gülə atan adam!.. Qeyrətli, cəsarətli, əyilməz oğullarımız, ər igidlərimiz vətənmizin qeyrət və rəşadət simvoludur. Belə oğullarmızla fəxr etməyə dəyər.
Mənim əziz balam Rəhman Dursun oğlunun da arzusu təəssüf ki, xəyal oldu.
Şəhidlik zirvəsindən. Şəhid övladlarımızın hər birinin keçdiyi qısa həyat yolunu, mənalıömrünü vərəqlədikcə, onların döyüş yollarını izlədikcə, sanki özün də o yolları keçirsən, onların duyğularını duyursan, yaşadıqlarını yaşayırsan, nifrətini, düşmənə qəzəbini hiss edirsən, açılan güllələrin, atılan mərmilərin gurultusu içində düşünürsən ki, nə yaxşı ki, xalqımızın mərd övladları çoxdur, “uf” demədən yurd, torpaq uğrunda canlarını qurban verməyə hazırdırlar. Bu övladlar vaxt, zaman gözləmədən hər an düşmən əlindəolan torpaqları qaytarmağa, azad etməyə məqam gözləyirlər.
Ağstafanın Sadıqlı kəndində - sadə bir ailədə -Şahvələdin ocağında -1973 - cü il iyun ayının 2 – də bir oğul göz açdı dünyaya. İş-gücün çoxluğundan göz açmağa imkan tapmasalar da, qohum - əqrəba, qonum – qonşu, onlara gözaydınlığı verdilər, təbrik etdilər, xeyirli övlad olmasını dilədilər. Körpənin adını da Habil qoydular.
O, 1980-ci ildə Sadıqlı kənd orta məktəbinə daxil olmuş və 1991-ci ildə qonşu Muğanlı Peşə Məktəbini bitirmişdir. Habil elə uşaqlıqdan sakit, sözə baxan idi, kənd təsərrüfatı işlərində valideynlərinə kömək etməyə, əl tutmağa çalışırdı. Oxumağa o qədər də həvəsi yox idi. Odur ki, kənd məktəbinin 8-ci sinfini bitirib traktorçu peşəsinə yiyələndi.
1992-ci ildə hərbi xidmətəçağırıldı. Poyluda olan hərbi hissədə 4-5 ay xidmət keçəndən sonra, onu Ağstafanın Köhnə Qışlaq kəndinə apardılar. Bu kənd Ermənistanla sərhəddə yerləşdiyindən, düşmən qarşısında sayıqlığı itirmək olmazdı.
Habil bir neçə aydan sonra Ağdərəyə yola düşdü. Burada özünü mərd, cəsur, qorxmaz əsgər kimi tanıtdı, döyüş dostlarının, komandirin rəğbətini qazandı. Hələ Köhnə Qışlaqda olarkən, qazaxlı Alikin dəstəsində döyüş yolu keçmişdi Habil. Qəhrəmancasına vuruşaraq, onlarla erməni əsgərini öldürmüşdü.
Dəfələrlə kəşfiyyada olmuşdu. O, hər zaman özünü əsl kəşfiyyatçıkimi aparmışdı. Hətta bir dəfə izə düşərək, otların arasında gizlənən erməniləri səssizcə məhv etmiş və lazımi məlumatı gətirmişdi. Elə bu səbəbdən də komandanlıq tərəfindən bir neçə günlüyə evə buraxılmışdı.
Habil Köhnə Qışlaqdan Ağdərəyə könüllü getmişdi. Vəziyyət daha çətin olduğu üçün, orada daha çox lazım olacağını düşünürdü. Arada kor bağırsağından cərrahiyyəəməliyyatı olunsa da, yarasının sağalmasını belə gözləməmiş, döyüş yoldaşlarına köməyə tələsmişdi. Valideynləri onu evdə ləngitmək istədikdə demişdi:
-“Bu kor bağırsaq nədi ki, siz orada yaralananları görsəniz, belə deməzsiniz, özünüz mənə tələs get, deyərdiniz”.
Ağdərə döyüşləri səngimək bilmirdi. Mart ayı yenicə girmişdi. Artıq baharın ətri duyulur, torpaq canlanırdı. Ermənilər nəinki geri çəkilmək istəmir, hətta bayrama qədər yeni torpaqlar ələ keçirmək üçün “rusların” köməyinə arxalanaraq yeni cəhdlər edir, daha da quduzlaşırdılar. Elə bu amansız döyüşlərin birində - mart ayının 2 - də Habilgilin dəstəsi var qüvvəsi ilə düşmənin qarşısını kəsməyə, onları məhv etməyə çalışdılar. Lakin qüvvələr bərabər deyildi. Beləçətin, qeyri - bərabər döyüşşəraitində torpaqlarımızın azadlığı uğrunda çırpınan, döyünən bir vətən övladının ürəyi 1993-cü il mart ayının 2 - də Ağdərə uğrunda gedən döyüşlərdə düşmən gülləsi ilə birdəfəlik susduruldu.
Bir gəncin də baharı qara gəldi, arzuları açılmamış soldu.
Bir oğuldu tale onu tez dərdi
Gödək ömrü daşüstündə göyərdi.
Anası olanlar nə bəxtəvərdi
Sağalmaz dərdimin dərmanı gəlsin,
Ay ellər, çağırın Habilim gəlsin. Şahvələd kişinin zəhmətkeş ailəsində göz açan, “xeyirli övlad olsun” xeyir-duası ilə böyüyən oğul, doğrudan da, el-oba, vətən üçün xeyirli övlad oldu. Amma, bilinmədi ki, iç dünyasında hansı arzularla yaşayırdı, hansı xəyallarla, ümidlərlə “gələcək” quracaqdı özünə. İç dünyası açılmamış qaldı bu xeyirli övladın. Bayrama hazırlaşan, bayrama tədarük görən ailəyə bu bayram oğul itkisi ilə gəldi.
Onsuz da dünyaya gəldiyimiz kimi, bir gün də köçəcəyik. Amma köçənlərlə şəhid olanların fərqi odur ki, şəhidlik haqq vəədalət simvolu olmaqla yanaşı, Tanrının ən sevimli bəndələridir. Şəhid – tarixdə qalan, daim xatırlanan, tarixdən bac alandır. Bəli, Habil və digər şəhidlər cismən yoxdurlar, amma onların ömrü torpaq qədər əzəli vəəbədi olaraq davam edəcək. Onlar bir daha öz əməlləri, cəsurluğu ilə sübut etdilər ki, varlığında ləyaqət, qeyrət, cəsarət və düşmənə nifrət gəzdirən hər kimsə, el gözündə ucala bilər. İnsanın əməlləri özündən sonra yaşayarsa, demək, ömrünün davamı ölümündən sonra başlayır. Nə qədər ki, Bayramov Habil Şahvələd oğlu kimi oğullarımız var, bu torpaq Vətən adlanacaq, Vətən olacaq və bu torpaqda nə qədər desən, vətəni qoruyacaq oğullar böyüyəcək, Vətən adlıtorpaqdan güc alacaq, düşmənə qalib gələcək...
Şəhidlərmizin ömrünün davamı ölümündən sonra başlayır...
Şəhidlər ölmürlər – onlar toxum kimi torpağa əkilir yenidən cücərib göyərmək üçün...