Cövdət Hacıyev yaradıcılığı ilə milli incəsənətimizin inkişafında mühüm rol oynamış və
musiqi mədəniyyətimizə dəyərli tövhələr vermiş görkəmli Azərbaycan bəstəkarıdır.
Azərbaycan musiqi sənətində böyük zəhməti olmuş C. Hacıyevin adı simfonik musiqi, milli
simfoniya janrının təşəkkülü və inkişafı ilə bağlı çəkilir.
C. Hacıyev kamera-instrumental, vokal, eləcə də xor musiqisinin gözəl nümunələrinin
müəllifi olsa da, bəstəkarın yaradıcılığında aparıcı janr məhz simfonik musiqi olmuşdur.
C. Hacıyevin musiqisinin mövzu dairəsi çox genişdir. Bu musiqi iri həcmliyi, yaradıcı ideyasının
dərinliyi, müraciət etdiyi mövzu və süjetlərin əhəmiyyəti və aktuallığı ilə diqqəti cəlb edir.
Vətəninə, öz xalqına coşqun sevgi, mühüm həyat problemləri daim bəstəkarın diqqət mərkəzində
olmuşdur. C. Hacıyevin yaradıcılığında aparıcı yer tutan simfoniya və simfonik poema janrlarına
meyillilik də məhz bununla izah olunur. Bəstəkarın musiqisinin əsas üslub xüsusiyyətlərindən olan
- 172 -
dərin məzmunluq, simfonik təfəkkür, melodizm, orkestr yazısının ustalığı, formanın şərhindəki
fərdilik simfonik musiqinin təkamülü prosesində müəyyənləşir.
C. Hacıyev öz simfonik əsərlərində daim insan taleyi, onun keçmişi və bu günü, yer üzündə
xalqların sülh uğrunda mübarizəsi, müharibə illərində faşist işğalçıları ilə mübarizə, kosmosu fəth
edən müasirlərimizin obrazlarını böyük fəallıqla lirik-dramatik planda nəql edir. Bu əsərlər bədii
gücü, obrazların parlaq tərənnümü ilə təəssürat yaradır. Bununla yanaşı, C. Hacıyevin musiqisində
təkhiyənin hərarəti, səmimiliyi və dərinliyi ilə dinləyiciləri heyran edən bir çox incə, ürəkdən gələn
səhifələrə də rast gəlmək olar.
C. Hacıyevin simfonik əsərləri əsasən proqram musiqisi kimi təqdim olunmuşdur. Adətən bu
proqram əsərin qısa adı, yarımsərlövhə, ithaf və ya epiqraf ilə məhdudlaşdırılmış və
ümumiləşdirilmiş şəkildə təqdim olunur.
1945-ci ildə milyonlarla insan taleyinin faciəsi olmuş, İkinci Dünya müharibəsindən sonra,
dünya xalqları yeni həyat quruculuğuna başlayır. Bu aktual mövzuya 50-ci illərdə bir çox bədii
əsərlər həsr olunurdu.
Poema müasir dövrün aktual mövzusuna – xalqların sülh, azadlıq uğrunda mübarizəsinə həsr
edilmişdir.
Bir vətənpərvər sənətkar kimi, C. Hacıyev də sülhün səsinə səs verərək, insanları
həyəcanlandıran bu mühüm problem, dövrün qəhrəmanlıq pafosu haqqında öz fikirlərini “Sülh
uğrunda” poemasında təcəssüm etdirmişdir.
“Sülh uğrunda” poeması XX əsrin 50-ci illərində yaranmış sülh uğrunda mübarizə
mövzusunda, mürtəce qüvvələrin zülmündən azad olmağa, insanların tərəqqi uğrunda fəal
mübarizəyə səsləyən parlaq simfonik əsərlərdən biridir. Bu əsərdə qəhrəmanlıq, mərdlik, qəzəbli
etiraz, əzab-əziyyət və sevinc motivləri yüksək bədii inandırıcılıqla əks etdirilmişdir.
Poema, əsərin dramaturgiyasınn əsasını təşkil edən, onun humanist ideyasını təsdiqləyən
musiqi materialı – Müqəddimə ilə başlayır. Poemanın bütün sonrakı mövzuları Müqəddimədən
yaranır.
Müqəddimənin birinci mövzusu geniş xalq kütləsinə ünvanlanmış, sülh uğrunda mübarizəyə
çağıran fanfar xarakterli mövzu ilə başlanır. Dolğun orkestr fakturası əzəmətli, dəqiq, iti ritmik
cizgilər, ifadəli, cəsarətli səslənmə mövzuya qüdrətli, bir qədər plakat xüsusiyyəti verir və onu
ümumiləşdirilmiş sülh mövzusu adlandırmağa imkan verir. Müqəddimənin fanfar-çağırış xarakterli
ikinci mövzusu mis nəfəs alətləri qrupunda paralel üçsəslilərlə harmonizə təqdim olunmuşdur. Bu
fanfar mövzu tez-tez poemanın dramaturji cəhətdən mərkəzi bölmələrində (ekspozisiyanın sonu,
repriza, koda) səslənərək, formanın tamlığını təmin edir. Sonradan poemada kədərli, lirik mövzuya
çevrilən kiçik musiqi parçası da məhz müqəddimədə səslənir.
Əsas partiya (Fa major) – sevinc və sülh obrazlarını təcəssüm etdirir. Onun marş-rəqs tərzli
mövzusu qəhrəmani “Yallı” rəqsləri ilə assosiyasiya yaradır. Burada açıq-aydın aşıq musiqisinin
təsiri hiss olunur.
Əsas partiya aydın variasiya prinsipi ilə inkişaf edən (müşayiətin fakturasındakı ritmik fon,
alətlərin tez-tez dəyişməsi) poetik, qəhrəmanlıq marş xüsusiyyətini alır.
Əsas partiyaya əlavə olunan, bir qədər kədərli epizod (əsas partiya üçhissəlidir) yadda qalır.
Bu, sanki müharibənin dəhşətli və xalqların əziyyəti, həyatdan köçmüş insanlar haqqında bir
hekayətdir.
Əsas partiya ilə təzad təşkil edən, Köməkçi partiya həzin obrazlarla bağlıdır. Bir qədər
improvizasiya üslubunda olan Köməkçi partiya zülm altında inləyən insanların obrazları ilə
assosiasiya yaradır.
Tamamlanma partiyasında paralel böyük tersiya və yarımtonallıq üzərində qurulmuş böyük
septakkordların qırıq-qırıq səslənməsi müharibə qızışdıranların, qara qüvvələrin soyuq, cansız
obrazı ilə assosiasiya yaradır.
Poemanın işlənmə hissəsi rəngarəng obraz aləmini – mübarizə, qəzəb, etiraz, mərdlik, əzab,
sevinc hisslərini təcəssüm etdirir. Burada yeni bədii məzmunla dolğunlaşan əsas və köməkçi
partiyalar gərgin, dinamik inkişaf edir. İşlənmənin dörd epizodu müharibə və sülh, mərdlik və
kədər, döyüş qəhrəmanlığı və kütləvi mahnı səhnə obrazları təşkil edir.
- 173 -
Repriza yığcam, lakonikdir. Onun bədii məzmunu – sülh tərəfdarlarının qələbə yürüşünü
nümayiş etdirir. Reprizada təntənəli-marş xarakterli əsas partiya səslənir.
Sülh uğrunda mübarizlərin yürüşünü əks etdirən tablo və bayram şənliyi poemanın
kodasının apofeozudur. Kodada təntənəli yürüş, sülh və yer kürəsində mütərəqqi qüvvələrin
vəhdətini tərənnüm edən himn, ümumxalq birliyi, ümumxalq nümayişi haqqında çağırış kimi
səslənir.
C. Hacıyevin bir çox əsərlərində olduğu kimi, bu poemada da bəstəkarın xalq musiqisinə
dərin bağlılıq əyani surətdə özünü büruzə verir. Bu, Müqəddimənin mövzusunun lad əsası və
muğam
intonasiyalarında,
köməkçi partiyanın improvizasiyalılığında, xromatik yarımtonların
gəzintilərindən, ritmik cizgilərdən, orqan punktlardan tez-tez istifadəsində özünü büruzə verir.
“Sülh uğrunda” poeması böyük aktuallıq kəsb edən və humanist ideallar uğrunda, tərəqqi,
sülh uğrunda mübarizəyə səsləyən əsərlərdəndir.
Cövdət Hacıyev XX əsrdə Azərbaycanda təməli Üzeyir bəy tərəfindən qoyulan möhtəşəm
musiqi sarayını inşa edənlərdən, ucaldanlardan biri idi. O, yeni forma və biçimdə intibaha başlayan
Azərbaycan musiqisinin təşəkkülündə öz sözünü demiş, öz təkrarolunmaz üslubunu yaratmışdı. İlk
növbədə isə Cövdət Hacıyev bütün ömrü boyu ali, yüksək ideallara sədaqətlə xidmət edib,
vətəndaşlıq qayəsini hər şeydən üstün tutan və buna görə də bizlərə daim örnək olan əsl ziyalılıq
mücəssəməsi idi. Deyirlər ki, dahiləri zaman, dövr özü yetişdirir, özü seçir. Keçən əsrin 30-cu
illərində Cövdət Hacıyev kimi böyük istedadın musiqiyə gəlişi çox təbii və qanunauyğun idi. Çünki
bu dövr, Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövr idi və musiqi həyatına
yeni qədəm basan gənclərə, «Koroğlu»nun ölməz melodiyaları ilə böyüyüb tərbiyə alan cavan
kadrlara böyük ümidlər bəslənilirdi. Bu yeni nəsil artıq XX əsrin müasir, mürəkkəb ruhunu
dərindən duyub təcəssüm etdirmək, yeni üslub və cərəyanları əxz etmək iqtidarında idi. Xalq
musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz
Ü. Hacıbəyov formalaşdırmışdı. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik
formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdur.
Cövdət Hacıyevin zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib
hissəsinə, klassikasına çevrilmişdir. Bu musiqi zaman keçdikcə bizləri daim saflığa, paklığa,
insanlığa səsləyəcək, yüksək və ali sənətə, onun ideallarına sədaqətlə xidmətin ən parlaq nümunəsi
olacaq.
ƏDƏBİYYAT
1.
Qasımova S. Azərbaycan musiqi ədəbiyyatı. “Adiloğlu”, Bakı, I hissə, 2009, s. 187-198
2.
Амиров Ф. В мире музыки. Баку, 1983
3. Абасова Э. А. Азербайджанская музыка // Музыкальная энциклопедия / Под ред. Ю.
В. Келдыша. — Москва: Советская энциклопедия, 1973—1982.
4. Сафар-Алиева К. Из истории музыкального образования в Азербайджане. //
Азербайджанская музыка. Сб. ст. – М., 1961, с. 155-197
5. Касимова С., Багиров Н. История азербайджанской музыки. Баку, «Маариф», 1992,
189 c.
6. Тагизаде А. Джовдет Гаджиев. Баку, «Ишыг», 1979, 104 с.
7. Таирова Ф. Дмитрий Шостакович и Азербайджанская музыкальная культура.- Баку,
«Нурлан», 2006, 302 с.
ABSTRACT
Aynur Khasimova
Symphonic poem "for peace" in the works Dzhovdeta Hajiyeva
- 174 -
The article refers to the work of an outstanding composer - Dzhovdeta Hajiyev, who played
an important role in the development of national art. Dzhovdet Hajiyev is one of the founders of
Azerbaijani symphony. Dzhovdetu Hajiyev owns 8 symphonies, symphonic poem "For Peace"
(1951), the Azerbaijani Suite, Sinfonietta. Name Hajiyev Azerbaijani musical art is most often
associated with the development of symphonic music, the formation and development of the genre
of the national symphony, where the merits of the composer's greatest. In addition to the samples of
symphonic music, which is the main area of the composer, he created and fine chamber music,
vocal and choral works. In his works the composer actively uses Azeri folk melodies and rhythms,
the principles of mugham, improvisation, organically combining them with the variational and
polyphonic development.
РЕЗЮМЕ
Айнур Гасымова
Симфоническая поэма «за мир» в творчестве Джовдета Гаджиева
В статье говорится о творчестве выдающего
композитора - Джовдета Гаджиева,
который сыграл важную роль в развитии национального искусства. Джовдет Гаджиев
является одним из основоположников азербайджанского симфонизма. Джовдету Гаджиеву
принадлежат 8 симфоний, симфоническая поэма "За мир" (1951), азербайджанская сюита,
симфониетта. Имя Гаджиева в азербайджанском музыкальном искусстве чаще всего
связывают с развитием симфонической музыки, становлением и развитием жанра
национальной симфонии, где заслуги композитора особенно велики. Помимо образцов
симфонической музыки, которая является главной сферой творчества композитора, им
созданы и прекрасные камерно-инструментальные, вокальные, а также хоровые
произведения.
В своём творчестве композитор активно использует азербайджанские
народные мелодии и ритмы, принципы мугама, импровизацию, органично сочетая их с
вариационным и полифоническим развитием.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İ.Məhərrəmova
- 175 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
BARIŞ AYDIN
Erzurum Atatürk Universitesi
UOT:72
OSMANLI DÖNEMİ ERZURUM BAKIRCI CAMİ
Açar sözlər: Osmanlı, Cami, Namaz, Minarə, ibadət
Key words : Ottoman, Jami, Namaz, Minaret, Worship
Ключевые слова: Османская, Джами, Namaz, Minaret, Bогослужение
Giriş. Erzurum Doğu Anadolu Bölgesinin kuzeydoğu bölümünde, Erzurum-Kars kesiminin
batı yarısında yer alır. Burası Asya’dan Avrupa’ya, kuzeyden güneye geçişin en önemli
kapılarından biri olmuştur. Erzurum’un kuruluş tarihi, tarih öncesi devirlere kadar gitmekte, demir
çağlardan Urartu’ya, Urartu’dan Bizans’a, Bizans’tan Osmanlı’ya kadar çok sayıda millete ev
sahipliği görevini üstlenmiştir.
Erzurum her zaman Asya’dan Avrupa’ya, kuzeyden güneye geçişin en önemli kapılarından
biri olmuş (1,s.18), tarih boyunca çeşitli uygarlıkların ekonomik kaynağı olan İpek Yolu üzerinde
bulunmasıyla, Anadolu’nun kilidi olan bu kent, konumuyla da başta askeri ve ticari olmak üzere
önemli roller üstlenmiştir.
Türkler İslam dinini kabul ettikten sonra, mimarlık da yeni yapı anla-yışlarını camiler,
medreseler, kervansaraylar ortaya koymuşlar. Bu yapıtların önemli yerlerinden birini cami
mimarlığı tutmaktadır. Kanuni Sultan Süleyman’ın emriyle 1540 yılında Erzurum kesin olarak
beylerbeylik olmuş (2,s.344), Osmanlı’nın doğudaki ve batıdaki genişleme hareketlerine istinat
noktası teşkil eden iki önemli şehirden biri olma görevini yıllarca başarıyla sürdürmüştür (3,s.5).
Şehir bu kadar önemli olmasına rağmen, Osmanlı’nın merkezine uzak olduğu için merkez ve
etrafındaki kentler kadar gelişmemiş ve bu durum kentin mimarisini de etkilemiş, dolayısıyla
mimari yapılarda daha sade bir üslup kullanılmasına yol açmıştır.
Cami mimarlığı kendine özgü form ve mekan kuruluşuyla süsleme elemanlarıyla, Allah’ı
onun resulü Muhammed’i ifade etmiş, insanları Allah’ın koyduğu kurallara uymağa davet
etmektedir. Erzurum şehrinde Osmanlı dönemine ait çok sayıda cami mimarisi gelişmiş ve buna
bağlı olarak değişik formalar ortaya çıkmıştır. Bakırcı Caminin ana unsurları mihrap, minber, vaiz
kürsüsü ve kubbedir. Çeşitli bezemelerle caminin en göze çarpan unsuru olmakla beraber, kapı,
gövde ve şerefe bölümlerinden oluşmaktadır.
- 176 -
Foto1 . Erzurum Bakırcı Cami genel görünüm
Bakırcı Cami. Erzurum Bakırcı Cami, kendi adını verdiği Bakırcı mahal- lesinde
bulunmaktadır. Giriş kapısı üzerinde bulunan 33x68 cm boyundaki kitabeye göre Bakırcı Hacı
Mustafa ağa tarafından, 1720-1721 yıllarında yaptırılmış olduğu giriş kısmın üzerinde bulunan, altı
satırlık mermer kitabede görülmektedir (4,s. 204-205; 5,s.68-70; 6,s.157-159; 7, s. 32-33; 1, s.95; 8,
s.34)(Foto-1).
Foto-2 . Erzurum Bakırcı Cami giriş tarafı görünüm ve Planı (resim 1)
Geleneksel Osmanlı dönemi Erzurum Camilerinde olduğu gibi, Bakırcı Camiinde uygulanan
plan tipi yine aynı, yöre taşından yapılan kare planlı, tek kubbeli, önünde dört taş sütun taşıdığı üç
kubbeli Son Cemaat yerine sahiptir (res. 1).
Ön cephedeki kemerler, birbirine sivri kemerlerle bağlanmış, doğu ve batı da bir, kuzey ve
güneyde iki pencereye yer verilmiştir (Foto-2).
Son cemaat yerinin ortasındaki dikdörtgen çerçeve içerisine alınmış olan Sivri kemer,
içerisindeki basık kemerli giriş kapısından, harime ulaşılmakta, harim mekânı, köşelerde tromplar
üzerine oturan tek bir kubbeyle kapatılmıştır. Kubbe dışardan ana yollarında küçük pencerelerinin
bulunduğu sekizgen bir kasnak üzerine oturtulmuştur.
Caminin içerisinde minare ve bezeme yönünden herhangi bir özellik bulunmamakta, yapı oldukça
sade bir biçimde ele alınmıştır. Minaresi kırmızı taştan inşa edilmiş, şerefe altında mukarnas süslemeleri
bulunmaktadır. Minare kare kaideli, silindir biçiminde ve tek Şerefeli olarak tasarlanmıştır ve bu minare
üzerinde Erzurum’un Rus işgalinden günümüze kalma kurşun izlerine de rastlanmaktadır.
- 177 -
Foto 3 . Erzurum Bakırcı Caminin iç giriş baştağı
Mihrap
Mihrap Kıble cephesinin orta kısmında, kesme taştan inşa olunmaqla, 1,96x4,12 m.
boyutunda ele alınmıştır.
Beşgen profilli düzenlenmiş, yarım yuvarlak süslemesiz düz silmelerin üç yanı dolaşması ile
dikdörtgen biçimde, dokuz sıralı mukarnas dizisinin ince işçilik yansıtmadığı gözlenmektedir. Yapıda
yuvaların inceldiği ve sivri bir görünüm kazandığı izlenmektedir.
Sütuncelerin kaidesi bulunmamaktadır ve doğrudan zeminden başlamaktadır. Mihrabın Sütunceleri
ve silmeleri düz zemin üzerinden başlamakta, herhangi bir bezemeye yer verilmemiş ve sade bir biçimde ele
alınmıştır.
Minber
Kıble yönünde yer alan minber mihrapla bitişik bir konumda mihrabın sağında bulunmaktadır. Ahşap
malzemesinden inşa edilmiş, diğer Cami minberlerinde olduğu gibi kapısı bulunmamaktadır ve perde ile
kapatılmıştır. Taş kısmında dikdörtgen biçimde iki yazı kuşağına yer verilmiştir.
Alttaki panoya, koyu mavi bir zemin üzerine boya ile yazılan kuşak, Kelime-i Şehadet, onun
üzerindeki de aynı yazı biçimli ayet kuşağıdır. Silimli biçim üzerine boya ile “Allah” yazılmış, minber
çakma tekniğin de ortaya konulmuştur. Süpürgelik bölümü beş açıklıklı bir düzlemde, alınlık yatağa beş
kuşak sergilemektedir. En alttaki üç pano, birbirinin tekrarı gibi ele alınmış, bu panolar da baklava dilimini
andıran bir düzenlemeye yer verilmiştir. Bunun üzerinde dörtgen panolar yer almakta ve panolarda hiçbir
süsleme görülmemek- tedir.
Köşk bölümünün yanları kapalı, yan kısımlarında yuvarlak bir razat yer almaktadır. Külahın kasnağı
bulunmamakta, çokgen biçimli külah direk köşkün üstüne oturtturulmuş ve minberi orijinal olmadığı için
sanatsal bir değeri bulunmamaktadır.
Osmanlılardan günümüze dek gelen Bakırcı Cami, döneminin önemli camilerinden biridir. Onarımlar
geçirmesine rağmen hale orjinalliğini ve görkemini korumakta olan Bakırcı Cami’nin yapım kitabesi
bulunmaktadır. Erzurum’da birçok camide gördüğümüz kare plan tipini bu camide de görülür ve Cami
düzgün kesme taştan inşa edilmesiyle, diğer Erzurum camileriyle ortak özellik göstermektedir.
KAYNAKLAR
1.
Hamza Gündoğdu, Ahmet Ali Bayhan, Muhammet Arslan. Sanat Tarihi Açısından Erzurum,
Erzurum, 2010, 410 s.
2.
Besim Darkot.”Erzurum” mad. C.IV, İstanbul, 1945, 182 s.
3.
Salih Kazan.”Erzurum’daki Osmanlı Dönemi Camileri, A.Ü Edeb. Fak. Yayımlanmamış Lisans
Tezi, Erzurum, 1983,
432 s.
4.
İsmail Hakkı. Konyalı Abideleri ve Kitabeleri İle Erzurum Tarihi, İstanbu
l, 1960, 520 s.
5.
R.H. Ünal. Erzurum ili Dâhilindeki İslami Devir Anıtları Üzerine Bir İnceleme’’ Atatürk
Üniversitesi Araştırma Dergisi, S.UI Erzurum 1974, 345 s.
6.
Hamza Gündoğdu. Geçmişten Günümüze Erzurum ve Çevresindeki Tarihi Kalıntılar Şehr-i
Mübarek Erzurum, Ankara 1989, 560 s.
7.
Hüseyin Yurttaş. VI Yolların, Suların ve Sanatın Buluştuğu Erzurum, Erzurum, 2008, 378 s .
8.
F. Tanrıkulu. Lisans Tezi, Erzurum 1998, 125 s.
XÜLASƏ
Barış Aydın
Osmanlı dövrü Ərzurum Bakırcı Came
- 178 -
Ərzurumda Osmanlı dövrünə aid çox sayda məscid abidələri və bu memarlıqla bağlı qübbə, mehrab,
minbər, vaiz otağı kimi ana ünsürlərindən ibarət formalar vardır. Bu baxımdan Ərzurumda Osmanlı dövrünə
aid Bakırcı məscidinin plan, memarlıq ünsürləri və xüsusiyyətləri araşdırılaraq sizlərə təqdim edilmişdir.
ABSTRACT
Bariş Aydın
Ottoman Period Erzurum Bakirci Mosque
Erzurum many mosques of the Ottoman era architecture and the architectural shape of the dome
connected to the mihrab, minbar, the pulpit as the main elements have different forms. In this study
Coppersmith Ottoman-era mosque in Erzurum's plans, with architectural elements and features are presented
visually examined.
NDU-nun Elmi Şurasının 23 yanvar 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 05)
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə fəlsəfə doktoru G.Əhmədova
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 1 (66)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 1 (66)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 1 (66)
VİDADİ HEYDƏROV
Naxçıvan Dövlət Universiteti
UOT:781
BAROKKO VƏ ROKOKO BƏDİİ ÜSLUBLARI
Açar sözlər: barokko, rokoko, incəsənət, üslub, dövr
Dostları ilə paylaş: |