Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)


ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə66/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   62   63   64   65   66   67   68   69   ...   99
ÜRƏYİN HÖKMÜYLƏ YAZILAN MƏKTUB
(“Xalq yazıçı”sı Əkrəm Əylisliyə)
Öncədən  sizin  diqqətinizə  yetirim  ki,  mən  şair-publisist  Şirinxanım 
Ağabala  qızı  Kərimbəyli  (ŞADİMAN)  heç  bir  siyasi  partiyanın  üzvü 
deyiləm, heç bir təmtəraqlı atributların daşıyıcısı deyiləm, bu yerə qədər 
yazdığım  və  çap  etdirdiyim  yazılarıma  görə  heç  bir  yerdən  qonorar 
almamışam və buna da ehtiyac duymuram, çünki vaxtında özümə, necə 
deyərlər, gün ağladım ki, qələmdən asılı olmayım. Nəyi istəyirlər yox, nəyi 
istəyirəm onu yazım. Mənim sizinlə tanışlığım siz “Yazıçı” nəşriyyatında 
rəhbər işlədiyiniz 1992-ci ilə təsadüf edir. Mənə dedilər ki, sizə kitabımın 
çapı üçün müraciət edim, özümü tematik plana saldırım. Sizinlə mənim 
aramda bir dəqiqə söhbət oldu, özümü təqdim edib dedim ki, kitab çapı 
üçün müraciət etmişəm. 
Dediniz: Nədir, şeir, ya nəsr? 
Dedim: Şeir. 
Dediz: Bizə şeir-meir lazım deyil. 
O vaxt mən həyəcanla qapını örtüb çıxdım. O zaman indi tarixə çevrilib. 
Açığını etiraf edim ki, mən sizin, ancaq bir kitabınızı oxumuşam. Haçansa 
bir əsəriniz əlimə keçmişdi “Gilənar çiçəyinin dedikləri...” Siz Azərbaycan 
ədəbiyyatında  öz  yeri,  dəst-xətti  olan  yazıçısız.  Özü  də  tələbkar,  özünü 
daim gündəmdə saxlamağı bacaran kifayət qədər tanınmış yazıçı…
Sizin “Daş yuxular” əsəriniz bu günlər ölkədə böyük səs-küyə səbəb 
olub.  Bu  reklam  baxımından  sizin  xeyrinizədir,  çünki  hamı  çalışacaq 
ki,  bu  kitabı  alıb  oxusun,  amma  vətəndaşlıq  baxımından  biabırçılıqdır. 


203
Bilirsiz nəyə əsaslanıb bunu yazıram, “Kulis.az” da gedən müsahibənizə 
və “Dayaq”da yayımlanan əsərinizin qısa məzmununa görə…
Əvvəla, müsahibənizdə siz öz əsərinizi Lev Tolstoyun “Hacı Murad” 
əsəri ilə müqayisə edirsiz, guya hər iki əsərdə müəlliflərin xalqı tənqid olu-
nur, ancaq unudursuz ki, Lev Tolstoy öz xalqına qarşı çıxmırdı. O, Rus 
İmperiyasının kiçik xalqlara qarşı siyasətini pisləyirdi. Ona görə yazırdı 
ki, haqsız zülmlər çeçen xalqına o qədər çox olub ki, çeçenlər rus obrazını 
murdar siçovulla bərabər tutmalı olub. Necə siçovulu görəndə öldürmək 
lazımdır, eləcə də harada rusu gördün onu öldür, amma siz öz əsərinizdə 
Azərbaycan xalqına qarşı rus-erməni imperiya təcavüzünü dəstəkləyirsiz. 
Lev Tolstoy rəhmətlik böyük bir imperiyanın – Rusiyanın dost-doğmaca 
övladı  idi.  O,  Rus  İmperiyasının  azsaylı  xalqların  başına  gətirdiyi 
vəhşətləri görüb, duyub, anlayıb bu əsəri yazmışdı və öz bəşəriliyini aləmə 
elan etmişdi. Hacı Muradın Şeyx Şamillə arası dəyir və rusların tərəfinə 
keçir. O, başa düşür ki, Şeyx Şamil kimi düşmən rus dostdan yaxşıdır. O, 
elə ruslar tərəfindən də qətlə yetirilir, çünki çeçenlər kimi yüzlərlə azsaylı 
xalqlar rus zülmü altında inləyirdi… hətta əsərdə qanqal misal gətirilir, o at 
arabası altında əzilir, yenidən dikəlir, boy atır və yaşayır. O, çeçen xalqını 
o qanqalla müqayisə edir. Çeçenlərin timsalında bütün əzilən xalqları. O 
əzilən xalqlardan biri də biz idik.
Sizin əsərinizin qısa məzmunu ilə tanış oldum, yazdığınızdan belə çıxır 
ki, erməni deyilən məxluqu biz illərdi, əzib tapdalamışıq, onlar bizi yox, biz 
onları qırmışıq. Siz, yəqin ki, tarixdən bilməmiş deyilsiz ki, bu ermənilər 
kimdi? Ermənilər (Çox güman ki, xristian türk boyu olan qıpçaqların toplu-
mu)  Rus  imperiyası  tərəfindən  Qafqaza  gətirilib  yerləşdirilmiş  hayların 
(haylar-əsli  smit  tayfalarından  biri,  onların  heç  farslarla  da  qohumluğu 
yoxdur)  əlində  oyuncaq,  300  ilə  yaxındır  ki,  öz  soyuna,  kökünə,  dilinə 
xain çıxmış bir qövm, gəlmə haylarla birləşib cənubu Qafqazda, Güney 
Azərbaycanında və Türkiyədə yaşayan müsəlman əhalinin qanını axıdan 
iradəsiz bir kütlə. Başqa millətlərin, əsasən də rusların və hayların dediyi 
ilə çalıb oynayan satqın bir tayfa! Siz isə onları yazıq, bədbəxt, çarəsiz 
biri  kimi  qələmə  verirsiz.  Sizin  dediyiniz  o  xristian  məbədlər  həm  də 
bizə  aiddir,  bizim  müsəlmançılıqdan  öncə  tariximizdir.  Siz  İrəvan  azər-
baycanlılarından  yazır  və  onları  qaniçən  kimi  qələmə  verirsiz,  bəs  siz 
Spitakda  borulara  pərçimlənib  qaynaq  edilmiş  soydaşlarımızdan,  o  tifil 
balalardan niyə yazmadız? Bəs siz Sumqayıtda xəstəxanada Ermənistandan 


204
qaçıb canını qurtarmış, namusları tapdalanmış, uşaqlıq yollarına boş butul-
kalar yeridilmiş qadınlarımızdan və palatada döşək ağı ilə özünü boğmuş o 
bədbəxt analardan niyə yazmadınız? Yəni bu qədər faciələrin fonunda heç 
bir erməninin burnu qanamayaydı? Axı bu faciələri onlar özləri başlamışdı. 
O faciələr hələ də davam edir. 
Yeri  gəlmişkən,  İ.Nyutonun  üçüncü  qanununu  sizə  xatırlatmaq  istə-
yirəm: “Təsir əks təsirə bərabərdir”.
Etiraf edirəm ki, mənim uşaq vaxtdan Rus İmperiyasına nifrətim var, 
hətta  universitetdə  3-cü  kursda  məni  Moskvaya  təcrübəyə  göndərmək 
istədilər,  mən  getmədim.  Nəyə  görə?  Həmin  söylədiyim  nifrətə  görə… 
Bilirsiniz,  o  nifrət  nədən  qaynaqlanır?  Onların  I  Pyotrdan  üzü  bəri  bi-
zim başımıza gətirdikləri vəhşətlərdən… Siz bu əsəri ilk dəfə rus dilində 
mətbuata çıxardız və Rusiyanın ədəbiyyat jurnalı olan “Drujba narodov”da 
(№ 12, 2012) çap etdirdiniz. Mən bilmirəm M.Qorki adına İnstitutu qur-
taran  insanlarımız  nə  ilə  fəxr  edir?  O,  Sovet  İmperiyasının  bir  təbliğat 
ocağı idi ki, yazıçı olmaq istəyənləri aparıb rus ruhunda, rus düşüncəsində 
yetişdirsinlər. O yazarlar sonra ömrü boyu Rus-Sovet İmperiyasına xidmət 
etsinlər. Gəlin etiraf edək ki, çoxları da bu təbliğat maşınının təsiri altına 
düşürdü, az qisim yazar insanlarımızı çıxmaq şərti ilə…
Mən  sizə  1975-ci  ildə  Bakıda Volodarski  tikiş  fabrikində  işləyən  bir 
qarabağlı erməni qadının fikirlərini çatdırmaq istəyirəm. Mən iki il o illərdə 
həmin fabrikdə çalışmışam. O, qonşu tikiş maşınında işləyən hay kökənli 
Raya ilə yola getmirdi. Hər gün dava edirdilər. İkisi də xaçpərəst, biri hay, 
biri  Qarabağ  ermənisi.  Bir  gün  Qarabağ  ermənisi  Gülçöhrə  tikiş  stolu-
nun  üstünə  çıxıb  başladı  bərkdən-bərkdən  bu  sözləri  söyləməyə…  “Biz 
neçə əsrdi bu gorbagor hayların əlində əsirik, onlar bizim hər şeyimizi, 
kilsələrimizi,  əlifbamızı,  tariximizi  əlinə  keçirib,  qızlarımızı  da  alıb 
aparırlar Ermənistana, 5-6 aydan sonra qaytarırlar üstümüzə və deyirlər ki, 
siz türkün artığısız. Biz sizə də, türklərə necə nifrət etdiyimiz kimi nifrət 
bəsləyirik. Bizə sizlərsiz Qafqaz lazımdı. Biz rus qardaşlarımızın yardımı 
ilə sizlərin Qafqazda kökünüzü kəsəcəyik. 
HAYLAR BİZİ QANI, KÖKÜ BİR QARDAŞLARIMIZDAN, SOY-
KÖKÜMÜZDƏN AYIRIB”. 
Xristian Qarabağ ermənisi Gülçöhrə bu sözləri 1975-ci ildə heç kəsdən 
qorxmadan, çəkinmədən hönkürtüylə deyirdi. Sonra tikiş fabrikinin parti-
ya rəhbərinə xəbər çatdı. Onu düz bir həftə işə buraxmadılar və işə qayıdanda 


205
ayrı sexə keçirdilər. Yəni hay Rayadan onu ayırdılar. Əgər siz əsərinizi bir qöv-
mün iki yerə parçalanmasından, xristian-müsəlman qarşıdurmasının gətirdiyi 
faciələri  qələmə  alsaydız,  bu  həm  xristian  qarabağlıların,  həm  müsəlman 
qarabağlıların  yaralarının  nisbətən  müalicəsinə  kömək  edərdi,  amma  sizin 
“Daş  yuxular”  birtərəfli  yazılmış  əsərdir.  Öz  millətinə  nifrət,  öz  millətini 
aşağılamaq, onu qaniçən, aşağı səviyyəli qövm kimi qələmə vermək…
Siz sünnət barədə yazırsız. Nəzərinizə yetirim ki, tibbi baxımdan sünnət 
bütün kişi cinsindən olanlara xeyirlidir. Siz Rusiya verilişlərini izləyirsizsə, 
onların həkimləri də bunun xeyirindən gen-bol danışırlar. Öz qulaqlarımla, 
gözlərimlə bu verilişlərdən birinin şahidi olmuşam. Yəni sünnətli kişilər 
daha az infeksion xəstəliklərə düçar olurlar. Bununla siz müsəlmançılığı 
aşağılayıb bu yaşından sonra kim olmaq istəyirsiz?
Onu da sizin diqqətinizə yetirim ki, siz tək deyilsiniz, bizim millətin 
kökünə,  soyuna,  tarixinə,  mənliyinə,  ləyaqətinə  hücum  edənlərin  indi 
ölkə mizdə  sayı  artıb,  necə  deyərlər,  “sapı  özümüzdən  olan  baltalar” 
fəaliyyətə keçib.  Bunların arasında sapı köhnə və təzə baltalar var. Biri 
Şah İsmayıl Xətaini yamanlayır, onu şiəçilikdə günahlandırır, amma şair 
Xətainin şipşirin türkcədə yazdığı, yaratdığı əsərlər unudulur. O öz şahlığı 
dövründə türk dilini hansı səviyyəyə qaldırıb, bu unudulur. Muğamatımıza, 
müsəlmançılığımıza, bir sözlə, əskidən nəyimiz var hər şeyimizə hücum 
edirlər. AYB-nin Güney Azərbaycan üzrə rəhbəri Sayman Aruzun sözlərini 
Mahirə Abdulla qəribçiliyə salmasın. Mən də Sayman Aruzla razıyam ki, 
istər Azərbaycanın Quzeyində, istər Güneyində həmvətənlərimizdən olan 
elə qüvvələr var ki, fars və rus imperiya düşüncə sahiblərilə həmfikirdirlər. 
Onlar  paraya  öz  millətinin  ləyaqətini  ayaqlar  altına  atanlardır!  Bizim 
Quzey Azərbaycanında isə bizə hələ 200 il lazımdır ki, rus düşüncəsindən 
xilas olub müstəqil düşünmək qabiliyyətinə nail olaq. Bizim yaşlı nəslin 
əksəriyyəti hələ də sovetsayağı hisslərin təsiri altındadır…
Bu  gün  bizim  yaşadığımız  ölkədə  “xalq  yazıçısı”,  “xalq  şairi”  titulu 
artıq dəbdən düşüb. İndi bizim bəzi-bəzi yazarlarımız bundan artıq titul-
lara  sahib  olmaq  istəyirlər.  Bu  təbiidir.  Hər  bir  yazarın  halal  haqqıdır. 
Amma  gəlin  baxaq  bu  saat  bizim  zəmanəmizdə  dəbdə  olan  Bakıdan 
Nobel qardaşlarının vaxtilə bizim neftin hesabına təsis etdikləri “Nobel” 
mükafatı əsasən kimlərə şamil edilir? Bu mükafat xristian kökənli adam-
lara və xristianlığa can-dildən pərəstiş edən, xaçpərəst dövlətlərin qrantları 
ilə özünə həyat quran bəzi qeyri-xristian kəslərə…


206
23 ildi torpaqlarımız işğal altındadı, biz bir qrup qadınlar Quzanlıda 9 
yaşlı Fariz Bədəlovu ermənilər snayper tüfənginə tuş edəndən sonra faciə 
baş  verən  kəndə,  körpə  şəhid  balamızın  ailəsinə  başsağlığına  getdik,  o 
kənd evləri erməni güllələrindən dəlik-deşikdi, insanlar gündüz evlərindən 
çölə sürünə-sürünə çıxırlar. Yəni işğal davam edir…
Mənə elə gəlir ki, sizin tutduğunuz yanlış yolun qayəsi xristian bir lik-
lərdən qaynaqlanır, onlar nəyin bahasına olursa olsun, demokratiya, söz 
azadlığı adı altında işğal olunmuş torpaqları bizim yaddaşımızdan silmək 
istəyirlər. Dünyada ən güclü silah QƏLƏMDİR! Bəli, o silahdan açılan 
qurğuşunlardan  da  güclüdür.  Bu  gün  siz  Rusiyada  “Drujba  narodov” 
jurnalında çap etdirdiyiniz “Daş yuxular” ilə neçə əsr milliyyətindən asılı 
olmayaraq müsəlman əhalinin qanına yerikləmiş hayları sevindirdiz. İndi 
Ermənistanda (Hayıstanda) uşaqdan böyüyə hamı sevinir. Əkrəm müəllim, 
bəşəri yazıçılar belə yazmırlar, onlar heç vaxt öz millətlərini başqa xalqın 
ayağına  vermirlər.  Öz  millətini  tapdalayanlara  özünüz  söyləyin  nə  ad 
vermək olar?!. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin