Sumqayıt-2014 Məsləhətçi: Osman Musayev


) Bayramov Rəhman Dursun oğlu



Yüklə 4,61 Mb.
səhifə4/14
tarix09.03.2017
ölçüsü4,61 Mb.
#10792
1   2   3   4   5   6   7   8   9   ...   14

1) Bayramov Rəhman Dursun oğlu

2) Bayramov Habil Şahvələd oğlu

3) İbrahimov Nazim Tofiq oğlu

4) Xələfov Qərib Telman oğlu

5) Məmmədov Məmməd Qara oğlu

6) Nuriyev Zabit Şamil oğlu

7) Ramizov Məcid Binəli oğlu

8) Əhmədov Əhməd Paşa oğlu

9) Əfəndiyev Mahir Əhməd oğlu

10) Omarov Ariz Nəriman oğlu

Ey mənim əziz şəhidlərim, yerdə bombaların çuxuru olmasa, sülh olar.
İstərəm o dağa gedim yenə də,

Dağ üstəki dumanları neyləyim?

Bəlkə fələk dağ çəkəcək sinədə,

Şübhələri, gümanları neyləyim?

Kimsə atdı, kimsə tapdı dünyada,

Kimsə yıxdı, kimsə yapdı dünyada.

Vurhavurdu, çaphaçapdı dünyada,

Bu qəsdləri, talanları neyləyim?
Mənə solğun görünmədə göydə gün,

Nikbinliyim azalıbdı büsbütün.

Yaxşı günü üstələyir yaman gün,

Yaman günə qalanları neyləyim?

Neylim, canda qüssə, fəğan yaşadı...

Üzülsə də yenə bu can, yaşadı.

Güləmail yaxşı yaman yaşadı,

Vaxt – vədəsiz solanları neyləyim?


вав

Ey Azərbaycan bayrağına and içən əsgərlərim. İnanıram ki, Azərbaycan bayrağı başımız üzərində həmişə əzəmətlə dalğalanacaq!
Fəxr, qürur, ehtişam,

Güvənc, etibar, inam,

Kömək həyan bayrağı –

Azərbaycan bayrağı!

Tanınmısan qədimdən!

Mətin ölkə, mərd Vətən,

Odlu məkan bayrağı –

Azərbaycan bayrağı!
Artsın şanın, şöhrətin,

Bu qoca məmləkətin

Hələ cavan bayrağı –

Azərbaycan bayrağı!
Qəlbimin təpəridir,

Xalqa ümid yeridir,

Elə güman bayrağı –

Azərbaycan bayrağı!
Dözümü var, gücü var,

Yıxılmaz, şax dayanar -

Varsa tutan bayrağı –

Azərbaycan bayrağı!
ANALAR... ANALAR...
O qədər ana-bacılarmız övlad həsrəti ilə gözləri yollarda, qulaqları səsdə, əlləri sazda, dilləri laylalı-bayatılı, qımqımalı, dünyasını dəyişiblər ki... Qırmızı paltarı bağlı boxçada, sandıqda qalan o qədər anlar var ki...

Ax, nişan üzüyü barmaqdan çıxmayıb qız qarıyıb ölən bacılar...

Vay... Vay...

Ax, müharibələr...

müharibələr...

mələşən körpələr,

atasız titrəşər, çabalar, kimsəsizləşər...

Gündüzlər düşünər deyərlər:

ürəkdə qaldı büsbütün dərdi - həsrətim...

Ax... Ax... ey qanlı fələk...

Gecələr ayla-ulduzla dərdləşər, uyuyar,

huşsuzlaşar atasızlar.

Həsrətlə qucaqlaşıb yatar gecələr,

ay gecələr... atasızlar sənlə gecələr...

Of... of...

ey şəhidlərimin ruhları,

siz deyin,

sizinlə dərdləşən şairə-

Güləmail bacınız necə yaşasın?
***
Allah “gəl desəydi çıxıb gedərdim,

Ömür sarayımı yıxıb gedərdim,

Yaxamdan çəkməyir əlimi dərdim,

Çoxmu olacağam belə, bilmirəm,

Yaşaya bilmirəm, ölə bilmirəm.
Güləmail qalıb məlal içində,

Nə qədər vurnuxum xəyal içində?!

Qalmışam çox çətin bir hal içində,

Dərdimi heç kəslə bölə bilmirəm,

Yaşaya bilmirəm, ölə bilmirəm.
Göz nurum, şəhidlərim, siz ana naləsində, nəfəsində, dilində, bulaqlarımın zümzüməsində, dağ çaylarımın gur şəlaləsində, yarpaqlarımın pıçıltısında, çəmən çiçəklərinin ləçəyində, dağlarımın lalasında, aşıqlarımın sazında, şairlərmin şeirlərində, gecənin qaranlığını döyüb, dan yerini söküb gələn günəşimdə, bir də hər birimizi haraylayan məzar daşında yaşayırsınız. Və siz duyğusal ürəklərdə bayatıya, laylaya çevrilib vərəqlərə axırsınız. Deməli, bizi də yaşamağa, yaratmağa sövq edən sizsiniz!
xs


O, ƏSL QƏHRƏMAN İDİ
йц

Məmmədov Məmməd Qara oğlu



(1967 – 1992)
Elə igiddi Məmməd...

