Sumqayıt-2014 Məsləhətçi: Osman Musayev



Yüklə 4,61 Mb.
səhifə3/14
tarix09.03.2017
ölçüsü4,61 Mb.
#10792
1   2   3   4   5   6   7   8   9   ...   14
20 yanvar” faciəsi M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətini, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə çatdıq və ölkəmiz suverenliyə qovuşdu. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni heç vaxt unutmayacaq. Oy... o gecə...
Küçələr çoxdan belə qan görməmişdi

O gecə necə də qanlı bir gecə...

Qana yerikləyən can görməmişdi.

O gecə, necə də qanlı bir gecə...
Hədəfə tutmuşdu gecədən bəri,

Sovet Bakısını sovet əsgəri.

Gecə iztirabla doğdu səhəri,

O gecə, necə də qanlı bir gecə...
İlahi, o gecə məhşərdi, nədi?

Düşmən başımıza güllə ələdi.

Neçə dərd köynəyi qəm düymələdi...

O gecə, necə də qanlı bir gecə...
Tuş olduq bəlaya neçin, nədən biz?

Bədənsiz baş gördük, başsız bədən biz.

Sarsıldıq o gecə işgəncədən biz,

O gecə, necə də qanlı bir gecə...
Necə bəla idi, bu, necə zülüm?

O gecə cəfaydı, o gecə zülüm...

Bir də elə gecə görməsin elim,

O gecə, necə də qanlı bir gecə...
O gecə bu faciəni törədənlərə bütün dünya müsəlmanları öz dərin nifrətini bildirdi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar gecəsini Respublikamız hər il “Ümumxalq hüzn günü” kimi geniş qeyd edir. Bu da tarixmizin qan yaddaşına “qanlı bazar” günü kimi yazılıb.

Bəli, ədəbiyyatımızın, poeziyamızın sönməz günəşi olan xalq şairi Səməd Vurğun demişkən:
Nələr çəkmiş başın sənin...
Dahi Səməd Vurğunun Azərbaycan şeiri xalqımızın ağrılı-acılı, şirinli bir tərcümeyi-halı kimi bütün dünyaya yaxşı tanışdır. Həmin şeirdəki Nələr çəkmiş başın sənin misrası bizi gizli qalan çox böyük həqiqətlərdən xəbərdar edir.

Bəli, doğma Azərbaycanımızın başı çox müsibətlər çəkib. Uzun əsrlər yadelli işğalçılar onun dilbər guşələrinə göz dikib və həmişə onun torpağından az da olsa qoparmağa çalışıb. Zaman-zaman yadelli işğalçıların hücumu xalqımız tərəfindən məharətlə dəf edilib və haqsızlıqlara qarşı mübarizə tarix boyu xalqımızda döyüş əzmini daha da möhkəmləndirib.

Bilirik ki, “Gülüstan” (1813) və Türkmənçay (1828) müqavilələri Böyük Azərbaycan torpağını iki hissəyə parçaladı: Bir hissəsi paytaxt Təbriz daxil olmaqla, İran Azərbaycanı adlandırıldı. O biri hissəsi paytaxt Bakı olmaqla, Rusiyanın tərkibinə daxil edildi. Tarixi Azərbaycan dövləti süqut etdi. Uzun Həsənin və Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin vaxtında Azərbaycan qüdrətli bir dövlət idi. Onun sərhədləri Bağdada qədər gedib çatırdı. Xarici düşmənlərin birləşməsi və ölkədaxili çəkişmələr onu parçalamağa başladı. Amma xalqımızın ürəyində Cavanşir, Babək, Koroğlu qeyrəti qalırdı. Xalqımız mübarizə əzmini özündə saxlayırdı.

20-ci əsrin əvvəllərində formalaşan milli-şüur yenidən pöhrə verdi. Bununla bərabər, yenə Azərbaycana xarici basqılar başladı və bu basqıların başında xəyanətkar Ermənistan dayandı. Xarici işğalçılar, xüsusən Suriya və Türkiyədən qovulan ermənilər rus imperilazminin köməyi ilə Dağlıq Qarabağı işğal etmək istədilər. Bütün bu gərgin ictimai vəziyyətə baxmayaraq, 1920-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini bəyan etdi. Bu, Şərqdə yaradılmış ilk Demokratik Respublika idi. Ancaq Rusiyada Nikolayı devirib qələbə çalan Bolşevik partiyası mənfur əllərini Azərbaycana uzatmaqda davam edirdi. Rus və yerli bolşeviklərin köməyi ilə 1920-ci il aprelin 27-də Bakıda Müstəqil Respublika devrildi, bir gün sonra Azərbaycanda Sovet hakimiyyəti qələbəsini qeyd etdi. Beləliklə, Azərbaycan rəsmi olaraq, Rusiyanın müstəmləkəsinə çevrildi, Zəngəzur qəzası isə ermənilərin tabeliyinə keçdi. Dövrün psixoloji məqamları ədəbiyyatımızda da özünə yer alıb.
Bu ağır yük çəkilməz...

Bu ağrılar içilməz.
***

Cocuklar ağlayırdı, gözləri qanlı durmuşdu,

Qadınlar ağlayırdı, dilləri əfqanlı durmuşdu.

(M. Hadı)

***

Mən istəmirəm yasaq, hər ümidim oldu təbah,

Ürəkdə qaldı, bütün dərdü - həsrətim, ey vay!

***

O, titrəşib mələşən yavrular üçün çabalar...
***

Həp cahan qanlı bir kitab əlan,

Bu fəqət bir səhifədir ondan.

Qopuyor hər tərəfdə ünü fəryad...

(H.Cavid)
Kainat dəyişib,

məhşər günüdür,

özündən ağırdır

dünyanın dərdi.

Çəkə bilmir...

tərəzisi yox...

(G. Murad)

Azərbaycanın düşünən beyinləri üçün əsl faciə elə bundan sonra başladı, milli şüur daşıyıcıları kütləvi surətdə məhv edildi və bu 37-ci illərdə ən yüksək həddə çatdı. Bu qırğın tarixdə repressiya kimi yadda qaldı. H.Cavid, M.Müşfiq, S.Hüseyn, S.Mümtaz, Y.V.Çəmənzəminli və neçə-neçə ziyalılarımız düşmənin əli ilə güllələndi.

Elə o zamandan 1988-ci ilə kimi erməni işğalçıları ərazi işğalını dayandıraraq, mənəvi işğala keçdilər.

Tarixə ekskursiya:

1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev millətin mədəni və mənəvi sərvətini - ziyalıları qoruyur, get-gedə milli şüuru inkişaf etdirir. Heydər Əliyev 80-ci illərin əvvələrində Sov. İKP-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə irəli çəkilir. Xarici və daxili düşmənlər bundan çox qorxuya düşürlər. Heydər Əliyev SSRİ-də və xaricdə siyasi xadim kimi böyük nüfuz qazanır. Çox keçmir ki, Heydər Əliyev ölkə rəhbərliyində siyasi eybəcərliyə etiraz olaraq, vəzifəsindən istefa verir və bundan sonra Sovet İttifaqının dayaqları laxlayır.

Heydər Əliyevin istefasından sonra, 1988-ci ilin fevral ayının 15-də Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər ayağa qalxaraq, vilayəti Ermənistana birləşdirmək istəyir. Azərbaycanda mitinqlər başlayır, milli azadlıq hərəkatı güclənir. Erməni və rus hərbi birləşmələrinə qarşı etiraz dalğası Azərbaycanı bürüyür. Qərbi Azərbaycanda yaşayan 250 mindən çox türk (azərbaycanlı) ermənilər tərəfindən öz yurd-yuvalarından qovulur.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə rus və erməni hərbi birləşmələri tərəfindən Bakıda dinc nümayişçilər gülləbaran edilir. Sadə insanlar küçədə, iş başında, ev-eşiyində amansızcasına qətlə yetirilir. Hətta amansız işğalçılar məktəbliləri də öldürməkdən çəkinmirlər. SSRİ rəhbərliyi, şəxsən M.Qorbacov Azərbaycanı qan gölündə boğur. Qocalar, uşaqlar, tibb işçiləri, sənət və elm adamları küçədə qanına qəltan olur. Dağ üstə Şəhidlər Xiyabanı yaranır. Bakıda fövqəladə vəziyyət elan edilir.

Çox keçmir ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa edir. Gözügötürməyən qonşularımız Rusiya vasitəsi ilə silahlanaraq, Dağlıq Qarabağ Muxtar Vilayətindən (Şuşa, Xankəndi, Əsgəran, Xocavənd, Ağdərə, Xocalı) türkləri (azərbaycanlıları) qovur, evlərini talan edirlər.

Şuşa düşmən əlinə keçir və Xocalı ermənilər tərərfindən tamamilə yer üzündən silinir... insanlar öldürülür və əsir götürülür. Bu an qələmim hönkürüb ağlayır. Ürəyimdə inildəyən dərd qələmimin gözündən tökülür. İçimdə göyüm-göyüm göynəyən bu dərdi kimə deyim? Ürəyimi qəm dağıdır.

Nə qədər igid oğul-qızlarımız vətən uğrunda şəhid olur. Yazarlarımız qələmə, oğul və qızlarımız silaha sarılır.

Sonra Dağlıq Qarabağa yaxın rayonlar işğal edilir. Kəlbəcər, Laçın, Qubadlı Cəbrayıl, Ağdam, Füzuli Zəngilan da düşmən tapdağına çevrilir.

Xalqın dəvəti ilə Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlir. Amansız müharibə dayandırılır. Milli Ordunun təməli qoyulur. Ölkədə sabitlik yaranır. Təcrübəli dövlət başçısı Heydər Əliyev ölkə daxilində özbaşınalığa son qoyur. Şəhid ailələrinə qayğı artır. Şəhidlərin adı əbədiləşdirilir. Bu gün Azərbaycanda erməni işğalçıları tərəfindən öz doğma torpaqlarımızdan qovulan bir milyondan çox qaçqın və köçkün var. Onların 250.000-dən çoxu indi Ermənistan adlanan dədə-baba yurdumuzdan deportasiya edilənlərdir.

Bu rəqəmlərin arxasınca böyük bir həqiqəti oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bu gün itirilmiş torpaqlarımızı azad etməyə hazır olan milli ordumuz, güclü iqtisadiyyatımız və Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyev var.

Əslində, bu kiçik yazı ən yaxın tarixə qısa bir baxışdır. Vətənimin ağır günlərində vətənpərvər şeirlərimlə hər zaman yurdsevər oğulların görüşünə tələsimişəm. Kəndimizin şəhidləri haqqında yazdığım bu kitab ana yurdum Sadıqlıya və bütövlükdə vətənimə, vətən şəhidlərinə bir vəfa borcumdur. Yazımın əvvəlində böyük Səməd Vurğunun “Azərbaycan şeirindən bir nümunə gətirdim - Nələr çəkmiş başın sənin. Mən cəsarət edib bu misranın sonuna bir misra da əlavə etmək istəyirəm: Başın sağ olsun, Vətən!”
Gələr elə bir zaman,

Düşmənimiz qusar qan.

Qanımı yerdə qoymaz

Vətənim Azərbaycan.
Yaranışından, hər insanın bəxti, taleyi alnına yazıldığı kimi, hər xalqın da taleyi onun ömür yollarını təyin edir... Və hər kəs öz taleyini yaşayır, öz taleyinin ağırlığını daşıyır...

Xalqlar, tayfalar da belədir. 19-cu əsrdən üzü bəri Azərbaycan xalqının taleyində Qarabağ mövzusu müəyyən dövrlərdə dönəm dönəm gündəmə çıxmış, qanlı qırğınlara səbəb olmuş, tarixə qanlı hərflərlə yazılmışdır. Arada isə, nahaq qanlar tökülmüş, günahsız insanlar yerindən, yurdundan didərgin düşmüşdür. Azərbaycan xalqının humanistlik edib qoynunda yer verdiyi, süfrə açdığı ermənilər isə, bu xüsusiyyəti xalqımızın zəifliyi, acizliyi kimi qəbul edərək, istədikləri vaxt, girəvə düşən kimi ilan xislətlərini büruzə vermiş, xalqımıza məxsus olanı mənimsəməklə, çirkin əməllərini həyata keçirməkdən çəkinməmişlər.

Yersiz gəldi, yerli qaç” kəlamı bu üzdəniraqların xislətinə tam uyğun deyilmişdir. Amma onlar bir şeyi unudublar ki, humanistliyini və qonqpərvərliyini zəiflik kimi düşündükləri bu xalqın aslan kimi oğul va qızları olub, var və olacaqdır! Elə Qazax mahalının, Ağstafa rayonunun Sadıqlı obasında da belə övladlar böyüyüb, torpaq, vətən uğrunda öz canlarından, keçməyə hazır olublar.



Azərbaycan xalqının taleyində Qarabağ savaşı bir alın yazısı, şəhidlərimizin taleyində isə bir zirvədir - Şəhidlik zirvəsi!
Ey tarixin yaddaşına,

tarixin səhifələrinə

azadlıq sözünü qanla yazan

şəhidlərim mənim...

Mən çiçək yerinə gətirdim şeir,

Şeirim çiçək olsun, şəhidim mənim.

Hər əsgərdən şəhid ola bilməyir,

Gərək ürək olsun, şəhidim mənim.
Ey diri şəhidim, ey ölü sağım,

Qanınla qızardı qara torpağım...

Məzarın üstdəki üçrəng bayrağım

Sənə bəzək olsun, şəhidim mənim.


Düşmənin salsa da zillətə səni,

Mərdliyin yetirib şöhrətə səni.

Tanrı yolladımı cənnətə səni?

Yerin ipək olsun, şəhidim mənim.

Yerin ipək olsun, şəhidim mənim!
Ey mənim Sadıqlımın şəhid balaları, ruhunuz şad olsun!

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin