4.2.1. Fasiləsiz modullanmış siqnalların qəbulu zamanı detektəetmə üsulları AM, TM və FM siqnalların qəbulu detektəetmə prosesi ilə yerinə yetirilir və bərpa olunurlar. Detektirləmə – demodulyasiya əməliyyatı olub, modulyasiyanın əks prosesidir. Modulyasiya prosesində yüksəktezlikli siqnalın parametrlərindən biri ilkin (faydalı) siqnala mütənasib dəyişir. Detektirləmədə isə modulyasiya olunmuş ilkin siqnalı aparıjı siqnaldan ayırmaqla bərpa etmək lazım gəlir.
Detektetmə və ya detektirləmə prosesi – təmiz qeyri-xətti əməliyyat olub, tezliyə malik olmayan giriş siqnalını ətalətsiz qeyri-xətti elementdə daxil edərək, ATS-də keçirməklə yerinə yetirilir.
Qeyd edək ki, detektirləmə alqoritmi, yəni, demodulyasiya əməliyyatı şəklində dəyişən alçaq tezlikli-faydalı siqnalın alınması və ya bərpası prosesi yerinə yetirilməsi başa düşülür.
Hesab olunur ki, detektorun çıxışındakı siqnal modullayıjı siqnalın parametrlərinin dəyişmə qanunu tam təkrar etdikdə detektirləmə təhrifsiz olur. Modullanmış siqnalların spektrində yalnız yüksək tezlikli siqnallar olduğu üçün, detektirləmə prosesi nətijəsində isə alçaqtezlikli rəqslərin alınması lazım gəldiyi üçün detektirləmə də xətti dövrələrdən istifadə edilə bilməz. Ona görə də detektorlar qeyri-xətti, bəzən isə parametrlik dövrələrdə yerinə yetirilir.
Fasiləsiz modullanmış siqnallara uyğun olaraq AM, TM və FM siqnalların detektorları olur. AM, TM və FM siqnalların detektirlənməsi prosesi yüksəktezlikli siqnalın daşıdığı - məlumat aljaq tezlikli siqnala (uyğun parametrlərə əsasən) köçürülməsi prosesi kimi qəbul edilir.
Qəbul prosesində müxtəlif detektirlmə (demodulyasiya) üsullarından istifadə olunur. Detektirləmə üçün yüksəktezlikli s(t) siqnalını alçaqtezlikli s(t) siqnalına çevirmək üçün s(t) siqnalını cos0t ifadəsinə bölmək kifayətdir. Bu üsul çox mürəkkəb olduğu üçün geniş tətbiq sahəsi tapmamışdır. Ona görə də sadə çevrilmə üsullarından istifadə olunur. Şəkil 4.10-da alçaqtezlikli faydalı siqnalı ayırmaq üçün struktur sxem göstərilmişdir. Sxem qeyri-xətti çevirijidən, R və J elementlərindən təşkil olunmuş alçaq tezlikli süzkəjdən ibarətdir. Süzkəjin elementlərinin seçilməsi aşağıdakı bərabərsizliklə təyin edilir: