Material və metodlar: 2015-ci ilin aprel ayından 2015-ci ilin oktyabr
ayınadək Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana-
sında və Daxili iĢlər nazirliyinin Tibb Ġdarəsinin A.N.Heydərov adına Respublika
Hospitalında yalnız sidik axarında və bəzi xəstələrdə isə həm sidik axarında, həmdə
САЬЛАМЛЫГ – 2016. № 3.
88
eyni tərəfdə böyrəkdə müĢtərək daĢı olan, əvvəlcə kontakt ureteroskopik litotripsi-
ya və sonradan daĢsızlıq əmsalına çatmaq üçün Distansion zərbə-dalğa
litotripsiyasına məruz qalmıĢ 30 xəstə tətqiqat üçün müĢahidəyə alınmıĢdır.
Xəstələr 2 qrupa bölünmüĢdür.
-- kontakt ureteroskopik litotripsiya zamanı böyrəyə retroqrad miqrasiya
etmiĢ daĢ və ya daĢ fraqmentləri olan xəstələr
-- sidik axarında və paralel olaraq həmin böyrəkdə müĢtərək daĢı olan
xəstələr
Xəstələrin 12-si(40%) qadın, 18-i(60%) kiĢi cinsindəndir. Cədvəl 1-də
göründüyü kimi xəstələrin orta yaĢ həddi 49-dur(24-69). Bu zaman qadınlar
arasında xəstələrin orta yaĢ həddinin (53) göstəricisi kiĢi cinsindən olan
xəstələrdən (45) nəzərə çarpacaq dərəcədə yüksəkdir.
Жядвял № 1.
Xəstələrin cinsinə və əməliyyatın hansı tərəfdə olmasına görə bölgüsü
Əməliyyat
olunmuş xəstələr
Yaş həddi (orta yaş
həddi)
Əməliyyat olunan tərəf
Cəmi
Sağ tərəf
Sol tərəf
Kişilər
31-57(45)
10
8
18
Qadınlar
24-72(53)
4
8
12
Ümumi
24-72(49)
14
16
Bizim tətqiqatımızda sol tərəfdə daĢı olan xəstələr üstünlük təĢkil edir.
MüĢahidə edilən 8 xəstənin (26.6%) sidik axarında olan daĢdan əlavə, həmin tərəf
böyrəkdə də müĢtərək daĢlar olmuĢdur. 22 (73.4%) xəstədə isə daĢ əvvəlcə yalnız
sidik axarında olmuĢ və kontakt litotripsiya zamanı böyrəyin kasacıq-ləyən
sisteminə bütöv, yaxud böyük fraqment Ģəklində miqrasiya etmiĢ daĢlar
olmuĢdur. Sonradan distansion zərbə-dalğa litotripsiyasına məruz qalmıĢ
xəstələrin hamısında kontakt ureterolitotripsiya zamanı qoyulmuĢ JJ-Stent
olmuĢdur. Sidik axarında və müĢtərək olaraq eyni tərəf böyrəyin çoxsaylı daĢları
olan 8 xəstənin hamısında kontakt ureterolitotripsiya zamanı sidik axarı daĢları
tam Ģəkildə parçalanmıĢ, ekstraksiya edilmiĢ və JJ-Stent qoyulmuĢdur.
Böyrəkdəki daĢlar isə kontakt litotripsiyadan sonra distansion zərbə-dalğa
litotripsiyasına məruz qalmıĢdır. Bunlardan 2-sində daĢın tam parçalanmadığı
üçün 2-ci seans distansion zərbə-dalğa litotripsiyası aparılmıĢ, 6 xəstədə isə təkrar
seansa ehtiyac qalmamıĢdır. 22 xəstədə isə kontakt litotripsiya zamanı böyrək
daxilinə retroqrad miqrasiya etmiĢ daĢ və ya daĢ fraqmentlərinə görə distansion
zərbə-dalğa litotripsiyası əməliyyatı aparılmıĢdır. 22 xəstənin 13-də daĢ bütöv
olmuĢdur. DaĢların ölçüsü ~0.8-1.2 sm olmuĢdur. 9 xəstədə isə daĢlar fraqment
Ģəklində ~0.7-0.9 sm ölçüdə aĢkar edilmiĢdir. Bu qrup xəstələrin hamısında
kontakt ureterolitotripsiya əməliyyatı zamanı JJ-Stent qoyulmuĢdur. 30 xəstənin
hamısında kontakt ureterolitotripsiya əməliyyatından təxminən 4 gün sonra
tərəfimizdən distansion zərbə-dalğa litotripsiyası əməliyyatı icra edilmiĢdir. Bütün
xəstələrdə 15-20 gün sonra təkrar yoxlanılmıĢ və 100% daĢsızlıq əmsalı qeyd
edilmiĢdir.
Cədvəl 2-də distansion zərbə-dalğa litotripsiyaya məruz qalmıĢ xəstələrin
yanaĢı gedən xəstəlikləri göstərilmiĢdir. Cədvəldən göründüyü kimi 12 xəstədə
yanaĢı gedən xəstəliklər müĢahidə edilmiĢdir.
Bütün xəstələr əməliyyatdan əvvəlki dövrdə Qanın ümumi və biokimyəvi
analizi, Sidiyin ümumi təhlili, USM kimi standart yoxlamadan keçirilmiĢlər.
Xəstələrin rentgenoloji müayinə metodları arasında böyrək və sidik axarı
daĢlarının aĢkarlanması üçün nativ və ya spiral kompyuter tomoqrafiyaya
üstünlük verilmiĢdir. Yalnız 2 halda, göstərici və taktiki müdaxilələri üzə çıxarmaq
məqsədilə xəstəyə əvvəlcədən baĢqa klinikada aparılmıĢ icmal və ekskretor
müayinələr ilə kifayətlənmiĢik
Жядвял № 2.
Yanaşı xəstəliklər
Distansion zərbə-dalğa litotripsiyası əməliy-
yatı keçirmiĢ xəstələrdən yalnız 2-də venadaxili
anesteziya tətbiq edilmiĢdir. Qalan 28 xəstədə isə
ə
məliyyat anesteziyasız aparılmıĢ, yalnız əməliy-
yatdan əvvəl premedikasiya (diklofenak) icra
edilmiĢdir.
Distansion zərbə-dalğa litotripsiyası əməliyyatı Daxili ĠĢlər Nazirliyinin Tibb
Ġdarəsinin A.N.Heydərov adına Respublika Hospitalında Almaniyanın ―Dornier ―
cihazında, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji
Xəstəxanasında isə Almaniyanın ―Siemens‖ cihazında icra edilmiĢdir.‖Dornier‖
cihazında zərbə sayı~1500-2500, 7-9 intensivlikdə, ―Siemens‖ cihazında isə zərbə
sayı ~1500-2000, 2.0-3.5 intensivlikdə aparılmıĢdır.
Distansion zərbə-dalğa litotripsiyası əməliyyatına məruz qalmıĢ xəstələrə
ə
məliyyatdan sonra fraqmentasiya olunmuĢ daĢların xaric olması üçün, eləcədə
iltihabın inkiĢafının qarĢısını almaq məqsədi ilə konservativ müalicə təyin
olunmuĢdur. Konservativ müalicədə əsasən Cloksasin(levofloksasin), Vacenac
(Aceklofenak), Tutucon və Tamsulozin preparatlarına üstünlük vermiĢik.
Nəticə: Əməliyyat zamanı ,eləcədə əməliyyatdan sonra ciddi ağırlaĢmalar
rast gəlinməmiĢdir. Yalnız 1 xəstədə əməliyyatdan sonra hərarətin qalxması, R-
skopiya zamanı pnevmoniya aĢkar edilmiĢdir. Xəstədə antibakterial konservativ
müalicə aparılmıĢ, xəstəliyin qarĢısı alınmıĢdır. Digər xəstələrdə isə 1 günlük
distansion zərbə-dalğa litotripsiya əməliyyatına xarakter olaraq mülayim
hematuriya müĢahidə edilmiĢdir. Bütün xəstələrdə daĢsızlıq əmsalına çatmaq
mümkün olmuĢdur.
ġəkil 1: Sol böyrəyin daĢı (nativ KT).
Ureteroskopik kontakt litotripsiyadan sonra Distansion zərbə-dalğa
litotripsiyanın tətbiq olunduğu hallardan təcrübəmizdəki klinik müĢahidəni
təqdim edirik.
Xəstə C.F. 59 yaĢında, kiĢi cinsində 02.09.2015-ci il tarixində Azərbaycan
Respublikası Daxili iĢlər Nazirliyinin Tibb Ġdarəsinin Respublika Hospitalına
müraciət etmiĢdir. ġikayətəri: sol bel nahiyyəsində sancıĢəkilli ağrılar,
ürəkbulanma,ümumi halsızlıq,hərarətin yüksəlməsindən olmuĢdur. Anamnezində
xəstə özünü uzun müddətdir ki, xəstə hesab edir. 10 gündür ki, Ģikayətləri
Xəstəlik
Xəstələrin sayı
Hipertoniya xəstəliyi
5
Piylənmə
2
Gərginlik
stenokardiyası
2
Şəkərli diabet
3
САЬЛАМЛЫГ – 2016. № 3.
90
kəskinləĢmiĢdir. Ambulator Ģəraitdə konservativ müalicə alıb,lakin effekti
olmamıĢdır. Klinikamızda müayinə olundu. Nativ tomoqrafiyada sol böyrəyin
pelvikaliksial sistemin kəskin dilatasiyası, III dərəcə ureterohidronefroz,
möhtəviyyatın qatılaĢması qeyd olunur. Ləyəndə ölçüsü 23 mm olan
konkrement(densi-770 Hu) aĢkar edildi (ġəkil 1).
Bundan əlavə sidik axarının aĢağı 1/3-də bir-birinə sıx söykənmiĢ ən
böyüyünün ölçüsü 7 mm olan 3 ədəd konkrement aĢkar edildi (ġəkil 2).
ġəkil 2. Sol sidik axarı daşları(nativ KT).
Beləliklə müayinələrin nəticəsinə
görə xəstəyə ―Sol sidik axarının intramural
hissəsinin daralması, sol sidik axarının
aĢağı 1/3-nin daĢları, soltərəfli infeksi-
yalaĢmıĢ ureterohidronefroz III d, sol
böyrəyin daĢı, sol böyrəyin aĢağı qütbün
kistası, obstruktiv pielonefrit diaqnozu
qoyuldu.
Xəstədə 02.09.2015-ci il tarixində
spinal anesteziya altında ―Sol sidik
axarının intramural hissəsinin balon
dilatasiyası, sol sidik axarının aĢağı 1/3 daĢlarının kontakt lazer
ureterolitotripsiyası, sol böyrəyə ureospiralın taxılması‖ əməliyyatı icra edildi.
Ə
məliyyatdan sonrakı dövrdə konservativ müalicə davam etdirildi. Sol böyrəkdə
hidronefroz və iltihabi proses çəkildikdən sonra 08.09.2015-ci il tarixində Sol
böyrəyin daĢına görə distansion zərbə-dalğa litotripsiya əməliyyatı, 20.09.2015-ci
il tarixində isə həmin əməliyyatın 2-ci seansı icra edildi. Əməliyyatdan sonrakı
dövrdə çoxlu miqdarda daĢ fraqmentlərinin xaric olması müĢahidə edildi.
13.10.2015-ci il tarixində aparılan təkrar USM-dən sonra xəstədən ureospiralın
çıxarılması aparıldı.
Beləliklə yuxarıda göstərilən hallarda böyrək və sidik axarı daĢlarının
müalicəsində daĢsızlıq əmsalına çatmaq üçün kontakt lazer ureterolitotripsiyası
və distansion zərbə-dalğa litotripsiyanın birgə tətbiqi əvəzedilməz bir müalicə
üsuludur. Bu üsulların üstün cəhətləri az invazivlik, qısa müddətdə reabilitasiya,
stasionar günün qısa olması və ağırlaĢmaların minimal olmasıdır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Zairov N.F. Sidik axarı daşlarının müalicəsində endoskopik kontakt litotripsiyanın nəticələri. T.ü.f.d. dissertasiyası.Bakı,2014.
2.Джавадзаде С.М. ―Мочекаменная болезнь в эндемическом регионе‖ . Баку. 1996. с.126.
3. İmamverdiyev S.B.,Əkbərov R.F.,Məmmədov R.N.,Zairov N.F., Sidik axarı daşlarının endoskopik pnevmotik kontakt litotripsiya
üsulu ilə müalicəsi. // Azərbaycan Tibb jurnalı,2011 No:4, s.108-111.
4. Mahmudov İ.F. Sidik daşlarının kimyəvi-mineraloji tərkibinin tədqiqi və onun distansion zərbə-dalğa litotripsiyası zamanı kliniki
əhəmiyyəti.T.e.n. ... disser.avtoreferatı.Bakı,1998,27 s.
5. Лопаткин Н.А., Трапезникова М.Ф., Дутов В.В., Дзеранов Н.К., Дистанционная ударно-волновая литотрипсия: прошлое,
настоящее,будущее // Урология, 2007, № 6, с. 313
6. Симонов В.И., Мартов А.Г., Чикин Ф.С. Дистанционная ударно-волновая уретеролитотрипсия // Урология и нефрология,
1991, № 1, с. 18-21
7. Степанов В.Н., Перельман В.М., Кадыров З.А., Дистанционная ударно-волновая литотрипсия у больных с длительным
пребиванием камней в мочеточнике// Урология и нефрология, 1996, № 3, с. 3-4
Р Е З Ю М Е
ГОСПИТАЛЬ МЕДИЦИНСКОГО УЧРЕЖДЕНИЯ МИНИСТЕРСТВА
ВНУТРЕННИХ ДЕЛ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ имени
А.Н.ГЕЙДАРОВА., РЕСПУБЛИКАНСКАЯ КЛИНИЧЕСКАЯ УРОЛОГИЧЕСКАЯ
БОЛЬНИЦА имени Академика М.Д. Джавадзаде.
Заиров Н.Ф., Фигаров В.И., Акберов К.Р.
В статье было отмечено у 30 пациентов для исследования. 12
пациентов были женщины, в то время как 18 пациентов были мужчины.
Пациенты, пострадавшие от удаленного литотрипсии ударной волны
разделены на 2 группы.
--Во время уретероскопикеское контакт литотрипсии камней в почках
или ретроградной миграции каменных фрагментов у больных
--Параллельно с мочеточника и камни в почках у больных с
совместным
Исследование проводилось на базе Республиканского Госпиталя имени
А. Н.Гейдарова Медицинского Учреждения Министерства Внутренних Дел и в
Республиканской Клинической Урологической Больнице.
Таким образом, статья в лечении почек и мочеточников камнями,
чтобы достичь стонфрее отношение литотрипсии контакт с ударно-волновая
лазерной уретеролитотрипсии и удаленных приложений отмечен в качестве
важного способа лечения. Инвазивнысть несколько преимуществ этих
методов, как только восстановление, пациент в день, и осложнения минимальны.
S U M M A R Y
HOSPITAL MEDICAL INSTITUTIONS MINISTRY OF AFFAIRS OF THE REPUBLIC
OF AZERBAIJAN NAMED A.N.GEYDAROV , REPUBLICAN CLINICAL
UROLOGICAL HOSPITAL NAMED AFTER Academician M.D.Javadzadeh.
Zairov N.F., Figarov V.I., Akberov K.R.
The article was observed in 30 patients for research. 12 of the patients
were women, while 18 percent were male. Patients affected by the shock-wave
remote litotripsii divided into 2 groups.
-- Durig ureteroskopic contact lithotripsy kidney stones or retrograde
migration of stone fragments in patients with advanced
-- In parallel to the ureter and kidney stones in patients with joint
The study was conducted at the National Hospital of A.N.Geydarov
medical institutions of the Ministry of Affairs and the Republican Clinic Urological
Hospital.
So the article in the treatment of kidney and ureter stones to reach
stonefree ratio litotripsii contact with shock-wave laser ureterolitotripsii and
remote application is marked as an essential method of treatment. Invasionation
few advantages of these methods, as soon as the rehabilitation, a patient of the
day, and the complications is minimal.
Дахил олуб: 23.10.2015.
САЬЛАМЛЫГ – 2016. № 3.
92
QEYRĠ-STEROĠD ĠLTĠHABƏLEYHĠNƏ VASĠTƏLƏRĠN
OFTALMOLOGĠYADA VƏ FOTOREFRAKSĠON CƏRRAHĠYYƏNĠN
MƏRHƏLƏLƏRĠNDƏ TƏTBĠQ XÜSUSĠYYƏTLƏRĠ
Səfərova A.N.
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh.
Açar sözlər: qeyri-steroid iltihabəleyhinə vasitələr, dikloftil, nevanak,
lornoksikam, buynuz qişanın densitometriyası, transepitelial FRK
ĠĢin aktuallığı. Qeyri-steroid iltihab əleyhinə vasitələr (QSĠƏV) son illər
oftalmologiyada geniĢ tətbiq olunur. Bu, QSĠƏV-in gözdə ağrının azalmasına,
iltihabi və regenerator reaksiyalara müsbət təsiri haqqında eksperimental-kliniki
məlumatların olması ilə Ģərtlənir. Məhz bu, fotorefraksion cərrahiyyəsinin hazırlıq
mərhələsində və əməliyyatdan sonra QSĠƏV-in tətbiqinə zəmin yaratmıĢdır [1-2].
Lakin bu zaman belə bir fakt nəzərdən qaçırılır ki, əməliyyatdan əvvəl buynuz
qiĢanın QSĠƏV-lə hopdurulması preparata eksimer lazer ablyasiyası ilə induksiya
olunmuĢ ikincili Ģüalanmanın təsir etməsi üçün Ģərait yaradır [3-5]. Bu Ģüalanma
ultrabənövĢəyi tərkib hissəsinə, o cümlədən zədələyici təsirinə görə daha təhlükəli
olan orta spektral diapazona (UBV) malikdir. Ədəbiyyatda olan məlumatlara görə,
ultrabənövĢəyi Ģüaların (UBġ) təsiri altında QSĠƏV parçalanaraq, toksiki
məhsullar əmələ gətirir ki, onlar da, fibroblastların məhvinə səbəb olur. Beləliklə,
buynuz qiĢa stromasında, ablyasiya aparılan zaman keratositlərin əlavə olaraq
zədələnməsi və apoptozu üçün Ģərait yaranır. Bundan əlavə, refraksion cərrahlar
çox vaxt bir sıra dərman preparatlarının, o cümlədən QSĠƏV-in qəbulu zamanı
toxumaların foto-həssaslığının artması ilə bağlı məlum faktı unudurlar. Belə ki,
fotorefraksiya əməliyyatlarından sonra QSĠƏV-in ümumi və yerli tətbiqi zamanı
buynuz qiĢaya xaricdən UBġ yükünün düĢməsi həmçinin QSĠƏV-in dağılaraq
keratositlərin hüceyrə membranlarını zədələyən və onları məhv edən toksik
məhsullar əmələ gətirməsinə səbəb ola bilər.Bununla əlaqədar olaraq,
fotorefraksiya əməliyyatlarından əvvəl və sonra QSĠƏV-in tətbiqinin nə üçün
xüsusi yanaĢma tələb etdiyi aydın olur, çünki buynuz qiĢa xarici UBġ-ya qarĢı
ilkin maneə filtri olmaqla, sutkalıq iĢıq yükünün çox hissəsi onun üzərinə düĢür
[5]. Həmçinin qeyd etmək lazımdır ki, bir sıra hallarda QSĠƏV-in yerli tətbiqi
zamanı buynuz qiĢa epitelisinin və stromasının səthi qatlarının müxtəlif dərəcəli
ödemin yaranması, hətta bunun nəzərə çarpan toksiki-allergik reaksiyaya gətirib
çıxarması mümkündür. Bu zaman buynuz qiĢa stromasının hidratasiya dərəcəsi
pozulur ki, bu da eksimer lazer ablyasiyasının icrası zamanı yekun optik-
refraksiya effektinə təsir edir.
Bütün yuxarıda qeyd edilənlər buynuz qiĢanın fotorefraksion
cərrahiyyəsində QSĠƏV-in tətbiqi xüsusiyyətlərinin öyrənilməsi üzrə araĢdırmaların
aktuallığını göstərir.
Tədqiqatın məqsədi – QSĠƏV oftalmologiyada və buynuz qiĢanın
fotorefraksion cərrahiyyəsində tətbiqi xüsusiyyətlərinin araĢdırılması.
Tədqiqatın material və metodları.Tədqiqatlar 193 pasiyentin 332
gözündə aparılıb. Onlardan 18-35 yaĢ arasında müxtəlif dərəcəli miopiyası olan 65
pasientdə (108 göz) densitometrik buynuz qiĢa funksional sınağının
dözümlülüyünün yoxlanılması ilə və onsuz dikloftil, nevanak və lornoksikam
preparatlarının damcı və aerozol metodikasının epibulbar tətbiqinin qiymətlən-
dirilməsi aparılmıĢdır. Lornoksikamın müxtəlif konsentrasiyalarda epibulbar
damcı və aerozol üsullarla tətbiqi zamanı dözümlülüyünün qiymətləndirilməsi 35
pasientdə (48 göz) aparılmıĢdır.
Müxtəlif QSĠƏV-in epibulbar tətbiqi zamanı dözümlülüyünün qiymətlən-dirilməsi üçün
densitometrik buynuz qiĢa sınağının iĢlənib hazırlanması 18-35 yaĢılı, müxtəlif dərəcəli miopiyası
olan 30 pasient (60 göz) üzərində aparılmıĢdır. QSĠƏV-in damcı (60 sınaq) və aerozol (60 sınaq)
üsullarla tətbiqi zamanı 120 densitometrik buynuz qiĢa sınağı keçirilmiĢdir. Sınaqlar dikloftil (40
sınaq), nevanak (40 sınaq) və lornoksikam (40 sınaq) preparatları ilə aparılmıĢdır.Buynuz qiĢanın
densitometriyası QSĠƏV-in tətbiqindən öncə və 10,20,30 dəqiqə sonra keçirilmiĢdir.Tədqiqatlar
Oculus-Pentacam HR və WaveLight-Allergo Oculyzer cihazlarında aparılmıĢdır.
Aerozol hopdurulma üçün membran-tor məhlulun tozlandırılması texnolo-
giyası ilə B.Well WN-114 nebulayzer tətbiq olunmuĢdur.
Ayrı-ayrı üsullarla QSĠƏV-in dözümlülüyünün qiymətləndirilməsi müxtəlif
dərəcəli miopiya ilə 112 pasientdə (224 göz) hazırlıq mərhələdə və transepitelial
FRK-dan sonra aparılmıĢdır. Pasiyentlərin yaĢı 18-48 arasında tərəddüd edirdi.
Nəticə və onların müzakirəsi Ədəbiyyatda olan məlumatlara əsasən,
QSĠƏV epibulbar tətbiqi zamanı göz damcılarının çoxunda istifadə edilən
konservantlara qarĢı yerli toksik-allergik reaksiyanın inkiĢafı mümkündür. Buna
görə fotorefraksion cərrahiyyədə konservantsız QSĠƏV-in istifadəsi mümkünlüyü
bizim diqqətimizi cəlb etmiĢdir. UBġ fotoprotektor effekti ilk dəfə təsdiq edilmiĢ
lornoksikam (ksefokam) preparatı seçimində dayanılmıĢdır.
Yin J. və b. (2008), Mahmoud B.L. və b. (2010) eksperimental tədqiqat-larında təyin
edilmiĢdir ki,lornoksikam yaranmıĢ ultrabənövĢəyi Ģüalanmanın orta spektral diapazonunun
(UFD), xüsusilə 300 və 320 nm arasında dalğa uzunluğunun, əhəmiyyətli dərəcədə boğulmasına
səbəb olunmuĢdur [6-7].Buna kappa B nüvə faktorunun (NF-kB) və siklooksigenazanın (SOQ)
inhibisiyasının aktivasiyası hesabına əldə olunur, bu isə buynuz qiĢanı UBġ zədələnmədən
qorunmasını təmin edir.Alınan məlumatlar lornoksikamın buynuz qiĢanın UBġ-nın zədələyici
təsirindən qorunmasını əsaslı təsdiq etmiĢlər.
Lornoksikamın damcı və aerozol tətbiqindən sonra Pentacam cihazı vasitəsi ilə aparılan
tədqiqatlarda buynuz qiĢanın ön səthinin refraksion göstərici-lərində statistik əhəmiyyətli
dəyiĢikliklər aĢkar etməmiĢdir.
QSĠƏV-in epibulbar tətbiqi zamanı dözümlülüyünün qiymətləndirilməsinin yeni üsulu
iĢlənib hazırlanmıĢdır. Üsulun mahiyyəti infraqırmızı Ģüalanmayla buynuz qiĢanın optik
ġeympflyuq skan edilməsinin keçirilməsindən ibarət olmuĢdur. Preparatın dözümlülüyü və təsir
xarakteri haqda densitometrik epitelial pikin və stromanın müxtəlif qatlarında optik sıxlığın
artmasına görə mülahizə yeridilmiĢdir.
Tədqiqatlar göstərmiĢdir ki, dikloftilin birdəfəlik damızdırılmasından sonra 30% hallarda
(20 gözdən 6-da) onun buynuz qiĢa epitelinə əlavə təsiri aĢkar edilmiĢdir. Bu buynuz qiĢanın
densitoqrammasında epitelial pikin davamlı artması ilə biruzə verilirdi. Belə ki, bir halda damcı
tətbiq olunduqdan sonra 20-ci dəqiqədə və iki halda 30-cu dəqiqədə epitelial pik öz maksimal
qiymətinə çatmıĢdır.Eyni zamanda dikloftilin aerozol applikasiyası zamanı 2 dəqiqə ərzində əlavə
epitelial reaksiya aĢkar edilməmiĢdir. Nevanak preparatının birdəfəlik damcılanması ilə
densitometrik buynuz qiĢa sınağının keçirilməsi zamanı 30% hallarda (20 gözdən 6-da) əlavə
epitelial reaksiya aĢkar edilməmiĢdir və onun aerozol epibulbar tətbiqi zamanı mövcud deyildir.
Buynuz qiĢanın optik densitometriyasının göstəricilərinə görə, lornoksikam preparatının damcı və
aerozol üsulla tətbiqi zamanı heç bir halda epitelə yan təsir qeyd edilməmiĢdir..
Tədqiqatlar göstərmiĢdir ki, QSĠƏV-in epibulbar tətbiqinin əlavə təsirinin
aĢkar edilməsi üçün optik densitometrik funksional buynuz qiĢa sınağının
onların istifadəsindən əvvəl, fotorefraksion lazer əməliyyatından öncə və sonra
keçirilməsi məqsədə uyğundur. Tədqiqatlarımızda əməliyyatdan öncə QSĠƏV ilə
densitometrik funksional buynuz qiĢa sınağının keçirilməsi 23 hallarda (9,4%)
onların yerli tətbiqindən imtina etməyə və 48 hallarda (19,7%) əməliyyatdan
sonrakı dövrdə QSĠƏV-in istifadə müddətini azaltmaga imkan yaratmıĢdır.
Fotorefraksion ablyasiya ilə induksiya olunmuĢ ikincili Ģüalanma ablyasiya
edilmiĢ toxuma qatından daha dərin qatlara nüfuz edən dalğa UBġ-dan ibarətdir.
САЬЛАМЛЫГ – 2016. № 3.
94
Bu Ģüalanma, artıq qeyd olunduğu kimi, buynuz qiĢa stromasında keratositlərin
membran strukturunu zədələyən və onların məhvinə səbəb olan toksiki məhsullar
ə
mələ gətirərək QSĠƏV-in dağılmasını törədə bilər. Bununla əlaqədar, tərəfimizdən
buynuz qiĢa stromasının riboflavinlə və ya benqal çəhrayı ilə öncədən hopdurul-
masından sonra yeni fotorefraksion ablyasiya metodikası iĢlənib hazırlanmıĢdır.
TransFRK zamanı fotorefraksion ablyasiyanın keçirilməsindən öncə
epitelial səthin vəziyyəti və onun qalınlığını müəyyən edən epitelin hidratasiya
dərəcəsi mühüm əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar, epitelial səthin
vəziyyətinə təsir göstərən hər hansı bir preparatlar istisna edilərək epibulbar
anesteziyanın keçirilməsi bizim tərəfimizdən xüsusi olaraq vurğulanmıĢdır.
Erkən əməliyyatdan sonrakı dövrdə ağrı simptomunun zəiflədilməsi üçün lazer refraksion
cərrahlar çox vaxt QSĠƏV-in yerli instillyasiyasını tətbiq edirlər. Lakin, kliniki müĢahidələrimiz
göstərmiĢdir ki, keratotopoqrafik və densitometrik tədqiqatlarda QSĠƏV-in tətbiqi tez-tez əlavə
effekt törətmiĢdir. Bu epitelizasiyanın ləngiməsi ilə özünü biruzə vermiĢdir, onun
tamamlanmasından sonra isə epitelial hiperplaziya zonaları ilə yumĢaq olmuĢdur. Bütün bunlar
epitelial səthin nahamarlığı və qeyri-düz induksiya edilmiĢ astiqmatizm ilə müĢayiət olunurdu.
Bununla əlaqədar, lornoksikam preparatına üstünlük verərək, biz QSĠƏV-in peroral tətbiqinə
keçdik. Bu zaman lornoksikam preparatının 8 mq və 16 mq dozalarda həb forması istifadə
edilmiĢdir.. Həmçinin,qeyd etmək lazımdır ki, məhz lornoksikamın fotoprotektor effekti ilk dəfə
təsdiq edilmiĢdir. Bu ağrı simptomunun, fotoablyasiyaya əməliyyatdan sonrakı iltihab
reaksiyasının, fotoproteksiyanın zəiflədilməsi məqsədi ilə aparılmıĢdır. Bu zaman pasientlər açıq
havada olduqları zaman xarici UBġ-dan qorunmaq üçün mütləq əlavə eynəklərdən istifadə
etmiĢlər. Preparatın qısamüddətli qəbulunu nəzərə alaraq, heç bir halda hər hansı yerli və ümumi
ə
lavə reaksiyalar qeyd olunmamıĢdır.
Ə
məliyyatdan sonrakı dövrdə buynuz qiĢa sindromu və aseptik iltihabi
reaksiya zəif ifadə edilmiĢdir. Təhlil zamanı 16% hallarda (7,14%) ilk dəfə artıq
ə
məliyyatdan bir sutka sonra ablyasiya zonasının tam epitelizasiyanın baĢ
verməsi qeyd edilmiĢdir.224 gözdən 198-də (88,39%) ablyasiya zonasının 2 gün
ə
rzində epitelizasiyasının bitməsi qeydə alınmıĢdır. Heç bir halda subepitelial
fibroplaziyanın geridönməz forması aĢkar edilməmiĢdir, bu da bizim daha erkən
kliniki müĢahidələrimizlə uyğun gəlmiĢdir. 224 əməliyyatdan 207-si statistik təhlil
üçün əsas qrupa daxil edilmiĢ zəif və orta dərəcəli miopiya ilə gözlərdə
aparılmıĢdır.Yüksək dərəcəli miopiya ilə kiçik qrupa gəldikdə (9 pasientdə 17
ə
məliyyat), burada refraksiya üzrə böyük fərqə, korreksiya olunmuĢ görmə itiliyə
və müxtəlif dərəcəli ambliopiyaya görə statistik iĢlənmə aparılmamıĢdır.
Zəif və orta dərəcəli miopiya ilə əsas qrupda əməliyyatdan sonra 1-12 ay
müddətlərində korreksiyasız görmə itiliyi əməliyyatdan öncəki korreksiya olunmuĢ
görmə itiliyi ilə müqayisə zamanı görünən fərq aĢkar edilməmiĢdir. Qeyd etmək
lazımdır ki, baĢlanğıc korreksiya olunmuĢ görmə itiliyinin orta göstəricilərinə
pasiyentlərdə orta dərəcəli refraksion ambliopiyanın mövcudluğu təsir
göstərmiĢdir. Vizual və refraksion nəticələrin təhlili göstərmiĢdir ki, əldə edilən
refraksion effektin dəqiqliyinə görə riboflavin fotoproteksiyası və QSĠƏV ilə
tranepitelial FRK,digər keratorefraksion əməliyyatlarla rəqabət apara bilər. Alınan
nəticələr FRK-nın transepitelial texnologiyasının üstünlüyünü sübut etmiĢdir və
ə
dəbiyyatda olan məlumatlarla uyğun gəlmiĢdir.
Dostları ilə paylaş: |