The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

Key words:  barocco, rococo, art, style, epoch 
 
Ключевые слова: барокко,рококо, искусство, стиль, эпоха  
 
 
Barokko  –  italyancadan  tərcümədə  hərfi  mənası  –  “qəribə”,  “əcaib”,  “təmtəraqlı”  deməkdir. 
Bu  terminə  hər  şeydən  əvvəl,  plastik  incəsənət  növündə  -  barokkonun  möhtəşəmli,  təmtəraqlı, 
dekorativ  sinonimi  kimi  işləndiyi  memarlıqda  rast  gəlmək  olar. 
 
Belə  bir  ehtimal  da vardır  ki,  barokko termini  portuqalca  perola  barroco  –  
( qəribə  formalı  “mirvari”,  inci”)  sözündən  götürülmüşdür. 
 
Avropa  ölkələrində  musiqi  mədəniyyətinin  memarlıq    və  təsviri  sənətdəki    Barokko  dövrünə 
müvafiq  bütün  inkişaf  mərhələsi  musiqi  barokkosu  dövrü  sayılır. 
 
XVI  əsrin  sonlarından    XVIII  əsrin  ortalarınadək  Avropa  incəsənətində  hakim  bədii  üslub 
kimi  özünü  göstərmişdir. 
 
Bu  bədii  üslub  Avropa  incəsənətində  üstünlük  təşkil  edərək,  klassizm  və  rokoko  üslubundan 
fərqli  olaraq,  dövrün  dərin  daxili  ziddiyyətlərini  daha aydın  əks etdirirdi. 
 
Memarlıq,  təsviri  və  dekorativ  sənətdə  Barokko  İtaliyada  yaranmış,  sonralar  İspaniya, 
Almaniya,  Fransa  və başqa ölkələrdə  də geniş  yayılmışdır. 
 
Mütərəqqi  fikirlərin  fəal  inkişafı,  mənəvi  insani  keyfiyyətlərin  yüksəlməsi  ilə  səslənən  bu 
dövrdə  Q.Qaliley,  B.Paskal,  İ.Nyuton,  J.B.Molyer,  C.Svift,  Rembrandt,  Velaskes  kimi  dahi 
şəxsiyyətlər  yaşayıb  yaratmışlar  (3.33s.) 
 
Barokko  sənəti  mütləqiyyət,  aristokratiya  və  kilsə  ilə  baqğlı  olub,  onların  əzəmətini  təbliğ  və 
tərənnüm  edirdi. 
 
Barokko  üslubuna  əzəmət,  dəbdəbə,  təmtəraq.  effektli  mənzərə,  ölçü  və  ritm,  material  və 
faktura,  işıq  və  kölgə  təzadlarına  meyl,  xəyalla  həqiqətin  uyğunlaşdırılması  və sair  səciyyəvidir. 

- 179 - 
Barokko  üslubunda  tikilmiş  saray  və  kilsələr  fəsadlarının  zəngin  bəzəklərinə,  işıq  və 
kölgənin  oynaqlığına,  mürəkkəb  əyrixətli  plan  və  cizgilərinə  görə  poetik  görkəmli,  dinamik  olub 
ətraf  mühitlə  vəhdət  təşkil  edir.  Barokko  boyakarlığında  emosionallıq,  ritm  və  koloritin  vəhdəti, 
rənglərin  sərbəst  yaxılması,  heykəltaraşlıqda  formaların  axıcılığı,  dəyişgənliyi,  aspekt  və 
təsərrüatların  zənginliyi  mühüm  əhəmiyyət  kəsb  edir.  Barokkonun  başlıca  əlamətləri  onun  vətəni 
sayılan  İtaliyada  L.Bellini,  F.Barronini  və  başqalarının  layihələri  ilə  tikilmiş  binalarda, 
M.Kavaracco,  A.Manyasko,  C.B.Tuapelonun      dekorativ  kompozisiyalar  və  boyakarlıq  əsərlərində 
ifadə  edilmişdir  (1.33s.) 
 
Barokko  üslubu  memarlıqda  Renesansı  əvəz  etmişdir.  Yeni  əyri  xətt  formaları  meydana 
çıxmış,  dolğun  və  qəliz  rəng  çalarlarından  istifadə  edilməyə  başlanmışdır.  Həmin  dövrdə  parklarda 
fəvvarələrdən  və  fişənglərdən  ibarət  şəlalələr  yaradılır,  interyerdə  güzgülərə,  parketə,  zərxaraya 
böyük  üstünlük  verilirdi.  Divarlar  qabelenlə  (divar  xalçaları)  örtülür,  xalçaların,  zərxaranın, 
həmçinin  bahalı  çilçırağın  bolluğu  təmtəraqlı  pafos  yaradırdı.  Əyri  xətlər  və  dəyirmi  konturlar 
hesabına  dinamika  və gözəllik  əldə  edilir,  bahalı  mebel  dəbdəbə və əzəməti  artirirdı. 
 
Memarlar  çox  vaxt  heykəltaraşlıq  əsərlərindən    istifadə  edirdilər.  Adi    sütunlar  kişi  və  qadın 
fiqurlu  sütunlarla  əvəz  edilirdi. 
 
Barokko  üslubunun  daha  bir  fərqləndirici  cəhəti  çox  iri  ölçülərdir.  Belə  ki,  pəncərələrin, 
qapıların  ölçüləri  insan  boyundan  on  dəfə  və  daha  artıq  böyük  olurdu.Barokko  üslubunda 
yaradılmış  bir  çox  tikililər  çox  yaxşı  saxlanmışdır  və  hazırda  bu  tikililər  Avropanın  bir  çox 
şəhərlərinin  bəzəyidir. 
 
Barokko  üslubunun  köklərinin    çox    qədimə  getməsinə  baxmayaraq,  bu  üslubun      ayri-ayrı 
elementləri  əsrdən-əsrə  keçəcək memarlıqda  bu gün  də öz təsirini  saxlayır. 
 
Üslubun  əbədiliyi  onunla  izah  olunur  ki,  bolluğu,  təmtərağı  nəzərə  çapdıran  elementlərə  hər 
dövrdə  yüksək  təlabat  olmuşdur. 
 
Barokko  dövrü,  klassik  və  neoklassik  eradan  müasir    milli  mədəniyyət  cənmiyyətinə  qədər 
geniş  bir  dövrü  əhatə  edən ideya  olmaqla,  bir  çox cərəyanların  mərkəzi  modeli  olmuşdur. 
Barokko  üslubuna  xas  olan,  ziddiyət,  gərginlik,  dinamizm  musiqi  sənətində  də  öz  parlaq 
əksini  tapmışdır.  Musiqidə  uzun  əsrlər  boyu  hökm  sürən  polifonik  yazı  üslubu  bu  dövrdə  özünün  ən 
yüksək  inkişaf  zirvəsinə  çatmışdır.  Digər  tərəfdən  isə  dirçəliş  dövründən  başlayaraq,  insanın  daxili 
aləmini  əks  etdirən  yeni  bir  yazı  üslubu  olan  –  homofoniyanın  geniş  yayılmasına  zəmin  yaranırdı. 
Homofoniyada  müşayiətedici  səslərin  üzərində,  həyacanlı,  dinamik  melodiya  üstünlük  təşkil  edirdi. 
 
Niderland    inqilabının    təsiri  ilə  yaranmış    əhval-ruhiyyə    Flandriyada  barokko  sənətinə 
nikbin  realizm  və  xəlqilik  gətirdi.  Avstriya,  Almaniya  ,  Polşa,  Macarıstan,  Çexiya,  Slovakiya, 
Sloveniya,  Litva,  Qərbi  Ukrayna  və  başqa  ölkələrin  incəsənətində  barokkoya    xas  görkəm  və 
dəbdəbə  geniş  vüsət  aldı.  Fransada  XVII  əsrdə  klassizmin  hakim  mövqe  tutması    ilə  əlaqədar 
barokko  incəsənətdə  ikinci  dərəcəli  cərəyana  çevrilir;  lakin  mütləqiyyətin  tam  hökmran  olduğu 
dövrdə hər-iki  üslub  bir-biri  ilə  qaynayıb  qarışır. 
 
O  zaman  güclü  inkişaf  edən  ölkələr  olan  İngiltərə  və  Hollandiyada  da  barokkonun  qismən 
təsiri  olmuşdur. 
 
Tədricən  homofoniya  və  onun  major-minor  quruluşu  qədim  ladları  əvəz  edərək  musiqi 
sənətinin  bütün  sahələrinə  yayılır,  müxtəlif  musiqi  janrlarının  (  opera,  oratoriya,  kantata,  süita, 
sonata,  konsert  və s.) yaranmasına  təkan verir. 
 
Barokkonun  üstün  cəhətlərindən  biri  də  hər  hansı  bir  janrın  məhdud  çərçivədən  kənara  çıxan 
impprovizasiya  sərbəstliyinin  olması  idi.  Tam  qanunauyğun  bir  hal  idi  ki,  öz  imkanlarını  göstərmək  
uçün  mahir  ifaçıya  kamil  bir  alət  lazımdır.  Bu  dövrdə  məharətli  italyan  ustaları  A.Amati, 
C.Qvarneri,  A.Stardivarinin  yaratdıqları  skripka,  alt,  violençel  kimi  kamil  səviyyədə  olan  musiqi 
alətləri  öz  incə,  məlahətli  səsi  ilə  bu gün  də insanları  valeh  edir. 
 
Barakko  üslubu  ən  çox  İtalyan  musiqisində  XVI  əsrdə  Venetsiya  məktəbinin 
nümayəndələrində  (Qabriyeli,  C.Freskobaldi,  M.A.Çeşti  və  b.)  dərin  dramatizmi,  realist  ənənlərinə 
sadiqliyi  ilə  özünü  göstərirdi.  İtaliya  opera  barokkosu  bir  çox  Avropa  ölkələrinə  də  təsir  etmişdir. 
Alman  musiqisində  paralel  olaraq  R.Kayzerin  milli-məişət  operaları,  D.Bukstexudenin  orqan 

- 180 - 
yaradıcılığı,  D.Kanay  yaradıcılığına  məxsus  olan  proqramlı  –  təsviri  klavir  sonataları  barokko 
üslubuna  xas olan  nümunələrdir  (4.55s.) 
 
Barakko  dövründə  müxtəlif,  bəzən  isə  hətta    ziddiyyətli  musiqi  təzahürlərinin  (XVI-XVII 
əsrlərin  madriqalcılarından  tutmuş  G.F.Hendel  və  İ.S.Baxın  yaradıcılığınadək)  birləşməsi  halı  bu 
konsepsiyanın  cəhətlərini  göstərir.  Bəzi  sovet  tədqiqatçıları  belə  hesab  edirdilər  ki,  Avropa 
ölkələrinin  musiqi  sənətində  barokko  üslubu  ilə  qarşılıqlı  təsir  şəraitində  klassizm  üslubu  da 
təşəkkül  tapmışdır.  Buna  görə  də  onlar  musiqidə  barokkonun  bütöv  bir  dövr  kimi  fərqləndirilməsini 
düzgün  hesab  etmirlər.  Sovet  musiqişünaslarının  fikrincə  bu  dövrün  görkəmli  sənətkarları  olan 
Hendel  və  Baxın  yaradıcılığı  təkcə  bir  üslub  çərçivəsində  məhdudlaşmır.  Onlar  musiqi  barokkosu 
üslubunda  kompozisiyanın  formal  və  texniki  momentlərini  yox,  obrazların  müəyyən  tipini,  musiqi 
ifadəliliyinin  xarakterini  əsas  hesab  edirlər.  İnsanın  daxili  aləminin  inkişafına,  dramatizmə, 
incəsənətin  sintezinə  (  opera,  oratoriya,  kantata  və  s.)  instrumental  janrların  inkişafına  meyl  və  s. 
musiqi  barokkosunun  fərqləndirici  xüsusiyyətlərindən  olmuşdur. 
 
Barokko  incəsənəti  o  dövrün  bir  sıra  görkəmli  bəstəkarları  –  K.Monteverdi,  H.Persel, 
A.Korelli,  A.Vivaldi,  F.Hendel  və  xüsusilə  də  Baxın  yaradıcılığında  yüksək  bir  zirvəyə  çatmış, 
sonrakı  dövrlərin  musiqi  incəsənətinin  inkişafı  üçün  zəngin  zəmin  yaratmışdır.   
 
XVIII  əsrin  birinci  yarısından  başlayaraq  barokko  üslubu  Rusiyada  inkişaf  edərək 
özünəməxsus  xüsusiyyətlər  kəsb  etmişdir.  Rus  barokkosu  abidələrində  mütləqiyyətin  mədhi,  vahid 
rus  dövlətinin  təşəkkülü,  rus  milli  həyatının  yüksəlişi  haqqında  mütərəqqi  ideyalar  təbliğ  olunurdu. 
Bu  abidələr  memarlıq  kompleksləri  (Peterburq,  Peterqof,  Sarskoye  selo  və  başqa  yerlərdəki  şəhər  və 
malikanə  ansamblları)  binaların  kompozisiyasının  bütövlüyü  və  aydınlığı  ilə  fərqlənir. 
 
Orta  əsr  rus  təsviri  sənəti  orta  əsr  dini  buxovlarından  azad  olaraq  dünyəvi  mövzulara 
müraciət  etdi.  (B.K.Rastreli  və başqalarının  heykəltaraşlıq  əsərləri). 
 
Ədəbiyyatda  barokko  Avropada  ədəbi  inkişafın  tarixi  qanunauyğunluqlarından  doğan 
ümumi  üslub  kimi  başa  düşülür.  Ədəbiyyatda  barokko  üslubu  XIX  əsrin  ortalarında  yayılmışdır. 
Ritorika,  “uzaq”  ideya,  obraz  və  təsəvvürləri  birləşdirən  mürəkkəb,  mərtəbəli  təşbehlər,  kəskin 
təzadlar,ekzotikaya,  qroteskə  meyl  ədəbi  barokkonun  xarakterik  xüsusiyyətləridir.  Əsas  janrları 
faciə  və  satiradır.Rusiyada  barokkonun  ədəbi  üslub  kimi  yaranması  XVII  əsr  kilsə  ədəbiyyatı  və 
məktəb  dramı  ilə  sıx  bağlıdır  (S.Polotski,  P.Avvakin,  F.Prokopoviç  və  b).  M.V.Lomonosovun 
yaradıcılığı  rus ədəbiyyatında  barokkonun  inkişaf  mərhələsi  hesab olunur. 
Rokoko – üslubu 
 
Rokoko  –  Fransız  sözü-rokayl  olub  ornament  motivni  ifadə  edir,  (hərfi  mənası  –  daş 
qırıntıları,  tikililərdə  bəzək  üçün  istifadə  olunan  balıqqulağı)  XVIII  əsrin  birinci  yarısında  bir  üslub 
kimi  Avropada  ilk  olaraq  təsviri  incəsənətdə  və  saray  interyerlərin  tərtibatında,  sonra  isə    musiqi  və  
ədəbiyyatda  inkişaf  etmişdir.  Mütləqiyyətin  böhranlı  dövründə  Fransada  meydana  gəlmiş,  zadəgan 
dairələrinin  nikbin  əhval-ruhiyyəsini  əks  etdirmişdir.  İnkişaf  etmiş  rokoko  (təqribən  1725-1750) 
dövründə  binaların  bəzəklərində  mürəkkəb  asimmetrik  xətlər,  stilizə  edilmiş  rokayllar,  kartuşlar, 
amurların  maska  başları,  relyef  və  boyakarlıq  nannoları,  çoxlu    düzgü  və  s.  tədbiq  edilmişdir. 
Rokoko  üslubu  əsasən  orhamental  istiqamətdə  inkişaf  etdiyindən  binaların  tektonikasına  və  xarici 
simasına  əhəmiyyətli  təsir  edə bilməmişdir  (2. 170s.). 
 
Təsviri  sənətdə  rokoko  üçün  əsasən  erotik,  erotik-mifaloji  və  pastoral  süjetlər,  asimmetrik 
kompozisiya  quruluşu  səciyyəvi  olmuşdur.1760-cı  ildə  Fransada  boyakarlıqda  və  heykəltaraşlıqda 
rokoko üslubu  klassizmi  sıxışdırıb  aradan  çıxarmışdır. 
Rusiyada  rokoko  üslubu  V.Rastrelli,  S.Y.Cevakinski  və  başqa  memarların  yaradıcılığında, 
eləcə  də XVIII  əsr rus dekorativ  tədbiqi  sənətində  təzahür  etmişdir. 
 
XVII  əsrdə  yaranan  Barokko  üslubu  xeyli  dəyişərək  öz    varlığını  davam  etdirmişdir. 
Barokko  üslubunun  insanın  daxili  aləminə  təsir  edən  təzadlı,  dramatik  təsiri  tədricən  zəifləmiş  və 
yerini  yumşaq,  hətta  bir  az  zəif  rokoko  üslubuna  buraxmışdır.  Bu  dinləyiciyə,  tamaşaçıya  təsir 
etməkdən  çox,  əyləndirən,  göz  oxşayan  və  nisbətən  səthi  bir  üslubdur.  Sənət  tarixçiləri,  bitki 
mənşəli  bəzəmələrin  və  divarları  örtən  şəkillərin  göz  əyləndirici,  zərli,  nikbin  üslubunu  rokoko 
adlandırmışlar.  Belə  bir  ehtimal  vardır  ki,  rocaielle  –  çürük  quruluşlu  daşların  qarışığı  ilə  yaranan 
süni  qayalıqlara  verilən  addır.  Bunun  bir  nümunəsi  Fransada  Subiz  oteli,  üç  meydan  ansamblı,  Kral 

- 181 - 
meydanını  və  s.  digər  nümunəsi  olan  İstanbulda  Emirqan  közüsündəki  böyük  hovuzun  kənarını 
göstərmək  olar. 
 
Sank-Peterburqda  Qış  sarayının  təntənəli  eniş  pilləkəni  (İordan  pilləkəni  və  ya  imperator 
pilləkəni    adı  ilə  məşhurdur)  rokoko  üslubuna  aid  olan,  qorunub  saxlanan  nadir  nümunələrdəndir. 
Epifaniya  bayramı  zamanı  Çar  iordan  pilləkəni  adlandırılan    bu  pilləkəndən  təntənəli    şəkildə  aşağı 
enər  və    “Suya  xeyir  dua  verilməsi”  mərasimində  iştirak  edərdi.  Sarayın  bu  hissəsi  XVIII  əsr 
Rastreli  “rokoko”  üslubunun  saxlandığı  nadir  nümunələrdəndir. 
 
1837-ci  ildə  Qış  sarayında  baş  vermiş  yanğın  pilləkəninin  ciddi  zədələnməsinə  səbəb  olsa 
da,  çar  I    Nikolay  sarayın  bərpa  olunmasına  cavabdeh  olan  memar  Vasili  Stasova  pilləkanı   
Francesko  Rastrelinin  orijinal  planı  əsasında  bərpa  etməyi  tapşırmışdı.  Bərpa  zamanı  Stasov  yalnız 
iki  kiçik  dəyişikliyə  yol  vermişdi:  o,  orjinalda  qızıl  suyuna    çəkilmiş  tuncdan  olan  sürahiləri  ağ 
mərmərlə   əvəzləmiş  və çəhrayı  sütunların  yerinə  boz qranit  sütunlar  ucaltmışdır. 
 
1837-ci  il  bərpası  sarayın  interyevini  dəyişməsə  də,  otaqların  interyeri  müxtəlif  zövqlərə 
uyğun  olaraq  yenidən  işlənmişdir  ki,  tədqiqatçılar  bu  otaqların  interyerini  XIX  əsr  “rokoko” 
üslubuna  uyğun  olduğunu  bildirirlər. 
Rokoko  üslubu  özündə  yüngüllüyü  və  zərifliyi  əks  etdirir,  barokko  üslubunda  olduğu  kimi 
monumental  təntənəyə  meyl  edir.  Qara  rəngləri,  tünd  zərli  tonlar,  əlvan  rənglər;  göy,  qırmızı,  yaşıl 
və  böyük  sayda  ağ  hissələr  əvəz  edirdi.  Avropada  bu  üslubun  xarakterik  cəhətləri  əsasən:  zərif 
bayram  əhval  ruhiyyəsi,  çoban motivləri,  çılpaq  rəsmlər  idi. 
 
Rokoko  üslubu  Fransada  yaranmış  (1715-1723),    özünün  ən  yüksək  zirvəsinə  1780-cı  ildə 
XV  Lüdoviqin  dövründə  çatmışdır. 
 
Rokokonun  əsas  prinsipləri,  real  həyatdan  uzaqlaşmaq,  əvəzində  isə  fantaziya  dünyasına 
girmək,  mifik  məzmunlu  oyunlara  meyllilik  idi. 
 
Zəriflik  – bu dövrün  əsas açar sözü  idi. 
 
Bu 
üslubda yaradan rəssamlar Antropov və Rokotov (Rusiya), Fransua Buşe, N.Lankre, F.Lemuan, 
J.M.Natye, J.O.Fraqonarın portret təsvirlərini nümunə göstərmək olar. 
 
Musiqi  sənətində  “rokoko”  üslubu  Fransız klavesinçiləri Fransua Kuperen (1688-1773) və J.F.Ramo 
(1683-1764)  yaradıcılığında  özünü göstərir (4.468). 
 
Musiqidə  “rokoko”  özünün  miniatür  forması  ilə,  harmoniyanın  sadə  ardıcıllığı  ilə,  melodiyanın 
harmoniyaya nisbətdə üstünlüyü  ilə  özünü göstərirdi. 
 
Rokoko  üslubunun  əsas  tələbi  ondan  ibarət  idi  ki,  bu  musiqi  dinləyiciyə həzz, nəşə verə bilsin və bu 
bu  zaman  o  dinləyici  qarşısına  böyük  psixoloji  tələb  qoymurdu.  Bu  üslubda  əsərlər  yaradan  bəstəkarlar, 
reallıqdan,  ciddiyətdən  qaçırdılar. 
 
Xarakterik,  arzu  olunan  musiqi  bu  epitetlərə  ünvanlanırdı;  “çox  gözəl”,  “füsunkar”,  “şən, 
“cazibədar”, “xoş”, “məftunedici”və  s . Bu üslubda yaradılan musiqi  əsərləri əyləncəyə xidmət etməli  idi. 
 
“Rokoko”  üslubunda  yazılan,  sevilən  lirik  əsərlər:  zərif  sonetlər,  madriqallar,  rondo,  epiqram, 
romanslar  çox  yüngül  xarakterli  ştrixlərlə  ifadə olunurdu, hansı ki, bu əlvan çalarlar kübar həyatını daha cox 
cəlb edirdi. 
 
Poeziyada  şeirlər  çox  asan  qavranan,  kiçik  həcmdə  və  daha  hərəkətli  olmalı  idi.  Şeirlər  qısaldılır, 
nitq  danışığında  konkretlik  hökm  sürürdü.  Bu  hətta,  bəzən  ona  gətirib  çıxarırdı  ki,  danışıq  tamamlanmır,  
bəzən isə işarələr, eyhamlarla izah olunurdu. 
 
Rokoko  üslubu  Fransada  yaranmış  və  İtaliya,  Almaniya,  Rusiya,  Çexiya  və  başqa  ölkələrdə 
yayılmışdır.  Bu  fransızlar  üçün  ən  səciyyəvi  üslub  olub,  özündə  milli  psixologiyanı,  həyat  obrazını  və 
təfəkkürünü,  cəmiyyətin  yüksək  təbəqəsinin  təfəkkürünü  özündə  cəmləşdirir.  “Rokoko”  tamamilə  kübar 
cəmiyyətini  və  mədəniyyətini  tərənnüm  edirdi.  Bu  üslub  kral  sarayı  və  fransız  aristokratiyasının  daxilində 
yaranmışdı. 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan sovet ensiklopediyası  II cild,  Azərbaycan S.E-nın baş redaksiyası. Bakı 1978 592 səh. 
2.
 
Azərbaycan  sovet  ensiklopediyası  VIII  cild,  Azərbaycan  S.E-nın  baş  redaksiyası.  Bakı  1984      608 
səh. 
3.
 
Ençiklopediçeskiy  slovar junoqo  Muzıkanta,  Moskva, “Pedaqoqika”. 1985  352 səh. 
4.
 
Muzıkalnıy  ençiklopediçeskiy  slovar. Moskva “Sovetskaya ençiklopediya”.  1990. 672 s. 
 
ABSTRACT 

- 182 - 
V.Heydarov 
Artistic styles of barocco and rococo 
 
The styles of  barocco and rococo are of great importance in the development of art. In these styles a 
number  of  talented  architects,  painters,  poets,  writers  and  musicians  have  enriched  the  world  culture  and 
art with  their  creativities. 
РЕЗЮМЕ 
В.Гейдаров 
Художественные стили Барокко и рококо 
 
Отличающиеся  друг  от  друга  художественные  стили  Баро
кко  и  рококо  имели  болшие 
силы влияния на развитие искусства. На этих стилях очень талантливые зодчие, художники, 
поэты,  писатели  и  музыкалЬные  деятели  своими  творениями  способствовали  к  развитию 
мировой культуры.   
 
 
  
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Surə 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
SOLMAZ  AXUNDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:781 
L.V.BETHOVENIN  SONATA YARADICILIĞI 
 
 
Açar  sözlər: sonata, janr, xarakter, ritm, fortepiano 
 
Key words:   sonata, genre ,character, rhythm 
 
Ключевые слова: соната, жанр, характер, ритм, фортериано 
 
Fortepiano  sonataları  Bethovenin  ən  yaxşı  əsərlərinə  aid  olmaqla  onun  yaradıcılığını  dərin  
və  parlaq  əks  etdirir.  Hər  yerdə  və  həmişə  Bethoven  dərin  düşünən,  etika  və  estetikanın  ali  fəlsəfi 
düşüncələrinə  can  atır.  Həssas  psixoloq  olan  Bethoven  əsasən  son  sonatalarında  daha  artıq  hiss 
olunan  mahnı  xüsusiyyəti,  proqramlılılq  prinsipi  onun  adı ilə  bağlıdır. 
Fortepiano  sonataları  öz  rəngarəngliyi  ilə,  poetik  formaların  daxil  edilməsi  ilə  böyük 
dinamiklik  və  bütövlük  yaradır.  Bethoven  sonatalarının  ifaçıları:  List,  Rubinşteyn,  Şnabel,  Qilels  – 
hərəsi  öz  ifası,  applikaturası,  pedalları,  ifa  tərzi  ilə  Bethoven  yaradıcılığını  təbliğ  edirdi.  Eyni 
zamanda  sonataları  redaktə  edənlər:  Qoldenveyzer,  Şnabel,  Veyner,  Lyamond.  Hər  birinin 
özünəməxsus  xüsusiyyətləri:  frazirovkası,  pedalı,  applikaturası,  tepmlərdə  azacıq  fərqləri.  Hər 
redaksiya  öz keyfiyyəti,  özəlliyi  ilə  ifaçıların  seçiminə  verilib. 
Bethovenin  fortepiano  sonataları  çoxdan  insanlığın  ən  qiymətli  varlığıdır.  Onları  dünyanın 
bütün  ölkələrində  tanıyır  və  sevirlər.  Bu  sonataların  musiqi  əhatəsi  diqqətəlayiqdir.  Onlardan 
çoxusu  pedaqoji  repertuara  möhkəm  daxil  olaraq,  onun  ayrılmaz  hissəsi  olublar.  Bu  vəziyyət  tək 
tədris  prosesinə  daxil  olmaqla  bərabər,  konsert  proqramlarının  arzuolunan  nömrələri  olublar. 
Bütünlüklə  Bethoven  sonata  yaradıcılının  sahibi  olmaq,  hər bir  ciddi  pianistin  əlçatmaz  arzusudur. 
Bethovenin 
fortepiano 
sonatalarının 
geniş 
populyar 
olmağının 
səbəbləri 
musiqi 
məktəblərinin  siniflərindən  tutmuş,  filarmoniyaların  estradasına  qədər  tək  o  faktdan  asılı  deyil  ki, 
onlar  dahi  bəstəkara  məxsusdur.  O bəstəkar ki,  vaxtların  və xalqların  ölməz  bəstəkardır. 
Bunun  başqa  səbəbi  isə  böyük  çoxluq  təşkil  edərək,  onun  ən  yaxşı  əsərləri  sırasına  daxildir. 
Onun  dərin,  parlaq  yaradıcılıq  yolunu  əks etdirir. 

- 183 - 
Səhv  olardı  ki,  Bethovenin  sonatalarına  onun  şəxsi  gündəliyi  kimi  baxaq.  Yox,  Bethoven  hər 
yerdə,  həmişə  dərin  düşünən  bir  sənətkar  kimi,  etika  və  estetikanın  ali  fəlsəfi  düşüncələrinə  can  atan 
bir  sənətkar  vətəndaş  olaraq  qalırdı.  Həm  sosial  hadisələr,  həm  də  şəxsi  həyatından  olan  faktlar  belə 
münasibətlərə  material  rolunu  oynayırdı.  Ona  görə  də  fortepiano  sonatalarında  obrazların  əhatəsi 
genişlənir,  şəxsi  hisslər  artır.  Bu  keyfiyyətlər  imkan  verir  ki,  fortepiano  sonataları  Bethoven 
simfonizminə  yaxınlaşır,  onun  böyük  əhəmiyyətli,  hədsiz  qiymətli  olduğuna  xidmət  edir. 
Bethovenin  fortepiano  sonatalarını  onun  musiqi  sənətinin  vacib  qollarından  biri  hesab  etmək 
olar.  Onun  bütün  sonataları  öz  konstruktiv  loqikası  və  möhkəm  elementləri  ilə  fərqlənir.  Dolğun 
melodiyası  harmonik  kəşfləri  və  tükənməz  tapıntıları  ilə  bəhsə  girir.  Heç  bir  ehtiyac  yoxdur  ki, 
Bethoven  ustadı  – Bethoven  – insandan,  onun  musiqi  quruluşundan  ayırmaq  olsun. 
Bethovenin  fortepiano  fakturası  özündə  mürəkkəb  və  bir-birinə  əks  problemləri  əks  etdirir. 
Fakturanın  xarakter  xüsusiyyətləri  və  bundan  əmələ  gələn  texnikanın  narahatlığı  onun  xarakterinin 
təsadüfi  olduğuna  gətirir. 
Musiqidə  onun  alovlu  döyüntüsü  əsərlərində  dramatik  xarakterin  emisionallığını  gücləndirir 
və  musiqiyə  xüsusi  hərəkət  verir.  Hətta  pauzalar  bu  axında  daha  da  gərgin  olur.  Ənənəvi  formulların 
transformasiyası  hər  şeydən  əvvəl  onların  dinamizasiyası  xətti  ilə  gedirdi.  Barmaq  texnikası 
sahəsində  ilk  klassiklərin  fakturası  ilə  müqayisədə  yeni  dolğun,  massiv  passajların  gətirilməsidir. 
Fortepiano  sonataları  özünəməxsus  rəngarəngliyi  ilə  fərqlənir.  Onu  tək  pedal  effektləri  ilə 
yox,  eyni  zamanda  orkestr  yazısından  istifadə  ilə  əldə  edir. 
Motivlərin  yerdəyişməsi,  frazanın  bir  registrdən  başqasına  keçirilməsi,  müxtəlif  alətlər 
qrupundan  istifadə  təsəvvürü  yaradır. 
Müəllif  düşüncələrinin  açılmağına  yönəlmiş,  əsərin  məzmunu,  səslənmə,  səslənmə  xarakteri, 
dinamikası  və  bütün  rəngarəngliyi  ilə  metodikası  pianist  hərəkətlərinin  forması  ilə  uzlaşır. 
Sonataların  çoxu  pedaqoji  repertuara  daxil  olaraq,  onun  ayrılmaz  hissəsi  olub. 
Sonatalarında  Bethoveni  həssas  psixoloq,  incə  rənglərin,  işıq-kölgənin  bilicisi  kimi  görürük. 
Onun  sonataları    dərin  aktual  və  həyati  mənalıdır.  Bethovenin  fortepiano  fakturası  mürəkkəbliyi  ilə 
fərqlənir.  İntensiv  işlənmənin  inkişafı  tək  sonata  alleqroda  yox,  bütün  məcmuənin  davamı  üçün 
vacibdir.  Bu  fortepiano  sonatasına  dinamiklik  və bütövlük  verir. 
Bethovenin  sonata  formasının  inkişafında  etdiyi  maraqlı  yollardan  biri  də  onun  polifonik 
formalarla  zənginləşdirməsidir.  Bəstəkar  onlardan  müxtəlif   obrazların  yaranmasında  istifadə  edirdi. 
Bethoven  sonatalarının    interpretatorları  qarşısında  böyük  məsələlər  durur.  Onun  əsərlərinin 
ifası  musiqidə  həddindən  artıq  dinamizm  tələb  edir.  Böyük  əhəmiyyəti  olan  metroritm  də  ifa  zamanı 
xüsusi  yer tutur.  Tək ciddi  əsərlərdə  deyil,  lirik  xarakterli  əsərlərdə  də metroritmin  rolu  mütləqdir. 
İfaçı  ritmik  nəbzi  də  hiss  etməlidir.  Yadda  saxlamaq  lazımdır  ki,  ritmik  nəbz  “canlı” 
olmalıdır. 
İfaçının  əsas məsələsi  – zəngin  əlvanlığı  və rəngarəngliyi  göstərməkdir. 
Bethoven  əsərlərinin  ilk  təbliğatçısı  List  olmuşdur.  Sistemarik  olaraq,  Bethoven  əsərlərini 
A.Rubinşteyn,  Byulov  da çalırdı. 
Avstriya  musiqiçisi  Artur  Şnabelin  Bethoven  əsərlərinin  ifası  xüsusi  maraq  təşkil  edir. 
Şnabelin  pianist  səsi  yumşaq,  oxuyan,  ifadəli  frazirovkaları  plastikdir. 
Svyatoslav  Rixterin  ifasında  ehtiraslı  Bethoven  ruhunun  təsiri  hiss  edilir. 
Qilelsin  ifası  isə  Bethoven  enerjisini  açmaqla  bərabər, öz şəxsi  artist  fərdiliyini 
büruzə  verir.   
 
L.V.Bethovenə  onun  ifaçılıq  sənəti  şöhrət  gətirir.  Onun  pianizmi  fortepiano  incəsənət 
tarixində  mühüm  mərhələ  təşkil  edir.  Bethoven  fortepiano  yaradıcılığında  iri  formalarla  yanaşı  (  5 
fortepiano  konserti)  kiçik  həcmli  janrlar  da  yazıb:  ekosez,  baqatel,  menuet.  Simfonik  musiqiyə 
diqqət  versə  də,  fortepiano  musiqisi  onun  yaradıcılığında  xüsusi  yer  tutur.  O,  musiqi  tarixinə 
məşhur  pianoçu  –  impravizator  kimi  daxil  olub.  Bəstəkarın  həm  ifaçılıq  manerasında,  həm  də 
əsərlərində  fransız  burjua  inqilabının  nəfəsi,  yeni  dövrün  əlamətləri  özünü  büruzə  verir. 
 
Sonata  janrı  bəstəkarın  yaradıcılığında  inqilabi  yol  keçmiş  və  bəstəkarı  yüksək  klassik 
zirvəyə  qaldırmışdır.  Çox  vaxt  sonata  janrını  bəstəkarın  yaradıcılıq  laboratoriyası  adlandırırlar. 
Bethovenin  fortepiano  yaradıcılığını  sonatalarsız  təsəvvür  etmək  qeyri-mümkündür.  Bethovenin 

- 184 - 
fortepiano  yaradıcılığını  şərti  olaraq  3  dövrə  bölmək  olar.  Erkən  dövr  –  Vann  və  Vyana  dövrüdür. 
Bu  dövrdə  14  sonatası  yazılıb.  Bu  dövrün  kulminasiyasını  8  və  14-cü  sonatalar  təşkil  edir.  I,  V 
sonatalar  dramatik,  II,  III,  IV  və  VI  sonatalar  pastoral  xarakter    daşıyır.  VII  sonatada  bəstəkar 
reçitativ  elementlərdən  istifadə  etmişdir.  VIII  poetik  sonatada    da  (  c-moll)  bəstəkar  özünün  əsas 
inqilabi  qəhrəman  musiqi  obrazını  əks  etdirir.  Bu  sonata  zəhmli  girişlə  başlayır.  Bu  giriş  I  hissədə 
bir  neçə dəfə  səslənməklə  bu hissənin  dramaturji  keyfiyyətini  daha  da artırır. 
 
Əsas  mövzu  giriş  mövzusu  ilə  təzadlıq  təşkil  edərək  son  dərəcə    ehtiraslı  səslənir.  9,  10  və 
13  sonatalar  lirik  sonatalardır.  12-ci  sonatada  bəstəkar  ilk  dəfə  olaraq  matəm  marşından  istifadə 
etmişdir  (  III  hissə)  və  burada  variasiya  formasını  simfonikləşdirir.  14-cü  sonata  lirik-dramatik 
sonatadır.  Bu sonatanı  bəzən  fantaziya  adlandırırlar. 
 
II  dövr  15-ci  sonatadan  başlayır,  24-cü  sonataya  qədərdir  və  bu  dövrün  kulminasiyasını 
“Anassionata”  təşkil  edir.  16-cı  sonata  şən,  oynaqdır.  17  sonata  lirik-dramatikdir.  19-20-ci  sonatalar 
iki  hissəlidirlər.  21  “Avrora”  (C-dur)  sonatası  bəstəkarın  pastoral  simfoniyasını  xatırladır.  Burada 
qəhrəmanın  daxili  aləmini  bəstəkar  təbiətlə  birlikdə  xarakterizə  edir.  III  hissədə  bəstəkar  alman  xalq 
mahnısından  istifadə  etmişdir.  23-cü  sonata  bəstəkarın  sonata  yaradıcılığının  ən  iri  zirvəsi  olaraq 
qəhrəmani  sonatalar  sırasına  daxildir.  Onda  bəstəkar  kütləvi  xalq  mahnı  janrlarının  ritm  və 
intonasiyalarından  istifadə  etmişdir.  Bu  sonata  ilə  bəstəkar  sonata  janrını  simfonik  janr  səviyyəsinə 
qaldırmışdır. 
 
28-32  sonatalar  bəstəkarın  son  dövr  sonataları  hesab  olunur.  Fortepiano  konsertləri  və 
variasiyalar  da Bethoven  ifaçılıq  məktəbində  xüsusi  yer  tutur. 
 
Bethovenin  fortepiano  sonataları  çoxdan  insanlığın  ən  qiymətli  varlığıdır.  Sonataların  çoxu 
pedaqoji  repertuarı  daxil  olaraq,  onun  ayrılmaz  hissəsi  olub.  Onlar  eyni  zamanda  konsert 
proqramlarının  arzuedilən  nömrələri  olmaqla,  hər  bir  ciddi  pianistin  arzusudur  ki,  bütün  Bethoven 
sonata    fortepiano  yaradıcılığının  hamısını  bilsin.  Fortepiano  sonataları  Bethovenin  ən  yaxşı 
əsərlərinə  aid  olmaqla,  onun  yaradıcılığını  dərin  və  parlaq  əks  etdirir.  Hər  yerdə  və  həmişə 
Bethoven  dərin  düşünən,  etika  və  estetikanın  ali  fəlsəfi  düşüncələrinə  can  atır.  Həssas  psixoloq  olan 
Bethoven  sonataları  dərin,  aktual  və həyatı  – mənalıdır. 
 
Əsasən  son  sonatalarında  daha  artıq  hiss  olunan  mahnı  xüsusiyyəti,  proqramlılıq  prinsipi 
Bethovenin  adı  ilə  bağlıdır.  Bethovenin  fortepiano  fakturası  öz  mürəkkəbliyi  ilə,  böyük  daxili 
dinamikası  ilə  fərqlənir.  Musiqinin  əsas  vacib  dinamizasiyası  Bethovenin  musiqisində  - 
metroritmdir.  Musiqidə  ritmik  nəbz  daha da gərginləşir. 
 
Fortepiano  sonataları  öz  rəngarəngliyi  ilə,  polifonik  formaların    daxil  edilməsi  ilə    böyük 
dinamlik  və  bütövlük  yaradır.  Bethoven  sonatalarının  ifaçıları:  List,  A.Rubinşteyn,  Byulov, 
A.Şnabel,  Qilels  –  hərəsi  öz  ifası,  applikaturası,  pedalları,  ifa  tərzi  ilə  Bethoven  yaradıcılığını  təbliğ  
edirdi.  Eyni  zamanda  sonataları  redaktə  edənlər:  Qoldenveyzer,  Şnabel,  Veyner,  Lyamond.  Hər 
birinin  özünəməxsus  xüsusiyyətləri:  frazirovkası,  pedalı,  applikaturası,  templərdə  azacıq  fərqlənir. 
Hər redaksiya  öz keyfiyyəti,  özəlliyi  ilə  ifaçıların  seçiminə  verilib. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin