Şİfahi xalq əDƏbiyyati (cavablar) Folklorun əsas xüsusiyyətləri


Bögü təkin haqqında dastan; 16.Köç dastanı



Yüklə 110,53 Kb.
səhifə12/41
tarix23.05.2022
ölçüsü110,53 Kb.
#59178
1   ...   8   9   10   11   12   13   14   15   ...   41
Şifahi xalq ədəbiyyatı

15.Bögü təkin haqqında dastan; 16.Köç dastanı
Çin variantı: Uyğur elində Hulun adında bir dağ vardı. Bu dağdan Tuğla və Selengə çayları başlardı. Gecələrin birində oradakı ağacın üzərinə göydən ilahi bir işıq düşür. İki çay arasında yaşayan xalq bununla maraqlanır. Görürlər ki, ağac qadın kimi hamilə olur. İşıq isə doqquz ay doqquz gün həmin ağacın üzərində parlamaqda davam edir. Ağac yarılır, onun gövdəsindən beş uşaq çıxır. Xalq onları götürüb böyüdür.
Uşaqların ən kiçiyi Buğu Xan böyüdükdən sonra hamını özünə tabe cdərək hökmdar olur. Xeyli zaman kcçdikdən sonra Yulun tiqin hökmdarlıq etməyə başlayır. Çinlə bir çox müharibələr aparır. Nəhayət gərginliyə son qoymaq məqsədilə oğlu Qalı tiqini Çin hökmdarının ailəsindən Kiü Lien adlı bir qızla evləndirmək istəyir.
Tanrı dağının yaxınlığındakı Xatun dağında saray qurulur. Ətrafda Kutlu dağ adında bir böyük qaya varmış. Çin elçiləri buraya gələndə özləri ilə baxıcılar da gətirirlər. Onlar məsləhət görürlər ki, uyğurların hakimiyyətini sarsıtmaq üçün həmin qayanı yox etmək lazımdır. Çin heyəti tiqinə bildirir ki, qızı o zaman verəcəklər ki, əvəzində Kutlu dağı onlara bağışlasın. Tigin razılaşır.
Çinlilər qayanın ətrafına odun yığıb böyük bir tonqal qalayaraq onu möhkəm qızdırırlar. Üzərinə sirkə töküb parçaladıqdan sonra Çinə aparırlar.
Ətrafdakı bütün quşlar, heyvanlar öz dillərində qayanın getməsinə ağı deyib ağlaşırlar. Ölkə bir-birinə dəyir. Yeddi gündən sonra Yulun tigin ölür. Xalq heç zaman rahatlıq üzü görmür. Yulun tigindən sonra ölkəyə başçılıq edənlər də dünyadan vaxtsız köçürlər. Bunu görən hökmdarlar paytaxtlarını Hoçuya köçürməyə məcbur olur, hakimiyyətlərini oradan Beş Balığa qədər uzadırlar.
İran variantı: Qaynağını Karakorumdan alan Tuğla və Selengə çaylarının birləşdiyi Kumlançuda bir fmdıq, bir qayın ağacı vardı. Bunların arasında bir dağ peyda oldu. Gccələrin birində həmin dağın üzərinə göydən bir işıq düşdü. Dağ gündən-günə böyüməyə başladı. Uyğurlar matməəttəl qaldılar. Dağa yaxınlaşanda ondan gözəl musiqi səslərinin gəldiyini eşitdilər. Dağın özü isə işığa qərq olmuşdu.
Nəhayət doğum saatı yetişdi. Dağdan bir qapı açıldı. İçəridə ağızları bərabərində əmziklər asılmış beş uşaq vardı. Xalq onları əzizlədi. Böyükdən kiçiyə doğru adları Sunqur tigin, Kutur tigin, Tükək tigin, Ür tigin, Buku tigin idi.
Uşaqların Tanrı tərəfındən gəldiyini duyan uyğurlar onlardan birini xaqan eləmək qərarına gəldilər. Buku tigin ağıl, ehtiyatlılıq və gözəlliyinə görə daha üstün olduğundan onun üzərində dayandılar. Böyük bir təntənə ilə onu taxta oturtdular.
Tanrı ona üç qarğa göndərmişdi. Qarğalar ölkədə olub-bitənləri Buku xana çatdırırdılar. Gecələrin birində Buku xan otağında yatarkən pəncərəsindən bir qız girdi. Xan qorxdu, ancaq səsini çıxarmadı. İkinci gecə qız yenə gəldi. Xan yenə qorxdu, ancaq yenə də səsini çıxartmadı. Üçüncü gecə vəzirinin məsləhəti ilə qızla görüşdü. Hər gecə birlikdə Ağ dağa gedər, orada söhbət edərdilər.
Bir gecə Buku xanın yuxusuna ağ saqqallı, ağ dəyənəkli bir qoca girib ona fıstıq şəklində bir daş verdi. Dedi ki, bu daşı saxladığı müddətdə onun soyunun hakimiyyəti dünyanın dörd tərəfınə uzanacaq. Neçə illərdən sonra Buku xanın övladlarından biri naxələf çıxdı. Daşı itirdi. Onda gördülər ki, bütün heyvanlar, quşlar "köç!.. köç!.." deyə qışqırırlar. Xalq həyəcana gəlib qaçmağa başladı. Harada dayanıb yurd salmaq istədilərsə, həmin səslər gəldi... ndii Beş Balığın olduğu yerə gəlib çatdıqda səslər kəsildi. Və burada həmin şəhəri salıb yerləşdilər.



Yüklə 110,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin