ƏDƏBİYYAT
1.
С.Касимова. Из истории азербайджанской оперы и балета (1908-1988гг.). Баку,
Адильоглы, 2006, 231 c.
2.Асафьев Б.В. Опера // Советская опера, Москва, Музгиз, 1953, 71 с.
3. Мазель Л.А. Вопросы анализа музыки. Опыт сближения теоретического
музыкознания и эстетики. М.: Советский композитор, 1978. 352с.
- 135 -
ABSTRACT
Inara Maharramova
C
HARACTERIS TICFEATURES OF THE OPERA
-
ALLEGORIA
“
FOX AND GUN DOG
”
OF I
.
MAMADOV
.
This article deals with an opera entitled “Fox and Gun Dog” that is new for Azerbaijani opera
for its genre features. The article draws attention to the characteristic features of the opera entitled
“Fox and Gun Dog,” and notes that this opera has influence on the formation of certain genre
features in the new type of operas.
РЕЗЮМЕ
Инара Магеррамова
Характерные особенности аллегорической оперы «лиса и волкодав» и.мамедова.
В представленной к вниманию статье рассказывается об опере «Лиса и Волкодав»,
созданной композитором И.Мамедовым, и явившейся новой по своей жанровой
принадлежности для азербайджанского оперного искусства.
В статье выявляются характерные особенности оперы, отмечается роль этого
произведения в формировании определенных жанровых особенностей опер нового типа.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
- 136 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
VALİDƏ HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
esgertayler@hotmail.com
UOT:78
ŞİFAHİ PEŞƏKAR MUSİQİ JANRI – MUĞAM
Açar sözlər: muğam, şifahi musiqi janrı, milli musiqi forması, Azərbaycan ladları,
emosional məzmun, muğam kompozisiyası.
Keywords: mugham, oral genre of music, the national musical form, Azerbaijani modes, the
emotional content, the composition of mugham.
Ключевые слова: мугам, устный жанр музыки, национальная музыкальная форма,
Азербайджанские лады, эмоциональное содержание, композиция мугам.
Azərbaycan musiqişünaslarının xalq yaradıcılığına həsr olunmuş tədqiqatlarını nəzərdən
keçirdikdə xalq musiqisinin janr təsnifatı diqqəti daha çox cəlb edir. Həqiqətən də əgər musiqi
haqqında danışırıqsa, istər bəstəkar, istərsə də xalq musiqisi olsun, ilk növbədə, onun janrı təyin
olunmalıdır. Adətən, musiqinin şərti olaraq, vokal, instrumental və vokal-instrumental janr
qruplarına bölünməsi qəbul edilir ki, bu halda musiqinin ifa tərzi ön plana çəkilir. Öz növbəsində,
hər üç qrupa müxtəlif janrlar daxildir.
Professor M.S. İsmayılov öz tədqiqatlarında hər bir xalqın musiqi irsində olduğu kimi,
Azərbaycan xalq musiqi irsinin də başlıca olaraq, vokal, instrumental və vokal-instrumental
musiqidən ibarət olduğunu qeyd edir. Lakin alim xalq musiqisinin elmi cəhətdən öyrənilməsi üçün
onun bu nöqteyi-nəzərdən qruplara bölünməsini əlverişli saymır və xalq musiqi formalarının ifa
üsuluna əsaslanaraq, bölünməsini zahiri bir əlamət kimi qiymətləndirir. Çünki, onun fikrincə, xalq
musiqimizdə elə bir hal vardır ki, eyni musiqi forması həm vokal, həm instrumental, həm də vokal-
instrumental janr kimi özünü göstərir, məsələn, muğamlar.
Azərbaycan
xalq musiqi yaradıcılığının janr təsnifatını professor R. Zöhrabovun
tədqiqatlarında da izləyə bilərik. R. Zöhrabov V. Belyayevin təsnifatını bir qədər genişləndirərək,
Azərbaycan xalq musiqi yaradıcılığını üç təbəqəyə bölür: 1. Xalq (mahnı və rəqs musiqi janrları); 2.
Xalq-professional (aşıq musiqi yaradıcılığı); 3. Şifahi ənənəli professional musiqi janrları (muğam
dəstgahları, kiçik formalı muğamlar, zərbi-muğamlar, təsnif və rəng).
Bir çox Yaxın və Orta Şərq ölkələrində olduğu kimi Azərbaycan musiqi incəsənətində də
mahnı və rəqs folkloru ilə yanaşı şifahi ənənəli peşəkar musiqi janrları da mövcuddur. Onlardan ən
başlıcası muğamat adı ilə tanınan muğamdır.
Orijinal
formalı, monodik silsiləli kopmozisiyaya malik muğam Azərbaycan musiqi
mədəniyyətində xalqın estetik baxışlarının dərin və dolğun ifadə forması hesab olunur. Muğam
dedikdə tam silsilə dəst nəzərdə tutulur.
Təsadüfi deyil ki, Ü. Hacıbəyli ilk operalarında məhz muğamlara müraciət etmiş, onları
Füzuli poemasının bədii strukturunun ifadəsində ən adekvat forma kimi qəbul etmişdir.
Buradan da insanın daxili hisslərinin ekspressiyasının – dərin fikirlərindən ən yüksək
emosiyalarına kimi – dinamikasını simvollaşdıran ifadəliyin böyük spektor şkalası, geniş obraz
diapazonu yaranır. Bütün bunlar muğamın ideya-fəlsəfi konsepsiyasında, eləcə də onun faza
inkişafı üzərində qurulmuş bədii məzmununda və dramaturgiyasında təcəssümünü tapmışdır.
Muğam sənətinin səciyyəvi xüsusiyyətlərindən biri də lirik rəvayətliyin emosional gərginlik
və dalğınlıqla bağlılığıdır. Lakin muğamın yalnız milli estetika baxımından təsviri muğam
anlayışını tam əhatə etmir.
Geniş mənada muğam özündə daha iki anlayışı ehtiva edir:
- 137 -
1) Muğam – emosional məzmunun inkişaf məntiqi, forma-quruluşunu və onun bütövlükdə
kompozisiyasını təyin edən konkret laddır. Başqa sözlə, muğam formaları üçün fundamental
qanunauyğunluq, yəni lad başlanğıcının melodik forma quruluşunun xüsusiyyətləri və normaları ilə
əlaqə səciyyəvidir. Muğam formasını ladın özünün genişlənməsi prosesində yaranan müxtəlif
səslənmə müddətinə malik melodik quruluşlar əmələ gətirir.
Azərbaycan ladlarının dəyişkən təbiəti, ladın faza inkişafının, onun da öz növbəsində dayaq
pillələrinin ətrafındakı avazlaşmaların yaranmasını sərtləşdirir. Belə ki, səs hərəkəti bəm registrdən
başlayaraq ardıcıl surətdə daha zil registrə - kulminasiyaya qalxır və tədricən aşağı istiqamətdə
endirilərək ladın əsas dayaq pillələrinə çatdırılır.
2) Muğamın ikinci mənası – adekvat forması süita xüsusiyyətli kompozisiya olan şifahi
ənənəli professional musiqisinin əsas janrıdır.
Muğamın bədii strukturunun əsas xüsusiyyəti sabit (kanonik) və sərbəst (improvizasiyalı)
başlanğıcların üzvü sintezidir. Birincisinin (sabit) konkret təzahürü bütövlükdə muğamın lad
təşəkkülü və bədii kompozisiyasıdır. Burada əsas improvizasiya hissələri dəqiq ölçüyə malik
hissələrlə növbələşdirilir.
İkinci (sərbəst) başlanğıc ifaçının yaradıcılıq qabiliyyətini nümayiş etdirən improvizasiya
sənətində təcəssüm olunmuşdur.
Azərbaycanda muğam adətən instrumental ansamblın – sazəndələr üçlüyünün müşayiəti ilə
ifa olunur. Bu üçlüyün tərkibinə tar, kamança, dəf daxil olur və çox vaxt müğənni-xanəndə özünü
dəfdə müşayiət edir. Bu ansamblla ifa olunan vokal-instrumental muğam, janrın forma və
xüsusiyyətini, silsiləni tam şəkildə özündə ehtiva edən dəstgah adı almışdır.
Muğam kompozisiyasına muğamın intonasiya məzmununun əsas amili olan improvizasiyalı
reçitativ tərzli vokal melodiyalardan ibarət şöbələr daxildir. Bu improvizasiyalı şöbələr muğamın
əsas mahiyyətini təşkil etməklə böyük əhəmiyyət kəsb edir. Məhz bu, müəyyən dərəcədə
nizamlanmış improvizasiyalı hissələrdə ifaçının bir çox cəhətdən ustalığından asılı olan muğamın
sonor planı reallaşır.
Muğamın improvizasiyalı hissələri dəstgahda metroritmik cəhətdən dəqiq təsnif (vokal) və
rənglərlə (instrumental) növbələşirlər. Əsas şöbələrin obraz məzmununu kölgədə qoyan təsnif və
rənglər intonasiya quruluşu və lad funksional struktur baxımından muğamın improvizasiyalı
şöbələri ilə bilavasitə bağlıdır. Təsnif və rənglər ayrılıqda və sərbəst ifa oluna bilər. Beləliklə,
muğamın
əsas
fərqləndirici
xüsusiyyətlərindən
(lad-tonal
və
metroritmik)
iki
planının
mövcudluğudur ki, bunlar da eyni zamanda muğamın daxilində iki müxtəlif musiqi növünü təşkil
edir. Bunlardan biri dəqiq rutmli, lad-tonallıq baxımından dəqiq və sərbəst (təsnif və rənglər), o
birisi isə ritm-vaxt çərçivəsində sərbəst, lad cəhətdən qanunlaşdırılmış, muğamın improvizasiyalı
şöbələrində reallaşan melodik xətdir.
Lakin mahiyyət etibarilə muğam sənəti struktur, bədii-emosional quruluşu və inkişaf
prinsipləri baxımından şifahi-peşəkar sənətin ənənəvi janrı kimi sabitliyini qoruyub saxlamaqdadır.
Muğam forması ifaçının müəyyən səs qatlarının (bir və ya bir neçə) açılması nəticəsində
mətndən irəli gələn müxtəlif uzunluqlu melodik düzümlərin, melodik özümlərin genişlənməsi
prosesində yaranır. Müvafiq olaraq onlar muğamın inkişaf mərhələsinin həyata keçirilməsinə
xidmət edirlər. Muğamda genişləndirmə mərhələsinin xüsusiyyəti inkişaf mərhələsinin özünün
kanonlarla uyğunluğundadır. Beləliklə, muğam forması öz növbəsində mərkəzi tonların ardıcıl
qanunlaşdırılması ilə müəyyənləşən mərhələlərin (yəni, şöbələrin) cəmi ilə şərtləşdirilir.
Hər bir mərhələ melodiyanın kulminasiyaya doğru irəliləyişi prosesində müəyyən pillədir.
Bütün lad struktur elementləri, improvizasiyalı və sabit hissələrin bir-biri ilə sıx əlaqəsi ilə
yanaşı, musiqinin emosional-obrazlı məzmunu burada əsas üstünlük təşkil edir.
Adətən muğamın bədii-emosional inkişaf xətti kulminasiyaya doğru tədricən yüksəlir, onun
fəthi və sonrakı kiçik hissələrə bölünmə, emosional gərginliyin azalması, zəiflənməsi ilə təqdim
olunur.
Monodiyanın ifadə imkanlarının əks etdirilməsində, eyni zamanda, kiçik detalların belə
xırda incəliklərinə kimi işlənməsi, çoxcəhətlilik muğamın monumental və silsilə formaları üçün
səciyyəvidir.
- 138 -
Muğamda təcəssüm etdirilən bədii obrazların aliliyi emosional məzmunun incəliyi, ucalığı
ilə seçilir. Muğamlarda bir emosional durum uzun müddət ərzində bütün nüansları və inkişafın
xarakterik dinamikası ilə dərin və aydın tərzdə ifadə olunur. Çünki muğam dünyanın vahidliyinin
dərki üzərində qurulmuşdur və mahnı-rəqs janrlarından fərqli olaraq onun funksiyası son dərəcə
bədii estetik mahiyyətlidir.
Qeyd etmək lazımdır ki, başqa xalqlardan fərqli olaraq Azərbaycan muğamlarında
improvizasiya başlanğıcı özünü daha dolğun büruzə verir. İfaçı yüksək yaradıcılıq təşəbbüsü
göstərərək bəzən hətta yeni melodik material da yaratmağa qadirdir. Belə hallarda hər muğam üçün
nəzərdə tutulmuş qanun çərçivəsində ifaçının qabiliyyəti və istedadından, eləcə də zövqü və
fantaziyasından asılı olaraq, ifa etdiyi muğamlara yeni keçidlər, modulyasiyalar, yeni variantlar,
formalar, üsullar tətbiq edilir. Məhz buna görə də daha artıq yaradıcılıq təşəbbüsünə malik muğam
ifaçıları, eyni zamanda, bu janrın yaradıcıları da hesab olunurlar.
Muğamların
mövzu dairəsi əsasən lirik-məhəbbət, fəlsəfi, xəyalpərəst mövzularla
müəyyənləşir. Məhz bu səbəbdən Şərq ədəbiyyatı klassiklərinin – Nizami, Füzuli, Nəsimi, Xaqani,
Vidadi, Vaqif, Səməd Vurğun, Əliağa Vahidin və başqalarının qəzəlləri muğamların poetik mətnini
təşkil edir.
İlk baxışdan mahnı-rəqs janrları kimi muğamlar da şifahi ənənəsi çərçivəsində qalaraq bütün
xalq musiqi ilə vəhdət təşkil edir. Lakin muğamlar ladın daha yüksək səviyyədə təşkilinə və
melodiyanın inkişafına malik olduqları üçün daha böyük ifaçılıq vərdişləri və mədəniyyəti tələb
edirlər.
Aşıq yaradıcılığı kimi muğamlar da geniş tamaşaçı kütləsi qarşısında xüsusi ifa üçün
nəzərdə tutulduğundan mahnı və rəqsdən fərqlənirlər. Muğam üslubu üçün xarakterik olan
konsertlik xüsusiyyəti onu folklor janrlarından fərqləndirir.
Şifahi ənənəyə əsaslanan Azərbaycan professional musiqisinin müəyyən bir qismini “Zərbi-
muğamlar” adlanan instrumental-vokal muğamlar təşkil edir. Vokal partiyasının improvizasiyalı
hissəsinin dəqiq metrik ritmlə müşayiəti – “Zərbi-muğam”ların fərqləndirici xüsusiyyətlərindəndir.
Bu zaman xanəndə müşayiət edən ansambllarda başqa alətlərə nisbətən zərb alətlərinə, dəf və
nağaraya üstünlük verilir.
Zərbi-muğamlar sayca çox deyildir. Bunlar “Heyratı”, “Kərəmi”, “Ovşarı”, “Mənsuriyyə”,
“Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi şəms”dir. “Qarabağ şikəstəsi” xüsusi
populyarlıq qazanmışdır.
Zərbi-muğamların vokal partiyaları üçün reçitativin əksər hallarda yüksək reqistrdə
başlanan zəngin ornamentli oxunaqlı melodiyalarla növbələşməsi səciyyəvidir. Xanəndənin
metrritm baxımından sərbəst muğam partiyası, əsasən 2 vəznli, dəqiq metroritmə malik cəld
müşayiətin fonunda səslənir. Müşaiətin mühüm faktoru, bir qayda olaraq, ostinat ritm formulanın
metroritmik sabitliyidir.
Zərbi-muğamlarda tez-tez polifoniya elementlərinə rast gəlmək olar. Bu da müşayiətdəki
səslərin metroritmik sərbəstliyindən irəli gəlir. Belə ki, xanəndəni müşayiət edən ansamblda
alətlərdən biri digərlərindən ayrılaraq, gah vokal partiyasının kiçik hissələrini təqlid edir, gah da
unison şəklində ümumi səslənməyə qarışır və müşayiətlə təzadlıq yaradır. Məhz bununla əlaqədar,
ansambl alətləri arasında təzadlı polifoniyaya malik hissələr yaranır.
Azərbaycan qədim və son dərəcə zəngin folklor ənənəsi, şifahi xalq yaradıcılığı olan bir
ölkədir.
ƏDƏBİYYAT
1. İsmayılov M.S. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1960
2.
Qasımova S. Azərbaycan musiqi ədəbiyyatı. “Adiloğlu”, Bakı, I hissə, 2009, s. 46-50
3.
Zöhrabov R. Muğam. Bakı, 1991.
4. Babayev E. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. Bakı, 1998,
səh. 5.
3.
Амиров Ф. В мире музыки. Баку, 1983
- 139 -
4. Абасова Э. А. Азербайджанская музыка // Музыкальная энциклопедия / Под ред. Ю.
В. Келдыша. — Москва: Советская энциклопедия, 1973—1982.
5. Беляев В.М. О музыкальном фольклоре и древней письменности. М.: Советский
композитор, 1971, с. 108-162
6. Энциклопедия азербайджанского мугама. Баку: Фонд Гейдара Алиева, 2012, 264 с.
7. Аббасов А. Дж. Мугам // Музыкальная энциклопедия / Под ред. Ю. В. Келдыша.
Москва: Советская энциклопедия, 1973—1982
ABSTRACT
Valida Huseynova
PROFESSIONAL ORAL GENRES OF MUSIC - MUGHAM
The article refers to professional oral genre of music - about mugham. Mugham or mugham -
one of the major genres of traditional music of Azerbaijan, multipart vocal and instrumental work.
Mugham - it is also a common name frets Azerbaijani music. Mugham characteristic type of
melodic improvisation based deployment certain mugham-fret. Mugham performed as a fully
(destgakh) and in parts singer-soloist (singers) with instrumental accompaniment or as a solo
instrumental works. Azerbaijani mugham is considered a kind of music-making practice, common
in the cultures of the Middle East. In the early periods of mugham was studied as part of a single
musical tradition along with Arabic and Turkish maqam, Persian destgyahom and other local
representatives of the Mugham makamnoy tradition, and was not associated exclusively with the
Azerbaijani culture. However, theoretical and musical works of Azerbaijani mugham masters have
created an opportunity to get acquainted with the Western listener mugham as a part of modern life
of Azerbaijan. In 2008, UNESCO declared the mugham one of the masterpieces of the oral and
intangible heritage of humanity.
РЕЗЮМЕ
Валида Гусейнова
ПРОФЕССИОНАЛЬНЫЙ УСТНЫЙ ЖАНР МУЗЫКИ – МУГАМ
В статье говорится о профессиональном устном жанре музыки – о мугаме. Мугам или
мугамат — один из основных жанров азербайджанской традиционной музыки, многочастное
вокально-инструментальное произведение. Мугам — это также общее название ладов
азербайджанской музыки. Мугаму характерен импровизационный тип мелодического
развертывания на основе определенного мугам-лада. Мугам исполняются как полностью
(дестгях), так и по частям певцом-солистом (ханенде) с инструментальным сопровождением
или в виде сольных инструментальных произведений. Мугам считается азербайджанской
разновидностью практики музицирования, распространенной в культурах Ближнего и
Среднего Востока. В ранние периоды мугам изучался в качестве составляющей единой
музыкальной традиции наряду с арабским и турецким макамом, персидским дестгяхом и
другими локальными представителями мугамо-макамной традиции, и не ассоциировался
исключительно с азербайджанской культурой. Однако теоретические и музыкальные труды
азербайджанских
мастеров
мугама
создали
возможность западному слушателю
познакомиться с мугамом, как с частью современной жизни Азербайджана. В 2008 году
ЮНЕСКО объявило мугам одним из шедевров устного и нематериального культурного
наследия человечества.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İ.Məhərrəmova
- 140 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
GÜLNARƏ QƏNBƏROVA
gulnare_qenberova65@yahoo.com
Naxçıvan Dövlət Universiteti
SERAP BULAT
Ərzurum Atatürk Universiteti
UOT:7.01
ŞƏKİ XAN SARAYININ MEMARLIĞI
Açar sözlər: Xan sarayı, divar, tağ, ornament, pano.
Keywords: Khan's Palace, wall, the arch, ornament, panels.
Ключевые слова: Ханский дворец, стен, арка, орнамент, панно.
XVIII-XIX əsrlərə aid Şəki Xan sarayı Azərbaycanın ən gözəl memarlıq abidə- lərindən
olmaqla, bədii təsir və dekorativ tərtibat səviyyəsi baxımından seçilir. Şəki xan sarayı şəhərin
ən hündür hissələrinin birində (şimal-şərq istiqamətdə) Məhəmməd Hüseyn xanın 22 il davam
edən hökmdar olduqu dövrdə, yəni 1758-1780 illərdə tikil- miş qalanın ərazisində yerləşir (1,
səh 5). Burada qədim Şərq şəhərləri üçün səciyyəvi xüsusiyyət özünü büruzə verir. Belə
hallarda saray tikilisinin özü yaxud da saray binaları kompleksi qalanın daxilində nisbətən
müstəqil memarlıq ansamblı təşkil edir. Belə memarlıq ansamblı özünün ikinci divarı ilə hasara
alınır və “İçəri qala” yaxudda “Bala qala” adlanır.
Sarayı 1962-ci ildə Müştaq təxəllüsü ilə şerlər yazan Hüseyin xan tikdirmişdir. Sarayın
ətrafında olan ərazi nisbətən dəqiq düzbucaq formasına malikdir və şimal- dan cənub
istiqamətə uzanır. Ərazi iki terasdan ibarətdir. Kiçik yuxarı terasda sarayın binası, hovuz
yerləşir (2, səh.26). Hovuzun yanında iki çinar ucalır. Böyük aşağı terasda bağ salınıb. İki
teras biri biri ilə daş pilləkənlərlə birləşir. Həmin pilləkənlər yarımdəirəvi meydançadan iki
tərəfə ayrılır. Meydança öz növbəsində yuxarı terasın mehvəri ilə yuxarı yönəlir və onun
kənarlarında hündürlüyü 60 sm yaxın olan bütöv daş parapet var.
Rəsim 1. Şəki qalasının planı
1.Şəki xan saray
2.Abidə
3.Qalanın Qərb darvazası
Saray ərazisinin ətrafındakı divar çox hündür deyil. Şərq və cənub tərəfdən girişlər var.
Şərq darvazası kiçik qapılar formasında qurulub, həmin qapılar adi darvaza yerinə salınıb.
Həmin darvaza yerinin üstü tağ formasında olub, XIX əsrin sonu- XX əsrin əvvəli dövrünün
- 141 -
Şəki memarlığı üçün xarakterik olan kərpic dekorla bəzədilib. Bu detalların xarakteri girişin
əsas tikililərdən sonra tikilməsini ehtimal etməyə yol verir.
Şərq darvazası yuxarı terasa çıxır, və burada şəhərin və dağların şərq yamaclarının
möhtəşəm panoraması açılır. Ondan əlavə buradan üfüqə qədər cənuba perspektiv də açılır.
Foto 1. Şəki qalasının Şərq və Qərb darvazası
Aşağı darvaza sarayın ərazisini əharə edən cənub divarın şərq başında yerləşir, və bu
yolla qalanın cənub darvazasına daha da yaxınlaşdırılıb. Həmin darvaza geniş və kərpicdən
hörülmüş, kərpiclə də dekor olunmuş alçaq şişbucaq ark şəklində qapı boşluquna salınıb.
Həmin darvaza aşağı terasa çıxır. Aşağı terasın mərkəzi mehvərinin cənub başında nazik
sütunların üstündə yüngül kiçik çoxüzlü taxta pavilion-talvar yerləşir. Bu da
Azərbaycanın, o cümlədən Şəkinin saray və yaşayış tikililərinin bağ hissəsi üçün tipik tərtibat
elementidir. Bu elementlər Şərq ölkələrinin bağ-park memarlıqının elementləri ilə oxşar
cəhətlərə malikdir. Ehtimal olunur ki, bu element Şəki xan sarayı kompleksində yeganə bu növ
qurğu deyildi. Lakin zaman onları və onlar kimi bir çox elementləri bizim dövrə gətirib
çıxarmayıb (2,səh.108-112).
- 142 -
Foto 2. Şəki Xan sarayı və sarayın həyət qapısı
Şəki xan sarayı-uzunluğu 30 metr, hündürlüyü 10 metr olan iki mərtəbəli binadır. Bu
bina şəhərin o dövrün bir çox yaşayış binaları ilə ümumi, oxşar cəhətlərə malikdir. Bina bişmiş
qırmızı kərpicdən tikilib və bu kərpic yerli çaylaq daşları ilə biri birinə gözəl uyğunlaşır.
Sarayın kərpicləri kvadrat formasındadır, çaylaq daşları isə kub formasına malikdir və
onların ölçüsü 20x20x20 sm, bəzən də bir az artıqdır (3, səh,12-13).
Foto 3. Şəki Xan sarayının ön fasadı
Sarayın divarları, Şəkinin yaşayış binalarından fərqli olaraq bir qat suvaqla örtülüb.
Qərb və şərq bayır tərəflərdə və eyni ilə şimal divarının böyük hissəsində suvağın materialı
sarı gil qarışıqıdır. Sarayın cənub fasad hissəsi isə şimal fasadın mərkəzi kimi bütövlüklə
ornament ilə örtülüb. Həmin ornament alebastr üstündə oyma işindən, fonun və detalların
rənglənməsindən, iri pəncərələrin çərçivəsinə salınmış şəbəkə adlanan taxta vitrajlardan
ibarətdir. Orta Asiya rayonlarından fərqli olaraq, Azərbaycanda təbii alebastr “qanç” deyil,
“gəc” yaxudda “gəjə” adlanır, və ən qədim dövrlərdən bəzək vurma və ornamental- dekorativ
işlərində geniş istifadə olunub (4,səh. 53-55). Sulu gəcin üzərində ən müxtəlif oyma işləri
yerinə yetirilirdi, gəcdən yapma detallar hazırlanır, gəc ağac, şüşə və güzgülərlə birgə
dekorda işlənirdi. Son dərəcə düz salınmış və hamarlanmış gəc suvaqının səthi divar naxışları
salmaq üçün bünövrə olurdu.
Binanın daxilində və bayırında bəzək vurma detallarında gəcdən istifadə etmə
üsullarını bizim dövrə çatdıran memarlıq abidələrindən Azərbaycanda çox az qalıb. Şəki xan
sarayında gəcdən ən müxtəlif formalarda, xüsusən də divar naxışlarını salmaq üçün səth kimi
istifadə olunmuşdur. Burada gəc ağacdan və döymə metaldan hazırlanan elementlərlə biri
birinə gözəl, həmahəng şəkildə uyqunlaşdırılıb.
Sarayın iki mərtəbəsinin hər birində üç otaq, mərkəzi və yan otaqların arasında iki keçid
otağı var. Otaqların forması sadədir. Bunlar Şəki rayonunun yaşayış binaları üçün səciyyəvi
olan düzbucaq, binanın uzunluğu boyu yaxudda eninə yerləşən otaqlardır. Mərkəzi və orta
otaqlar bir qədər başqa görünüşə malikdir. Bu otaqlar nisbətən böyük ölçülüdür, və bu
səbəbdən onlar “zal” adlanır. Deyilən zallar zəngin şəkildə dekor olunub və şimala
istiqamətlənən yataq yerlərinə- “alkov”lara malikdir. “Alkovlar”, yəni yataq yerləri mərkəzi
zalların yanlarında kiçik otaqların yerləşməsi nəticəsində əmələ gəlir. Ehtimala görə, bu balaca
ölçülü otaqlar qarderob kmi istifadə olunur, yaxudda başqa məişət məqsədləri üçün nəzərdə
tutulmuşdu. Başqa ehtimala görə bu yataq yerləri əslində taxt-tac yeri idi. Həmin yerdən
bütün zalın, yan girişləri və həyətin bütün sahəsinin yaxşı görünməsi bu fikri təsdiq edir. Daha
sonra, birinci mərtəbənin yataq yerinin divarının ortasında buxarı qurulub. Sonuncu dəfə
aparılan restavrasiya işləri zamanı kənarları mərmərlə bəzək vurulmuş fəvvarənin də qalıqları
aşkar olunub. Bu fəvvarə vaxtı ilə yeraltı dülüsçü boruları ilə həyətdə, binanın fasadı
qarşısında yerləşən böyük və dərin hovuzla birləşdirilmişdi (3,səh118-125).
Sarayın otaqlarının cənub divarlarının hamısı iri ajur pəncərələrlə-şəbəkə ilə əvəz
olunub. Bu səbəbdən, fasadın mərkəzi hissəsini tutan səthlər həndəsi ulduzlu ornament ilə
örtülmüş böyük ölçülü düzbucaq kimi görünür. Ornamentin xəttləri yastı taxta kiçlərdən
- 143 -
qurulub: onlarda çapıqlarla biribirinə birləşdirilib. Kiçlərin arasında qalan məsafələr nazik
rəngli şüşə parçaları ilə doldurulub.
Binanın mərtəbələrinin arasında əlaqə çox maraqlı və ilk baxışdan qeyri adi,
gözlənilməz şəkildə həll olunub. Uzun müddət belə bir fikir mövcud idi ki, binanın daxilində
mərtəbələrin arasında əlaqə yolu yoxdur. Yəni, birinci mərtəbəyə fasadın cənub tərəfindən,
ikinci mərtəbəyə isə şərq
bayır divarı tərəfdən, binanın şimal hissəsində olan
bir keçidli
birmarşlı
pilləkən vasitəsi ilə düşmək olar.
Əslində bu heç də belə deyil. Son restavrasiya işləri zamanı sarayda ikinci, yuxarıda
adı çəkilən pilləkənə simmetrik olan ikinci pilləkən də aşkar olunmuşdur. Lakin, birinci
pilləkənə simmetrik olmasına baxmayaraq, ikinci pilləkən bir qədər başqa cür qurulub. Bu
pilləkənin daha böyük (aşağı) hissəsi konsol hissədir və qalın, düzbucaq tirlər
formasında
düzəldilib. İnsan boyundan çox az hündürlükdə (birinci mərtəbənin döşəməsindən saymaq
şərti ilə) bu konsollar getdikcə bütöv pillələrə çevirilir. Pillələrin eni sarayın kiçik, qərb
otaqlarının arxasında olan dar sahənin eninə bərabərdir.
Rəsim 2. Səki Xan sarayının 1 və 2 mərtəbəsinin planı
Qeyd etmək lazımdır ki, Şəkidə mərtəbələr arası pilləkənlərin belə quruluşuna tez-tez
rast gəlmək olar, xüsusən də eyvanlı və eyvan-çardağlı evlərdə (3,səh 80).
Bu pilləkənlər müxtəlif növlü- yəni konsol, söykəmə, mərtəbənin ortasına çıxan, düz,
dolama, döngəli, açıq və xüsusi qapıları olan pilləkənlər ola bilərdi. Qapılı pəncərələr bağlı
olanda üst mərtəbənin taxta döşəməsinin bir hissəsini təşkil edirdi.
Pilləkənlərin konstruksiyası divarların konstruksiyası ilə, xüsusən də bu divarların
görünməyən elementləri ilə sıx şəkildə əlaqələndirilirdi. Bu elementlər divarları bir metr
qalınlığında qatla əsaslı şəkildə, möhkəm örtən gil və gəc suvağının altında qalır. Divarların
əsas konstruksiyası-qalın traxta dirəklər sistemidir və bu dirəklərin onları biri birinə bağlayan
üfüqi sarıma və çəpinə vurulmuş dayaqları olurdu. Dirəklər əsasən künclərdə, divarların
kəsişdiyi nöqtələrdə yerləşir və əsas funksiyasından başqa mühüm antiseysmik rol da oynayır.
- 144 -
Foto 4. Şəki Xan sarayının pəncərə şəbəkələri
Əsasən şimal divarlarının karkasının çox qalın taxtadan hazırlanmış detalları ilə bağlı
olan mərtəbələr arası pilləkənlərin konstruksiyasına görə, binanın bu hissəsi monumental
səpkidə həll olunub. Mərkəzi hissənin yuxarı yarusundan başqa, hər şey hamar, bütöv divar
şəklində saxlanılıb. Həmin divar krem rənginə çalan gil suvaq ilə örtülüb. Bu fonda şəbəkə
ən nəzərə çarpan və mühüm detaldır. Mərkəzi şəbəkələrin yanlarında nisbətən kiçik ölçülü
şəbəkələr yerləşdirilib. Bu şəbəkələr anbar otaqların dərinliyində, ikinci mərtəbənin yataq
yerlərinin yanlarında qurulub. Şəbəkələr şaquli şəkildə uzanmış dekorativ arklar olan dar
aralıqları
doldurur Arkların konturlarını formalaşdıran xəttlər, yuxarı hissədə qapadılaraq,
medalyonlar yaradır. Medalyonlar ürək formasındadır və sadə stilizə edilmiş naxışla
bəzədilib. Naxışlar cənub fasadın şaquli aralıqların yuxarı hissəsində yerləşən eyni
medalyonların naxışlarını təkrar edir (5,səh 85).
Binanın
bayır
hissələri ondan da sadədir. Qərb hissədə yalnız bir qapı var, o da iki
ensiz, yuxarı panelin yerində şəbəkə taxması olan iki lövhədən ibarətdir. Qapı bir keçidli,
ensiz konsol pilləkənin meydançasından açılır.
Şərq hissədə yalnız ikinci mərtəbəyə çıxan pilləkənin altında olan qapıdan başqa, kiçik
şəbəkəli pəncərə də var. Pəncərə ikinci mərtəbənin şimal-şərq hissəsindən açılır. Şərq və qərb
fasadların qalan səthlərində heç bir dekor yoxdur və artıq deyildiyi kimi, onlar oxra rəngli
suvaq ilə örtülüb.
Son restavrasiya işlərinə qədər kirəmit ilə örtülmüş
enişli dam örtüyü belə qurulub
ki, üstdəki örtülmənin üfüqi tirlərin ucları ensiz profil və tünd-qəhvəyi spiral formalı buruqlar
vasitəsi ilə yaranan naxışlı kronşteyn-dirsək şəklində kənara çıxır. Naxış yandırılma yolu ilə
yerinə yetirilib, bu üsul Şəkinin xalq memarlıqında və dekorativ-tətbiqi sənətində geniş
yayılmış üsullardandır. Kronşteynlərın arasındakı məsafə yuxarı hissədə qırmızı, sarı və
zümrüdü-yaşıl, saf göy tonlu əlvan divar naxışlı ensiz köndələn taxtalarla doldurulub. Hamar
divarda və suvağın açıq-oxra fonunda daha kəskin nəzərə çarparaq, dam örtüyünün damdan
kənara çıxan hisəsinin tikməsinin divar naxışları Şəki xan sarayını binasının şərq və qərb
fasadlarını güclü şəkildə zənginləşdirir.
Divar naxışlarının motivlərini uzunsov medalyonlar formasına malik olan stilizə edilmiş
ornamentlər təşkil edir.
Sarayın cənub fasadı başqa fasadları ilə kəskin təzad yaradır. Maksimal dərəcədə
yüngülləşdirilmiş və dekor olunmuş bu fasadın divar səthləri həndəsi ornamentlə tam
örtülmüş üfüqi və şaquli zolaqlar görünüşünə malikdir. Naxışın irəli çıxan zolaqları əsasən ağ
rəngdədir, fon isə terrakot, firuzə, tünd-bənövşəyi rəngə boyanıb.
Birinci mərtəbənin fasad səthi interyelərin manerasına oxşar tərzdə ornamentlə
bəzədilmiş pannolara bölünüb. Ornament çox da dərin olmayan oyma ilə gəc üstünə salınıb.
Ornamentin rəsmi fasadın sağ və sol tərfində simmetrik kompozisiya yaradır. Bir halda
bu aşağı hissəsini cüt tovuz quşu tutan güllü ağac motivi, digər halda isə bu spiral formada
buruqlardan qurulmuş stilizə xarakterli motivlərdir.
Pannonun rəng qamması nisbətən təmkinlidir. Onların əsas sahəsi birinci yarusda firuzə
rəngində, ornamentin zəif nəzərə çarpan elementləri isə ağ rəngdədir.
2
- 145 -
Foto 5. 1.Şəki Xan sarayının aynalı eyvanı və 2.Sarayın daxili divarında qoyulmuş buxarı
Yalnız bəzi elementlərin ortasına tünd terrakota rəngi daxil edilib. Bu növ rəngli əlavələr
ümumi monoxrom çərçivəyə əlavə edilmiş rəngli daşlardan yaranan tək-tək calaq kimi
görünür.
Sarayın cənub tərəfə baxan fasadı tərəfindən birinci mərtəbədə əsas otaqlara giriş iki
binanın eninə yerləşən iki koridora bənzəyən otaqdan mümkündür. Onların qapıları arkın
konfiqurasiyasının arasına salınmış sıyırma açılan şəbəkədən ibarətdir. Həmin giriş
kompozisiyası ikinci mərtəbənin səviyyəsində də təkrar olunur.
Lakin burada bu artıq giriş deyil, kiçik, nisbətən sadə taxta məhəccərlə çəpərlənmiş
lociyadır. Bu lociyanın yarımgünbəzinin stalaktitləri güzgülərlə örtülüb, və bu da bütövlükdə
kiçik olan portal elementinin görünüşünə xüsusi yaraşıq verir. Birinci yarusun arkında
(lociyanın altında) stalaktitlər güzgü parçaları ilə üzlənməyib. Odur ki, onlar sadədir, lakin
adi yaşayış evlərində yaxud şəhərin başqa tikililərində işlənən oxşar detallarla müqayisədə
daha mürəkkəbdir. Stalaktitin hər zehinin səthi oxra rəngində gil kütləsi ilə xüsusi səliqə ilə
suvaqlanıb. Detalların tinlərinin konturları saf ağ rəngdə ensiz lent ilə haşiyələnib.
Uzaqdan bu ağ rəng parlaq ajur tor kimi görünür və yuxarı stalaktit güzgü günbəzlə çox
orijinal bir ahəng yaradır.
Foto 5. 1.Şəki Xan sarayının daxili divar rəsimləri
Planın eyni simmetrik quruluşunu əks edən fasadın simmetrik kompozisiyasında
göstərilən lociya və girişlərin detalları da, artıq qeyd olunduqu kimi iki dəfə təkrar olunur.
Onu da qeyd etmək lazımdır ki, adı çəkilən koridorlar, zallardan və yan otaqlardan
fərqli olaraq özünün əsas uzununa
yerləşən
divarlarında və şimala baxan
bayır
tərəfdə heç
bir bədii tərtibata malik deyil. Ola bilsin ki, binanın tərtibatı axıra yetirilməmişdi, ya da bu
tərtibat bilərəkdən, müəyyən bir məqsədlə yarımçıq qoyulub. Həmin məqsəd də, saraya gəlib
baxan insanların həyətdən əvvəlcə ara otaqlara və tədricən sarayın əsas zallarına keçdikcə,
onun təsuratının sadə tərtibatın təmtəraqlı tərtibatla növbələşməsi üzərində yaranmasından
ibarət idi.
Həqiqətən, tamaşaşı, hətta saraya ötəri baxandan sonra, onu yaradan ustaların
fantaziyasının zənginliyinə, incə zövqünə heyran qalır. Burada müxtəlif rənglərə, qızıl suya ,
güzgülərə, vitraja, xalq memarlıqı və xalq tətbiqi sənətinin o dövr üçün xarakterik olan bir
çox başqa elementlərinə böyük yer ayrılır. Bununla yanaşı, bu cah-cəlal özünün müxtəlif
dekorativ üsulların rəngarəngliyi ilə insanı sıxmır, təzyiq etmir. Əksinə, bütün otaqların
yaruslara eyni şəkildə bölünməsi, iki yuxarı yarusun isə öz növbəsində pannolara bölünməsi
çox nadir və gözəl mənzərə yaradır. Pannolar orta yarusda tamamilə divar naxışları ilə
bəzənmiş taxçalarla növbələşir. Daha sonra stalaktit keçidin divar naxışları ilə örtülmüş
tavanın bütöv ornamentləşməsi də diqqəti cəlb edir (6,səh.242-245). Bütöv bu mənzərədə hər
detal, xüsusən də ornamentlər, onların düzülüşü, yerləşdirilməsi və rəngləri də diqqətə və təsvir
olunmaqa layiqdir.
- 146 -
Dostları ilə paylaş: |