ЛИТЕРАТУРА
1.
«İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti». Bakı. “Ayna Mətbu Evi”, 2004, səh. 19-23
2.
S. Mir-Bağırzadə. “İncəsənət tarixi”. Dərslik, Bakı, MSA, 2012, səh. 117
3.
Б.Р. Виппер. «Искусство Древней Греции». Москва, 1972
4.
Популярная художественная энциклопедия. Кн. II, «Сов. энциклопедия», Москва,
1986, стр. 431
5.
В.М. Полевой. «Искусство Греции». Кн. I, Древний мир, Москва, 1970
XÜLASƏ
Ləman Məmmədova
Krit-Mikena incəsənəti. Arxeoloji tədqiqatlar və kəşflər
Məqalədə Krit-Mikena incəsənətindən bəhs olunur. Krit mədəniyyətinin çiçəklənmə
dövründə Knosda zəngin divar rəsmləri və rəngli relyeflərlə bəzədilmiş mürəkkəb memarlıq
quruluşuna malik hökmdar sarayı tikilmişdir. Sarayda ilk dəfə olaraq mühəndislik və memarlıq
möcüzələri tətbiq olunmuşdur – çoxmərtəbəli evlər, təbii və süni işıqlanma sistemi, su kəməri və
- 152 -
kanalizasiya, istilik, hava təmizləyici. Arxeoloji qazıntılar 1900-cu ildən ingilis arxeoloqu Artur
Evans tərəfindən aparılmışdır.
Məqalədə, həmçinin, arxeoloji kəşflərin sistematik ardıcıllığı göstərilmişdir. Yunanıstanın
Krit-Mikena dövrünün öyrənilməsi H. Şliman, V. Dörpfeld və xüsusilə Evansın arxeoloji
qazıntılarının nəticələrinə əsaslanır. Krit və Peloponnesdəki saray, Peloponnesdəki siklop şəhər
divarları və məqbərə qalıqları sübut edir ki, artıq e.ə. II minillikdə bu ərazilərdə erkən quldarlıq
dövlətləri mövcud olmuşdur.
Krit-Mikena mədəniyyətinin yunan arxaika incəsənətinə qüvvətli təsiri olmuşdur.
ABSTRACT
Laman Mamadova
Crete-Mycenaean Art.
Archaeological Research and discoveries
The article is about the Crete-Mycenaean art. Knosda rich culture of Crete during the
blooming period sophisticated architectural design, decorated with wall paintings and colored
relyeflərlə palace of the king. Tədbiqolunmusdur engineering and architectural wonders of the
palace for the first time - high-rise buildings, natural and artificial lighting, water supply and
sanitation, heating, havatəmizləyici. Archaeological excavations have been carried out since 1900
by the British archaeologist Arthur Evans.
The article also contains a sequence of systematic archaeological discoveries. Crete-
Mycenaean period in Greece H. Shliman study, based on the results of archaeological excavations
V. Dorpfeld and especially Evans. Peloponnesdəki Crete and the palace, mausoleum of the city
walls and the remains of the Cyclopes Peloponnesdəki proves that the BC Slavery in the states
where it existed in the early second millennium.
Crete-Mycenaean culture of archaic Greek art was influenced by the strong.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Xalq rəssamı H. Əliyev
- 153 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
BƏNÖVŞƏ RZAYEVA
XALİDƏ MƏRDANOVA
Naxçıvan Dövlət Universiteti
UOT: 781
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MİLLİ DƏYƏRLƏRİMİZƏ QAYĞISI
Açar sözlər: Azərbaycan, Heydər Əliyev, mədəniyyət, milli-mənəvi, musiqi.
Key words: Azerbaijan, Heydar Aliyev, culture, national, spiritual, music.
Ключевые
слова: Азербайджан, Гейдар Алиев, культура, национально-
нравственные ценности, азербайджанская музыка.
XX əsr Azərbaycan xalqı tarixində siyasi, elmi- mədəni inkişaf baxımından çox önəmli
olmuşdur. 1920-ci ildə ölkəmiz Rusiya tərəfindən işğal olunaraq müstəqilliyini itirmiş və
Azərbaycan xalqı sovet ittifaqı deyilən qurumun tərkibinə daxil edilmişdir. Həmin dövrlərin
çətinliklərinə baxmayaraq, xalqımız mədəniyyətini, incəsənətini, milli mənsubiyyətini saxlamışdır.
XX əsrin son on illiyində ikinci dəfə müstəqillik qazanan xalqımız bu dəfə də öz azadlığını
itirmək təhlükəsi ilə qarşılaşdı. Belə bir çətin vəziyyətlə üzləşən xalq özünün uzaqgörən, dünya
şöhrətli siyasətçi oğlu möhtərəm Heydər Əlirza oğlu Əliyevi özünə rəhbər seçdi. Heydər Əliyevin
yeritdiyi daxili və xarici siyasət nəticəsində müstəqil dövlətçiliyimizin üzləşdiyi təhlükə aradan
qaldırıldı, suveren ölkəmizdə milli dirçəliş, sosial-iqtisadi tərəqqi, mədəni intibah yüksək sürətlə
inkişaf etməyə başladı. Şübhəsiz, müstəqilliyin ilk illərində ölkəni qlobal problemlərin
məngənəsindən yalnız Heydər Əliyev zəkası xilas edə bilərdi. Heydər Əliyev qüdrətinin ölkədə
yaratdığı ictimai sabitlik xarici dövlətlərin siyasi elitasını, iş adamlarını, mədəniyyət və incəsənət
xadimlərini Azərbaycanla əməkdaşlıq etməyə ruhlandırdı.
Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev ölkəmizin inkişafı naminə, bütün sahələrdə
olduğu kimi, milli-mənəvi dəyərlərimizə, onların öyrənilməsinə və təbliğ olunmasına böyük
əhəmiyyət verir, Azərbaycan mədəniyyətinin dünya sənət xəzinəsinə verdiyi töhfələrlə başqa
xalqların nümayəndələrini tanış etmək məsələsini daim diqqət mərkəzində saxlayırdı. Dahi
şəxsiyyət demişdir: “Dünya xalqları arasında əlaqələrin daha da genişləndirilməsində, mehriban
dostluq münasibətlərinin formalaşmasında mədəniyyətin müstəsna yeri vardır”.(1,s. 3)
Qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli mədəniyyyətlərin qorunub
saxlanılması, inkişaf etdirilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti öz
azadlığını əldə etdikdən sonra mədəni irsin qorunub saxanılması və təbliğ edilməsi, mədəniyyətin
inkişafı üçün daha münasib şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad
yaradıcılıq imkanları ilə təmin edilməsi yolunda müntəzəm olaraq zəruri tədbirlər həyata
keçirmişdir.
Ölkə konstitusiyasında mədəniyyətlə bağlı müddəalar, tarix və mədəniyyət abidələri,
muzeylər, arxiv və kitabxanalar, kinematoqrafiyalar, dil və folklor kimi mədəni sərvətlər haqqında
müvafiq qanunları Ulu öndərin Azərbaycan mədəniyyətinə davamlı qayğısının əyani ifadəsi kimi
göstərmək olar.
Ümummilli Lider dönə-dönə vurğulayırdı ki, hər bir xalqın mədəni irsi onun milli sərvəti,
tarixi, bu günüdür. Azərbaycan mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır.(1,s7)
O, həmişə Azərbaycan mədəniyyətini, onun sənətkarlarını yüksək qiymətləndirmiş, bütövlükdə
mədəniyyətimizin
inkişafına zəmin yaratmışdır. Bütün nəhəng fəaliyyətini öz millətinin
xoşbəxtliyinə həsr edən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət sahələri ilə
yanaşı Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığın inkişafına böyük diqqət və qayğı ilə
- 154 -
yanaşmışdır. Hələ 1969-1982-ci illərdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük
teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə
əsərlərinin tamaşaya qoyulması məhz Ulu Öndərin incəsənət xadimlərinə göstərdiyi diqqət və
qayğının nəticəsi idi. Dahi siyasətçinin uzaqgörənliyi, millətinə və sənət adamlarına sonsuz
məhəbbəti Azərbaycan Respublikasının hərtərəfli inkişafı naminə həyata keçirdiyi böyük işlər
sayəsində musiqimiz dünyada tanındı. Dahi şəxsiyyətin həm Azərbaycan klassik poeziyası həm
də klassik musiqimiz haqqındakı çıxışları geniş məlumatlarla zəngin idi.(2,s 8) Bu mənada,
Heydər Əliyev milli–mənəvi dəyər, milli sərvət kimi yüksək qiymətləndirdiyi muğamlara, xalq
musiqisinə milli ruhda tərbiyənin, milli zəmində bədii-estetik tərbiyənin vacib amili kimi yanaşır,
buna görə də onların qorunması və yaşaması üçün, istedadlı xanəndə, ifaçı və müğənnilərə hər cür
dövlət qağısı göstərilməsi üçün əlindən gələni əsirgəmirdi. O, muğamların, xalq musiqisinin, xalq
rəqslərinin yalnız ənənəvi yolla deyil, eyni zamanda peşəkar bəstəkar yaradıcılığı vasitəsilə
yaşamasına da böyük əhəmiyyət verirdi.
1975-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin 90 illiyinin sovetlər birliyi ərəfəsində geniş
və yüksək səviyyədə keçirilməsi respublikanın XX əsr tarixində əsil mədəniyyət hadisəsinə
çevrildi. Ü. Hacıbəyovun yaradıcılığına, çoxşaxəli fəaliyyətinə böyük ehtiramla yanaşaraq dahi
sənətkarın xidmətləri və musiqisi haqqında dəfələrlə dəyərli və maraqlı fikirlər söyləmişdir.
H. Əliyev yubiley tədbirlərində də fəal iştirak edərək, bəstəkarın musiqi irsinin bütün SSRİ
respublikanın gəncləri arasında güclü təbliğ olunmasına şərait və imkan yaratmış oldu. (2,10)
Ü. Hacıbəylinin ev muzeyinin yaradılması isə Azərbaycan musiqi mədəniyyətində əbədi iz
qoyan hadisəyə çevrildi.
Azərbaycan bəstəkarlarının yaradıcılıqları ilə tanış olmaq, onların konsertlərində iştirak
etmək və əsər bitdikdən sonra bir qayda olaraq müəlliflərlə, ifaçılarla görüşərək, öz rəyini,
təşəkkürünü fikirlərini onlarla bölüşdürmək Heydər Əliyev şəxsiyyətin özünəməxsus ənənəsi, iş
üslubu idi.
Sənət adamlarının yaradıcılıqlarını yüksək qiymətləndirərək, onları öz yaradıcılıqlarını
daha da inkişaf etdirmələri üçün ruhlandırırdı.
Heydər Əliyev musiqi sənətinə milli özünüdərkin, milli şüurun çox mühüm atributu kimi
yanaşmış və bu münasibətini xalq qarşısındakı tarixi xidmətləri ilə sübut etmişdir.
Ulu öndər Azərbaycanın görkəmli bəstəkarlarından Qara Qarayevin Moskvada keçirilən 60
illik yubleyində şəxsən iştirak etmişdir. O, Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə
görkəmli bəstəkar Qara Qarayev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, SSRİ Ali
Sovetinin deputatı seçilmişdir, AMEA-nın həqiqi üzvü seçilmişdir. Heydər Əliyevin öndərin
rəhbərlik etdiyi illərdə yenə də korifey sənətkarlarımızdan görkəmli bəstəkarımız Fikrət Əmirov
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək təltiflərə layiq görülmüş, dövrün ən
yüksək mükafatı olan “Lenin” ordeni ilə təltif edilmiş, Azərbaycan SSR EA-nın müxbir üzvü
seçilmişdir. Həmin dövrün dünya şöhrətli drijoru maestro Niyazinin yaradıcılığı dövlət rəhbəri
tərəfindən yüksək qiymətləndirilərək ona Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və
Azərbaycan SSR Dövlət mükafatları ilə təltif edilmişdir.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun yaradıcılığı ilə ulu öndər daim
maraqlanmış və onun sənətini yüksək qiymətləndirmişdir. Arif Məlikov Azərbaycan
Respublikasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti,
Azərbaycan Respublikasının Dövlət mükafatı Laureatı,” Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, “Şərəf Nişanı” Ordeni, İstiqlal Ordeni kimi yüksək mükafatlarla təltif edilmişdir.
Belə mükafatlarla təkcə bəstəkarlar deyil, eləcə də incəsənətimizin digər sahələrində çalışan sənət
adamları mükafatlandırılmışdır.(2, s13) Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra
bəstəkarlarımızın xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın
mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan musiqisini dünyada təmsil
edib, onu bir daha beynəlxalq aləmdə tanıtdırmaq imkanları daha geniş şəkildə həyata
keçirilməkdədir. Müstəqil Azərbaycan dövlətinin incəsənət xadimləri ulu öndərin “Dünya xalqları
arasında mehriban dostluq əlaqələrinin yaradılmasında mədəniyyətin müstəsna yeri vardır” kimi
tövsiyələrini özlərinə örnək götürərək bu ideyaları yüksək səviyyədə həyata keçirməyə nail
- 155 -
olmuşlar. İstedadlı sənət adamları öz yaradıcılıqları ilə Azərbaycan musiqisini dünyada təmsil edib,
onu bir daha tanıtdırmaq imkanlarını genişləndirmişlər. Belə ki, Azərbaycan yenidən müstəqillik
əldə etdikdən sonra Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V. Adıgözəlovun ( “Çanaqqala”
aratoriyası), Kipirdə T. Bakıxanovun (“ Quzey Kipir fəsilləri”, “Quzey Kipir Süitası”) və başqa
bəstəkarların əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F. Qarayevin (“Xütbə, Muğam,
Surə”, “Babil qiyaməti”), F. Əlizadənin ( “İlğım”), R. Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir.
“İpəkyolu” layihəsində F.Əlizadənin “Dərviş” və C. Quliyevin “Karvan” əsərləri hər iki bəstəkara
uğur qazandırmışdır. YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqədə F. Hüseynovun “Zamana
səyahət” simfonik orkestr üçün konserti səslənmiş və müəllif müsabiqənin qalibi olmuş və
bəstəkarın “Qoy dünyada sülh olsun aratoriyası” BMT-nin mükafatına layiq görülmüşdür.
Azərbaycanda muğam ifaçılığı tarixində əvəzsiz xanəndə olan Qədir Rüstəmovun ulu öndər
Heydər Əliyev tərəfindən qəbul etməsini və onun sənətinin yüksək qiymətləndirməsini bir daha
xalq musiqimizə və onun mahir ifaçılarına dövlətimiz tərəfindən göstərilən qayğının əyani ifadəsi
kimi göstərə bilərik.
Ölkəmizdə milli dəyərlərimizə göstərilən qayğının nəticəsi sayəsində 2009-cu ildə
Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil
edilmişdir. Bu da Azərbaycan qədim aşıq sənətinin beynəlxalq miqyasda tanınmasına və daha da
inkişaf etməsinə imkanlar yaradır.(2,s87)
1999-cu ildə mahir muğam ifaçısı Alim Qasımov muğam sənətinin inkişafı və
təkmilləşdirilməsi yolunda naliyyətlərinə görə YUNESKO -nun qızıl medalı ilə təltif edilmişdir.
Göründüyü kimi, Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra incəsənətin
bütün sahələrində olduğu kimi musuqi sahəsində də beynəlxalq əlaqələr genişlənmişdir. Bakı
şəhərində xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları əsasən Heydər Əliyev
fondunun hazırladığı layihə əsasında həyata keçirilir. Bu layihələrin təşəbbüsü ilə Dünya şöhrətli
musiqiçilərdən - Mstislav Rastrapoviç, Bella Davidoviç və Dmitri Sitkovetski Respublikamıza
dəvət edilmiş, onlar böyük həvəslə Bakıya gəlib fərqli konsert proqramları ilə çıxış etmişlər.
Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Avropa, ümumən dünyanın yüksək dəyərlərini
qəbul edən ölkəyə çevrilmişdir. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham
Əliyev ölkəmizin siyasi, iqtisadi və mədəni irsinin daha da inkişaf etdirir. Müasir dövrdə
Azərbaycan
mədəniyyətinin
çiçəklənməsi, intibahı Heydər Əliyev fondunun prezidenti
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.(3,s3)
Qədim tarixə malik olan muğam sənətinin son dövrlərdə daha da şöhrətlənməsi, yayılma
coğrafiyasının genişlənməsi birbaşa Heydər Əliyev fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata
keçirilən muğam layihələrindən: “Muğam irs”, “Muğam dəsgah”, “Muğam Ensiklopediyası”,
“Muğam İnternet”, “Muğam Antologiya”, “Muğam dünyası”, “Muğam mərkəzi” beynəlxalq
aləmdə muğamın təbliği və tanıdılması, Azərbaycan muğam sənətinin yaşadılması, qorunub
saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədlərinə xidmət edir.
Səsyazılarını, elektron və çap nəşrlərini özündə ehtiva edən bu layihələrdə dünyamiqyaslı
tədbirlərin, beynəlxalq festivalların və müsabiqələrin keçirilməsi də nəzərdə tutulmuşdur. Bu
baxımdan 2009 və 2011-ci illərdə Bakıda “Muğam aləmi” Beynəlxalq musiqi festivalının
keçirilməsi, festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və
müxtəlif konsertlər, dünyanın hər yerindən tamaşaçıların diqqətini cəlb edən televiziya muğam
müsabiqələrinin təşkili Azərbaycan muğamının zəngin irsin canlandırılmasına imkan yaratmışdır.
Muğam sənətinin öyrənilməsində və muğam ifaçılarının səsyazıları irsinin qorunmasında
Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Azərbaycan muğamı” tədrisi vəsaiti, “Qarabağ
xanəndələri”, “Muğam ensiklopediyası” nəşrlər çox qiymətlidir və bütün bunlar müasir dövrdə
milli dəyərlərimizin əsas daşıyıcısı olan muğam sənətinin tədqiqi və təbliğini daha da
genişləndirmişdir. Bu sənətin öyrənilməsində və gələcək nəsillərə çatdırılmasında əsas mənbə not
yazıları və səs yazılarıdır. Məlum olduğu kimi, şifahi ənənəli Azərbaycan musiqisində səsyazma
mühüm və əhəmiyyətli bir işdir. Bu baxımdan sənətşünaslıq doktoru, professor Taryel Məmmədov
tərəfindən həyata keçirilən qədim qrammofon vallarının bərpası xüsusilə diqqətəlayiqdir.(3,s6)
- 156 -
Keçən əsrin əvvəllərindən qrammafon vallarına, sonralar isə maqintafon lentlərinə yazılmış,
xanəndə və sazəndə dəstələrinin ifa etdiyi muğam və digər xalq musiqi nümunələri Heydər Əliyev
fondunun Muğam irs layihəsi tərəfindən bərpa edilərək müasir texniki vasitələrə köçürülmüşdür.
T.Məmmədovun müəllifi və rəhbəri olduğu “Azərbaycan diskoqrafiyası” internet sayıtında muğam
sənəti dünyanın istənilən yerində internet istifadəçilərinin xidmətinə verilmişdir. Bütün bunlar
muğam sənətinin tədqiqi üçün üçün, muğam ifaçılarının yaradıcılıq irsinin öyrənilməsi üçün
qiymətli əyani vəsaitdir.
Heydər Əliyev ideyalarını həyata keçirən Mehriban xanımın Əliyevanın səyi, bacarığı və
təşkilatçılığı nəticəsində mədəniyyət sahəsində çalışan yüzlərlə incəsənət xadimi, o cümlədən uzun
müddət Vətən həsrəti cəkən dünya şöhrətli ifaçılar Azərbaycana dəvət olunmuşdur. Həmin
musiqiçilərdən Rusiyanın məşhur Violençel ifaçısı Mstislav Rastrapoviç, Nyu-Yorkun Cülyard
universitetinin professoru Bella Davidoviç, Belfast simfonik orkestrinin baş drijoru Dimitri
Sitkovetski, Rusiyanın ən tanınmış rəqs kollektivi olan İqor Moiseyevin rəhbərlik etdiyi ansambl
böyük həvəslə Bakıya gəlmiş, onlarla beynəlxalq səviyyəli müsabiqə, festivallarda iştirak etmişlər.
Bu cür mədəni əlaqələrin həyata keçirilməsi Heydər Əliyev fondunun qarşıya qoyduğu ən mühüm
vəzifələrdəndir.
ƏDƏBİYYAT
1.
Azərbaycan
Milli
Elmlər
Akademiyası
Memarlıq
və
İncəsənət
İnsitutu
Azərbaycan musiqi tarixi. Bakı , 2012, 1-ci cild, s.3,7.
2. Abduləliyev A. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti // “Musiqi dünyası” jurnalı,
Bakı, 2008, № 12, s.8,10, 13,87.
3.B. Rzayeva. “Rəhab” muğamı (dərs vəsaiti). Bakı ,“Elm və təhsil” , 2014 s. 3,6.
ABSTRACT
Banovshe Rzayeva
Our national leader Heydar Aliyev s care to our national values.
In the article the author talks about our national leader Heydar Aliyevs care to our national
values.The author gives explanation about our prominent composers and musicians propagate of
Azerbaijan music with their creative works in the international scale within last years.In the article
succesful achievements of the projects in this area which Heydar Aliyev implemented are special
emphasized.
РЕЗЮMЕ
Бановша Рзаева
Забота общенационального лидера Гейдара Алиева о национальных ценностях
В статье говорится о заботе общенационального лидера Гейдара Алиева
о национально-нравственных ценностях азербайджанского народа. В ней подчеркивается,
что благодаря этой заботе в последние годы в международном масштабе широко
пропагандируется азербайджанская музыка, созданная видными нашими композиторами и
музыкантами. В этом плане особое внимание концентрируется на проектах, осуществляемых
Фондом Гейдара Алиева.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi:Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Surə
- 157 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
GÜLXARƏ ƏHMƏDOVA
Naxcıvan Dövlət Universiteti
UOT:792
MƏKTƏB TEATRI ƏNƏNƏLƏRİ VƏ ZAMAN
Açar sözlər: məktəb teatrı, tələbə aktyorlar, studiya, festival,musiqili tamaşa
Key words: school theatre, student actors, studio, festival, musical play
Ключевые слова: школьный театр, студенты актеры, студия. фестивал,
музыкальный спектакль.
Yarandığı gündən həyatilik və realizm yolunu tutmuş Azərbaycan teatrı böyük əzm və
dönməzlik nümayiş etdirərək kütlələr arasında işığı, maarifi yaymağa çalışmışdır.
Maarifçilik ideyalarının formalaşması və inkişafı dövrü kimi səciyyələnən ХIХ əsrdə
sosial- siyasi, ədəbi- estetik düşüncənin bütün sahələrində , həmçinin səhnə sənəti sahəsində də
böyük dəyişikliklər baş vermişdir. ХIХ əsrin ikinci yarısından başlayaraq Azərbaycanda teatra
meylin güclənməsi , həvəskar səviyyəsində olsa da müasir ədəbi-estetik prinsiplərə uyğun gələn
tamaşalar hazırlamaq mümkün olmuşdur.
1920-ci ilin aprelindən başlayan sovetlər hakimiyyəti ölkəmizin ictimai-mədəni həyatında
öz xarakterinə görə yeni mərhələ idi. Belə bir mərhələdə azərbaycan teatrının yaranması və
inkişafında məktəbin və xalq müəllimlərinin rolu çox böyük ölmuşdur. Demək olar ki, məktəb teatrı
ənənələri Azəbaycan profesional teatr sənətinin yaranması və inkişafının əsası olmuşdur.
Görkəmli teatrşünas professor Cəfər Cəfərov yazirdı “O zamankı müstəmləkə Azərbaycan
şəhərində milli teatr başqa cür də yarana bilməzdi. O yalnız həvəskar tamaşaları əsasında doğulub
özünə yol aça bilərdi ” (1,417 s.)
XIX əsrin sonları və XX əsrin əvvəllərində ziyalıların məktəb teatrlarına, gənclərdən ibarət
Teatr Studiyalarına xüsusi diqqət yetirməklərində əsas məqsədləri milli düşüncəni əks etdirən, milli
teatr sənətinin inkişafına nail olmaqdan ibarət idi. Digər mədəni təsisatlar kimi teatr da yeni ideya
ilə yaşayan gənc nəslin tərbiyəsi, eyni zamanda aktyorlar cərgəsinə həqiqətən istedadlı, incəsənəti
sevən adamlarla təmin etməkdən ötrü geniş ideoloji təbliğata başlamışdı.
Akademik İsa Həbibbəyli yazır : “XIX əsrin 80-90-cı illərində teatr və məktəbin
birləşməsinin mühüm əhəmiyyəti var idi. Bu iki qüvvətli ideoloji mərkəzin eyni mövqedən fəaliyyət
göstərməsi milli şüurun oyanışına, maarifçilik hərəkatının ritminin sürətlənməsinə ciddi təsir
göstərmişdir”. ( 4, s.178)
Azərbaycanın əksər qüdrətli sənət adamlarının professional səhnəyə gələn yolu da elə
məktəb teatrından başlanmışdır. Özfəaliyyət dərnəklərinin üzvlərindən böyük bir qismi sənətə
maraq və istedadı ilə seçilən məktəbli həvəskarlardan ibarət olmuşdur. Görkəmli səhnə ustaları
vaxtilə orta təhsil almaqlq yanaşı, özfəaliyyət kollektivlərinin fəal iştirakçıları kimi çıxış etmişlər.
Onlar yaradıcılıq fəaliyyətlərinə məktəb yaşlarından başlamışlar.
Bu gün xalqımızın tarixi, adət-ənənələri, milli və ümumbəşəri dəyərlərləri tamaşa, oyun və
rəqslər vasitəsilə universitetlərdə və məktəblərdə geniş şəkildə təbliğ edilir. Milli bayramlar və
tarixi günlərdə hazırlanan belə tamaşa və oyunlar xalqımızın milli adət və ənənələrinin yetişən nəsil
tərəfindən qorunub yaşadılmasına, bədii qiraət, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar,
oratoriyalar isə xalqımızın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərinin öyrənilməsinə,
müstəqilliyimizin əbədi olduğu inamının möhkəmlənməsinə, Azərbaycançılıq, insanpərvərlik,
vətənpərvərlik ideyalarının formalaşmasında böyük rol oynayır. Bu gün artıq ali təhsil
müəssisələrində teatr studiyalarının geniş şəbəkəsi yaradılmışdır.
Bu gün ümumilli lider Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Prezident
İlham Əliyev milli teatrımızın inkişafına xüsusi qayğı göstərir. Azərbaycan Respublikası
- 158 -
Prezidentinin 19 fevral 2007-ci il tarixli “Azərbaycan teatr sənəntinin inkişaf etdirilməsi haqqında”
Sərəncamı teatrların inkişafında əsl dönüş yaratmışdır. Prezident İlham Əliyevin “Azərbaycan teatrı
2009-2019-cu illərdə “Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı, “Azərbaycanda
peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi haqqında” imzaladığı sərəncam və digər
sənədlər teatr sənətimizin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır.
Orta və ali təhsil müəssisələrində fəaliyyət göstərən rəqs, musiqi, dram dərnəklərində,
studiyalarda keçirilən müxtəlif növ tədbirlər özünün məzmun və formasına görə müstəqillik
dövründə inkişafımızı təmin edən tələblərin daşıyıcısına çevrilmişdir.
Bu gün Naxçıvanda teatr və incəsənətin digər sahələri üzrə ixtisaslı kadrların hazırlanması
işinə xüsusi əhəmiyyət verilir. Bu işdə ali teatr məktəbləri ilə yanaşı, sahə universitetlərində
yaradılan studiyalar da əhəmiyyətli rol oynayır. Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Tələbə Teatr Studiyası buna çox gözəl nümunə sayıla bilər. (10,7)
Bu studiyanin fəaliyyətinin əməli nəticəsi kimi 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsində Teatr və mədəniyyətşünaslıq kafedrası yaradılmasıdır. Bu gün artıq,
universitetdə “Aktyor sənəti” ixtisası üzrə aktyor tələbələr təhsil alır. Bu isə muxtar
respublikamızda ixtisaslı aktyor kadrlarına olan təlabatın ödənilməsi probleminin həll edilməsində
mühüm əhəmiyyət kəsb edir.
Artıq, studiya universitetin mədəni həyatının tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-
estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilmişdir.
Studiyanın ilk tamaşası “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında, tanınmış
alim, dramaturq Kamal Abdullanın “Beyrəyin taleyi”əsəri əsasında hazırlanmış “Beyrəyin andı”
tamaşası olmuşdur. Tamaşa ilk dəfə olaraq 1999-cu ilin may ayının 29-da Naxçıvan Dövlət
Universitetinin səhnəsində baş tutdu. Tamaşa “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinə
Tələbə Teatr Studiyasının layiqli töhfəsi idi.
Tamaşaya baxan əsərin müəllifi Kamal Abdulla, Respublikanın xalq artisti Həsənağa
Turabov, tanınmış teatr rejissoru Azər Paşa Nemətov və sənətşünaslıq üzrə elmlər doktoru İlham
Rəhimli tamaşa haqqında xoş təəssüratlarını yaradıcı kollektivlə bölüşmüşlər.
Həmən il iyul ayında Türkiyə Cümhuriyyətinə dəvət olunumuş kollektiv Bayburt şəhərində
uluslararası “Dədə Qorqud- 1300” mədəniyyət və sənət festivalında “Beyrəyin andı” tamaşasını
uğurla nümayiş etdirmiş, festivalın xüsusi diplomuna layiq görülmüşlər. (11,8)
Beləliklə Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası öz işinə uğurla başlamış
və bu günə qədər on yeddi illik teatr təcrübəsində “Beyrəyin andı”, türk yazıçısı Turan
Oflazoğlunun “Atatürk” (2000), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (2001), “Ölülər”
(2004), “Poçt qutqsu” (2005), ”Danabaş kəndinin məktəbi” (2006) Həmid Arzulunun “Qaçaq
quşdan” əsəri əsasında səhnələşdirilmiş “Milaxda həyəcan” (2005), Nazim Hikmətin “Qəribə
adam” (2012), Esxilin “Zəncirlənmiş Prometey” ( 2013), Adil Babayevin “Sarı gəlin” (2014), Elnur
Rzayevin “Boz” (2005) tamaşalarını universitet səhnəsində, eyni zamanda muxtar respublika, onun
bütün rayonlarında, Bakıda, hətta respublikamızdan kənarda-Türkiyə Cümhuriyyətinin onlarla
universitetində uğurla nümayiş etdirmişdir. (9)
Tələbə Teatr Studiyasının yaradıcı kollektivi bu tamaşalarda vətənpərvərlik, ədalətlilik ,
prinsipiallıq, ideal liderlik, yüksək keyfiyyətlərə malik şəxsiyyət, yüksək mənəvi dəyərlərə, milli və
ümumbəşəri xarakterə sahib olan obrazlar yaratmaqla, müstəqil dövlətçilik ənənələrinə sadiq oıa
biləcək yeni nəslin estetik zövqünün və yeni düşüncə tərzinin formalaşması istiqamətində dəyərli
işlər gormüşlər. (5)
Tamaşalarda Beyrəyin dərin psixologizmi, həyati fəlsəfə, Mustafa Kamal Atatürkün
obrazındakı cümhuriyyət uğrunda mübarizə, xalq və rəhbər, millət və lider birliyinin gücü,
təntənəsi, əlli milyonluq xalqı anamız azərbaycanın başına dolanmağa, dilimizi, milli mənliyimizi
qorumağa çağırış, estetik ideal kimi bu ali qanunu bir daha tamaşaçıya çatdırmaq əsas qayə
olmuşdur. “Ölülər” tamaşaslnda kefli İsgəndərin dili ilə xalqın mənəvi-ruhi aləmində böyük
yeniliklər yaratmaq idealının qeyri-adi təzahürünü ğöstərərək, mövhumat və cəhalətin tüğyan
etməsinə yol vermədən, mənəvi buxovları qırıb dağıtmağı, durğunluqu, geriliyi cəmiyyət hə-
yatından silib atmağı tələbə aktyorlar həvəslə səhnəyə gətirmişlər.
- 159 -
Teatr insanlığı mənəvi aşılanmaya qarşı mübarizəyə ruhən, mənən həmişə hazır olmağa
çağıran bir tribunadır. Türk dünyasının böyük şairi Nazim Hikmət də bu tribunadan xalqa mənəviy-
yatsızlığa, pul və ucuz şöhrət düşkünlüyünə susamışlaraın qarşısına çıxan “Qəribə adam”ın dili ilə
müraciət edir və insanları inandırır ki, məhz mənəvi olan insanın ən ali, uca, təmiz keyfiyyətləridir.
Bu tamaşada da tələbələr öhdələrinə düşən vəzifəni bacarıqla yerinə yetirmişlər. (6)
Studiyanın 2013-cü ildə hazırladığı antik dövrün faciə ustası Esxilin “Zəncirlənmiş
Prometey” tamaşası yaradıcı qüvvələrin azadlıq və həqiqət uğrunda min-min illər boyu
çarpışmalarının, mənəvi - psixoloji əzablarının tərənnümünə həsr olunmuşdur. Bu tamaşada rejissor
bütün səhnə imkanlardan istifadə edərək canlı musiqili xor yaratmağa da nail olmuşdur.
Tamaşadakı canlı musiqilərin bəstəkarı və xorun təşkilatçısı universitetin “Teatr və mədəniyyətşü-
naslıq” kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi,
Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatınınn sədri Şəmsəddin Qasımovdur.
Tələbə aktyorların istedadlı oyunu tamaşaçıların çox böyük marağına səbəb olmuş, bu tama-
şa studiyanın digər tamaşalarından fərqli olaraq dünya teatr təcrübəsində oldüğu kimi xor ifaçıları
və canlı musiqisi ilə seçilmiş teatrsevərlər tərəfindən studiyanın yeni nailiyyəti kimi
qiymətləndirilmişdir.
Adil Babayevin “Sarı gəlin” pyesi də Tələbə Teatr Studiyasının səhnəsində məhz Naxçıvan
Dövlət Universiteti Tələbə inşaat dəstəsinin həyatından bəhs edən, orada baş verən yenilikləri,
irəliləyişi əks etdirən gözəl bir musiqili tamaşaya çevrilmişdir.
Tələbə Teatr Studiyasının hazırda üzərində işlədiyi , studiyanın yetirməsi, gənc istedadlı
tələbə aktyor Elnur Rzayevin ssenarisi əsasında hazırlanan “Boz” pantomim tamaşasıdır. Bu
tamaşada Tələbə Teatr Studiyası öz repertuarında yeni janra müraciət etmişdir. Bu əsər ilə Tələbə
Teatr Studiyası respublikanın paytaxtı Bakıda 2015-ci il aprel ayında “Narkomaniyaya qarşı”
mövzusunda kecirilən Gənclərin III Umumrespublika Teatr Festivalında iştirak edəcəkdir.
Zaman.., zamanın yaddaşı da, tələbi də nəsillərə örnəkdir. Bu günun teatr repertuarı da
zamanın tələbinə görə, təyin olunur. Bu mənada Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr
Studiyası öz fəaliyyətində yeni- yeni janrlara müraciət etməzsə yeniləşə, inkişaf edə bilməz,
tamaşaçı zövqünü oxşaya bilməz.
Bu baxımdan həvəskar müəllim, tələbə və şagirdlərin göstərdikləri tamaşalar səhnə
mədəniyyətimizin iki mühüm istiqamətinin- məktəb teatrı və peşəkar teatrın təməl daşları olmuşdur.
Yarandığı gündən maarifçilik hərəkatının tərkib hissəsi kimi teatrın məktəbə köməklik göstərməsi,
əldə edilən vəsaitlə gənclərin təhsil almalarına əməli şəkildə yardımlar olunması, bəlkə də, bir çox
xalqların mədəniyyət tarixində görünməmiş bir hadisə idi. Bu cəhət isə məktəb teatrı ilə
professional teatrın qarşılıqlı əlaqələrinin şərti olmuşdur.
Məktəb teatrı bu gün də tələbə teatrı kimi gəncliyin biliklərə və yüksək tərbiyəvi
keyfiyyətlərə yiyələnməsi işində, gənc nəslin özfəaliyyət bacarıqlarının inkişafında mühüm rol
oynayır, onun mədəni irsimizin çox mühüm sahəsi kimi yeri və mövqeyini uzun zamanlar üçün
qoruyub saxlamağa zəmanət verir.
ƏDƏBİYYAT
1.
Cəfərov C.H. Azərbaycan dram teatrı. Bakı, Azərnəşr, 1959, 417 s.
2.
Язимова С.N. Тялябя Tеатр студийасынын уьурлары. “Шярг гапысы” гяз., 2006, 15
феврал
3.
Hacı T.Q. “Qəribə adam” (Naxçıvan Dövlət Universitetində ali məktəbin Tələbə Teatr
Studiyasının quruluş və təqdimatında Nazim Hikmətin eyni adlı dramı göstərilib), “Azad
Azərbaycan” qəz., 2012, 17 aprel.
4.
Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997,
s.178)
5.
Тялябя актйорлар Игдырда. “Азярбайжан” гяз., 2000, 4 май
6.
Тялябя актйорлар Игдырда. “ Республика” гяз., 2000, 4 май Нахчыван Тялябя
Театр Студийасынын йени тамашасы. “Шярг гапысы” гяз., 2000, 29 март
- 160 -
7.
Тялябя Театр Sтудийасы. “Азярбайжан мцяллими” гяз., 1999, 6-12 май
8.
Тялябя Театр Студийасынын йени тамашасы. “Азярбайжан мцяллими” гяз., 2000,
29 ийун
9.
Тялябя Театр Sтудийасы. “ Ядябиййат” гяз., 2000, 26 май
10.
Тялябя Театр Sтудийасы. “Ядябиййат” гяз., 1999, 24 сентйабр.
11.
Тялябя Театр Студийасынын йени тамашасы. “Шярг гапысы” гяз., 2000, 29 март
ABSTRACT
Gulkhara Ahmedova
Traditions of school theatre and time
The article explores the way the Students’ Theatre Studio of Nakhchivan State University
passed. It is stated that the Azerbaijan Students’ Theatre traditions are followed here and this
Students’ Theatre at the University can be an example to other universities of Azerbaijan in the
development of our theatre and dramaturgy.
РЕЗЮМЕ
Гюульхара Ахмедова
Традиции школного театра и время
В статье выло исследовоно пройденный руть студенческой Театральной Студии
Нахчыванского Государственного Университета. Здесь тагже рассказывается о традициех
Азербайжанского школьного театра которые продолжается до сих пор. СТС НГУ
показывается как образеч другим университетам Азербайжана в пути развития
ночионального театра и драматургии.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İ.Məhərrəmova
- 161 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
GÜNAY MƏMMƏDOVA
Naxçıvan Dövlət Universiteti
UOT:78
AZƏRBAYCAN XALQ MUSİQİSİNDƏ FORMA MƏSƏLƏSİ
Açar sözlər: milli musiqi, xalq rəqsləri, musiqi forması, ritm, melodiya, stuktur
Key words: national music, people music, music form, ryitm, melody, structure
Ключевые слова: Национальная музыка, народные танцы, музыкальная форма,
ритм, мелодия, структура
Oyun havaları Azərbaycan xalq musiqisinin digər janrları ilə lad-intonasiya cəhətdən sırf
bağlı olur. “Bəhrli janr qrupuna” (M.S.İsmayılov) daxil olan mahnını təsnif və rənglərlə müqayisə
etsək onlar arasında bəzi fərqli cəhətlərlə yanaşı, həm də bir çox ümumi melodik və ritmik cəhətləri
də göstərmək olar. Forma quruluşuna gəldikdə isə oyun havalarının adları çəkilən janrlarından daha
çox fərqli olduğunu görürük.
Azərbaycan və digər Şərq musiqişünasları milli forma nəzəriyyəsi sahəsində olan müəyyən
boşluğu doldurmaq üçün Avropa nəzəri təliminə üz tutmuşlar. Buna görə də şifahi ənənəli xalq və
profesional Azərbaycan musiqisini həmin yöndən araşdırararkən mürəkkəb və ziddiyətli bir
vəziyyət ortaya çıxır. Əsrlər boyu müxtəlif xalq musiqi janrlarında özünəməxsus üslublar təşəkkül
tapsa da, onların formasının izahında klassik Avropa musiqisinin meyarları tətbiq edilmiş və bu
uyğunsuzluq tədricən aradan qaldırılmışdır. Məsələn, muğam dəstgahlarında suita və hətta sonata
cizgilərini axtarmaq kimi yanlış səmərəsiz meyllər olmuşdur. Belə bir vəziyyət bununla izah olunur
ki, indiyə qədər ali musiqi məktəblərində tədris olunan musiqi əsərlərinin təhlili məhz Avropa
bəstəkarlıq sənətinə əsaslanmış və onun kompozisiya quruluşu özünə xas nəzəriyyə əsasında izahını
tapmışdır.
Eyni
zamanda,
Azərbaycan
musiqişünasları
milli
musiqimizin
janr
və
üslub
keyfiyyətlərindən irəli gələn xüsusi strukturlara əsaslanaraq klassik nəzəriyyənin müddəalarını
yaradıcılıqla tətbiq etmiş və bir sıra spesifik qanunauyğunluqları aşkara çıxara bilmişdirlər. Bu
istiqamətdə tədqiqatları yenə də davam etdirib milli musiqi formaları haqqında bitkin bir
nəzəriyyəyə ehtiyac vardır. Kifayət qədər öyrənilmiş olan iri həcmli janrların forma cəhəti daha
dərindən öyrənilmişdir (muğamat dəsgahları, aşıq havaları). Nə qədər qəribə olsa da, folklor
yaradıcılığına aid edilən kiçik həcmli mahnı və oyun havalarına nisbətən az diqqət yetirilmişdir.
Oların struktur növləri tam şəkildə sistemləşdirilmişdir. Bu baxımdan oyun havalarının öyrənilməsi
müəyyən uğurlu təcrübəyə baxmayaraq, istənilən səviyyəyə gəlib çatmamışdır. Janrın daxilində
mövcud olan müxtəlif laylar (folklor sinkretizmini əks etdirən mahnı-rəqslər, kənd zurnaçılarının
ənənəvi havaları və yeni nümunələr) etnomusiqişünaslıq cəhətdən ciddi şəkildə araşdırılmalıdır.
Son zamanlara qədər əldə olan materialların kifayət qədər olmaması və kiçik həcmli not
nəşrləri ilə məhdudlaşması xalq rəqs musiqisi sahəsində geniş tədqiqatlar aparmağa imkan
verməmiş və təbii ki, janrın forma növlərinin öyrənilməsinə də müəyyən əngəl törətmişdir. 2002-ci
ildə fəal folklor toplayıcısı Rauf Bəhmənliyə məxsus böyük həcmli (150 nümunədən ibarət) və
səriştəli “Azərbaycan xalq rəqsləri” not məcmuəsinin nəşr olunması janra qarşı musiqişünaslıq
marağını artırmış, həm də onun forma xüsusiyyətlərini öyrənməyə yaxşı imkanlar açmışdır. İndi
metodoloji cəhətdən ortaya çıxan əsas vəzifələr Avropa musiqi nəzəriyyəsinin bacarıqlı tətbiq
olunmasından
və
forma
məsələsini
başqa
janrlar
timsalında
öyrənmiş
Azərbaycan
musiqişünaslarının təcrübəsindən faydalanmaqdan ibarətdir.
- 162 -
Klassik Avropa musiqi nəzəriyyəsinin mühüm bir tərkib hissəsini musiqi formaları haqqında
təlim təşkil edir. Musiqi forması haqqında nəzəriyyə həmin mədəniyyətdə bərqərar olmuş bütün
quruluş tiplərini əhatə edir. Bundan başqa, bəzi struktur qanunauyğunluqlarını qeyri- Avropa
mədəniyyətlərində, o cümlədən şifahi ənənəli Azərbaycan musiqisinin müxtəlif janrlarında da
axtarıb tapmaq olar. Bununla belə, klassik formalarının milli musiqi yaradıcılığına tam uyğun
gəlmədiyini və burada müstəqil prinsiplərin fəaliyyətini də qeyd etmək lazımdır.
Elə həmin səbəbdən Azərbaycan musiqişünasları xalq musiqi janrlarının quruluş
xüsusiyyətlərini öyrənərkən onların özünəməxsus qanunauyğunluqları ilə qarşılaşmış, tədricən
xarici nəzəriyyə ilə milli təcrübə arasındakı uyğunsuzluqları aradan qaldırmalı olmuşdur. Şifahi
ənənəli Azərbaycan xalq və professional musiqisinin başlıca janrları – klassik muğamlar, aşıq
havaları, dini oxumalar, hətta folklor yaradıcılığına aid edilən xalq mahnıları və oyun havaları kimi
janrlardan hər biri bir-birindən fərqli quruluş prinsiplərinə malikdirlər. Bu fikir xüsusi nəzəri
tədqiqatlar nəticəsində təsdiq olunmuşdur.
Müxtəlif xalq yaradıcılığı sahələrinin forma müstəvisində araşdırılması zamanı qiymətli
təcrübə əldə edilmişdir. Ü.Hacıbəyovun kamil lad nəzəriyyəsi forma təşəkkülünə də işıq tutduğu
üçün sonrakı nəsillərin musiqişünasları - M.S.İsmayılov, R.Zöhrabov, E.Babayev, R.Məmmədova
tərəfindən muğam sənətinə uğurla tətbiq olundusa, Ə.Eldarova, T.Məmmədov, A.Ozan (Kərimli),
K.Dadaşzadə aşıq havalarının forma qanunauyğunluqlarının tədqiqi ilə məşğul oldular. Xalq
mahnıları və oyun havaları sahəsində eyni məsələ B.Hüseynli, R.İsmayılzadə, Ə.Ələkbərova,
Ə.Məmmədova tərəfindən bu və ya başqa dərəcədə öyrənilmişdir.
Musiqi nümunələrinin tematik məzmunu kiçik özəklərdən və onların inkişafından hasil
olduğu üçün, əvvəlcə, oyun havalarının sintaktik quruluşuna diqqət yetirək. Xalq mahnılarında rast
gəlinən təməl prinsipləri oyun havalarında da özünü göstərir (periodiklik, cüt periodiklik, bölünmə,
cəmlənmə və s.). Lakin instrumental oyun havaları söz mətnindən, yəni şerin quruluş
çərçivələrindən azad olduğundan sırf musiqi inkişafına yol açılır. Doğrudur, bəzi nümunələrdə
sinkretik folklorla varislik əlaqələri sayəsində şeirin misra və bənd (kuplet) quruluşları da özünü
göstərə bilər. Xalq mahnılarında olduğu kimi, rəqs melodiyalarında da periodik strukturların rolu
böyükdür. Bir ibarənin və ya musiqi cümləsinin eynilə təkrarı aa hərfləri ilə işarələnir. Əgər biz
tematik özəklə onun variantlı təkrarı (aa
1
+aa
1)
və ya iki müxtəlif özək qoşalaşırsa (ab+ab) cüt
periodiklikdən danışmaq olar. Folklorşünas –alim B.Hüseynlinin müşahidəsinə görə, “adətən ən
çox təkrar qısa melodiyalı rəqs havalarında tətbiq edilir”.
Qədim mənşəli oyun havalarımızın bəsit, lakin cilalanmış mövzu özəkləri saf çeşmədən baş
alıb durula-durula zəmanəmizə qədər gəlib çatmışdır. Müasir musiqi həyatının qarışıq və mürəkkəb
bir durumunda ənənəvi havaların yaşadılması üçün təkcə onların mövzusunu əxz etmək kifayət
deyil. Xalq ifaçıları həm də tematizmin tərtibatını və inkişafını da müxtəlif variantlaşmalar,
keçidlər, sonluq və əlavələrlə birlikdə təcrübi yolla öyrənir. Musiqişünasların vəzifəsi isə inkişafın
prinsiplərini və quruluş özəlliklərini nəzəri cəhətdən açıqlamaqdan ibarətdir.
Oyun havalarının mövzu özəkləri kiçik ritm – intonasiya formullarından ibarət olsa da,
(“Ovşarı”, “Ceyranı” və s.) xalq sənətkarlarının təcrübəsində bitkin və mütənasib tərtibata salınır.
Formanın müəyyən çərçivə daxilində variantlaşması ilə yanaşı variant prinsiplərin də aşkarlanması
vacibdir və praktikaya müsbət təsir göstərə bilər.
Təcrübəli ifaçılar müəyyən tərtibata saldıqları oyun havalarını adətən kuplet qismində daha
bir neçə dəfə çalırlar. Bu ənənə insturmental rəqs melodiyalarına, sözsüz ki, xalq mahnılarından
keçmişdir və bu iki janr daxilində kupletlərarası variant münasibətləri təxminən eynidir. Buna görə
də xalq mahnıları kimi oyun havalarını da nota yazarkən adətən 1 kupletlə kifayətlənirlər. Lakin
müxtəlif ifa versiyalarını götürdükdə, oyun havaları daha çox variantlaşmaya meyllidir.
Ladın formayaradıcı imkanları nisbətən iri həcmli quruluşlarla özünü göstərir. “Rəqs
musiqisinin tanınmış tədqiqatçısı professor B.Hüseynli bu barədə yazmışdır: “Azərbaycan xalq rəqs
musiqisinin lad əsasını, intonasiya avaz quruluşunu zənginləşdirən, onu daha geniş diapazonlu
melodiyalara çevirən ifadə üsullarından biri də melodiya daxilində ladın bir istinad pərdəsindən
digər istinad pərdəsinə keçmək, bir laddan başqa lada meyl və ya bir laddan başqa lada tam keçid –
modulyasiyadır.” Belə quruluşlar təkamülün nəticəsində meydana gəlmiş və qədim havalarda
- 163 -
(məsələn, kəndli folklorunda) gözə çarpmır. Xalq musiqi yaradıcılığın müxtəlif qatları özündə
təkamül prosesinin mərhələlərini əks etdirdiyindən müvafiq musiqi nümunələri və ya onların
müxtəlif variantları diqqətlə təhlil olunmalıdır.
Lad (bəzən də lad-tonallıq) inkişaflı quruluşlarda formaya nəzərən aydınlaşdırıcı rol
oynayır. Ümumi lad ahəginin yeniləşməsi hətta tematik cəhətdən oxşar elementləri bir-birindən
ayırd etməyə, formanın hissələri arasında sədd çəkməyə qadirdir. Məsələn, “Sima” oyun havasının
başlanğıc və orta bölmələri tematik cəhətdən bir-birinə yaxın olsalar da, lad etibarilə fərqlənirlər. İlk
musiqi qurumunda “re” səsinin arabir xatırlanması onun mayə funksiyasını (re-sur) bildirirsə, daha
sonra cazibə mərkəzi “fa” səsinə düşür və bu amil hissələri bir-birindən ayırır.
Yeni lad ahənginin yaranması orta bölmənin göstəricisidirsə, ilkin mayənin qayıdışı (“re”-
sur) yeni intonasiya materialı əsasında baş verir və lad-tonal repriza səciyyəsi daşıyır. Beləliklə,
nəzərdən keçirdiyimiz bu nümunədə formanın inkişafı ladın inkişafı ilə paralel davam edir. Orta
bölmə ilə repriza eyni bir hissə (ikinci) daxilində birləşdiyindən bütöv forma lad-tonal reprizalı iki
hissəli forma kimi təyin olunur. Bu kimi formanın başqa nümunələrdə də təsadüf olunması lad
amilinin təsiri ilə bağlıdır.
Maraqlıdır ki, əks hallarda (yəni eyni bir ladın əhatəsindən çıxmamaq şərti ilə tematik
yeniləşmə) formanın inkişafında yeni bir mərhələ (hissə) açmır və əvvəlki cümlənin əlavəsi kimi
təsir bağışlayır. Bir sıra nümunələrdə birdən artıq əlavələr zəncirinin olması da eyni hallarda baş
verir.
Akademik V.Asafyevin musiqi-intonasiya nəzəriyyəsinə əsasən forma quruluşu musiqi
mövzuları və onların inkişaf prinsiplərinin nəticəsi olaraq kristallaşır. Orijinal musiqi dili ilə seçilən
Azərbaycan klassik muğamlarında tədqiqatçılarımız tematizmin özünəməxsus təzahürlərindən bəhs
edirlər (R.Zöhrabov, Ş.Mahmudova və b.). Eyni cəhəti, sözsüz ki, dəqiq ritmik quruluşlu oyun
havalarına da, şamil etmək olar. Lakin bu janrda (xüsusən də onun ənənəvi nümunələrində)
mövzunun kiçik həcmi və sintaktik quruluşu çox önəmli rol oynayır. Bəzi oyun havaları ikixanəli
ibarələrin ardıcıllaşması ilə başlayırsa, digər nümunələrdə üç və dördxanəli mövzu elementlərini də
göstərmək olar.
Lakin digər tərəfdən Azərbaycan xalq musiqisində, o cümlədən oyun havalarında
tematizmlə yanaşı forma təşəkkülünün daha bir güclü mənbəyi vardır ki, bu da ladın zəngin
intonasiya potensialı və inkişafı ilə bağlıdır. İstinad pərdələrinin dəyişməsi və ya onların sadəcə
registr münasibətləri (zil-bəm və ya əksinə) yeni bölümlərində period forması tam mənada hasil
olmadan inkişafın yeni mərhələyə keçməsi kifayət qədər nümunələrdə özünü göstərir. Əgər
başlanğıc bölmə periodu əmələ gətirmirsə, o zaman 2 və ya 3 hissədən ibarət bütöv formanın da
fərqli olduğunu söyləmək olar. Beləliklə də, forma təlimi ilə əlaqəar bir sıra anlayışları və 3 hissəli
formalar və b.) şərti mənada işləndiyini etiraf etməliyik.
Azərbaycan musiqişünaslarının müxtəlif janrlar timsalında aşkar etdikləri formayaradıcı
prinsiplər qismən rəqs havalarına da şamil edilə bilər. Buna görə də həmin qiymətli təcrübənin ən
mühüm cəhətlərini ümumi şəkildə nəzərdən keçirək.
Dahi bəstəkar və musiqişünas-alim Ü.Hacıbəyov Azərbaycan şifahi musiqisinin janrlar
sistemində ilk növbədə muğam dəstgahlarına və onların lad əsasına xüsusi əhəmiyyət vermiş bu
amilin rəngarəng təzahürlərini (melodiya, quruluş, dramaturgiya) və forma təşəkkülündə oynadığı
mühüm rolu nəzəri cəhətdən sübut etmişdir.
Ü.Hacıbəyov ritm məsələsinə xüsusi bir tədqiqat əsəri həsr etməsə də, bu barədə özünün
dəyərli fikirlərini söyləmiş və dolayısıyla ritm ilə formanın qarşılıqlı əlaqələrinə də toxunmuşdur.
O, “Azərbaycan musiqi həyatına bir nəzər” adlı məqaləsində ritmik təşkilin “bəhrli” (dəqiq ritmik
quruluşlu) və “bəhrisz” (sərbəst ritm) növlərini göstərmiş, bu cəhətin formaya təsir etməsi barədə
qənaətə gəlmişdir: “Bəhri və havası (ölçüsü və melodiyası – G.M.) mövcud və müəyyən olan
musiqiyə gəldikdə bunlar da : təsnif, rəng, rəqs, el mahnılarıdır.”
Milli musiqidə forma və kompozisiya məsələləri görkəmli rus musiqişünası V.M.
Belyayevin yetirmələri sayılan B.Hüseynli, Ə.Eldarova və R.Zöhrabovun tədqiqatlarında mühüm
yer tutur.
- 164 -
Professor R.Zöhrabov muğam, onunla əlaqədar olan zərbi-muğam və təsnif janrlarına
müraciət etmiş, onların hər birində forma məsələsini qaldırmış və özünəməxsus cəhətləri aşkar
etmişdir. Musiqişünas Azərbaycan təsniflərində musiqi quruluşunu öyrənmək məqsədi ilə şeirin
bəndlərindən çıxış etmiş, onlara uyğun olaraq kupletlərin sayı və nəqəratın olub-olmamasını bir
göstərici kimi qəbul etmişdir. Təsniflərdə qeyd olunmuş refrenli və rondovari formalar isə müstəqil
musiqi qanunauyğunluqlarından irəli gəlir. Son quruluş tiplərinə oyun havalarında da tez-tez rast
gəlirik.
Təsnif və rənglər kimi dəqiq metroritmik quruluşlu komponentlər iki, üç və dörd hissədən
təşkil oluna bilər ki, bunun da nisbətən bəsit forma nümunələri müəyyən oyun havalarında öz əksini
tapmışdır. Zərbi –muğamlara gəldikdə, onların quruluş tərkibi (əksəriyyəti rondo formasındadır)
oyun havalarına uyğun deyil və buna görə də biz bu məsələni nəzərdən keçirək.
Aşıq musiqisinin struktur təhlili bu janrı tədqiq etmiş bir sıra tədqiqatçıların (Ə.Eldarova,
T.Məmmədov, A.Ozan Kərimli, K.Dadaşzadə) diqqətini cəlb etmişdir. Havaların istər sintaktik
səviyyəsində, istərsə də bütöv forma kompozisiyasında özünəməxsus cizgiləri kifayət qədər
rəngarəng şəkildə aşkar olunmuşdur.
Xalq
mahnılarının
forma
xüsusiyyətləri
Ə.Məmmədovanın
“Azərbaycan
musiqi
münasibətləri” kitabında hərtərəfli təhlilini tapmışdır. Mahnıların tematik özəkləri və struktur
prinsipləri (peridoiklik, cəmlənmə, bölünmə) oyun havaları üçün də səciyyəvi olduğu üçün hazırkı
dissertasiya işində nəzərə alınmışdır. Eni zamanda bu iki janrın bütöv forma quruluşu kifayət qədər
fərqlidir, bu da oyun havalarının sırf instrumental forması və musiqi inkişafı ilə bağlıdır.
Professor B.Hüseynli milli rəqs msuqiisnin toplayıb etnomusiqişünaslıq mövqeyindən
tədqiq etdiyi kimi (oyun havalarının folklor mədəniyyətində tutduğu yeri, coğrafi ərazilərdə
yayılması, mövcudluğu formaları və s.), onları nəzəri cəhətdən də təhlil etmişdir (lad, melodiya,
ritm və forma).
“Azərbaycan instrumental xalq rəqs musiqisi” adlı dolğun məzmunlu məqaləsində
B.Hüseynli nəinki bu janr nümunələrində rast gəlinən müxtəlif forma tiplərini ( period, sadə iki və
üçhissəli forma, rondo) qeyd etmiş, eyni zamanda tematik elementlərin uzunluğunu və bununla
əlaqədar onların struktuunu və müxtəlif üsullarla (variantlılıq , təkrarlıq, sekvensiya) inkişaf
etdirildiyini kifayət qədər not nümunələri ilə aydın şəkildə nümayiş etdirmişdir. Məqalədə bir sıra
rəqs melodiyalarının forması ayrıca şəkildə təhlil edilmişdir. (“Qızılgül”, “Uzundərə”, “Tərəkəmə”,
“Hacıcan”, “Xalabacı”, Qəşəngi”, “Gülgəz” və b.). Musiqi cümlələrinin mütənasibliyi ilə yanaşı bir
sıra hallarda qeyri-periodik quruluşlar da diqqəti cəlb edir.
Milli musiqidə sintaktik quruluş xüsusiyyətlərini öyrənmək baxımından İ.Abezqauzun
“Koroğlu” operasına həsr olunmuş tədqiqatlarının “Melos və sintaksis” adlı üçüncü fəsli müəyyən
əhəmiyyət kəsb edir.
Tədqiqatçı bilavasitə xalq musiqi janrlarını öyrənməsə də, dahi bəstəkarın yaradıcılığında
milli ənənlərdən, o cümlədən rəqs musiqisindən gələ bilən bir sıra struktur prinsiplərini
açıqlamışdır. Əsərdə qeyri-məhdud sayda variantları olan aşağıdakı tipoloji strukturlar
göstərilmişdir:
a)
Refrenli struktur;
b)
Period tezis- periodik açılma;
c)
Miqyasın getdikcə yığcamlaşmasına əsaslanan quruluş;
d)
Meloslu-variant strukturu.
İ.Abezqauzun daha əvvəllər yazdığı başqa bir əsərində şərhini tapan bir qanunauyğunluq –
əvvəlin dəyişməsi sonluqların təkrarı - xalq oyun havalarında forma təşkilinin müxtəlif
səviyyələrində təzahür edir və refrenli quruluşları şərtləndirir.
ƏDƏBİYYAT
1. B.Hüseynli. Azərbaycan instrumental xalq rəqs melodiyaları. Azərbaycan xalq musiqisi
(Oçerklər), Bakı, 1981
2. M.S. İsmayılov. “Azərbaycan xalq musiqisinin janrları”, Bakı, 1984
- 165 -
3. R. Zöhrabov. “Rast” muğam dəstgahının nəzəri əsasları. Bakı, 2002
4. R.Zöhrabov. Zərbi muğamlar (musiqi- nəzəri tədqiqat) Bakı, 2002
5. И. Абезгауз. Опера «Кероглы» Узеира Гаджибекова М., 1987
6. Т.Мамедов. Традиционные напевы ашыгов Азербайджана. Баку, 1988
ABSTRACT
Gunay Mammadova
The form problem in Azerbaijan folk music
The article deal with the form problem of the samples belonging to various branches of our
folk music investigated by local and Russian musicologists.
РЕЗЮМЕ
Гюнай Мамедова
Dostları ilə paylaş: |