ƏDƏBİYYAT
1.
Quran (tərcümə edənlər: Z.Bünyadov., V.Məmmədəliyev). Bakı, Azərnəşr, 1992.
2.
Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, № 5, 1970.
3.
Mövlana Cəlaləddin Rumi. Eşq pərvanəsi. Bakı, Nurlar, 2009.
4.
Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Bakı, Nafta-Pres, 2006.
5.
Salman Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, Yazıçı, 1986.
6.
Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, Nurlan, 2007.
7.
Mirzağa Quluzadə. Böyük ideallar şairi. Bakı, Gənclik, 1973.
8.
Yunus İmrə. Güldəstə, Bakı, Yazıçı, 1992.
ABSTRACT
Kamal Jamalov
Moral Views Of Fazlullah Naimi
In the article it is talked about scientist, poet, philosopher and the founder of the Hurifism sect -
Sheikh Fazlullah Naimi. It is noted that one of the influenced, established and long term into deep fields
of literary and cultural life sect is Hurufism founded by Fazlullah Naimi.
Fazlullah
Naimi
preferred much more to the mind, mentality, perfection in Hurufism. Naimi said that universe is on
existence of human. If a man learns, realized him at that time he could learn the secrets of the world.
РЕЗЮМЕ
Камал Джамалов
Моральное воззрение Фазлуллаха Наими
В статье говорится об ученом, мыслителе, поэте и самое главное об основателе секты
Хюрифилик Шейх Фазлуллах Наими. Здесь подчеркивается, что сформировавшася и
долгосуществовавщая секта Хурифилик, основанная Фазлуллахом Наими проникла в
наиболее широкие области литературно-культурной жизни. Фазлуллах Наими в Хурифилике
большое предпочтение отдавал разуму, мышлению, совершенству. Он говорил, что
- 225 -
вселенная в наличии человека. Если человек изучит, поймет себя он сможет выучить все
тайны мира.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə fəlsəfə doktoru, dosent İ.Cəfərov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ŞƏFAHƏT ABDULLAYEVA
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
anfas.07@mail.ru
UOT:159.92
POZİTİV PSİXOLOGİYANIN ƏSAS PROBLEMLƏRİ
Açar sözlər: pozitiv emosiyalar, xoşbəxtlik, həyat şəraiti, ruhi-mənəvi zövq
Key words: Positive еmotions, happiness, reality situations, spiritually-moral pleasure
Ключевые слова: позитивные эмоции, счастье, жизненные ситуации, духовно-
нравственное удовольствие
Giriş.
Ənənəvi psixologiya elmi özünün aparıcı cərəyanları olan psixoanaliz, biheviorizm,
humanizm, koqnitiv psixologiya, fenomenoloji və ekzistensial psixologiya simasında insanı bütün
aspektlərdən izah edə bilmir. Ənənəvi psixologiya, bir qayda olaraq insanı ancaq neqativ tərəfdən
öyrənmişdir. Keçən əsrdən başlayaraq psixologiya elmində yaranan boşluğu doldurmaq, açıq qalan
suallara cavab vermək üçün yeni cərəyanın yaranması zərurəti meydana gəlmişdir. Keçən əsrin 90-
cı illərində formalaşan pozitiv psixologiya belə zərurətdən yaranmışdır.
* * *
Həqiqi xoşbəxt həyatın yollarını axtaran pozitiv psixologiya qarşısına aşağıdakı məsələləri
tədqiq etməyi qoymuşdur:1) pozitiv emosiyaları; 2) xarakterin pozitiv keyfiyyətlərini; 3) pozitiv
institutları. Belə ki, insan təbiətinin pozitiv xüsusiyyətlərinin öyrənilməsi və xüsusilə də onların
formalaşması prosesinin tədqiqi, insanlarda dünyanın pozitiv qavranılması üçün zəruri olan
yönəlişliyin formalaşdırılması prosesində əhəmiyyət kəsb edir (2, s235-236).
1964-cü ildə amerika psixoloqu Martin Seliqman bir qrup psixoloqla Penselvian
Universitetində qazanılmış acizlik fenomenini öyrənirdi. Eksperiment itlər üzərində aparılırdı.
Qapalı şəraitdə itlərə elektrik cərəyanı ilə təsir edirdilər. İtlər təhlükədən qurtulmaq üçün vurnuxur,
çıxış yolu axtarırdılar. Eksperiment bir neçə dəfə təkrar edildikdən sonra çıxış yolunun olmadığını
başa düşən heyvanlar mübarizədən əl çəkir, cərəyan verilərkən yerə sinir və zingildəyirdilər. Hətta
çıxış yolu qoyulduqda belə onlar qaçmır, eyni davranış nümayiş etdirirdilər. Alimlər bu fenomenə
heyrətləndilər və əsas diqqəti acizliyin itlərdə depressiya yaratması faktına yönəltdilər. Seliqman və
həmkarları belə nəticəyə gəldilər ki: “... acizliyi heç də xoşagəlməz (təhlükəli) situasiya (hadisə)
deyil, situasiyaya nəzarət edilməsinin mümkünsüzlüyü təcrübəsi yaradır” (4, s.24).
Seliqmanın diqqətini daha bir şey - bəzi itlərin heç bir situasiyada təslim olmaması, çıxış
yolu axtarması cəlb etdi. Sonralar insanlar üzərində aparılan eksperimentlər də öyrənilmiş acizlik
- 226 -
fenomenini təsdiqlədi. Qeyd edildi ki, hər üç adamdan biri təslim olmur, hər səkkiz adamdan biri isə
eksperiment başlamamış depresiyaya düşür (pessimistləşirdi). Bunun səbəbi nədir?
Əsasən patoloji halları öyrənən, depressiyadan çıxmağın mexaniki yollarını tədqiq edən
ənənəvi psixologiya bu suallara cavab verə bilmir. Yuxarıda sadalanan suallara cavab axtararkən
psixoloqlar yeni istiqamətlərdə tədqiqat aparır, pozitiv məqamları, pozitiv emosiyaları öyrənirdilər.
M.Seliqman
aparılan
tədqiqatları
ümumiləşdirərək yeni cərəyanın, pozitiv psixologiyanın
yaranmasını elan etdi (3).
Pozitiv psixologiya insanın pozitiv resurslarına, mənəvi ehtiyatlarına yönəlmiş, onları tədqiq
edən cərəyandır. Pozitivliyi neqativliyin əks qütbü kimi başa düşmək onu məhdudlaşdırmaq
deməkdir. Pozitiv psixologiya pozitivliyi neqativliklə yanaşı qəbul edir, hətta onu neqativliyin
içində axtarır. Pozitivlik olanı kor-koranə, göz yumaraq adlayıb keçmək yox, onu dərk edərək qəbul
etmək deməkdir (3, s.127). Alman psixoloqu Kurt Teppervaynın dediyi kimi, məhz bu vaxt o,
“illüziyadan reallığa çevrilir, substansiya əmələ gətirir, bu substansiya bizim ruhumuzun
dərinliklərinə qədər işləyir və oradan bütün həyatımıza istiqamət verir” (4, s.38).
Pozitiv psixologiya belə hesab edir ki, çıxılmaz görünən istənilən situasiyadan çıxış yolu
mövcuddur. Bu, pozitiv emosiyalardan keçib xeyirxahlıq zirvəsinə gedən yoldur.
Pozitiv psixologiya elmi əsaslarla və sistemli şəkildə həyatı nəinki xoş, həm də ləyaqətli və
mənalı edən keyfiyyətləri və üsulları tədqiq edir.
Pozitiv psixologiya “Niyə biz müsbət emosiyalar yaşayırıq?”, “Pozitiv emosiyaların xoş
əhval-ruhiyyə yaratmaqdan başqa, daha hansı rolu vardır?”, “Hansı insanlar daha çox pozitiv
emosiyalar yaşayırlar və niyə?”, “Niyə bəzi insanlar müsbət emosiyaları daha az yaşayırlar”,
“Pozitiv emosiyaları artırmaq olarmı?”, “Pozitiv emosiyaları necə davamlı etmək olar?” və s.
suallara cavab verməyə çalışır.
Psixoloqların qeyd etdiyi kimi, son əlli ildə psixologiya əsasən psixikası pozulmuş
insanların problemləri ilə məşğul olmuşdur və heç də az nailiyyət əldə etməmişdir.
S.19.
Psixologiya elmi insanın müsbət tərəflərinə çox az diqqət yetirmişdir. Depressiya haqqında yüz
məqaləyə xoşbəxtlik haqqında bir məqalə düşür (3, s.19).
İlk baxışda belə görünə bilər ki, müsbət emosiyaları tədqiq etdiyinə görə pozitiv psixologiya
xoşbəxtliyi hər cür müsbət emosiyalarla eyniləşdirir və xoşbəxt insanların həyatında neqativ
emosiyaların yoxluğunu sübut etməyə çalışır. Lakin bu, belə deyildir. S.20.Amerika psixoloqu
Daniel Kaneman eksperimental şəkildə sübut etmişdir ki, xoşbəxtlik heç də müsbət məqamların
sayından mənfi məqamların çıxılması deyildir(6). Beləliklə, pozitiv psixologiya ənənəvi gedonist
nəzəriyyəyə qarşı çıxaraq, xoşbəxt və bədbəxt məqamları bütöv halda öyrənir və bununla
kifayətlənməyərək onların təsiri ilə insanda yaranan xarakter xüsusiyyətlərini də tədqiq edir.
Bu gün müşahidə etdiyimiz və Qərb psixoloqlarının da qeyd etdiyi kimi, son on beş ildə
internet vasitəsilə təbliğ olunan pozitiv emosiyalar və onlara yiyələnmək yolları insanları xoş əhval
yaratmaq üçün müxtəlif üsullara əl atmağa vadar edir: narkotik qəbul etmək, şokolad yemək,
sevgisiz seks, dükanları gəzmək, saatlarla televizorun, günlərlə kompüterin qarşısında oturmaq və s.
Belə şeylərin xoşbəxtlik gətirəcəyinə inam bunları əldə edən insanların mənəvi aclıq hissi
yaşamasına, daxildə boşluq hiss etməsinə gətirib çıxarmışdır. Müşahidələr göstərir ki, belə insanlar
qocaldıqca bu dünyada nə isə əsas bir şeyi etmədiklərini, bilmədiklərini hiss edirlər (3,s.12).
Beləliklə, pozitiv psixologiyanın tədqiqat obyektinə çevirdiyi xoşbəxtlik ötəri müsbət
emosiyalardan ibarət deyildir.
s.25. Pozitiv psixologiya insan xarakterinin müsbət keyfiyyətlərini seçərkən üç şeyi meyar kimi
götürmüşdür. Bunlardan birincisi odur ki, belə xarakter xüsusiyyəti bütün xalqlarda olmalıdır. İkincisi,
bu xüsusiyyət özü-özlüyündə dəyər kəsb etməlidir, üçüncüsü, irsi olmayıb, inkişaf etdirilməsi mümkün
olmalıdır.
Həqiqətən də, əgər tədqiq olunan xarakter xüsusiyyəti bütün xalqların nümayəndələrində
mövcud olmasa, alınan nəticələr də hamıya aid olmaz, yəni alınan nəticələr müstəsna hallar kimi
nəzərdən keçirilər. Əgər tədqiq olunan xarakter xüsusiyyəti özü-özlüyündə dəyər kəsb etməzsə, o,
mənasız bir şey olar. Və əgər xarakter xüsusiyyəti irsi verilibsə, onun əldə olunmasına da ehtiyac
qalmır. Pozitiv psixologiyada, məsələn, dahi ağıl və xalis musiqi duyumu fitrətən insanda olduğundan
tədqiqat obyektinə çevrilmir.
- 227 -
Özünü təhlil edən hər bir insan hansısa keyfiyyətlərin ona daha çox, hansıların isə az xas
olduğunu görə bilər. Seliqman birinciləri ləyaqət, məziyyət, yaxşı cəhət adlandırır. (Bundan sonra biz
bunlardan mənaya uyğun olaraq istifadə edəcəyik). Yuxarıda təsvir etdiyimiz acizlik fenomeninin
eksperimental öyrənilməsi göstərdi ki, düşdüyü çətin, “çıxılmaz” situasiyada, hər səkkiz adamdan biri
isə eksperiment başlamamış depresiyaya düşürdü, hər üç adamdan biri isə təslim olmur, xarakter
nümayiş etdirib, acizliklə mübarizə aparır. Belə insanların acizliyə
qarşı mübarizə aparmağa kömək
edən xarakter xüsusiyyəti onların layiqli tərəfləri, ən üstün cəhətləridir. M.Seliqman belə hesab edir
ki, insan zəif tərəflərinin düzəldilməsinə çoxlu güc və vaxt sərf etməkdənsə, öz üstün
keyfiyyətlərinin inkişaf etdirməlidir. Belə ki, “biz üstün keyfiyyətlərimizi inkişaf etdirdikcə daha
çox güc və razılıq əldə edirik.” Bu fikri davam etdirərək demək istəyirik ki, güc və razılıq hiss edən
adam öz zəif, pis keyfiyyətlərini də nisbətən asanlıqla dəf edə bilər. Pessimistlər acizliyə öyrəşmiş
insanlardır, Seliqman və həmkarlarının da qeyd etdiyi kimi, acizlik özü bir qütblü depressiyadır (3,
s.40). Pessimistlər özləri üçün maneələr yaradır və vaxtından qabaq ümidsizliyə qapılırlar. Belə
adamlar “ çaya getsəm, çayın suyu quruyar ” prinsipi ilə yaşayırlar. Pessimistlər, başqalarından
səkkiz dəfə çox depressiyaya düşürlər (3, s. 42). Onların sağlamlıqları daha zəifdir və onlar
ətrafdakı adamlarla daha pis yola gedirlər. M. Seliqman “Öyrənilmiş nikbinlik” kitabında təklif edir
ki, qəmgin fikirlərə şübhə ilə yanaşmaq, üstün keyfiyyətləri isə inkişaf etdirmək lazımdır(5, s.43).
M. Seliqman davam edərək göstərir ki, üstün keyfiyyətlərini inkişaf etdirib, onları istər karyerada,
istər ailədə, istərsə də yaradıcılıqda gerçəkləşdirən insanlar bundan həqiqi məmnun olur və
xoşbəxtlik yaşayırlar. M.Seliqman haqlı olaraq qeyd edir ki, əgər biz on yaşlı uşaqlara optimist
təfəkkür vərdişləri aşılayarıqsa, onların yeniyetməlik dövründə depressiyalarını azaltmış olarıq.
Həqiqətən də, uşaq yaşlarda formalaşan xarakter xüsusiyyətləri sonrakı illərdə çətin həyat
situasiyalarına sinə gərmək üçün lazım olur, onlar ümumiyyətlə uşağın həyatında böyük rol
oynayırlar. Məhz buna görə valideynlər uşaqların güclü tərəflərini inkişaf etdirməlidirlər.
Məktəbəqədər müəssisə və məktəb proqramları uşaqların müsbət xarakter xüsusiyyətlərinin
formalaşdırılması istiqamətin qurulmadırlar.
Pozitiv insanlarda sosial vərdişlər də yaxşı inkişaf edir. Tədqiqatlar göstərmişdir ki, pozitiv
tələbələrinin dostları və ya sevgililəri vardır (12) . Onlar ictimai həyatda daha çox iştirak edirlər.
Deməli, pozitiv emosiyalar, dost tapmağa, sağlamlığı möhkəmlətməyə və uğur qazanmağa kömək
edir
Xoşbəxtlik, yaxşı əhval-ruhiyyə, ləyaqət hissi, sevinc kimi hisslər, entuziazm kimi halətlər
davranış modelləri yarada bilirlər və əgər onlar irsi verilməyibsə, onları yaratmaq və inkişaf
etdirmək mümkündür. Yeri gəlmişkən qeyd edək ki, Minnesot Universitetinin psixoloqları həyat
eşqi kimi xarakter xüsusiyyətinin irsən keçdiyini sübut ediblər (3, s. 52). Pozitiv psixologiya həyat
eşqini həyatsevərlik kimi nəzərdən keçirir və internet təbliğata əks olaraq, dönə-dönə
həyatsevərliyin “yüngüllük” olmadığını vurğulayır. İnsanlar xoş əhval-ruhiyyədə olanda
ətrafdakılar da ona simpatiya ilə yanaşırlar, onlarla münasibət asanlıqla qurulur. Neqativ emosiyalar
hərəkətlərimizi məhdudlaşdırdığı halda, pozitiv emosiyaların təsiri ilə biz daha sərbəst, daha
dözümlü oluruq, istənilən problemə yaradıcı yanaşırıq, yeni ideyalara və təəssüratlara açıq oluruq
(3, s.55). s.63. Öyrənilmişdir ki, həyatsevər insanlar rəhbərlik tərəfindən daha çox təriflənirlər.
Eksperimentlər göstərmişdir ki, həyatsevərlər qarşılarına daha yüksək məqsəd qoyur, daha yaxşı
çalışır,
problem
haqqında
daha
uzunmüddətli
düşünürlər.
onlar
öz sağlamlıqları və
təhlükəsizliklərinin qayğısına da daha yaxşı qalırlar (13).
Beləliklə, pozitiv emosiyalar bir-biri ilə prinsipcə fərqli olan iki kateqoriyaya aiddir: ötəri
zövq və ruhi-mənəvi zövq. Əslində burada söhbət maddi və mənəvi tələbatların ödənilməsindən
alınan zövqdən gedir. Pozitiv psixologiya ötəri zövqü necə inkişaf etdirməyə müəyyən qədər yer
ayırsa da, əsas fikri, diqqəti ruhi zövqə, ruhi-mənəvi tələbatların ödənilməsinə yönəldir. Fikrimizcə,
bununla da Şərq mövqeyindən çıxış edir (1, s.118-128). Ruhi-mənəvi zövq daha uzunmüddətli olub,
fərqləndirici xüsusiyyətlərə malikdir. Çinkentsmehali bu haləti keyfə qoşulmaq, eyforiyaya düşmək
adlandırmışdir. M. Seliqman isə öz konsepsiyasında belə haləti axın, axına qoşulmaq kimi
adlandırmışdır. Adların müxtəlif cür səslənməsinə baxmayaraq, söhbət Çinkentsmehalinin təsvir
etdiyi fenomendən gedir. İlk dəfə Çinkentsmehali diqqəti belə bir fakta cəlb etmişdir ki, insanlar
sevdikləri işlə məşğul olanda vaxtın necə gəlib keçdiyini hiss etmirlər, uzun bir zaman onlar
- 228 -
tərəfindən bir neçə dəqiqə kimi hiss edilir. Onlar sanki sel axınına düşürlər, eyforiyada olurlar. İş
prosesindən o qədər məmnun olurlar ki, heç yorulmurlar da. Yorulurlarsa da, bu yorğunluq xoş
yorğunluq olur, zövq, məmnunluq, razılıq hissləri ilə müşayiət olunur. Çinkentsmehaliyə görə belə
haləti yaradan situasiyanın olması üçün aşağıdakı şərtlər zəruridir:
-
Qarşıya qoyulan məqsəd kifayət qədər çətin olmalı və ustalıq tələb etməlidir;
-
Diqqətin mərkəzləşməsi;
-
Məqsədin tam aydın olması;
-
Özünü bütünlüklə işə həsr etmək;
-
Xüsusi səy göstərmək;
-
Situasiyaya nəzarət edilməsi hissi;
-
Özünüunutma (özünü qavramanın olmaması);
-
Zamanın dayanması.
Göründüyü kimi sadalanan şərtlərin içində bir dənə də olsa pozitiv emosiya yoxdur.
Zövq verən mənəvi hisslər : sevinc, həyəcan, razılıq, məmnunluq, ekstaz sonrakı mərhələyə aiddir.
Mahiyyət etibarı ilə axının əsasını məhz emosiyaların olmaması və özünüunutma təşkil edir. Əgər
gördüyümüz iş daxili tələbatlarımızla ideal olaraq üst-üstə düşürsə, biz heç bir emosiyaya fikir
vermirik və vaxtı unuduruq. Emosiyalar bizə fəaliyyətimizi, yaranan təəssüratları qiymətləndirmək
üçün lazımdır ( 14, s.154).
M.Seliqman da ruh-mənəvi zövqün əsas xüsusiyyəti kimi bu prosesin emosiyalarla
müşayiət olunmamasını göstərir. Bu zaman insan özünü unudur, bütövlükdə bu prosesdə yaşayır
(axına düşür), daxili imkanlarını, yaxşı, üstün keyfiyyətlərini realizasiya edir və bundan mənəvi zövq
alır. Axına düşməyin əsas səbəblərindən biri kimi onu da göstərmək lazımdır ki, bu prosesdə insanın
üstün keyfiyyətləri gerçəkləşir.
Seliqman və tərəfdarları insanın daxili imkanlarının, ən yaxşı keyfiyyətlərinin
realizasiyası üçün üç əsas sahəni göstərirlər: iş, məhəbbət və uşaq tərbiyəsi (3, s.215). Bu məqamda
pozitiv psixologiyada “məğlubiyyətsi situasiya” ifadəsindən istifadə edirlər. Ümumiyyətlə, mənəvi
kamillik və pozitiv inkişaf pozitiv psixologiyada məğlubiyyətsiz situasiya adlandırılır. Konkret olaraq
isə məhəbbət, dostluq, uşaqların tərbiyəsi məğlubiyyətsiz situasiya kimi qiymətləndirilir.
Xoşbəxtliyi heç də yaşanan hər cür müsbət emosiya kimi deyil, insanın məhz çətinlikləri
aşa-aşa öz yaxşı keyfiyyətlərinin realizasiya edilməsi kimi təqdim edən pozitiv psixologiya
“Həyatın mənası nədir?”- sualına cavab verməyə çalışaraq həyatın mənalı olması üçün daha bir
faktorun da tələb olunduğunu göstərir: şəxsi keyfiyyətlərimizin realizasiyası təkcə bizə yox, daha
böyük, daha yüksək məqsədə xidmət etməlidir. İnsan özünü nə qədər böyük bir tamın hissəsi hiss
edərsə, onun həyatı da bir o qədər yüksək məna kəsb edəcəkdir.
Pozitiv psixologiya xoşbəxtliyin belə bir düsturu ilə çıxış edir: X=İ+H+3
Burada X - xoşbəxtliyin sabit, davamlı səviyyəsi; İ – irsilik; H – həyat şəraiti; 3- bizdən asılı
olan faktorlardır. İrsiliyi dəyişmək olmur, həyat şəraitini və bizdən asılı olan faktorları isə dəyişmək
mümkündür. Onları amerika psixoloqu Uorner Uilsonun tədqiqatları üzərində nəzərdən keçirək.
Xoşbəxt olmaqda həyat şəraitinin rolunu tədqiq edən Uorner Uilson apardığı tədqiqatları
yekunlaşdıraraq belə qənaətə gəldi ki (15), xoşbəxt adamlar o adamlardırlar ki:
1. Yaxşı qazanırlar;
2. Nigahdadırlar;
3. Cavandırlar;
4. Sağlamdırlar;
5. Yaxşı təhsil alıblar;
6. Allaha inanırlar.
U.Uilsonu tənqid atəşinə tutan M.Seliqmanın ardınca biz də bunları ayrı-ayrılıqda nəzərdən
keçirək
.
Həyat şəraiti. Yaxşı pul qazanmaq. Bu faktorun rolunu düzgün müəyyənləşdirmək üçün kasıb
dövlətlərlə inkişaf etmiş dövlətləri müqayisə etmək düzgün olmaz. Belə ki, inkişaf etmiş ölkələrdə
maaş, savadlılıq dərəcəsi, tibb və təhsil yüksəkdir, vətəndaş azadlığı çoxdur. Aydındır ki, kasıb
ölkələrdə bir tikə çörək pulunu güclə qazananlar üçün varlı olmaq xoşbəxtliklə sıx bağlıdır. Hər bir
vətəndaşın minimum əmək haqqı təmin olunan ölkələrdə böyük gəlirlər heç də həmişə xoşbəxtliklə
- 229 -
assosiasiya yaratmır. Maaşların artırılması işdən razı olmanı stimullaşdırır, ancaq orta maaş həddi işdən
məmnun olmağa təsir göstərmir. Bir ölkə daxilində kasıblar və zənginlər müqayisə olunmalıdırlar. İlk
ağla gələn o olur ki, böyük sərvət sahibləri heç nəyi olmayanlardan daha xoşbəxtdirlər. Lakin tədqiqatlar
bunun əksini sübut etmişdir. Zəngin olanlar və zəngin olmayanlar eyni dərəcədə bədbəxtdirlər. Nə qədər
qəribə görünsə də maddi sərvət xoşbəxtliyin ümumi səviyyəsini çox cüzi və çox az müddətə qaldırır (3,
74). Təəssüf hissi ilə qeyd etməliyik ki, yaxşı şeylərə çox tez alışırıq, əvvəllər ən son arzumuz təmin
olunduqdan sonra daha bizi qane etmir, biz yeni-yeni şeylər istəyirik. Öyrənilmişdir ki, istər vəzifəcə
artım, istərsə də işdən çıxarılma artıq üç aydan sonra əhval-ruhiyyəmizə güclü təsir etmir. Nigah. Otuz
beş min amerikalı arasında aparılan sorğuda ailəlilərin 40%-i, subay və boşananların 24%-i
“xoşbəxtəm” deyiblər. Ailə konfliktləri adamın əhval-ruhiyyəsinə çox pis təsir etsə də, ailə böyük
üstünlüklər verir. Uğursuz nigahda olanların həyatdan razılığı subaylardan və boşananlardan aşağıdır.
Cavanlıq. M.Seliqmqna görə həyat şəraitin kontekstində cavanlığı tədqiq edən U.Uilsonun
ehtimalları düz çıxmadı. Gənclik heç də yüksək optimizm səviyyəsini təmin etmir. Tədqiqatlar
göstərmişdir ki, təcrübə artdıqca emosiyaların gücü və dərinliyi azalır, buna rəğmən ümidsizlik də
getdikcə azalır.(18).
Sağlamlıq. Tədqiqatlar göstərmişdir ki, (3; 5) sağlamlıq demək olar ki,
optimizmə təsir etmir.
Sağlamlıq daha çox subyektiv özünüqavrama ilə əlaqədardır. Belə özünüqavrama istənilən
situasiyaya uyğunlaşma qabiliyyəti və dünyanı pozitiv duyma qabiliyyəti ilə əlaqəlidir. Fikrimizcə,
sağlamlığın optimizmə təsiri gənc yaşlarda hiss olunmasa da, yaş artdıqca (enerji azaldıqca,
xəstəliklər çoxaldıqca) sağlamlıqla dünyanı qavramaq arasındakı korrelyasiya müşahidə olunur.
Aparılan tədqiqatlar da bu fikrin düzgünlüyünü ehtimal etməyə imkan verir. Belə ki, aydın
olmuşdur ki, bir xəstəliyi olanların nikbinliyi, beş xəstəliyi olanlara nisbətən daha çoxdur və
müəyyən müddət saxlanılır. Yüngül xəstəliklər nikbinliyə bir o qədər təsir göstərməsələr də, ağır
xəstəliklər pozitiv emosiyaları söndürürlər .
Təhsil. Psixoloji ədəbiyyatda təhsil, iqlim və cins bir qrupda birləşdirilir. Göstərilir ki,
bunlardan heç biri əhval-ruhiyyəyə əhəmiyyətli təsir göstərmir (19). Təhsil yaxşı maaş əldə etməyə
kömək edir, ancaq əhval-ruhiyyəni qaldırmır (əvvəllər az maaş alanlardan başqa). Nikbinliyə əqli
keyfiyyətlər də təsir etmir. Milli mənsubiyyət və cins də nikbinliyə bir o qədər əhəmiyyətli təsir
göstərmir. Sorğulardan aydın olmuşdur ki, qadınlar kişilərdən iki dəfə artıq mənfi emosiyalar
yaşayırlar. Lakin nə qədər qəribə olsa da, buna rəğmən qadınlar daha güclü və “xalis” şəkildə pozitiv
emosiyalar yaşayırlar(3, s.75).
Din. M.Seliqman Freyddən sonra əlli il ərzində elmdə dinə qarşı yaranan mənfi münasibəti
tənqid edərək bunun səhv olduğunu göstərir. Din insana müsbət təsir göstərir. Belə ki, dindarlar
narkotik işlətmir, az cinayət edir, az boşanır, az intihar edirlər. Onlar fiziki cəhətdən sağlam olub uzun
ömür yaşayırlar. Seliqman faktlara söykənərək vurğulayır ki, dindar adamlar daha xoşbəxt olub,
həyatdan razı olurlar (3, səh.87). Fikrimizcə, dinin insan həyatında rolu elmi araşdırmalı və o, pozitiv
psixologiyada insanlara gələcəyə ümid vermək və həyatı mənalı etmək baxımından öyrənilməlidir.
Beləliklə, U.Uilsonun (15) irəli sürdüyü: pul, cavanlıq, sağlamlıq, təhsil -xoşbəxtlik göstəriciləri
kimi özünü doğrultmadı. Nigah və din isə əksinə.
M.Seliqmana görə insanın xoşbəxtliyi üçün aşağıdakıların olması lazımdır:
1.Dövlətli demokratik ölkədə yaşamaq (başlıca faktordur);
2. Ailə sahibi olmaq (əsas faktordur, ancaq başlıca faktor deyil);
3. Mənfi emosiyalardan qaçmaq (orta əhəmiyyətli faktordur);
4. Mümkün qədər çox adamla ünsiyyətdə olmaq (əhəmiyyətli faktordur, ancaq əsas faktor deyil)
;
5. Allaha inanmaq (Seliqmana görə bu, orta əhəmiyyətli faktordur).
M.Seliqmana görə xoşbəxt olmaq üçün aşağıdakıların olması vacib deyil:
1. Çoxlu pul qazanmaq;
2. Sağlam olmaq (subyektiv qavranılan sağlamlıq nəzərdə tutulur);
3. Daha isti iqlimi olan ölkəyə köçmək (3, s.214) .
Göründüyü kimi M.Seliqman əsas faktor kimi dövlətli demokratik
ölkədə yaşamağı göstərmişdir.
Həqiqətən də dindar olub-olmamasından asılı olmayaraq dövlətli demokratik ölkədə hər bir insan özünü
gerçəkləşdirmək imkanına malik olar, qanunlar tərəfindən qorunar. Bu, həqiqətən başlıca faktordur.
- 230 -
M.Seliqmanın göstərdiyi birinci dörd faktor xarici faktorlardır, sonuncu isə - Allaha inanmaq isə daxili
faktordur və Seliqmqnda sonda durmağına baxmayaraq, daxili faktorlar içərisində o, birinci yerdə durur.
Fikrimcə, xoşbəxt həyat yaşamaq üçün pozitiv emosiyalar mənbəyi olan pozitiv yönəlişliyə malik
olmaq vacibdir:
1.
Allaha inam;
2. Məhəbbət;
3.Yaradıcılıq.
Allaha inamdan gələn özünə güvənc; məhəbbətdən qaynaqlanan başqasının halına yanmaq, özünü
qurban verə bilmək bacarığı; yaradıcılıq prosesində “özünü unutmaq”, “”zamanı saxlamaq”, xarakter
keyfiyyətlərini realizasiya etmək – şəxsiyyətin bütövlükdə, tam inkişaf etməsi üçün əvəzedilməz
şərtlərdir. Əslində hər üç yönəlişlik imkan verir ki, insanda olan ən yaxşı, xeyirxah, üstün keyfiyyətlər
gerçəkləşsin və özünü gerçəkləşmədən yaşanan zövq hissi insana xoşbəxtliyi yaşadır.
Beləliklə, pozitiv psixologiyanın təqdim etdiyi xoşbəxtlik düsturunda həyatsevərlik xarici
faktorları ehtiva edir. Qalan üç faktor isə ikisi daxili olmaqla - pozitiv emosiyalar, pozitiv xarakter
xüsusiyyətləri və biri xarici olmaqla – sosial institutları əhatə edir.
Pozitiv psixologiya psixoloji kapitalı ancaq öz maddi tələbatlarına üstünlük verən gənclərə
depressiyaya düşməmək üçün, ruhi-mənəvi məmnunluq, axına düşüb zövq yaşamaq üçün bir silah kimi
tövsiyə edir.
Məntiqi olaraq belə sual yaranır ki, bütün ömrü boyu pozitiv emosiyalar axtarışına çıxmaq
həqiqi xoşbəxtliyi verirmi? Yox! Axın halı o vaxt yaranır ki, qarşıda duran vəzifəni yerinə yetirmək
məqsədin böyüklüyündən, kiçikliyindən asılı
olmayaraq, bizim şəxsi keyfiyyətlərimizin tətbiqini tələb
edir.
Nəticə.
1.
Öyrənilmiş acizlik depressiyaya aparır.
2.
Pozitiv psixologiya insanın pozitiv resurslarını öyrənməyə yönəlmişdir.
3.
Pozitiv resurslar – pozitiv emosiyaları, pozitiv xarakter xüsusiyyətlərini və pozitiv sosial
institutları ehtiva edir.
4.
Pozitiv psixologiya belə hesab edir ki, çıxılmaz görünən istənilən situasiyadan çıxış yolu vardır.
5.
Pozitiv psixologiya xoşbəxt olmağın yollarını axtarır və düsturunu təqdim edir.
6.
Pozitiv emosiyalar xoş əhval-ruhiyyə yaratmaqda başqa, daha yüksək funksiya yerinə yetirirlər.
7.
Pozitiv emosiyalar insanın fiziki, intellektual və sosial imkanlarını artırır.
8.
Eksperimental şəkildə sübut olunmuşdur ki, xoşbəxtlik heç də müsbət məqamların sayından
mənfi məqamların çıxılması demək deyildir.
9.
Xoşbəxtlik ən yaxşı, üstün xarakter keyfiyyətlərinin nəticəsində meydana gəlir.
10.
Pozitiv psixologiya belə hesab edir ki, insan zəif cəhətinin düzəldilməsinə çoxlu güc və vaxt sərf
etməkdənsə, öz üstün keyfiyyətlərini inkişaf etdirməlidir.
11.
Əgər on yaşlı uşaqlara optimist təfəkkür vərdişləri aşılayarıqsa, onların yeniyetməlik dövründə
depressiyalarını azaltmış olarıq.
12.
Pozitiv emosiyalar bir-biri ilə prinsipcə fərqli olan iki kateqoriyaya aiddir: ötəri zövq və ruhi-
mənəvi zövq.
13.
Pozitiv psixologiya insanın daxili imkanlarının, ən yaxşı keyfiyyətlərinin realizasiyası üçün üç
əsas sahəni göstərir: iş, məhəbbət və uşaq tərbiyəsi.
14.
Pul, cavanlıq, sağlamlıq və təhsil - xoşbəxtlik göstəriciləri kimi özünü doğrultmadı. Nigah və din
isə əksinə.
15.
Maddi ləzzət – motivasiya üçün çox güclü mənbədir, lakin o, bizi daxilən dəyişdirə bilmir.
16.
Xoşbəxtlik, xoş, firavan həyat- elə həyatdır ki, mənəvi-ruhi məmnunluq və həqiqi xoşbəxtliyə
çatmaq məqsədilə insan həyatın üç sahəsində - işdə, məhəbbətdə və uşaqların tərbiyəsində öz şəxsi
keyfiyyətlərindən tam istifadə edir.
17.
Xoşbəxt həyat şəxsi keyfiyyətlərin uğurlu gerçəlkəşdirilməsi, yüksək mənəvi zövqdür. Lakin
mənalı həyat daha bir şərt irəli sürür: Bizim keyfiyyətlərimiz öz şəxsiyyətimizdən başqa daha
yüksək, daha böyük amala xidmət etməlidir.
18.
Bizcə, xoşbəxt həyat yaşamaq üçün insan pozitiv emosiyalar mənbəyi olan: Allaha inam
,
məhəbbət və yaradıcılıq kimi pozitiv həyat yönəlişliyinə malik olmalıdır.
Dostları ilə paylaş: |