ƏDƏBİYYAT
I. Cavid Hüseyn . Əsərləri . Dörd cilddə . I-IVcildlər . Bakı, Yazıçı, I982-I985.
2. Məmmədquluzadə Cəlil. Əsərləri. Dörd cilddə. II cild. Bakı, ”Öndər”,2004. 584 səh.
3. Hacıbəyov Üzeyir . Seçilmiş əsərləri. Bakı,Yazıçı, I985. 653 səh.
4. Hadi Məhəmməd. Seçilmiş əsərləri. İki cilddə. I cild, Bakı, ”Elm” ,I978 . 409 səh.
5. Sabir Mirzə Ələkbər. Hophopnamə. Bakı, Çaşıoğlu, 2004. 528 səh.
6. Nemanzadə Ömər Faiq. Seçilmiş əsərləri . Bakı, Yazıçı, 1992. 536 səh .
7. Səhhət Abbas . Seçilmiş əsərləri. Bakı, Lider, 2005. 456 səh .
ABSTRACT
The problem of secular schools ( " usuli - Jadid " - shloly new type ) in the Azerbaijan Democratic
thought at the beginning of the XX century ( 1900-1920 ) .
In the early twentieth century as in the advanced countries , the Azerbaijani people wanted to
open secular schools . Because these schools were for a people to enlightenment. Movement for the new
democratic school , all the same , were the movement for the liberation of the nation from the colonial yoke .
New secular schools were written passwords in genetic memory of the nation . Therefore, the author points
out that this process has demonstrated itself in Azerbaijan democratic thought in the early twentieth century.
Therefore , enlightened people will understand their rights , will determine their leaders to rise and for
national liberation movement .
РЕЗЮМЕ
Проблема светские школы ( “ усули –джадид”-шkолы нового типа) в Азербайджанской
демократической мысли начала XX века ( 1900-1920 гг ) .
- 251 -
В начале ХХ века как в передовых странах , так и в Азербайджана народ хотел
открыть светские школы. Потому что, такие школы вели за собой народ к просвещению. Движение
за новые демократические школы, все –таки, были движением за освобождение нации от
колониального ига. Новые светские школы являлись письменным генетическим парольем в
памяти нации. Поэтому автор указывает , что этот процесс демонстрировал себя в
Азербайджанской демократической мысли в начале ХХ века. Связи с этим , просвещенный народ
будет понимать своих прав, будет определять своих лидеров и поднимется за национальное-
освободительное движение .
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
V.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
NƏZAKƏT YUSİFOVA
SEVDA KƏRİMOVA
Naxçıvan Dövlət Universiteti
UOT:37(094)
NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ TƏLİM - TƏRBİYƏ MƏSƏLƏLƏRİ
Açar sözlər: insan, tərbiyə, inkişaf, fiziki, mənəvi
Key words: human, bringing up, development, physical, moral
Ключевые слова: человек, воспитание, развитие, физическое, нравственное
Zəngin və hərtərəfli yaradıcılığı ilə Nizami Gəncəvi təkcə Azərbaycana deyil, bütün dünya
mədəniyyətinə qiymətli hədiyyələr vermiş, həm Şəqrdə, həm də Qərbdə böyük şöhrət tapmışdır.
Nizaminin zəngin yaradıcılığında təlim-tərbiyə məsələləri də xüsusi yer tutur. Onun “Sirlər
xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” əsrləri sanki hərəsi bir pedaqoji
poemadır (1.s.132).
Orta əsrin cəhalət səltənətində nurlu bir işıq kimi parlayan dahi Azərbaycan şairi böyük
mütəfəkkir və insanpərvər İlyas Yusif oğlu Nizami Gəncəvi dövrünün bütün qababcıl elmləri, həmçinin
yunan fəlsəfəsi ilə yaxından tanış olan yüksək təhsilli bir sima idi. Onun yaradıcılığında şərq-müsəlman
mədəniyyəti, qərb-vizantiya mədəniyyətinin əlamətləri ustalıqla uzlaşdırılmışdır. Nizami Gəncəvi
hərtərəfli inkişaf etmiş, geniş təhsilli bir sənətkar, alim və mütəfəkkir idi. Bu cəhətlər onu öz
müasirlərindən fərqləndirən bir mühüm xüsusiyyət də bu idi ki, o, heç vaxt saray şairi olmamışdır.
Əksinə Nizami saray həyatına qarşı dərin nifrət bəsləmişdir. O, padşah saraylarının insanı yandıran azad
ocaqlarına bənzədirdi. Bütün ömrünü halal zəhməti hesabına dolanmış dahi söz ustası bəzən maddi
ehtiyac isərisində yaşasa
da, heç kimdən asılı olmamışdır. Onun bu və ya digər hökmüdara həsr
edilmiş əsərləri də şahlara nəsihət vermək, zülmə son qoymaq, qalxa qarşı ədalətli olmaq məqsədini
güdürdü.
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yüksək əməllər, nəcib hisslər
tərənnüm edən ölməz söz ustasıdır. O, elə bir sənət xəzinəsi yaratmışdır ki,bu xəzinənin misilsiz söz
inciləri əsrlərin imtahanlarından müvəffəqiyyətlə çıxmış, zəmanəmizə qədər gəlib çatmışdır.
Bu nadir sənət nümunələri bütün yer üzünü dolaşır, milyonlarla insanlara mənəvi qüvvət
verir, onların nəcib əməllər uğrunda mübarizəyə ruhlandırır.
- 252 -
Nizami irsinin dövrümüz üçün böyük əhəmiyyəti vardır. Belə ki, şairin əsərləri təlim-
tərbiyəyə dair zəngin fıkirlərlə doludur. Bu əsərlərdə vətənpərvərlik, insanpərvərlik,xalq mənafeyini
hər şeydən üstün tutmaq, mərdlik, qəhramanlıq, dostluq, sədaqət kimi nəcib əxlaqı sifətləri
qiymətləndirmişdir. Nizami böyük bir mütəfəkkir kimi, öz əsərlərində tez-tez xalqa, hökmdarlara,
yaşlı və gənc nəslə öz nəsihətləri ilə müraciət etmiş, onlara düzgün yollar göstərməyə çalışmışdır.
Nizami bütün bu müraciət və tələbləri ilə xalqın həyatını yaxşılaşdırmağa cəhd etmişdir. Xalq
həyatı, xalq yaradıcılığı Nizaminin ilham mənbəyi olmuşdur. Xalqın arzu və istəklərini tərənnüm
edən
Nizami təlim-tərbiyə haqqında da bir sıra qiymətli fıkirlər irəli sürmüşdür.
Nizami elmə, biliyə yüksək qiymət verir. İnsan elmlə ucalır. Sən çalış yaxşıca öyrən dünyanı,
bəşəri, bitkini, daşı, heyvanı deyəndə, dünyəvi fənlərin öyrənilməsini nəzərdə tutur. O, insanı yer
üzünün əşrəfi hesab edirmiş. Bu əşrəfin yetişməsində irsiyyətlə yanaşı ictimai mühitin, tərbiyənin rolunu
yüksək qiymətləndirmişdi.
Nizami əqli təhsilə böyük əhəmiyyət vermişdi. Onun fıkrincə ağıl insanı heyvanlardan
fərqləndirən əsas əlamətdir. O, ağılı var-dövlətdən üstün tutur və xalqa müraciətlə deyir; “Var yoxunu
belə, ağıla bəxş elə”.
Nizami ağılı yalnız şəxsi həyatda deyil, ictimai-siyasi həyatda da rəhbər tutmağı adamlara
məsləhət görür. O, cəhalətin, nadanlığın barışmaz düşməni olmuş və yaşından asılı olmayaraq hamını
bilik almağa, elm öyrənməyə çağırmışdır. Nizamiyə görə fitrən kəskin ağıla malik olmaq, təlim
almaqdan yaxa qurtarmaq üçün adama əsas vermir.
Nizaminin əsərlərində antik dövrün filosofu Aristotelin bölgüsü ilə səsləşən fikirlər də diqqəti cəlb
edir. Bunu oğlu Məhəmmədə yazdığı nəsihətlərdən aydın görürük. Birinci nəsihət yazılanda oğlu
Məhəmmədin 7 yaşı, ikinci nəsihət yazılanda 14 yaşı, üçüncü nəsihət yazılanda 21 yaşı vardı. Hər yaş
bölgüsündə o, oğluna yaşa uyğun işlər görməyi məsləhət görürdü. Nizami təlimə 7 yaşdan başlamağı
tövsiyə edir. Bu yaşda uşağa əslinə görə hörmət edirlər. 7 yaşına qədər uşaqların qayğısına qalmağı,
onlarda gözəl keyfiyyətlər tərbiyə etməyi zəruri sayırdı. Erkən yaşdan uşağı elə böyütmək lazımdır ki,
atasına layiq övlaq olsun: Uşaqkən əslini sorsalar bir az ağac bar
verəndə cinsi sorulmaz.
7 yaşlı balam, gözümün nuru,
Ey dilim əzbəri, qəlbim qüruru.
Bu Hilal dövründə gəl eyləmə qəm.
Bədr olan zamanda gözəl Hilalın,
Göyə nur saçacaq sənin kamalın.
Biliyə raqib ol, dünyanı qazan.
Vaxtı boş keçirmə, qələm al ələ,
Elə namuslu ol, desin hər görən,
Ağıllı oğluna Nizami əhsən.
Deyən Nizami oğlunun gələcəyinə böyük ümid bəsləyir. İkinci nəsihətində, insanın elmlə
ucaldığına işarə edir:
Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
Təlim
almaq biliklərə yiyələnmək nəinki adamın ağlını zənginləşdirir, həm də əxlaqi cəhətdən
onu yüksəldir. Adətən Nizami əxlaqlı adamı kamil hesab edir; qəddar, şərəfsiz, vicdansız olanları isə
cahil, mədəniyyətsiz adam hesab edir.
Qeyd etmək lazımdır ki, Nizaminin tərafdar olduğu təhsilin məzmununda dünyəvilik çox
qüvvətlidir. Nizaminin qəhramanları İsgəndər, Bəhram Gur, Xosrov birinci növbədə elmi, təbiət
elmlərini, dilləri və ictimai elmləri öyrənmək işi ilə məşğul olurlar.
Nizami təlim üsullarına da toxunmuş və bu sahədə bəzi qiymətli fıkirlər söyləmişdir. O, təlimin
ciddi əmək tələb edən bir iş olduğunu göstərir və şagirdlərin elmləri səylə mənimsəməsini istəyirdi.
Nizami hər bir işin yüksək keyfiyyətdə icra olunmasını, sənətə əsaslı yiyələnməyi tələb edirdi. O,
deyirdi:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Nizami dövrünün adamlarında müşahidə etdiyi yüksək, nəcib sifətləri tərif etmiş, alçaq, iyrənc
mənəvi keyfıyyətləri isə pisləmişdir.
- 253 -
Nizaminin əxlaqi görüşlərində xeyirxahlıq ideyası olduqca mühüm yer tutur. O, dünyada
yaşamağın əsas məqsədini xeyirxah işlər görməkdə, başqalarına yaxşılıq etməkdə görürdü.
Nizaminin xeyirxahlıq haqqında söylədiyi fıkirlər onun vətənpərvərlik ideyaları ilə sıx
əlaqədardır; o, öz xalqını seçmiş, onun adını ucaltmağa çalışmış və başqa xalqlara da hörmətlə
yanaşmışdır.
Nizami bütün əsərlərində ehtiras düşkünlərini, tamahkarları, acgözləri kəskin tənqid etmişdir. O,
insan əməyinə böyük qiymət verir, onun tərbiyəedici qüvvəsinə möhkəm inam bəsləyirdi. Həyatın
mənasını yaradıcı əməkdə görən Nizami, hamının işləməsini lazım bilirdi. O,»bir insan da əliboş
gəzməməlidir»-deyə xalqa xitab edir. O, insanın bütün çətinliklərə çarə tapmağa qadir olduğunu qeyd
edir və gənc nəsli çətinliklərdən qorxmamağa çağırırdı.
Nizaminin əxlaqi görüşlərində dostluq və yoldaşlıq məsələsi müəyyən yer tutur. Nizami öz
əsərlərində dostun və yoldaşın mənfı və müsbət sifətlərindən bəhs edir və dost secməkdə ehtiyatlı
olmağı məsləhət görür. O, öz oğlunun şəxsində gənc nəslə müraciət edir və doğruçu, təvazökar, sadə,
ədəbli olmağı ona məsləhət görürdü. Nizami fikir mübadiləsində adamların təmkinli və mərifətli
olmalarını tələb edirdi.
Nizaminin əsərlərində nəcib əxlaqi xüsusiyyətlərin tərbiyəsinə dair bəzi göstərişlərə də
təsadüf edilir. Onun fikirinə görə əxlaq tərbiyəsində nümunə və nəsihətlərin böyük əhəmiyyəti
vardır. Nizami, uşağın tərbiyəsində mühitin düzgün təşkilinə yüksək qiymət vermiş və bu sahədə
məktəbin müəyyən rol oynadığını görmüşdür. O, çətinliklərlə mübarizədə səbrli olmağı, dönmədən
məqsədə doğru getməyi məsləhət görür. Onun bu məsləhətlərində yüksək optimizm, insanın qüvvə
və qüdrətinə böyük inam hiss edilir (4.s.132).
Üçüncü nəsihətində oğlunun əxlaqı məsələlərinə diqqət yetirir. Oğlundan xalqa fayda
verməyi, əsl kişi olmağı, yaxşı dost tapmağı məsləhət görür:
Bir dostun olsa da eyibli əgər,
Yüzünün adına ləkə gətirər.
Hünər ardınca qaç, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan gövhər çıxarar.
Artıq 5 yaş olanda uşaq hər şeyi dərk edir, yaxşını pisdən seçir. Gördüyü hər şeydən ibrət götürür.
6 yaşda ətrafı dərk edir. 7 yaşa çatanda ona müəllim tuturlar ki, ona dərs desin. Lakin 9 yaşa kimi
oynamaq olar. Bundan sonra ciddi iş başlayır.
Şahana tərbiyə, hünər, nəzakət,
Ağıla nur verər, ürəyə qüvvət.
Gəncləri ata şöhrətinə arxalanmamağa, zəhmət çəkməyə, elm öyrənməyə, əməklə məşğul olmağa
çağırır. Ata müəyyən vaxta qədər övladına kömək edə bilər.
Nizami, müəllim haqqında da bir sıra diqqətə layiq fıkirlər söyləmişdir. O, təlim və tərbiyəni
həyata keçirən müəllim və tərbiyəçilərin roluna yüksək qiymət vermişdir. Onun fıkrinə görə müəllim
zəngin biliyə və nəcib əxlaqi sifətlərə malik olmalıdır. Nizami deyir ki, müəllimin əsas vəzifəsi
şagirdlərə elm öyrətməkdən və bu yolda ciddi səy göstərməkdən ibarətdir.
Böyük şairin təlim və tərbiyə haqqındakı müdrik fıkirləri, ondan sonra gələn Azərbaycan yazıçı və
mütəfəkkirlərinə böyük təsir göstərmişdir. Onun ideyalarının parlaq şüaları əsrlərə işıq saçaraq,
dövrümüzə qədər gəlib çatmış və təlim-tərbiyə məsələlərində öz əhəmiyyətini itiməmişdir.
ƏDƏBİYYAT
1.
Ə.Seyidov. Pedaqogika tarixi. “Maarif” nəşriyyatı. Bakı: 1968. 418 səhifə.
2.
N. Gəncəvi “ İsgəndərnamə” Bakı Yazıçı nəşriyyatı, 1982. 668 səhifə.
3.
N. Gəncəvi “ Sirlər Xəzinəsi” Bakı Çaşoğlu 2004, 168 səhifə.
4.
S. M. Quliyev “Nizami Gəncəvi yaradıcılığında əxlaq məsələləri” Bakı, 1994. 67 səhifə.
ABSTRACT
N.Yusifova
- 254 -
Creative activity of Ganjavi has always been learned and is investigating still. “Khamsa”, his
qazels and qasides of the poet are deepless treasure which teachcs
something new. The purpose of this
article is to deal with the N.Ganjavi’s thoughts about education and tutition shortly.
РЕЗЮМЕ
Н.Юсифова
Творчество Гянджеви всегда изучалосъ и все ещи изучается. «Хамса», газэли и гасиды
поэта являются неисчерпываемым сокровищем.
В этой ставъе мы хотим коротко обозретъ мысли Н.Гянджеви о обучении и
воспитанием.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
K.Camalov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
ÇİNARƏ HÜSEYNOVA
Naxçıvan Dövlət Universiteti
UOT:371.64
ELEKTRON KİTABXANA ELM VƏ TƏHSİLİN İNKİŞAFININ PRİORİTET
İSTİQAMƏTİ KİMİ
Açar sözlər : китабханалар, библиографик фяалиййят, охуъулара хидмят, фондларын
мцщафизяси, китабхана-библиографийа просесляринин автоматлашдырылмасы
Key words: libraries, bibliographic work, service of the readers, safety of the funds,
automation of the library and bibliographic processes
Ключевые слова: библиотеки, библиографическая работа, обслуживание читателей,
сохранность фондов, автоматизация библиотечно-библиографических процессов
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ən böyük kitabxanalardan biri
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasıdır. Bu kitabxana 1968-ci ildən fəaliyyət göstərir
və muxtar respublikada elmi kadrların hazırlanmasında əvəzsiz rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbovun böyük qayğıları sayəsində 2004-cü ildə NDU Elmi
Kitabxanası üçün yeni beşmərtəbəli bina inşa edilmiş, bundan sonra kitabxananın tarixində yeni
inkişaf mərhələsi başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq
edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı” isə bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya
daşıyıcıları
ilə
zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin
təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların
maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir. Bütün bunlar mədəniyyət sahəsində
dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
- 255 -
Həmin vaxtlardan Elmi Kitabxanada elektron sistemin yaradılması diqqət mərkəzindədir.
Kitabxanada elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab
verilişi,
kitab
fondunun
komplektləşdirilməsi,
yəni
bütün
kitabxana
proseslərinin
avtomatlaşdırılması modulları daxildir. Elektron kataloqla yanaşı, kitabların elektron versiyaları
hazırlanıb oxucuların istifadəsinə verilir.
Kitabxana
— informasiya cəmiyyətinin baza prinsiplərinə: informasiyanın əmtəəyə
çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının
yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Elektron kitabxana oxuculara
informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq
məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan
asılılığına son qoyur. Ənənəvi kitabxanalarda informasiya xidməti yalnız kitabxananın iş saatı
müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın iyirmi dörd
saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda
oxuculara eyni zamanda xidmət edir.
Universitetin
müasir
Elmi
kitabxanası
şəxsiyyətin
formalaşması
üçün
mədəniyyət
fenomenidir. O, yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır və qoruyur, eyni
zamanda onların istifadəsini və yayımlanmasını təmin edir.
Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - kitablar və digər sənəd növləri üzrə fondlar
formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə
əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini
tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən
ibarətdir.
Cəmiyyətimizdə baş verən bir sıra dəyişikliklər - yeni texnologiyaların gündəlik həyatımıza
daxil olması, elmlə istehsalatın get-gedə artan qarşılıqlı əlaqəsi və s. NDU Elmi Kitabxanasının
oxucu sayı və sorğularının gündən-günə zənginləşməsinə və artmasına gətirib çıxarmışdır. Buna
görə də bu gün NDU Elmi Kitabxanasının “Oxuculara kitabxana xidmətinin təşkili” şöbəsinin
başlıca məqsədi kitabxana- biblioqrafiya xidmətinin mövcud forma və metodlarından istifadə
etməklə oxucu sorğularının tam və operativ yerinə yetirilməsindən ibarətdir.
XXI əsrin informasiya texnalogiyalarının xarakterik inkişaf istiqamətləri içərisində müxtəlif
növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması,
sistemləşdirilməsi, mühafizəsi və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün
bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-
informasiya təminatının təşkilində ifadə olunur.
Kitabxananın fondundan elmi işçilər, ali məktəb müəllim
və tələbələri aspirant və
dissertantlar və s. istifadə edirlər. Ümumiyyətlə bu oxucuları 2 qrupa ayırmaq olar: əsas qrupa
akademiklər, professorlar, elmi işçilər, ali məktəb müəllimləri daxildir ki, bu da bütün oxucuların
30 faizini təşkil edir. 2-ci qrup oxucular magistr və aspirantlar, ali məktəb tələbələridir.
Elmi kitabxanalarda fondun məzmununun hərtərəfli, geniş sürətdə açılması oxuculara xidmətin
təşkilində müxtəlif forma və metodların istifadə edilməsinə imkan yaradır.
Hazırda NDU Elmi Kitabxanasının 12 minə yaxın oxucusu var. Ötən il ərzində oxuculara
45450 nüsxə kitab verilmişdir. Kitabxana ənənəvi olaraq xidmət formalarını həyata keçirməklə
yanaşı, xidmət işinin yeni üsullarından istifadə edir.
Avtomatlaşdırma müasir dövrdə kitabxanaların qarşısında duran ən aktual problemlərdən
biridir.
Bu gün NDU Elmi kitabxanası avtomatlaşdırma sahəsində öndə gedən kitabxanalardan biri
və demək olarki birincisidir. Burada elektron kitabxana yardılan gündən avtomatlaşdırma sahəsində
ciddi və mühüm işlər görülür.
Son illər avtomatlaşdırma prosesinin mahiyyətini dərk etmək, nəzəri bilikləri mənimsəmək üçün
şöbənin əməkdaşları müxtəlif kursların müdavimləri olmuşlar, muxtar respublikada bir neçə
kitabxanalarda olmuşlar.
Ümumi oxu zalında kitabxananın bütün oxucularına xidmət göstərilir.
- 256 -
Sərgi zalında 2 istiqamətdə iş aparılır: sərgilərin təşkili və tədbirlərin keçirilməsi. Sərgilər
mövzusuna görə bir neçə hissəyə bölünür: yeni ədəbiyyatın sərgisi, yubiley, əlamətdar və tarixi
günlərin sərgisi.
NDU Elmi Kitabxanasının oxucularını yeni ədəbiyyatla tanış etmək üçün sərgi zalında
kitabxanaya daxil olan yeni ədəbiyyat sərgisi təşkil edilir.
NDU Elmi Kitabxanası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə
Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı»nda nəzərdə tutulmuş kompleks
tədbirlərin icrası kursunu həyata keçirir. Həmin Proqrama uyğun olaraq hal-hazırda kitabxananın
prioritet istiqamətlərindən biri informasiya-kommunikasiya texnologiyalarının və digər müasir
xidmət formalarının tətbiqi yolu ilə Azərbaycan elminin inkişafına yönəldilmiş fəaliyyət modelinin
qurulmasıdır.
2014-cu ildə NDU Elmi Kitabxanası öz fəaliyyətini kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq
və kitabşünaslıq sahələrində aparılan fundamental nəzəri və tətbiqi xarakterli tədqiqat işlərinin
səmərəliliyinin artırılmasına yönəldib və mühüm elmi nəticələr əldə etmişdir.
İnformasiya ehtiyatları ilə fondların zənginləşdirilməsi məqsədilə kitabxana “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”na uyğun olaraq sənəd fondlarının komplektləşdirmə mexanizminin yaradılması, müasir
elektron informasiya daşıyıcıları ilə formalaşdırılması və inkişafı istiqamətində tədqiqat işləri aparıb
və müsbət nəticələr əldə edib. Belə кi, fondların ənənəvi və müasir informasiya daşıyıcıları ilə tam
və əhatəli komplektləşdirilməsi təmin edilib.
NDU Elmi Kitabxananın fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulması istiqamətində
işlər aparılır. 2013-cü ildə Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun
qayğısı sayəsində kitabxananın binası tam təmir olunmuş, yeni avadanlıqlar alınmış, kitabxanada
avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır.
Heç şübhə yoxdur ki, elm və təhsilin inkişafının prioritet istiqaməti sayılan tam dövlət qayğısı
ilə əhatə olunmuş və ən müasir texniki avadanlıqlarla təchiz edilmiş, kitabxanamız informasiya-
kommunikasiya
texnologiyalarının
verdiyi
imkanlar
çərçivəsində
fəaliyyətini
daha
da
genişləndirəcək, gənclərin elm və təhsilin dünya standartlarına uyğunlaşdırılması istiqamətində öz
layiqli töhfəsini verəcəkdir.
Dostları ilə paylaş: |