ƏDƏBİYYAT
1.Ə. Q. Kinolarda “Bismillah”. “Yeni fikir” qəzeti, Tiflis, 28 yanvar 1926, № 1001
2.Fira. “Zəmanəmizin qəhrəmanı”. “İnqilab və mədəniyyət” jurnalı, Bakı,1929, № 5,
s.43-44
3. Jurnalist. “Domna ocağı” haqqında. “İnqilab və mədəniyyət” jurnalı, Bakı,1929, №
11, s.48
4. Qərib Ə. Tənqid və tənqidçilərimiz. “Yeni fikir” qəzeti, Tiflis, 2 fevral 1926,
№ 1005
5. Qərib Ə. Əfi ilan. “Dan yıldızı” jurnalı, Tiflis,1926, № 1 , s. 4-13 ; № 2 , s. 10-17
6. Məmmədov R. Gürcüstanda Azərbaycan mətbuatı və ədəbi mühit. Bakı, Xəzər
Universitəsi nəşriyyatı, 2000
7. Şərif Ə. Keçmiş günlərdən (2-ci kitab), Adamlar (sənədli xatirələr). Bakı,
Yazıçı, 1986
8. “Yeni fikir” qəzeti, Tiflis,26 yanvar 1926, № 1000
ABSTRACT
Huseyn Hashimli
Alekper Garib Nakhchivanli’ S
Literary Aktivities
In 1920 Years
Alekper Garib Nakhchivanli takes an important place in the history of Azerbaijan literature.
The article has been dedicated to Alekper Garib Nakhchivanli’s works. There have been analysed
Alekper Garib Nakhchivanli’s charakteristic literary and literary-critical works, their idealogial-
theme features have been clarified.
РЕЗЮМЕ
Гусейн Гашимли
Литературная Деятельность Алекпера Кариба Нахчыванлы В 1920-Ых Годах
Алекпер Кариб Нахчыванлы занимается значительное место в истории азербай-
джанской литературы.
Статья посвящена творчестве писателя Алекпера Кариба Нахчыванлы. В статье впервые в
литературоведении анализириуются характерные художественные и литературно-
критические произведения писателя Алекпера Кариба Нахчыванлы, написанные в 1920-ых
годах, выявляются их идейно-тематические особенности.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
- 17 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
VAQİF MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
vaqif_memmedov@mail.ru
UOT: 82
AZƏRBAYCAN ŞEİRİNDƏ ARAZ MÖVZUSU
Coğrafi məkan və obyekt kimi Araz mövzusu müxtəlif dövrlərdə ədəbiyyat və sənət
adamlarının da diqqətini cəlb etmiş və bu mövzuda müxtəlif əsərlər meydana çıxmışdır. Klassik
ədəbiyyatda, folklor nümunələrində, nəsr və dramaturgiyada olduğu kimi, müasir Azərbaycan
şeirində də Araz mövzusuna yetərincə müraciət olunmuş, bu mövzuda biri-birindən maraqlı poeziya
nümunələri yaranmışdır. Təkcə XX yüzillikdə yaranan şeir nümunələri nəzərdən keçirilərkən
məlum olur ki, bu mövzuya əksər Azərbaycan şairləri müraciət etmiş, adi bir axar çay olan Arazın
bütün özəlliklərini tərənnüm etməklə yanaşı, hətta xalqın düçar olduğu bir çox dərd və bəlaları,
zamanın diktəsi ilə baş verən ictimai-siyasi prosesləri də bir növ Arazın adı ilə bağlayaraq öz umu-
küsüsünü də, giley-güzarını da, xalqın düçar olduğu fəlakətlərin səbəblərini də bədii sözün qüdrəti
ilə bir növ Arazla bölüşməyə, Arazla həmsöhbət olmağa səy göstərmişlər. Araz bir növ coğrafi
məkan, adi axar çay olmaqdan çıxaraq rəmzi mənada Azərbaycan şairlərinin timsalında,
Azərbaycan xalqının həmsöhbətinə, həmdərdinə çevrilmişdir.
XX əsr Azərbaycan şeirinin bayraqdarlarından sayılan xalq şairləri Səməd Vurğun,
Süleyman Rüstəm və Rəsul Rzanın yaradıcılıqları biri-birindən fərqləndiyi kimi, onların Araza
müraciətlə yazdıqları şeirlər də mövzu rəngarəngliyi və şeirin ifadə tərzi ilə də fərqlidirlər. Xalq
şairi Səməd Vurğun Arazı müdrik bir varlıq, insanların dərdinə şərik olmağa qadir olan canlı bir
qüvvə yerində görərək ona ağır bir dərd üz verəndə - 1934-cü il dekabr ayının 31-də görkəmli
Azərbaycan dramaturqu Cəfər Cabbarlının vəfat etdiyi gün təsəllini Araza xəbər göndərməkdə
görür:
Adını qəlbində hər kim arasa,
Bilirəm, ağlayıb batacaq yasa.
Bir xəbər göndərsin Kürə, Araza,
Dumanlı dağların soyuq rüzgarı (1.175).
XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən olan xalq şairi Süleyman
Rüstəm Cənub mövzusunda ən çox və ən tutarlı, dərin məzmunlu şeirlər müəllifi kimi tanınır ki,
həmin şeirlərdə də Araz mövzusu qırmızı xətt kimi keçir. Şairin “Təbrizim”, “Vüsal həsrəti”,
“Arazım”, “Araz deyir”, “Yenə Araz qırağında”, “Şair qardaşıma məktub”, “Cənub dərdim”,
“Təbriz yolu” və s. onlarla şeirində ictimai motivlərlə yanaşı, xalqın həsrət və nisgili ilə yanaşı,
Araz obrazı da qabarıq şəkildə özünü göstərir. Eyni zamanda vətənpərvər şair hicrana son qoyub
vüsala çatmaq üçün sinəsini Araz üstündə körpü etməyə də hazır olduğunu Yer üzünə bəyan edir:
Yetər, yetər yandım hicran oduna,
Şahid olsun bu arzuma Yer üzü.
Mən razıyam bir vüsalın oduna,
Sinəm olsun Arazımın körpüsü (2.82).
Xalq şairi Rəsul Rzanın Araz mövzusunda yazdığı şeirlər Səməd Vurğun və Süleyman
Rüstəmin eyni mövzuda yazdığı şeirlərdən daha dərin fəlsəfi mahiyyəti və bəlkə də bir qədər
mücərrədliyi ilə fərqlənir. Sərt Sovet rejimi dövründə - ötən əsrin 60-cı illərinin əvvəllərində Rəsul
Rzanın yazdığı “Aşıq “Yanıqlı”nın bayatıları”nda Araz dərdi, Araz nisgili həm çox sadə xalq
dilində, həm də dərin fəlsəfi mahiyyətlə verilir:
Araz arxadan gedər,
Gah çəp, gah da yan gedər.
Arazın qəlbi olsa
- 18 -
Gecə-gündüz qan gedər.
Araz yanıq dillidir.
Suyu necə lillidir.
Gah axır, gah dayanır,
Görünür nisgillidir.
Araz axar, yan düşər,
Daşlar yaxadan düşər.
Araz bildiyin desə
Xəta çıxar, qan düşər (3.387).
Məlum həqiqətdir ki, 1813-cü ildə və 1828-ci ildə İranla Rusiya arasında bağlanmış
Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının taleyinə gətirdiyi nisgil, həsrət və
ağrı-acılar ona görə bilavasitə Araz çayı ilə əlaqələndirilir ki, həmin müqavilələrdən sonra Araz
Azərbaycanın Şimalı və Cənubu arasında sərhəd rolunu oynamış və bu gün də oynamaqdadır. Buna
görə də Azərbaycan şeirində Araz bir nisgil, həsrət və ayrılıq simvolu kimi də təsvir edilir.
Araz kənarında dayanıb xəyallara dalan xalq şairi Mirvarid Dilbazi:
Bu geniş düzlərin aynası Araz
Məni xəyallara qərq etmədi az (4.7) – deyəndə də,
Şairə Mədinə Gülgün:
Sularında damlanam,
Başına mən dolanam.
Həsrət çəkmiş balanam,
Çağla, Arazım, çağla! (5.55)-yazanda da,
Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadə:
Mən dizimə döyüb zar-zar ağladım,
Çöllər göz yaşımla gölmə-gölmədi.
Qranit dağları dələn fəryadım
Tək Araz çayını aşa bilmədi (6.55)-deyib
kövrələndə də Araz həsrət, ayrılıq simvoluna çevrilir və xalqın nisgilini ifadə edir. Ötən əsrin 70-ci
illərində
21-ci əsrə
Keçəcəyik bir azdan,
içmək olmur Arazdan,
keçmək olmur Arazdan... – yazan
xalq şairi Nəriman Həsənzadənin Sovet imperiyası dağılanda sonra 1991-ci ildə yazdığı
Yatıb oyana bilmirəm,
Baxım hayana, bilmirəm.
Keçdim Arazdan, ay baba,
Qaçdım Arazdan, ay baba!
Hələ inana bilmirəm,
Mənəmmi qonaq Təbrizə,
Qurban ay Allah, Təbrizə! (7.239)-
misralarında da müəyyən bir inamsızlıqdan, sevinc və kövrəlmədən doğan poetik duyğular əks
olunur. Hətta Araz Azərbaycan poeziyasında ayrılıq rəmzi kimi o qədər simvollaşdırılır ki, bəxtdə,
taledə baş verən digər hicran və ayrılıqlar da Arazın adı ilə bağlanır, onunla müqayisə olunur. Xalq
şairi Sabir Rüstəmxanlının təsvir etdiyi kimi:
Aramızda Araz oldun,
İçəcəyəm bəxtim, səni.
Bu saralan zəmi kimi
Biçəcəyəm, bəxtim, səni (8.275).
Araz Azərbaycan poeziyasında nə qədər həsrət, nisgil və ayrılıq rəmzi kimi təsvir edilsə də,
- 19 -
ona ümid, təsəlli kimi baxanlar da olur. Hətta xalq şairi Nəbi Xəzri onu xatırlamaq istəyənlərə
tövsiyə edir ki,
Kim məni xatırlasa,
Əyilib səhər çağı
Kürdən, Arazdan içsin.
Bəzənəndə Şahdağı
Dərədən asta keçsin (9.140).
Azərbaycan poeziyasında taleyi və yaradıcılığı Arazla bağlı olan ən qüdrətli sənətkarlardan
biri də xalq şairi Məmməd Arazdır. Araza daha yaxın, daha doğma olan qədim Azərbaycan
torpağında – Naxçıvanın Şahbuz bölgəsində dünyaya göz açan Məmməd Arazın Araz sevgisi və
Araz dəliqanlılığı bu çayın adını şairin özünə təxəllüs götürməsi ilə nəticələnmiş, əvəllər Məmməd
İbrahim kimi tanınan şair sonralar Məmməd Araz adı ilə Azərbaycan şeirinin ən parlaq ulduzuna
çevrilərək, milyonlarla oxucu qəlbinə yol tapmışdır. Onun müxtəlif illərdə yazdığı “Araz yadıma
düşüb”, “Yenə Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları”, “Nə bilim”, “Babək
qılıncı”, “Şəhriyar gəlmədi”, “Araz dili”, “Məmməd Araz dünyası” və s. şeirlərdə əsl Araz obrazı
yaradılmış və bu obraz digər şairlərin yaratdıqlarından tamamilə fərqlənmişdir:
Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam? – bilmirəm!
Quş dilində danışmışam? – bilmirəm!
Daş dilində danışmışam? – bilmirəm!
Mən neçə yol danışmışam Arazla...
Mən neçə yol danışmışam Arazla...
Araz dili – ürək dili, göz dili...
Torpaq dili, hava dili, göy dili.
Mən neçə yol danışmışam Arazla... (10.27)
Məmməd Arazın Araz sevgisinin nəticəsidir ki, onun adı hər yerdə Arazla qoşa çəkilir və
eyniləşdirilir. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub haqlı olaraq Araz çayı üzərindəki bütün
körpülərin hər tağında Məmməd Araz adı, Məmməd Araz möhürü olduğunu təsvir edir:
Yetişib Təbrizə, qovuşub Qarsa,
Eşitsin, dünyanın qulağı karsa.
Harda Araz üstə bir körpü varsa,
Onun hər tağında Məmməd Araz var (11.161).
Məmməd Araz Araz çayının adını özünə təxəllüs götürdüyü kimi, övladına da Araz adı
verənlər də çox olub. Onlardan biri də istedadlı Azərbaycan şairi, mərhum Nüsrət Kəsəmənlidir.
Şairin öz övladına Araz adı verməkdə təsəllisi odur ki, evlərində hər gün Araz adı çağrılır:
Vətən alov etsin odunu sənin,
Böyü, bu torpaqla, bu yurdla öyün.
Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər gün (12.241).
XX əsr Azərbaycan şeirinə nəzər salarkən məlum olur ki, yuxarıda adları qeyd olunan
şairlərdən əlavə Məmməd Rahim, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Qabil, Xəlil Rza,
Hüseyn Arif, Cabir Novruz, Fikrət Qoca, Hüseyn Razi, Musa Yaqub, Məmməd Aslan, Əliyar
Yusifli, Kəmalə Ağayeva kimi görkəmli Azərbaycan şairləri də bu mövzuya müraciət etmiş və Araz
mövzusunda yaddaqalan şeir nümunələri yaratmışlar.
ƏDƏBİYYAT
1.
Səməd Vurğun. Seçilmiş əsərləri. 5 cilddə, I cild. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005
2.
Süleyman Rüstəm. Seçilmiş əsərləri. 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005
3.
Rəsul Rza. Seçilmiş əsərləri. 4 cilddə, II cild. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1968
- 20 -
4.
Qoy tanısın dünya səni. Bakı, “Yazıçı” nəşriyyatı, 1984
5.
Mədinə Gülgün. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2004
6.
Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. 2 cilddə, I cild. Bakı, “Öndər Nəşriyyat”, 2004
7.
Nəriman Həsənzadə. Taleyimin töhfəsi. Bakı, “Gənclik” nəşriyyatı, 1993
8.
Sabir Rüstəmxanlı. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2004
9.
Nəbi Xəzri. Seçilmiş əsərləri. 2 cilddə, I cild. Bakı, “Lider Nəşriyyat”, 2004
10. Məmməd Araz. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı, “Lider
Nəşriyyat”, 2004
11. Zəlimxan Yaqub. Seçilmiş əsərləri. 2 cilddə, II cild. Bakı, “Şərq-
Qərb” nəşriyyatı, 2006
12. Nüsrət Kəsəmənli. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2004
ABSTRACT
Theme of “the Araz” in Azerbaijan poetry
The article analyses the poems dedicated to the Araz River in Azerbaijan poetry of the 20
th
century. The same poems give both the description of the Araz River as a geographical place, object
and deal with the role of this river as a borderline between Northern and Southern Azerbaijan.
As it is known, after the treaty of Gulustan signed between Iran and Russia in 1813 and the
treaty of Turkmenchay signed between the same countries in 1828 the Araz River began to play a
border role between Iran and Azerbaijan, and this is the main cause for the poems dedicated to the
Araz River to be written on sadness, longing and parting notes. The theme of the Araz River took a
great place either in the works of the poets of the 20
th
century, such as Samad Vurgun, Suleyman
Rustam, Rasul Rza, or in the works of the poets, such as Ali Tuda, Mirvarid Dilbazi, Madina
Gulgun, Balash Azaroghlu, Bakhtiyar Vahabzadeh, Nabi Khazri, Mammad Araz, Khalil Rza,
Nariman Hasanzadeh, Zalimkhan Yagub and others, and consequently this article looks into the
poems about the Araz River written by those poets.
It is of great interest that the poems about the Araz River written by the poets of Azerbaijan
were in the focus of analysis and argument not only in the reign of Soviet Empire which lasted
nearly for 70 years, but also in the period since Azerbaijan gained her independence in 1991.
Though the poems were mostly written on languor, parting and longing during the reign of Soviet
empire, the poems written in the period of independence of Azerbaijan attract one’s attention
mostly to the bridge building on the Araz River, meeting of brothers, joining, unity, joy. On the
whole, this article is of interest as a source related to the analysis of the poems dedicated to the Araz
River in the poetry of Azerbaijan in the 20
th
century.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə fəlsəfə doktoru, dosent İ.Cəfərov
- 21 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
ÍÀÊÙÆÙÛÂÀÍ ÑÒÀÒÅ ÓÍÛÂÅÐÑÛÒÉ. СЖЫЕНТЫФЫЖ WО РКС, 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
HİKMƏT MEHDİYEV
Naxçıvan Dövlət Universiteti
UOT:82
SƏMƏD VURĞUNUN “VAQİF” MƏNZUM DRAMINDA EZOP DİLİNDƏN
İSTİFADƏNİN ÖZƏLLİKLƏRİ
Açar sözlər: Azərbaycan sovet poeziyası, Səməd Vurğun, Vaqif, Ezop dili, milli azadlıq
mübarizəsi.
Key words: Azerbaijan Soviet poetical, Samad Vurgun, Vaqif, Esopian language, national
struggle.
Ключевые слова: Азербайджанская советская поезия, Самеда Вургун, Вагиф
,эзоповского языка
Sovet dövrü Azərbaycan poeziyasının ən böyük nümayəndələrindən biri olan Səməd
Vurğun (1906-1956) əsasən şeirləri və poemaları ilə tanınsa da, mənzum dram janrında da qələmini
sınamış və Azərbaycan ədəbiyyatında bu janrın klassik örnəklərindən sayılan “Vaqif” dramını
1937-ci ildə yazıb başa çatdırmışdır. Doğrudur, onun daha üç mənzum dramı – “Xanlar” (1939),
“Fərhad və Şirin” (1941), “İnsan” (1945) dramları da məlumdur. Ancaq bu mənzum dramlar ideya-
bədii siqlətinə, eləcə də poetik səviyyəsinə və sənətkarlıq xüsusiyyətlərinə görə Səməd Vurğunun
bu sahədəki ilk qələm təcrübəsi olan “Vaqif”dən xeyli geri qalır.
İstər ümumilikdə Səməd Vurğunun yaradıcılığı, istərsə də onun dramaturgiyası barədə
Azərbaycan sovet ədəbiyyatşünaslığında kifayət qədər tədqiqatlar aparılmış, araşdırmalar
gerçəkləşdirilmişdir. Ancaq təbii ki, bütün bu tədqiqatlar sovet elmi metodologiyası əsasında
aparılmış və şairin əsərləri hazır qəliblərin imkan verdiyi çərçivələrdə qiymətləndirilmişdir. Elə bu
səbəbdən “Vaqif” dramı da yadelli işğalçılara və hakim siniflərə qarşı mübarizəni təsvir edən, geniş
xalq kütlələrinin acınacaqlı, dözülməz həyatından bəhs edən, istismarçıları qamçılayan bir əsər kimi
qələmə verilərək bu yöndə də elmi təhlil süzgəcindən keçirilmişdir. Əlbəttə, sovet dövründə qələmə
alınmış bir çox əsərlər kimi “Vaqif” dramı da milli müstəqillik dövrünün yeni təfəkkür işığında
nəzərdən keçirilməli, müasir cəmiyyətimiz üçün ondakı qiymətli cəhətlər üzə çıxarılmalı və elmi
təhlilini tapmalıdır. Xüsusən, bədii cəhətdən çox yüksək səviyyədə duran ədəbi əsərlər yalnız zahiri
qabıq rolunu oynayan ideologiyasına görə tarixin zibilliyinə atıla bilməz. Səməd Vurğunun “Vaqif”
mənzum dramı da məhz belə əsərlər sırasında nəzərdən keçirilməyə layiqdir. Xüsusilə, bu dramın
şeiriyyətində özünü güclü şəkildə büruzə verən və indiyə qədər tədqiqatdan kənarda qalmış ezop
dili probleminin müəyyən cəhətlərinin çözülməsinə böyük ehtiyac duyulur. Onu da nəzərə alsaq ki,
Sovet dövrünün bir çox sənətkarları onları narahat edən milli-mənəvi, sosial-psixoloji problemləri
məhz ezop dilinin köməyi ilə ifadə etmişlər, onda Səməd Vurğunun bu əsərinin həmin yöndən təhlil
edilməsinin nə qədər böyük əhəmiyyət daşıdığı aydın olar.
Sovet dövrü sənətkarlarının ezop dilinə müraciətinin səbəblərini o dövrün böyük filosof-şairi
Rəsul Rza öz poeziyasında çox maraqlı şəkildə təqdim etməyə müvəffəq olmuşdur. Rəsul Rza
keçən əsrin 60-cı illərində, sovet dövlətinin dəmir ideoloji məngənəsinin bir qədər yumşaldığı
dövrdə sənətin missiyasını daha dərindən anlayaraq onun, dilindən, dinindən, sosial statusundan
asılı olmadan, insana, insanın kamilliyinə və xoşbəxtliyinə, haqqa və ictimai ədalətə xidmət etməli
olduğu fikirini irəli sürərək, bütün istedadını, erudisiya və intellektini, məslək və əqidəsini həmin
yöndə istifadə etməyə başlayır. İstər Rəsul Rza, istərsə də bu dövrün başqa böyük sənətkarları yaxşı
bilirdilər ki, kommunist ideologiyası ilə, milli müstəqillik və humanizm ideyaları uğrunda
mübarizənin elə üsullarını tapmaq lazımdır ki, ayıq-sayıq sovet senzurası şübhələnməsin və öz
qüdrətli qayçısını işə salmasın. Bu vasitələr arasında ən etibarlısı, tarix boyu yüzuilliklərin
sınağından çıxmış ezop dili idi və sovet dövrünün sənətkarları bu dilə tez-tez müraciət etməyə,
- 22 -
senzura ilə “siçan-pişik” oynamağa məcbur idilər. Rəsul Rzanın keçən əsrin 60-cı illərində qələmə
aldığı “Ezop” adlı şeirində bu poetik vasitəyə müraciət edənlərin bir növ proqramı açılır və
poeziyanın dili ilə təqdim edilir. Bu mənada həmin əsəri təkcə Rəsul Rzanın deyil, o dövrün bir çox
şair və yazıçılarının proqramı saymaq mümkündür:
Bilmirəm,
yaşayıb, yaşamayıb
belə bir adam;
kölə-filosof.
Düzü düzünə deyə bilmədiyini
çevirib eyhamlar dilinə,
belə əlac axtarıb
ürək dərdinə,
könül nisgilinə.
Necə olur olsun;
ya varmış ya yox;
Ezop gedib,
dili qalıb,
dünyanın min bir müşkülü qalıb.
Bəzən qorxudan işlənir
bu dil,
bəzən qəzəbdən.
Siz necə, bilmirəm,
Allah rəhmət eləsin,
mən ki yerdən göyə
razıyam Ezopdan. (1, 32.)
Ezop dilinin bəzən qorxudan, bəzən isə qəzəbdən işləndiyini xüsusi qeyd edən şair, əlbəttə ki,
səmimiyyətini ifadə etmiş olur. Ancaq təbii ki, Sovet dövrünün ideologiyaya gizli müxalifət təşkil
edən sənətkarlarının yaradıcılığında Ezop dilinin qorxu çalarından daha çox qəzəb çaları üstünlük
təşkil edir. Bu qəzəb – qəfəsə düşmüş və doğmalarına yardım əlini uzada bilməyən, üstəlik, qəfəsin
polad dəmirlərini mədh etməyə məcbur edilən bir aslanın qəzəbidir. Böyük Şəhriyarın
Heydərbabaya müraciətlə zindan adlandırdığı, mürüvvətsiz yadellilərə səsinin çatmadığı bir qəfəsdə
qalan aslanın qəzəbidir:
Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qidası qandı.
Zindəganlıq bir qaranlıq zindandı;
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi.
Bayquşun da dar olmasın qəfəsi –
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır. (2, 26-27.)
Səməd Vurğun da, patriot bir sənətkar kimi Azərbaycan xalqının başına gətirilən
müsibətləri, 30-cu illərin repressiyalarını yaxşı görür, açıq mübarizəyə girişən “gözü çıxan”
qardaşlarından ibrət götürərək, öz etiraz səsini daha çox ezop dilinin köməyi ilə ifadə etməyə çalışır
və əksər hallarda buna nail olurdu. Sənətkarın bu uğurunu məşum 1937-ci ildə yazdığı “Vaqif”
mənzum dramında da açıq-aşkar görmək o qədər də çətin deyildir.
- 23 -
Böyük şair ilk baxışdan sanki sovet ideologiyasının bədii əsər qarşısında qoyduğu bütün
tələblərə caab verən bir əsər yaratmışdır. Əlbəttə, bu, birbaşa senzuraya yönəlmiş bir görüntü
sayılmalıdır. Belə ki, sosializm realizmi adlanan yaradıcılıq metodu sənətkardan tələb edirdi ki,
bəşəriyyətin tarixini iki böyük mərhələdə - Böyük Oktyabr Sosialist İnqilabından əvvəlki və
inqilabdan sonrakı mərhələdə təsvir edərək, birincinin zülməti kontekstində ikincini bəşəriyyətin
nurlu gələcəyi kimi vəsf etsin. Ona görə də tarixi mövzuya kifayət qədər tez-tez müraciət edilirdi.
Zaman və məkan dəyişilir, əsərin mahiyyətində isə şairin yaşadığı dövrün tənqidi verilirdi. Bu da
ezop dilinin üsullarından biri idi.
Səməd Vurğunun “Vaqif” dramının elə başlanğıcından bu üsula müraciət edildiyini görmək
mümkündür. Vidadinin monoloqunda sənətkarın öz dövrünə münasibəti məhz ezop dilinin köməyi
ilə ifadə olunmuşdur:
Xudaya! İnsanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Mənası varmıdır min təriqətin?
Aç... aç qapısını sən həqiqətin.
Nə olur, bir yeni işıq ver bizə,
Bizim kor yaranmış gözlərimizə -
Bəlkə də yaxşını seçək yamandan,
Ta ki, qansız keçən bir güzərandan
Biz də ilham alaq, sevinək barı!
İşıqlat bu dibsiz qaranlıqları...
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahından!
Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan-başa bir cənnət olsun... (3, 9.)
Təbii ki, Vidadinin monoloqunda dialektik materializmdən xəbərsiz olan, inqilabi düşüncəsi
olmayan bir feodal sənətkarının utopik xəyallarını da aşkara çıxarmaq mümkündür. Əslində bunun
özü də ezop dilinin bir təqdim formasıdır və zülmə məruz qalan insanın faciəsini təsvir etmək üçün
şair qəzəbinin bir ifadəsidir.
Dramdakı növbəti səhnədə ezop dilinin köməyi ilə şair yenə də bir ağrılı problem barədə öz
fikrini ifadə etmiş olur. Bu – Azərbaycan dövlətçilik tarixinin böyük şəxsiyyətlərindən biri olan və
sovet dövründə qaniçən bir yırtıcı kimi təsvir edilən Gəncə xanı Cavad xan barədə fikirlərdir. Bu
fikirləri Vidadini Gəncə sarayına dəvət etməyə gəlmiş elçilərdən birinin dilindən eşidirik. O, Cavad
xanı şeir-sənət xiridarı kimi təqdim edərək deyir:
Bizim xan çox sevir şeiri, sənəti.
Sizin yanınıza göndərdi bizi,
İstəyir saraya gəlməyinizi. (3, 12.)
Əlbəttə, şeiri, sənəti sevən, ziyalı insanlardan, müdrik ağsaqqallardan məsləhət almaq üçün
onları saraya dəvət edən bir xan özü də ziyalı olmalıdır və Səməd Vurğun Cavad xan barədə
düşüncələrini bu qısa dialoqda kifayət qədər dəqiq ifadə etmiş olur və şübhəsiz ki, bu üstüörtülü söz
də öz sahibinə - Cavad xanı tanıyan və sevən azərbaycanlı oxucuya, tamaşaçıya çatır, onun
“ürəyindən tikan çıxardır”.
Vaqifin ilk gəlişindəki Vidadi ilə dialoqunda sənətkar və hökmdar problemini qoyan Səməd
Vurğun burada da öz dövrünün sərt həqiqətlərini ezop dilinin köməyi ilə üzə çırpmış olur. Dostunu
saraylardan uzaqlaşmağa çağıran Vidadiyə Vaqifin əks arqumenti belə olur:
- 24 -
Mən orda olmasam, qan çıxar dizə,
Quşlar da ağlayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
O bəzən hirslənib quduran zaman,
Mənəm zəncirini dartıb saxlayan. (3, 19.)
Vaqifin istər bu, istərsə də başqa replikalarında dövrü ilə müxalifətdə olan sənətkarın
avtobioqrafik cizgilərini sezmək mümkündür. Bu da təsadüfi deyildir. Böyük Füzulinin istedadlı
xələfi kimi Səməd Vurğun da əyri dolanan dövranla barışa bilmir; Füzulinin özü haqqında dediyi
“dövranın istəmədiyi ərbabi-istedad” (istedad sahibi) epitetini bu mənada ona da şamil etmək olur:
Ey Füzuli, müttəsil dövran müxalifdir mana,
Qaliba, ərbabi-istedadı dövran istəməz. (4, 150.)
Səməd Vurğunun qəhrəmanı Vaqifi və onun prototipi olan şairin özünü də dövran istəmir,
özünə qorxulu bir rəqib kimi görür, ona müxalifətdə dayanır. Vaqifin dilindən verilmiş bu sözlərdə
həmin həqiqət bütün sərtliyi ilə səslənir və XX əsrin 30-cu illərinin dəhşətli sosial-siyasi
mənzərəsini kifayət qədər reallıqla əks etdirir:
Bu xan bir ilanmış, saray yuvası,
Zəhrimar qoxuyur onun havası. (3, 30.)
Məlumdur ki, Səməd Vurğun təbiətin qoynunda olmağı, Azərbaycanı gəzməyi, ovçuluğu
çox sevərmiş. Bu xüsusiyyətləri o, eynilə öz qəhrəmanı Vaqifin xarakterinə köçürür. Yenə Vidadi
ilə dialoqda bunun poetik ifadəsini görürük:
Gündüzlər oxşayır məni saraylar,
Gecələr sirdaşım ulduzlar, aylar...
Hər gülün rəngində bir canlı sənət,
Nə qədər təmizdir, safdır təbiət.
Mənim də oylağım dağdır, dərədir,
Könlüm gözəlliyə bir pəncərədir. (3, 17.)
Saray məclisi səhnəsində Yekaterina haqqında gedən söhbət və ona göstərilən münasibət də
öz mahiyyətində ezop dlinin imkanlarını gizlətməmiş deyildir. Belə ki, Vaqifin Rusiya hökmdarı
Yekaterinanı zülmkar adlandıraraq, ona dərin nifrətini ifadə etməsi, əslində kommunist Rusiyası
tərəfindən işğal edilmiş Azərbaycan şairinin də yadellilərin bu müstəmləkəçilik siyasətinə qarşı
etiraz səsinin, yadelli hökmdara nifrətinin, milli azadlığa inamının poetik ifadəsi sayıla bilər:
Yalnız nifrətim var, inanın, ona!
Onu da boğacaq gedən üsyanlar,
Azadlıq uğrunda tökülən qanlar. (3, 43.)
Səməd Vurğunun “azadlıq uğrunda tökülən qanlarının” sorağı idi ki, Azərbaycan
cəmiyyətini yarım əsrdən sonra 20 Yanvara, Qarabağ müharibəsinə gətirib çıxardı; ancaq bu qanlar
nahaq tökülmədi, bu qədər şirin olan və uğrunda bu qədər canlar fəda edilən azadlığın özü də əldə
edildi.
Bütün bunlara görə, Səməd Vurğunun “Vaqif” mənzum dramına təkcə Azərbaycanın
konkret bir tarixi kəsiyinin konkret bir bölgədə təsvirini verən əsər kimi baxmaq qətiyyən düzgün
deyildir. Ümumiyyətlə, bunu demək artıqdır ki, sənətkar, şair tarix yazmır, olub-keçən hadisələri
- 25 -
poetik dillə təqdim etməyi qarşısına məqsəd qoymur. Bunu hələ eramızdan dörd əsr əvvəl qədim
yunan filosofu Aristotel anlamışdı və cəmiyyət həyatının təsvirində şairlə tarixçinin yaradıcılıqları
arasına mahiyyət fərqləri qoyaraq yazmışdı:
“Deyilənlərdən o da aydın olur ki, şairin vəzifəsi həqiqətən olub-keçənlərdən deyil, ola bilən
şeylərdən, daha doğrusu, ehtimala və ya zərurətə görə ola bilən hadisələrdən bəhs eləməkdir. Məhz
tarixçini və şairi (bir-birindən) fərqləndirən o deyil ki, biri vəznlərdən istifadə edir, o biri isə etmir;
Herodotun əsərlərini nəzmə çəkmək olardı, bununla belə, onlar vəznlə də, vəznsiz də yenə tarix
əsəri olaraq qalardılar; onları fərqləndirən budur ki, birincisi həqiqətən olub-keçənlərdən, ikincisi
isə mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha fəlsəfi və daha
ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.” (5, 63.)
Məhz bu baxımdan yanaşdıqda “Vaqif” mənzum dramı keçmişə deyil, gələcəyə yönəlmiş
bir əsərdir və Azərbaycan xalqının bir neçə nəslinin vətənpərvərlik tərbiyəsində onun da öz rolunu
oynaması heç də təsadüfi sayılmamalıdır.
Dostları ilə paylaş: |