The series of the humanitarian


)  Azərbaycan  filoloji  lüğətləri  üzərindəki  müşahidələr  göstərir  ki,  bir  çox  terminlərin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

2)  Azərbaycan  filoloji  lüğətləri  üzərindəki  müşahidələr  göstərir  ki,  bir  çox  terminlərin 
üslubi  baxımdan  hansı  elm  sahəsinə  aid  olmasının  verilməsi,  nədənsə,  unudulmuş,  yaxud  da 
göstərilməsi  lazım  bilinməmişdir.  Konkret  olaraq  “Azərbaycan  dilinin  izahlı  lüğəti”nin  təhlili  
göstərir  ki,    burada  verilən  termin  səciyyəli  sözlərin  nəinki    heç  də  hamısında  onların  hansı  elm 
sahəsinə  mənsubluğu  verilməmiş,  eyni  zamanda  onlardan  bəzilərinin  bir  neçə  elm  sahəsinə  aid 
olanları  da  göstərilməmişdir.    Təbiidir  ki,  bu  səbəbdən  izahlarına  da  rast  gəlmədik.  Faktlara  diqqət 
edək:  Məsələn,  “Affekt”  termini  barədə oxuyuruq: 
Affekt  (lat.  affectus  –  ruhi  həyəcan)  İnsanın  əhvaldan  və  ehtirasdan  fərqli  olaraq  güclü, 
coşqun  baş  verən  və  nisbətən  qısamüddətli  olan  emosional  həyəcanı,  qəzəbi,  dəhşəti  və  s.  Affektin 
aradan  qladırılması  xeyli  dərəcədə iradə  gücü  tələb  edir  ( ADİL.  I c, 2006 səh.51). 
Bu  termin  hazırda  nisbətən  geniş  və daha dəqiq  şəkildə  işlənməkdədir: 
Affekt.is.psix  (lat.  Affectus  –  ruhi  həyəcan,  çılğınlıq)  bəzi  insanlarda  qəflətən  yaranan, 
nisbətən  qısamüddətli,  güclü  və  coşqun  emosional  vəziyyət.  Psixologiya  elmi  affekt  vəziyyətini 
zorakılıq,  ağır  təhqir,  qanunsuzluq,  əxlaqsızlıq  və  dözülməz  psixi  şərait  nəticəsində  qəflətən  baş 
verən  güclü  ruhi  həyəcan  kimi  müəyyən  edir.  Affekt vəziyyətə düşmək
 
Göründüyü  kimi,  ADİL-in  2006-cı  il  nəşrində  affekt  termini  haqqında  verilən  izahla  bizim 
verdiyimiz  şərh  arasında  xeyli  fərq  var,  sonrakı  açıqlama  həm  həcmcə,  məzmunca  dolğundur,  həm 
də terminin  tətbiq  sahəsi  müəyyənləşdirilmişdir. 
ADİL-də  verilmiş  “abolisionizm”  termini  haqqında  izaha  da  nəzər  salmaqla  dildə  müasir 
dövrdə işləndiyi  məzmunu  qarşılaşdıraq: 
ADİL,  səh.30:  Abolisionizm  is  (lat.)  ABŞ-da  XVIII-XIX  əsrlərdə  zənciləri  köləlikdən  azad 
etmək  hərəkatı. 
Bugünkü  dövrün  mahiyyətinə  uyğun  olaraq  “abolisionizm”  sözü  barədə  aşağıdakı  məlumatı 
çatdırmağı  məqsədə  müvafiq  hesab etmək  olar.  Abolisionizm  (lat.abolotio-məhvetmə,  ləğvetmə). 
1)  Hər    hansı  hədsiz  məhdudlaşdırıcı  qanunun  ləğvinə  çalışan  ictimai  hərəkat.  Abolisionizim 
hərəkatı.  2)  XVII-XIX  əsrlərdə  ABŞ-da,  sonralar  isə  İngiltərə,  Fransa  və  Avropanın  başqa 
ölkələrində  köləliyin  ləğvi  uğrunda  gedən  mübarizə.  Abolisionizim  dalğası.  Bu  leksik  vahidə 
verilən  izahın  geniş  və  səhih  olmasını  hamı  təsdiqləyə  bilər.   
 
 
 
 
 
Bəllidir  ki,  izahlı  lüğətlər  hazırlanarkən  onlara  müəyyən  prinsiplər  üzrə  yanaşılır;  belə  ki, 
terminlərin  hansı  elm  sahəsinə  aidliyi  göstərilir  (buna  bənzər  orfoqrafiya  lüğətlərində  də  əməl 
olunur),  sözün,  terminin  hansı  dilə  mənsubluğu  və  mənası  verilir,  bu,  daha  dəqiq  izahlara  əməl 
olunmaq  xatirinə  edilir.  Təəssüf  ki,  Azərbaycan  dilinin  izahlı  lüğətində  gedən  məqalələrin  yalnız  bir 
qismində  bu  şərt  yerinə  yetirilir.  Ümumən  leksikoqrafiya  təcrübəsində  məqbul  sayılan,  qəbul  olunan 
qaydalar  əsasən  diqqət  mərkəzində  saxlanılır.  Bu  aspektən  daha bir  neçə nümunəyə  nəzər  salaq:   
 
 
 
 
 
 
Aqreqat

is. [lat.] Maddənin  üç halının  – bərk, duru  və qaz  hallarının  ümumi  adı. 

- 119 - 
Altruizm  [fr.]  Başqasının  naminə,  təmənnasız  olaraq,  öz  mənafeyini  qurban  verməkdən 
ibarət  əxlaqi  prinsip. 
Asketizm  [  yun.askeo-cəhd  edirəm]  Əxlaqi  və  yaxud  dini  ideala  çatmaq  məqsədilə  Yer 
üzərindəki  nemətlərdən  son  dərəcə  imtina  edilməsi  ilə  səciyyələnən  davranış  prinsipi  və  həyat  tərzi 
[1]. 
Dördcildlik  izahlı  lüğətdə  etnoqrafizm  kimi  göstərilən  sözlər  yalnız  toy  mərasimi  ilə  bağlı 
mənalar  ifadə  edən  leksemlərin  təqdimi  ilə  kifayətlənilmişdir.  Halbuki  leksikoqrafik  baxımından 
hər  bir  etnoqrafizm  növünün  (bunlarsa  çoxçeşidlidir:  geyim  və    yemək  adları,  bütün  mərasimlərə 
aid  söz  və  terminlər  və  s.)  aid  olduğu  üsluba  uyğun  işarələrlə  lüğətdə  göstərilərsə,  daha 
məqsədəuyğun  olardı.  Yəni  toy  leksikası  toy,  yas  leksikası  yas,  mifoloji  leksika  mif.,  dini  sözlər  din 
və  s.  Etnoqrafiyaya  aid  elmi  terminlər  aid  olduğu  elmi  sahəni  göstərmək  məqsədilə  yalnız  etnoqr. 
üslubi  işarəsi  ilə  verilə  bilər. 
3)  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  bəzən  sözlərin  etimologiyasının  verilməsində 
vahid  prinsipə  əməl  olunmamışdır.  Məsələn,  arfa  leksik  vahidi  alman  mənşəli  göstərilmişdir: 
Arfa  [alm.]  mus.  Üzərinə  simlər  çəkilmiş  böyük  üçbucaq  çərçivə  şəkilli  barmaqla  (misrabsız) 
çalınan  musiqi  aləti”.  Halbuki  arfa  sözünün  yunan  mənşəli  olması  açıq-aydın  bir  həqiqətdir.  Bunu 
mübahisəsiz  qəbul  etmək  gərəkdir. 
İzahlı  lüğətdə  ballada  musiqi  termininin  fransız  mənşəli  olduğu  bildirilir:  “Ballada  [fr.]  2. 
mus.  Əsasən,  rəvayət  mahiyyətində  olan  oxunulan,  ya  çalınan  musiqi  əsəri  növü.  Keçmiş  bir 
hadisəni  kiçik  bir  hekayə  şəklində  nəql  edən  musiqi  əsərlərinə  “ballada”  deyilir.  Ə.Bədəlbəyli”. 
Əslində  leksik  vahid  Fransanın  cənubunda,  İtalya  və  İspaniyanın  müəyyən  əyalətlərində  yayılmış, 
etnik  azlıq  hesab  edilən,  hind-Avropa  dillərinin  roman  qrupuna  aid  olan  oksitan  dilindən 
götürülmüşdür.  M.Fasmer  öz  lüğətində  bu  leksemin  əvvəl  balad  şəklində  olduğunun  və  alman 
dilindən  fransız  dilinə  keçdiyini  göstərir  [2,  s.117].  V.Dal  isə  bu  sözün  Şotlandiya  mənşəliyini 
bildirir. 
İzahlı  lüğətdə  aerologiya  termini  rus  mənşəli  kimi  göstərilir:  “Aerologiya  [rus.]  Havanın  üst 
təbəqələrinin  fiziki,  kimyəvi  və  başqa  xassələrini  tədqiq  edən  elm”.  Dağçılıq  termini  olan  bu  söz 
yunan  mənşəli  aer  –  “hava”  və  logos  –  “söz,  təlim  (a.  miningaerology;  n.  Aerologieim  Bergbau;  f. 
aerologiedesmines;  i.  Aerologna  de  minas)  sözlərinin  birləşməsi  olub  “hava  haqqında  elm” 
deməkdir  [3,  s.  65].  Bu  elmi  sahə  mədən  və  karxanaların  atmosfer  xüsusiyyətlərini,  dağ 
mədənlərində,  karxanadaxili  məkanda  və  ona  bitişik  ərazidə  havanın  hərəkət  qanunauyğunluqlarını, 
qaz qarışıqlarını,  toz və istinin  yerdəyişməsini  öyrənir  [4]. 
Beləcə,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə  aeronavt,  aerostat    kimi  yunan  mənşəli 
mürəkkəb  sözlər  də  nədənsə,  rus  mənşəli  olaraq  verilmişdir.  Aeronavtaer  –  “hava”  və  nautes  – 
“üzən”  sözlərinin  birləşməsindən  yaranıb,  hərfi  tərcüməsi  havada  üzən  deməkdir.  Aerostat  isə  aer  – 
“hava”  və  states – “dayanan”  havada  uçan  aparat;  hava  şarı”  [5]. 
Daha  sonra  lüğətimizdə  verilən  “klapan”  sözü  barədə  də  bir  neçə  kəlmə  demək  istərdik. 
Texniki  termin  olan  klapan  alman  mənşəli  klappe  sözündən  alinmadır  [3].  “Azərbaycan  dilinin 
izahlı  lüğəti”ndə  bu leksemin  etimologiyası   
verilməmişdir:  “Klapan  is. Maşın  motorunun  hissələrindən  biri”. 
4)  Leksik  vahidlərdəki  semantik  dəyişikliklərin  lüğət  məqalələrində  çoxmənalılıq 
ardıcıllığı  ilə  əks  etdirilməsi.  XX  əsrin  60-cı  illərinə  qədərki  lüğət  fondunun  təzahürü  olan, 
dövrünün  ən  samballı  və  ilk  izahlı  lüğəti  olan  dördcildlik  “Azərbaycan  dilinin  izahlı  lüğəti”ndə 
yaşadığımız  XXI  əsrin  ikinci  onilliyində  zamanın  tələblərindən  doğan  dəyişikliklərin  aparılması 
zərurəti  qaçılmaz  bir  həqiqət  kimi  leksikoqraflarımızın  qarşısında  durur.  Dilin  təbii  inkişafı  nəinki 
yeni  sözlərin  yaranması  və  alınması  prosesinin  müşayiəti  ilə  baş  verir,  eyni  zamanda  artıq  mövcud 
sözlərimizin  denotat,  siqnifiqat  və  konnotasiyalarında  baş  verən  müxtəlif  dərəcəli  dəyişikliklərlə 
xarakterizə  olunur.  Bu  həm  omonimik,  həm  də  polisemik  planda  baş  verə  bilir.  Məsələn,  adapter 
lekseminin  izahlı  lüğətdə  bu  gün  qüvvədə  olan  müasir  anlamı  deyil,  texniki  termin  kimi  dövrümüz 
üçün  aktual  olmayan  mənası  verilmişdir:  “Qrammofon  (patefon)  valının  səsini  reproduktor 
vasitəsilə  vermək  üçün  elektromaqnitli  cihaz.”  Adapto  latın  sözündən  olub,  ingilis  dilində  “adapter 

- 120 - 
–  qururam,  düzəldirəm”  mənalarını  və  “qurğuları  birləşdirən  alət”  anlamını  daşıyır.  Müasir  dövrdə 
adapter  sözünün  işlənmə  sahəsi  isə olduqca  genişdir: 
Şəbəkə  adapteri  =  şəbəkə kartı  (kompüterdəki  interfeyslərin  genişləndirilməsi); 
Elektrik  adapteri,  qida  adapteri  –  qida  bloku  (bir  qurğudan  digərinə  elektrik  enerjisini  təchiz 
edən elektrik  cihazı);  elektrik  enerjisi  yükləyicisi. 
Fotoaparata  əlavə  kaset  olan  adapter  (onun  köməy  ilə  işığahəssas  materiallardan  istifadə 
etmək  mümkündür); 
Keçid  adapteri  (müxtəlif  standartlı  birləşdirmə  başlığı  olan,  iki  optik  cihazı  birləşdirmək 
üçün  lazım  olan  keçid  vtulka,  halqa  və  ya  flans).  Məsələn,  fotoaparatı  teleskopa  və  ya  mikroskopa 
birləşdirən  adapter  və s. 
Zənnimizcə,  adapter  sözünün  semantik  paradiqmi  izahlı  lüğətdə  aşağıdakı  şəkildə  əks 
olunmalıdır: 
Adapteris.  [lat]  inf.tex.    1.  Bir  qurğudan  digərinə  elektrik  enerjisini  təchiz  edən  elektrik 
cihaz.  Elektrik  adapteri,  qida  adapteri,  qida  bloku.  2.  Kompüterdəki  interfeyslərin  genişləndirilməsi 
şəbəkə  adapteri,  şəbəkə  kartı.  3.  Fotoaparata  əlavə  kaset  olan  adapter  (onun  köməyi  ilə  işığahəssas 
materiallardan  istifadə  etmək  mümkündür).  4.  Keçid  adapteri  (müxtəlif  standartlı  birləşdirmə  başlığı 
olan,  iki  optik  cihazı  birləşdirmək  üçün  lazım  olan  keçid  vtulka,  halqa  və  ya  flans).  Məsələn, 
fotoaparatı  teleskopa  və  ya  mikroskopa  birləşdirən  adapter  və  s.  5.  köhn.  Qrammofon  (patefon) 
valının  səsini  reproduktor  vasitəsilə  vermək  üçün  elektromaqnitli  cihaz. 
“Azərbaycan  dilinin  izahlı  lüğəti”  möhtəşəm  bir  dil  abidəsidir.  Onu  tam  mənada  yenidən 
yaratmaq,  ən  azından,  təkmilləşdirmək,  zənginləşdirərək  gələcək  nəsillərə  çatdırmaq  ağır  və  gərgin 
zəhmət  tələb  edir.  Bunun  üçün  lüğətçilər  ordusu  bütün  səy,  bacarıq  və  gərgin  əməklərini  sərf 
etməlidir.  Bu  söylədiklərimiz  isə  qarşıda  duran  məsələlərin  heç  də  hamısı  deyil,  müəyyən  bir 
hissəsidir. 
Biz  belə  bir  qənaətdəyik  ki,  “Azərbaycan  dilinin  izahlı  lüğəti”nin  təkmilləşdirilməsi  həm 
qrafik,  həm  leksik,  həm  də  semantik  planda  baş  verməli,  yeni  dövrün  tələblərinə  bütünlüklə 
uyğunlaşdırılmalıdır. 
ƏDƏBİYYAT 
 
1.Azərbaycan  dilinin  izahlı  lüğəti.  Dördcildlik.  Bakı,  “Şərq-Qərb”  nəşriyyatı,  2006. 
2.Azərbaycan  dilinin  orfoqrafiya  lüğəti.  Bakı,  2004, 2013. 
3.Bədəlbəyli  Ə. İzahlı  monoqrafik  musiqi  lüğəti  . “Elm”  nəşriyyatı,  Bakı,  1969. 
4.Даль  В.  Толковый  словарь  живого  великорусского  языка.  –  т.  1,  Москва,  ОЛМА-
ПРЕС, 2002. 
5.Фасмер М. Этимологический словарь русского  языка.  –Москва, Прогресс, 1986. 
 
 
ABSTRACT 
Gurban  Gurbanly 
Some views on the latest publication   of the Azerbaijani  explanatory  dictionary 
The  article  looks  through  the  latest  publication  of  the  Azerbaijani  explanatory  dictionary  and 
analyzes  general  structure  and  principles  of  compiling.  The  author  puts  forward  some 
considerations  and  proposals  for  the improvement  of this  explanatory  dictionary. 
 
РЕЗЮМЕ 
Г.Гурбанлы 
Некоторые соображения о последнем издании Толкового словаря азербайджанского 
языка 
В  статье  рассматривается  последнее  издание  «Толкового  словаря  азербайджанского 
языка», анализируются его общая структура и принципы составления. В ней обосновывается 
ряд  соображений  и  предложений  автора  в  отношении  дальнейшего  совершенствования 
рассматриваемого словаря азербайджанского языка. 
 

- 121 - 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya uzrə fəlsəfə doktoru, dosent 
Q.Əsgərova 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
 
 
 
 
 
 
 
 
 
      QƏNİRƏ ƏSGƏROVA 
 
 
 
 
 
 
 
Naxçıvan Dövlət Universiteti 
UOT:811.1 
 
 
 
 
 
 
 
 
 
 
ABBASQULU  AĞA BAKIXANOVUN  FARS DİLÇİLİYİNİN  İNKİŞAFINDA    ROLU 
 
Açar  sözlər: Abbasqulu ağa Bakıxanov, dil, Fars dilçiliyi,  "Qanuni-Qüdsi" əsəri 
  
    Key words:   Abbasgulu agha Bakikhanov, language, Persion linguistics,”Ganuni-
Güdsi”work 
   
      Ключевые  слова:  Aббасгулу  Ага  Бакиханов,лингвистика,персидский  лингвистика, 
произведение” Кануни-Гудси” 
 
         A.Bakıxanov  XIX  əsrin  əvvəllərində  Azərbaycan  mədəniyyətinin,  ədəbiyyatının,  elminin  ən 
görkəmli  nümayəndəsi  olmuşdur.  Azərbaycan  xalqının  ictimai-mədəni  fikir  tarixində  öz  rolu  və 
imzası  olan,  “Şərq  qiyafəli,  Avropa  mədəniyyətli”  ensiklopedik  şəxsiyyət  kimi  tanınan  Abbasqulu 
ağa  Bakıxanov  həm  də  mükəmməl  bir  ədəbi  sima  olmuşdur.  Onun  ədəbi  dilin  müxtəlif  funksional 
üslublarında  yazdığı  əsərlər  xalqımızın  filoloji  xəzinəsində  özünəxas  mövqeyə  malikdir. 
Azərbaycan  tarixində  maarifçilik  cərəyanının  nümayəndəsi  olan  bu  böyük  şəxsiyyət  müxtəlif 
mövzulara  aid  elmi  və  bədii  əsərləri  ilə  məhsuldar  alim-yazar  kimi  araşdırmalara  layiqdir.  Və 
maraqlıdır  ki,  onun  maarifçiliyi  bədii  və  elmi  yaradıcılıq  örnəklərində  qabarıq  şəkildə  əks 
olunmuşdur.   
  Abbasqulu  ağa  Bakıxanov  yaradıcılığının  böyük  bir  hissəsini  onun  ədəbi  dilin  elmi 
üslubunda  yazdığı  dəyərli  əsərlər  təşkil  edir.  Bu  əsərlərdən  biri  XIX  yüzilliyin  əvvəlində  (1828-
1829)  yazılmış  “Qanuni-Qüdsi”əsəridir.  Müəllif  müqəddimədə  əsərin  yazılma  səbəbini  belə  izah 
etmişdir.  ...  İşimin  tələbatından  asılı  olaraq  rus  dilinin  sərf  və  nəhvini  öyrəndim.  General  feldmarşal 
qraf  Paskeviç  İrəvanski  ilə  bərabər  İran  və  osmanlı  səfərlərində  oldum,  təhsilimi  artırdım.  Varımın 
azlığına  baxmayaraq,  özümdə  fars  dili  üçün  bir  qanun  tərtib  etmək  qüvvəsini  hiss  etdim.  (7, 142) 
  Bütün  Rusiya  ərazisində  ilk  dəfə  olaraq  fars  dilinin  qrammatikasına  həsr  olunmuş  bu  əsər  o 
zaman  imperator  tərəfindən  yüksək  dəyərləndirilmiş  və  onun  çap  olunması  üçün  xüsusi  bir  fərman 
da  imzalanmışdır.  Əsər  məktəblərdə  şagirdlərə  fars  dilinin  morfologiya  və  sintaksisini  asan  yolla 
öyrətmək  məqsədi  ilə  yazılmışdır.  Maraqlıdır  ki,  elmi  mühitdə  “Qanuni-Qüdsi”  əsərinin  bir  çox 
məziyyətləri  diqqət  mərkəzində  olmuş,  bu  əsər  haqqında  bir-birindən  yeni  və  maraqlı  fikirlər 
formalaşıb  yayılmışdır:  “Bu  dərslik  kitabı  farsların  özlərindən  də  qabaq  bu  dilin  təlimi  üçün  yazılan 
ilk  əsərlərdəndir”  (6,  5).  
Mirzə  Kazım  bəy  A.Bakıxanovun  qrammatikasının  (rusca  nəşri  nəzərdə  tutulur)  üstün 
cəhətlərindən  birini  qrammatik  qayda  –qanunları  başa  düşmək,  yadda  saxlamaq  üçün  müəllifin 
müvafiq,  məqsədəuyğun   misallar  seçməsində  görür  (7.151).  
Abbasqulu 
ağa 
Bakıxanov 
“Qanuni-Qüdsi”  əsərində  fars  dilinin  qayda  –qanunlarından  doğan  bir  sıra  nəzəri  məsələlərdən  bəhs 
etmiş,  amma  əsas  yeri    fars  dilinin  fonetikası,  morfologiyası  və  sintaksisinə  aid  olan  məsələlərin 
şərhi  və izahı  tutur.   

