Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə67/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   63   64   65   66   67   68   69   70   ...   86
İmtahan suallarının cavabları 2


37. Tərbiyənin idarə olunması

Tərbiyə kor-koranə bir proses olmayıb, idarə olunan prosesdir. Tərbiyə prosesi ona görə idarə olunan prosesdir ki, onun məqsədi, motivləri, funksiyaları və gözlənilən nəticələri mövcuddur. Tərbiyə həm xarici, həm də daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim və tərbiyəçilərin fəaliyyəti diqqəti cəlb edir. Tərbiyənin idarə olunması təkcə xarici idarəetmə formasında gedə bilməz. Tərbiyə prosesində biz konkret canlı insanın, fərdin şəxsiyyətini formalaşdırırıq. Bu isə tərbiyədə daxili idarəetmənin zəruriliyini irəli sürür. Daxili idarəetmə isə özünütərbiyə prosesində həyata keçir və özünüidarə rolunu oynayır.


Özünütərbiyə insanın şüurlu olaraq qarşısına qoyduğu məqsədə, ideal və inamlarına müvafiq olaraq öz şəxsiyyətində dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. İnsanın arzu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə müntəzəm surətdə təsir etməsi, rəftar və davranışını təkmilləşdirmək qayğısına qalması özünütərbiyə adlanır. Özünütərbiyənin həyata keçməsi üçün şəxsiyyətin müəyyən inkişaf səviyyəsinin, eləcə də özünü daim təkmilləşdirmək vərdişlərinin olması tələb edilir. İnsanın yaşadığı ictimai şərait, aldığı təlim və tərbiyə onun özünütərbiyəsində həlledici rol oynayır. Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik olduğunu bir daha təsdiq edir. Bir çox görkəmli adamlar uşaqlıqdan pis təlim-tərbiyə almalarına baxmayaraq gənclik və sonrakı dövrlərdə özünütərbiyənin köməyi ilə öz davranış və rəftarlarındakı qüsurları aradan qaldıra bilmişlər. Məsələn, görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o, uşaqlıq və ilk gənclik dövründə öz xarakterində, davranışında olan qüsurları, o cümlədən tənbəllik, lovğalıq, şöhrətpərəstlik və s. kimi cəhətləri görə bilmiş və həmin qüsurlara qarşı ciddi döyüş elan etmişdir. Bütün həyatı boyu özündə əməksevərlik, humanizm, düzgünlük, cəsarətlilik kimi keyfiyyətləri tərbiyə etmişdir
Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində meydana gəlir və onun inkişafına təsir göstərir. Deməli özünütərbiyə şəxsiyyətin əxlaqi-psixoloji yetkinliyinin müəyyən səviyyəsində özünü göstərir. Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik dövründə göstərməyə başlayır. Yeniyetmələr birinci növbədə özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində möhkəm iradəli adamlara xas olan cəsarət, mərdlik, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə cəhd edirlər. İlk gənclik dövründə özünütərbiyə fiziki, iradi və mənəvi özünütəkmilləşdirməyə xidmət edir.


Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin