ƏDƏBİYYAT
1.Ayatxan Z. Azərbaycanda dissident olubmu ? ,,Azərbaycan, j. 2008 N8,s.172-177.
2.Həbibbəyli İ.Ə. Ədəbiyyat və mətbuat cəbhəsində. Bakı, Nurlan,2006,52s.
3. Həbibbəyli İ. Ə. Xalqın əbədi harayı.Cavad Cavadlının ,,Sürgün” kitabına ön söz. Bakı,
Adiloğlu”2010, səh.3-21.
4.Hacıyev A.B. Cavad Cavadlının yaradıcılıq yolu. Bakı, MBM,, ,2010,152s.
ABSTRACT
Abbas Hajiyev
The article deals with the historical services to the dissisent intelligentsia by Heidar Aliyev,
the national leader of the Azerbaijan people.
РЕЗЮМЕ
Аббас Гаджиев
В статье говорится исторической об историческойб исторической заботе
общенационального лидера азербайджанского народа Гейдара Алиева, оказанна им
диссидентским интиллигентам.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
- 50 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
СЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ALMAZ BAYRAMOVA
Azərbaycan Dövlət Pedoqoji Universiteti
UOT:82.0
İRƏVAN XANLIĞININ DƏRƏÇİÇƏK MAHALI VƏ
ONUN ƏRAZİSİNDƏ YERLƏŞƏN BƏZİ TOPONİMLƏR HAQQINDA
Açar sözlər: İrəvan xanlığı, mahal, toponim, xanlıq, Dərəçiək, nahiyə, ərazi, coğrafi ad,
türk, kənd və s.
Key words: Irevan khanade, region, toponyme, Derechichek, territory, geographical name,
Turkish, village
Ключевые слова: Иреванское ханства, округ, топоним, Дарачичак, территория,
географическое название, мурок, село.
Dərəçiçək İrəvan xanlığına daxil olan mahallardan birinin adı olmuşdur. Pəmbək nahiyəsi və
Qırxbulaq mahalı arasında qeydə alınan Dərəçiçək mahalı İrəvan şəhərinin yaxınlığında yerləşirdi
(1,34). Daha dəqiq desək, Dərəçiçək mahalı bir tərəfdən Göyçə (Sevan), Qırxbulaq (Abovyan), bir
tərəfdən İrəvan, digər tərəfdən isə Aparan (Avaran) (Abaran-A.B.), Qarakilsə (Kirovakan) ilə
həmsərhəd idi. Teş dağları (“Teş sarer”) Dərəçiçək və Qarakilsə arasında olub, Gürcüstan
sərhəddinə bir qapıdır (2,3). Mahalın ərazisindən Axta (Razdan) çayı keçirdi (1,34). Onu da qeyd
edək ki, Dərəçiçək mahalı İrəvan xanlığının ən gözəl mahallarından biri olmuşdur. XIX əsr indiki
Ermənistan ərazisinə səyahət edən X.F.B.Linç Dərəçiçək mahalının füsunkar təbiətinə, ğözəlliyinə
heyran olaraq əbəs yerə “дачное место”- bağlıq yer adlandırmamışdır (3,181). SMOMPK
məcmuəsində çap olunan “Dərəçiçək” məqaləsində S.P.Zelinski də bu yer adının etimologiyasını
“çiçəkli dərə” kimi izah etmişdir (28). Dərəçiçək mahalında 37 yaşayış məntəqəsi olmuş, 1300
azərbaycanlı, 552 erməni yaşamışdır. 1828-1830-cu illərdə mahalın ərazisinə İrandan 3535,
Türkiyədən 3263 erməni köçürülmüşdür (4,591-598).
Dərəçiçək mahalı “İrəvan əyalətinin icmal dəftəri”ndə (XVIII əsr) Dərəçiçək nahiyəsi kimi
qeyd olunur (5,53). Mahalın ərazisində yerləşən Gümüş, Dəllər, Solak, Ağpara, Zəncirli, Fərrux,
Babakişi, Dəli paşa, Tayçarıx, Təkyəlik, Çubuxlu və s. (4, 592-596) bu kimi kənd adları onu
deməyə əsas verir ki, ta qədim zamanlardan Dərəçiçək mahalı türklərin qədim yaşayış
məskənlərindən biri olmuşdur.
Dərəçiçək
mahalının
adı
İrəvan
quberniyası
Rusiyaya
birləşdirildikdən
sonra
Konstantinovskoe,
1946-cı
ildə
Tsakadzor
(bəzi
mənbələrdə
Dzaxqadzor
şəklində
dəyişdirilmişdir.(2). Mahal 1959-cu ildə Hrazdan adlandırılmışdır (6,236).
Dərəçiçək mahalının adı Axtadan şərqə tərəf uzanan meşənin içərisində, Əlibəy dağının
ətəyində yerləşən Dərəçiçək kəndindən götürülmüşdür. Bu kənd İrəvan xanlarının hakimiyyəti
dövründə genişlənib, abad kəndə çevrilmişdir (2). Dərəçiçək mahalı haqqında apardığımız
araşdırma ərazinin toponimlərinin də tədqiq olmasına böyük maraq oyatdı. Bu nöqteyi nəzərdən bu
məqalədə Dərəçiçək mahalı ərazisində yerləşən bir neçə coğrafi ad barədə məlumat verməyə
çalışmışıq.
Fərrux. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil
olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən
indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində
yerləşirdi (7,568). Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal
dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum
olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000
ağçadan ibarətdir (5,116). İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan
- 51 -
kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır (4,592). N.Məmmədov Fərrux
kəndinin adının həm Fərrux (8,125), həm də Fərruk (8,227) formalarında göstərir. Kəndin adının
Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Onu da əlavə edək ki, Qafqazın 5 verstlik
xəritəsində də kəndin adı Farux formasında qeyd edilir (9,256). Fikrimizcə, Fərrux kənd adının rus
mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
B.Ə.Budaqov və Q.Ə.Qeybullayev yazırlar ki, İrəvan xanlığının Dərəçiçək mahalındakı Fərrux
kəndində XIX əsrdə ermənilərin sayı çoxalmış və kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq
çıxarılmışdır. Kənddən çıxarılan azərbaycanlılar Qarabağın Əsgəran rayonuna gələrək Fərrux
kəndini salırlar (6,396). İ.Bayramov kəndin tarixi ilə bağlı yazır: “Kənddə əvvəllər azərbaycanlılar
yaşamışdır. Sonra bura ermənilər köçürülmüş və azərbaycanlılar sıxışdırılmışdır.1897-ci ildə
kənddə 10 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə baş verən
erməni-azərbaycanlı muharibəsi nəticəsində 1906-cı ildə azərbaycanlılar tarixi toraqlarından
qovulmuş və kənddə yalnız ermənilər yaşamağa başlamışlar (7,568-569). Burada bir faktı qeyd
etmək yerinə düşər. Belə ki, İ.Bayramovun “kənddə əvvəllər azərbaycanlılar yaşamışlar” fikri
həqiqətə uyğundur. XVIII əsr mənbələrindən olan “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərilir ki,
kənd Hacı Süleyman oğluna məxsusdur (5,116). Digər tərəfdən kəndə həqiqətən ermənilər XIX
əsrin əvvəllərindən, yəni 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmüşdür. İ.Şopenin
əsərindən görürük ki, XIX əsrin əvvəllərində, yəni 1828-ci ildə 156 erməni Türkiyədən köçürülüb
Fərrux kəndinə yerləşdirilmişdir (4,592-594). B.Ə.Budaqov, Q.Ə.Qeybullayev (6,397) və
İ.Bayramov (7,, 569) Fərrux toponiminin şəxs adı ilə bağlı yarandığını göstərirlər. Biz də bu
fikirdəyik. Görünür, kəndi Fərrux adlı şəxs salmışdır. İrəvan xanlığının Dərəçiçək mahalı
ərazisindəki Fərrux kənd adı ilə Azərbaycanın rayonundakı Farux kənd adı mənşəcə eynidir və
şəxs adı ilə bağlı yaranmışdır. Lakin Xocalı rayonu ərazisində yerləşən Farux toponiminin mənşəyi
ilə bağlı müxtəlif fikirlər var. 1999-cu ildə nəşr olunmuş Azərbaycan toponimləri lüğətində Xocalı
rayonunda olan Farux kənd adının Farux şəxs adı ilə bağlı yarandığı göstərilir (10,484). Lakin
2007-ci ildə nəşr olunmuş Azərbaycan toponimləri (I cild) kitabında qeyd edilir ki, oykonim
(Xocalı rayonunda yerləşən Farux oykonimi nəzərdə tutulur-A.B.) 1907 və 1918-ci illərdə fəaliyyət
göstərmiş müxtəlif millətlərin zəhmətkeşləri arasında beynəlmiləlçiliyi möhkəmləndirmək
məqsədi güdən Faruq (hərfi mənası ədalət tərəfdarı) sosial –demokratik qrupun adı ilə bağlı ola
bilər (11,191).
Bicni. Bu, İrəvan xanlığının Dərəçiçək mahalının tərkibinə daxil olan kəndlərdən biridir. Kənd
Zəngi çayının sağ tərəfində, Zəncirli dağının ətəyində yerləşirdi. İ.Şopenin əsərində Bjni formasında
qeydə alınmış və ümumi siyahıda 432-ci sırada mahal üzrə sıyahıda 7-ci sırada verilmişdir (4,591).
Həmin əsərdən bəlli olur ki, kəndin köklü sakinləri mühəmmədilər (azərbaycanlılar-A.B.)
olunmuşdur (4,591-592). Bcini kəndi 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə
Qırxbulaq nahiyəsinin tərkibində Beçni fonetik formasında qeydə alınmışdır (5,36). Göründüyü
kimi, toponimə Beçni, Biçni (7,162), Bjni (12, 130) formalarında təsadüf edilir. Tədqiqatçılar Bicni
toponiminin mənşəyini beçenek türk etnoniminin adı ilə əlaqələndirirlər (7,163). Bəzi mənbələrdə
göstərilir ki, peçenek tayfa birləşməsi olub b.e.ə. I-III əsrlərdə mərkəzi Kazaxstanda yaranmışdır
(13,125). B.Ə.Budaqov və Q.Ə.Qeybullayev kəndin adının ərazidə yerləşən Beçini qalasının adı ilə
bağlayır və bu barədə yazırlar: “Qalanın adı 1225-ci ildə Sultan Cəlaləddinlə əlaqədar hadisələrlə
çəkilmişdir. Qala isə qədim türk mənşəli Peçene (Peçeneq) tayfasının adındandır. Peçeneqlər eranın
əvvəllərində şimaldan kəngərlərlə birlikdə ehtimal ki, hunların tərkibində gələrək Şərqi Anadoluda-
indiki Ermənistan və Albaniyanın Arsak əyalətində məskunlaşmışlar. Erməni mənbələrində Şərqi
Anadoluda Bznunik, Beceni, Albaniyada VII-X əsrlərdə Becans, Pazkank və s. toponimlər bu
etnonimi əks etdirir” (6,154). Q.Ə.Qeybullayev digər tədiqat işlərində göstərir ki, Razdan çayının
sağ sahilində yerləşən bu kəndin adı orta əsrlərdə erməni mənbələrində Bcini kimi qeyd edilmişdir.
Onun fikrincə, bu toponimin tərkibində peçeneq tayfası beçene formasında əks olunmuşdur
(14,105). Türkiyə ərazisində Güzəldərə deyilən ərazidə Peçni adlı kənd, fikrimizcə, elə Bcni
toponiminin bir fonetik variantıdır. Belə ki, Fehreddin Kırzıoğlu da bu toponimi oğuzların peçenek
tayfası ilə əlaqələndirir (15,90). Ə.Hüseynzadə “Zaqafqaziyanın Biçənək tərkibli oykonimləri” adlı
məqaləsində bu etnonim haqqında geniş söhbət açmış və bu tayfanın geniş bir ərazidə
- 52 -
məskunlaşdığı haqqında məlumat vermişdir. Ə.Hüseynzadə göstərir ki, peçeneq tayfası qərbdən
Volqa, cənubdan Ural çayı, şərqdən Ural dağ silsiləsi, şimaldan Jiqulevski dağı kimi böyük ərazini
əhatə edirdi (16,37). Bizə görə də bu coğrafi ad-Bcni toponimi Fəzlullah Rəşiddəddinin (18, 40) və
M.Kaşğarinin (17) araşdırmalarından məlum olduğu kimi, 24 oğuz tayfasından olan peçeneq
etnonimi əsasında əmələ gəlmiş sadə quruluşlu etnotoponimdir. Fəzlullah Rəşiddədin yazır ki, Göy
xanın övladlarından biri Beçənə idi. Bunun mənası yaxşı işlərə səy göstərən deməkdir (18, 40).
Qaraqala. Qaraqala adlı toponim İrəvan xanlığının Dərəçiçək mahalı ərazisinə daxil idi.
Toponim Misxana (Marmarik) çayının sahilində Tayçarıx kəndinin yaxınlığında yerləşirdi (7,185).
Kəndin adı İ.Şopenin əsərində ümumi sıyahıda 452-ci sırada, mahal üzrə 27-ci sırada verilmişdir
(4,591). Qaraqala yer adı 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə də qeyd edilir
(5,81). B.Ə.Budaqov və Q.Ə.Qeybullayev toponimi izah edərkən yazırlar: “Qala adlarında qara
sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki,
təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə, Qaraqalaların əksəriyyəti türk dillərində qarrı “əski”,
“köhnə”, “qədim” sözünün danışıqda “qara” formasını kəsb etməsi nəticəsidir. Bəzi adlarda isə qara
sözü ərəb dilində qəryə “kənd” mənasındadır. Qaraqala “köhnə (qədim) qala” mənasındadır”
(6,181). İ.Bayramov toponim üzərində apardığı elmi araşdırmalardan belə qənaətə gəlir ki, kənd
ərazidəki qara daşlardan tikilmiş qalanın yanında salındığı üçün Qaraqala adlandırılmışdır (7,186).
Biz də belə hesab edirik ki, coğrafi ad qara və qala sözlərindən yaranmışdır. Azərbaycan dilində
“qara” bir neçə mənada işlənir. Toponimlərin tərkibində qara “”keyfiyyətsiz, içməyə yararlı
olmayan, ağır, aşağı keyfiyyətli, keyfiyyətsiz” (hidronimlərdə),”böyük, geniş”, “sıx”, “təpə, qaya,
dağın zirvəsi”, “zirvə” mənalarında işlənir (19,27). Eyni zamanda “qara”, “böyük, hündür, yüksək,
şiş” mənasında işlənir (20,71). Bildiyimiz kimi, qara sözü oronimik toponimlərdə “böyük”,
“hündür” mənasını özündə əks etdirir. Qala coğrafi nomeninə gəlincə isə N.Yusifovanin söz
üzərində apardığı araşdırmalardan məlum olur ki, qala topoformantı yaşayış ərazisinin keçmiş
tarixini əks etdirir və göstərir ki, hazırda bir sıra coğrafi adların tərkib hissəsi kimi “yer, məkan”
məzmununu ifadə edir (21,96). Deyilənləri ümumiləşdirərək belə qənaətə gəlirik ki, qala sözü
toponimlərdə Azərbaycan ədəbi dilində “müdafiə məqsədilə tikilən tikili” mənasında işlənir. Yəni
coğrafi ad “böyük əzəmətli qala yaxınlığında salınmış kənd” mənasını bildirir. Eyni adlı toponimə
İrəvan quberniyasının İrəvan qəzasında, Eçmiədzin, Aleksandropol, Tiflis quberniyasının Loru-
Pəmbək qəzalarında (7,184-186), Şirakel nahiyəsində (6,181) rast gəlinir.
Alapars. Bu, İrəvan xanlığının Dərəçiçək mahalı ərazisində yerləşən kəndlərdən biridir.
İ.Şopenin əsərində ümumi siyahı üzrə 426-cı, mahal üzrə 1-ci sırada verilmişdir (4,591). Kənd
Zəngi çayının sahilində yerləşirdi. 1728-ci ilə aid olan “İrəvan əyalətinin icmal dəftəri”ndə
Qırxbulaq nahiyəsinin tabeliyində Alabars adlı toponim qeydə alınmışdır (5,78). Toponimin
etimologiyasını tədqiqatçılar müxtəlif formada izah edirlər. B.Ə.Budaqov və Q.Ə.Qeybullayevə
görə Alapars yer adı Azərbaycan dilində ala və farsca barz “hündür yer” sözlərindən ibarətdir (6,
119). İ.Bayramov toponim haqqında belə bir qənaətə gəlir ki, toponim rəng bildirən ala sözü ilə bars
türk etnonimi əsasında yaranmış etnotoponimdir (7,58). Pars sözü Türkiyə ərazisində yerləşən yer
adlarının tərkibində totemik vahid kimi iştirak edir (22,51). Fikrimizcə, türk tədqiqatçıları bunu
pars sözünün qədim türk dillərində “pələng” (23, 1158) mənasında işlənməsi ilə əlaqələndirmişlər.
Deməli, Alapars toponimi rəng bildirən ala sözü ilə qədim türk dilində pələng mənasında işlənən
pars sözü əsasında əmələ gəlmiş zootoponimdir.
Gümüş.
İrəvan
xanlığının
Dərəçiçək
mahalının
inzibati-ərazi
bölgüsünə
daxil
olan
toponimlərdən biri Gümüşlü adlanırdı. İ.Şopenin əsərində Gümüş formasında ümumi siyahl üzrə
428-ci, mahal üzrə 3-cü sırada verilmişdir (4,591). XVIII əsr mənbəyində də kəndin adı Gümüş
kimi qeydə alınmışdır (5,78). Kənd Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşirdi.
B.Ə.Budaqov və Q.Ə.Qeybullayev erməni mənbəyinə əsaslanıb göstərirlər ki, mənbələrə əsasən
toponimin qədim adı Karen (əsli Karin) olmuşdur (6,326). Toponimin mənşəyi ilə bağlı müxtəlif
fikrilərə rast gəldik. İ.Bayramov kəndin adını ərazidə yerləşən filiz yataqlarının olması ilə
əlaqələndirir (7,442). H.Mirzəyev də yazır ki, Dərələyəz mahalı ərazisində yerləşən Gümüşxana
coğrafi adı qədim filiz mədəninin adı əsasında yaranmışdır. (24,245). Hətta adın gətirilmə olduğu
hesab edilir və Anadoluda Kumis və ya Xumus mahalından gəlmə ailələrin məskunlaşması
- 53 -
nəticəsində yarandığını, orta əsrlərdə İranın şimal-şərqində Rey-Nişapur arasında bir əyalətin də
Kumis adlandığı göstərilir (6,326-327). F.Rzayev belə hesab edir ki, Gümüşlü adının müasir
leksikonumuzda olan gümüş metalının adı ilə heç bir əlaqəsi yoxdur. Onun mülahizəsinə görə,
oykonim qədim türk dillərində “kuşanlı-şöhrətli” və muş-buş-bus tayfa adından yaranmışdır
(25,203). Gümüşlü toponiminin gümüş metalla əlaqəsi olmadığını qeyd edən digər tədqiqatçı
N.S.Bəndəliyevdir. Belə ki, N.S.Bəndəliyevin fikirincə, Gümüşlü toponimi gümüş sözü və
mənsubiyyət bildirən –lü şəkilçisindən yaranaraq gümüşlüdən olan tayfaya aiddir (26,329).
S.Mirmahmudova Gümüş toponimi barədə yazır ki, Razdan (Dərəçiçək mahalı ərazisində yardılan
indiki Ermənistanda rayon-A.B.) rayonunda kənddir və həmin ərazinin yaxınlığında gümüş çarılan
mədən var (27,37). Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, toponimin təsvir
əsasında yaranması həqiqətə daha yaxındır. Yəni, toponim “gümüş olan ərazi” mənasını bildirir.
Azərbaycanın Şərur, Quba (11, 214), Qobustan (26,238) rayondalarında da Gümüşli toponimi
mövcuddur.
ƏDƏBİYYAT
1.
İ.Bayramov. Qərbi Azərbaycanın toponimlər sistemi. Bakı, Elm, 2005, 432 səh.
2.
Z.Qayqocalı. Dərəçiçək və erməni vandalizmi. “Ulu Göyçə” qəz., 07.iyul 1993
3.
Ф.Б.Линч. Армения. Путевые очерки и этюды, т.I. Русские правинции. XXIII.Тифлис,
И.Е.Питоев и К.1940,597 стр.
4.
Шопен И.И. Исторический памятник состояния Армянской области в
ee присоединения к Российской империи, СПб, Типография
Императорский Академии Наук. 1852, 1231 с.
5.
İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə qeyd və əlavələrin müəllifi:
Z.Bünyadov, H.Məmmədov (Qaramanlı). Bakı, Elm, 1996,184 səh.
6.
B.Ə.Budaqov və Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərinin izahlı
lüğəti. Bakı, Nafta Press, 1998, 452 səh.
7.
İ.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri, Bakı, Elm, 2002, 696 səh.
8.
N.Məmmədov. Azərbaycanın yer adları (oronimiya). Bakı, Azərnəşr,1993, 184 səh.
9.
Д.Д.Пагиров. Алфавитный указатель к пятиверстной карты Кафгазкого края, Тифлис,
1900, к.1-36.
10.
Azərbaycan toponimləri. Esiklopedik Lüğət. Bakı, Azərbaycan Ensiklopediyası, Bakı:1999,
588 səh.
11.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I c. Bakı, Şərq-Qərb, 2007, 304 səh.
12.
H.Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar. Bakı, Azərnəşr, 1997, 260 səh.
13.
Ф.Асадов. Арабские источники о тюрках в ранние средневековье. Баку, Елм,1993,
204 стр.
14.
Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев. т.I. Баку, Элм.1991. 552 стр.
15.
Kırzıoğlu M.Fahrettin. M.Selcuklu-Fatihlerinden (1064-1071) önce Doğu-Anadolu türk boy
ve oymaklarından kalma dağ ve su adları//Türk yer adları sempozyumu bildirileri, 11-13
Eylül 1984 Ankara, Ankara: Başbakanlık Basımevi, 1984, s.75-96.
16.
А.Гусензаде. Ойконимы Загафгазия включающие этнонимы «Биченек»//Советская
тюркология,№5,1982,34-37
17.
M.Kaşğari. Divanü-lüğat-it Türk, I c., (Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əsgər).
Bakı, Ozan, 2006, 512 səh.
18.
Fəzlullah Rəşiddəndin. Oğuznamə. Bakı, Azərnəşr, 1992, 72 səh.
19.
İ.Bayramov. Qərbi Azərbaycan toponimlərinin tərkibində iştirak edən söz və coğrafi
terminlər lüğəti. Bakı, Elm, 2000, 106 səh.
20.
T.Əhmədov. Azərbaycan paleotoponimiyası. Bakı, ADU, 1985, 88 səh.
21.
N.Yusufova. Qala coğrafi-nomeni haqqında//Dil məsələlərinə dair tematik toplu, №1, səh.
95-96, 1994
- 54 -
22.
Mehmet Ergöz. Sosyölojik Yönden türk yer adları/ Türk yer adları sempozyumu bildirileri,
11-13 Eylül 1984 Ankara, Ankara, Başbakanlık Basımevi, 1984, s.43-53.
23.
В.В. Радлов. Опыт словарья тюрских наречии. т. IV. часть 1-2. СПб,1911,2230 стр.
24.
H.Mirzəyev. Qərbi Dərələyəz mahalı. Bakı, Elm, 2004, 856 səh.
25.
F.Rzayev. Qədim Şərur oykonimlərinin mənşəyi. Bakı, Nurlan, 2006, 242 səh.
26.
N.S. Bəndəliyev. Dağlıq Şirvanın toponimləri. Bakı, 2009, 348 səh.
27.
S.Mirmahmudova. Ermənistanda türk mənşəli yer adları. Bakı, Yazıçı, 1995, 72 səh.
28.
İ.Həbibbəyli. Əzəli Azərbaycan torpağı-İrəvan. “Azərbaycan” qəz., 23 fevral 2008.
ABSTRACT
Almaz Bayramova
About Derechichek region of the Irevan khanade and some toponymes situated on its
territory
Irevan khanade was foundedin the XVIII century. There were 15 regions there. One of them
was Derechichek. The toponymes Derechichek, Ferrux,Bijni, Garagala, Alapars, Gumush which
were on the territory Derechichek are explained in the article.
РЕЗЮМЕ
Байрамов Алмаз
Ираванского ханства и об округе Дарачичак о топонимах, находящихся
территории ханства
Ираванского ханство зародилась в ХВЫЫЫ веке. Ханство состояло из 15 округов.
Одна из них называлось Дарачичак. В статье говорится о таких топонимах, как, Дарачичак,
Фаррух, Биджни, Гарагала, Алапарс, Гюмуш , которые находятся на территории округа
Дарачичак.
Dostları ilə paylaş: |