü

şirin söhbətli

necə evlər, ocaqlar,

nəğmə-nəğmə küçələr,

bulaq-bulaq yarpaqlar

dinc əməkli gündüzlər, gecələr

bürünsün ölüm sükutuna.

Diqqət etsək, görərik ki, R.Rza bu şeirdə adət etdiyimiz söz­ləri qoşa şəkildə işlətmişdir. Başqa sözlə, o, bu cür formaya şüurlu olaraq müraciət etmişdir. Ancaq məsələ bundadır ki, onun sözləri qoşa işlətməsi formal xarakter daşımır, çünki söz­lərin bu şəkildə düzümü şeirin ümumi ruhu və poetik vəzi­fə­sinə tabe tutulmuşdur.

Biz sözlərin misrada qoşa şəkildə işlənməsinə başqa şairlə­rimizin də əsərlərində təsadüf edirik:


Dodaq cadar-cadar, qəlb oyuq-oyuq,

Tarix yaşamışam həsrətdən bəri.

(B.Vahabzadə).


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin