Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


HƏQİQƏT NƏ QƏDƏR ACI OLSA DA



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə65/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   61   62   63   64   65   66   67   68   ...   99
HƏQİQƏT NƏ QƏDƏR ACI OLSA DA...
Türk  dünyası  ilə  bağlı,  ələlxüsus  son  vaxtlar  türklüyümüzün  qürur 
ocağı olan Türkiyə ilə əlaqəli baş verən hadisələr digər türk yazarlar kimi 
mənim də ürəyimi yerindən oynatdı. Fransa dövlətinin Türkiyəyə qarşı, 
bütünlükdə  türklərə  tuşlanmış  məlum  qərarına  rəğmən  bu  ürəkağrıdıcı 
haqsızlıqla bağlı fikirlərimi qələmə almaq xəyalına düşdüm. Əlbəttə ki, bir 
siyasi icmalçı kimi yox, bir yazar kimi…
İndi  çox  şairlərimiz  öz  yazılarında  türk  dünyasının  parlaq  keçmişini 
vəsf edirlər. Bununla mən razıyam, bəli, türk dünyasının keçmişi parlaq 
idi. Bəzi-bəzi yazarlarımız bu parlaq keçmişə uyaraq, artıq XXI əsri türk 
əsri elan edirlər.
Baxaq, müasir türk dünyası hansı dövlətlərdən ibarətdir və türk dün-
yasını nə gözləyə bilər? Ən böyük və güclü olan dövlət türk dünyasında 
Türkiyədir. Türkiyə Sovetlər Birliyi dağılmayana qədər yeganə müstəqil 


199
türk dövləti idi. Sovet Rusiya İmperiyası dağılandan sonra Şimali Azər-
baycan,  Türkmənistan,  Özbəkistan,  Qazaxıstan,  Qırğızıstan  kimi  müs təqil 
dövlətlər yarandılar. Müasir zamanda bu türk dövlətləri əsas türk dünyasını 
təşkil edirlər. Habelə İran dövlətində çoxsaylı cənubi Azərbaycan türk icması, 
Rusiya dövlətində Tatarıstan, Başqırdıstan, kiçik Sibir türk xalqları, Ukrayna 
dövlətində Krım tatarları, Moldovada Qa qauzlar yaşayırlar. Əksər türk xalqları 
islam inancında olduğu üçün İslam dünyasının problemləri, demək olar ki, 
türk ölkələrinin də problemi hesab olunur. 
Rus  Sovet  İmperiyası  dağılandan  sonra,  demək  olar  ki,  hər  təzə  bir 
ölkə də metropoliya problem yaratdı və onlar tüstülənir. Nə vaxt isə onlar-
dan böyük yanğın əmələ gələ bilər. Məsələn, Moldovada Dnestrətrafı rus 
qondarma respublikası, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, hansı 
ki, ruslar artıq öz bölgələrinə döndəriblər. Azərbaycanda Dağlıq Qarabağ 
rusların  köməyilə  haylar  tərəfindən  işğal  olunmuş  bölgə,  Qazaxıstanda 
49%  əhali  ruslardır,  Qırğızıstanda  və  Özbəkistanda  gərginlik  rusların 
əlindədir,  Türkmənistanın  qaz  kəmərləri  olmadığına  görə  ucuz  qiymətə 
qaz satmaq məcburiyyətindədir. Türkiyə neçə vaxtdır rusların yaratdığı və 
silahlandırdığı PKK-ya qarşı hərbi əməliyyatlar aparır və bu qarşıdurma 
neçə  illərdir  davam  edir.  Əslində  kürd  əsilli  vətəndaşlar Türk  dövlətinə 
qarşı  terror  əməlləri  törədirlər  və  öz  dövlətlərinə  xain  çıxırlar.  Bu  nə 
vaxta  qədər  davam  edəcək,  bilinmir.  İraqda  Kərkük  elləri  –  türkmənlər 
böyük təzyiq altındadırlar. Demək olar ki, hər an terror basqılarıyla üz-
üzədirlər. Bütün bu sadaladıqlarımdan görünür ki, XXI əsr o vaxt türk əsri 
ola bilər ki, Azərbaycanın futbol komandası dünya çempionu olsun. Yəni 
Azərbaycanın futbolda dünya çempionu olmağı necə çətin görünürsə, XXI 
əsrin türk əsri olması da o dərəcədə çətindir.
İndi türk dünyası, nəinki dünyanın lideridir, hətta onlar üçün öz tor-
paqlarını  əllərində  saxlamaq  böyük  problemlərə  çevrilib.  Müasir  dünya 
orta əsr dünyasından çox-çox fərqlidir. Necə ki, yer göydən fərqlidir, amma 
bir gerçək qalır, hansı ki, hər zaman işlənib və işlənəcək. Bu güc faktoru-
dur. İstəyirsən səninlə hesablaşsınlar – GÜCLÜ OL! Bəs indiki zamanda 
necə güclü olmaq olar? Kim indi güclüdür? Böyük rus filosofu Berdyaev 
demişdir: “Xalq kəmiyyət deyil – keyfiyyətdir”.
 Bəs keyfiyyətli xalq olmaq üçün nə etmək lazımdır? Keyfiyyətin açarı 
hər xalqın özündə gizlənib. Müasir dünyaya baxsaq görərik ki, ən güclü 
dövlətlər elmi cəhətdən inkişaf etmiş ölkələrdir. Və o ölkələrdə orta sa-


200
vad çox yüksək dərəcədədir. Gəlin müsəlman ölkələrinə diqqət edək. Biz 
elə  müsəlman  ölkəsi  tapmarıq  ki,  inkişaf  etmiş  ölkələrlə  elmi  cəhətdən 
rəqib ola bilsin. Şübhəsiz ki, müsəlman ölkələrindən də istedadlı alimlər 
çıxır,  amma  onlar  öz  istedadlarını  inkişaf  etdirmək  və  yaşatmaq  üçün 
ya Avropada, ya da ABŞ-da tədqiqat institutlarında çalışırlar. Bu zəngin 
ölkələri  daha  da  zənginləşdirirlər. Vaxt  ötdükcə  özləri  də  avropalaşırlar, 
amerikanlaşırlar, ola bilsin ki, hətta dinlərini də dəyişirlər.
Əsl təhsil ucuz başa gəlmir, böyük pullar tələb edir. Müsəlman ölkələrinə 
təbii sərvətlər baxımdan Allah imkan verib, çox müsəlman ölkələr neftlə 
zəngindirlər. Çox müsəlman ölkələr maliyyə ilə artıqlamasıyla təmin olu-
nublar, ancaq heç bir müsəlman ölkəsini qabaqcıl Avropa ölkəsi ilə və yaxud 
ABŞ-la elmi cəhətdən müqayisə etmək olmaz. Belə ki, müsəlman ölkələri 
maliyyələrini gözəl sarayların, şəhərlərin, avtomobil yollarının tikilməsinə, 
habelə qızıl, zinət, bahalı avtomobillərin alınmasına və sair xərcləyirlər. 
Bəlkə bu sərvətlər də onların ən böyük cəzasıdır ki, bu sərvətlərə arxayın 
olub elmə baş işlətmirlər. Neftlə zəngin müsəlman ölkələrinin rəhbərləri 
başa düşməlidirlər ki, heç nə daimi deyil. Neft də, qaz da, pul da tükənər və 
inşa olunmuş çoxmərtəbəli hündür binaları vaxt gələr ki, istismar etməyə heç 
pul da tapılmaz və bu ölkələrin kasıb əhalisi daha da kasıblaşıb müflisləşər. 
Milyonları yığanlar da hansı isə Avropa ölkəsinə köçüb gedəcək. Bizim bir 
xalq şairi yazan kimi – harda sənə yaxşıdır, ora Vətəndir. Vəziyyət o dərəcəyə 
gəlib çıxa bilər ki, nəinki sərhədləri qorumaqda aciz qalarıq, hətta ölkə əhalisiz 
qalar və dünya xəritəsindən silinə bilər. 
Beləliklə,  Azərbaycan  üçün  neftdən  gələn  gəlirləri  təhsilə  qoymaq 
hələ  gec  deyil.  Axır  vaxtlar  ali  məktəbləri  bitirən  diplom  sahiblərinin 
sayı xeyli artıb, ancaq savadlıların sayı xeyli azalıb. Biz əgər istəyiriksə 
dünya  iqtisadiyyatına  inteqrasiya  olunaq,  onda  iqtisadiyyatın  hansısa 
bir hissəsində texnologiya üzrə elm sahibi olmalıyıq. Başqa ölkələrin də 
marağı olsun ki, bizim ölkədə icad olunmuş texnologiya patentini bizdən 
pul ilə alsınlar.
Türk  dünyasının  zəifliyi  göz  önündədir.  Bunu  bu  yaxınlarda  Fransa 
açıq-aşkar çıxartdığı qərarla bütün dünyaya bəyan etdi. Onların parlamen-
ti, senatı və prezidenti ermənilərin yalançı “genosid-soyqırım” məsələsini 
qəbul  etdilər  və  ölkədə  kim  onlarla  razılaşmasa  45  min  avro  cərimə 
edəcəklərini  rəsmiləşdirdilər.  Əgər  Fransanın  Türkiyəyə  və  yaxud  türk 
dünyasına ehtiyacı olsaydı, yəqin ki, belə biabırçı qanun qəbul etməzdilər. 


201
Orda nə insan hüquqlarına, nə fikir azadlığına, nə də söz azadlığına riayət 
etmədilər. Bu necə ola bilər ki, Fransada Rəbbi tanımamaq olar, ona deyirlər 
“vicdan azadlığı” onun üçün sənə heç nə olmaz, amma qondarma “erməni 
soyqırım”ı tanımasan (çox güman ki, bu qanun orda yaşayan türk əsillilərə 
qarşı  düşünülmüş  bir  qanundur)  səni  böyük  məbləğdə  cərimə  gözləyir, 
deməli, qondarma erməni genosidi Rəbbin varlığından üstündür? Bütün 
bu baş verənlərdən nəticə çıxarmaq lazımdır ki, demokratiya, söz və fikir 
azadlığı, ancaq hegemon ölkələrə aiddir. Hegemon dövlətlər hesablaşmaq 
istəmədikləri ölkələrlə hər nə ağıllarına gəldi törədə bilərlər… Onda belə 
nəticəyə gəlmək olar ki, bizim sağ qalmağımız, yaşamağımız, ölkəmizin 
dünya  xəritəsində  qalması  onların,  yəni  hegemonların  mərhəmətindən 
asılıdır! Ölkəmiz Azərbaycan müstəqil ölkə sayılır, amma onun 20% torpağını, 
bizim  torpaqlarımızın  hesabına  yaranmış  Ermənistan,  Rusiyanın  köməyilə, 
zəbt edib və bizi məcbur edirlər ki, ermənilərlə – bizim torpa ğımızı ələ keçirən 
işğalçıyla sülh yolu ilə məsələni həll edək. Bu lap rus şairi Krılovun təmsilinə 
oxşayır. Vaska pişik xamanı oğurlayıb və qalxıb bir əlçatmayan yerə, yiyəsi 
bunu görəndə başlayıb onu utandırmağa ki, bəs oğurluq yaxşı iş deyil, ancaq 
pişik, yiyəsinə qulaq asa-asa yeməyə davam eləyib. 
Hər  vaxt  Azərbaycan  tərəfindən  məsələ  qalxanda  ki,  bəs  bizim  tor-
paqlarımızı hərb yolu ilə almaq hüququmuz var, o saat Azərbaycana qarşı 
həm Amerikadan, həm Avropadan, həm də Rusiyadan barmaq silkələyirlər. 
Rusların prezidenti Medvedev açıq-aşkar deyir ki, “biz Gürcüstanla ney-
lədik onu xatırlayın, sizi ondan da pis günə salarıq”. Bu da çılpaqlığı ilə 
göstərir ki, azadlıq da, müstəqillik də, ancaq bir neçə güclü ölkələrə aid-
dir, amma bizim bəzi-bəzi gənc azərbaycanlılarımız avropalılaşmaq üçün, 
hətta  öz  dinindən  keçməyə  hazırdır,  bəziləri  təzə  peyğəmbərlər  yaradır, 
bəziləri isə xristianların yaxşı-pis bütün hərəkətlərinə pərəstiş edir və bi-
zim bugünkü vəziyyətimizin günahını müsəlmançılıqda görürlər. Bu dar 
düşüncədir. Anlamaq istəmirlər ki, din təkcə inanc yeri yox, həm də hər 
bir  millətin  həyat  tərzidir,  bütünlükdə  onun  tarixidir,  mənəvi  aləmidir. 
Bizim geriliyimizin səbəbi dində yox, elmə fikir verməməyimizdə, daha 
doğrusu, kobud şəkildə desək – elmsizliyimizdə və yaxud elmə dırnaqarası 
baxmağımızdadır. 
İndiki  İran-ABŞ  münaqişəsi  niyə  yaranıb?  İran  nüvə  fizikası  elminə 
yiyələnib, hansı ki, böyük xaçpərəst ölkələr sayır bu ancaq onlara aiddir, 
bu elmi ancaq onlar inkişaf etdirə bilərlər. 


202
Bu  da  belə,  ey  XXI  əsri  “türk  əsri”  elan  edən  əziz  şairimiz,  yekun 
ondadır  ki,  indiki  zamanda  türk  xalqları  rus  atalar  məsəlində  deyildiyi 
kimi,  “fikri  yağlanmağa  yox,  sağ  qalmağa  yönəltməlidir”.  Sonda  onu 
demək istəyirəm ki, əziz türk əsillilər, biz yer kürəsində sağ qalmaq istə-
yiriksə,  azad  və  müstəqil  fikir  sahibi  olmaq  istəyiriksə,  onda  sayımızı 
yox,  elmimizi  artırmalıyıq.  Elmli  millətlər  güclüdür.  HAQLI  OLMAQ 
İSTƏYİRSƏNSƏ, GÜCLÜ OL! GÜCLÜ OL!..
 29-31.01.2012 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin