The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   28   29   30   31   32   33   34   35   36

ƏDƏBİYYAT 
1.
 
Behbudova    A.  Müasir  tipli  kitabxana  informasiya  dünyasına  açılan  qapıdır.  İki  sahil,  2008, 
23 iyun. 
2.
 
Naxçıvan  Dövlət  Universiteti  Elmi  Kitabxanası-40.  NDU, “Qeyrət”,  2009 
3.
 
Naxçıvan  Dövlət  Universitetində  kitabxana  işinin  tarixi  və  inkişaf  yolu.  Naxçıvan  jurnalı, 
2007, səh.96-103 
 
ABSTRACT 
Сh. Huseynova 
ELECTRONIC  LIBRARY AS A PRIORITY  DIRECTION OF THE  DEVELOPMENT  OF 
SCIENCE  AND  EDUCATION 
In  the  article  is  shined  an  activity  of  SL  of  NDU  for  2014  in  all  its  basic  directions: 
acquisition  of  scientific  funds,  literature  cataloguing,  including  creation  of  the  electronic  catalog, 
bibliographic,  scientific  and  information  work,  traditional  and  electronic  service  of  readers,  safety, 
preservation  and  propagation  of  the  funds,  expansion  of  the  international  book-exchange  and 
information  and etc. 
РЕЗЮМЕ 
Ч. Гусейнова 
НАУКА И ОБРАЗОВАНИЕ  В КАЧЕСТВЕ  ПРИОРИТЕТА  РАЗВИТИЯ 
ЭЛЕКТРОННОЙ  БИБЛИОТЕКИ 

- 257 - 
В  статье  освещается деятельность НБ НДУ Нахчыване за 2014 год во всех основных ее 
направлениях  :  комплектование  научных  фондов,  каталогизация  литературы,  создание 
электронного  каталога,  библиографическая  и  научно-информационная  деятельность, 
традиционное  и  электронное  обслуживание  читателей,  сохранность,  консервация  и 
пропаганда фондов, расширение международного книгообмена и информации и т.д. 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Pedaqogika  üzrə fəlsəfə doktoru, dosent 
V.Rzayev 
 
 
 
 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
TALEH   XƏLİLOV 
Naxçıvan Dövlət Universiteti 
x.taleh@gmail.com 
UOT:373   
 
XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVANDA  ANA DİLİ VƏ 
DÜNYƏVİ  MƏKTƏBLƏRİN YARANMASI  
 
 
Açar  sözlər: Məktəb, təhsil, sinif, şagird, ana dili 
 
Keywords:  School, education, class, student, mother tongue 
 
Ключевые слова: Школа, образование, класс, студент, родной язык 
 
Zaqafqaziya  məktəbləri  üçün  1829-cu  il  avqust  ayının  2-də  təsdiq  edilmiş  nizamnamədən 
sonra  Azərbaycanın  bir  çox  şəhərlərində  olduğu  kimi  Naxçıvan  qəzasında  və  Ordubad  şəhərində  də 
ana  dili  məktəblərinin  açılması  haqqında  qərar  qəbul  edildi.  Əslində  çar  Rusiyası  bu  məktəbləri 
açmaqla  rus  dilinidə  təbliğ  etmiş  olurdu. 
 
 
 
 
 
 
 
 
Bir  tərəfdən  də  yeni  üsullu  məktəblərin  açılması  üçün  münasib  şərait  yetişmişdi.  Ona  görə 
ki,  artıq  köhnə  məktəb  və  mədrəsələr  yeni  maarifçi  mühitinin  formalaşmasına  nail  ola  bilməzdi.  Bu 
səbəbdən  də  Naxçıvanın  maarifpərvər  ziyalılarının  qarşısında  çətin  və  şərəfli  bir  vəzifə  dururdu  ki, 
bu  da  yeni  dövrün  maraq  və  tələblərinə  cavab  verə  biləcək  yeni  üsula  uyğun  məktəblər  yaradılması 
idi.  Tarix  elmləri  doktoru  Xəqani  Məmmədov  “Azərbaycanda  maarifçilik  və  milli  hərakat” 
mövzusunda  yazdığı  doktorluq  dissertasiyasında  yazır:  “XX  əsrin  əvvəllərində,  xüsusilə  1911-1914-
cü  illərdə  Azərbaycan  xalq  maarifi  sahəsində  müəyyən  canlanmanın  əmələ  gəlməsinə  səbəb  olurdu. 
İllərdən  bəri  köhnəliyə,  sxolastik  təlim  üsullarına  qarşı  mübarizə  aparan  üsuli-cədid  tərəfdarları 
Azərbaycanda  dünyəvi  məktəbin  yaradılmasına  və  inkişafına  get-gedə  nail  olurdular”   (11, s. 18). 

- 258 - 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  meydana  gələn  yeni  məkəblərə  münasibət  bildirən 
professor  Misir  Mərdanov  yazır:  “XIX  əsrin  II  yarısında  genişlənməkdə  olan  “dünyəvi  məktəb” 
problemi  maarifçiliyin  “avropalaşma”  ideyası  ilə  bilavasitə  bağlı  idi”  (14, c.1, s. 48). 
Qeyd  edək  ki,  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvan  şəhərində  də  yeni  üsullu 
məktəblər  fəaliyyətə  başlamışdı. 
 
 
 
 
 
 
 
 
Mənbələrə  istinadən  deyə  bilərik  ki,  1835-ci  il  nizamnaməsi  əsasında  Naxçıvanda  ilk  yeni 
üsullu  qəza  məktəbi  Ehsan  xanın  oğullarının  (Kapitan  İsmayıl  və  praporşik  Kəlbəli  xan  (18,  v.  11) 
evində  1837-ci  il  mart  ayının  15-də  açılmışdı  (16,  s.  22-23).  Üç  sinifdən  ibarət  olan  bu  məktəb  ilk 
dəfə  iyirmi  nəfər  uşaq  qəbul  etmişdi.  Onu  da  qeyd  edək  ki,    Naxçıvan  sakinləri  bu  binanın 
istifadəsinə  12  il  pul  ödəməyiblər.  Ancaq  hadisələrin  sonrakı  gedişatı  göstərdi  ki,  1860-cı  ildə 
Naxçıvan  şəhərində  İrəvan  məktəbləri  direksiyasına  tabe  olan  ilk  yeni  üsullu  qəza  məktəbi  açıldı. 
Bu  məktəbə  müxtəlif  dövrlərdə  A.  Qriqoryev,  İ.  Yelizarov,  İ.  Sanakov,  A.  Sergeyev  və  B. 
Naxçıvanski  rəhbərlik  etmişdi.  Tanınmış  Naxçıvan  ziyalılarından  Mirzə  Sadıq  Qulubəyov,  Nəsrulla 
Hacı  Mirzə  Əli  oğlu,  Ələkbər  Süleymanov,  Abbas  Qədimov,  Hacı  Əliqulu  Novruzov  və  başqaları 
bu    məktəbin  məzunları    olmuşdu.  Mənbələrdə  Naxçıvan  qəza  məktəbinin  1868-ci  ildə  üç  sinifli 
Naxçıvan  şəhər  məktəbinə  çevrildi  (4,  s.  32).    Demək  olar  ki,  məktəbə  əsasən  7  və  14  yaşlı  uşaqlar 
qəbul  olunurdu.  Burada  təhsil  müddəti  hər sinifdə  iki  il  olmaqla  altı  il  idi.   
 
 
Arxiv  materialların  araşdırılmasından  aydın  olur  ki,  məktəbdə  aşağıdakı  fənlər  tədris 
edilirdi: 
 
1. Ana  dilində  oxu  və yazı 
 
 
 
 
 
 
 
 
 
2. Rus  dili 
 
 
 
 
 
 
 
 
 
 
 
3. Hesab 
 
 
 
 
 
 
 
 
 
 
 
4. Rəsmxətt 
 
 
 
 
 
 
 
 
 
 
 
5. Nəğmə 
 
 
 
 
 
 
 
 
 
 
 
6. Gimnastika   
 
 
 
 
 
 
 
 
 
 
7. Coğrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
8. Tarix 
 
 
 
 
 
 
 
 
 
 
 
9. Təbiətşünaslıq 
 
 
 
 
 
 
 
 
 
 
10. Latın  dili   
 
 
 
 
 
 
 
 
 
 
11. Alman  dili   
 
 
 
 
 
 
 
 
 
 
12. Fransız  dili  (20, v. 1). 
 
 
 
 
 
 
 
Onu  da  qeyd  edək  ki,  Naxçıvanda  fəaliyyət  göstərən  üç  sinifli  bu  şəhər  məktəbi  latın,  alman 
və  fransız  dilləri  tədris  olunan  yeganə  məktəb  idi.  Tədqiqatçılara  görə,  bu  məktəb  ilk  əvvəl  İsmayıl 
və  Kalbalı  xanın  şəxsi  evində  (indiki  Cəmşid  Naxçıvanski  adına  muzeydə),  daha  sonralar  isə  C. 
Məmmədquluzadə  adına  küçədə  tikilmiş  11  №-li  yaşayış  binasının  yerində,  ondan  sonra  isə  keçmiş 
4  №-li  orta  məktəbdə  fəaliyyət  göstərmişdi  (17,  s.  7).  XIX  əsrin  sonu  XX  ərin  əvvəllərində 
Naxçıvan  şəhərində  yeni  üsullu  məktəblərdən  biri  də  1894-cü  ildə  Məmməd  Tağı  Sidqi  tərəfindən 
açılmışdır.    Dörd  sinifli  bu  məktəbə  M.  T.  Sidqi  «Məktəbi-tərbiyə»  («Tərbiyə»)  adı  vermişdir  (8,  s. 
20).  Naxçıvan  əhalisi    üçün  «Məktəbi-tərbiyə»nin  (Tərbiyə)  açılması  çox  böyük  yenilik  idi.  Çünki  
XIX  əsrin  sonunda  Naxçıvanın  demokratik  fikirli  ziyalılarını    öz  ətrafında  sıx  birləşdirən    bu 
məktəb  birinci  və  yeganə  milli  məktəb  rolunu  oynayırdı.  Ona  görə  ki,  o  vaxta  qədər  mövcud  olan 
bütün  şəhər  məktəbləri  ana  dilinin  tədris  olunduğu  rus  məktəbləri  kimi  fəaliyyət  göstərmişdir.  Buna 
səbəb  həmin  məktəblərdə  rus  çarizminin  özünə  sadiq  şagirdlər  formalaşdırmaq  vəzifəsini  həyata 
keçirməsi  idi.  Amma  belə  məktəblərdən  fərqli  olaraq  Sidqinin  məktəbində  rus  dili  xarici  dili  kimi 
ayrıca  tədris  olunmuşdur.  Digər  fənlər  isə  ana  dilində  keçirilmiş  və  dünyəvi  elmlərin  tədrisinə  də 
ciddi  fikir  verilmişdir.  «Məktəbi-tərbiyə»  Azərbaycan  məktəb  tarixində  ilk  yeni  üsullu  milli 
məktəblərdən  biri  olmuşdur  ki,  burada  tərcümə  dərsləri  də  təşkil  olunmuşdur.  Məhz  məktəbin  bu 
cəhəti  Cəlil  Məmmədquluzadənin  xüsusi  ilə  diqqətini  cəlb  etmişdir.  O,  Sidqinin  Tərbiyə  məktəbini 
yaratdığı  zamanlarda  belə  faydalı  məktəbin  nəinki  İrəvanda,  hətta  Qafqazın  böyük  müsəlman 
şəhərlərinin  çoxunda  olmadığını  qeyd etmişdir  (6, s. 257-258). 
 
 
 
 
 
«Məktəbi-Tərbiyə»  Sidqinin  səyi  nəticəsində  ədəbi-mədəni  fikrin  əsas  mərkəzlərindən  birinə 
çevrilmişdir.  Burada  C.  Məmmədquluzadə,  Q.  Şərifzadə,  C.  Sultanov,  M.  Əmirov  və  Ə.  Sultanov 
kimi  görkəmli  şəxsiyyətlər  Sidqinin  elmi-ədəbi  söhbətlərinə  qulaq  asmış  və  şerlərini  dinləyib 

- 259 - 
müzakirələr  etmişlər.  Həmçinin  onlar  bu  məktəbin  vasitəçiliyi  ilə  Rusiya,  Qafqaz  və  Şərq 
mətbuatını  da  mütaliə  etmək  imkanı  qazanmışlar.  Həmçinin  məktəbdə  qabaqcıl  ziyalıların  iştirakı 
və  təşəbbüsü  ilə  bir  neçə  dəfə  teatr  da  göstərilmişdir.  Həm  də  bu  məktəbdə  ədəbi  müsabiqələr, 
müzakirələr  və  görkəmli  şəxsiyyətlərin  yubiley  gecələri  də  təşkil  olunmuşdur.  Buna  görə  də  Cəlil 
Məmmədquluzadə  «Məktəbi-Tərbiyə»ni  yeniyetmə  müəllim  və  ədiblər  üçün  «darülürfan»  kimi 
qiymət  vermişdir  (13,  c.1,  s.  260-262).    Tanınmış  yazıçı  və  şair  Hüseyn  Cavid  məktublarının  birində 
isə  Sidqiyə,  «böyük  ustad  və  cəllalı  atamız»    (7,  c.5,  s.  42)  deyə  müraciət  etmişdir.  Qürur  hissi  ilə 
qeyd  edə  bilərik  ki,  yeniyetmə  və  maarifçi  gəncliyin  böyük  bir  dəstəsi  “Məktəbi-tərbiyə”  dən 
çıxmışdır.  Ona  görə  ki,  S.  M.  Qənizadə,  F.  Köçərli,  R.  Əfəndiyev,  Ə.  Axundzadə  və  Ə.  Cəfərzadə 
kimi  Azərbaycanın  görkəmli  maarifçi  ziyalıları  bu  məktəbin  fəaliyyəti  ilə  gündəlik  maraqlanmış  və 
elmi-pedaqoji 
tövsiyələr 
vermişlər.=“Məktəbi-tərbiyə”nin 
şagirdləri 
arasında, 
Azərbaycanın 
görkəmli  şair,  alim,  publisist  və  aktyorları  kimi  tanınmış  bir  çox  ziyalılar  çıxmışdır.  Həmin 
ziyalılardan  Hüseyn  Cavidin,  Əziz  Şərifin,  Əliqulu  Qəmküsarın,  Rza  Təhmasibin,  Ələkbər 
Abbasovun  və  Məmmədəli  Səfərovun  adlarını  çəkmək  olar  (12,  s.  6-8).  «Əxtər»  məktəbində  olduğu 
kimi  “Məktəbi-tərbiyə”də  də  dünyəvi  fənlər  tədris  olunmuşdur.  Bu  məktəbin  tədris  planına 
Azərbaycan,  rus,  ərəb  və  fars  dilləri  ilə  yanaşı  tarix,  coğrafiya  və  hesab  kimi  dünyəvi  fənlər  də  daxil 
edilmiş  və  sinif-dərs  sistemi  tətbiq  edilmişdir.  Bu  isə  o,deməkdir  ki,  artıq  siniflərdə  şagirdlər  həsir 
üstündə  deyil  partalarda  otururublar.  Dərslərdə  müəllim  coğrafi  xəritə,  qlobus  və  yazı  taxtasından 
da  istifadə  etmişdir  və  fiziki  cəza  qəti  qadağan  olunmuşdur.  Əksinə  “Məktəbi-tərbiyə”  də  Sidqi 
tərəfindən  tərtib  edilmiş  və  bu  günə  qədər  qorunub  saxlanılmış  «Ədəb  qaydaları»  tətbiq  edilmişdir. 
Bu  qaydaları  şagirdlər  yaxşı  qavraması  üçün    “Məktəbi-tərbiyə”  şagirdlərinə  tapşırıqlar  başlığı 
altında  verilirmiş.  22  maddədən  ibarət  olan  bu  ədəb  qaydalarında  şagirdlərin  dərsə  davamiyyətindən 
başlayaraq  məktəb  və  məktəbdən  azad  olunana  qədərki  dövrü  əhatə  edir.  Hətta  bu  maddələrdə 
şagirdlərin  məktəbdən  azad  olduqdan  sonrakı  vaxtlarda  da  onların  əxlaq  və  davranış  qaydaları 
haqqında  məlumat  verilmiş  və şagirdlərə  öz dərslərini  yaxşı  oxumaları  da tövsiyə  edilmişdir.   
 
Bundan  başqa  “Məktəbi-tərbiyə”nin  şagirdləri  üçün  20  bənddən  ibarət  olan  yaddaş  kitabçası 
da  tərtib  edilmişdir.  Burada  isə  məktəbə  daxil  olmağın  üstünlükləri  göstərilmişdir.  Bunlarla  yanaşı 
məktəbin  tədris  planına  etika  dərsləridə  daxil  edilmişdir.  Etika  dərsləri  məktəbin  III  sinfində  həftədə 
üç  saat  olmaqla  keçirilirdi.  Yuxarıda  adlarını  çəkdiyimiz  bu  müsbət  cəhətlər  görkəmli  pedaqoq  və 
qayğıkeş  müəllim  Sidqiyə  böyük  şöhrət  qazandırmışdır. 
 
 
 
 
 
 
 “Məktəbi-tərbiyə”nin  tədris  proqramına  “elmi-ilahi”  başlığı  altında  tərtib  olunmuş  «Qurani-
Kərim»dən  olan  surə  və  ayələrin  izahı  da  şagirdlərə  öyrədilirdi.  Bununla  yanaşı  şagirdlərə  ərəb 
ayları,  cəlali  ayları,  rumi  ayları,  on  iki  bürclər  və  rus  ayları  haqqındada  məlumat  verilirdi.  Həmçinin 
məktəbdə  şagirdlərə  şer  və  imla  dərsləri  də  keçirilirdi.  Bu  məktəbin  nailiyyətləri  haqqında  İrəvan 
qubernatoru  1895-ci  ilə  aid  hesabatında  qeyd  etmişdir  ki,  «son  vaxtlar  müsəlmanlar  arasında 
düzgün  təşkil  edilmiş  məktəb  açmaq  sahəsində  dönüş  hesab  edilir»  (23, s. 24).  
 
 
 
Ona  görə  ki,  o  dövrdə  istər  Ordubad,  istərsə  də  Naxçıvanda  bu  məktəblərin  meydana 
gəlməsi  məscid  məktəblərinə  böyük  ziyan  vurmuşdur.  Təkcə  bir  maraqlı  faktı  qeyd  edək  ki,  ilk  dəfə 
olaraq  “Məktəbi-tərbiyə”  yə  100-ə  qədər  şagird  qəbul  edilmişdi.  Bu  isə    öz  növbəsində  məscid 
nəzdindəki  mədrəsə  şagirdlərinin  sayının  kəskin  şəkildə  azalmasına  səbəb olurdu  (5, s. 309). 
 
Məktəbdə  Sidqinin  özü  ana  dili,  fars  dili  və  ərəb  dillərini  tədris  etmişdir.  Yerdə  qalan 
fənnləri  Zaqafqaziya  Müəllimlər  Seminariyasını  bitirmiş  Ələkbər  Süleymanov,  şəriət  dərslərini  isə 
Hacı  Ələsgər  Kərimov  tədris  etmişdir  (19,  v.  7).  Məktəbin  şagirdlərinin  sayının  artması  və  binanın 
köhnəlməsi  təlimi  çətinləşdirirdi.  Buna  görə  də  məktəb  1896-cı  ildə  təzə  binaya  köçürülmüş  və 
normal  şəraitdə  isə  başlamışdır.  Yenə  burada  da  Sidqinin  tərtib  etdiyi  tədris  planından  istifadə 
edilirdi.  Həmçinin  məktəbdə  Azərbaycan,  rus,  fars,  ərəb  dilləri  ilə  yanaşı  tarix,  coğrafiya  və  hesab 
kimi  dünyəvi  fənnlər  də  öyrədilirdi.  “Məktəbi-tərbiyə”  yə  müdürlük  həmin  məktəbin  müəllimi 
Sidqinin  birbaşa  özü  rəhbərlik  etmişdir. 
 
 
 
 
 
 
 
 
 “Məktəbi-tərbiyənin”  uğurları  və  Naxçıvanda  demokratik  fikirli  ziyalıların  formalaşması  o 
dövrdəki  hakimiyyətin  diqqətini  xeyli  cəlb  etmişdir.  Buna  görə  də  ruslar  bu  məktəb  ilə  yaxından 
maraqlanmış  və  tədricən  həmin  məktəbi  rus-müsəlman  məktəbinə  çevirmişlər.  Bundan  sonra 
«Məktəbi-tərbiyə»  dövlətin  ixtiyarına  keçmişdir.  Ona  görə  də  məktəb  1896-cı  il  may  ayının  14-dən 

- 260 - 
rus-Azərbaycan    məktəbi  olaraq  İrəvan  quberniyasının  xalq  məktəblərinin  tərkibinə  daxil  edilmişdir 
(8,  s.  14).  Bu  zaman  Sidqinin  rəsmi  müəllimlik  şəhadətnaməsi  olmadığından  və  rus  dilini  yaxşı 
bilmədiyindən  məktəbin  müdürlüyündən  azad  edilir  və  Sidqi  məktəbdə  ana  dili  müəllimi 
vəzifəsində  saxlanılır.  Onun  yerinə  isə  həmin  məktəbin  rus  dili  müəllimi  Ələkbər  Süleymanov  təyin 
edilir.    Yeri  gəlmişkən  qeyd  edək  ki,  Ə.  Süleymanovun  nə  vaxtdan  “Məktəbi-tərbiyə”  nin  müdüri 
təyin  edilməsi  ilə  əlaqədar  bəzi  məsələləri  aydınlaşdırmağı  lazım  bilirik.  1862-ci  ildə  Nehrəm 
kəndində  anadan  olan  Ələkbər  Molla  Süleyman  oğlu  Süleymanov  1882-ci  ildə  Zaqafqaziya 
Müəllimlər  Seminariyasını  bitirərək  kənd  ictimaiyyət  məktəbinə  müdir  təyin  edilmişdir.  1890-cı 
ildən  Baş  Noraşen  ikisinifli  zemstvo  məktəbində  müəllimlik  etmiş  və  1894-cü  ildə  öz  ərizəsi  ilə 
azad  olunmuşdur.  Sidqi  tərəfindən  Naxçıvanda  “Məktəbi-tərbiyə”  təsis  edilərkən  şəhər  ictimaiyyəti 
tərəfindən  həmin  məktəbə  rus  dili  müəllimi  vəzifəsinə  dəvət  edilmişdir.  Bir  sıra  rəsmi  sənədlərdə  Ə. 
Süleymanovun  “Məktəbi-tərbiyə”  yə  müdir  təyin  edilməsi  tarixi  1895,  1896,  1897  və  nəhayət  1898-
ci  ilə  aid  edilir  (2,  v.  7).  Təəssüf  ki,  onun  məktəb  müdirliyinə  keçməsinə  aid  heç  bir  rəsmi  sənəd 
olmamışdır.  Ə.  Süleymanov  1906-cı  ilədək  “Məktəbi-tərbiyə”  ni  idarə  etmişdir.  Daha  sonra  isə 
vəzifəsini  Abbasov  soyadlı  bir  nəfərə  verərək  özü  şəhər  məktəbində  Azərbaycan  dili  müəllimi 
vəzifəsinə  keçmişdir.  1910-cu  ildə  3-cü  dərəcəli  Stanislav  ordeni  ilə  təltif  edilmişdir  (5,  s.  25-29). 
 
Beləliklə,  müəyyən  vaxtdan  sonra  məktəbdən  ərəb  və  fars  dilləri  də  tamamilə  götürüldü, 
tədris  planında  Azərbaycan  dilinə  verilən  saatlar  xeyli  azadıldı.  Bu  isə  rusların  Azərbaycan  xalqına 
və  dilinə  qarşı  növbəti  antiazərbaycan  planlarından  biri  idi.  Ancaq  rusların  əməlləri  Azərbaycan 
xalqının  əzmini  qıra  bilmədi.  On  görə  ki,  həm  Sidqi  həm  də  “Məktəbi-tərbiyə”  əhalinin  dərin 
hörmətini  qazanmışdır.  Elə  buna  görə  də  məktəbin  şagirdlərinin  sayı  Naxçıvanın  istər  dövlət  istərsə 
də  ruhani  məktəblərinin  sayından  əsaslı  surətdə  fərqlənimişdir.  Təkcə  bir  faktı  qeyd  etmək  olar  ki, 
buradakı  şagirdlərin  sayı  80 ilə  120 arasında  olmuşdu  (15, s. 22- 23).  
 
 
 
 
Bununla  yanaşı  M.  T.  Sidqinin  əsərlərindəki  bir  sıra  müddəalar  və  “Məktəbi-tərbiyə”nin 
şagirdləri  üçün  tərtib  etdiyi  nizamnamə  öz  dövründə  olduğu  kimi  bu  gündə  öz  əhəmiyyətini 
saxlamaqdadır.  O,  bu  nizamnamənin  tərtibində  Komenski,  Slavanetski  və  Yankoviç  kimi  dünya 
pedaqogikasının 
görkəmli 
nümayəndələrinin 
fikirlərindən  istifadə  etmişdi.  Dövrümüzə  qədər 
əlyazma  şəklində  gəlib  çıxan  bu  nizamnamə  Azərbaycan  məktəb  tarixində  ilk  tərtib  olunmuş 
məktəb  nizamnaməsidir. 
 
 
 
 
 
 
 
 
 
 
Beləliklə,  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Ordubadda  da  yeni  üsullu  məktəb  açmaq 
qərarı  qəbul  edilmişdir.  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Arxivindəki  sənədlərdən  məlum  olur 
ki,  XIX  əsrin  80-cı  illərində  Ordubad  şəhərində  açılması  nəzərdə  tutulan  ibtidai  məktəb  orada 
yaşayan  əhalin  say  tərkibinin  kifayyət  qədər  olmaması  bir  səbəb  kimi  götürülmüşdür  (3,  v.  9). 
Başqa  bir  mənbədə  isə  göstərilən  dövrdə  Zaqafqaziyanın  baş  hakimi  olmuş  Rozen  Ordubadda 
məktəbin  açılmasının  təxirə  salınmasının  səbəbini  belə  izah  etmişdi:  “Zat-alilərinə  bildirmək 
istəyirəm  ki,  Ordubad  şəhərinin  sakinləri  az  olduğundan  hal-hazırda  orda  məktəb  açmaq  heç  bir 
mənfəət  verməz”  (9, s. 91). 
Yuxarıda  sadaladığımız  “maneə”lərə    baxmayaraq  1854-cü  il  noyabr  ayının  24-də  Ordubad 
şəhərində  yeni  üsullu  ilk  ibtidai  məktəb  açıldı  (5,  s.  26).  Bu  məktəbə  qəbulda  bilik  səviyyəsi 
yoxlanılmırdı.  Həmçinin  şagirdlərdən  aylıq  təhsil  haqqı  da  alınmırdı.  Məktəblərə  qəbulda  aşağı  və 
yuxarı  təbəqələrin  uşaqları  da qəbul  olunurdu. 
 
 
 
 
 
 
Mənbələrdə  başda  məktəbin  müəllimləri  olmaqla  bütün  işçilərin  Rusiyadan  gəldiyi 
göstərilmişdi  (12,  s.  7).    Həmçinin  əsərdə  məktəbin  elm-ilahi  müəllimi  Mir  Yəhya  Mir  Məhəmməd 
oğlu  olduğu   qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvan  Muxtar  Respublikasının  Dövlət  Arxivində  saxlanılan  Ordubad  məktəbinin 
fəaliyyətini  əks  etdirən  sənədin  23  №-li  protokolunda  bu  məktəbə  ilk  daxil  olanlardan  aşağıdakı  altı 
müsəlman  uşağının  adları  çəkilir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. Ağarəzi  oğlu  Mirzə  Mehdi   
 
 
 
 
 
 
 
 
2. Soltan  bəy Abbasqulu  bəy  oğlu 
 
 
 
 
 
 
 
 
3. Mirzə  Sadıq  
 
 
 
 
 
 
 
 
 
 
4. Mənsur  ağa   
 
 
 
 
 
 
 
 
 
 
5. Baba Soltan  Kəngərli 
 
 
 
 
 

- 261 - 
 
 
 
 
6. Rzaqulu  Hacı  Məmmədhüseyn  oğlu  (21, v. 33).   
 
 
Həmin  sənədin  32  №-li  protokolunda  Əhməd  İsmayılovun,  Hüseyn  Mirzə  Xəlil 
Salehzadənin,  Soltan  Hacıbəyzadənin  və  Əsgər  Hüseynzadənin  adları  göstərilir  (20,  v.  14).  Nəhayət 
bu  da  əlavə  olunmalıdır  ki,  1870-ci  ildən  etibarən  ibtidai  məktəblərdə  təhsil  haqqı  tətbiq  olunmağa 
başladı.  Məsələn,  Ordubad  şəhərində  fəaliyyət  göstərən  ibtidai  məktəblərdə  oxuyan  şagirdlərdən 
1877-ci  ildə  adambaşına  3  manat  təhsil  haqqı  toplanmışdır  (5,  s.  108-109).  XIX  əsrin  sonu  XX  əsrin 
əvvəllərində  Ordubadda  yeni  üsullu  məktəblərin  açılmasında  Məhəmməd  Tağı  Sidqinin  böyük 
xidmətləri  olmuşdur.  Görkəmli  pedaqoq  qeyd  etmişdir  ki,  “Məktəb  cəhalət  dərdinin  dərmanı, 
mərifət  bağının  xiyabanıdır...  Məktəb  də  bir  cismə  bənzər  ki,  onun  ruhu  müəllimdir”    (18,  s.  14-15).
 
M.  T.  Sidqi  Ordubad  şəhərində  ilk  məktəbini  1892-ci  ildə  Hüseyn  Sultan  Kəngərlinin 
köməyi  ilə  açmışdır.  Bəzi  mənbələrdə  isə  «Əxtər»  («Ulduz»)  məktəbinin  Məhəmməd  Tağı  Sidqi 
tərəfindən  1890-cı  ildə  açılması  göstərilmişdir  (23,  s.  33-34).  AMEA-nın  M.  Fizuli  adına 
Əlyazmalar  İnstitunun  Arxiv  materiallarında  «Əxtər»  məktəbinin  1892-ci  ildə  açılması 
göstərilmişdir  (22,  v.  5-7).  O,  bu  məktəbə  «Əxtər»  yəni  «Ulduz»  adını  vermişdir.  Onun  bu  məktəbi 
Zahirüddövlə  İbrahim  xan  tərəfindən  inşa  edilmiş  mədrəsəsinin  üst  qatında  yerləşmişdir.  Sidqinin  
bu  məktəbi  o  vaxt  nəinki  Ordubadda,  bütünlüklə  Naxçıvan  mühitində  çox  mühüm  bir  pedaqoji 
hadisə  olmuşdur.  Onun  bu  məktəbi  Ordubad  şəhərində  camaat  arasında  «Xeyriyə»  məktəbi  kimi 
tanınır  və  onun  uğurları  haqqında    çox  danışılırdı  (1,  v.  3-4).  Çox  keçmədi  ki,  Sidqinin  bu 
məktəbinin  sədası  bütün  quberniyaya  yayıldı.  Buna  səbəb  uşaqların  savadlanmasının  yüksək  olması 
idi.  Heç  təsadüfi  deyil  ki,  İrəvan  qubernatoru  1892-ci  ilə  aid  quberniyanın  hesabatına  əlavə  olunan 
icmalda  məktəb  haqqında  deyilirdi:  “Ucqar  qəzalardan  biri  olan  Ordubadda  “Əxtər”  adında  yeni  bir 
müsəlman  məktəbi  açılmışdır.  Məktəbi  Mirzə  Tağı  adlı  bir  şəxs  təsis  etmişdir.  Yerli  əhali  məktəbə 
o,  qədər  rəğbət  bəsləyir  ki,  onlar  öz  uşaqlarını  dini  məktəblərdən  çəkindirib  “Əxtər”ə  qoyurlar”  (23, 
s. 19) . M.  T.  Sidqi  məqalələrində  məktəbinin  üçüncü  sinif  şagirdləri  və  onların  dərəcələri  haqqında 
geniş  məlumat  vermişdir.  O,  bu  burada  sinifin  birinci  dərəcəyə  mənsub  olan  şagirdlərinin  heca  və 
hürufatı,  yazmağı  və  qiraət  ədəbiyyəni  öyrəndiklərini,  üçüncü  dərəcəyə  mənsub  olanların  isə  hesab 
və  coğrafiya  elmlərini  daha  kamil  bilmələrini  və  xəritə  üzərində  sərbəst  işlədiklərini  bildirmişdir 
(15,  s.  71).  Həmçinin  Sidqi  şagirdlərin  fars  dilinin  qayda-qanunlarını  mənimsədiklərini  böyük 
sevinc  hissi  ilə  qeyd  etmişdir.  Başqa  bir  arxiv  materialında  isə  məktəbdə  şəriət  fənnindən  savayı  ana 
dili,  hesab,  coğrafiya  dərslərinin  ana  dilində  keçirilməsi  və  səmərəli  məktəbdarlıq  işlərinin  olması 
haqqında  da  məlumat  verilmişdir  (3,    v.  21-25).  Demək  olar  ki,  Ordubadda  açılan  bu  ibtidai  məktəb 
əhalinin  hökumət  dairələrinə  500  adamın  imzaladığı  xahiş  məktubundan  sonra  1894-cü  ildə 
ikisinifli  məktəbə  çevrildi.  Bu  məktəbdə  33  nəfəri  azərbaycanlı  olmaqla  56  şagird  təhsil  alırdı. 
Lakin  çox  keçmədən  bu  məktəb  beş  ildən  sonra,  1902-ci  ildə  üçsinifli  ali  ibtidai  məktəblə  əvəz 
olundu.  Bununla  yanaşı  qeyd  edilməlidir  ki,  məktəbdə  təhsil  alan  azərbaycanlı  tələbələrin  sayında 
da  artım  olmuşdur.  Belə  ki,  1914-cü  ildə  məktəbdə  oxuyan  181  şagirdin  144  nəfəri 
azərbaycanlılardan  ibarət  idi  (10, s. 106). 
Bu  məktəblərdə  tədris  olunan  fənnləri  şərti  olaraq 
aşağıdakı  şəkildə  qruplaşdıra  bilərik:   
1. Əsas fənnlər  - Şəriət,  oxu  və yazı,  rus dili   
 
 
 
 
 
 
2. Köməkçi  fənnlər  – Hesab, təcrübi  həndəsə,  coğrafiya,  tarix,  fizika,  rəsm  və rəsmxət   
Qeyd  edək  ki,  Ordubadda  açılan  bu  ibtidai  məktəbin  nəzdində  kitabxana  da  fəaliyyət 
göstərmişdir.  Bu  kitabxanadakı  kitabların  sayı  haqqında  Akademik  Hüseyn  Əhmədov  yazırdı 
“1865-ci  ildə  Ordubad  ibtidai  məktəbinin  kitabxanasında  133  adda  56  nüsxə  kitab  saxlanılırdı”  (5, 
s. 27).  Dövrə  aid  yazılmış  əsərlərin  araşdırılması  göstərir  ki,  1900-cü  ildə  Ordubad  əhalisi  öz 
aralarında  maddi  vəsait  toplayaraq  yeni  üsullu  ilk  rus-Azərbaycan  məktəbi  açmaq  istəsələr  də 
cahilpərəst  dövlət  məmurları  və din  xadimləri  buna  imkan  vermədilər. 
 
 
 
 
Aparılan  tədqiqat  zamanı  məlum  olur  ki,  yerli  əhalinin  bütün  səylərindən  sonra  Ordubad 
şəhərində  ilk  rus-Azərbaycan  məktəbinin  1901-ci ildə  açılmasına  müvəffəq  ola  bilmişlər.   
 
Professor  Misir  Mərdanov  “Azərbaycan  təhsil  tarixi”  kitabında  yazır:  “1914-1915-ci  tədris 
ilində  Ordubad şəhərində  bir  ali  ibtidai  məktəb  fəaliyyət  göstərmişdir  (14, c.1, s. 114). 
 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvan  bölgəsinin  Şərur-Dərələyəz  qəzasında 
açılmış  yeni  üsullu  məktəblərdən  biri  də Yengicə  kənd məktəbi  olmuşdur.  Arxiv  sənədlərindən  ay-

- 262 - 
dın  olur  ki,  Yengicə  kəndində  ilk  məktəb  1884-cü  ildə  11  şagirdlə  fəaliyyətə  başlamışdı  (3,  v.  3). 
Əvvəl  bir  dərəcəli  məktəb  kimi  fəaliyyət  göstərən  bu  məktəb,  1887-ci  ildən  ikidərəcəli  məktəbə 
çevrilmişdi.  Qeyd  olunmlalıdır  ki,  bu  məktəbin  formalaşmasında  Mirzə  Sadıq  Xəlilovun  çox  böyük 
rolu  olmuşdur.  M.  S.  Xəlilov  bu  məktəbdə  ilk  öncə  müəllim,  1885-ci  ildə  isə  müdir  (direktor) 
işləmişdir.  Yengicə  kəndinin  yaşlı  insanlarının  söhbətlərindən  aydın  olur  ki,  M.  S.  Xəlilov  Yengicə 
kənd  məktəbində  müəllim  işlədiyi  dövrdə  şəriət  fənnindən  başqa  yerdə  qalan  bütün  fənlərdən  dərs 
demişdir. 
 
Bununla  yanaşı  maarifpərvər  ziyalı  Mirzə  Cəlil  Şürbi  (Mirzəyev)  də  Yengicə  məktəbində 
çalışmış,  məktəbin  sayılıb  seçilən  adlı  sanlı  müəllimlərindən  biri  kimi  tanınmışdı.  Əvvəla  onu  qeyd 
edək  ki,  bu  məktəb  iki  otaqlı  şəxsi  binada  fəaliyyətə  başlamış,  ilk  məzunları  Mirzə  Rəhim  Rəhimov, 
Məşədi  İsmayıl  İsmayılov,  Mamoş  İsmayılov,  Muxtar  Zeynalov,  Sülüyman  Əliyev,  Cəlil  Tağıyev 
və Hüseyn  İsmayılov  olmuşdur  (6, s. 75). 
 
 
 
 
 
 
 
 
XX  əsrin  əvvəllərinə  aid  mənbələrin  birində  deyilir  ki,  Yengicə  məktəbində  Cənubi 
Azərbaycandan  gəlmiş  Məşədi  Həsən  Şükürzadə,  Mirmehdi  Makulu  və  Vedili  Əli  Zeynalov 
müəllim  işləmişdir  (16, s. 12). 
 
 
 
 
 
 
 
 
 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  yeni  üsullu  məktəblərdən  biri  də  Şərur-Dərələyəz 
qəzasının  Baş  Noraşen  kəndində  1885-ci  il  sentyabr  ayının  22-də  iki  sinifli  zemstvo  məktəbi 
açılmışdır  (6,  s.  48).  Tədqiqatlardan  məlum  olur  ki,  Baş  Noraşen  məktəbi  yenicə  fəaliyyətə  başlayan 
zaman  üç  müəllimi,  cinsi  tərkibi  hamısı  oğlanlardan  ibarət  olan  əlli  şagirdi  olmuşdur.  Məktəbin  ilk 
müdiri  (direktoru)  isə  görkəmli  maarif  xadimi  Mirzə  Əliməmməd  Xəlilov  olmuşdu. 
 
 
Xüsusilə  qeyd  edək  ki,  Baş  Noraşen  məktəbinin  yeni  üsullu  bir  məktəb  kimi 
formalaşmasında 
Məmməd 
bəy 
Qazıyevin, 
Fərzəli 
bəy 
Fərzəlibəyovun 
və 
Cəlil 
Məmmədquluzadənin  rolu  çox böyük  olmuşdur. 
 
 
 
 
 
 
 
C.  Məmmədquzadə  1887-ci  il  dekabr  ayının  25-də  Uluxanlı  məktəbindən  dəyişdirilərək  Baş 
Noraşen  kənd  məktəbinə  ikinci  müəllim  vəzifəsinə  təyin  edilmişdir.  Bu  məktəbdə  o,  1890-cı  ilin 
yanvar  ayının  15-ə  kimi  işləyir.  Akademik  İsa  Həbibbəyli  C.  Məmmdəquluzadənin  maarifçilik 
fəaliyyəti 
haqqında  yazır:  “C.  Məmmədquluzadə  yeni  üsullu  məktəbləri  təbliğ  etməklə 
kifayyətlənmir,  həm  də  yəlim  sistemini  yaxşılaşdırmaq  qayğısına  qalır,  vətən  övladlarından  elmi 
dünyagörüşə  malik  saf  mənəviyyatlı,  vətəninin,  xalqının  azad  gələcəini  düşünən  inkişaf  etmiş 
şəxslər  yetirməyi  arzu  edirdi  (6, s. 120). 
 
 
 
 
 
 
 
 
Qeyd  edək  ki,  bu  məktəbin  məzunları  sonralar  Qori  və  İrəvan  müəllimlər  Seminariyasında 
təhsil  almış,  Naxçıvanda  elmin,  maarifin  və  mədəniyyətin  inkişafında  böyük  xidmətləri  olmuşdur. 
 
Təhsil  sahəsində  aparılan  islahatlardan  sonra  XX  əsrin  əvvəllərində  Baş  Noraşen  məktəbi  ali 
beş  sinifli  ibtidai  məktəbə  çevrilir.  Qeyd  olunmalıdır  ki,  bu  məktəb  Şərur  bölgəsində  savadsızlığın 
ləğvində  önəmli  rol  oynamışdır.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Baş  Noraşen  məktəbinin 
fəaliyyətində 
məktəbin 
müəllimlərindən 
Əsgər 
Süleymanovun, 
Həsənalı 
Əliyevin, 
Əli 
Həsənzadənin, 
İlya  Səfiyevin,  Zərri  Səfiyevanın  Əli  Əliyevin,  Asya  Rzayevanın,  Həbib 
Məmmədovun,  Sona Qasımovanın  və Yusif  Həsənovanın  əvəzsiz  xidmətləri  olmuşdur. 
 
 
Bəhs  olunan  dövrdə  açılmış  yeni  üsullu  məktəblərdən  biri  də  1888-ci  il  sentyabr  ayının  3-də 
Şahtaxtı  kəndində  varlı  kənd  sakini  xeyriyyəçi  maarifpərvər  İbrahim  ağa  Şahtaxtınskinin  şəxsi 
evində  fəaliyyətə  başlamışdı  (16,  s.  23).  Məktəb  tariximizin  araşdırmaçılarından  biri  olan  akademik 
Hüseyn  Əhmədov  “XIX  əsr  Azərbaycan  məktəbi”  əsərində  yazır:  “1891-ci  ildə  Aleksandropolsk 
şəhərində  həvəskarlar  tamaşası  təkil  edən  Əbülfət  ağa  Şahtaxtınski  toplanan  yüz  üç  manat  pulu 
doğma  kəndindəki  məktəbin  ehtiyacına  vermişdir”  (5, s. 212). 
 
 
 
 
 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvanda  bölgəsində  fəaliyyət  göstərən 
məktəblərdən  biri  də  1896-cı  ildə  açılan  Sədərək  kənd  məktəbi  idi  (17,  s.  8).  Əvvəllər  dini  təhsil 

- 263 - 
verən  Sədərək  məktəbi  kəndin  imkanlı  şəxslərindən  olan  Rza  Məşəvəli  oğlunun  şəxsi  evində  ilk 
fəaliyyətinə  başlamış  və  daha  sonralar  isə  fəaliyyətini  kəndin  digər  bir  varlı  sakini  Həsən 
Şahverdiyevin  evində  davam  etdirmişdi. 
 
 
 
 
 
 
 
 
Akademik  Hüseyn  Əhmədov  “XIX  əsr  Azərbaycan  məktəbi”  əsərində  Sədərək  kəndinin  ilk 
şagirlərindən  Mirzə  Ələkbərin,  Mirzə  Hüseynin,  Şeyx  Əbülqasımın  və  Şeyx  Rzanın  adları  çəkilir 
(5,  s.  114).  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  inzibati  ərazi  bölgüsü  üzrə  Naxçıvan  qəzasının 
Şahbuz  uyezdində  ilk  məktəb  binası  Dövlət  Dumasının  qərarı  ilə  1896-cı  ildə  kənd  Şahbuzda 
(indiki  Şahbuzkənd)  ilk  üç  sinifli  yeni  üsullu  rus-Azərbaycan  məktəbi  fəaliyyətinə  başlamışdı  (17,  s. 
7-8).  Əsərdə  məktəbin  ilk  müdirinin  (direktoru)  Mirzə  Məhəmməd  Zamanov  olduğu  qeyd  olunur. 
 
Qeyd  edək  ki,  bu  məktəbə  daha  sonralar  Mirzə  Sadıq  Xəlil  oğlu  Xəlilov  və  Mirzə  Nəsrulla 
Xudaverdi  oğlu  Quliyev  rəhbərlik  etmişdir.   
 
 
 
 
 
 
 
Bəhs  olunan  dövrdə  Naxçıvan  bölgəsində  yeni  üsullu  məktəblərdən  biri  də  1894-cü  ildə  iki 
sinifli  ilk  məktəb  açılmışdı  (12,  s.  21).  Bu  məktəbdə  əsasən    ana  dili,  tarix,  şəriət  fənləri  və  dünyəvi 
fənlər  tədris  edilirdi.     
 
 
 
 
 
 
 
 
 
 
Araşdırmalardan  məlum  olur  ki,  məktəbdə  ərəb  dilini  və  şəriəti  Molla  Əli  və  Molla  Kərim 
Əliyev  əmioğulları  tədris  etmişdir. 
 
 
 
 
 
 
 
 
 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Naxçıvan 
bölgəsində  yeni  üsullu  məktəblərin  açılışı  davam  edirdi.  Belə  yeni  üsullu  məktəblərdən  biri  1889-cu 
ildə  Bənəniyar  kəndində,  digər  başqa  biri  isə  1896-cı  ildə  Yaycı  kəndində  ilk  fəaliyyətlərinə 
başlamışdır  (21, v. 7).  
 
 
 
 
 
 
 
 
 
 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Hacı  Rəhimağa  Qaibovun,  Hacı  Kərim 
Rzaquliyevin,  Məmməd  bəy  Şəfibəyovun  və  Hacı  Əli  Hüseyn  oğlunun  fəaliyyət  göstərdikləri 
Naxçıvanın  Cəhri  kənd  məktəbi  (1885,  67  oğ,  7  qız,)  Molla  Əli  Eynalı  oğlunun  çalışdığı  Nehrəm 
kənd  orta  məktəbi  (1885,  26  ş.)  Cəlil  Məmmədquluzadənin,  Molla  Məmmədqulu  Abdülhəsən 
oğlunun,  Sadıx  Xəlilovun  və  Abbas  Kərbəlayi  Orucəli  oğlunun  fəaliyyət  göstərdiyi    Aşağı  Göyləsər 
kənd  məktəbi  (1877,  1  sinifli,  83  şagird),  Ələkbər  Süleymanovun,  Zeynalabdin  Qurbanbəyovun  və 
Abdulla  Kəngərlinskinin  çalışdıqları  Şərur-Dərələyəz  kənd  məktəbi  (1882,  20  şagird),  Naxçıvan 
qəzasının  Qulubənd  (Qulubəyli)  kənd  məktəbi  (1882,  40  ş.),  Qarxun  kənd  məktəbi  (1882,  15  ş)  və 
Naxçıvan  qəzasının  özündə  fəaliyyət  göstərən  üç  sinifli  (1879,  57  ş.),  yeni  üsullu  dünyəvi  məktəblər 
yaradılmışdır  (16, s. 21-23).  Araşdırmalardan  görünür  ki,  1895-ci  ildən  etibarən  Naxçıvan 
qəzasının  Bilyav  (8  noyabr  1896-cı  il),  Yamxana  (İndiki  Babək  rayonu,  1895-ci  il),  Mahmudabad, 
Vənənd  (1896-cı  il),  Mahmudov  (8  noyabr  1896-cı  il),  Milax  (1896-cı  il),  Güzənüb  (1897-ci  il), 
Almalı  (1898-ci  il)    və  Əbrəqunus  (6  sentyabr  1895-ci  il)  kəndlərində  də  yeni  üsullu  xalq  (kənd) 
məktəblərinin  fəaliyyətə  göstərmişdi  (14,  c.1,  s.  102-103).  Sonda  onu  qeyd  edək  ki,  XIX  əsrin  sonu 
XX  əsrin  əvvəllərində  Naxçıvanda  ictimai-siyasi  və  elmi  fikrin  inkişafında  müəyyən  dəyişikliklər 
olduğu    kimi,  məktəbşünaslığın,  məktəb  təhsilinin  təşəkkülü  və  formalaşması  istiqamətində    də 
nəzərə  çarpacaq  dəyişikliklər  baş  verirdi.  Buna  həmin  dövrdə  Naxçıvan  bölgəsində  ana  dili 
məktəblərinin  açılması  bu istiqamətdə  aparılan  çox mühüm  tədbirlərdən  biri  idi. 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin