ƏDƏBİYYAT
1.”Şərq qapısı” qəzeti, 28 fevral 1998-ci il
2. Əhmədov H. 170 yaşlı Naxçıvan şəhər məktəbinin tarixindən , “Azərbaycan
müəllimi” qəzeti, 25 yanvar 2008-ci il
3.”Кавказский календарь” на 1846 год, Тифлис, s.184
4.Azərbaycan Republikası Mərkəzi Dövlət Tarix Arxivi, f.845, s.1, iş 3, vər.1
5.Əhmədov H. M. XIX əsr Azərbaycan məktəbi, Bakı, Təhsil, 2006
6.Azərbaycan Republikası Mərkəzi Dövlət Tarix Arxivi, f.845, s.1, iş 3, vər.3
7.Azərbaycan Republikası Mərkəzi Dövlət Tarix Arxivi, f.845, s.1, iş 62,
vər.70
8.Naxçıvan MR Dövlət Tapix Arxivi, f.26, s.1, iş 5, vər.1-3
9.Naxçıvan MR Dövlət Tapix Arxivi, f.26, s.1, iş 5, vər.4-6
ABSTRACT
Vahid Rzayev
THE FIRST TEACHER OF THE AZERBAIJANI
OF NAKHCHIVAN UYEZD SCHOOL
The paper is devoted to life and pedagogical activities of Mullah Allahverdi Imamgulu oglu
Sultanov, the first teacher of the Azerbaijani and Sharia laws in the Nakhchivan uyezd school.
For the first time pedagogical activities of the national educator Allahverdi Sultanov from
1837 to 1851 are studied on the basis of archival materials.
РЕЗЮМЕ
Вахид Рзаев
THE FIRST TEACHER OF THE AZERBAIJANI
OF NAKHCHIVAN UYEZD SCHOOL
Статья посвящена жизни и педагогической деятельности первого учителя
азербайджанского языка и законов шариата Нахчыванской уездной школы Моллы
Аллахверди Имамгулу оглу Султанова.
Впервые на основе архивных материалов исследована педагогическая деятельность
народного просветителя Аллахверди Султанова с 1837 по 1851 гг.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
K.Camalov
- 217 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
RƏCƏB AĞAYEV
Naxçıvan Dövlət Universiteti
UOT:37.018
DOĞMA ANA DİLİNƏ MƏHƏBBƏT TƏRBİYƏSİ
Açar sözlər: ana dili, doğma, düşüncə, dilin incəlikləri, şüurluluq, qürur hissi.
Key words: mother tongue, native, thought, peculiarities of language, consciousness,
felling of proud
Ключевые слова: родной язык, сознание, элементы языка, сознательность, чувства
гордости.
Hər bir insan onu dünyaya gətirmiş anasının dilini sevərəkdən yaxşı bilməlidir. Ana dilinə
dərin məhəbbət və ehtiramla yanaşmalıdır. Ana dili onun üçün doğmadır, əzizdir. Hər bir uşağın,
gəncin inkişafında, onun kamil şəxsiyyət kimi formalaşmasında soy kökündən gələn ana dili böyük
imkanlara malikdir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə demiş olsaq “Ana
dilim- Ana köküm” deməkdir. Bu kökə bağlı olmaq hər bir azərbaycan vətəndaşının insanlıq və
həm də vətəndaşlıq borcudur. Hər bir insana ana dili başqa dillərin də dərindən öyrənməsinə imkan,
şərait və real zəmin yaradır. Başqa dilləri öz doğma ana dilinin əsasında öyrənmək hər bir insan
üçün asanlıq yaradır. Çox dil bilməyin mənəvi zənginləşməkdə, kamil şəxsiyyət kimi
formalaşmaqda, gərəkli insana çevrilməkdə rolu dəyəri xüsusilə böyükdür. Çoxlu dilin incəliklərinə
yiyələnmək çoxlarının və o cümlədən dahi şəxsiyyətlərin arzusudur, istəyidir. Ana dili ilə yanaşı
başqa dillərdə də aydın, səlis danışmağı bizə ümumi milli liderimiz Heydər Əlirza oğlu Əliyev
tövsiyə etmişdir. O, deyir:
“Mən istərdim ki, bizim gənclər Füzulini Azərbaycan dilində, Şekspri ingilis dilində, Puşkini
rus dilində oxusunlar. Azərbaycan xalqının ümumi milli lideri Heydər Əlirza oğlu Əliyevin bu
çağırışına, bu tövsiyəsinə riayət etmək üçün gənclərimiz harda olmasından asılı olmayaraq sağlam
düşüncə əsasında birinci növbədə öz doğma ana dilinin incəliklərinə dərindən bələd olmalı və
doğma vətənimizə, doğma dilimizə qəlblərində dərin sevgi, məhəbbət hissini daima şölələndirərək
yaşatmalıdırlar. Sağlam düşüncə əsasında gənclərimizin qəlbində doğma ana dilinə formalaşan
məhəbbət hissi onlarda Vətənə olan məhəbbət hissini də qat-qat yüksəldilməsinə səbəb olur. Bu
baxımdan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin heyrətamiz, nəsihətamiz, ibrətamiz
şəxsi nümunəsi görünür, müşahidə olunur və duyulur. Dahi rəhbərin, dahi böyük şəxsiyyətin rus
dilində və Azərbaycan dilində söylədiyi nitqlər aydınlığı, səlisliyi ilə bir-birini tamamlayır, biri-
birinin təkamülünə, inkişafına yaxından köməklik göstərir.
Valideynlər, tərbiyəçilər sağlam düşüncəyə söykənərəkdən əziz övladlarımıza, sağlam
düşüncəyə söykənərəkdən şüurluluq, sağlam ruh əsasında dərk etdirməlidirlər ki, onlar nə qədər
çox dil bilsələr yaxşıdır, lakin öz ana dillərini başqa dillərlə əvəz etmək insaniyyətliliklə bir araya
sığmaz. Tərbiyəedənlər və tərbiyəolunanlar insani fəaliyyət olan sağlam düşüncə əsasında dərk
edərək bilməlidirlər ki, uşaq, “ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir, o ,eyni zamanda
- 218 -
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili təbiətin ona heç bir tərbiyəçinin
izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən adamların xarakteri ilə, onun
istəkləri ilə heç bir tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq etiqadlarına,
xalq poeziyasına heç bir ədəbiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o elə
məntiqi anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə bunu heç bir filosof uşağa verə bilməz”
(1.s.113).
Hər bir Azərbaycanlı öz doğma ana dilindən istifadə edərkən, başqaları ilə səmimi
ünsiyyətə girərkən insani fəaliyyət olan sağlam düşüncəyə söykənərəkdən qürur hissi keçirməlidir.
Bu baxımdan Dahi şəxsiyyət Heydər Əliyev hər bir Azərbaycanlıya görünən, müşahidə olunan,
duyulan ideal nümunədir. O, deyir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm, mən
Azərbaycanlıyam”. Bu ifadəsinin müəllifi böyük, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev doğma
ana dilini coşğun məhəbbərlə sevdiyi kimi , əsrarəngiz gözəlliyə malik vətənimizi də sevərəkdən
onun inkişafına, müstəqilliyinə, ərazi bütövlüyünə, toxunalmızlığına fədakarlıqla çalışmış və ona
müvəffəqiyyətlə nail olmağa cəhd göstərmişdir.
Ana dilini dərindən bilmək insanın mənəvi zənginləşməsinə, kamil şəxsiyyət kimi
formalaşmasına səbəb olur, həm də başqa dilləri də dərindən öyrənməkdə ona yaxından kömək və
yardım göstərmiş olur. Ana dilini, onun əsasında başqa dilləri öyrənmək insanda ana dilində və
habelə mənimsədiyi başqa dillərdə səmimi ünsiyyət və nitq mədəniyyətini yüksəldir. Onu da sağlam
düşüncə əsasında dərk edərəkdən bilməliyik ki, mənəvi ünsiyyət hər bir insanın mənəvi
zənginləşməsinə real zəmin yaradır. Mənəvi ünsiyyət göstərilən tərbiyəvi təsirlərin təsirini qat-qat
yüksəldir. Hər bir insanı qarşılaşdığı şəxslə biliyinə, fərdi xüsusiyyətlərinə, peşəsinə uyğun olaraq
səmimi ünsiyyətə girməsinə zəmin yaradır və habelə səbəb olur.
Hər bir gənc bilməlidir ki, doğma ana dilinin və o cümlədən başqa dillərin sirlərinə sağlam
düşüncə əsasında yiyələnməkdə fiziki sağlamlığın da rolu, dəyəri xeyli böyükdür. Fiziki sağlamlıq
insanın hər bir sözü yerli-yerində işlətməsinə, fikir və mülahizələrini düzgün tələffüz və ifadə
etməsinə yaxından köməklik göstərmiş olur. Pedaqoji ədəbiyyatlardan məlumdur ki, fiziki
sağlamlıq şəxsiyyət bütövlüyünün əsasıdır. Bu söylədiklərimiz baxımından fikrimizi zəkalar sultanı
Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində söylədiyi aşağıdakı poetik misralar bir daha
təsdiqləyir:
Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar, bədən də, söz də.
Bədən xəstə olsa belədir sonu,
Sərv olsa da, azar yatırar onu.
Neyləyir özünə özü xəstənin,
Xəstə olar, fikri, sözü xəstənin.
Ana dilini dərindən bilmək, ondan sağlam düşüncə əsasında düzgün istifadə etmək hər bir
vətəndaşın mənəvi ləyaqət səviyyəsini, vətəndaşlıq qeyrətini, doğma vətənə məhəbbət hissini qat-
qat yüksəldir və onun doğma ana dilinə düzgün münasibət bəsləməsinə sirayət edir. Bu
cəhətlərdən də hər bir insanı soy kökünə düzgün münasibət bəsləməkdə doğma ana dilini dərindən
bilməsinin rolu, dəyəri xeyli böyükdür. İnsani fəaliyyət səciyyəsi daşıyan sağlam düşüncə əsasında
bilməliyik ki, K.Pauistovskinin xatırlatdığı kimi, “ Hər bir insanın öz ana dilinə münasibəti onun
mədəni səviyyəsi ilə yanaşı, vətəndaşlıq qeyrətini də müəyyən edir. Ana dilini sevmədən, Vətəni
sevmək mümkün deyildir. Öz ana dilinə biganə olan adam vəhşidir” (2.s.21).
Doğma ana dilinə məhəbbət hissi atadan, anadan uşağa soy kökümdən genlərlə övladlarına
keçir. Bununla ata, ana kifayətlənməməlidir. Ata da, ana da öz doğma ana dilinin incəliklərini
körpəlik dövründən başlayaraq övladlarına öyrətməyə, aşılamağa çalışmalı və habelə cəhd
göstərməlidir. Ata, ana uşaqlarının doğma ana dilində hər bir sözdən yerli-yerində istifadə etmək
işində yaxından köməklik göstərməlidir. Kiçik yaş dövründən başlayaraq övladlarında doğma ana
dillərində səlis nitqlə danışmaq baxımından görünən, müşahidə olunan, duyulan ideal nümunə
olmalıdırlar. Valideynlər və övladları unutmakalıdırlar ki, “özümüzü başqaları ilə bərabər hüquqlu
bir xalq kimi dərk etmək, özümüzə, milli varlığımıza hörmət etmək” hər bir azərbaycanlının
- 219 -
müqəddəs vəzifəsi və o cümlədən Azərbaycan vətəndaşının həm insanlıq, həm də vətəndaşlıq
borcudur (2.s.22).
Azərbaycan beynəlmiləl dövlətdir. Dövlətimizdə yaşayan az saylı xalqlara, onların milli
mənlik şüurlarını, milli dillərini qoruyub saxlamalarına xalqımızın bütün nümayəndələri yaxından
köməklik göstərir və həqiqətən də göstərməlidir. Sevindirici haldır ki, müxtəlif xalqların
nümayəndələri vətənimizdə milli mənlik şüurlarını, milli dillərini, adət-ənənələrtini qoruyub
saxlamaq zəminində “çiyin-çiyinə çalışır, mehriban ailə kimi yaşayırlar” (2.s.25).
Vətənimizi ana vətən adlandırırıq. Ana vətəninə, doğma xalqına, doğma elinə-obasına
biganəlik hər bir insanın ləyaqət hissinin aşağı olması ilə baş verir. İnsan harada olmasından asılı
olmayaraq milli ləyaqət hissini göz bəbəyi kimi qoruyub saxlamalı və onu yaşatmalıdırlar. Bu
söylənilənlər baxımından xalq şairi Bəxtiyar Vahabzadə öz səmimi hiss və duyğularını aşağıdakı
misraları ilə çox gözəl açıqlayır. O, yazır:
Doğma vətəninə, doğma elinə,
Ata-babasına, ana dilinə,
Biganə kəsilən əqidəsizdən
Hansı həqiqəti tələb edim mən? (3.s.111).
Əksər xalqlar öz ana dilini sevərəkdən öyrənirlər. Əksər xalqların öz ana dilini sevərəkdən
öyrənməsi, bilməsi təbii haldır. Hər millət öz ana dilini dərindən bilməlidir. Bu onun həm insanlıq,
həm də vətəndaşlıq borcudur. “Gürcü xalqı Tbilisidə Ana dilinə böyük bir heykəl qoyub. Sentyabrın
1-də məktəblilər “Ana dili” heykəlinin qarşısında bu dilə sadiq olduqlarına and içib tədris ilinə
başlayırlar” (2, s.24-25).
Sevindirici haldır ki, Naxçıvan şəhərində köhnə Hüseyn Cavid adına dörd nömrəli orta
məktəbinin yerində “Ana dili” abidəsi ucaldılmışdır. Məktəblilərin “Ana dili” abidəsi önünə
gətirilməsi, müəllimlərin və valideynlərin ana dilini öyrənməyin yolları, faydası, dəyəri ilə bağlı
söhbətlərin aparılması uşaqlarda ana dilinə məhəbbət hissinin formalaşdırılmasında mühüm rol
oynamış olar.
ƏDƏBİYYAT
1.
K.D.Uşinski. Seçilmiş əsərləri, Bakı, 1953.
2.
Bəxtiyar Vahabzadə. “Gəlin açıq danışaq”,Bakı, 1988.
3.
Bəxtiyar Vahabzadə. “Axı dünya fırlanır”, Bakı, 1987.
ABSTRACT
Rajab Aghayev
The presented article deals with the ways of fostering the value and significance of immorta-
lizing mother tongue which means “my mother tongue-my mother origin”.
РЕЗЮМЕ
Раджаб Агаев
В статье «Воспитание любви к родному языку» говорится о полезности, ценности и
путях привитии любви к родному языку, носившему в себе значение и характер выражения
«Мой родной язык – мои корни».
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
- 220 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
KAMAL CAMALOV
Naxçıvan Dövlət Universiteti
kamal.camalov@gmail.com
UOT:37(091)
FƏZLULLAH NƏİMİNİN ƏXLAQİ GÖRÜŞLƏRİ
Açar sözlər: Fəzlullah Nəimi, hürufilik təriqəti, «Vəsiyyətnamə» əsəri, kamil insan
Key words: Fazlullah Naimi, Hurufism sect, written will work, perfect human
Ключевые слова: Фазлуллах Наими, секта Хюрифилик, произведение «Завещание»,
совершенный человек
Yaxın və Orta Şərq ölkələrində alim, şair, mütəfəkkir və ən əsası hürufilik təriqətinin banisi
kimi tanınan Şeyx Fəzlullah Nəiminin anadan olmasından 675 (1339-1394), ölümündən isə 620 il
ötür. Ancaq onun qələmə aldığı «Cavidannamə», «Ərşnamə», «Növmnamə» (yuxu haqqında kitab),
«Məhəbbətnamə» və «Vəsiyyətnamə» kimi əsərləri dillərdə, könüllərdə hələ da yaşamaqdadır. Bu
kimi məşhur əsərlərin «təhlillərindən görünür ki, o, həssas bir nəzəri düşüncəyə və idrak qabiliyyə-
tinə malik olmuşdur» (4, səh.78).
Hürufizmin banisi və rəhbəri Fəzlullah Nəiminin öldürülməsi tarixi və öldürüldüyü yer
barədə hələ də mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. Bunun əsas səbəbi əldə olan və
istifadə edilən mənbələrdə Nəimi haqqında geniş və dəqiq məlumatın verilməməsidir. Daha
doğrusu, Nəiminin doğulduğu yer və öldürülməsi tarixi yerli mənbələrdə aydın, ətraflı təsvir
olunmamış və bəzən də biri digərinə zidd məlumatlar verilmişdir. Ziddiyyətlərin meydana
çıxmasında ilk mənbələrin üzünü köçürən xəttatların da müəyyən günahı olmuşdur desək yanılma-
rıq. Belə ki, onlar düzgün oxuya bilmədikləri hər hansı bir sözü, rəqəmi səhv yazmış, yaxud sadəcə
olaraq səhv köçürmüşlər. Bu və ya digər səbəblərə görə alimlər Nəiminin əslinin haralı olması,
təvəllüdü, vəfatı və s. haqqında müxtəlif və biri digərinə uyğun gəlməyən məlumat vermişlər.
Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli, Yaqub Babayev, Rəhim Əliyev və b.
Fəzlullah Nəiminin Təbrizli olduğunu, keçmiş sovet tədqiqatçılarından İ.P.Petruşevski Nəiminin
1393-1394-cü illərdə Şirvanda, Məhəmmədli Tərbiyət 1394-cü ildə Naxçıvanda, H.Araslı 1394-cü
ildə Naxçıvanda, Mirzağa Quluzadə 1394-cü və ya 1396-cı ildə Şirvanda, Lətif Hüseynzadə 1393-
cü ildə Naxçıvanda, Tağı Musəvi 1394-cü ildə Əlincədə, Əliəjdər Səidzadə 1394-cü ildə Naxçıvan-
da, «Azərbaycan tarixi» kitabında 1402-ci ildə Şirvanda, «Azərbaycan fəlsəfəsinin tarixinə dair
oçerklər» kitabında isə hicri 804 (1401-1402)-cü ildə Naxçıvanda öldürüldüyü göstərilmişdir. İranın
görkəmli tarixçi alimi Səid Nəfisi Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il
sentyabrın 2-də) öldürüldüyünü və qəbrinin Naxçıvanın Əlincə adlanan yerində olduğunu, Cəfər
İbrahimov 1402-ci ildə Naxçıvanda və nəhayət mötəbər ədəbiyyat və mənbə sayılan ASE-nin VII
cildində 1394-cü ildə Naxçıvanda öldürüldüyü qeyd olunmuşdur.
- 221 -
Şərq şairləri, o cümlədən də Azərbaycanın söz ustaları öz dövrlərində baş vermiş müxtəlif
hadisələri – şahın taxta çıxmasını, ölümünü, görkəmli bir alim və şairin vəfatını və s. təsvir etmiş və
həmin hadisənin nə vaxt baş verdiyini əbcəd hesabı ilə vermişlər. Belə şeirlər ədəbiyyatda maddeyi-
tarix adlanır.
Görkəmli bir hürufi kimi İmadəddin Nəsiminin müridi Nəimi ölümünə maddeyi-tarix
yazdığını güman etmək olar. Odur ki, Nəsimi divanlarının əldə olan müxtəlif əlyazma, çap
nüsxələrini nəzərdən keçirir və Nəiminin öldürülməsinə həsr olunmuş maddeyi-tarixi axtarırıq.
Nəsimi divanının Tehran universitetinin mərkəzi kitabxanasında saxlanılan bir əlyazmasında onun
Nəiminin öldürülməsi barədə olan maddeyi-tarixinə rast gəlirik. Hicri 1087 (1666-1667)-ci ildə üzü
köçürülmüş 203 səhifəlik bu əlyazmasında üç şairin Nəsiminin, Seyid Nemətullahın və Əsirinin
şeirləri toplanmışdır. Təəssüf ki, əlyazmasının son vərəqləri itmişdir.
Nəiminin
ölümü haqqında olan maddeyi-tarix bu əlyazmasının 163-cü səhifəsində
yazılmışdır. Farsca olan bu şeirdə göstərilir ki, Şərq və Qərb Yəcucun fitnəsi ilə doldu (Yəcuc və
Məcuc yer üzündə fitnə-fəsad törədən, işğalçı, qaniçən bir tayfadır – K.C.). Teymur ən qaddar zalım
idi. Onun kimi bir zalımı heç kəs görməyib və bundan sonra da yəqin ki, görməyəcəkdir.
Miranşahın tələbi ilə Nəimi Şirvan mülkündən getdi. Maranşah (Teymurun oğlu Miranşah Nəimini
öldürdüyü üçün hürufilər onu «Marahşah», yəni «İlanşah» adlandırmışlar – K.C.) onu öldürdü. Bu
zaman hicrətdən 796 il keçmişdi. Təsadüfən fəqirlərin bayramı olan cümə günü, zülqədə ayının 6-sı
idi (1394, 2 sentyabr).
Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da Miranşah tərəfindən Əlincədə öldürüldüyünü
təsvir edən bu maddeyi-tarix müxtəlif mənbələrdə həmin tarixi və yeri göstərən digər müəlliflərin
də düzgün məlumat verdiklərini təsdiq edir. Bu tarix və yeri qeyd edən həmin müəlliflərin məlumatı
da öz növbəsində Nəsiminin maddeyi-tarixinin dəqiq bir sənəd olduğunu göstərir.
Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) Miranşah
tərəfindən Əlincədə öldürüldüyünü sübut edə biləcək digər bir sənəd Miranşahın həmin vaxtda
orada olub-olmaması məsələsidir. Buna görə bu məsələdən də bəhs etmək vacibdir.
Teymur dövründə yaşayıb onun tarixini yazmış tarixçilərdən Şərəfəddin Əli Yəzdinin və
Nizaməddin Şaminin «Zəfərnamə» adlı əsərində hicri 796-cı il hadisələri təsvir edilərkən göstərilir
ki, Teymur Məhəmməd Dərviş Bərlası bir bölük ordu ilə Əlincə qalasını tutmağa göndərdi. Rəcəb
(may) ayında isə oğlu Miranşaha göstəriş verir ki, Əlincəyə gedib qalanın mühasirəsi ilə məşğul
olsun. Şəban (iyun) ayında Xacə Ağbuca bir dəstə qoşunla Əlincəni mühasirə edən Məhəmməd
Dərviş Bərlasın köməyinə göndərilir. Teymur öz ordusu ilə Gürcüstanı və Şəkini işğal edir. Bu
zaman Şirvandan xəbər gəlir ki, Toxtamışın ordusu Dərbənddən keçib Şirvanın bəzi əyalətlərinə
hücum etmişdir. Teymur Şəkidən onlara tərəf gedir. Toxtamışın ordusu bu xəbəri eşidib geri
qayıdır. Teymur Kür çayının kənarı ilə irəliləyərkən, Toxtamışın ordusunun geri qayıtması xəbəri
ona çatır. Teymur qışlamaq üçün yer seçilməsi barədə göstəriş verir. Mahmudabad şəhəri münasib
hesab olunur. Teymur oraya gəlir və Fəxrabad kəndi yaxınlığındakı Qalıngünbəzdə düşərgə salır. O,
öz ailəsini də Sultaniyyədən oraya gətirtdirir. Bu zaman Miranşah da Əlincədən Teymurun yanına
gəlir. Teymur həmin ilin qışını burada keçirir. Qışın axırında isə ikinci dəfə Toxtamışın üzərinə
hücum çəkir.
Tarixçilərin əsərlərindəki geniş təsvirlərin bu qısa xülasəsindən məlum olur ki, Teymur
1394-cü ilin təxminən mart-aprel aylarında Məhəmməd Dərviş Bərlasın başçılığı altında Əlincə
qalasını almaq üçün ordu göndərir. Bu ordu müvəffəqiyyət qazana bilmədiyi üçün may ayında oğlu
Miranşah da Əlincəyə yola düşür. Qalanın mühafizəçiləri onların hücumlarını mətanətlə dəf
etdikləri üçün Teymur Xacə Ağbucanın başçılığı ilə yeni bir ordu göndərir. Miranşah 1394-cü ilin
ortalarından qışın əvvəllərinə qədər Əlincənin alınmasına rəhbərlik edir. Deməli, Miranşah 1394-cü
il sentyabrın 2-də Əlincədə olmuşdur. Şirvandan tələb edib gətirtdiyi Nəimini həmin tarixdə
öldürtmüşdür. Repressiyaya məruz qalan gözəl alim və tədqiqatçı Salman Mümtaz (1883-1937) da
«Azərbaycan ədəbiyyatının qaynaqları» adlı əsərində də yazır ki, «Şah Fəzlullah bir çoxunun,
bilxassə cahil və mütəəssib mollaların xoşuna gəlmədiyindən onların tərəfindən təkfir olunmuş və
cahil üləmanın fitvası ilə Miran şah Şah Fəzlullahı Şirvandan gətirdərək» (5, səh.280) Naxçıvanda
amansız şəkildə qətlə yetirmişdir.
- 222 -
Əbu Məhəmməd oğlu Fəzlullah özünə Nəimi təxəllüsünü seçmişdir. Nəimi təxəllüsünü də
təsadüfən seçməmişdir. Nəimi ərəb mənşəli söz olub – mənası nemət, bolluq, rifah içində yaşama
mənasını verir. Biz nəim ifadəsinə müqəddəs kitabımız «Quran»da da rast gəlirik. Yerin və göyün
yaradanı Allah «Quran»i Kərimdə xoş əməl sahibi olanları axirət dünyasında cənnətlərlə
mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir.Yüz iyirmi ayədən ibarət olan
«Əl-Maidə» («Süfrə») surəsinin 65-ci ayəsində deyilir: «Əgər kitab əhli (Məhəmməd peyğəmbərə
və Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən çəkinsələr, Biz, sözsüz ki, onların
günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik» (1,
səh.97). Buradan belə ehtimal çıxara bilərik ki, Fəzlullah «Nəimi» təxəllüsünü «Quran»dan
götürmüşdür. Həmçinin nəim – xoşbəxt yaşamaq, firavan yaşamaq, aydınlıq anlamını da ifadə
etməkdədir. Bununla o, tərəfdarlarının nəzərinə çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik xurafatçı axund
və mollaların vəd etdiyi cənnətdə deyildir, onu bu dünyada həqqə tapınmaqla tapa bilərsiniz.
Fəzlullah ilk əvvəl elmi biliyini özü öz üzərində müstəqil çalışmaqla, necə deyərlər, ən gözəl
təhsil özünütəhsildir konsepsiyasını əsas tutaraq öyrənmişdir. Bundan sonra elmi dünyagörüşünü
daha da artırmaq üçün 1369-cu ildə İsfahana, 1373-cü ildə isə Məkkəyə səfər etmiş, bilik əldə etmiş
və mürşidlik, kamillik zirvəsinə ucalmışdır. 1386-cı ildən isə öz ideyasını, hürufilik təriqətini
yaymağa başlamış və yüzlərlə müridi əqidə birliyi ilə ətrafına toplamışdır.
Qoca Şərqdə onlarla təriqət yaranmışdır. Doğrudur, bəzi təriqətlərdəki (sufilik, hənəfilik,
mövləvilik, babilik və s.) ideyalar daha erkən təşəkkül tapmış, daha əhatəli və uzunömürlü olmuş,
ictimai, dini-fəlsəfi, ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, kütləviləşmiş, orta
əsrlər islam şərqində ədəbi meydanın daha böyük sahəsini öz təsiri altına almışdır. Ancaq bir çox
təriqətlər isə (vəhabilik, bəhailik, tuqilik və s. ) əndazədən çıxaraq ifrata varmış, bir olan Allahın
varlığına yox, şeytaniliyə, insanın xoşbəxtliyinə xələl gətirəcək işlərə xidmət etmiş və etməkdədir.
Ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, təşəkkül tapmış və uzunömürlü
olmuş təriqətlərdən biri də, əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuş hürufizm təriqətidir. Əgər
sufizm təriqətinin yaradıcı Hüseyn Həllac Mənsur (848- 922) ilahi eşq fəlsəfəsinə üstünlük
verirdisə, Fəzlullah Nəimi hürufilikdə ağıla, təfəkkürə, kamilliyə daha çox üstünlük vermişdir.
Nəimi deyir ki, kainat insanın varlığındadır. İnsan özünü öyrənsə, dərk etsə, dünyanın sirlərini öyrə-
nə bilər. Həyatın, kainatın sirləri hərflərdədir. Hərflər insan sifətində olan xətlərdədir. Hürufilikdə
Allah eyni zamanda söz-kəlam şəklində təcəlli edir. Hərflər isə sözlərin ifadə vasitəsidir. Demək,
Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış
insanın üzündə əks olunmuşdur. Məhəmməd Peyğəmbərin kəlamları 28 hərfdə öz ifadəsini tap-
mışdır. Dərin istedad və biliyə malik olan Fəzlullah Nəimi isə fars dilində işlənən 32 hərfi əsas
götürmüşdür. Onun «Cavidannamə»si sivu dodan, yəni 32 hərfdən ibarətdir. İnsanın üzündə
anadangəlmə yeddi xətt vardır: iki qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən – su, hava, od,
torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir, hamısının sayı isə 28 olur. Saç ortadan
ikiyə ayrıldıqda yeddi xətt səkkiz olur; səkkizi dörd ünsürə vurduqda isə otuz iki alınır. «Hürufilik
kodeksində insan təkcə mənəvi keyfiyyət, qüdrət və əzəmətinə görə deyil, zahiri görünüş, camal
gözəlliyi, hüsn və surəti etibarilə də Haqqın təcəlli nuru, Tanrı vəchinin təcəllisi hesab olunurdu»
(5, səh.68). Belə ki, insan surətcə də çox gözəl yaradılmışdı və Nəimiyə görə, onun hüsnündə
ilahinin camal gözəlliyinin nişanələri vardır. İnsanın siması xüsusilə gözəl xəlq olunmuşdur və o,
Haqqa məxsus bir sıra əlamətlərin daşıyıcısıdır. Başqa sözlə, Haqqa aid bəzi nişanələr bir dəlil kimi,
bəşər övladının üzündə öz əksini tapmışdır. Məsələn, insanın üzündə «Allah» sözü yazılmışdır.
Belə ki, ərəb əlifbasındakı «əlif» (ا) – insanın qaməti, «kaf»(ق) – qaşları, «hə» (ﺣ) – gözləri, «ləm»
(ل) – burnu, «mim» (ـمـ) – ağzı, «nun» ( ن ) – çənəsi, «dəl» (ﺩ) – qocalanda qaməti – hərflərinə bən-
zədilir. «Allah (ﷲ) kəlməsi də bu hərflərin birləşməsindən yaranır. «Buna görə hürufilər allahın
Fəzlullahda təcəssüm etdiyinə inanırlar» (7, səh.14).
Yaradıcılıq yolu zəngin olan, həm nəzm və həm də nəsrlə əsərlərini qələmə alan Nəiminin
fikrincə, insanları ədalətə qovuşdurmaq üçün hökmdar kamil insan olmalıdır, insanların hamısı
kamil olmalıdır. İnsanın ən qəddar düşməni cəhalətdir, nadanlıqdır.
«İnsan ədəbdən ibarətdir» kəlamını şüara çevirən və mövləvilik təriqətinin əsasını qoyan
Mövlana Cəlaləddin Rumi irqindən, dinindən, dilindən asılı olmayaraq, bütün insanlara qucağını
- 223 -
açan, onlara ilahi sevginin, qardaşlığın, barışın, sülhün və səadətin açarı olduğunu varlığı ilə
anladan şeyxlər şeyxidir. Yüz dəfə günah işləsə də və yüz dəfə tövbə etsə də insanın ümidsizliyə
qapılmamasını, Ulu Tanrı tərəfindən yenə bağışlanacağını ümid edən Mövlana belə deyirdi:
Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,
İstər xristian, istər məcusi, istər bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl! (3, səh.178)
Dünyada ən qiymətli sərvət kamil insandır və kamil insan surətini Allahla eyniləşdirən
Fəzlullah Nəimi isə deyir ki, kamil insan dedikdə onun alçağı, yüksəyi, müsəlmanı, xaçpərəsti,
bütpərəsti yoxdur. İslamiyyət və xaçpərəstlik arasında ixtilaf salmaq, məscidlə kilsə arasında fərq
qoymaq insanları bir-birinə düşmən edir. Dinindən, məzhəbindən asılı olmayaraq Allahdan lütf və
mərhəmət umanlar özləri mərhəmətli və ədalətli olmalıdırlar. Həqiqi etiqad insandan ədalət və
sədaqət tələb edir. İnsanın etiqadı ilə əməli arasında uçurum olmamalıdır. Alimi-biəmal olanlar,
sözdə həqiqət və insafdan dəm vuranlar, xalqa zülm edənlər riyakardırlar.
Qeyd edək ki, sufilik təriqətilə hürufilik təriqəti arasında müəyyən oxşarlıqlar da vardır. Bu
oxşarlıqlardan biri də hər iki təriqət üzvlərinin Allahı səmada, boş fəzada yox, insanın qəlbində
tapmasıdır. Hələ Nəimidən xeyli əvvəllər yaşayan və sufi şair kimi tanıdığımız Yunus İmrə (1240-
1320) yazırdı ki:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri!
Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri! (8, səh.20)
Nəimi isə deyir ki, insan Haqqa məzhər və Xudanın özüdür:
Bizdən soruş, еy oğul, Xudanı
Biz məzhərik indi laməkana.
...Həqqi arama kənarda hеç vaxt,
Həqq səndədi, sən özün Xudasan (6, səh.68).
Nəiminin sonuncu əsəri «qara buludlar»ın başının üzərini aldığı zaman həyəcan dolu
vəziyyətdə (fikirlərini bir neçə dəfə təkrar etdiyinə görə həyəcanlı vəziyyətdə deyirik) qələmə aldığı
və gizli şəkildə öz yaxınlarına göndərdiyi «Vəsiyyətnamə» olmuşdur. Əmir Teymurun əmri ilə
amansız şəkildə təqibə məruz qalan Nəimini daha çox qızları Fatimə, Aişə, İsmət və müridlərinin,
məsləkdaşlarının hər an faciə ilə bitəcək sabahları narahat edir. Yaxın dostları və məsləkdaşları olan
Dərviş Hacıya, Seyid Məhəmmədə, Xacə Fəxrəddinə, Seyid Əliyə (İmadəddin Nəsimiyə) və b.
dönələrlə, təkrar-təkrar tapşırıqlarını verərək yazır: «Allahın, Allahın, Allahın xatirinə övladlarımın
qorunmasında qüsura yol verilməsin. Dünyanı saxlayan ilahi-namusdur... Ola bilsin ki, təşkil
olunmuş dəstədən adam gələr (Əmir Teymurun göndərə biləcəyi qoşuna işarədir – K.C.), bütün mü-
ridlər tələf ola bilərlər, hamıya qəsd edilə bilər. Harada olsalar elə etsinlər ki, mənim müridim olma-
larını bir kimsə bilməsin» (2, səh.195).
Nəimi Şirvanda yaşadığı son təlatümlü günlərini imam Hüseynin Kərbəlada qəddarcasına
aşura günündə (10 oktyabr 680-cı il) Yezid tərəfindən başına gətirilən faciəyə oxşadır. Şirvanı isə
Kərbəlaya bənzədərək yazır:
Mən zəmanənin Hüseyniyəm, naəhlilər
də (namərdlər də - K.C.) mənim Yezid və Şümürümdürlər.
Ruzigarım başdan-başa aşuradır,
Şirvan da Kərbala (2, səh.197)
- 224 -
Fəzlullah Nəimi sanki qarşıda onu şiddətli faciənin gözlədiyini övliyalar kimi əvvəlcədən
hiss edib
duyubmuş. «Vəsiyyətnamə»də yazır ki, «...hər xəbərdən bu dərəcə agah olduğum sizə də
(qızları və dostlarını nəzərdə tutur – K.C.) məlum olsun» (2, səh.197).
Nəimi bu təlatümlü günlərin yaxında olduğunu əvvəlcədən hiss etdiyindən yazır ki, «öz
geyiminizi və xarici görüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın. Möhkəm və
əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç kim gəlməmiş və
tələfata uğramamış getmiş olasınız. Əlbəttə, əlbəttə, əlbəttə getməkdə tələsin. Uzaq dağlıq yerlərə
çəkilin. Adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün» (2, səh.196).
Fəzlullah Nəimi vəsiyyətnaməsində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti
məsələlərini, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq
qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar
və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayaraq yazır: «Bacılar
sözdən çıxmamalıdırlar. Böyük bacı onlar üçün ata, həm də anadır. Mənim də vəkilim və canişinim
odur. Allahın salamı olan böyük bacılarına (Fatiməyə - K.C.) mən də salam söyləyirəm. Öz övladlarımı
görməyə olan həvəsimi şərh etmək mümkün deyildir
. Bu iş ilahi bir iş olduğuna görə tədbirə sığmaz.
Övladlarımdan ayrıldığım gün onlar kədərli idilər. Buna görə mən də çox kədərlənirəm. İndi məni
heç bir ixtiyarım olmadan aparırlar. Görək iş nə ilə bitəcək. Bu fəqirin heç bir dini və dünyəvi
nigarançılığı yoxdur. Ancaq tamamilə yalqız qalmış və kimsəsizlərin kimsəsindən başqa hamiləri
olmayan övladlarımın dərdini çəkirəm ki, çox köməksizdirlər. Allah-təalaya ürək bağlayın.
Bacılarından göz-qulaq olmaqda diqqətini artır. Onları heç incitmə. Əgər onların xeyri üçün olsa belə -
incitmə. O əziz anasızlarıma salam söyləyin...» (2, səh.196).
Yekun olaraq qeyd edək ki, azad fikir və sərbəst düşüncə sahibi olan Fəzlullah Nəimi
yaradıcılığında yaradılmışların ən şərəflisi olan kamil insanı mədh etmiş, təhsili kamil insanlar
yetişdirmək üçün vacib saymış, əxlaqi-etik normaları, ədəb-ərkan qaydalarını əsas götürmüşdür.
Dostları ilə paylaş: |