ƏDƏBİYYAT
1.Azərbaycan nağılları. Beş cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2005, 304 s
2. Feyzullayeva Aidə. Maarif carçıları. Bakı, Maarif, 1988, 100 s.
3.Həbibov İsa. Ə. Ədəbi yüksəliş. Bakı, Bilik, 1985. 64 s.
4.Maqsudov İzzət. Eynəli Sultanovun həyat və yaradıcılığı (namizədlik dissertasiyası). ADU-nun
əsaslı kitabxanası, Bakı, 1963, 226 s.
5.Maqsudov İzzət. E.Sultanov və xalq ədəbiyyatı. “Şərq qapısı” qəz., Naxçıvan, 1959, 7 aprel.
6. Sultanov Eynəli. Kürd qızı. “Yeni yol” qəzeti. Tiflis, №23, 1924, 11 avqust.
7.Sultanov Eynəli. Seçilmiş hekayələri. Bakı, Azərnəşr, 1966, 142 s.
8. Sultanov Eynəli. Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır? “Ulduz” jurnalı, №7, Bakı,
Apastrof, 2012, s.45-46.
9.ARDƏİA F.526, siy.11, Q-30, v.7.
ABSTRACT
Elkhan Mammadov
The tale style in Eynali bey Sultanov’s stories
We see tale style in Eynali bey Sultanov’s stories and this writer is well-known as a author
of stories.
There was investigated the genres of Azebaijan folk-lore, tale language,tale events,tale
motives.Also there was investigated literary style (tahkiya) and appearances of the heroes of the
stories.
РЕЗЮМЕ
Эльхан Мамедов
Применение пословиц в рассказах Эйнали бек Султанова
Эйнали бек Султанов в своих публицистических и художественных произведениях
старался уместно использовать фольклорные жанры. По этой причине его произведения
носят особый характер. Во всех рассказах известного публициста азербайджанские
пословицы встречаются в избытке. Автор старался излагать суть рассказов с помощью
пословиц от имени разных героев.
В этой статье исследуются пословицы, которые Эйнали бек Султанов использовал в
своих рассказах.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
- 68 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
NƏRGİZ İSMAYILOVA
AMEA Naxçıvan Bölməsi
nergiz.ismayilova@hotmail.com
UOT 808.1;82.O8
MƏMMƏD ARAZ YARADICILIĞINDA TƏRCÜMƏ
Açar sözlər: Məmməd Araz, tərcümə, dünya ədəbiyyatı, əlaqə.
Key words: Mammad Araz, translation, world literature, partnership.
Ключевые слова: Маммед Араз, перевод, всемирная литература, связь.
XIX-XX əsr Naxçıvan mühiti öz parlaq dövrünü yaşamışdır. Bu zaman dilimlərində
yaşayıb-yaradan sənətkarlar, ədəbiyyatşünaslar xalqımızın adını qızıl hərflərlə yaddaşlara həkk
etdilər. Mühitin formalaşmasına nəzər saldıqda görürük ki, əsasən milli əhval-ruhiyyə və mühitə
bağlılıq müxtəlif modern cizgilərlə əks olunur. Bu dövrdə yaranan maarifçilik ideyaları xalqın
savadlanmasına xüsusi maraq sənətkarlarımızın və maarifçi yazıçılarımızın amalına, məqsədinə
çevrilir. Həm Naxçıvan mühiti, həm də dünya ədəbiyyatının təsirinin hiss edildiyi bir çox
sənətkarımız Qərbin maarif, elm sahəsindəki uğurlarını Vətənimizdə görmək ümidi ilə alışıb yanır,
bu məsələyə öz məqalələrində, publisist yazılarında, bədii yaradıcılıqlarında və tərcümə etdikləri
əsərlərlə münasibət bildirmişlər.
Tərcümə işi çox vacibli məsələdir. Tərcümə dünya ölkələrini və xalqları bir-biri ilə
yaxınlaşdırır. Dünyа хаlqlаrı ədəbiyyаtının ən yахşı nümunələrinin dilimizə tərcümə еdilməsi
həmişə təqdirəlаyiq bir iş kimi dəyərləndirilmiş və dövrümüzə qədər bədii tərcümənin
imkаnlаrındаn gеniş şəkildə istifаdə оlunmuşdur. Bu sahədə bir çox dahi sənətkarın böyük
xidmətləri olmuşdur. Cörkəmli yаzıçılаrın – Bоkkаççоnun “Dеkаmеrоn”, Rаblеnin “Qаrqаntuа və
Pаntаqrurеl” və Sеrvаntеsin “Dоn Kiхоt” kimi dünyа şöhrəti qаzаnmış əsərlərini rus dilinə tərcümə
еtmiş, tаnınmış nəzəriyyəçi N.M.Lyubimоv hаqlı оlаrаq qеyd еtmişdir ki, bədii tərcümənin özü bir
sənətdir və о, tərcüməçidən əsl yаrаdıcılıq məhаrəti tələb еdir. Bu bizə də sirr dеyildir ki, ən yахşı
bədii tərcümə nümunələrinin uzunömürlülüyü оnun ikinci müəllifinin-mütərciminin ədəbi məhаrəti
ilə bаğlı оlmuşdur. А.Səhhət, А.Şаiq, S.Vurğun, M.Rəfili, B.Musаyеv, H.Şərif, Ə.Məmmədхаnlı və
sаir sənətkаrlаr mütərəqqi dünyа хаlqlаrı ədəbiyyаtının охuculаrа çаtdırılmаsındа misilsiz хidmət
göstərməklə yаnаşı, tərcümə sənətinin və milli ədəbiyyаtımızın dаhа dа fоrmаlаşıb inkişаf еtməsi
üçün еlmi-nəzəri müddəаlаr irəli sürmüşlər.
Müxtəlif ölkə nümayəndələrinin əsərlərini dilimizə tərcümə edərək xalqımızın bu qiymətli
nümunələrdən yararlanmasına imkan yaradan sənətkarlardan biri də Naxçıvan torpağının yetirdiyi
gözəl qələm ustası Məmməd Araz olmuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə tərcümə işinə münasibət də dəyişmiş,
xüsusən orijinaldan tərcümə sahəsində uğurlu addımlar atılmışdır. Tərcümə həm böyük coğrafi
məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsidir,
gediş-gəlişi təmin edən körpüdür. Tərcümə bir yerdə və ya bir dövrdə əldə olunmuş məlumatları,
elmi-texnoloji nailiyyətləri, bədii gözəllikləri başqa yerə və ya başqa dövrə daşıyan zəhmətkeşdir.
Puşkin gözəl demişdir:“tərcüməçilər maarifin poçt atlarıdır”. (6)
Məmməd
Araz yaradıcılığının dərinliyi, çoxşaxəliliyi və özünəməxsusluğu hamıya
məlumdur. Bu sənətkarın əsərlərindən vətən qoxusu gəlir. Şair, tərcüməçi, publisist Məmməd Araz
Azərbaycan ədəbiyyatının tanınan və sevilən sənətkarlarındandır. O, vətənini, elini çox sevmiş və
yaratdığı əsərlərdə bu mövzudan sevərək söhbət açmışdır. Ancaq o, dünya sənətkarlarının yaratdığı
- 69 -
əsərlərlə də tanış olmuş, getdiyi bir çox ölkə haqqında öz əsərlərində qiymətli və lazımi məlumatlar
vermişdir.
Azərbaycan Respublikası coğrafi baxımdan stratejik əhəmiyyət daşıyan yerdə yerləşib.
Həmçinin, Şərq ölkələrini mütərəqqi inkişаf prоsеsi kеçirən Аvrоpа ilə əlаqələndirən ticаrət yоllаrı
Аzərbаycаn ərаzisindən kеçdiyi üçün bu хаlqlаr аrаsındа mühüm əhəmiyyət dаşıyаn qаrşılıqlı
аnlаşmа prоsеsi dаhа dа gеnişlənirdi. Və istər mədəni, istər siyasi, istərsə də ədəbi əlaqələrin
yaradılmasında tərcümə işinin rolunu danmaq olmaz. Bu yolla fikir alışverişi etmək, millətlərin
ortaq xüsusiyyətlərini üzə çıxartmaq daha asan idi. Məmməd Arazın tərcümə işlərindəki məzmun
və ifadələr özünəməxsusluğu ilə seçilir. Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını şaxələndirən
bir faktordur. Şairin tərcümə etdiyi şeirlər və poemalar mövzu rəngarəngliyi ilə diqqət çəkir.
Əslində, belə demək olar ki, poetik mənada tərcümə sənətinə orijinalda olan məna incəliyi
və tərcüməçilərin öz qarşılarına qoyduqları tələblər çərçivəsindəki sərhədlər təsir edir. Təbii ki,
tərcüməçilər orijinal mətnin dilinə bədiilik baxımından tələbkar olaraq öz sənətlərində ədalətli
olmağa çalışırlar. Tərcüməçilər bu dillərin sərhədlərinə görə, orijinalın mənasına mümkün qədər
sədaqətli olmağa görə özlərini məhdudlaşmış hesab edirlər (4, s. 11).
Dünya ölkələri yazıçılarının yaradıcılığında yer alan və bizimlə ortaqlıq təşkil edən
mövzulardakı əsərlərin Məmməd Araz tərəfindən dilimizə tərcümə olunmaqla cəmiyyətimizi dünya
ədəbiyyatı ilə daha yaxından tanış etməsi o dövr üçün çox böyük hadisədir. Tаnınmış
ədəbiyyаtşünаs G.Lоmidzеnin təbiri ilə dеsək, hər hаnsı bir хаlqın mədəniyyətinin bаşqа хаlqlаrın
milli mədəniyyəti ilə təmаsı, оnlаrın təcrübəsini mənimsəməsi, bu təcrübəni müvаfiq şəkildə
dəyişdirib öz milli ənənəsi ilə əlаqələndirməsi оnun inkişаfınа yаlnız yеni qüdrət və cаnlаnmа gətirə
bilər.
O, Qərb sənətkarları ilə birlikdə, Şərq sənətkarlarının da əsərlərini dilimizə tərcümə etmişdir.
Məsələn, Qaysın Quliyevin “Dilçi alimə” şeiri Məmməd Arazın tərcümələri arasındadır. Bu şeirdə
bütün dünya xalqlarını maraqlandıran “dil” problemindən söhbət açılıb. Dilçi bir alimə müraciətlə
yazılan bu şeirdə dilini sevən və dilini qorumaq ümidiylə çırpınan bir insan təsvir olunub:
Dilin öləcəyindən xeyli danışdın, amma
Bilmədin öz nitqinin adi mənasını sən.
Sənin üçün dil nədir? Fel, feli bağlama,
Mənim çünsə həyatdır, həyatdır, bilirmisən? (1, s.97)
Məmməd Arazın tərcümələri arasında Qaysın Quliyevin “Arxalıq”, “Mənim əcdadlarım”,
“Prometey”, “Qurumuş çinarın nəğməsi”, “ Külək” və başqa şeirləri yer alır. Görünür, o, bu
sənətkarın
əsərlərinə xüsusi diqqətlə yanaşıb.
Məmməd Araz tanınmış Qazaxıstanlı şair, yazıçı-ədəbiyyatşünas Oljas Süleymanovun
“Əmimin qəbri” şeirini də dilimizə tərcümə etmişdir.
Bu
şeirdə bir uşağın vətən uğrunda cəsurluqla
şəhid olmuş əmisindən və onun əmisi haqqında təəssüratlarından bəhs olunur. Bu şeiri oxuyarkən
insanın gözünün önündə qanlı müharibənin səbəb olduğu fəlakətlər canlanır:
Yadımdadır:
Uçuq evlər, aclıq, susuzluq,
Çapıb gedən qatarlardan baxan əsgərlər,
Yaralanmış torpaqlarda tank şırımları,
Ac dilənçini xatırladan vağzallar,
Yandırılmış kəndlər, saralmış ot yeyib köpən naxırlar ... (1, s. 127).
Məmməd Arazın Maqsud Şeyxzadə yaradıcılığından tərcümə etdiyi “Üç təbəssüm”,
“Göyərçinlər”, “Günəşlə söhbət”, “İlk sevgi” kimi sənətkarlıq nümunələri də çox maraqlıdır. Bu
şeirlərdə uşaq təbəssümü, hər kəsin öz yurd yuvasında özünün təbii görünüşü fikri, məhəbbətin
ilkdən sona qədər zaman kəsiyində ömrün özünün keçdiyi yol dilimizə tərcümədə daha ifadəli
səslənmişdir.
O, Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri
sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi (5) T.Şevçenkonun “Su dənizə
- 70 -
axdımı”, “Günəş isitməyir qərib ölkədə”, “ Ötür gecələr” şeirlərini dilimizə tərcümə etmişdir.
Burada insanın dəyişkən təbiəti ilə bağlı bəzi psixoloji məsələlərə də toxunulmuşdur. Həmçinin bu
şeirdə zəmanə ilə bağlı şikayətlər də yer alır. Bu da realist düşüncə tərzidir. Ədəbiyyat
nəzəriyyəsində qeyd olunur ki, sənətkarın realist metodu əsas götürməklə bədii idrakı obyektiv
varlıqla qidalandırması realist metoda uyğundur (3. s. 209). Məmməd Araz tərcümələrində də
istənilən xarici ədəbiyyatdakı reailst düşüncələr olduğu kimi saxlanılmışdır.
Tərcümələr milli ədəbiyatı zənginləşdirə bilər. Mühitlərin öyrənilməsində bələdçilik edər.
Haynrix Haynenin maraqlı bir fikri var: “Orijinalın hərfini, hətta dəqiq fikrini qrammatikanı
öyrənib söz ehtiyatına malik olan hər kəs tərcümə edə bilər. Lakin əsərin ruhunu tərcümə etmək hər
adamın işi deyil”.
Fikrimizcə Məmməd Araz bu çətin işin öhdəsindən lazımınca gəlmışdir. Məmməd Araz
yaradıcılığında Qərbə münasibət, Qərbin təsviri məsələləri də yer alır. Vətəninə olan sonsuz sevgisi
ilə yanaşı, bəşəri sevginin də hiss edildiyi bu yaradıcılıqda bizə Qərblə bağlı bir çox məsələ
haqqında fikir söyləmək imkanı yaranır. Məmməd Arazın “Bir Almanla tanış oldum” şeirinə nəzər
salsaq, görərik ki, şair almanın dili ilə müharibəni lənətləyir, savaşların dünya sivilizasiyasına,
insanların mənəvi inkişafına vurduğu zərbələrdən bəhs edir. Onun xüsusilə Fransa haqqında
yazdıqları çox maraqlıdır. O, Paris, Marsel və Lion haqqındakı xatirələrini qələmə almışdır. Burada
Parisdən bəhs edən şair: “Mühacirlərdən biri cibindən dəsmala bükülü torpaq çıxardı, Azərbaycan
torpağı! Onunla gözünün yaşını sildi” ifadəsində Vətənin ucalığı və əvəzedilməzliyi önə çəkilir. Bu
balaca qeyddə qəriblikdə yaşayanların həsrətinin dərəcəsi göz yaşları timsalında insan və Vətən
vəhdətini təcəssüm etdirir.
Məmməd Arazın tərcümələri içərisində Gürcüstanın xalq şairi Georgi Nikolayeviç
Leonidzenin “Vətən nəğməsi” şeiri də böyük tərcüməçilik bacarığından xəbər verir:
Mən bütün eşqimi, ürək qanımı
Axıtdım şeirimə, sözümə bu gün.
Doğma vətənimi-doğma anamı
Könül atəşiylə vəsf etmək üçün (1,s.139).
Rus poeziyasının görkəmli nümayədələri S.V.Mixalkovun “Foma”, M.Svetlovun “Şeirlər”,
N.A.Nekrasovun “Rus qadınları” və dünya şairlərinin şeirlərindən ibarət olan “Ocaq başında”
əsərlərini Məmməd Araz buradakı bədii ideyaları əslindən daha bitkin şəkildə dilimizə çevirmişdir.
Mövcud olduğu quruluşun siyasi və sosial mahiyyətini, inanc və məişətini əks etdirən bu şeirlərin
tərcüməsi ilə M.Araz Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırmış, bu aləmlə tanış
etmişdir. Böyük sənətkarın bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbiyyatının
bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanmışdır. Eyni zamanda, şairin əsərləri ayrı-ayrı
xalqların dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun Moskvada dərc olunan “Arazı
oxuyuram-Poyu Araks” (1966), “Daş qartal-Kamennıy oryol” (Moskva, 1975) kimi şer kitabları
buna misal ola bilər (Məmməd Araz. Dünya sənin, dünya mənim... Bakı:Yazıçı, 1983, 311 s. s.19,
29-30) .
Azərbaycan oxucusu xalq şairi Məmməd Arazın tərcüməsində Lermontovun “Dəniz
qulduru”, Mixail Lukoninin “Şair və evlər müdiri”, Maqsud Şeyxzadənin “Onbirlər”, Sergey
Vasilyevin “Anna Denisovna” poemalarını ana dilindən oxumaq imkanı qazanmışdır və bu
tərcümələr sayəsində Qərb və Şərq dünyası ilə tanış olmuşdur.
Doğrudur, Məmməd Araz sifarişlə də tərcümələr edirdi, ancaq o, öz xalqının milli
adətlərinə daha çox yaxın olan əsərləri ana dilimizə tərcümə etmişdir.
Görkəmli alman tərcüməçisi Ralf Maheim bu peşə sahiblərini müəllifin obrazına girib onun
demək istədiklərini öz dilində oxuculara çatdıran aktyora oxşadır. Bu tərifin mürəkkəbləşdirilmiş və
qıcıqlandırıcı variantı da var, həmin fikri tərcümənin keyfiyyətini yalnız onun anlaşıqlı olub-
olmaması ilə ölçən tənqidçilər işlədir. Belələri üçün həmişə nəsə anlaşılmaz qalır. Onların qorxaq
təriflərində çətinliklə gizlədilmiş ittihamı çatdırmağa çalışsam, məncə, əslində demək istədikləri
budur ki, tərcüməçi lazım olmayan dərəcədə mütilik göstərərək görünməz olur.
İsa Həbbibbəyli Məmməd Araz haqqında demişdir: Bədii tərcümə sahəsində də Məmməd
Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə Abbas Abdullanın yazdığı kimi o, "ürəyindən keçənləri
- 71 -
başqa millətdən olan sənət dostlarının şeirlərində görəndə sevinən, onları ana dilimizdə oxuculara
çatdırmağı özünə borc bilən şairdir". Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti
Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Xüsusən, şairin Mixail
Lermontov, Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas Süleymenov, Mixail Svetlov,
Sergey Vasilyev, Oleq Şeştinski və başqalarından etdiyi tərcümələr kamil sənət nümunələridir (7).
Nəticə olaraq deyə bilərik ki, ümumən Məmməd Arazın tərcümə sənətinin ən üstün
göstəricilərindən biri onun tərcümə zamanı milli dil imkanları hesabına istənilən tərcüməni oxucuya
sevdirmək bacarığı idi. Təbii ki, bu prosesdə istənilən xalqın milli düşüncə tərzi adət və məişəti
diqqətə alınmışdır. Şeirlərin məna və ideyasını olduğu kimi verən sənətkar Məmməd Araz
böyüklüyünü bir daha təsdiq etmişdir.
ƏDƏBİYYAT
1.
F.Əsgərli “Bədii tərcümə prinsipləri” Bakı, АDPU-nun nəşriyyаtı, 2009, 226 s.
2.
M.Araz “Ocaq başında” Bakı, Yazıçı 1988, 248 s.
3.
M. Araz. Dünya sənin, dünya mənim... Bakı, Yazıçı, 1983, 311 s.
4.
Mikayılov Ş.A. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Maarif, 1981, 225 s.
5.
Hugo Friedrich. On the Art of Translation. Theories of Translation. An Anthology of Essays
from Dryden to Derrida. The University of Chikago, 1992, 11 s.
6.
http://az.wikipedia.org/wiki/Taras_%C5%9Eev%C3%A7enko
7.
http://www.translit.az/TERCUME%20SENETI/Tercume%20nedir.ht m
8.
http://news.milli.az/culture/219688.html
ABSTRACT
Nargiz Ismayilova
Translation in Mammad Araz’s activity
It discussed about our great poet Mammad Araz’s translations in article. Works that form a
partnership with us and being in the activity of the world’s countrie’s as a result of same translated
works to our native language by Mammad Araz, closer acquaintance of our society with world
literature is great circumstance, It was made attention to translation works being in his activity and
it was informed about the works.
РЕЗЮМЕ
Наргиз Исмаилова
Переводы в творчестве Маммед Араза
В статье говорится о переводе выдающимся поэта Маммед Араза. Темы, которые,
занимаются особое месте в мировой литературе соответствующие с нашими поэзиями
переведены Маммед Аразом. Это помогал нашему народу всесторонне и поближе
знакомится всемирной литературой . В статье обращено внимание об этим литературным
переводам поэта, и всесторонне сообщается о них.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
- 72 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ELNURƏ BABAYEVA
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu
UOT:82.0
ƏRUZ ELMİNİN MEYDANA GƏLMƏSİ VƏ ONUN
AZƏRBAYCAN POEZIYASINDA ƏN ÇOX İŞLƏNƏN BƏHRLƏRİ
Açar sözlər: əruz, şeir, bəhr
Keywords: eruz, poem, behr
Ключевые слова: аруд, пoэзия, бахр
VII əsrdə Yaxın Şərqdə İslam dininin meydana gəlməsi Ərəb dilinin, mədəniyyətinin,
xüsusən ədəbiyyatının inkişafında mühüm rol oynadı. Bu dilin möhtəşəm abidəsi Qurani-Kərim
bunun bariz nümunəsidir. Tükənməz enerji daşıyıcısı olan bu İlahi kəlam ərəb dilinin payına
düşməsinə baxmayaraq, qısa bir zaman içində geniş ərazilərdə yayıldı. Qurani-Kərimdə bəlağət və
ecaz baxımından sözlərin düzülüşü, eyni sözün, ifadənin yerinə görə müxtəlif mənalar daşıması,
səslərin aşıladığı ovqatlar, oxunuş ahəngindən doğan ehyamlar, mənaca bir-birinin oxşarı olan
ayələrin başqa-başqa surələrdə təkrarlanması ilə bağlı psixoloji təsirlər, təlqinləri gücləndirən
qafiyələr, onu dinləyənlərdə düşünüb-daşınmaq imkanı yaratmaqda idi. Məhz bu baxımdan bu
abidənin düzgün oxuna bilməsi ərəb dilinin əsaslarının elmi şəkildə öyrənilməsi vacibliyini
meydana çıxarırdı. Böyük alimlər dəstəsi hələ islamiyyətin ilk dövrlərindən ərəb dilinin qayda-
qanunlarını elmi şəkildə öyrənməyə başlayır və bu dilin hamı üçün əsas ola biləcək qanunlarını
yaratmağa çalışırdılar.
Ərəb dilçilik elminin ilk görkəmli nümayəndələrindən sayılan İbn Əbu İshaq əl-Hadrami,
Əbu Əmr bin əl-Əla, İsa bin Ömər əl-Sədəfi, Yunis bin Həbib, Xəlil ibn Əhməd, Əbül Xəttab əl-
Əxfəş əl-Əkbər, Sibəveyhi, əl-Əxfəş əl-Əvsət, Əli bin Həmzə əl-Kisai, Yəhya bin Ziyad əl-Fərra və
başqaları ərəb dilinin nəzəri əsaslarını öyrənməyə çalışmış və bu dilin qanunları haqqında gözəl
əsərlər yazmışlar.(3,16)
Əruz elminin qayda və qanunlarının ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasının əsas
səbəbi, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması idi. Ümumiyyətlə əruz
nədir?
Əruz ərəb sözüdür. “Geniş yol”, “çadırın ortasına vurulan dirək”, “şeir haqqında elm” və s.
mənalar bildirir. Nəzmdə istifadə olunan şeir ölçüsüdür. Əruz uzun və qısa hecaların müəyyən
kombinasiyalarda gözəl oxunuş ritmi yaradan, ardıcıllığının bütün misralarda dəqiqliklə
gözlənilməsi ilə müşahidə olunan şeir vəznidir. Əruz vəzni çox yayılan, işləkliyi ilə fərqlənən bir
ölçüdür. İslamiyyətdən əvvəl ərəb folklorunun nümunələri, müharibələr zamanı söylənən rəcəzlər,
məzmunu xalq məişətindən alınan şeirlər əruz vəzni ilə yazılırdı. Bədahətən şeir deyəndə belə
ərəblər əruzdan istifadə edirdilər.
Əruz şeir ölçüsünün xüsusiyyətlərindən biri, misralardakı hecaların uzun-qısalığının əsas
götürülməsidir. Lakin bu vəzndə yazılan şeirlərdə ahəng, misralardakı hecaların say bərabərliyindən
deyil, onların uzun-qısalığından, növbələşməsindən, bir-birini izləməsindən yaranır. Məhz bu halda
əruz vəznində yazılan şeirdəki misralarda hecaların sayında fərqin ola bilməsi normal hal sayıla
bilər.
Əruz vəznindən istifadə edən xalqların ədəbiyyatşünaslığında belə bir qayda müəyyən
olunmuşdur ki, əruza görə qapalı hecalar həmişə uzun, açıq hecalar isə, əsasən, qısa (heca uzanan
sait səslə qurtardıqda o, uzun heca olur) heca hesab edilir. Ona görə də hecaların uzun-qısalığının
növbələşməsini, bir-birini izləməsini açıq və qapalı hecaların izləməsi kimi də başa düşmək olar.
- 73 -
Şeirdə uzun, qısa hecaların bir-birini izləməsi, növbələşməsi o deməkdir ki, birinci misrada hər
hansı heca uzundursa(yaxud qısadırsa), qalan misralarda da həmin sırada duran heca uzun (yaxud
qısa) olmalıdır. Əruzun tələbinə görə misralardakı bu və ya digər sözün hər hansı bir hecası
uzandığı kimi, müəyyən sözləri, yaxud hecaları qısa demək də lazım gəlir. Başqa sözlə, onlar qısa
tələffüz edilməli olur.
Əruz elminin nəzəri əsaslarını yaradan məşhur ərəb alimi Xəlil ibn Əhməd (718-790) sayılır.
VIII əsrdə yaşamış böyük ərəb alimi Xəlil ibn Əhməd əruz şeir ölçüsünü hicri 150-ci (767) ildə
sistemləşdirib elm şəklinə salmışdır. O, əruzun 15 bəhrini müəyyənləşdirmiş və bu bəhrlərin əsasına
məfA
ʼ Ulün, fAʼ ilAtün, müstəfʼ ilün, fəʼ Ulün, fAʼ ilün, mütəfAʼ ilün, müfAʼ ələtün, məfʼ UlAtü qəliblərini
tətbiq etmişdir. Həmin qəliblərə təfilə deyilir. Bu təfilələrin müxtəlif birləşmələri əruzun müxtəlif
bəhrlərini və onların ölçülərini yaradır. Məsələn, fA
ʼ ilAtün təfiləsi bu və ya digər şəkildə
təkrarlanaraq rəməl bəhrinin, məfA
ʼ İlün təfiləsinin dəyişməsi və təkrarı isə həzəc bəhrinin müxtəlif
növlərini yaradır. Təfilələrin dəyişməsi, bir səsin dəyişməsi ölçünü də dəyişdirir. Məsələn, fA
ʼ ilatün
və fə
ʼ ilAtün təfilələri bir-birinə çox yaxındır: hər ikisində dörd heca vardır. Lakin bunlar müxtəlif
ölçü əmələ gətirir. Belə ki, təfilənin birinci hecasında a-nın ə-yə keçməsi ölçünü də dəyişdirir.
Misallardan belə nəticəyə gəlmək olar ki, əruz vəznində şeirlərin ahəngini müəyyən edən onun
ayrı-ayrı qəlibləridir. Təfilələrin müxtəlif şəkildə dəyişməsi şeirin ahəngini dəyişir. Bunun da
nəticəsində əruzun müxtəlif bəhrləri və onun ayrı- ayrı növləri meydana gəlir.
Ərəb istilası ilə əlaqədar olaraq ərəb dili, mədəniyyəti, ədəbiyyatı başqa xalqların dilinə təsir
etdiyi kimi, bu şeir qaydalarına da təsirsiz qalmamışdır. Xalqlar əruza yaradıcı yanaşmış, bəhrlərdən
öz dillərinə uyğun gələnləri istifadə etmişlər. Ərəblər əruzun 16, farslar 19, taciklər 14, türklər 11,
özbəklər 13, azərbaycanlılar isə 12 bəhrdə şeir yazmışlar. Bir sözlə, uzun illər əruzun nəzəri
əsaslarından yazmaq şərq-elmi nəzəri fikrində bir ənənə halına çevrilmişdir.
Farslar əruzu ərəb ədəbiyyatından götürmüşlər və onu daha da təkminləşdirərək, bəhr və
təfilələrin sayını artırmışlar. Onlar əruzun 16 bəhrinə 3 bəhr ( qərib, cədid, müşakil) artırmış,
bəhrlərin sayını 19-a çatdırmışdılar. Farslar ərəb qəliblərini yeni formaya salmış, onlara milli
xüsusiyyət vermişlər. Fars əruzşünaslıq elminin tarixi qədimdir. Təqribən IX əsrdən etibarən əruz
fars poeziyasına qədəm qoymuş, XI-XII əsrlərdən etibarən isə fars alimləri fars əruzunun nəzəri
əsasları haqqında əsərlər yazmağa başlamışlar. Bu elmin yaranmasında və inkişafında böyük rol
oynamış Yusif Əruzi, Əbu Abdullah Qorşi, Bəhrami Sərəxsi və başqalarının adlarını çəkmək olar.
XIII əsr fars əruzşünaslıq elmi isə ilk növbədə Şəms Qeys Razi və Nəsirəddin Tusinin adı ilə
bağlıdır. Bu alimlərin əsərləri özlərindən sonra yazıb-yaratmış alimlərə güclü təsir göstərmiş və belə
ki, XIV-XV əsrlərdə fəaliyyət göstərmiş Şəms Fəxri İsfahani, Vəhid Təbrizi və Əbdürrəhman Cami
kimi görkəmli əruzşünasların əsərlərində onların nəfəsi açıq-aydın duyulmaqdadır. Təbii ki, fars
alimləri arasında Əbdürrəhman Cami və onun nəzəri əsaslarından bəhs edən “Risaleyi -əruz” əsəri
bu baxımdan böyük əhəmiyyət kəsb edir.(1,146)
Əruz vəzninin türkdilli poeziyada tətbiqi böyük maneələrə rast gəlmişdir. Bunlardan ən
ümdəsi dil problemi idi. Belə ki, ərəb dilinə tətbiq olunmuş əruz vəzni türk dilinə tətbiqi nəticəsində
sözlərin tələffüzündə türk dili qayda-qanunlarını kobudcasına pozurdu. Lakin bütün bunları arxada
qoyaraq, türkdilli xalqlar XI əsrdən əruzdan istifadə etməyə başlamışlar. Əruz vəzninin mütəqarib
bəhri ilə yazılan ilk türk-uyğur abidəsi Yusif xas Hacibin “Kutadqu-bilik” poeması olmuşdur.
Əruz vəzni azərbaycan ədəbiyyatında da geniş yayılmışdır. Nizami, Füzuli, Nəsimi,
S.Ə.Şirvani, M.Ə.Sabir kimi böyük söz sənətkarları bu vəzndə çox ahəngdar əsərlər yazmışlar.
Azərbaycan şeirində əruz bəhrinin hamısı işlədilməmişdir. Ədəbiyyatımızda ən çox işlənən, həzəc,
rəməl, xəfif, səri munsərih bəhrləridir. Əruzun bu bəhrlərinin adını ifadə edən sözlər onların
xüsusiyyətinə uyğun seçilmişdir. Həmin sözlərin mənasını bilmək bəhrlərin xüsusiyyətini başa
düşməyə kömək edir. (5, 60)
Dostları ilə paylaş: |