Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata kecirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda – şəxsə) beynəlxalq hüququn subyekti deyilir.
Digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən immunitetə malik olmaq.
Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər subyektləri isə, aşağıda göstərəçəyimiz kimi, bu hüquqi keyfiyyətlərdən bəzilərinə malikdir və ya onların hamısından çüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə ikinövünü göstərmək olar:
ilkin subyektlik; Bu, yalnız dövlətlərə məxsusdur, cünki dövlət irso fakto beynəlxalq hüququn subyektidir.
törəməsubyektlik;Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq – hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanınmasından sonra ortaya cıxır.
Məsələn, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır; fərdlərin və ya transmilli korporasiyaların beynəlxalq hüquq münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha dotrusu, dövlətlərin müvafiq beynəlxalq sazişlərdə onlar ücün belə bir imkan nəzərdə tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər dövlətdirsə, deləmi, o, beynəlxalq-hüquqi subyektliyə malikdir. Lakin fərd və ya kompaniya özü-özlüyündə beynəlxalq hüququn subyekti sayılmır.