Sumqayıt-2014 Məsləhətçi: Osman Musayev



Yüklə 4,61 Mb.
səhifə9/14
tarix09.03.2017
ölçüsü4,61 Mb.
#10792
1   ...   6   7   8   9   10   11   12   13   14

XONÇASI BAĞLI MƏCİD
Mərd oldu, igid oldu,

Başı papaqlı Məcid.

Döyüşdü, şəhid oldu

Əli yaraqlı Məcid.
Yolu boranlı, qarlı,

Qəlbi qəmli, qübarlı,

Ürəyi intizarlı,

Sinəsi dağlı Məcid.
Tale çarə qılmadı,

Qədəri qaçılmadı,

Xonçası açılmadı,

Xonçası bağlı Məcid.

2013

MAHİR ŞÜCAƏTİNDƏ...
sc0000

Əfəndiyev Mahir Əhməd oğlu



(1967 – 1994)
Bu yara ağır yara,

Sən hara, yara hara?

Öldün vətən yolunda

Ölümə yoxdur çara.
1967 - ci ilin 1 iyul tarixində barlı-bəhrəli gözəl yay havasında Ağstafanın Sadıqlı kəndində anadan olmuşdu Mahir Əhməd oğlu.

1984-cü ildə Sadıqlı kənd orta məktəbini bitirmişdi.

1985-ci ildə hərbi xidmətə çağırılmş, keçmiş SSRİ- nin tərkibində olan Qazaxıstan vilayətində hərbi xidmətdə olmuşdu.

1987 – ci ildə hərbi xidmətini başa vurub Sadıqlı kəndinə - ana torpağa qayıtmışdı Mahir. Əsgərlikdə dustaqlar üzərində mühafizəçi işləyən Mahir kənddə mantyor işləyirdi.

1989–cu ildə qonşu kənddən, yəni - Köçvəlli sakini Ömər kişinin qızı Elmira ilə ailə qurmuşdu... sevib seçdiyi qızla.

Bir il sonra bu gənc ailədə körpə qığıltısı eşidildi. Adını Ləman qoydular.

Sonra ailəsi ilə birlikdə 1990-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərinə köçdülər. Mahir həmin şəhərdə Dəmir-beton məmulatları zavodunda çalışırdı. Özünə yenicə ev-eşik qurmuş, qol, qanad açmışdı sanki...

Az bir müddətdə iş yoldaşları arasında böyük bir nüfuz qazanmışdı. Böyük nüfuz sahibi olan Mahir Əhməd oğlu 1993-cü ildə doğma vətəninin müdafiəsi üçün könüllülər dəstəsinə qoşuldu. Baş verənləri cəbhə gündəliyinə qeyd elədi, tarixin yaddaşına köçürməyə çalışdı. Döyüş yollarını tarixə yazdıran bu gündəlik hələ bitməmişdi. Görəsən, bu cəbhə gündəliyinə bir əsgər dünyası sığışacaqdımı? Düşüncələrini tamamilə yazmışdımı bu gündəliyə. Bəlkə də hə, bəlkə də yox.

Azərbaycan vətəndaşı olduğu üçün fəxr edir, onun müstəqilliyinə sevinirdi Mahir. Cibindən çıxan gündəliyindən aydın olur ki, 13 gün Füzulinin Kərimbəyli, Seyidəhmədli, Aşağı Bəhmənli, Yuxarı Bəhmənli kəndlərində döyüşüb Mahir. Sonra müharibənin qaynar bir vaxtında Tərtərə gedib, döyüşlərdə iştirak edib.

Döyüşdə olduğu müddətdə bir neçə dəfə yaralanıb, amma evə getməmiş, öz istəyi ilə hərbi hissədə müalicə olunmuşdu. Vətəni düşmənə verə bilməzdi Mahir.

Şah damarımı -

necə kəsim mən?

axan qan...

Vətənimdir!

Vətənimdir!

Vətənimdir!
Bəli, damardakı qanının son damlasına qədər vətəni üçün savaşmalı idi Mahir. Bax, belə mərd, mətin, dəyanətli, dönməz və sücaətli idi.

Tərtər rayonunun Həsənqaya kəndinə (bu kəndi ermənilər Marquşavan adlandırır) qəfil hücum zamanı Mahir ağır yaralanır:
Bu yara ağır yara,

Sinəmdə qan ağlayar.

Körpəm qübar bağlayar,

Dinməz, o, hey ağlayar.
Bu yara, o yaradan deyildi. Cəbhədə Mahirin yaralarını sarıyıb sağaldan həkim də çox çıxılmaz vəziyyətə düşmüşdü. Bu, ölüm yarası idi. Namərd düşmən gülləsi Mahirin daxilini param-parça etmişdi...

1994-cü il aprelin 28 – də Tərtərin yaxınlığındakı kənd uğrunda qanlı döyüşdə həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Bax, onda Mahirin cəmi 27 yaşı vardı.

Mahir Sadıqlı kənd qəbiristanlığında dəfn edilib. Allah rəhmət eləsin!

Mahir müharibədə iştirak edən zaman artıq Ləman 3 yaşına çatmışdı. Ata həsrəti ilə yaşayan bu qızcığaz çox kövrək, çox duyğusal olmuşdu...

Anası Elmira xanım deyir ki, qızım Ləmanla atası Mahirin qəbri üstünə gedəndə o qədər ağlayır... ağlayır ki...

Deyirəm, ay bala, niyə bu qədər çox ağlayırsan, axı sənin heç dörd yaşın da olmamışdı atan vətən uğrunda döyüşəndə, heç xatırlamırsan da...

Axı neynəsin Ləman! Nə ata sevgisini gördü, nə ata nəvazişi. Elə körpəlikdən ataya həsrət qaldığı üçün də ağlayır. Amansız müharibə atalı dünyasını dağıtdı onun. İndi ata yoxluğu Ləmanı göyüm – göyüm göynədir.

Ləman atasını ona yazdığı “Ata” şeiri ilə haraylayır:
Mən sənsiz həyatda yalqızam, ata!

Məni yalqız qoyub hara gedirsən?

Axı, mən hələ də, sənsizəm, ata,

Məni sənsiz qoyub hara gedirsən?

Ağlaya-ağlaya buraxıb məni,

Gözümdə yaşlara atıb gedirsən.

Yaşaya bilmirəm, buraxma məni!

Məni tənha qoyub gözdən itirsən.
-Ləmandan soruşdum: Qızım, nə əcəb oğlun atanın adını daşıyır?

-Qayınatam Ömər kişi bu adı ona verib. O, belə istədi. Dedi, nəvəmin adını Mahir qoyacağam. Elə də etdi.

Mən bütün şəhidlərin ruhu qarşısında baş əyir, Ömər və Ömər kimi kişilərə minnətdarlığımı bildirirəm. Elmira xanım kimi bir üzü qız, bir üzü gəlin olan qeyrətli, iradəli, əhd peymanlarına sadiq olan qızlarımıza da xalqımız adından təşəkkür edirəm.

Mən Mahirin həyat yoldaşı Elmira xanımla, qızı Ləman və nəvəsi Mahirlə fevral ayının 17-də görüşdüm. Elmira xanımın söylədikləri qələmin dili ilə misralara çevrilib vərəqlərə axdı.
Ona Sadıqlı candı,

Ona Sadıqlı qandı,

Sadıqlıda şəhid çox

O da Sadıqlıdandı.
Elə igid hayanda?

Elə ər hansı yanda?

Doğuldu Sadıqlıda,

Öldü Həsənqayada.
Müdhiş zamandı, zaman,

Qıydı ataya dövran.

Körpə bir qızı vardı,

Yetim böyüdü Ləman.
Adı – məharətində,

Özü – ləyaqətində,

Çoxlu igid böyüyür

Mahir sücaətində.

17. 02.2014


BAHARI QIŞA DÖNDÜ...
sc0005
Omarov Ariz Nəriman oğlu

(1974 - 1994)

Ananın dilindən:

Axıtmısan qan, bala,

Qan candan nişan, bala,

Şəhid oğul, can oğul,

Şəhid bala, can bala.
Adətən, bahar fəslindən sonra yay, payız, sonda isə qış gəlir. Heç zaman bahardan sonra qış olmur. Arizin taleyində isə hər şey tərsinə oldu...

1974-cü il yanvarın 7-də - qışın oğlan çağında dünyaya gələn körpə başına gələcək qəzavü-qədərdən xəbərsiz böyüməkdə idi. Bütün doğulan uşaqlar kimi böyüyürdü, dil açmağı, yeriməyi, məktəbə getməyi hər şeyi adi qaydada idi.

1981-ci ildə birinci sinfə getdi. Əlinə qələm alıb yazmağı, oxumağı öyrəndi, boy atdıqca arzuları da boyüdü.

1991-ci ildə orta məktəbi bitirmisdi. Tay-tuşlarının hərəsi bir sənətin arxasınca getmişdi.

1989-cu ildə o, Böyük - Kəsik Atçılıq sovxozunda sürücü işləməklə kifayətləndi.

Vətən qarşısında borcunu vermək vaxtı çatmışdı.

1992-ci il noyabrın 19-da hərbi xidmətə yola düşdü. Bu dövr artıq erməni quldurlarının quduzlaşan, həddini aşan vaxtları idi. Hərbi xidmətini başa vuran, başqa ölkələrdə yaşayan vətən övladları da torpaq harayına yetişməyə can atır, könüllü taborlar, bölüklər yaradıb, Qarabagı murdar nəfəslərdən qorumağa çalışırdılar. Ordumuz yeni yaranırdı. Ariz 6 nəfər əsgər yoldaşı ilə tabora ilk yazılanlardan oldu. Sürücü idi, işinin öhdəsindan bacarıqla gəlirdi. Cəld, çevik idi, ilk gündən qayda-qanuna, nizam-intizama ciddi əməl etməsi hər kəsdə rəğbət qazandırdı ona.

Od – alovdan, doyüşdən qorxmazdı Ariz, həmişə irəli can atmağa, çətin işlərin öhdəsindən gəlməyə çalışırdı. Son doyüşü Ağdam rayonunun Qərvənd kəndində oldu.

Yanvar ayının 12-si idi. Soyuq qış küləyi adamın iliyinə işləyirdi. Üç gün əvvəl yoldaşları onun doğum gününə yığışmışdılar. Təbiətin qış vaxtı olmasına baxmayaraq, omrünün baharı başlayırdı. Hələ bundan sonra omrü qol-budaq atacaq, çiçəklənəcək, ümidləri, arzuları göyərəcəkdi. Amma fələyin oyunlarından kim baş çıxarır ki?

Atalar yaxşı deyib: “Sən saydığını say, gör fələk nə sayır.” Sən demə, bu qış, onun ömür baharını solduracaqmış. Nəriman ata da, ana da, elə bil duyub, hiss ediblərmiş gələn tufanı. Ancaq ürəklərinə daman hissi özlərindən uzaq etməyə, bir-birinin gozündən gizlətməyə çalışıblar elə bil. Daxilən isə...

O gün.. Ariz 27 nəfər şəxsi heyəti maşınla aparırdı. Qəflətən açılan snayper gülləsi onun ürəyinin başında saxladığı sənədləri parçaladı.

Yaz ümidli, bahar arzulu bir ürək susdu, bir ömrə son qoydu güllə!

Daha Nəriman ataya ünvanlanmış Ariz imzalı məktublar olmayacaqdı. Bu məktublarda Ariz tezliklə murdar erməniləri yerlərində otuzduracaqlarına söz verirdi...

Bir daha səngərdən məktub gəlməyəcəkdi Nəriman ataya.

Ah... müharibələr... müharibələr...

Komandanlıq tərəfindən dəfələrlə təşəkkürə layiq görülmüşdü, onun cəsurluğu, dəyanəti, qorxmazlığı dildən-dilə keçib yaddaşlara hopmuşdu.

O, 1994-cü il yanvarın 12-də Ağdam rayonunun Baş Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Təxminən, saat 18 radələrində doğma Sadıqlı kəndinə döndü... ancaq silahdaşlarının çiynində... Cismən ata-anasına qovuşsa da, ruhu əsir düşən torpaqlarda qaldı Arizin....

Beləliklə, Omarov Ariz Nəriman oğlunun adı şəhidlər sırasına yazıldı, xalqın qəlbinə igid, qəhrəman bir oğul kimi həkk oldu. Sadıqlı kəndinin, Qarayazı havasının, suyunun, çörəyinin halallığı, saflığı, təmizliyi ilə böyüyən bu övlad, qısa, lakin mənalı ömür yaşadı.

Şəhidlik zirvəsinə ucaldı, mənim vətən oğullarım...

Axı: Şəhidlik - əbədi bir həyat demək,

Şəhidlik Əbədi səadət demək.

Günəş əbədi həyatdırsa -

Günəşdəki qızartı belə şəhidlərin qanıdı...
Bütün şəhidlərmizə Allah rəhmət eləsin! Ey əziz balam, Arizim, yerin nurla dolsun. Şəhid qəbrin səngər olsun Vətənə!

Anama deyin - daha məktubumu gözləməsin... Şəhid qəbrim səngər olsun Vətənə...
Anama deyin ki, qəbrim qazılıb,

Daha məktubumu gözləməsin qoy.

Deyin ki, alnıma ölüm yazılb,

Daha məktubumu gözləməsin qoy,

Şəhid qəbrim səngər olsun Vətənə!


Deyin ki, ürəkdə qaldı sözləri,

Çox arzu – diləkdə qaldı sözləri,

Daha yol çəkməsin ana gözləri,

Daha məktubumu gözləməsin qoy,

Şəhid qəbrim səngər olsun Vətənə!
Deyin ki, taqəti yoxdur qolunda,

Əcəl sağındadır, ölüm solunda,

Canı fəda oldu vətən yolunda,

Daha məktubumu gözləməsin qoy,

Şəhid qəbrim səngər olsun Vətənə!
Gözləri kor olan ana hələ

də əsgər məktubu gözləyir...

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin