Paralel düz xətlər və müstəvilər.
Tərif Düz xətlə müstəvinin ortaq nöqtəsi yoxdursa , belə düz xəttə müstəviyə paralel düz xətt deyilir.
A düz xəttinin α müstəvisinə paralelliyi belə yazılır.aǁα
Teorem 6 Düz xətt müstəvi üzərindəki hər hansı düz xətlə paraleldirsə, onda həmin düz xətt müstəviyə də paraleldir.
Teoremi qısa şəkildə belə də yazmaq olar: olarsa , aǁα olar.
Bu teoremin tərsi də doğrudur.
Müstəvilərin qarşılıqlı vəziyyəti.
İki müstəvi aşağıdakı kimi qarşılıqlı vəziyyətdə ola bilər:
1.İki müstəvinin bir ortaq nöqtəsi var. Müstəvilər həmin nöqtədən keçən düz xətt boyunca kəsişirlər.
2.İki müstəvinin heç bir ortaq nöqtəsi yoxdur.
3.İki müstəvinin bir düz xətt üzərində olmayan üç nöqtəsi var. Müstəvilər üst – üstə düşür.
Tərif Ortaq nöqtəsi olmayan və üst – üstə düşən müstəvilərə paralel müstəvilər deyilir. α və β müstəvilərinin paralelliyi αǁβ kimi işarə olunur.
Teorem 7 Bir müstəvinin iki kəsişən düz xətti uyğun olaraq , o biri müstəvinin iki kəsişən düz xəttinə paraleldirsə , onda həmin müstəvilər paraleldir. . Uyğun olaraq, aǁǁa1 ,bǁb1, a1,b1⸦ β olarsa , onda aǁb olar.
Dostları ilə paylaş: |