- 122 - 
Əsərin  I  hissəsi  fonetikadan  bəhs  edir.  Maraqlı  cəhət  odur  ki,  A.Bakıxanov  XIX  əsrin 
əvvəlində  yaranan  tarixi  –  müqayisəli  metoddan  xəbərdar  olmuşdur  ki,  fars  dilinin  sözlərini  fransız 
və rus  dilli  sözlər  ilə  müqayisə  etmişdir.  Bu müqayisə  elmi  xarakter  daşıyırdı.   
A.Bakıxanovun  elmi  müqayisəsində  qrammatika  ilə  bərabər  müqayisəli  fonetikanın  ilk 
nümunələri  əsas  yer  tutur.  Fonetikadan  söz  açarkən,  A.Bakıxanov  səslərdən,  onların  yazıdakı 
müxtəlif  şəkillərindən,  onların  birləşmə  və  ayrılma  qaydalarından,  hərəkətlərdən  bəhs  etmişdir. 
Diqqəti  çəkən  cəhət  odur  ki,  tələffüzünə  görə  oxşar  hərflər  bir  qruplaşdırılmışdır.  Praktik  cəhətdən 
bu  çox  əhəmiyyətlidir.  Hər  hansı  bir  dili  öyrənənlər  üçün  o  dili  mənimsəmə  baxımından 
əhəmiyyətlidir. 
A.Bakıxanovun  “Qanuni  Qüdsi”  əsərinin  ikinci  hissəsində  nitq  hissələrindən  bəhs  edilir. 
Müəllif  nitq  hissələrindən  bəhs  edərkən ərəb qrammatikasına,  ərəb təsnifatına  istinad  etmişdir. 
Müəllif  nitq  hissələrini  təsnif  edərkən  qədim  yunan,  ərəb,  hind  dilçiliyində  olduğu  kimi  fars 
dilində  nitq  hissələrini  üç  fəslə  bölür;  isim,  feil,  horuf.  İsim  fəslinə  sifət,  say,  əvəzlik,  zərfi  daxil 
edir.  A.Bakıxanov  bu  nitq  hissələri    arasındakı  morfoloji  yaxınlığı  nəzərə  almışdır.Onu  da  qeyd 
edək  ki,  A.Bakıxanovun  ismə  və  felə  verdiyi  tərif  yunan  və  ərəb  qrammatikalarındakı  tərifə  çox 
oxşayır. 
 Müəllif  isimlə  felin  məna  birikməsindən  yaranan  anlayışlara  da  toxunur.  Onları  ismi  fail, 
ismi  məful  adlandırır.  ( 7 s. 71) 
 
 
 
 
 
 
Təkdə 
 
 
 
Cəmdə 
Konəd (edər)  
 
           keştənd 
Kondi  (edərsən) 
 
 
keştid 
Konəm  (edərəm) 
 
 
keştim.     ( 1. 70) 
Əsərdə  sintaksisə  də  toxunmuşdur.  Onun  sintaksis  sahəsindəki  ən  mühüm  xidmətlərdən  biri 
onun  bu dilin  budaq  cümlələri,  cümlə  üzvləri  haqqında  məlumat  verməsidir.   
Lakin  əsərdə  qrammatik  problemlərdən  başqa,  ümumi  dilçiliyinin  əsas  məsələlərindən  birinə 
aydınlıq  gətirilmişdir.    Dilin  ümumi  problemləri      haqqında  A.Bakıxanov    özündən  əvvəlki  
mütəfəkkirlərin  fikirləri  ilə  tanış  idi.  Belə  ki,    ümumi  dilçiliyin  elmi  tarixində  XIX  yüzilliyə  qədər  dil-
nitq  münasibətləri    müəyyənləşdirilməsində  bir  sıra  problemlər  var  idi.  “Qanuni-Qüdsi”  əsərində  alim 
dillə  nitqi  fərqləndirmişdir.  Əslində,  dilçilik  elmində  belə  bir  fikir  formalaşmışdır  ki,  dil  ilə  nitqin  fərqini 
ilk  dəfə  İsveçrə  dilçisi  Ferdinand  de  Sössür  göstərmişdir.  Lakin  araşdırmalar  təsdiq  edir  ki,  bu  problemi  
Ferdinand  de  Sössür  dən  xeyli    əvvəl    ortaya  qoyan  Abbasqulu  ağa    Bakıxanov  olmuşdur.    O  yazırdı: 
“Başqa  bəşər  növlərindən  insanın    üstünlüyü  (imtiyazı  )  nitqindədir...  nitq  bütün  canlılar  içərisində 
yalnız  insana  verilmişdir”.  (1.69)      A.Bakıxanovun    bu  fikri    qədim  yunan  alimi  Aristotelle  səsləşir.    Dil 
ilə  nitq  bir-biri  ilə  əlaqəli  olsa  da,  onları  qarışdırmaq  olmaz.  A.Bakıxanov  “Qanuni-Qüdsi”  (1829)  
əsərində  dil  və  nitqin  bir-birindən  fərqli  anlayışlar  olduğu  qənaətinə  gəlmişdir.  Müəllif  yazır:    ...    “Hər 
tayfanın  özünün  xüsusi  dili  var  və  hər  tayfaya    məxsus  sözlər  var.”  (1.69)  A.Bakıxanov  dil  və  nitq 
haqqında  maraqlı  elmi  fikirlər  irəli  sürərək onları  fərqləndirə  bilmişdir  (3, 23).   
 
Deməli,  A.Bakıxanov  bu  məsələdə  Ferdinand  de  Sössürdən,  demək  olar  ki,  təqribən  30  il  əvvəl 
fikir  irəli  sürmüşdür.    Belə  ki,  Abbasqulu  ağa  Bakıxanovun  əsəri  yazılanda  –  1829-cu  ildə  hələ 
Ferdinand  de  Sössür  anadan  olmamışdır  (onun  doğum-ölüm  tarixləri
  belədir:  1857-1913).  Doğrudur, 
bu  məsələdə  Ferdinand  de  Sössürün  də  xidməti  unudulmamalıdır.  Belə  ki,  bu  fikri  ilk  dəfə  meydana 
atan  Abbasqulu  ağa  Bakıxanov  olsa  da,  elmi  baxımdan  əsaslandıran  Ferdinand  de  Sössür  olmuşdur. 
A.Bakıxanov  dilin  cəmiyyətdə  və  fərdin  həyatındakı  rolu  məsələsinə  də  toxunmuşdur.  A. 
Bakıxanovun    dilin  fəlsəfə  problemlərinə  toxunması  onun  özündən  sonra  gələn  müəlliflər  üçün  də 
bir  mənbə  olmuşdur.  “Qanuni-Qüdsi”əsərinin  təsirinin  nəticəsidir  ki,    Hacı  Əbdülkərim  ibn  Əbül 
Qasım  İrəvani  Təbrizinin    “Qəvaede-sərf    və  nəhve  zəbane  farsi”  əsərində  dilin  fəlsəfi 
problemlərinə  toxunulmuşdur.  Bütün  bunlar  A.Bakıxanovu  ümimi  dilçilik  üzrə  Azərbaycanda  ilk 
alim  hesab  etməyə  əsas  verir.  A.  Bakıxanov  yazı  məsələsinə  toxunmuş,  hər  tayfanın  öz  yazısı 
olduğunu  göstərmiş  və  onu  əhəmiyyətini  yüksək  qiymətləndirmişdir.  Müəllif  yazırdı:  “Hər  bir  xalq 
danışığı  asanlaşdırmaq  üçün  qanun  qoymuş  və  düzgün  yazmaqdan  ötrü  yazı  qaydası  düzəltmişdir 
ki,  bunun  vasitəsilə  dil  səhv  və  xəta  afətindən  mühafizə  olunsun.  Qanun  yazı  və  danışıq  ölkəsinin 

- 123 - 
müsafirlərini  və  yaxşı  təlim  ölkələrinin  səyyahlarını  kamal  sərhədlərinə  yetirən 
düz  bir  yoldur.” 
(7.153) 
 
Bütün  elmi  əsərlərində  alimin  maraqlı  problemlərə  aydınlıq  gətirməsi  məlumdur.  Bunu  onun 
tarix,  coğrafiya,  astronomiya  və s. elmlərlə  bağlı  yazıları  da təsdiq  edir. 
Abbasqulu  ağa  Bakıxanovun  yaradıcılığında  bədii  üslubun  xüsusi  yeri  vardır.  “İstər  tarixən 
qədimliyi,  istərsə  də  müasir  mərhələdəki  inkişafı  baxımından  bədii  üslub  ədəbi  dilin  digər  funksional 
üslublarından  seçilir.  Azərbaycan  yazılı  ədəbi  dilinin  təxminən  minillik  tarixi,  müəyyən  mənada,  bədii 
üslubun  inkişaf  tarixi  deməkdir  (5.,  253).  Bu  üslubda  yazılmış  əsərlərində  A.Bakıxanov  maraqlı  fərdi 
dil-üslub  keyfiyyətləri  ilə  diqqəti  çəkir.  Doğrudur,  A.Bakıxanov  əsərlərini  üç  dildə  ─  Azərbaycan,  fars 
və  ərəb  dillərində  yazmışdır,  lakin  onun  ana  dilindəki  əsərləri  dil-üslub  gözəlliyi  ilə  seçilən    örnəklərdir. 
Bu  baxımdan,  onun  “Qüdsi”  təxəllüsü  ilə  yazdığı  şeirləri  səciyyəvidir.  Tədqiqatçılardan  C.Sadıqova  və 
T.Ələsgərova  “Qanuni-Qüdsi”  əsərindəki  nümunələrə  xüsusi  diqqət  yetirirdilər.”  Əsasən  tərbiyəvi 
əhəmiyyət  daşıyan,  bədii  cəhətdən  qiymətli  olan  bu  beytlər  müəllifin  həm  də  dünyagörüşünü  əks  etdirir. 
A.Bakıxanova  qədər  fars  dilinin  tədrisi  zamanı  istifadə  olunan  çərəkələrdə  misallar  çox  dini,  mövhumatı 
təbliğ  edirdisə  də,  onun  öz  qrammatikasının  hər  iki  nəşrinə  yazdığı  və  seçdiyi  misallar  dini  təlimdən 
uzaq  idi.”  Qanuni-  Qüdsi”dəki  şeirlərdə  sevgi,  məhəbbət,  dostluq,  düzlük,  xeyirxahlıq,  nəciblik, 
alicənablıq,  humanistlik  kimi  müsbət  sifətlər  təqdir  edidiyi    halda,  yalançılıq,  zülmkarlıq,  riyakarlıq, 
satqınlıq,  düşmənçilik  tənqid  olunur.  Bu şeir parçaları  bu  gün də öz əhəmiyyətini  saxlamışdır.  ( 7.150  ) 
 
Abbasqulu  ağa  Bakıxanovun  elmi  və  bədii  dilinin  öyrənilməsi  ədəbi  dilimizin  həmin  dövrünün 
dərindən  öyrənilməsində  çox  faydalıdır.  Hətta  onunla  bağlı  araşdırmalarda  belə  bir  fikir  formalaşmışdır  ki, 
bir  çox  sənətkarların  dərk  edilməsində  A.Bakıxanovun  irsi  əhəmiyyətlidir: “A.Bakıxanovu ciddi öyrənmədən 
biz,  Mirzə  Fətəli  Axundovu,  Həsənbəy  Zərdabini,  Seyid  Əzim  Şirvani  və  XX  əsrin  bir  sıra  görkəmli 
mütəfəkkir  ədib  və  şairlərini  aydın  dərk  edə  bilmərik”  (  6,  14). Onun əsərlərində bədii dilin zəngin təsvir və 
ifadə  vasitələrinin  təzahürü  real  və  maraqlı  lövhələrin,  dərin  tərənnümün  üzə  çıxmasına  səbəb  olmuşdur. 
“Qanuni-  Qüdsi  “əsərindəki  nümunələr  də  belə  faktlardandır.  A.Bakıxanovun  bədii  dilinin  təhlili  göstərir  ki, 
o,  dilin  leksik  tərkibindəki  sözlərdən,  yaradıcılıqla  istifadə  edir  və  dil  faktlarının  semantik  gücünə 
əsaslanaraq  onların  poetizmini  dərinləşdirir.  Bu  mənada,  müəllifin  dilində  maraqlı  və  fərqli  dil  faktları 
çoxdur. “Qanuni- Qüdsi “əsərindəki  nümunələr də belə faktlardandır.   
 Fars  dilçiliyi  tarixində  A.Bakıxanovun  bu  əsərinin  böyük  əhəmiyyəti  olmuşdur.  Bu  əsər  Rusiya  və 
onun  təsiri  altında  olan  yerlərdə  fars  dilçiliyinin  nailiyyətlərini  əks  etdirən,  çap  olunmuş  ilk  müstəqil  fars  dili 
qrammatikasıdır  və      Bakıxanovun  “Qanuni  -  Qüdsi”  əsəri fars dilinin qrammatikasını öyrənənlər üçün əsas 
mənbə olmuşdur.    
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin