ƏDƏBİYYAT
1.
Bağırov Ə.A. L.Tolstoy və Azərbaycan (1880-1920). Bakı, Elm, 1974
2.
Əlimirzəyev X. Dahi sənətkar, böyük vətəndaş. Bakı, Elm və təhsil, 2010
3.
Həbibbəyli İ.Ə. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, Nurlan, 2007
4.
Hüseynov F. Satirik gülüşün qüdrəti. Bakı, Yazıçı, 1982
5.
Sənətkara töhfə. Bakı: Yazıçı, 1978
6.
Molla Nəsrədddin. 10 cilddə, II cild. Bakı, Azərnəşr, 2002
7.
Molla Nəsrədddin. 10 cilddə, III cild. Bakı, Çinar-Çap, 2005
8.
Molla Nəsrədddin. 8 cilddə, IV cild. Bakı, Çinar-Çap, 2008
ABSTRACT
Iman Jafarov
“Mollah Nasraddin“ principles of approaching to Lev Tolstoy heritage
The article analyzes the materials related to the Russian literary man Lev Tolstoy published
in the journal “Mollah Nasraddin“. It states that in order to deal with European progress Jalil
Mammadguluzadeh and his other pen friends directed their Muslim friends’ attention to Lev
Tolstoy personality and his profession. In the materials of the journal “Mollah Nasraddin“,
sometimes only Lev Tolstoy’s name was mentioned, and sometimes certain information about his
heritage was given. The aim of the writings related to L. Tolstoy’s creativity was to focus on the
unawareness of Muslim world of the progressive events in the Western countries and make them
understand what was happening in the western world.
РЕЗЮМЕ
Иман Джафаров
Принципы "Молла Насреддин"a
по отношению к насле дию Льва Толстого
Статья посвящена анализу материалов журнала "Молла Насреддин", связанных с русским
литератором Львым Toлстым. Обосновано, что Джалил Maмедкулизaдe и его современники
привлекали внимания своих мусульманских собратьев к творчеству и личности Льва Толстого, в
основном для открытии темы европейского прогресса.
На страницах журнала "Молла Насреддин" иногда упоминалась имя только Толстого,
а иногда были даны некоторые информации о наследии русского литератора.
Главная цель статьей, опубликованных на страницах журнала , связанных с Toлстым,
привлечь внимание к прогрессивным событиям в западных странах и об отсутсвии
информации мусульманского мира, с целью разбудит соотечественников от сна.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru H.Həşimli
- 32 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
MEHRİBAN QULİYEVA
Naxçıvan Dövlət Universiteti
quliyeva.mehriban@list.ru
UOT:81
NİZAMİNİN ƏSƏRLƏRİNDƏ MƏCAZİ ADLAR ALƏMİ
Açar sözlər: Azərbaycan, Nizami Gəncəvi, ideal cəmiyyət, məcazi adlar, xəmsə
Key words: Azerbaijan, Nizami Gencevi, ideal society, metaphorical names, Khamsa
Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq,
tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir,
hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə
işıq salan sönməz məşəldir. Nizami Gəncəvi öz qəhrəmanlarını sevə-sevə tərənnüm etmişdir."
Xəmsə" də elə bir qəhrəman obrazına rast gəlmək olmaz ki, oxucu onun xarakterinə qibtə ediləcək
dərəcədə inanmasın.Qəhrəmanların müxtəlif vəziyyətlərdə təsviri ilə yanaşı, şair onların daha
dolğun, daha bütöv çıxması üçün məcazlardan geniş istifadə edilmişdir. O, Şərq ədəbiyyatında
məşhur olan məcazi adlardan obraz adı kimi istifadə ilə qənaətlənməmiş, onları bədii təsvir vasitəsi
kimi də işlətmişdir. Bəzən də bir əsərin əsas qəhrəmanının adı başqa bir obrazın təsvirində məcazi
ad kimi işlənmişdir. Bütün bunlar insanın qüdrətini, əzəmətini, məhəbbətini, gücünü, istək və
arzusunu daha əyani və inandırıcı şəkildə göstərmək üçün şairin əlində ən mötəbər vasitə olmuşdur.
Şair qəhrəmanlarının az sözlə ətrafınlı tərənnümü üçün həmişə onu başqa bir adla müqayisə etməklə
kifayətlənmişdir. Görünür, o dövrdə həmin adlar arasında o qədər geniş yayılmışdı ki, şair onların
hərtərəfli təsvirinə də ehtiyac duymamışdır. Məcazi adlardan istifadə yolu ilə Nizami öz
fikirlərininin yığcam, qısa və dolğun ifadəsinə nail olmuşdur. Zəngin məcazi adlarin yerli-yerində
işlənməsi isə şairdən ensiklopedik bilik, fitri istedad və zəngin sənətkarlıq qüdrəti tələb edirdi.
Maraqlıdır ki, müəyyən obraz adlarına "Xəmsə" nin ayrı-ayrı əsərlərində rast gəliriksə, həmin adın
məcazi formasına bütün əsərlərdə təsadüf edilir. Məsələn, "Sirlər xəzinəsi" ndə (Süleyman və
əkinçi) Süleyman əsas,"Yeddi gözəl" poemasında isə epizodik surət kimi çıxış edir. Digər əsərlərdə
isə ondan məcazi ad kimi istifadə olunmuşdur."Sirlər xəzinəsi" əsərində Məlik Fəxrəddin Bəhram
şah, Süleymana bənzədilmişdir. O, Süleyman üzüklü, günəş taclı hökmdar, Məlik Fəxrəddin adı-
dünyamıza iftixar. Xosov və Şirin əsərində isə Toğrul şah Süleymanla müqayisə olunur:
Süleymandır bizim şaha baxsana Gah balıq söz deyir, gah da Ay ona.Yəni bizim şahımız
Süleyman kimi qüdrətli hökmdardır. İkinci beytdə işlədilən "Baliq" və "Ay" "Bütün dünya"
məhfumunu ifadə edir.
Əsərdə Qızıl Arslan Süleymanla müqayisə olunarkən, həm ona üstünlük verilir, həm də
Süleymanla müqayisə olunarkən, həm ona üstünlük verilir, həm də Süleymana bənzədil Qapısına
gələn qarışq Layiqdir qul olsun ona Süleyman...
Əgər şiddətlənsə dəhşətlə tufan,
Nə qorxu, var ikən belə Süleyman.
Birinci beytdə Süleyman, Qızıl Arslanın qapısına gələn qarışqaya layiq bir şəxs tək göstərilir, ikinci
beytdə isə qüdrətli hökmdar kimi Qızıl Arslan Süleymana bənzədilir.
"Xosrov və Şirin" əsərində Xosrov atasının qəzəbindən qorxub Ərmənə qaçarkən yolda təsadüfən
bulaqda çimən Şirinə rastlaşır. Lakin Şirin onu tanımır və yad gözün təsirinini hiss edib oradan
uzaqlaşır. Xosrov onun bir pəri olduğunu hiss edir, sonra öz-özünə deyir:
Süleyman qoyum bir adımı hələ,
Sonra pəriləri gətirim ələ.
Həmin dövrdə Xosrov nə şah idi, nə də Süleymana bənzəyirdi. O yalnız Süleyman qüdrətli hökmdar
olandan sonra Şirin kimi pəriləri ələ gətirə bilərdi və.s.
- 33 -
Ədəbiyyatşünaslıqda izah olunur ki, məcaz yaratmaq üçün bənzəyən və bənzədilən tərəflər
qarşılaşdırılır və müqayisə olunur. Lakin burada ancaq ümumi adlların ümumi adlara bənzədilməsi
nəzərdə tutulmuşdur. Nizami əsərlərində isə ümumi adların ümumi adlara bənzədilməsindən əlavə,
ümumi adların xüsusi, xüsusi adlarin xüsusi,xüsusi adlarin ümumi adlara bənzədilməsi yolu ilə
zəngin və rəngarəng məcazlar sistemi yaradılmışdır. Demək, bədii ədəbiyyatda işlənən məcazları
komponentlərinin ümumi və ya xüsusi adlara ifadə olunmasına görə iki qrupa ayırmaq olar:
1.Hər iki komponenti ümumi adlardan düzələn məcazlar
2.Onomastik məcazlar
Nizaminin əsərlərində onomastik məcazlardan geniş istifadə edilmişdir. Burada onomastik
bənzətmə haqqında söz açmaq lazım bilirik.
Məlumdur ki, məcazların ən ilkin və sadə forması və bənzətmədir. Bənzətmədə isə 4 ünsür olur:
Bənzəyən, Bənzədilən, Bənzəmə qoşması və Bənzəmə sifəti. Burada isə biz ancaq birinci və ikinci
vahidləri əsas götürürük. Çünki ola bilsin, Nizami əsərlərinin tərcüməsi zamanı əlimizdə olan
mətnlərdəki bənzəmə qoşması və bənzəmə sifəti tərcüməçilər tərəfindən yazılıb və yaxud onlar
tərəfindən ixtisar olunmuşdur. Bənzəyən və bənzədilən xüsusi adlar tərcümə olunmadığı üçün onlar
ən etibarlı məcazlar hesab olunmalıdır. Buna görə də bənzətmə əsas rol oynayan qrammatik
vasitələr haqqında bəhs etməyi lazım bilmədik.
Şair onomastik məcazlardan ən çox iki halda istifadə etmişdir. İlk dəfə obrazı təqdim edərkən
və hadisələrin gedişi zamanı onun haqqında daha geniş təsəvvur yaratmaq istədikdə. Məsələn
obrazın təqdimində onu müxtəlif şəxslərlə və ya rəmzi məna daşıyan digər xüsusi adlarda
müqayisəli şəkildə təsvir edir. Bu zaman bənzəyən bir, bənzədilən tərəf isə bir, iki və daha çox
komponentdən ibarət olur.
Nizaminin əsərlərində bənzəyən antroponimlər-şəxs adları ancaq obraz adlarından ibarətdir.
Bənzədilən adlar içərisində isə obraz adlarına təsadüf olunsada, əsas yeri "Xəmsə"də obraz kimi
iştirak etməyən və Şərq ölkələrində ən məşhur olan dini, dini-əfsanəvi və tarixi şəxsiyyət adları
təşkil edir. Kəmiyyətə obraz adlarına nisbətən çox olduqları üçün onların hamısı haqqında ətralı
məlumat vermək qeyri-mümkündür. “Xızır” sözündən “Xəmsə”də obraz adı kimi istifadə olunsa
da, ona bənzətmə məqamında da tez-tez təsadüf edilir. Məsələn, “Sirlər Xəzinəsi” əsərində
Davud oğlu Məlik Fəxrəddin Bəhram şahın zəkası İsgəndərlə yanaşı, Xızırla da müqayisə olunur:
İsgəndər – şanlı Xızır, zəkası işıq saçar,
Sehrkar münəccimdir, “Məcəsti” sirri açar
“Leyli və Məcnun” poemasında Leyli, Məcnuna yazdığı məktubda onu Xızır suyuna (yəni
Dirilik suyuna) və pərvanəyə bənzətmişdir:
Ey zülmətdə qalan Xızır suyu, sən
İlk səhər şəminin pərvanəsisən
“Yeddi gözəl” əsərində də bir sıra obrazlar Xızıra bənzədilir:
Tanı Xızır kimi özünü gəl sən,
Dirilik suyundan, bəlkə, içəsən
Burada şair oğlu Məhəmmədi Xızırla müqayisə etmişdir. “Xosrov və Şirin” əsərində isə şair özünü
Xızıra bənzədir:
Bütün örtülmüşlər bizdə zahirdir,
Xızr adını çəkdin, Xızr hazırdır.
Şeiri oxunanda bu Nizaminin
Özü də hər sözdə görünər yəqin
Dirilik suyu içib əbədiyyətə qovuşan Xızır dini gümana görə, indi də yaşayır və çətinə
düşənlərin “Ya Xızır İlyas” çağırışı ilə peyda olur, onu arzusuna çatdırır. Şair böyük uzaqgörənliklə
göstərir ki, mən şeirim oxunan hər bir zamanda Xızır kimi yaşayacağam.
Yusif ( “Bibliya”da – gözəl İosif) – Məhəmməd peyğəmbərdən əvvəl zühur etmiş ən
məşhur peyğəmbərlərdən biri və müsəlman əfsanələrinin qəhrəmanıdır. O, Yəqub peyğəmbərin
sonbeşiyi və sevimli oğludur. Yusif fövqəladə gözəlliyə və ruh yüksəkliyinə malik olduğu üçün
Yəqub onu başqa övladlarından çox istərmiş. Elə buna görə də qardaşları onu quyuda qoyub
gedirlər. Xilas edildikdən sonra Misirdə qul kimi satılır. Öz ağlı və düşüncəsi sayəsində Misirin
- 34 -
hakimi olur və keçmiş hakimin arvadı Züleyxa ilə evlənir. Taxıl almağa gəlmiş qardaşlarını tanıyan
Yusif öz köynəyini də buğda kisəsinin içinə qoyub onları mehribancasına yola salır. Yusifi ölmüş
bilən atası Yəqub oğlanları qayıdanda Yusifin qoxusunu uzaqdan hiss edir. Köynəyi alıb gözlərinə
sürtdükdən sonra isə onlara nur gəlir.
Yusif və onunla əlaqədar olan hadisələr, şəxslər, quyu, köynək, Yəqub, oğlanları, Züleyxa
və s. şeylər Şərq ədəbiyyatında yüzlərcə bədii obrazın yaranmasına səbəb olmuşdur. Nizami də bu
süjetlə bağlı olan əfsanələrdən yaradıcılıqla geniş istifadə etmişdir.
Nizami üçün Yusif gözəlliyin, ağlığın, Günəş kimi parlaqlığın, ismətin, çirkin insan
hissiyyatının qurbanı olan saflığın və s. rəmzidir. “Xəmsə”də Yusiflə bağlı olan bu müsbət
keyfiyyətlər bənzətmələr yolu ilə tez-tez xatırlanır:
Elə məşhur oldu gözəllikdə o,
Misirli Yusifdi sanki bu Xosrov
Yaxud Xosrov atasından bağışlanmasını xahiş edərkən yenə də özünü Yusifə bənzədir:
Yusifəm, sanma ki, yeyib yalquzaq,
Günahım böyükdür, uşağam, uşaq
Aşağıdakı beytdə isə Yusif dedikdə, Axsitatının oğlu şahzadə nəzərdə tutulur:
Yerlərin, göylərin Yusifidir tək,
Zaman vəliəhdi bir oldu, gerçək
“Xəmsə”də olan Nuh, İbrahim, İsmayıl, İsa, Məryəm, Cəmşid, Keyxosrov, Keyqubad, Rüstəm,
Rüstəm Zal, Keykavus, Zöhhak, Gazə, Oxçu, Arəş, Qarun, Musa, Davud, Loğman, Vis, Sultan
Mahmud, Sultan Məsud, Firdovsi, Ayaz, Samiri və başqa adlardan da bənzətmə kimi geniş istifadə
edilmişdir.
“Xəmsə”də olan bütün onomastik məcazların bir bölgü ilə əhatəsi qeyri-mümkündür. Çünki
şair məqsəddən aslı olaraq onun müxtəlif növlərindən istifadə etmişdir. “Xəmsə”də ən geniş
yayılmış onomastik bənzətmələri ( Bənzətmə xüsusi adları. Azərbaycan ədəbiyyatında poetik adlar
tam tədqiq olunmadığı üçün hələ müvafiq terminlər də tam dolğunluğu ilə dəqiqləşdirilməmişdir)
aşağıdakı şəkildə qruplaşdırmaq olar: 1. Komponentlərin sayına görə; 2. Komponentlərin ümumi və
xüsusi adlarla ifadəsinə görə; 3. Komponentlərinin onomastik funksiyasına görə.
Onomastik bənzətmələri komponentlərinin sayından aslı olaraq aşağıdakı formada təsnif
etmək olar: Sadə onomastik bənzətmələr. Burada bənzəyən bir, bənzədilən isə bir, iki və ən çoxu üç
komponentdən yaranır və komponentlərdən biri hökmən xüsusi adlardan ibarət olmalıdır.
Bənzəyən ümumi, bənzədilən tərəf isə xüsusi adlardan ibarət olur:
Saçı, oldu çöhrəsi – İbrahim möcüzəsi,
Xəncər kirpiklərində İsmayıl göz süzəsi,
Busəsi bir meydi ki, aşiq ona can verər,
Dodağı İsa kimi cansız cana can verər.
Burada məşuqənin saçı, odlu çöhrəsi İbrahimin möcüzəsinə bənzədilir. Bütpərəstlik əleyhinə
mübarizə apardığına görə Babil hökmdarı I Nəmrud İbrahimi oda atdırmış, od isə İbrahimi
yandırmamış və çiçəkli bir bağa dönmüşdür.” İbrahim möcüzəsi” ifadəsi buna işarədir. Məşuqənin
kirpiyi isə oğlu İsmayılı Allah yolunda qurban kəsmək istəyən ölü dirildə bilən İsa peyğəmbərin
dodağına bənzədilmişdir.
Bənzəyən və bənzədilən tərəflər xüsusi adlardan yaranır.
Ruhlara dərs öyrət sən İsa kimi,
Eşqdən şam yandır bir Musa kimi.
Burada (“Xosrov və Şirin”) şair özünü peyğəmbərlərlə müqayisə edir; Dinlər tarixində yəhudilərin
peyğəmbəri Musa və xristian dininin banisi İsa peyğəmbərə bənzədir.
Yaxud:
Şirinin yerini şəkər tutarmı?
Şirinsiz şəkərin bir dadı varmı?..
...Şəkərlə Şirinin fərqi əyandır,
Şəkər can yeridir, Şirinsə candır
Şirin- kəcavədə oturmuş pəri,
Şəkər-onun ipək pərdədə zəri....
- 35 -
Poemada Şirin əsas, Şəkər isə epizodik obrazlardır. Onların adlarının mənası da eynidir. Adların
mənaca sinonimliyi onların gözəlliyində, mehribanlığında da öz əksini tapmışdır. Şair bu adların
düzəldiyi ümumi sözlərin leksik mənalarını və özlərini müqayisə edərək, üstünlüyü Şirinə
vermişdir.
“Xəmsə”də bənzədilən qoşa adlardan istifadə xüsusilə diqqəti cəlb edir. Bu cür bənzədilən
qoşa adlar içərisində Xızır və İsgəndər, Kequbad və Keyxosrov, Rüstəm və İsfəndiyar daha çoxdur.
İsgəndər, şanlı Xızır zəkası işıq saçar,
Sehrkar münəccimdir, Məcəsti sirri açar
Burada Bəhram şahın zəkası İsgəndər və Xızırın zəkası ilə müqayisə olunur. Bundan əlavə o,
“Məcəsti” sirri açan bir münəccimə də bənzədilir. “Məcəsti” isə Ptolomeyin ( Bətlimus) dünyanın
quruluşu haqqında yazdığı məşhur əsərinin adıdır.
Mürəkkəb onomastik bənzətmələr. Ona görə bunu mürəkkəb onomastik bənzətmə adlandırırıq ki,
bir obrazın müxtəlif xüsusiyyətləri eyni vaxtda ona uyğun gələn daha çox adla müqayisə olunur.
Buna silsilə bənzətmə də demək olar. Demək, burada ümumi və xüsusi addan düzələn bənzəyən ad
bir, ümumi və ya xüsusi adlardan ibarət olan bənzədilən tərəf isə dörddən çox addan ibarət ola bilər.
Lakin biz ancaq komponentləri xüsusi adlardan ibarət olan silsilə onomastik birləşmələrdən bəhs
edirik.
Nizami silsilə onomastik bənzətmələrdən ən çox obrazların təqdimi, rəqib hökmdarların bir-birinə
məktub yazması, döyüş meydanında pəhləvanların bir-birinə hərbə-zorba gəlmələri zamanı istifadə
etmişdir. Məsələn, Şapur ilk dəfə Xosrovu Şirinə belə təqdim edir:
İsgəndər cəlallı, Dara vüqardır,
İsgəndər, Daradan bir yadigardır
Hüsndə göy ona “günəşim” deyir,
Bu torpaq üstündə Cəmşid nəslidir
O, şahlar şahıdır, Xosrov Pərvizdir
Burada bənzəyən tərəf Xosrov Pərviz, bənzədilən tərəf isə İsgəndər, Dara, Günəş, Cəmşid, şahlar
şahı kimi ümumi və xüsusi adlarla müqayisə edilmişdir.
Onomastik bənzətmələrdə komponentlərin həm bənzəyən, həm də bənzədilən tərəfləri
xüsusi adlardan ibarətdir. Xüsusi adlar isə öz funksiyalarına görə çox müxtəlif olur və onomastik
leksikanın laylarını təşkil edir. Bu laylar isə onomastikanın antroponim ( şəxsi adları), toponim (
dağ, çay), zoonim( heyvan və quşların xüsusi adları), kosmonim və ya astronim( planet, ulduz və s.
adları), etnonim ( millət, tayfa və s. adları) və s. kimi sahələrdən ibarətdir.
Onomastik bənzətmələri aşağıdakı kimi qruplaşdırmaq olar:
Bənzəyən və bənzədilən tərəflər antroponimlərdən yaranır. Elə buna görə də onları antroponimik
bənzətmə
də
adlandırmaq mümkündür. “Xəmsə”də antroponimik bənzətmələrin müxtəlif
formalarından geniş istifadə olunmuşdur. Onların içərisində həm sadə, həm də mürəkkəb və ya
silsilə antroponimik bənzətmələrə də təsadüf edilir.
O gecə ki, Xosrov səxavət eylər
Qarun xəznəsini aparar yellər
Beytdə Xosrovun əliaçıqlığı, səxavəti, payladığı qızıl-gümüş əfsanələrə görə ən varlı və xəsis olan
Qarunun xəzinəsi ilə müqayisə olunur.
Bənzəyən tərəflər antroponim, bənzədilən tərəflər isə astronimlərdən ibarət olur. Müşahidələr
göstərir ki, Nizami bir planet adından müxtəlif məqsədlər üçün istifadə etmişdir:
Xosrov yox, Keyxosrov olsa da bişəkk,
Ayla vuruşmağa çıxmasın gərək
Burada Şirin özünü Xosrov və Keyxosrovdan üstün tutmaqla yanaşı, Aya da bənzədir. Şair Şirini
Aya bənzətməklə onun gözəlliyi, ağlığı və cəlbediciliyini nəzərə çarpdırır. Şirin pəhləvan kimi də
qüvvətlidir, döyüşdə nəinki Xosrov, hətta Keyxosrov olsa belə onunla döyüşə bilməz.
ƏDƏBİYYAT
1. Nizami Gəncəvi. «Yeddi gözəl». Filoloji tərcümə. «Elm» nəşriyyatı. Bakı, 1983
2. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları. Azərnəşr. Bakı, 1991. 296 səh.
- 36 -
3. C.Xəndan. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild. Şeirlər, poemalar, ədəbitənqidi məqalələr.
Bakı, Çaşıoğlu nəşriyyatı. 2010. 352 səh.
4. Azərbaycan ədəbiyyatı tarixi, üç cilddə, 1 cild, (ən əqdim dövrdən XVIII əsrin sonuna qədər)
Az. SSR EA Nəşriyyatı. Bakı, 1960. 592 səh.
5. Nüşabə Araslı. N.Gəncəvi və türk ədəbiyyatı. «Elm» nəşriyyatı. Bakı, 1980. 206 səh.
6. Azərbaycan filologiyasının aktual problemləri. (C.Xəndan Hacıyevin 100 illik yubileyinə həsr
olunmuş elmi-nəzəri konfransın materialları), XII kitab,Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2010.
532 səh.
ABSTRACT
Nizami Gəncəvi had achieved his own opinions short, laconic and in detail expression with
the way using of figurative names in the article. If you want to use rich figurative words correctly,
you must have an universal knowledge, gift and luxurious skill power.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
V.Rzayev
Dostları ilə paylaş: |