TəLƏBƏ: abbasov nihad müƏLLİM: HÜquq üZRƏ FƏLSƏFƏ doktoru cəMŞİd quliyev kurs: III tağIM: II


Dövlət borclarına münasibətdə dövlətlərin varisliyi



Yüklə 69,68 Kb.
səhifə11/11
tarix09.06.2022
ölçüsü69,68 Kb.
#61123
1   2   3   4   5   6   7   8   9   10   11
ABBASOV NİCAT-BEYNƏLXALQ XÜSUSİ HÜQUQ

Dövlət borclarına münasibətdə dövlətlərin varisliyi


1983-cü il Vyana Konvensiyasına görə, dövlət borcu əvvəlki dövlətin digər dövlət, beynəlxaq təşkilat və ya beynəlxaq hüququn digər subyekti qarşısındı beynəlxaq hüquqa uyğun olaraq öz üzərinə götürdüyü maliyyə öhdəliyi deməkdir.
Əsas prinsip ondan ibarətdir ki, dövlətlərin varisliyi özü-özündə kreditorların hyquq və öhdəliklərinə xələl gətirmir. Belə ki, iki və ya daha artıq bir dövlətdə birləşdikdə, əvvəlki dövlətlərin dövlət boru varis dövlətə keçir. Bütün digər hallarda isə, əgər müvafiq tərəflər xüsusi saziş bağlayıblarsa:

    1. əvvəlki dövlətin heç bir borcu yeni müstəqil dövlətə keçmir;

    2. dövlət parçalandıqda, dövlətin dövlət borcu varis dövlətlər arasında ədalətli qaydada bölüşdüşrülür.

SSRİ-nin xarici borc haqqında məsələ SSR İttifaqının dövlət borcu və aktivlərinə münasibətdə varislik haqqında 4 dekabr 1991-ci il arixli Sazişində öz həllini tapmışdır. Bu müqavilələrdə dövlət borcunun müvafiq paylara bölüşdürülməsi prinsipi əsas götürülmüşdür. Lakin sonralar, yuxarıda artıq qeyd edildiyi kimi SSRİ-nin xarici borcu üzrə ümumi məsuliyyəti digər varis dövlətlərə ikitərəfli sazişlər əsasında Rusiya öz üzərinə götürdü.



  • AZƏRBAYCAN RESPUBLİKASI BEYNƏLXALQ SÜLH HÜQUQUNUN SUBYEKTİ KİMİ

      1. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının həyata keçirilməsinin inkorporasiya yolunu seçmişdir. Belə ki, Kostitusiyamızın 148-ci maddəsinin II bəndinə görə, “Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsıdir”. Göstırilən maddə bütün beynəlxalq müqavilələtin, yəni təkcə dövlətlərarası deyil, habelə hökumətlərarası və idarələrarası sazişlərin də ümumi inkorporasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Konstitusiyası milli hüquqa daxil edilmiş beynəlxalq müqavilələrin normativ ranqı haqqında məsələdən yan keçməmişdir. Həmin məsələnin həlli 151-ci maddədə öz əksini tapmışdır. Maddədə deyilir: “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar (Azərbaycan Respublikasının Konstitusiyası və referendum yolu ilə qəbul edilmiş aktlar istisna olunmaqla) və Azərbaycan Respublikasının tərafdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yarandıqda, beynəlxalq müqavilələr tətbiq olunur”. Göründüyü kimi, bu maddədə yalnız Azərbaycan Respublikasının tərəfi olduğu dövlətlərarası müqavilələr nəzərdə tutulmuşdur. Hökumətlərarası
müqavilələrin hüquqi qüvvəsinə gəldikdə isə, 130- cu maddənin III bəndinin 6-cı yarımbəndindən belə bir nəticə çıxır ki, normativ ierarxiyada olan Azərbaycan Respublikasının Konstitusiya və qanunlarından aşağıda dayanır.
Ilk baxışdan belə bir təssüürat yaranır ki, Konstitusiya həmin bu maddədən beynəlxalq hüququn primatını (üstünlüyünü) müəyyən etmişdir. Lakin əslində 151- ci maddədə beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ-hüquqi aktları arasında mümkün ziddiyyətləri həll etmək rolunu oynayır. Belə bir ziddiyyət olduqda, məhkəmə bu müddəaları ləğv edə və ya dəyişdirə bilməz, yalnız həmin müddəaların tətbiqindən imtinanı elan edir. Dövlətdaxili hüquq norması qüvvdə qalır, doğrudur bu zaman Azərbaycanın öz qanunvericiliyini beynəlxalq hüquqa uyğunlaşdırmaq kimi beynəlxalq öhdəliyi haqqında məsələ aktuallaşır.
151-ci maddənin mənasına əsasən, beynəlxalq müqavilə və milli qanun arasındakı kolliziyalar lex posteriori derogat legi priori prinsipi əsasında həll olunmalıdır; beynəlxalq müqavilə həm Azərbaycan Respublikası üçün qüvvəyə minməzdən qabaq, həm də ondan sonra qəbul olunmuş istənilən normativ-hüquqi aktlara münasibətdə üstünlüyə malikdir.


  • NƏTİCƏ


Subyektlilik mövzusu və ondan irəli gələn digər beynəlxalq ümumi hüquq altinsitutlarının kodifikasiyası BMT və digər universal təşkilatları tərəfindən sistemli formada davam etdirilir. De-fakto tanımanı biz belə başa düşə bilərik ki, dövlət digər ölkə ilə beynəlxalq müstəvidə yuridikal formada münasibətlərə daxil olmasada belə, onun faktiki reallıqda mövcudluğunu istisna etmir və sərhədlərinin vahidliyini dəstəkləyir. De-yure tanıma zamanı isə diplomatik dəstək kanalları vasitəsilə, hər iki tərəfin milli mənafelərinin primatlığı saxlanılaraq, iki dövlət səfirlik və konsullar vasitəsilə əlaqələr qurulur.
Yüklə 69,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin