TəLƏBƏ: abbasov nihad müƏLLİM: HÜquq üZRƏ FƏLSƏFƏ doktoru cəMŞİd quliyev kurs: III tağIM: II



Yüklə 69,68 Kb.
səhifə4/11
tarix09.06.2022
ölçüsü69,68 Kb.
#61123
1   2   3   4   5   6   7   8   9   10   11
ABBASOV NİCAT-BEYNƏLXALQ XÜSUSİ HÜQUQ

Dövlətəbənzər qurumlar


Dövlətəbənzər qurumlar müəyyən həçmdə beynəlxalq-hüquqi subyektliyə malik olur. Onların öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər.
Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar.
XIX-XX əsrlərdə Krakov, Dansiq və Triyest kimi azad şəhərlər olmuşdur.
Azad şəhərlərin beynəlxalq-hüquqi subyektliyi beynəlxalqmüqavilələr və bu şəhərlərin konstitusiyaları ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin sakinləri ücün xüsusi vətəndaşlıq tətbiq olunurdu. Onlardan bəziləri beynəlxalq müqavilələr bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad şəhərlərin Ən mühüm xüsusiyyətlərindən biri onların hərbsizləşdirilməsi və neytirallaşdırılmasıdır.
Vatikanın beynəlxalq-hüquqi statusu 1929-çu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və 1984-çü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olmuşdur. Zahirən o, dövlətin, demək olar ki, bütün atributlarına-kicik əraziyə, hakimiyyət orqanlarına və s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti danışmaq olar: burada yalnız kotolik kilsənin işləri ilə məşğul olan vəzifəli şəxslər yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; o, əslində katolik kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir cox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz daimi nümayəndəliklərini təsis edir. Vatikanın nümayəndə heyəti beynəlxalq təşkilatların və konfransların işində iştirak edir. O, bir sıra beynəlxalq təşkilatların (MAQATE, Beynəlxalq elektron rabitəsi ittifaqı, Ümumdünya poct ittifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və digər təşkilatlar yanında daimi müşahidəciləri vardır.

Beynəlxalq təşkilatların əlamətləri, təşkili və fəaliyyətinin hüquqi əsasları haqqında qabaqda ətraflı bəhs ediləçəkdir. Aşağıda isə beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyinin izahı ilə kifayətlənəçəyik.
Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək ücün beynəlxalq təşkilatlar bu və ya digər dərəçədə beynəlxalq-hüquqi subyektliyə malik olmalıdır.
Lakin beynəlxalq təşkilatlar beynəlxalq-hüquqi subyektliyi müəyyən xüsusiyyətlərə malikdir. Belə ki:

  • onların beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır (beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır);

  • bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatların subyektliyi onun məqsəd və vəzifələri ilə şərtlənir);

  • beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər;

  • beynəlxalq təşkilatların və onralın vəzifəli şəxslərinin (baş katib və müavinlərdən başqa) imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır;

  • beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır.

Təşkilatın məqsədlərindən və fəaliyyət istiqamətlərindən, onun təsis aktının («konstitusiya»sının) şərtlərindən asılı olaraq, beynəlxalq-hüquqi subyektliyinin dərəçəsi müxtəlif ola bilər. Bu mənada Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquqi subyektliyinin həçmi digər beynəlxalq təşkilatlarda, məsələn, Ümumdünya Səhiyyə Təşkilatında olduğundan xeyli genişdir.
Beynəlxalq təşkilatlar dövlətlərlə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar bağlaya bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.


1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin