ƏDƏBİYYAT
1. Kremlyov. Bethovenin fortepiano sonataları
2. Qoldenveyzer. Məqalələr, materiallar, xatirələr.
3. Вестник Тамбовского университета. Серия Гуманитарные науки.
4. Вестник Орловского государственного университета. Серия: Новые гуманитарные
исследования.
5.
Известия вжсших ученых заведений. Поволжский регион. Гуманитарные науки.
6.
Известия Тульского государственного университета.Гуманитарные науки.
7.
Известия Уральского государственного университета. Серия 2. Гуманитарные науки.
8.
Вестник Тамбовского университета. Серия Гуманитарные науки.
9.
Известия Дагестанского государственного педагочискего университета. Серия
«Общественные и гуманитарные науки».
- 185 -
ABSTRACT
S.Axhundova
Describes Bethovens sonata creation
This article Describes Bethovens sonata creation.
РЕЗЮМЕ
С.Ахундова
Сонатное творчество Л.В.Бетховена
Эта статья описывает сонатное творчество Л.В.Бетховена.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
HƏBİBƏ ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universiteti
UOT:792
SƏYYAD BAYRAMOVUN YARADICILIĞINDA SƏHNƏ TƏRTİBATI
Açar sözlər: Naxçıvan teatrı, Səyyad Bayramov, teatr tamaşaları, teatr rəssamı
Key words : Nahchivanckoe drama theater. stage design, theater artist
Kлючевые слова: Нахчыванckoe драматический театрe, сценография, театра-
льные художники.
Hər bir tamaşanın mükəmməl hazırlanmasında rəssam işinin rolu böyükdür. Səhnəyə
qoyulan hər hansı bir əsərin ideyası, sətraltı mənası olur. Rəssam o mənanı dərk edib , bunu
tamaşanın tərtibatında əsərin ümumi simasını müxtəlif ifadə vasitələri ilə canlandırıb tamaşaçılara
çatdırmalıdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrında B.Kəngərlidən başlayaraq fəaliyyət
göstərmiş Naxçıvan rəssamları öz fırçaları ilə bu missiyanı yerinə yetirməyə çalışmışlar.1889-cu
ildə yaradılmış Naxçıvan teatrının müstəqillik illərindəki fəaliyyətinə nəzər saldıqda əsasən
Hüseynqulu Əliyev, Əbülfəz Axundov və Səyyad Bayramovun yaradıcılığının şahidi oluruq.
Səyyad Bayramov 03 noyabr 1958-ci ildə Şahbuz rayonunun Keçili kəndində doğulmuşdur .
Orta təhsilini 1976-cı ildə Keçili kənd orta məktəbində başa vurduqdan sonra onda olan rəssamlıq
həvəsi və istedadı bu sənətin sirlərini daha dərindən öyrənmək üçün onu 1979-cu ildə Əzim
Əzimzadə adına rəssamlıq məktəbinə gətirmişdir. S.Bayramov bu məktəbin “Bədii tərtibat”
fakültəsinə qəbul olmuş , orada fəaliyyət göstərən rəssamlardan , sənətşünaslardan bu sənətin
sirlərinə dərindən yiyələnmiş,1983-cü ildə bu fakültənin məzunu olmuşdur. Bundan sonra o,
Naxçıvana qayıtmış və burada rəssamlıq fəaliyyətini davam etdirmişdir. Rəssam 2008-ci ildə
Naxçıvan MR əməkdar rəssamı adına layiq görülmüşdür. Səyyad Bayramov yaradıcılığında
rəngkarlığın bütün janrlarına müraciət etmişdir. Portret, mənzərə, natürmort janrında çoxlu əsərlər
yaratmışdır.Tematik tablo janrına da aid olan əsərlərinə də rəssamın yaradıcılığında rast gəlmək
olur Səyyad Bayramovun yaratdığı portretlərdən “Ümummilli lider H.Əliyevin portreti”,
”Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov portreti ” və s.çox xarakterik vərəng kolariti,
- 186 -
işləmə texnikasına görə özünəməxsusdur. Natürmortlarından “Mis qablarla natürmort”, ”Güllər”,
”Yarpaqlarla natürmort”, ”Yasəmənlər” , mənzərələrindən “Aza körpüsü” , ”İbn- Küseyr türbəsi” ,
”Qarabağlar türbəsi, ”Leyləklər”,tematik şəkillərindən “Ana fəryadı”,”Soyqırım” adlı əsərlərində
əsərin ideya məzmunu ön planda daha qabarıq , mükəmməl şəkildə verilmişdir ki, bu da öz
növbəsində əsəri daha baxımlı və ideyasını başa düşülən edir. Səyyad Bayramovun özünəməxsus
rəngkarlıq texnikasını onun yağlı boyalarla yaratdığı tablolardan əlavə tamaşalara hazırladığı bədii
tərtibatlarda da görmək mümkündür.`
Səyyad Bayramov 1987 –ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram
Teatrrında rəssam vəzifəsində işləməyə başlamışdır. İlk teatr tamaşasına Azərbaycanın müstəqillik
qazandığı vaxtdan sonra,1994 –cü ildə səhnə tərtibatı vermişdir.Azərbaycanın müstəqilliyə yenicə
qədəm qoyduğu dövrlərdə mədəniyyətin hər sahəsin də olduğu kimi Naxçıvan teatrında da vəziyyət
ürəkaçan deyildi. Müstəqilliyin ilk illərində Naxçıvan teatrı həm ixtisaslı kadr baxımından, həm də
təchizat baxımından acınacaqlı günlər yaşayırdı. İstər repertuarın düzgün seçilməməsi, səhnə
texnikasının, işıq sisteminin primitiv vəziyyətdə olması, əlbəsələrin çatışmamazlığı və s.bütün
bunlar rəssam işini çətinləşdirir, səhnə tərtibatının rəssamın düşündüyü kimi alınmasına mənfi təsir
göstərir, bu da öz növbəsində tamaşanın uğurlu alınmasına əngəl törədirdi.
Lakin zaman keçdikcə Ümummilli liderimizin xarici və daxili siyasəti nəticəsində
Azərbaycan inkişaf etdikcə dövlət rəhbərliyi tərəfindən teatr haqqında verilən sərəncamlar,
qayğılar, göstərişlər sayəsində və teatrın yaradıcı kollektivinin öz işinə olan həvəsi, istedadı,
göstərdikləri səyləri nəticəsində Naxçıvan dram teatrı öz inkişaf yolu ilə sürrətlə irəliləməyə
başladı.
Bu illərdə teatrda fəaliyyətə başlayan Səyyad Bayramov öz üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvəsini səfərbər etmiş, teatra olan sevgisi və istedadı
sayəsində buna nail olmuşdur. Bütün bunları teatr rəssamının 1994-cü ildən indiki vaxta qədər
hazırladığı tamaşaların tərtibatından, onlara çəkilmiş pərdə(zadnik) və geyim eskizlərindən açıq
şəkildə görmə mümkündür. İlk işi olaraq Üzeyir Hacıbəyovun “Arşın mal alan ” tamaşası tərtibatı
üzərində işləməyə başlamışdır.1994-cü ilin repertuarında olan bu musiqili komediyanın ilk tamaşası
noyabrın 30-a təyin edilsə də vaxtından xeyli əvvəl , 24 avqust 1994-cü ildə göstərilmişdir.
Tamaşanın quruluşçu rejissoru Tofiq Mövləvi ,drijoru Yusif Əsgərov , musiqi nömrələri və ariyaları
Əhəd İsrafilzadə hazırlamışdı. Bu komedyanın tərtibatı S.Bayramovun ilk işi olsa da bunun
öhdəsindən yaxşı gəlmiş və onun sonrakı faliyyəti üçün təcrübə olmuşdur. Sonraı tamaşalardan
1998-ci ilin 16 mayında səhnələşdirilən Mərəz Quliyevin “Qarğanın iflası” əsərinə tərtibat
vermişdir ki. Bu tamaşanın quruluşçu rejissoru Ələkbər Qasımov, bəstəkarı Şəmsəddin Qasımov
olmuşdur. Bunun ardınca rəssam həmin ilin 07 oktyabrında səhnəyə qoyulan rejissoru Yusif
Əkbərov olan , Emin Sabitoğlunun “Hələlik” komedyasına , 2000-ci il 30 dekabrda Hüseyn Cavidin
“Topal Teymur” əsərinə bədii tərtibat vermişdir. Rəssamı Səyyad Bayramov,quruluşçu rejissor
Kamran Quliyev, bəstəkar Şəmsəddin Qasımov və aktyorlar , teatrın digər yaradıcı kollektivinin
birgə işi sayəsində mükəmməl bir tamaşa nümayiş etdirilmişdir. Səyyad Bayramov 2003-cü il 18
sentyabrda səhnəyə qoyulmuş Yasəmən Ramazanovanın rejissorluq etdiyi , Georgi Xuqayevin
“Mənim qaynanam ” iki hissəli komedyasına, 30 oktyabrda Rövşən Hüseynovun rejissorluğu ilə
tamaşaya qoyulan İsgəndər Coşqunun “Ana laylası” əsərinə səhnə tərtibatı vermişdir.
Teatrın 2004-cü il repertuarına İlyas Əfəndiyevin “Hökümdar və qızı” əsəri daxil edilmişdi. Bu
tamaşaya da Rövşən Hüseynov quruluşçu rejissor, musiqi tərtibatını Şəmsəddin Qasımov, rəqs
quruluşunu isə Kəklik Novruzova hazırlamışdır. Düzgün seçilmiş bu repertuarda “Hökmdar və qızı
” tamaşası tariximizi bir daha yada salmaq, tarixi həqiqətləri açıb göstərmək, onu aydınlaşdırmaq,
tamaşaçılarda milli ruhun, vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyətə malikdir. Bu
tamaşanın quruluşçu rəssamı Səyyad Bayramov tərtibatda təkcə hadisənin vaqe olduğu yeri realist
şəkildə göstərməklə kifayətlənməyib. Rəssam bu tamaşanın tərtibatında həm də əsasən 2000
illərdən bu yana teatr-dekor sənətində tez-tez rast gəlinən xüsusiyyətlərdən olan simvolikaya
üstünlük vermişdir. Bu da öz növbəsində tamaşanın bədii təsir qüvvəsini artırmaqla yanaşı, əsərin
ideyasının tamaşaçılar tərəfindən aydın mənimsənilməsinə yardım etmış olur.
- 187 -
Azərbaycanda xanlıqlar dövründəki ictimai –siyasi vəziyyəti , baş verən xarici və daxili
münaqişələr, Rusya imperyasının işğalçı siyasəti və s. tamaşanın bədii tərtibatında öz əksini
tapmışdır. Burada saray təsviri daha maraqlıdır. Belə ki, taxtın təsvirindəki xənçər formasında
verilməsi, taxta gedən yola sərilmiş qırmızı rəngli xalı, həm də xənçərin tiyəsi kimi təsvir
olunmuşdur. Burada qırmızı rəng də simvolik məna daşıyır. Fonda isə Azərbaycanın o dövrə
məxsus sərhədlərini, xanlıqlara bölünmüş ərazilərini göstərən xəritə təsvir olunmuşdur. Əsərdə bəhs
olunan Qarabağ xanlığı isə xəritənin mərkəzində qırmızı rənglə daha da qabardılmışdır. Tərtibatda
bundan əlavə Rusya imperiyasını əks etdirən simvol da diqqəti cəlb edən amillərdəndir. Tamaşada
geyim eskizləri də düzgün verilmişdir. Belə ki, o dövrə uyğun geyimləri əsərdəki Hüseynqulu
xanın, İbrahim xanın, Ağabəyim ağa, Sisyanovun və s obrazların əlbəsələrinin istər rəng və forma
baxımından eskizdə düzgün təsvir edildiyini görürük. Bu tamaşa 2004-cü ilin 30 martında yüksək
səviyyədə səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Həmin ilin 16 noyabrında Səyyad Bayramov Kamran Quliyevin rejissorluğu ilə Hidayət
Orucovun “Bu dünyanın adamları” əsərinə bədi tərtibat vermişdir.
Bundan başqa S.Bayramov 2006-cı ilin repertuarında iki tamaşanın rəssamı olur ki,
bunlardan Əfqan Əsgərovun “Qız atası” əsərini Rövşən Hüseynovun rejissorluğu, rəssamın maraqlı
bədii tərtibatı ilə 25 yanvarda tamaşaçılara təqdim olunmuşdur.S.Bayramov həmin ilin 24 iyununda
Rövşən Hüseynovun rejissorluğu ilə səhnəyə qoyulan Altay Məmmədovun “Həmyerlilər” əsərinə
tərtibat vermişdir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının 2007-ci ilin repertuarına aid olan iki tamaşaya
maraqlı eskizlərlə tərtibat hazırlamışdır ki, bunlardan biri 17 fevralda Rövşən Hüseynovun
rejissorluğu ilə səhnəyə qoyulan, Kəmalə Ağayevanın yazdığı “Məhsəti” adlı dörd pərdəli mənzum
faciəsinə Səyyad Bayramov şairə Məhsətinin yaşadığı dövrə uyğun olan gözəl geyim esizləri və
hadisələrin cərəyan etdiyi məkana aid öz dəsti xəttinə, rəng kolaritinə uyğun fon eskizləri etmişdir.
Həmin ilin 27 dekabrında Rövşən Hüseynovun rejissorluğu ilə səhnəyə qoyulmuş isə rəssam Nazim
Hikmətin və Vera Tulyakovanın “Kor padşah” əsərinə (iki hissəli nağıl tamaşa) bədii tərtibat
vermişdir.
Sonrakı illərdə Səyyad Bayramov davamlı olaraq bir çox tamaşalara səhnə tərtibatı
vermişdir. Onun “Mirzə Fətəli”,”Koroğlu”,”Hekayəti xırs quldurbasan”, “Göz həkimi” tamaşalarına
çəkdiyi eskizlərə nəzər salsaq əsərin mövzu və ideyasına uyğun olaraq mükəmməl səhnə tərtibatının
hazırlandığını görərik.
”Hekayəti xırs quldurbasan” tamaşası üçün işlədiyi eskizlərdə fon olaraq hazırlanmış
pərdədə təsvir olunmuş mənzərə və dekorlar realist formada, teatr-dekor sənətinə uyğun üslubda
,ürəkaçan boyalarla çəkilmişdir.
”Koroğlu ” tamaşasına çəkdiyi saray və pərdə eskizlərində heç bir şərtilik, rəmzi məna
daşıyan simvollara rast gəlinməsədə neokonstruktivizm nəzərə çarpır. Belə ki, bu pərdədə təsvir
olunmuş qalada özünü göstərir .
- 188 -
Qalanın ön(qapı olan hissəsi) hissəsi daha böyük ölçüdə,uca təsvir olunmuşdur. Bu isə öz
növbəsində tamaşanın təsir gücünü artırır. Qala sözün əsl mənasında əsərin qəhrəmanlıq və
əyilməzlik ruhunu özündə təcəssüm etdirir .Təsvirdə qalanın mərkəzi hissəsi daha dəqiq cizgilərlə
aydın şəkildə diqqətə çatdırılmışdır.
“Mirzə Fətəli” tamşasında eskizlərdəki təsvirlər realist səpkidə verilsə də dərin məna
daşıyan cizgilərə, simvollara , avanqard uslubda çəkilmiş detallara tez-tez rast gəlinir. Belə ki,
dekorlardan yuxarıda , pərdədə təsvir olunmuş qanlı baltalar, kitab və çıraqlar təsvir olunmuşdur.
“Göz həkimi” tamaşasında verdiyi səhnə tərtibatı kompozisiya, kolorit baxımdan mükəmməl
bir tərtibat hesab etmək olar. Pərdədə təsvir olunmuş Bakı şəhərindən olan mənzərə kompozisiya,
perspektiv , rəng baxımından seçilir. Sonrakı səhnələrdə hadisələrin baş verdiyi qonaq otağı,
xəstəxana palatası aid çəkilmiş tərtibatlar da maraqlıdır. Burada təsvir olunmuş göz təsviri əsərin
mövzusunu, ideya-məzmunu üçün açar rolunu oynayır.
Ümumiyyətlə , S.Bayramovun yaradıcılığında kətan üzərində işlədiyi rəngkarlıq əsərlərdə
istifadə etdiyi rəng koloritini onun səhnə tərtibatında görmək olur. Onun yaradıcılığında başqa
rənglərdən daha sarı , qızılı və daha çox qəhvəyi rəngin çalarlarına üstünlük verdiyi işlədiyi bədii
tərtibatlarda da nəzərə çarpır. Beləliklə onun səhnə tərtibatında istifadə etdiyi rəng koloriti,
realizimlə yanaşı əsərin ideyasını tamaşaçılara çatmağında yardımçı olan simvolikaya üstünlük
verməsi, özünəməxsus işləmə texnikası onu başqa teatr rəssamlarından fərqləndirir. Ümid edirik ki,
bundan sonrakı illərdə də onun quruluşçu rəssamı olduğu teatr tamaşalarında öz dəst-xəttilə
yaratdığı tamaşa tərtibatlarında bunun şahidi olacağıq.
ƏDƏBİYYAT
1.Ə.Qəhrəmaov. Naxçıvan teatrı müstəqillik illərində. Bakı, 2008
2. Ə.Qəhrəmaov və başqaları. Naxçıvan teatrının salnaməsi(1883-2008). Naxçıvan,2010.
3.Tamaşanın bədii tərtibatına aid eskizlər
4.Tamaşalardan çəkilmiş fotoşəkillər
- 189 -
5.nrb.nakhchivan.az
ABSTRACT
Veteran Painter of Nakhchivan Autonomous Republik Sayyad Bayramov since 1987
alarge number of stellar performancein the theater,gave memorable with model artistic arrangement
in the Nakhchivan State Musical Drame Theatre .His technique is distinguished by its unique
design in the field of theater created.
PEЗЮME
Заслуженный художник Саййад Байрамов Нaxчeвaнсkой Автономной Республики в
Нaxчeвaнсkий Гoсудaрствeннoгo Mузыkaлънoгo Дрaмaтичeckoгo Тeaтрa с1987 гoдa нaшиx
днeй oн сдeлaл эсkизы ъ мнoжeствeннoм числe униkaлныe и упoминaтeлниe тeaтрaлъниe
дekoрaтивны рaбoты.Его техника отличается своей уникалъной конструкции в области
театра созданного.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Xalq rəssamı H.Əiyev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
MEHRİBAN CƏFƏROVA
Naxçıvan Dövlət Universiteti
UOT:78
“ÇAHARGAH” MUĞAMININ ÖYRƏDİLMƏSİ ZAMANI YENİYETMƏLƏRİN MƏNƏVİ
KEYFİYYƏTLƏRİNİN FORMALAŞDIRILMASI YOLLARI
Açar sözlər: “Çahargah” muğamının estetik bədii zövq aşılaması, “Çahargah”ın mənəvi
keyfiyyətlər aşılaması, təlim prosesində “Çahargah”ın şagirdlərə mənəvi keyfiyyətlər aşılaması,
dərsdən və məktəbdənkənar tədbirlərdə “Çahargah”ın məktəblilərə mənəvi keyfiyyətlər aşılaması.
Key words: Teaching of Chahargah mugam; as a means of ethetic-artistic taste; teaching
moral qualities by means of Chahargah; teaching moral qualities to school children in the process
in the process of teaching.
Ключевые слова: привитие эстетически-художественного вкуса мугамом
«Чахаргях», привитие «Чахаргяхо» моральных качеств, привитие моральных качеств
учащимся «Чахаргяхом» в процессе обучения, привитие моральных качеств учащимся
«Чахаргяхом» во внеурочных и внеклассных мероприятиях.
Azərbaycan muğamlarının hər biri dinləyicilərə bədii zövq aşılamaqla yanaşı onların mənəvi
cəhətdən saflaşmasını da təmin etmiş olur. Azərbaycan muğamları içərisində dinləyicilərin mənəvi
keyfiyyətlərinin formalaşmasına təsir edən muğamlardan biri də “Çahargah” muğamıdır.
Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərinin I-VIII siniflərində “Çahargah”
muğamı bir neçə istiqamətdən, bir neçə cəhətdən şagirdlərlə tanış edilir. İbtidai siniflərdə
“Çahargah” muğamının lad məqam xüsusiyyətləri haqqında nəzəri məlumatlar “Musiqi”
dərsliklərində yer alır, proqram materiallarında “çahargah” ladında yazılmış mahnıların öyrədilməsi
tövsiyə edilir və muğamın dinlənilməsi məsləhət görülür. Bütün bunlar isə “Çahargah” muğamının
estetik-bədii zövq oxşayan tərəflərinin şagirdlərə çatdırılması işilə məhdudlaşdırılır. Unutmaq
- 190 -
olmaz ki, “Çahargah” muğamı şagirdlərin estetik tərbiyəsilə yanaşı onların mənəvi keyfiyyətlərinin
formalaşdırılması işində çoxşaxəli imkanlara malikdir. Bunun üçün V-VIII siniflərdə muğamın istər
təlim prosesində, istərsə də dərsdənkənar tədbirlərdə, istər musiqi müəllimləri, istər bədii yaradıcılıq
dərnəklərinin rəhbərləri, istərsə də maraq kurslarını aparanlar “Çahargah” muğamının bu
imkanlarından istifadə etməklə şagirdlərin mənəvi keyfiyyətlərinin formalaşdırılması üzərində
məqsədyönlü, planlı və mütəşəkkil şəkildə işlər təşkil etməlidirlər.
Təcrübə və müşahidələr göstərir ki, istər təlim prosesində, istərsə də dərsdən və
məktəbdənkənar tədbirlərdə muğamların öyrədilməsi zamanı həm müəllimlər, həm də bədii
yaradıcılıq dərnəklərinə və maraq kurslarına rəhbərlik edənlər şagirdlərin mənəvi keyfiyyətlərinin
formalaşdırılması işinin həyata keçirilməsində heç bir pedaqoji təcrübəyə malik deyillər. Bunları
nəzərə alaraq
musiqi müəllimlərinə, bədii yaradıcılıq dərnəkləri və maraq kursları rəhbərlərinə, eləcə də bu
sahədə fəaliyyət göstərən digər mütəxəssislərə istiqamət vermək baxımından “Çahargah” muğamının
öyrədilməsi zamanı şagirdlərə mənəvi keyfiyyətlərin aşılanması yolları barədə istiqamət verməyi elmi-
pedaqoji-metodik cəhətdən köməklik göstərməyi məqsədəuyğun hesab edirik.
Qeyd olunduğu kimi orta ümumtəhsil məktəblərində muğamların öyrədilməsi musiqi dərslərilə
yanaşı dərsdənkənar tədbirlərdə bədii yaradıcılıq dərnəklərində və eləcə də maraq kurslarında böyük
müvəffəqiyyətlə həyata keçirilir. Məktəbdənkənar tədbirlər içərisində “Muğam gecələri”, “Muğam saatı”,
“Muğam ifaçılığı məktəbi”, “Muğam ifaçıları ilə görüşlər”, “Muğam sənəti və mənəviyyat”, “Muğam
dünyamız” adlı tədbirlər şagirdlərin estetik tərbiyəsilə yanaşı onların mənəvi keyfiyyətlərinin
formalaşdırılması baxımından əhəmiyyəti daha böyükdür. Dərsdənkənar tədbirlərlə yanaşı bədii yaradıcılıq
dərnəklərinin və maraq kurslaının təşkili və fəaliyyətində də V-VIII sinif şagirdlərinin mənəvi
keyfiyyətlərinin təşkilinə geniş imkanlar açılmış olur. Bu baxımdan bədii yaradıcılıq dərnəkləri içərisində
“Azərbaycan xalq musiqisi” ,”Muğam”, “Muğam ifaçılığı”, “Muğam sənəti”, “Azərbaycan muğamları”,
“Xalq çalğı alətləri dərnəyi”, “Tur dərnəyi”, “Kamança dərnəyi”, “Qarmon dərnəyi”, “Xor dərnəyi”,
“Vokalçılar dərnəyi”, “Nəfəs alətləri dərnəyi”, “Muğam və mahnı dərnəyi”, “Muğamlar təsniflər və
mahnılar
” adlı dərnəklərin təşkili çox faydalıdır. Belə dərnəklərdə Azərbaycanın milli muğamlarının
öyrədilməsi zamanı dərnək rəhbərinin musiqi təhsilinin olması, muğam ifaçılığına dair xüsusi
səriştə qazanması çox vacibdir. Belə dərnəklərdə muğamların öyrədilməsinə dair işin elmi-
pedaqoji-metodik cəhətdən düzgün planlaşdırılması çox vacibdir. İlk məşğələdən başlayaraq dərnək
rəhbərlərinin muğamla bağlı nəzəri məlumatların vermələri tövsiyə olunur.
“Çahargah” muğamının öyrədilməsi zamanı dərnək rəhbəri ilkin olaraq muğamın adının
etimoloji mənası barədə məlumat versə yaxşı olar. Həmin məlumatların aşağıdakı şəkildə olması
məsləhətdir.
-
Uşaqlar, “Çahargah” muğamı adından məlum olduğu kimi “çahar” dörd, “gah” hissə kimi
yəni dörd hissəli muğam anlamında başa düşülür. Çahargah dörd hissədən ibarət olsa da bəzi
tədqiqatçılar tutaq ki, “Segah”ı, “Segah-Zabulu”, “Zabul-Segah”ı 3 yox, 4-5, hətta 7-8 yerə bölürlər.
Yaxud, “Çahargah”ı 4 yox, 5-6, 7-8, 9-10, hətta 11-12 yerə bölürlər. Bəs, onda sual olunur. Bunun
harası çahargah oldu? Bu ki, pəncigah, dəvəzdigah oldu. Bizim fikrimizcə muğamların təsnifatına,
qruplaşdırılmasına, sistemləşdirilməsinə elmi cəhətdən yanaşılmasının vaxtı çatmışdır. Yəni,
muğamların təsnifatı zamanı vahid kriteriyanın gözlənilməsinə əməl olunmalıdır. Tutaq ki,
Azərbaycan dilinin morfologiya bəhsini öyrənərkən, əgər nitq hissələri təqdim olunursa, burada
vahid kriteriya gözlənilir. Yəni, nitq hissələri iki yerə bölünür. Əsas nitq hissələri altı yerə (isim,
sifət, say, əvəzlik, fel, zərf) ayrılır. Altı nitq hissəsinin isə hər biri ayrı-ayrılıqda növlərə, tiplərə,
formalara bölünür. Muğamların təsnifatı zamanı da belə qaydaların tətbiq olunması çox vacibdir.
Əgər, belə olarsa, “Çahargah” dörd hissədən (şöbədən) ibarət olan muğam kimi təsnif olunar və hər
şöbənin (hissənin) guşələri, nəfəsləri, element və detalları ayrı-ayrılıqda şərh olunar. (Bax.
F.B.Sadıqov. “Muğam”. Bakı, “Maarif”, nəşriyyatı, 2011, səh. 166-167). Dərnək rəhbəri muğamın
4 şöbədən ibarət olmasını əsaslandırdıqdan sonra o, “Çahargah”ın guşələrinin, nəfəslərinin,
təsniflərinin adlarını, etimoloji məna çalarlarını, yaranma tarixini, inkişafı, təşəkkülü və eləcə də
klassik muğam ifaçılarının bu muğama olan münasibətlərini də öz izahında, şərhində verə
bilməlidir. Dərnək rəhbərinin bu xüsusda dediklərinin aşağıdakılardan ibarət olması məsləhətdir.
-
Uşaqlar, çox qədim tarixə malik olan “Çahargah” muğamı xalqımızın zəngin mənəvi
xəzinəsidir. Bütün mənbələrdə mövcud olan muğamlara bu nöqteyi nəzərdən yanaşmaq yaxşı olar.
- 191 -
İstər görkəmli mütəfəkkirlərimiz olan Əl-Fərabinin, Səfiyəddin Urməvinin, Xacə Əbdülqadir
Marağının, Mir Möhsün Nəvvabın, Üzeyir bəy Hacıbəylinin, istərsə lap Mirzə Fərəcin (Mirzə
Fərəcə daha çox görkəmli musiqişünas, professor Ramiz Zöhrabov mahir bir tarzən, bir muğam
bilicisi kimi yanaşır, ona istinad edərək müqayisələr aparır – F.S.) muğam yaradıcılığına istinad
edərkən məhz belə mövqe tutmalıyıq. Əgər, Mir Möhsün Nəvvab “Çahargah”ı 15 yerə (Çahargah,
segah, zabul, yədi-hasar, müxalif, məğlub, mənsuriyyə, Zəmin-xarə, Mavərənnəhr, Hicaz, Şahnaz,
Azərbaycan, Əşiran, Zəngi-şötör, Kərküki) Mirzə Fərəc (Çahargah, Bəstə-Nigar, Firuz, Manəndi-
Müxalif, Müxalif, Cövhəri, Kərimabadı, Hasar, Gilrız, Zirkeş, Rübənd, Qürrə, Müxalif, Məqlub,
Mənsuriyyə, Hüzzal, Çahargaha ayaq) isə 17 yerə ayırıbsa, məhz 4 əsas şöbəni və yerdə qalan guşə
və nəfəsləri konkretləşdirdikdən sonra təqdim etməliyik. (Bax. F.B.Sadıqov. “Muğam”. Bakı,
“Maarif”, nəşriyyatı, 2011, səh. 167). Sonra dərnək rəhbəri maye şöbəsini ifa edərək dərnək
üzvlərinə təqdim edir. Şöbənin “Bərdaşt” guşəsini ifa etdikdən sonra “Zəngi-şütür” guşəsini ifa edir
və guşənin adının etimoloji mənasını şərh etməzdən əvvəl guşənin qəhrəmanlıq, mübarizlik,
əzmkarlıq, qələbə əzmi kimi mənəvi keyfiyyətlər aşılayan tərəflərini izah edərək deyir:
Uşaqlar “Çahargah” mübarizə ruhlu muğam olduğu üçün onun bütün şöbə və guşələrində
bunu hiss etmək olur. “Maye”də hücuma başlayan dəvə dəstəsi əvvəlcə asta-asta, sonra bir qədər
cəld hərəkət edirlər.
Dostları ilə paylaş: |