ƏDƏBİYYAT
- 231 -
1.
Abdullayeva Ş. Pozitiv yönəlişlik: müasir psixologiyada və təsəvvürdə. //“Psixolıgiya” jurnalı//, 2010,
N4, səh.118-128
2.
Abdullayeva Ş. Pozitiv həyat yönəlişliyi. // Dövlət İdarəçiliyi: nəzəriyyə və praktika” jurnalı//, 2011, N2,
səh.235-238
3.
M.E.Селигман. нoвая Позитивная психология: Научный взгляд на счастье и смысл жизни/ Перев. с
англ. — М.: Издательство «София», 2006. —368 с.
4.
Tepperwain K.Die Kraft der Pozitiven Psychologie.München, Goldman Arkana,2007,474s
5.
Seligman M. Helplessness. San Francisco: Freeman, 1975, 102p.
6.
D.Kahneman and A. Tversky,
(Eds) Choices, values and frames. New York:: Cambridge
University Press and the Russell Sage Foundation.
7.
Ryan R. On happiness and human potential. New York: Knopf, 2001, 362 p.
8.
Fredrickson, B. (1998). What good are positive emotions?
Review of General Psychology, 2, 300-319.
9.
Isen, A.M. (2000). Positive affect and decision making. In M.
Lewis and J.M. Haviland-Jones (Eds.), Handbook of emotions
(2d ed, pp. 417-435). New York: Guilford Press.
10.
Estrada, C, Isen, A., and Young, M. (1997) Positive affect
facilitates integration of information and decreases anchoring
in reasoning among physicians. Organizational Behavior and
Human Decision Processes, 72,117-135.
11.
Aspinwall, L. C, Richter, L., and Hoffman n, JR.R. (2001).
Understanding how optimism works: An «Examination of
optimists' adaptive moderatio n of belief and behavior. In
E.C.Chang (Ed.),
12.
Deiner, E., and Seligmn, M.E.P. (2002). Very happy people.
Psychological Science, 13, 81-84.
13.
Fredrickson, В., and Levenson, R. (1998). Positive emotions
speed recovery from the cardiovascular sequelae of negative
emotions. Cognition and Emotion, 12,191-220.
14.
Csikszentmihaly M. Flow. New York: Harper, 264p.)
15.
Wilson, W. (1967). Correlates of avowed happiness. Psychological
Bulletin, 67, 294-306.
16.
Diener, E., and Suh, E. (1997). Measuring quality of life:
Economic, social and subjective indicators. Social Indicators,
40,189-216.
17.
Biswas-Diener, R. (2002). Quality of life among the homeless.
(In press).
18.
Mroczek D.K. ,and Kolarz, C.M. (1998). The effect of age on positive
and negative affect: A developmenta l perspective on happiness.
Journal of Personality and Social Psychology, 75,1333-1349.
19.
Witte r, R. A., Okun, M.A. , Stock, W.A., and Haring , M.J.
(1984). Education and subjective well-being: A meta-analysis.
Education Evaluation and Policy Analysis, 6,165-173.
20.
ABSTRACT
The positive psychology has arisen as a science of 90th years of the last century. Studying a
phenomenon helplessness the American psychologist Martin Seligman has paid attention that some people
do not lose courage, find a way out of the difficult situations. Experimental researches have shown that
positive emotions, positive properties of character and positive institutes form positive installation of the
person.
РЕЗЮМЕ
Позитивная психология зародилась как наука 90-е годы прошлого века. Изучая феномен
безпомощности американский психолог Мартин Селигман обратил внимание на то, что некоторые
люди не падают духом, находят выход из самых трудных положений. Экспериментальные
- 232 -
исследования показали, что позитивные эмоции, позитивные свойства характера и позитивные
институты формируют позитивную установку личности.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Dosent B.Haqverdiyev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
SALATIN HACIYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:159.923
PSİXOLOGİYADA ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI PROBLEMİ
Açar sözlər: cəmiyyət, sosiallaşma, şəxsiyyət, fərd, sosial amillər
Key words: society, socializing, personality, individual, social faktors
Ключевые слова: общество, социализация, личност, индивид, социальные факторы
Şəxsiyyət sosial varlıqdır. Onun sosiallaşması zəruri prosesdir. Şəxsiyyətin mənəvi key-
fiyyətləri sosiallaşma prosesində formalaşır. Sosiallaşma insanların birgəyaşayışını təmin edir.
İnsanın sosiallaşması daxil olduğu cəmiyyətin dəyərlər sistemini, münasibətləri, davranış nor-
malarını, stereotiplərini mənimsəməsi prosesidir. İnsan bu təcrübəni mənimsədikcə
mədəniləşir, yəni məxsus olduğu cəmiyyətin keyfiyyətlərini əxs edir. Cəmiyyət içərisindəki
sosial əlaqələr həm topluma, həm də həmin toplumun mədəni və əxlaqi dəyərlərinə, həm də insanın
bir şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Cəmiyyəti təşkil edən insanların bütün həyatı
əslində sosial mühitə uyğunlaşma içərisində keçir. İctimai həyatda insan fəaliyyətin müxtəlif
növlərinə qoşulur, ətrafdakılarla qarşılıqlı təsirdə olur və müəyyən sosial mövqe qazanır.
Sosiallaşma -sosial statuslar və rollar, deviant (qeyri-normativ) davranış, münaqişələr və s. kimi
mühüm sosial anlayışlar göstərilən prosesin müxtəlif cəhətləri əks etdirən abstraksiyalardır.
Sosiallaşma cəmiyyətin tarixi inkişafının müxtəlif dövrlərində hər mərhələnin özünəməxsus
sosial – iqtisadi və mədəni dəyərləri ilə həmin cəmiyyətin inamlarını, dəyərlərini əks etdirir.
Beləliklə dünyaya gələn hər bir insan və ya fərd tədricən insan mədəniyyətini mənimsəməyə
başlayır, öz xüsusiyyətlərini qazanır, cəmiyyətə daxil olur, başqa insanlar arasında özünü təsdiq edir
və şəxsiyyətə çevrilir. Sosiallaşma erkən uşaqlıqdan başlanır və mahiyyətcə qocalığın sonuna kimi
davam edir. O, fərdin mədəniyyətə daxil olmasının bütün proseslərini (onun öyrədilməsi və
tərbiyəsi, başqa insanlarla qarşılıqlı təsiri, onun cəmiyyətin dəyər və normalarını, müxtəlif sosial
rolları,
birgə
fəaliyyət
növlərini
mənimsəməsi, müəyyən hüquq və vəzifələrin, baxışların,
vərdişlərin və s. qazanılması) əhatə edir. Nəticədə insan tədricən bioloji varlıqdan cəmiyyətdə
yaşamağa və fəaliyyət göstərməyə qabil sosial varlığa
çevrilir. Sosiallaşmaya bir çox amillər
təsir göstərir.Şəxsin sosiallaşması onun içərisində yaşadığı cəmiyyətin norma və dəyərlərinə
uyğunlaşmağı öyrənməsi, bu dəyərlər sistemini mənimsəməsidir.Bu zaman təbii ki, sosial mühit
faktorları ilə yanaşı , insanın irsi və fərdi xüsusiyyətlərinin də sosiallaşmadakı rolu göz önündə
tutulmalıdır.
Öz məzmununa görə sosializasiya iki tərəfli prosesdir. Bir tərəfdən o, cəmiyyətin sosial-tarixi
təcrübənin, simvollarının, sərvətlərin və normaların ötürülməsindən (varislik Prinsipi), digər
- 233 -
tərəfdən isə fərdin onları mənimsəməsindən, interiorizasiyadan ibarətdir. Burada interiorizasiya
dedikdə, öz formasına görə xarici ictimai həyat prosesinin şüurun daxili proseslərinə keçməsi
başa
düşülür.
Sosiallaşma həyat silsiləsi ilə üst-üstə düşən mərhələlərdən keçir. Həyat silsilələri – insanın
tərcümeyi halında vacib mərhələlərdir. Onlar sosial «Mən»İnin inkişafının keyfiyyət mərhələləri –
məktəbəqədər dövr, məktəbdə təhsil alma, tələbəlik həyatı, evlənmə, orduda xidmət, peşənin
seçilməsi və işə düzəltmə, təqaüdə çıxma kimi qiymətləndirilə bilərlər. Həyat silsilələri sosial
rolların dəyişməsi, yeni sosial statusun əldə edilməsi, həyat tərzinin dəyişməsi ilə əvvəlki
adətlərdən, ətrafdan imna etmək və s. ilə bağlıdır. Həyat silsiləsinin hər bir mərhələsi bir-birini qar-
şılıqlı tamamlayan iki proseslə müşayət olunur: desosializasiya və resosializasiya. Desosializasiya
köhnə dəyərləri, normaları, rolları və davranış qaydalarını tərgitmək prosesidir. Resosializasiya
köhnələrin əvəzinə yeni dəyərləri, normaları, rolları və davranış qaydalarını öyrənmə prosesidir.
Sosiallaşma anlayışı geniş yayılsa da psixologiya elmində bu termin alimlər tərəfindən
birmənalı şəkildə qəbul edilmişdir. Sosiallaşma anlayışının sinonimi kimi şəxsiyyətin inkişafı və
tərbiyə terminlərini irəli sürürlər. Lakin sosiallaşma termini ənənəvi təhsil və tərbiyə anlayışlarından
daha geniş spektrə malikdir. Sosiallaşma fərdin davranış nümunələrini, norma və dəyərləri, mövcud
cəmiyyətdə onun uğurlu fəaliyyət üçün zəruri olanların mənimsənilməsi prosesidir. Bəzi alimlərin
fikrincə şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası pro-
sesidir. Bu proses fərdin sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin
norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.
Başqa sözlə, sosiallaşma prosesində insan mədəniyyət və sosial münasibətlər aləminə daxil olur və
şəxsiyyət müəyyən sosial qrupun nümayəndəsi
kimi
formalaşır.
Şəxsiyyətin sosiallaşması bəşəriyyətin, sosial təcrübənin nəsildən-nəsilə verilməsini üzvi su-
rətdə özündə ehtiva edir. Bu baxımdan varislik ənənələrinin saxlanılması və mənimsənilməsi adam-
ların gündəlik həyatından ayrılmazdır. Bu isə öz növbəsində yeni nəsillərin, cəmiyyətin iqtisadi, so-
sial, siyasi və mənəvi problemlərinin həllinə cəlb olunmasına şərait yaradır, belə ki, şəxsiyyətin so-
siallaşması ictimai cəhətdən əhəmiyyətli keyfiyyətlərin bir və ya bir neçəsini deyil, onun bütün ele-
mentlərinin tədqiqat obyektinə çevrilməsini nəzərdə tutur, bu zaman qarşıda duran başlıca vəzifə
şüur və davranışdakı stereotiplərin neqativ ünsürlərinin aradan qaldırılmasına nail olmaqdan ibarət-
dir.
Psixoloji ədəbiyyatda sosiallaşma prosesi haqqında müxtəlif fikir və mülahizələr vardır. Bə-
zi alimlərin fikrincə sosiallaşma fərdin inkişafının sosial cəhətdən şərtlənməsi deməkdir. Lakin so-
siallaşmanı yalnız fərdin sosial cəhətdən şərtlənməsi ilə məhdudlaşdırmaq onu sosial təsirlərin pas-
siv obyektinə çevirərdi. Əlbəttə, bu prosesdə insan sosial təsirlərə məruz qalır. Lakin bu insan ilə
cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətlərin bir tərəfidir. İkinci olduqca mühüm cəhət on-
dan ibarətdir ki, insan müxtəlif sosial təsir və münasibətlərin obyekti olmaqla bərabər, həm də hə-
min təsir və münasibətlərin subyektidir, yəni insan bu prosesdə fəaldır. İnsan mühit ilə qarşılıqlı əla-
qə prosesində fəal olmasaydı, onun sosiallaşması mümkün olmazdı, o sosial təcrübəni və mədəniy-
yəti mənimsəyə bilməzdi.
Çünki sosiallaşma bir dəfə yaranmış proses deyildir. O, daim dəyişən, zənginləşən, hərəkətdə, dina-
mikada olan prosesdir. Hər bir fərd ayrı-ayrılıqda özündən əvvəlki dövrdə yaşamış insanlar kimi bü-
tün ömrü boyu sosial mühitə daxil olur, ona uyğunlaşır. Müəyyən rol və funksiyaları qəbul edir və
mənimsəyir. Lakin sosial əlaqə və münasibətlərin artması və zənginləşməsi ilə yanaşı ayrı-ayrı
qruplar, xalqlar, sənətlər arasında qarşılıqlı əlaqə və həmrəylik, ayrı-ayrı fərdlərin digər şəxslər ilə
ünsiyyətə
meyli
də
artır
ki,
bu
da
sosiallaşmanın
ikinci
cəhətini
təşkil
edir..
Sosializasiya proseslərinin müxtəlif təşkilatları məlumdur. Bu təşkilatlarda sosializasiyanın dörd
başlıca sistemi-mikro,-mezo,-ekzo və makrosistemləri ayırd edilir. Onlar aşağıdakılarla
səciy-
yələnir:
Mikrosistem: ailə, dini qruplar, həmyaşıd uşaqlar cəmiyyəti, yaşayış yerinin sosial mədəni mühiti,
tərbiyə institutları.
Mezosistem: etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri.
- 234 -
Ekzosistem: valideynlərin iş yeri, yerli səhiyyə şöbələri, məişət şəraitinin yaxşılaşması, uşağın bacı
və
qardaşlarının
ailəsi,
dostlarının
ailəsi.
Makrosistem: planetar proseslər, ölkənin təbii coğrafi xüsusiyyətləri, cəmiyyət və dövlət.
İstər mikro, istər mezo və ekzo, istərsə də makro amillərdən hər birinin sosializasiya prosesində öz,
«mütləq» çəkisi olsa da, onlar bu mürəkkəb və ziddiyyətli prosesi qarşılıqlı əlaqədə şərtləndirir.
Sosializasiya prosesinin özünəməxsus mexanizmləri var. Onlardan ikisi-imitasiya və iden-
tifikasiya xüsusilə önəmlidir. İmitasiya müəyyən sosial modelin şüurlu sürətdə yamsılaması kimi
özünü göstərir. İdentifikasiya prosesində isə uşaq özünü təqlid obyekti ilə eyniləşdirir və bu yolla
sosial
təcrübəni
mənimsəyir.
Sosializasiya prosesində şəxsiyyət amilləri də müəyyən rol oynayır. N. Smelzer bu baxımdan iki
şəxsiyyət amilinin – həya və günahın rolunu qeyd edir. Müəllifin fikrincə, həya hissi o zaman əmələ
gəlir ki, insan ifşa olunacağından ehtiyat edir. Günah hissi isə vicdanın tərkibində formalaşır, həya
hissi
ilə
birlikdə
müəyyən
sosial
davranışı
qadağan
edir,
onun
qarşısını
alır.
Sosializasiya prosesində insan mədəniyyət və sosial münasibətlər aləminə daxil olur. Bu prosesdə,
o,
müəyyən
sosial
qrupun
nümayəndəsi
kimi
formalaşır.
Sosial psixologiyada bu çoxcəhətli prosesi adaptasiya, fərdiləşmə və inteqrasiya prosesi kimi
səciyyələndirirlər. Uşaq əvvəlcə yaşadığı qrupda insan münasibətlərinə uyğunlaşır, tədricən onda
fərdi xüsusiyyətlər formalaşır və sosiumda onun münasibətlərini şərtləndirməyə başlayır.
İnteqrasiya prosesi ilə mahiyyətcə tipikləşmə prosesidir. Bu prosesdə insanda qrup üçün səciyyəvi
olan şəxsiyyətə məxsus xüsusiyyətlər, qrupun digər nümayəndələri üçün ümumi olan
keyfiyyətlərformalaşır. Sosial uyğunlaşma insanın digər insanlara uyğunlaşma bacarığı, sahib
olduğu qrupda özünü lazımi səviyyədə tanıda bilməsi,
özünü
təsdiqdir.
Normal
bir
sosial uyğunlaşmanın reallaşmasını müşahidəyə əsaslanan bəzi ölçmələrlə də anlamaq mümkündür.
Məsələn:
1.Fərqli qruplara uyğunlaşma: Fərqli qruplara uyğun bir şəkildə davranan , onlarla ünsiyyət
yaradan, dost qruplarında olduğu kimi, özündən yaşlı insanlarla da normal ünsiyyət quran şəxs,
sosial baxımdan uyğunlaşmış bir insan olaraq qəbul edilir.
2. Sosial davranışlar: Cəmiyyətin tələb etdiyi davranış normalarını sərgiləyən,sosial
həyatlarında bu davranışları digər insanlara qarşı göstərən insan sosial baxımdan uyğunlaşmış insan
sayılır.
3.Daxili doyum: Cəmiyyətdə aldığı rol və insnlarla qurduğu ünsiyyətdən yetərli səviyyədə
həzz duyan şəxs sosial baxımdan sosial baxımdan uyğunlaşmış sayılır.
ƏDƏBİYYAT
1.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, Bakı, 2002.
2.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya, Bakı, 2003.
3.Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiyanın aktual problemləri, Bakı, 1986
ABSTRACT
Реrsonality socializing problem in psychology
The article is devoted to the personality socializing problem. Also factors influencing to the
socializing process and issues dealing with the role of social factors in making personality from
individual are noted.
РЕЗЮМЕ
Проблема социализации личности в психологии
Статья посвящена проблеме социализации личности.Здесь также говорится о сути
процесса социализации и влияние факторов на него,роли социальных факторов в
превращении индивида в личность.
- 235 -
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: pedaqogika üzrə fəlsəfə doktoru, dosent
V.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
NƏZAKƏT İSMAYILOVA
Naxçıvan Dövlət Universiteti
email:nezaket.ismayilova@yahoo.com
UOT:373.2
TOFİQ MAHMUD YARADICILIĞINDA TƏRBİYƏVİ
MÖVZULARIN TƏRƏNNÜMÜ
Açar sözlər: Təbiət, ədəbiyyat, yaradıcılıq, Azərbaycan, şeir
Key words: Nature, literature, poetizm, Azerbaijan, poet
Ключевые слова: Природа, литература, творчество, Азербаджан, стихотворение
Müasir Azərbaycan uşaq ədəbiyyatının inkişafında və yeniləşməsində əsaslı rol oynayan,
orijinal əsəri ilə seçilən Tofiq Mahmudovun özünəməxsus bədii üslubu var. Tofiq Mahmudovun
əsərlərində poetiklik şair- vətəndaş narahatlığlığı bütün yaradıcılığı boyu hiss olunur.
Tanınmış şair, nasir, tərcüməçi, publisist Tofiq Mahmudovun həyat tarixçəsi çox qısadır.
Mehdiyev Tofiq Mahmud oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuda anadan
olmuşdur. Onun ailəsi sonralar Bakıya köçdüyündən orta təhsilini Bakı şəhərində almış, 1449-cu ildə
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə oranı bitirmişdir.
O Azərbaycan Dövlət Universitetinin (indiki BDU- nun) filologiya fakültəsini bitirib
Mədəniyyət Nazirliyində metodist kimi əmək fəaliyyətinə başlayıb, “Azərbaycan müəllimi”
qəzetində müxbir, “Göyərçin” jurnalinin redaksiyasında ədəbi işçi, məsul katib, baş redaktor
vəzifəsində çalışıb. Hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan, ilk şeirlərini respublika
qəzet və jurnallarında çap etdirən Tofiq Mahmud mətbuatda işlədiyi müddətdə daha ciddi şəkildə
yazıb- yaradıb. Şeirləri, nəsr əsərləri, publisistik yazıları, məqalələri ilə müntəzəm şəkildə mətbuatda
çıxış edib, kitabları biri- birinin ardınca nəşr olunmağa başlayıb.
1959-cu ildə “Yola çıxıram” adlı ilk kitabı ilə ədəbi aləmə gəlmiş, təbii ki, ondan əvvəl
“Kəsməsəmdə görməsəmdə” ilk şeiri “İnqilab və mədəniyyət” jurnalında çap olunmuşdur. O,
“Azərbaycan müəllimi” qəzetində müxbir vəzifəsində çalışdığı zaman Azərbaycan rayonlarını qarış-
qarış gəzmişdir. Təbii ki, kənd və rayon məktəblərdə olduğu zaman uşaq təbiətinə, uşaq
psixologiyasına, uşaq aləminə yaxından bələd olmuş, uşaq ədəbiyyatına meyli artmışdı.
Tofiq Mahmud 1976-cı ildə demək olar ki, ömrünün sonunadək “Göyərçin” uşaq jurnalında
əvvəl ədəbi işçi sonralar bu jurnalın baş redaktoru vəzifəsində işləmişdir. (1.s 142).Bu vəzifədə
çalışdığı zaman bir qələm sahibi kimi insanlarla ünsiyyəti genişlənmiş bir sənətkar kimi də
yetişməsində böyük rolu olmuşdur.
- 236 -
Redaksiyada işlədiyi dövrdən onda uşaq ədəbiyyatına ciddi meyl yaranmışdır. Elə bu illərdən
də uşaqlar üçün yeni- yeni əsərlər yazmış, çoxlu sayda şeir və nəsr əsəri çap olunmuşdur. Onun
ədəbi irsi “Yola çıxıram”, “Buzovna qayaları”, “Açıqdır pəncərəm”, “Alpinistlər”, “Qızımın
sualları”, “Ulduzlar, düşüncələr”, “Məhəbətim sirr deyil”, “Bu işıqla qalacağam”, Şən şeirlər”,
“Yağış yağır dənizə”, “Gecə qapı döyülür”, “Uzaqda ucalan dağlar”, “Dibçək” (1962), “Utancaq
oğlan” (1964), “Meşədə səs” (1969), “Ana qucağı” (1971 ), “Dağlar” (1976), “Pəncərəyə (4.s.332)
toxunan budaq” (1978), “Kəpənək gözəlliyi” (1980), “Yerə dağılan muncuqlar” (1983) və s.
kitabların müəllifidir. Onun “Qızımın sualları”, “Kəpənək” və “Meşədə səs” adlı kitablarında
toplanmış şeir və poemaları orta yaşlı məktəblilərin sevə - sevə oxuduqları kitablar siyahısına
daxildir.
Tofiq
Mahmud Azərbaycan təbiətini çox sevirdi. Doğma torpağımızı, kəndlərimizi,
şəhərlərimizi, meşələrimizi, dağlarımızı, yaylaqlarımızı qarış- qarış gəzən şair görüb- duyduqlarını
vurğunluqla tərənnüm edir, elə bil ki, özü üçün poetik gündəlik yazırdı. Onun “Açıqdır pəncərəm ”,
“Mən gedirəm, gedəcəyəm”, “Gözəllik qucağında”, “Yardımlıda payız”, “İsa bulağı”, “Axır Həkəri
çayı”, “Yaman istəyirəm”, “Maralgöldə”, “Sönməyən ocaq”, “Mənim ana torpağım”, “Qubadlıda
leysan”,
“Qusar
lövhələri”,
“Buzovna
qayaları”,
“Qışda
dağ
meşəsi”,
İydə
ağacı”,
“Ceyranbatan”,(2.s.102) və s. şeirlərində Azərbaycan torpağı vurğunluqla tərənnüm olunur. Şairin
“Məhəbbətim sirr deyil”, kitabına ön söz yazan Məmməd Araz çox doğru qənaətə gəldiyi kimi,
Tofiq Mahmudun yaradıcılığında doğma yurda bağlılıq mühüm yer tutur. O, sadəcə olaraq coğrafi
mənzərələri varaqlamır. Poetik dillə onun zəhmət adamlarından, sevinc və qayğılarından söhbət açır.
Bu torpağın Kürü- Arazı boyunca hərəkət edərək göz oxşayan, yadda qalan lövhələr yaradır”.
Tofiq Mahmudun ictimai- siyasi mövzuda yazdığı şeirlərin mayasında, cövhərində o taylı, bu
taylı Azərbaycanın birliyi ideyası, xalqımızın taleyüklü problemlərinin bədii əksi məsələləri ön
planda dayanır. Sevgi lirikasında isə təmiz bir qəlblə sevən, məhəbbəti yolunda hər şeyə hazır olan
həssas bir insanın ürək döyüntüləri eşildilməkdədir. Şairin müxtəlif mövzulu, müxtəlif problematikalı
şeir və poemalarının əksəriyyətində onun vətəndaşlıq mövqeyi, xeyirxah əməlləri, işıqlı arzuları
aydınca görünməkdədir.
T.Mahmudun uşaq ədəbiyyatı sahəsində xidmətləri daha böyükdür. Onun müasirlərimizin, eləcə
də keçmişdə yaşayan insanların həyatını əks etdirən hekayələri, nağılları, povestləri indi də öz
aktuallığını itirməyən mövzularda yazılmışdır. Şeirlərində uşaqların sirli- sehirli dünyası, onların arzu
və düşüncələri öz bədii əksini tapmışdır. Poetik əsəri xarakterik detallar üzərində qurmaq, predmeti
səciyyəvi cəhətləri ilə, sadə, eyni zamanda obrazlı dillə tanıtmaq cəhdi Tofiq Mahmudun əksər uşaq
şeirləri üçün səciyyəvi üslub elementdir.
Günəşin nəğməsi var
Şüa- şüa işıqlar.
Bu od rəngli nəğməni
Sevir bütün uşaqlar.
Nəğmə kimi yayılan
Hər şəfəq bir incidir,
Uşaqların gülüşü,
Fərəhi, sevincidir.
Qızılgülə çevrilir
Üzündə yanağında,
Qəlbində, dodağında. (5)
Tofiq Mahmudovun uşaqlar üçün yazdığı ilk iri həcmli əsəri “Alpnistlər” adlanan poemasında
əsas ideya uşaq dünyasında qurduğu arzulardan bəhs olunur. Əsərdə ana Vətənin hər qarış torpağını,
dağını, dərəsini, gəzmək təbiətini öyrənmək, tarixi abidələrini oxumaq kimi düşüncələr tərənnüm
olunur. Azərbaycan təbiətinə məhəbbət, gözəlliyi, xalq sərvətini göz bəbəyi kimi qorumaq hissi Tofiq
Mahmudun yaradıcılığında başlıca yer tutur. Onun “İlisu tövhələri” silsiləsindən olan şeirlər yığcam
və mənalıdır. Azərbaycanın dilbər guşələrini gəzmiş, belə silsilə şeirlər yazmışdır. Onun belə
şeirlərini oxuduqca insan gözləri qarşısında İlisunun təbiəti fauna və florası, insanı valeh edən bu
- 237 -
kiçik qəsəbənin qeyri adi iqlimi, dumanlı yolları, çay, dərəsi şairi ilhama gətirərək qəlbindən süzülən
şeirlər misralara düzülmüşdür.
Altıağac, Kəlbəcər, Laçın, Lənkəran, Lerik və digər rayonlar şairin qələmində müxtəlif
boyalarla təsvir olunmuşdur. (5.s)“Süsən gəzir Abşeronu” adlı poemasında şairin Abşeronu çox
sevdiyi yer olduğunu duyuruq onun torpağa bağlılığını bir daha şahid oluruq. Bundan sonra Tofiq
Mahmud “Süsən, Toplan və Sehirli maşın” poemasını yazir. Bu poemada “Süsən gəzir Abşeronu”
adlı poemasında deyə bilmədiklərini deyir. Beləki, şair Abşeronda gəzərək dəniz sahilindəki qayaları,
tut ağaclarını, üzüm bağlarını, əncir ağaclarını, gülləri, çiçəkləri elə bədii boyalarla təsvir edir ki,
sanki onların əhatəsində özünü hiss edirsən və ətrini duyursan.
Tofiq Mahmud yaradıcılığı boyu Azərbaycan torpaqlarını göz bəbəyi kimi qorumağa xalq
sərvətinə xor baxmamağa, təbiətə məhəbbət, belə gözəllikdən zövq almağa səsləyir. “Sehrli
meşəbəyi” poemasında meşəbəyinin öz sənədinə vurğunluğu, peşəsinə olan sevgisi hər ağacı, hər
budağı qoruması təsvir olunur. Təbiətə aşiq olan meşəbəyinin timsalında elə şairin özünü görürük.
Tofiq Mahmudun bu mövzudakı şeirləri uşaq anlamına uyğun olan konkret təsvir verməklə yanaşı,
təbiət gözəlliyinin incə çalarları ilə poetik vüsət yaradır. Bu silsilədən olan “Meşəyə yağış yağır”
şeirinə diqqət edək:
Səs salıb, ağır- ağır
Meşəyə yağış- yağır.
Yarpaqlardan süzülür
Budaqlardan süzülür.
Meşənin hər yanında
İnci kimi düzülür.
Seyr et hər bir damlanı,
Heyran qoyur adamı.
Tofiq Mahmudun uşaqlar üçün yazdığı hekayələr, nağıllar və əfsanələr onun “Dağlar” adlı
kitabında toplanmışdır. Burada dostluq, yoldaşlıq, təmizlik, incəlik insana xas olan nümuməvi
keyfiyyətlərdən bəhs olunur. Onun qələmə aldığı “İgid təyyarəçinin qardaşı”, “Adada hadisə”,
“Maşinist”, “İgid çapar” kimi hekayə və əfsanələrində də uşaqların mənəvi keyfiyyətlərinə qayğı ilə
yanaşan, onlarda incəlik, həssaslıq tərbiyə etmək, elmə, biliyə həvəs hissləri aşılamaq arzusu ilə
rəngarəng mövzular əsərlərinin əsas ideyasıdır. (6.s 354)
Tofiq Mahmudun “Yerə dağılan muncuqlar” povestinin mövzusu məktəb həyatından bəhs edilir.
Yeni nəslin bir şəxsiyyət kimi yetişməsində və formalaşmasında məktəbin rolundan, uşaqların
mənəvi tərbiyəsinə həssaslıqla yanaşan şair hər kəlməsinin, hər sözünün arxasında özünü görürdü.
Bəzilərinə bənzəməyən xarakterlərlə mövzularını qurub yaratsada onun bir amalı var idi. Bütün
uşaqları xoşbəxt görmək, vətəninə məhəbbət, torpağına bağlı, dininə sevgi hissləri aşılamaq idi.
Tofiq Mahmudun yaradıcılığı üçün süjetli əsərlər də mühüm yer tutur. Poema onun yaradıcılığı
üçün aparıcı janrlardan biridir. Onun istər uşaqlar, istərsə də uşaqlar üçün yazdığı “Dəniz və bir
damla göz yaşı”, “Qərinələr”, “Son nəğmə”, “Əlvida dağlar”, “Kəpənək qız”, “Bir gənc haqqında
ballada”, “ Meşədə qalan nəğmə”, “Üç qız”, “Fırtına gözəlliyi”, “Sədaqətli günlər”, “Yaxşılıq və
paxıllıq”, “Alpinistlər”, “ Süsən gəzir Abşeronu”, “Meşədə səs”, “Styopa dayı Bakıya gəlib”, “Taksi
sürücüsü”, “Xeyirxah dələ” poemaları göstərir ki, onun bu sahədəki axtarışları da uğurludur.
Tofiq Mahmudun nəsr əsərləri də çoxdur. Onun istər uşaqlar, yeniyetmələr, istərsə də böyüklər
üçün yazdığı hekayə və povestlərdə xeyirxahlıq motivləri ön plandadır. Şeirlərindən fərqli olaraq bu
tipli əsərlərində müəllif öz fikir və düşüncələrini təsvir elədiyi hadisələr fonunda verməyə çalışır və
buna nail olur.
Tofiq Mahmudun tərcümələri də uğurludur. Onun rus və bir sıra dünya xalqlarının
ədəbiyyatından tərcümə elədiyi əsərlər dilimizdə çox gözəl səslənir. Onu da qeyd etmək yerinə
düşərdi ki, əsərləri bir sıra dillərə tərcümə edilən Tofiq Mahmudun Azərbaycan uşaq ədəbiyyatının
nəinki ölkəmizdə, habelə xaricdə təbliğində də çox böyük xidmətləri olan bir ziyalıdır. (6.s 354)
Onun əsərlərinin üç cilidliyi çap olunmuşdur. Əsərləri orta məktəb dərsliklərinə salınmış sevilə -
sevilə oxunur.
Bu gün ömür sürən insan
- 238 -
Sabah ulduz olacaq.
Arzuları nağıl kimi
Yer üzündə qalacaq...
Tofiq Mahmud bir sıra məqalələrin , publisistik yazıların, tərcümə əsərlərinin müəllifidir.
Onun əsərləri bir sıra dillərə tərcümə olunmuşdur. Uzun müddət Azərbaycan Yazıçılar Birliyi Uşaq
və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı Uşaq və gənclər ədəbiyyatı
şurasının üzvü, Azərbaycan Respublikası Uşaq Fondunun Rəyasət Heyətinin üzvü həmin fondun
Bakı şöbəsinin sədri vəzifəsində səmərəli fəaliyyət göstərən Tofiq Mahmud təkcə özünü düşünən
insan deyildi. Azərbaycan Uşaq və Gənclər ədəbiyyatının ümumittifaq miqyasından nəşri və
yayılmasında onun xidmətləri çox böyük idi. Qazaxıstanda, Özbəkistanda, Belarusiyada, nəşr edilən
“Azərbaycan uşaq ədəbiyyatı antologiyaları” məhz Tofiq müəllimin təşəbbüsü, işgüzarlığı
sayəsində araya- ərsəyə gəlmiş, nəfis tərtibatla nəşr olunmuşdur.(4.s 331) Tofiq Mahmudu təkcə
Azərbaycanda yox, onun hüdudlarından kənarda da çox yaxşı tanıyır, sevir, hörmət edirdilər. Son
dərcə zəhmətkeş, ədəbiyyatımızın yaranması və təbliğində yorulmaq bilmədən, böyük həvəslə çalışan
Tofiq Mahmudun əməyi diqqətdən kənarda qalmamışdır. O, Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif edilmiş, Respublika Komsomolu mükafatına layiq görülmüşdür.
Azərbaycanda uşaq ədəbiyyatının, uşaq mətbuatının inkişafında Tofiq Mahmudun əvəzsiz
xidmətləri olmuşdur. Uzun müddət “Göyərçin” jurnalında baş redaktor vəzifəsində çalışan Tofiq
müəllimi istedadlı gənclərin əsərlərinin çap olunmasında, təbliğində, çox böyük işlər görmüş,
səxavətlə həmin cavanların kitabları haqqında məqalələr yazıb çap etdirmişdir.
Tofiq Mahmudun Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri olan həm şair, həm nasir,
həm publisist, həm də tərcüməçi kimi tanınır. O, ömrünün sonuna kimi bu missiyaya sadiq qalmış, öz
dövrünün oxucularının mənəvi tələbatını duyaraq, onların zövqlərini oxşayan əsərlər yaratmağa
çalışmışdır.
Həmişə böyük, işıqlı arzularla yaşayan, vətəni, insanları dərin məhəbbətlə sevən, əsərləri ilə
insanları xeyirxahlığa səsləyən Tofiq Mahmud sanki bu misraları elə özü üçün yazıb.İndi onun özü
də nağıllar dünyasının sakininə çevrilib. Həyatda həmişə işıqlı duyğularla yaşayan, özündən sonra
zəngin ədəbi irs qoyub gedən, dost- tanışın məhəbbətlə, hörmətlə xatırladığı qələm dostumuzun
sahibi işıqlı xatirəsi həmişə bizimlədir.
Dostları ilə paylaş: |