Şəhidliyin mübarək. Əhmədin yazı-pozuya çox böyük həvəsi vardı. Rayonunn “Qalibiyyət bayrağı” qəzetində vaxtaşırı məqalələri dərc olunurdu. Rayon əhalisinin qayğılarından, problemlərindən bəhs edirdi məqalələrində. Orta məktəb illərində daha çox ədəbiyyatla maraqlanırdı.
1958 – ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində - ziyalı ailədə doğulmuşdu Əhməd Paşa oğlu. O zaman Əhmədin atası Paşa İsmayıl oğlu Ağdaş Rayon Maarif Şöbəsinin müdiri vəzifəsində işləyirdi. Anası Lütviyə xanım riyaziyyat müəllimi idi. Qarayazı meşəsinin bənzərsiz gözəlliyi, səmum küləyində rəqs edən yarpaqların pıçıltısı, Ana Kürümün həzin laylası, bəzən kükrəyib daşan, sellənib coşan hayqırtısı Sadıqlı torpağının təmiz havası, saf suyu iləböyümüşdü Əhməd. Orta təhsilini də kənd məktəbində almışdı.
1977-1979-cu illərdə hərbi xidmətini o vaxtlar keçmiş SSRİ-nin Uzaq Şərq vilayətində başa vurmuşdu. Hərb elminin sirlərini yaxından mənimsəmişdi. Xidmətdən qayıtdıqdan sonra qonşu Gürcüstanda - zavodların birində uzun müddət sürücü işləmişdi. Elə kənddə sayılıb-seçilən hörmətli bir ailənin qızı ilə ülfət bağlamışdı, üç qız atası idi. Necə deyərlər, əlinin qabarı, alnının təri iləövladlarını böyüdürdü. Kiminləsə işi olmazdı. El içində xətri-hörməti vardı. Üzdəniraq qonşularımız torpağımıza göz dikəndə, Əhməd də həmkəndliləri ilə birlikdə vətənin müdafiəsinə qalxdı.
1991-ci ildə erməni fitnəkarlığının tüğyan etdiyi məqamda ilk könüllülər taboruna yazılanlardan oldu Əhməd. Fikirləşdi ki, torpaq düşmən tapdağı altında olmasa, övladlarım el-obada rahat yaşayar.
Qazax rayonu ərazisində torpaqların qorunmasında, düşmən hücumlarının qarşısının alınmasında fəal iştirak etdi. Əhmədin ilk döyüşü Qazaxın sərhəd kəndləri - Quşçu, Bağanis-Ayrım və Fərəhli oldu. Qızılhacılı kəndi uğrunda gedən döyüşlərdə rabitəçi işləyirdi. Sonra isə vəziyyətin daha gərgin olması iləəlaqədar Ağdərənin, Tərtərin qorunmasıüçün köməyəçatdırdıözünü.
Sərsəng su anbarıətrafında onun son döyüşü oldu. Heç nədən qorxmurdu. Döyüşdəözünü elə şücaətli, mərd göstərirdi ki... Bu döyüşdə dostlarını qorumaq istəyərkən özü itkin düşdü. O zaman 1993-cü ilin mart ayı idi. Torpaq qış yuxusundan oyanıb, nəfəs alarkən, elin, obanın, vətənin oğlu canını torpağa tapşırdı. Səninlə fəxr edirəm, əziz balam, vətənə oğul olduğun üçün. Əziz şəhid balalarım, qoy mənim yazdıqlarım sizin ruhunuzu isitsin... göz yaşım qəbriniz üstündə gül-çiçək bitirsin.
Onun mərdliyi, qorxmazlığı, Vətən torpaqlarının tamlığı uğrunda göz qırpmadan canını fəda etməsi ilə təkcəövladları deyil, bütün kənd fəxr edir. Amma sağ qalsaydı, bəlkə də, bir jurnalist kimi tanınardıƏhməd. Bəlkə da yaxşı bir yazıçı olardı. Vətənin dərdini, yarasını ovutmaq üçün, şəhid hekayələrini, əsir insanların, elindən didərgin düşənlərin hislərini qələmə alardı, söz iləəbədiləşdirər, gələcək nəsillərəörnək olan əsərlər yaradardı. Amma bu da taleyin işidir. O, ölməz qəhrəman kimi öz igidliyi ilə, yaddaşlara həkk olub, daşlaşıb, heykəlləşib. Yaxşı deyiblər ki, torpaq uğrunda ölən varsa, vətən var.
Onlar heç vaxt ölmür... Vardı yaşamaq eşqi,
Əhməd Paşa oğlunun.
Yoxluğuna inana –
Bilməyirik biz onun. Baharda doğulmuşdu...
Ömür yarı, yaş yarı...
Ürəyində qalıbdır,
Əhmədin arzuları. Baharda doğulmuşdu...
Tərk etdi baharda da
Cahanı igid Əhməd.
İftixarla deyirik
Mərd Əhməd, şəhid Əhməd! “Yoxdur” deməyək, o, var,
Köynəyimdə qan yeri. Bayramov Rəhman Dursun oğlu... Bu ad da Sadıqlı camaatının, yaddaşında əbədi qalacaq və yaşayacaq - şəhid adlardan biri kimi. O da, vətənin dar günündə canınıqurban vermiş igidlərdən biridir.
O, 1973-cü il sentyabr ayının 14-də anadan olmuşdu. Sadıqlı kənd orta məktəbini bitirdikdən sonra, Gürcüstan Respublikası Qardabani rayonundakı Texniki Peşə Məktəbinə daxil olur, sürücü-mexanizator peşəsinə yiyələnir. Kim bilir, sağ qalsaydı, indi hansı sənətin arxasınca gedərdi, necə gözəl ailə başçısı olardı.
Rəhmanın həyata keçməyən o qədər arzuları vardı ki, necə xəyallar qururdu gələcək üçün...
Atası Dursun kişi o vaxtlar Xalq Cəbhəsinin üzvü idi. Həm dəəlbəttə ki, vətəninin, həmvətənlərinin gələcəyi naminə xeyirli işlər görəcəklərinə inanaraq, el-obaya xeyir vermək naminə qoşulmuşdu bu cəbhəyə. O vaxtlar qarışıq zaman idi. Vətəni həm daxildən, həm də xaricdən düşmənlər ələ keçirmək üçün hər cür vasitəyəəl atırdılar. Yaşıdları kimi Rəhman da 1992-ci ildə Vətənə borcunu vermək üçün hərbi xidmətə getdi. İlk qulluq etdiyi Poylu kəndində yerləşən hərbi hissədəonlara təlim keçirilir, döyüş texnikasından istifadə etməyi öyrədirdilər. Sonra isə döyüşçü kimi Köhnə Qışlaq kəndini qorumağa göndərdilər. Bir dəfəəmisi onu yoxlamağa gedibmiş. Onun necə döyüşdüyünün şahidi olub. Əmisi qeyd edir ki, Rəhman qan-tər içində minamyot atır, nəzərini məndən çəkmirdi, güllə dəyməsin deyə, hətta, baxışlarıyla qorumağa çalışırdı məni. Özünü heç düşünmürdü. Fikri döyüşən yoldaşlarında, bir də məndə idi. Düşmənə qarşı o, necə də amansız idi, Allah! Elə deyirdi ki, bircə bu murdarların burunlarını ovub geri oturtsaydıq, heç olmazsa, gənc nəsil xoşbəxtliyin ləzzətini dadardı. Biz də baxıb qürur duyardıq ki, əməyimiz öz bəhrəsini verib.
Hər tərəfdən hücuma keçən düşmən qüvvələrinə qarşı dirəniş göstərən igidlərimiz mövqelərindən geri çəkilmirdi. Azğın düşmən daha böyük qüvvə ilə irəliləyirdi. 1993-cüilin aprel ayının ortaları idi.
Aprelin 16-da Rəhman əmisi oğlu Habilin Ağdərədə həlak olmasını eşitdikdən sonra, intiqam hissi ilə minamyotdan dalbadal atdığı mərmilərlə xeyli düşmən əsgərini məhv etdi. Təəssüf ki, sonda özü Tatlı kəndindən olan dostu Fəxri Nəsir oğlu Nağıyevlə birlikdə düşmənin atdığı minamyot qəlpəsindən həlak oldular. Dilinə gətirmədiyi neçə-neçə arzusu da özü ilə birlikdə torpağa gömüldü Rəhmanın. O, Sadıqlı kənd qəbiristanlığında dəfn olundu. Adını isə, Sadıqlı kənd xəstəxanası yaşadır. Gələcək haqqında ümidləri, arzuları elə arzu olaraq qaldı, xəyala döndü. O, xəyallarda istədiyi həyatı qurdu, bir qız istədi, hətta evləndi və...
Sonsuz xəyallar, elə xəyal kimi də bir güllənin qurbanı oldu, hər şey dağıldı, xəyallar da, arzular da...
Bu da yarımçıq bir ömrün yarımçıq hekayəsi...
Görəsən, Vətəni qorumaq üçün canından keçən balalarımızın günahı nədir? Bu balaların köksünə sancılan, onların cavan ömrünə son qoyan güllələrin atılması, əsrin faciəsi, nadanlığın nəticəsi deyilmi, Ey Analar?!