Ədədin sıra və miqdar qiyməti. Böyük qrup uşaqları ilk dəfə sıra saylarından istifadə etməyi öyrənirlər. Çox vaxt uşaqlar sıra və miqdar sayını qarışdırırlar. Miqdar sayı neçə? sualına cavab verərək əşyanın qrupda sayını, sıra sayı isə əşyanın başqa əşyalar içərisində növbəsini, yerini bildirir və neçənci? sualına cavab verir.
Uşaqlar çox vaxt neçənci? və hansı? sualını qarışıq salırlar. Hansı? Sualı əşyanın keyfiyyətini bildirir.
Uşaqlar öyrənirlər ki, miqdar sayında əşyaları hansı istiqamətdə saymağın əhəmiyyəti yoxdur. Lakin sıra sayında sayma istiqamətinin böyük əhəmiyyəti var. Tərbiyəçi eyni bir əşyaları müxtəlif istiqamətdə saymaqla bunu nümayiş etdirir. O aydınlaşdırır ki, məs. 7 bayraq içərisində göy bayraq soldan sayanda beşinci yerdə, sağdan sayanda isə üçincü yerdədir.
Say materialı olaraq olaraq, əvvəlcə rəngi, yaxud ölçüləri ilə fərqlənən eynicinsli əşyalardan. Məs.Müxtəlif rəngli bayraqlardan, yaxud dairələrdən. Müxtəlif hündürlükdə yolkalardan vəs.sonralar isə müxtəlif növ əşyalardan, oyuncaqlardan ictifadə edirlər.
Kombinəedilmiş çalışmaların xüsusi əhəmiyyəti var, bu çalışmalarda sıra ilə saymaiki və daha çox əşyalar toplularının tutuədurulması, həndəsi fiqurların qruplaşdırılması. əşyaların ölçülərinə görə düzülməsi ilə uzlaşır.
5. Qonşu ədədlərin müqayisəsi. Qonşu ədədlərin müqayisəsi, onların hansının böyük, hansının kiçik olmasını təyin etmək deməkdir, əyani materiala istinad edərək,uşaqlar qonşu ədədləri artıq müqayisə etməyi qismən bacarırlar. Həmin təsəvvürü dərinləşdirmək vacibdir.
Konkret misallar üzərində uşaqlara qonşu ədədlər arasındakı əlaqələrin dəyişməzliyi açılır. Başlanğıcdan göstərirlər ki, “böyükdür”, “kiçikdir” anlayışları nisbi anlayıçlardır. Hər bir ədəd (vahiddən başqa) müqayisə olunduğu ədəddən asılı olaraq ondan ya böyük, ya da kiçikdir. Məs.3>2, lakin 3<4
Qonşu ədədlər arasında fərq münasibətlərinin müəyyənləşdirilməsi uşaqları həmin ədədlər arasında qarşılıqlı tərs əlaqələrin dərk edilməsinə gətirib çıxarmağa imkan verir.
Uşaqlara 5 dairəsində bütün ədədləri müqayisə etməyi öyrədirlər. Işə 1 və 2 ədədlərini yox, 2 və 3 ədədlərini müqayisə etməkdən başlamaq məqsədəuyğundur. Ədədlərin müqayisəsi üçün əsas əşyaların 2 qrupunun tutuşdurulması ola bilər. Uşaq bir əşyanı hələ bir elementdən ibarət çoxluq kimi qavraya bilmir. Əşyanın aşkar görünən xassələri uşağı toplular arasında kəmiyyət münasibətlərinin müəyyən edilməsindən yayındırır.
Ədədlər arasındakı əlaqələrin dəyişməzliyinin göstərilməsinə müxtəlif əşyalar çoxluqlarının tutuşduruımasına istinad etməklə eyni bir qonşu ədədləri dəfələrlə müqayisə etməyə kömək edir. Məs. 2 matryoşkanı 3 kubla tutuşdurub müəyyən edirlər ki, matryoşkalar kublardan azdır. Kublar isə matryoçkalardan çoxdur. Deməli, 2<3, 3>2. Bunun həmişə belə olub-olmadığını yoxlamaq üçün say materialları 2-3 dəfə dəyişdirilir.
“Böyük”, “kiçik” münasibətlərinin bir-biri ilə əlaqədə müəyyənləşdirilməsi ədədlər arasında əlaqələrin qarşılıqlı tərs xarakteri haqqıında təsəvvürlərin formalaşdırılmasına kömək edir.
Ölçüləri müxtəlif olan və müxtəlif yer tutan əşyalar toplusunu tutuşdurmaq faydalıdır. Bu, eyni zamanda əşyaların sayının onların fəza xassələrindən asılı olmaması haqqında təsəvvürləri möhkəmləndirməyə imkan verir.
Uşaqlara həm “bərabərsizlikdən bərabərlik” almağı, həm də tərsinə “bərabərlikdən bərabərsizlik” almağı öyrədirlər, belə ki, ədədlər həm görmə, həm eşitmə, həm də əl ilə toxunmaqla qavranılan topluları tutuşdurmaq əsasında müqayisə edirlər. Məs. Belə tapşırıqlar verilir, “Əllərinizi Səlimin kartoçkasındakı düymələrdən 1 dəfə çox (az) qaldırın Siz əllərininzi neçə dəfə qaldırdınız? Nə üçün?”, “Siz neçə səs eşitdiniz? Neçə üçbucaq sayıb ayırmaq lazımdır ki, onlar sizin eşitdiyiniz səslərdən 1 çox (az) olsun?”
Uşaqlar əvvəlcə ədədləri müqayisə edirlər, sonra isə uyğun hərəkətləri yerinə yetirirlər.
Uşaq tapşırığı yerinə yetirib nəinki neçə əşya qoyduğunu və ya neçə hərəkət etdiyini deyir, həm də nə üçün məhz bu qədər olduğunu izah etməli. Yəni ədədləri müqayisə etməlidir. Bəzi uşaqlar ədədləri müqayisə edib. Onlardan ancaq birini deyirlər: “5 böyükdür, yaxud 4 kiçikdir”. Tərbiyəçi dəqiq cavab almağa nail olub istiqamətləndirici suallar qoyur.”Biz 5 ədədini hansı ədədlə müqayisə etdik?” Tərbiyəçi “böyükdür, kiçikdir” ifadələrinin nisbiliyini göstərmək imkanından istifadə edərək. Uşağa verilmiş ədədi özündən əvvəl gələn. Yaxud özündən sonra gələn ədələ müqayisə etməyi təklif edir. Uşaqlar öyrənirlər ki, eyni bir ədəd onun müqayisə edildiyi ədəddən asılı olaraq başqa ədədlərdən böyük və ya kiçik ola bilər.
“Böyükdür. kiçikdir” ifadələrini nisbiliyini göstərmək bir-birindən sonra gələn bir neçə ədədi müqayisə etməyə kpmək edir. Bunun üçün ən qiymətli priyom”ədədi pilləkəni”nin qurulmasıdır. İki üzdən göy və qırmızı rəngdə dairələri sıralarda 5-5 düzürlər, sıradakı dairələrin miqdarını ardıcıl olaraq 1 ədəd artırırlar. Həm də əlavə dairəni o biri üzünə çevirirlər. “Ədəd pilləkəni” natural sıranın ədədlərinin müəyyən sonlu ardıcıllığını əyani şəkildə görməyə imkan verir.
Tərbiyəşi hər sonra gələn sırada verilmir. Sıradakılar qədər və bir də 1 dairə qoymağı təklif etməklə uşaqlara sonra gələn ədədi almaq üsulunu xatırladır.
Böyük qrupda ədəd pilləkənini 5 dairəsində qurmaqla kifayətlənirlər.
Əvvəlcə ədədləri qoşa-qoşa , sonra hər bir ədədi özündən əvvəl gələn və özündən sonra gələn ədədlə müqayisə edirlər. Uşaqlar əyaniliyə istinad edərək düzünə və tərsinə sayırlar.