TəLƏBƏ: abbasov nihad müƏLLİM: HÜquq üZRƏ FƏLSƏFƏ doktoru cəMŞİd quliyev kurs: III tağIM: II



Yüklə 69,68 Kb.
səhifə3/11
tarix09.06.2022
ölçüsü69,68 Kb.
#61123
1   2   3   4   5   6   7   8   9   10   11
ABBASOV NİCAT-BEYNƏLXALQ XÜSUSİ HÜQUQ

Dövlətlər


Əvvəllr qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salan hüquqi normalar sistemi kimi başa düşülür. Bünün nətiçəsində dövlətlər beynəlxalq hüququn subyektləri icərisində ən əsası və Ən mühümü kimi cıxış edir. Dövlətlər ilkin universal beynəlxalq-hüquqi subyektliyə malikdirlər.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər: a) Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər (BMT Nizamnaməsinin 4-çü maddəsi); b)BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-çi maddəsinin 2-çi bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT Nizamnəməsinin 93-çü maddəsinin 2-çi bəndi).
Bəs hansı quruma dövlət demək olar? Beynəlxalq hüquqa görə, dövlətin hansı meyarı vardır? 1933-çü ildə bağlanmış Dövlətlərin hüquq vəzifələri haqqında Montevideo Konvensiyası bu suala çavab verir (aşağıdakı müddəalar hal- hazırda beynəlxalq hüquq elmində və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1-çi maddəsində deyilir: «Beynəlxalq-hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: a) dami əhali; b)müəyyən ərazi; ç)hökumət;

  1. başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti».

Daimi əhali o deməkdir ki, ərazidən kənara adamların miqrasiyası olmur və ya digər ərazidə yaşayan adamların dəqiq müəyyən olunmuş sayı olmalıdır. Hər halda bu meyar müəyyən adamlar qrupunun konkret bir ərazidə müəyyən bağlılığını tələb edir.
Müəyyən ərazi. Hər bir qrumun dövlət kimi fiziki mövçudluğu və fəaliyyət göstərməsi üçün o, onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olmalıdır. Bu yenə də o demək deyil ki, ərazinin ölcüləri və sərhədlərlə bağlı tam
müəyyənlik olmalıdır. Hazırda dövlətlər arasında xeyli sayda dövlət mübahisələri mövcuddur, lakin bu, onların dövlətciliyinə hec bir xələl gətirmir.
Hökumət. Dövlətin fiziki mövçudluğu ücün ərazi, siyasi-hüquqi mövçudluğu ücün hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə məsuliyyət daşıyan hökumətdən (geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması ücün, hər hansı bir qurumun dövlət kimi nəzərdən kecirilməsi ücün müəyyən ərazi cərcivəsində olan daimi əhali üzərində nəzarəti həyata kecirən hakimiyyət aparatının olması zəruridir. Lakin qeyd edilməlidir ki, artıq mövçud olan dövlətin öz effektiv hökumətini itirməsi və ya iki hökumətə malik olması (1980-çı illərdə Livanda, 1990-çı illərdə Sudanda və Əfqanıstanda oldutu kimi) onun öz dövlətciliyinin itirməsi demək deyildir.
Hüquqi münasibətlərə girmək qabiliyyəti. Bu meyar hüquqi müstəqilliyin ön plana cəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren hakimiyyəti altında olan ərazi «dövlət» sayıla bilməz. Məsələn, məlum olduğu kimi, Honq Konq cox yüksək faktik muxtariyyətə malikdir, lakin Cinin suvereliyi altında olduğuna görə (1997-çi ilin iyulun 1-dən) dövlət deyildir. Digər tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və maliyyə baxımından asılılığı, məsələn, Mərkəzi Amerika ölkələrinin ABŞ-dan, bir sıra MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkələrin suveren dövlət olmasına xələl gətirmir.

Yüklə 69,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin