ƏDƏBİYYAT
1.
Гаджиев
К.С.
Введение
в
политическую
науку.
М.:
Корпорация
Логос, 1997, 554 с.
2. Əliyev İ. "Mən jurnalistləri vətənpərvərliyə çağırıram”. Bakı, “Apostrof” Çap evi, 2010,
271 s.
3. Василенко И.А. Информационная революция и формирование новой
постклассической картины мира XXI века // Василенко И.А. политическая философия. М.,
2004,420 c.
4. Neumann, E. N. “Suskunluk Sarmalı Kuramının Medyayı Anlamaya Katkısı”, Medya,
Kültür, Siyaset (Der.) S. İrvan. Ark Yayınları, Ankara, 1997
5. Терин В.П. Массовая коммуникация. Социокультурные аспекты политического
воздействия. Исследование опыта Запада. - М.: Изд-во Института социологии РАН, 1999,
220 с.
6. Altshull J.H. Agents of the Power; the role of the news media in human affairs. New York
and London, Longman, 1984, p. 369
7. Erdoğan, İrfan. Kapitalizm, Modernleşme, Postmodernizm ve İletişim, Erk Yayınları,
Ankara,2000
ABSTRACT
Rahimzade Vugar
The functions of the mass media as the “Fourth Power”
The mass media have a great influence on socio-political processes. It is a fact that in
each
organizational
governance
socio-political
power
directly
or
indirectly
influences
informational environment via the mass media and strives for being involved in this environment.
As an important political institute of modern society, the feature of the mass media to highlight
main political events comes from its close relation with the political life of society.
The mass media are a socio-political institute as they express the interests of society and its
fundamental influential power is public opinion. In democratic societies, the media maintain the
- 101 -
function of social control and evaluate ongoing and past events not only from a juridical point of
view, but also from a moral point of view.3
РЕЗЮМЕ
Рагимзаде Вугар
Функции СМИ в качестве «четвертой власти»
У СМИ есть очень широкие возможности влияния на социально-политические
процессы. То есть каждая социально-политическая сила в организационном управлении,
оказывая посредством СМИ прямое или косвенное влияние на информационную среду,
стремится участвовать в этой среде. Особенность СМИ, как важного политического
института современного общества, освещать значимые политические события вытекает из их
тесной привязанности к политической жизни общества. Ввиду того, что СМИ выражают
интересы общества, они являются общественным и политическим институтом, а их главной
силой воздействия служит общественное мнение. В демократических обществах печать
выполняет функцию общественного контроля, дает происходящим и произошедшим
событиям не только правовую, но и нравственную оценку.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
- 102 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
XUMAR MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti
xrmemmedova@mail.ru
UOT:398
YAPON M İFOLOGİYASINDAN YAPON TEATRINADƏK
Açar sözlər: Azərbaycan, Yaponiya, samuray, mifologiya, teatr, ədəbi əlaqə
Key words: Azerbaijan, Japan, samurai, mythology, theatre, literary relation
Ключевые
слова:
Азербайджан,
Япония, самурай, мифология, театр,
литературный отношение
Müasir dövrdə Azərbaycan – Yaponiya əlaqələrinin bütün sahələrdə genişlənməsi qarşılıqlı
əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinə gətirib çıxarmışdır.
Qeyd edək ki, diplomatik
əlaqələr sistemində mədəni əməkdaşlığın da xüsusi yeri vardır.
Qədim mədəniyyət ölkəsi olan
Yaponiyaya müasir dövrdə inkişaf etmiş elm və texnologiya ölkəsi kimi də maraq böyükdür.
Ölkəmizdə Yaponiya ilə bağlı müxtəlif araşdırmalar aparılmış, Gündoğar ölkənin
iqtisadiyyatı, elmi, mədəniyyəti, incəsənəti haqqında maraqlı nəticələr əldə edilmişdir. Bu sahədə
ilk tədqiqatlardan biri kimi çıxmış Rza Talıbovun “Azərbaycan – Yaponiya əməkdaşlığı”
monoqrafiyası ölkələrimiz arasındakı çoxcəhətli əlaqələrin geniş mənzərəsini real şəkildə
canlandıran qiymətli elmi mənbədir. Rza Talıbov bu münasibətlə qeyd edir: “Müstəqillik illərində
Azərbaycanla Yaponiya arasındakı cəmiyyət həyatının əksər sahələrində əlaqələrin yaranıb
genişlənməsi fonunda ölkələrimizdə ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münasib
imkan yaranmışdır. Hazırda Azərbaycanda Gündoğar ölkəyə artan maraq Yaponiya ilə ədəbi
əlaqələrin artmasına və genişlənməsinə ciddi surətdə təkan verir” (1, s.31). Bundan başqa Rza
Talıbovun “Asiya ölkələri” kitabının bir fəsli bütövlükdə Azərbaycan – Yaponiya məsələlərinə həsr
edilmişdir. Kitabın “Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi maraqlı mövzular üzrə təqdim
olunur. Burada dünya syasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR,
Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi
Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə
siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni
və ədəbi əlaqələrindən ətraflı bəhs edir (2).
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Yaponiyanın bugünkü inkişafında milli təhsilin
böyük rolu vardır. Xüsusilə litsey təhsili xalqın ədəbi zövq və şüurunu çox inkişaf etdirmişdir. Qeyd
edək ki, müasirləşmə Yaponiyanı irəli aparan başlıca amillərdən biridir.
Müasir yapon ədəbiyyatının inkişafında yapon mifologiyasının xüsusi yeri və rolu vardır. Bu
baxımdan yapon mifologiyası ilə bağlı bir sıra məqamlara nəzər salmaq məqsədəuyğundur.
Yapon ədəbiyyatının və yapon mifologiyasnın inkişafında Kintaronun özünəməxsus rolu
vardır. Kintaro (金太郎) ənənəvi yapon mifologiyasında olan bir qəhrəman adıdır. Dilimizdə
mənası “qızıl uşaq” deməkdir. Haqqında çoxlu rəvayətlər mövcuddur. Rəvayətə görə o, 956 – cı ilin
mayında Kyotoda ailə quran saray məmuru Sakata no Kurando ilə evlənən oyma ustası Jübeinin
qızı Yaeqirinin oğludur. Yaeqiri Kintaroyu dünyaya gətirmək üçün Saqami əyalətinə ailəsinin
yanına gəlmişdir. Bu vaxt onun atası Kurando Kyotoda vəfat etdiyinə görə Kintaronun uşaqlığı
Saqami əyalətində Aşiqara dağının ətəklərində keçmişdir. Təxminən 976 – cı ilin 28 aprelində
Aşiqara keçidinə gələn Minamoto no Yorimitsu ilə tanış olmuş və onun dostlarından birinə
çevrilmişdir. Sakato no Kintoki olaraq adını dəyişdirən Kintaro Vatanabe no Tsuna, Urabe no
Suetake və Usui Sadamitsu ilə birlikdə Raikonun Şitenno (mənası “öndə gələn dördlük” – X.M.)
birliyini yaratmışdır. 990 – cı ilin 28 aprelində Tanba əyalətində yerləşən Oe dağında yaşayan Şüten
Dojiyə qalib gəlmiş, 1012 – ci ilin 11 yanvarında Kyüşünü fəth etmək üçün yola çıxarkən Mimaska
- 103 -
əyalətinin Katsuta ərazisində qızdırma xəstəliyindən vəfat etmişdir (3).
Başqa bir rəvayətdə isə deyilir ki, fövqəladə gücə, qeyri – adi qüvvəyə malik olan bu gənc
dağda yaşayan bir div tərəfindən Aşiqara dağına gətirilib buraya atılmışdır. Kintaro zaman keçdikcə
dağda yaşayan heyvanlarla dost olmuş, bir – birlərini müəyyən səslər çıxarmaqla başa düşmüşlər.
Yapon foklorunda maraqlı mənbələrdən biri “Minomato Yoşitsune və Tenqu” rəvayətidir
(3). Tenqu qədim yapon folklrunda yarı insan, yarı quş formasında olan ruh kimi təqdim olunur.
Onun şəkli divə bənzədilmiş, ancaq əsrlər keçdikcə son dərəcə böyük olan insan burnu şəklini
almışdır. Rəsmi çəkilərkən insan kimi əzələləri, bədən orqanları və böyük qanadları da təsvir
edilmişdir. Minomato Yoşitsune 14 – cü yüzillikdə yaşamış və samuray sinfinə mənsub olmuşdur.
Balaca ikən atasına rəqib bir klan tərəfindən sui-qəsd olmuş, ancaq keşişlik etməsi üçün buddist
iqamətgahına göndərilmişdir. Balaca Yoşitomo böyümüş və babasının intiqamını aldığı gün gəlib
çatmışdır. Ancaq o, klanlara qarşı təkbaşına mübarizə apara bilməzdi. Bu mübarizədə Yoşitomo
Tenqu ilə qarşılaşır. Tenqu buddistlər arasında dağların, meşələrin qoruyucusu kimi şöhrət
qazanmışdı. Yoşitomonun onunla görüşməkdə məqsədi qılınc oynatmaq, yaxşı döyüşməyi
öyrənmək idi. Əslində Tenqu buddistlər arasında əvvəllər iblis sifətilə tanınmış, zaman keçdikcə öz
xeyirxahlığı ilə əhalinin rəğbətini qazanmışdır. İnsanlar Tenqunun Yoşitomoya olan köməyini
Yaponiyanı müharibəyə sürükləmək kimi başa düşürdülər. Ancaq zaman keçdikcə Yoşitomonun
gücü və iradəsi əfsanəvi hal almış və Tenqunun əhali arasında etibarı yüksəlmişdi. Bu səbəbdən də
onların hər ikisi insanların dərin məhəbbətini qazanmışlar.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yapon mifologiyasında xalqın dərin rəğbət bəslədiyi
bir sıra əfsanələşdirilmiş obrazlar var. Bunlar aşağıdakılardır: Azukiaray, Baku, Byakko,
Xoxinobake, Futakuçi-onna, Qaşadokuro, Genbu, Hannya, Hitodama, İnuqami, İttan-momen,
Jikininki, Jinmenju, Kappa, Kasa-obake, Kitsune, Kuçisake-onna, Mokumokuren, Noppera-bo,
Nue, Raiju, Rokurokubi, Seiryu, Şiniqami, Suzaku, Tanuki, Tenqu, Tsurube-otoşi, Umibozi, Uşi-
oni, Uvan, Vanyudo, Yama-uba, Yamato no Oroçi, Yuki-onna, Yüreu (4).
Yapon mifologiyasında Yüreu ruhları ilə bağlı olan bir sıra rəvayətlərə nəzər salaq.
Yüreu əfsanələrindəki inanca görə hər insanın daxilində “reikon” deyilən bir ruh vardır.
İnsan öldüyündə reikon bədəni tərk edir və onun ruhu dünyadan köçmüş atalarının ruhlarına qarışır.
Əgər həmin insana sui – qəsd edilmiş və ya intihar etmişsə, onda onun bədəni ruhunu rahat təslim
edə bilməz. Düşmənlərdən intiqam almaq üçün nifrətlə dolu olan bir kabusa (və ya ruha) çevrilər.
Qədim yapon inancına görə belə ruhlar kişilərdən deyil, daha çox qadınlardan ibarət olur.
Ümumiyyətlə, yaponlar fərz edirlər ki, insan öldükdən sonra onun ruhu dini ayinlərdə, rahatlıq
tapmazsa, onda bu dünyanı tərk etməz, öz yaşadığı torpaqlara, tanıdığı insanların arasına qayıdar.
Ölən insanın ruhu din xadimləri və ya yaxın qohumları tərəfindən tamamilə rahat buraxılmazsa
onda o, ruh olaraq bu dünyada qalar və insanları rahat buraxmaz. Həm də özü daim əzab - əziyyət
içərisində olar. Əgər ölünün ruhu tamamilə pisliklərdən hifz olunub rahatlıq taparsa, yalnız o zaman
əbədiyyətə qovuşar, öz dünyasında rahat yaşayar (4).
Əfsanə və rəvayətlərdən götürülən məlumatlara görə 794 və 1185 – ci illər arasında Heyan
dövründə bu dünyanı tərk etməkdə çətinlik çəkən ruhlar havada uçuşaraq aclıq, yolxucu xəstəliklər,
pisliklər yayaraq insanları rahat yaşamağa qoymamışlar.
1185 – 1333 – cü illərdə Kamakura dövründə isə guya bu ruhlar müəyyən kiçik heyvanların
(məs. tülkü- X.M.) cildinə girərək insanları yoldan çıxarmışlar (4).
1336 – 1533 – cü illərdə Muromaçi dövründə insanlar arasında qiymətli və yüzillik tarixə
malik olan əşyaların fövqəladə güclər tərəfindən idarə olunduğu inancı hakim idi. Bu insanları bir
az da qorxu içərisində yaşadırdı. Bu da insanların bütlərə dərin sitayişi ilə bağlı idi.
1573 – 1600 –cü illər arasında Momoyama, 1603 – 1868 – ci illəri əhatə edən Edo
dövründəki inanca görə isə bir kişinin əzabla hər hansı xəstəlikdən ölümündən sonra onun ruhu
nəhəng bir şeytana çevrilmiş və insanları daim qorxu içərisində saxlamışdır. Məhz Edo dövründə
insanlar arasında ruhlarla bağlı geniş yayılan fikirlər tənqid olunmuş, hökumət qorxulu ruh
oyunlarını əks etdirən tamaşalara qadağa qoymuşdur. Qeyd edək ki, insanlar arasında qorxu,
həyəcan yaradan ruhların əksəri əslində bu dünyada yaşadıqları vaxt zavallı, heç kimlə işi olmayan
sakit qadınlardan ibarət idi. O dövrdə qadınlara qarşı olan qəddarlıq və öldükdən sonra onların
- 104 -
ruhunun insanlara fəlakət gətirməsi məsələsi ədəbiyyatda geniş şəkildə öz əksini tapmışdı və hətta
həddindən artıq aktual mövzuya çevrilmişdi. Təxminən 1700 – cü ildən başlayaraq bu mövzu kukla
teatrlarında göstərilməyə başlamış və tezliklə Yaponiyanın dörd bir yanında geniş vüsət almışdır.
Bu tamaşalar daha çox Osaka və Edoda (Tokionun qədim adı – X.M.) oynanılmlşdır (5).
Qeyd etmək lazımdır ki, 18 yüzilliyin sonlarında yaponların ənənəvi kabuki teatrlarında bu
mövzu üsünlük təşkil etmişdir. Ümumiyyətlə, kabuki teatrı öz heyrətamiz rəqsləri, oxunan
nəğmələri, şuxluğu ilə şöhrət qazanmışdı. Ruhlarla bağlı mövzunun bu teatra yol tapması insanlar
arasında qorxu, həyəcan, təşviş yaratışdı ki, bu da teatra gələn insanların sayını zaman keçdikcə
azaltmağa başlamışdır. Buradakı yüreilər ənənəvi olaraq “katabira” deyilən, qədim zamanlarda
ölülərə geydirilən, ayaqları görünməyən kimono geyinmişlər. Alınlarına üçbucaq şəklində kağız və
ya parça salmışlar. Yüreuların oyunları ilə bağlı qorxulu tabloları yapon rəssamları böyük məharətlə
işləmişlər (5).
Ümumiyyətlə, yüreu əfsanələri yaponlar arasında maraqla qarşılanmışdır. Bir yüreu
əfsanəsinə nəzər salaq.
Qədim zamanlarda Tessan Aoyama adlı bir samuray varmış. Onun əl işlərinə, çini qablara,
fincanlara, xüsusi hazırlanmış boşqablara, yemək dəstlərinə marağı həddindən artıq imiş. Onun
yanında işləyən Okiku adlı qulluqçu qızın vəzifəsi yalnız bu qabları hər gün silib təmizləməkdən
ibarət idi. Bir gün qız işini görərkən qablardan birini salıb qırdı. O, çox qorxdu, amma olan
olmuşdu. Başqa çarə yox idi. Samuray bu xəbəri eşitdiyində o qədər qəzəbləndi ki, qılıncını çıkib
qızı həmin dəqiqə öldürdü və əmr etdi ki, qulluqçunun cəsədini evin yanındakı quyuya salsınlar. Bu
hadisədən sonra hər gecə quyudan boşqabları sayan Okikunun ağlaması, qəlbləri parçalayan
hıçqırıqlı yalvarışları eşidilməyə başladı. Qızın ruhu hər gecə ətrafı dolaşırdı. Bu dəhşətli hadisədən
sonra samuray vicdan əzabı çəkməyə başladı. Hər gecə Okikunun başqabları sayması samuray
Tessanın qulaqlarında cingildəyirdi. Axırda samurayın dəli olması ilə qızın ruhu intiqamını aldı.
Yaponlar arasında bu əfsanənin reallıqla əlaqəsi olduğu söylənilir. Deyilənə görə, həmin hadisə
Himeci qalasının yaxınlığında baş vermişdir. Qala Kobe şəhərinin 50 kilometrliyinin qərbində
yerləşən Himeci şəhərindədir. Bu qala 400 ildir ki, Yaponiyada mədəni abidə kimi qorunmaqdadır
(4). Məşhur Hollivud ulduzu Tom Kruzun baş rolda çəkildiyi “Son Samuray” filminin bəzi
səhnələri də bu qalada çəkilmişdir.
Tokio və Kyoto şəhərləri arasında Tokaido yolu üzərində yerləşən məşhur bir qaya vardır ki,
bunun da adı əfsanə ilə bağlıdır. Bu yer “Gecə ağlayan daş” adlı bir əfsanə ilə səsləşir. Əfsanə
belədir: Həyat yoldaşı ilə görüşmək istəyən hamilə bir qadın gecə yolda gedərkən quldurlar
tərəfindən amansızlıqla öldürülür. Qadın qətlə yetirilərkən onun qanından bir damla yaxınlıqdakı
qayaya sıçrayır. Həmin gündən bu qayadan gecələr qadının göz yaşını xatırladan su sızır.
Yaponların inancına görə bu gün də öldürülən qadının ruhu bu dünyada dolaşır. O, hər gecə qayanın
üzərində görünərək ağlayır. Bu gün belə qədimdən gələn əfsanələrə inanc və onların qorunub
mühafizə edilməsi yaponların öz qədim adət - ənənələrinə bağlılıqlarını bir daha sübuta yetirir (4).
Yaponlar arasında “samuray” kəlməsi mühüm əhəmiyyət daşıyır. Tarixi – mədəni abidələri,
bir – sıra ədəbi mənbələri əks etdirmək baxımından bu kəlmə yüksək dəyərə malikdir. Buşi (侍)
sözündən götürülüb. Mənası aristokrat təbəqəyə malik olan döyüşçü deməkdir. Samuray-qədim
yapon dilində “xidmət etmək” mənasında işlənən “saburay” kəlməsindən götürülmüşdür.
Samuraylar Yaponiyanın apardığı müharibələrdə fəal iştirtak etmişlər. Ümumiyyətlə, müharibə
Yaponiyanın milli-mədəni həyatına yüksək təsir etmişdir. Ölkənin nüfuzlu klanları (qəbilə) arasında
həmişə çəkişmələr baş vermişdir. Yapon torpaqlarının sadəcə 20 faizinin əkin üçün yararlı olması
bu çəkişmələrin illərlə sürməsinə səbəb olmuşdur. Samuraylar arasında “buşido” kəlməsi də tez-tez
işlənmişdir ki, mənası “döyüşçünün yolu” deməkdir. Buşido fəlsəfəsinə görə insan heç bir şeydən
qorxmamalıdır (5). Bu fəlsəfədə “qorxu” kəlməsi yoxdur. Bu fəlsəfəyə əminamanlıq və sədaqət
hakimdir. 9 – 12 – ci yüzilliklərdə samuraylar bir sinif halında formalaşmışlar. Əsasən iki qismə
bölünmüşlər: Samuraylar – cəngavərlər və buşilər – döyüşçülər. Samuraylar dövlətə bağlı
olmuşdular, xidmətlərinin əvəzində ənam olaraq rütbə və torpaqla mükafatlandırılmışlar.
Həyatı və fəaliyyəti ilə bağlı daha çox rəvayətlərə rast gəlinən samuray Miyamoto Musaşidir
(宮本 武蔵, təxminən 19 may 1584 və ya 13 iyun 1645). Görkəmli qılınc ustadı olmuş, saysız –
- 105 -
hesabsız döyüşlərdə qəhrəmanlıq qazanmışdır. Strategiya, taktika və fəlsəfə haqqında “Beş çevrə”
(Go Rin No Şo) kitabının müəllifi kimi şöhrət qazanmışdır (4). Kitab bu gün də oxucular arasında
öz aktuallığını qorumaqdadır. Miyamoto Musaşinin ölümündən sonra bir çox rəvayət meydana
çıxmışdır. Bunların böyük əksəriyyəti döyüşlərdə göstərdiyi qəhrəmanlıq haqqındadır. Bəzi
rəvayətlərdə deyilir ki, guya o, tərsinə olaraq adamı başına alıb 1.5 metr məsafəyə tullayırmış. Bir
çox rəvayətlərdə onun döyüşçülük texnikası ilə bağlı imkanları mədh edilir. Bəzi rəvayətlərdə isə
Miyamoto Musaşinin nəhəng kərtənkələləri öldürməsi təsvir olunur (4).
XIV – XVII əsrlərin yapon teatrı və dramaturgiyasında da samuray dünyagörüşünün, onun
həyat tərzinin qabarıq inikasına rast gəlinir.
Tokuqava dövrünün ortalarında müasir prinsiplər üzərində qurulmuş, yapon oyunlarının
əsasını təşkil edən Kabukinin yaşı 300 ili keçməz. Ilk dəfə olaraq 370 il əvvəl Okuni adlı bir
rəqqasə tərəfindən Kyoto şəhərinin geniş küçələrində oynanılan və ilk çıxışından etibarın xalqı
əyləndirmək üçün şəhər – şəhər gəzən bu Kabuki teatrı nümayəndəsini zaman – zaman başqaları da
təqib etməyə başlamışdır (5). Nəhayət, yapon hökuməti bunu sabit bir hala gətirmək üçün qayda
qoymuş və yalnız kişilərin ümumi yerlərdə rəqs edə biləcəkləri qərarını vermişdir. İlk vaxtlar bu
teatrın nümayəndələri cəmiyyət tərəfindən qəbul edilməyən insanlar olmuş, lakin bu yeni sənət
növünün şöhrəti atrdıqca yapon aristokratları belə gizlin olaraq onu izləməyə gəlmişlər. Zaman
keçdikcə xalqın əxlaq və ictimai vəziyyəti daha da yüksəlincə teatra, eləcə də incəsənətin digər
növlərinə dərin rəğbət özünü göstərməyə başlamışdır.
Kabukinin əslində buqakudan inkişaf etdiyi göstərilir. Hətta denqaku, saruqaku və hərb
əsnasında meydana gələn “No” rəqsinin də buqakudan yarandığı fərz edilir (5). Bu rəqs növü bütün
siniflər arasında yayıldığına görə müəyyən ampulada özünü göstərməyə başlamışdır. Bu səbəbdən
də xalq daha demokratik ruhlu oyun yaratmağa müvəffəq ola bilmək üçün Okuni Kabuki deyilən bir
oyun növü ərsəyə gətirmişdir.
Üçtelli samisənin (bir növ saz) Luçhu adalarından Yaponiyaya girişi teatrda zirvə təşkil edir.
Çunki həmin vaxtlarda No rəqsi üçün musiqi kompozisiyası bu alətlə çalınmışdır. Kabukidən sonra
Qaragöz adlanan kukla teatrı da yarandı ki, bu da Kabukinin ənənələrini davam etdirməyə
başlamışdır (5). Ümumiyyətlə, Yaponiyada yaranan bu teatrlar Avropadan gələn istedadlı
musiqiçilər tərəfindən birgə iş kimi özünü göstərməyə başlamışdır . Məhz bunun sayəsində də
Kabuki teatrı zamanla özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Qeyd edək ki, Kabuki
aktyorlarını klassik dramların təşkilində mütəxəssis hesab etmək düzgün deyil. Teatrlar zaman –
zaman müasir dramları da səhnələşdirmişlər. Həmçinin teatrlarda yapon aktyorları Şekspirin
əsərlərini də oynamışlar (5).
Meici dövründə Kabuki aktyorlarına aid olmayan tamamilə fərqli bir zümrə tərəfindən yeni
bir dram məktəbi təsis edilmişdir. Qərbin məhsulu olan revü oyunu Yaponiyada çox rəğbətlə
qarşılanmışdır. Qısa zamanda bu ölkədə yayılmasına baxmayaraq bu oyun növü ilə bağlı peşəkarlar
meydana çıxmağa başlamışdır.
Son dövrlərdə yapon teatrını müasirləşdirən müəlliflərdən biri Kavakimidir. O, özünün “Na
Jururi” adlanan toplusuna müxtəlif dramlar daxil etmişdir (4).
Ümumiyyətlə, yapon ədəbiyyatı müəyyən mərhələlərə bölünür. Bu mərhələlər də bildiyimiz
kimi Yaponiyada zaman – zaman baş verən ictimai-siyasi həyatla birbaşa əlaqədardır.
Göründüyü kimi, Azərbaycan – Yaponiya əlaqələrinin mühüm bir qismini Azərbaycan –
Yaponiya ədəbi və mədəni əlaqələri təşkil edir və bu sahədə elmi tədqiqatların aparılması, hər iki
xalqa məxsus ədəbiyyatın müqayisəli şəkildə araşdırılması elmi ədəbiyyatşünaslığa layiqli töhfə ola
bilər.
Dostları ilə paylaş: |