Məqsədə yetdi Məmməd.

Düşmənlə vuruşmağa

Könüllü getdi Məmməd.
Sadıqlı kənd orta məktəbi bu gün bir şəhidin adını daşıyır Məmmədov Məmməd Qara oğlunun...

Məmməd 1967-ci il oktyabr ayının 7-də doğulmuş, 1974-cü ildə isə Sadıqlı kənd orta məktəbinə qədəm basmışdı.

1984-cü ildə əla qiymətlərlə təhsilini başa vuran Məmməd, İmperiya ordusunun tərkibində əvvəlcə Gürcüstanın Axalkələki rayonunda, sonra isə Rusiyanın ucqarlarında xidmət keçmişdi. Artilleriya alayında qulluq etdiyinə görə, silahlardan, ümumiyyətlə bütün döyüş texnikasından istifadə etməyi yaxşı bacarırdı. Artilleriya alayında komandir olmuşdu, hərbi biliyə mükəmməl yiyələnmişdi Məmməd.

Onun xasiyyəti də elə əsl hərbçiyə xas idi. Ciddi, qarşısına qoyduğu məqsədə çatmaq üçün qorxu bilmədən hərəkət etmək, cəsarətli, düzgün qərarlar qəbul etmək, çətin vəziyyətdən çıxış yolu tapmaq, düzlük, bir az da sərtlik kimi xüsusiyyətlər onu qələbəyə səsləyirdi. Torpağa, vətənə, elə o qədər bağlı idi ki, elə ona görə də cənnət Qarabağımız, ümumiyyətlə, torpaqlarımız vəhşi erməni dığaları tərəfindən təhlükəylə üzləşdiyi vaxt mübarizəyə qalxdı, könüllülər cərgəsinə ilk yazılanlardan oldu Məmməd.

Qazax rayonundakı əlahiddə müdafiə taboruna qoşuldu. Əvvəlcə Qazaxın Sofulu, Cəfərli, Barxudarlı, Məzəm, Əskipara, Qızıl Hacılı, Bağanis-Ayrım kəndlərinin, sonra Tovuzun Əlibəyli, Ağstafanın Tatlı, Köhnə Qışlaq kəndlərinin müdafiəsi üçün döyüşdü. Bu döyüşlərdə böyük şücaət göstərdi Məmməd. Düz bir il qanlı döyüşlərdə düşmənlə çarpışdı. Onun silahlardan istifadə etmək bacarığı, hərbi biliyə malik olması daim köməyinə çatırdı. Gözlənilməz məqamlarda, çətin anlarda verdiyi qərarlar, cızdığı planlar yoldaşlarının da həyatını təhlükədən qoruyurdu. Neçə-neçə döyüş səhifələri yazdı Məmmədin üzv olduğu alayın döyüşçüləri. O, döyüşdə olarkən, öz mövqeyini tərk etmədi. Nəyin bahasına olursa-olsun, düşməni geri çəkilməyə məcbur etdi, onları bir addım da irəli buraxmadı.

Son döyüşü 1992-ci il iyulun 29-da Qızıl Hacılı kəndinin müdafiəsi zamanı oldu. Qızğın döyüş gedirdi. Məmmədgil düşməni irəli buraxmamağa çalışırdı, düşmən də, elə bil şeytan cildinə girmişdi. Döyüşçülərimizin silahı tükənməkdə ikən, onlar göbələk kimi artmaqda idilər. Doludağda topun arxasında həmyerlimiz Məmməd durmuşdu. Bu topun vasitəsi ilə ermənilərin mövqelərini alt üst edir, səngərlərini viran qoyurdu. Ən qaynar nöqtələrdə vuruşurdu Məmməd. O, həmişəki kimi mövqeyindən çəkilməyəcəkdi, lap ölsə də... Belə də oldu, bu döyüş onun həyatının vida nəğməsi idi. O gün dönməz, mərd, cəsur, igid bir oğul da itirdi Vətən. Onunla yoldaşlıq edən hər kəs mərdliyinə, qorxmazlığına, səmimiliyinə heyran olmaya bilməzdi. Böyük ürəyi vardı Məmmədin. Onun ürəyində Vətən məhəbbəti boyda, düşmənə nifrəti də boy atmışdı. Amma düşmən bilsin, agah olsun ki, Məmmədin ürəyini mənfur güllə susdursa da, qəlbinə sığmayan Vətən məhəbbətini və düşmənə olan hədsiz nifrətini azalda bilmədi. Məmməd, uğrunda can verdiyi torpağa tapşırıldı. Ağstafa şəhərindəki Şəhidlər xiyabanı onun son mənzili oldu. O vaxt Böyük-Kəsik Atçılıq sovxozunda direktor işləyən Səlimxan Güləliyevin təşəbbüsü ilə Sadıqlı kənd orta məktəbinin həyətində Məmmədin abidəsi ucaldılıb. Ölümündən bir həftə sonra, onun qəhrəmanlığı bir dah Qazax Xeyriyyə Cəmiyyəti tərəfindən Əliağa Şıxlinski adına mükafatla qiymətləndirildi. Qazax alayının birinci taborunun mahir topçusu Məmməd Qara oğlu belə igid idi.

Bunlarla kifayətlənməyən ana, sözü güllə kimi başımdan yağdırırdı...

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin