Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


TÜRK DÜHASININ İFADƏÇİSİ HƏZRƏT



Yüklə 4,68 Mb.
səhifə14/42
tarix30.12.2021
ölçüsü4,68 Mb.
#17494
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
TÜRK DÜHASININ İFADƏÇİSİ HƏZRƏT

MEVLANƏ CƏLALƏDDİN RUMİ
Mevlanə müsəlmanlığa türk ruhuna intidah (tətbiq)

etdirən böyük bir reformaçıdır.

Mevlanəlinə gəlincə, o tamamən dönərək ayaqda və hərəkət edərək

Allaha yaxınlaşma fikri, türk dühasının ən təbii ifadəsidir.

Nə zaman Konyaya gələcək olsam, içimdə bir həyəcan duyurum.

Hz. Mevlanə düşüncələriylə mənliyimi sarır.

O, çox böyük bir dahi, çağları aşan bir yenilikçidir”.

(Mustafa Kamal Atatürk)
İndiki Əfqanıstan sərhədləri içərisində olan 1207-ci ildə Bəlx şəhərində dövrünün müsəlman ilahiyyətçiləri içərisində çox tanınan Vahaəddin Vələddinin ailəsində dünyaya gəlib, 1273-cü ildə Konyada vəfat edən Mevlanə Cəlaləddin Rumi bö­yük sufi, təsəvvüf ədəbiyyatının ən böyük şairlərindən biridir. Əsl adı Məhəmməd Cəlaləddindir. Mevlanə öz döv­rün­də ona ve­rilən din böyüyü, haqq aşiqi mənasına gələn bir ləqəbdir. Ru­mi isə Anadoluda yetişdiyi üçün ona verilən ədəbi təxəllüsdür.

XIII əsr türk islam aləminin yetişdirdiyi ən parlaq sima­lardan biri olan Mevlanə Cəlaləddin Rumi ədəbiyyat tari­xində 5 böyük əsəri ilə məşhurdur. O, nəzm şəklində yazılmış 6 cildlik 5700 beytlik “Məsnəvi”si, 40 min beytlik qəzəl və rübailərindən ibarət “Divani-Kəbir”i öz dövrünün tanınmış şəxsiyyətlərinə yazdığı 147 məktubdan ibarət “Məktubat”ı, ərəbcə və farsca söylədiyi 7 xüt­bədən ibarət “Məcalisi-Səba”sı, şairin düşüncə və hürr sözlərindən ibarət nəsrlə yazılmış “Fiti-mafihi” kimi bir-birindən dərin və mü­kəmməl olan əsərləri ilə dünya korifeyləri sırasında adı hörmətlə çəkilən böyük şair, alimdir. Rumi əsərlərini farsca yazmasına bax­mayaraq, yazı­la­rında “Əsləm türkəst, əgərçe hindu guyəm” (farsca yazmağıma baxmayın, əslim türkdür) deyir.

Mevlanə şeirlərindəki təməl görüş, onun özünəməxsus bir təsəvvüf görüşündə toplanır. Bu təsəvvüf “tək varlıq, ilahi eşq, insan sevgisi” kimi başlıca mövzuları əhatə edir.

“İnsanı sevmək Allahı sevməkdir” – böyük Mevlanə türk millətinin ruhuna böyük bir insan sevgisi aşılayır.


Gəl! Gəl! Nə olursan, ol, gəl!

Kafir, bütpərəst, atəşə tapan, mecusi olsan da gəl!

Yüz kərə tövbəni pozmuş olsan da gəl!
Bizim qapımız ümid qapısıdır, nasılsan, öylə gəl! – deyərək in­sanlığı sülhə, ədalətə, əmina-amanlığa, bərabərliyə, humanizmə ça­ğırır. Allah eşqini ruhunda daşıyan ünlü türk sufisi Mevlanə Cə­laləddin Rumi türk millətinin ruhuna dərin bir Allah eşqi aşılayan misralarında həqiqi eşqin Allah eşqi ol­duğunu ifadə etmişdir.
“Allah insana şah damarından daha yaxındır”.

“İnsanın gerçək qidası Allah sevgisidir”.

“Anamız eşq, babamız eşq,

Eşqdən doğulduq, eşqiz biz”.

“Bütün eşqlər ilahi eşqə körpüdür”.

“Mən o varlığa qulam ki, onun qulu, köləsi eşqdir”.

“Eşqi seç ki, sən də seçilmiş bir insan olasan. Bil ki, sənə ən sağlam fikri eşq verir”.

Onun kəlamları bu gün də öz dərinliyi, maarifçiliyi, tər­biyəvi, dini-dünyəvi əhəmiyyətini saxlayan müdrik kəlam­lardır:

“Ağıl ikidir. Birincisi çalışılaraq qazanılan ağıldır. Onu məktəblərdəki cocuq bilik əldə etməklə qazanır. O biri ağılsa Allah ehsanıdır, onun qaynağı can içindədir.

“İnsanın qolu-qanadı ağıldır”.

“Ağıl gizlidir, görününcə başqa bir aləmdir”.

“Cənnətin 8 qapısı vardır. Bunlardan biri tövbə qapısıdır. O biri qapılar açılar, örtülər. Tövbə qapısı isə daima açıqdır, əsla örtülməz”.

“Neçə insanlar gördüm, üzərində əlbisəsi yox, neçə əlbisə gördüm, içində insan yox”.

“Fikir ona deyirlər ki, bir yol açsın. Yol ona deyirlər ki, bir gerçəyə ulaşsın”.

“Sevgidə günəş kimi ol”.

“Dostluqda, qardaşlıqda axar su kimi ol. Xətaları görməkdə gecə kimi ol”.

“Öfkədə ölü kimi ol. Hər nə olursan ol, ya olduğun kimi ol, ya da göründüyün kimi ol”.

“Başqalarının qüsurunu örtməkdə gecə kimi ol”.

“Özünü nəfsində ara”.

“Pir ağıl piridir. Pirlik saçın-saqqalın ağarması ilə əldə edilə bilməz”.

“İnsanı sevmək Allahı sevməkdir”.

“Dünyanı görmək üçün gerçək gözə ehtiyac vardır”.

“Ayran kasam önümdə olduqca, kimsənin balını düşün­mürəm”.

“Cahil insanın yanında kitab kimi səssiz ol”.

“Pis ilan insanın yalnız canını alar, pis dost isə insanı cəhənnəmə aparar”.

“İnsan ruh, ağıl və sevgi üçbucağıdır”.

“Sənin gözündəki işığın da könül işığıdır, göz işığı könül­lərin işığından meydana gəlir”.

Həzrət Mevlanənin əsərlərində, xüsusən “Divani-Kəbir”in­də musiqi, nəğmə, çalğı alətləri haqqında bir-birindən qiymətli fikirləri mövcuddur. Onlardan bir neçəsi:

“Aşiqlərin könüllərindəki sirri çalğıçıdan duyun. Onun fər­yadı ilə bərabər könüllərin çevrəsində dönün-dolaşın”.

“Doğru sözlü, doğru işli dostsan, rast makamından çal ki, Hicaza gələsən”.

“Uşşakı Hüseyn rərdəsindən topla, busəlik maye pər­dəsiylə könülləri aç”.

“Ey məna cəngini çalanlar, könülləri sizə susamış olduqları gözəlim nəğmələrlə bir xeyli suvardınız”.

“Mizrab vurulmadıqca heç bir çalğıda zövq-nəşə yox­dur”.

“Heç bilmirsən rahab nə deyir? Göz yaşlarıyla yanıb qov­rulmuş ciyərlərlə nələr söyləyir? Deyir ki, ətindən uzaq düş­müş bir dəriyəm, necə ağlamayım, necə dərdlənməyim ayrılıqdan”.

“Rahab eşq qaynağıdır, arkadaşların eşqi – dostudur. Ərəblər də buluta rahab demişlər: Bulut necə gülü, gül bağ­ça­sını sularsa, rahab da könüllər qidasıdır”.

“Ney nəva makamını tapıb bu səsi üfür: Fəryad! Səssiz­lik­dən, nəğməsizlikdən”.

“Üçtelli sazı çal. Mən biriylə ulaşdım, ikilikdə bulunma. Ya rahabi pərdəsindən çal, ya qurtuluş pərdəsindən əzgilər söylə”.

Türk tarixinin, ənənə və inanclarının bir parçası olan “Sə­ma” Həzrət Mevlanənin ilhamı ilə yaranmışdır. 7 bölümdən iba­rət olub, hər bölümün də ayrı bir mənası olan “Səma” əy­lən­cə musiqisi deyil, dini rəqsdir, bir zikr ibadətidir. Səma­zənlərin qollarını iki yana açıb dönərək etdikləri zikr iba­dət­lərində əsas fiqurlar əllər və ayaqlardır. Qolları çarpaz bağ­la­ya­raq, gö­rü­nüşündə “bir” rəqəmini təmsil edən səmazən, beləcə Allahın birliyini təsdiq etməkdədir. Ən çox görülən və tək­rarlanan fi­qur isə sağ əlin yuxarı, sol əlin aşağı olasıdır. Bunun mənası isə “Haqqdan alıb, xalqa vermək, torpaqdan hasil olub, Haqqa va­sil olmaqdır. Səmazən sağdan sola qəlbin ətrafında dönərək bütün insanları, bütün yaradılışı sevgi ilə, eşqlə qucaqlayır, insanların mənəvi səyahətini - “merac”ını təmsil edir.

Həzrət Mevlanə “Divani-Kebir”də səma nədir? – sualını belə ifadə edir. “Səma nədir?” Könüldəki gizli ərlərdən bir salamdır. Qərib könül, onların xəbərləri gizlicə dincəlir, rahata qovuşur”.

Göründüyü kimi, böyük sufi Mevlanənin yaradıcılığı, onun təsəvvüfü düşüncələri gözəl əxlaqdan ibarətdir. Çünki o, bir könül tərbiyəçisidir. Həzrət Mevlanənin təsəvvüfündə həyatın ilhami eşqdir. İslam fəlsəfəsindəki sevgini, barışı təlqin edən xalq filosofu Cəlaləddin Rumi yalnız öz dövrünün deyil, sonrakı dövrlərdə də qüdrətli təsəvvüf şairi sayılır.

Həzrət Mevlanənin dərin fəlsəfi əsərləri dünyanın bir çox dil­lərində tərcümə edilmiş islam düşüncə tərzinin fəlsəfəsini dünyaya tanıtmışdır. Təsadüfi deyildir ki, YUNESKO 2007-ci ili qüdrətli türk mütəfəkkiri Mevlanə Cəlaləddin Rumi ili elan etmişdir.


Yüklə 4,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin