The series of the humanitarian


Тема формы на Азербайджанской народной  музыки



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
Тема формы на Азербайджанской народной  музыки 
В  статье  рассказывает  о  проблеме  формы  разных  вид  Азербайджанской  народной 
музыки,  которые  местные  и  русские    музыковеды  анализировали  этот  проблем  на  своих 
произведениях.    
   
 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
İ.Məhərrəmova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 166 - 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
SEVDA HÜSEYNOVA 
Naxçıvan Dövlət Universiteti  
gunelmamadova@yahoo.com     
UOT  782/785 
 
GÖRKƏMLİ BƏSTƏKAR − QARA QARAYEVİN  AZƏRBAYCAN  FORTEPİANO 
MUSİQİSİNİN İNKİŞAFINDA  ROLU VƏ YERİ   
 
         Açar  sözlər:  Qara  Qarayev,  bəstəkar,  fortepiano  musiqisi,  prelüdlər,  pyes,  uşaq  fortepiano 
miniatürləri, Azərbaycan musiqisi, fuqa.     
         Keywords:  Gara  Garayev,  composer,  the  piano  music,  preludes,  plays,  children's  piano 
miniatures, music of Azerbaijan, fugue. 
          Ключевые слова: Кара Караев, композитор, фортепианная музыка, прелюдии, пьесы, 
детские фортепианные миниатюры, Азербайджанская музыка, фуга.       
 
 
           XXI  əsrdə  hər  hansı  bir  problemin,  bilavasitə  Azərbaycan  fortepiano  musiqisinin  təkamül 
probleminin  tədqiqi  dünya  musiqi  mədəniyyətinin  tərəqqisi  aspektində  retrospektiv  təhlil 
aparılmadan  həyata  keçirilə  bilməz.  Bu  məsələnin  kökləri  dünya  mədəniyyəti  tarixinin  dərin  qatları 
ilə  bağlıdır. 
           Məlum  olduğu  kimi,  tarixin  dönümlü  məqamlarında  zaman  elə  bir  şəxsiyyət  yaradır  ki,  o, 
incəsənətin  axarını  öz  seçdiyi  yola  yönəldərək,  inkişaf  etdirir.  Azərbaycanda  belə  şəxsiyyət  Üzeyir 
Hacıbəyov  oldu  və  ondan  sonra  gələn  nəsillər,  ilk  növbədə  isə  Qara  Qarayev  onun  yolunu  davam 
etdirdi. 
           Qara  Qarayevin  ilk  fortepiano  əsəri  1937-ci  ilə  aiddir.  Biz  bu  əsərə  qədərki  yolu,  bəstəkarın 
təfəkkürünün  qaynaqlarını,  dünya  miqyasında  və  Azərbaycanda  fortepiano  musiqisinin  yaranması 
zəminini  ümumiləşdirməyə  çalışaq.  Bu  baxımdan  XX  əsrin  əvvəllərinə  ekskurs  etməyimiz 
məqsədəuyğun  olardı,  çünki  milli  professional  bəstəkar  yaradıcılığının  ilk  nümunələri  məhz  bu 
dövrə  aiddir.  Eyni  zamanda,  əsrin  əvvəlində  Azərbaycanda  gedən  prosesləri  dünya  fortepiano 
musiqisinin  inkişaf  prosesindəki  səciyyəvi  təmayüllərlə  qarşılaşdırmağa  cəhd göstərək. 
           Hər  bir  böyük  sənətkar  kimi  Qara  Qarayevin  yaradıcılığında  da  millilik  özünəməxsus  bir 
formada  təzahür  edir.  Biz  onun  musiqisinin  milliliyini  aydın  surətdə  hiss  etdiyimiz  kimi,  son  illərdə 
yazdığı  skripka  və  orkestr  üçün  konsertində,  fortepiano  üçün  yazdığı  prelüdlərin  son  dəftərində  və 
12  fuqada  da  duyuruq.  Bu  əsərlərdə  millilik  müxtəlif  şəkillərdə  ifadə  olunub  ki,  bu  da  təbiidir. 
Millilik  özü  dəyişməz  bir  keyfiyyət  deyil,  eyni  bir  bəstəkarın  müxtəlif  yaradıcılıq  mərhələlərində  də 
inkişaf  edir, dəyişir.   
           Qara  Qarayevin  yaradıcılığında  fortepiano  üçün  yazdığı  əsərlər  xüsusi  yer  tutur.  Hələ  1937-
ci  ildə  o, fortepiano  üçün  “Sarskoye  selo  heykəli”  adlı  pyes  yazmışdır. 
           Bu  pyesin  taleyi  uğurlu  olmuş,  pianoçuların  sevimli  əsərlərindən  birinə  çevrilmişdir.  Bu 
musiqi  lövhəsi  böyük  rus  şairi  A.S.  Puşkinin  ölümünün  100  illiyinə  həsr  edilmişdir.  Pyesdəki 
obrazlar  rəngarəngdir,  qabarıqdır,  harmonik  cəhətdən  əlvandır,  impressionist  çalarlarla  diqqəti  cəlb 
edir.  Bu  əsər ilk  dəfə  müəllifin  ifasında  Puşkinə  həsr  edilmiş  yubiley  konsertində  səslənmişdir. 

- 167 - 
           Gənc  Qara  Qarayevin  Puşkin  şerinin  gözəlliyinə  və  məlahətli  səslənməsinə  valeh  olduğu  və 
“Sarskoye  selo  heykəli”  nin  –  sındırdığı  su  qabına  tərəf  kədərlə  əyilmiş  qızın  poetik  obrazını  musiqi 
vasitəsilə  əks  etdirmişdir.  Buna  baxmayaraq  fortepiano  üçün  yazılmış  “Sarskoye  selo  heykəli”  əsəri 
bu  vaxta  qədər  radio  verilişlərində  və  konsertlərdə  səslənir;  bu  əsərin  musiqisi  ətrafa  inci  dənələri 
səpələyən  fəvvarəni  xatırladır.   
           Bu,  Azərbaycanın  gənc  kamera  musiqisinin  Puşkin  poeziyası  ilə  əlaqədar  olan  ilk 
əsərlərindən  biri  idi.  Həmin  il  S.  Orconikidzenin  xatirəsinə  həsr  olunmuş,  fortepiano  üçün  “Matəm 
plelüdü”  yazılmış  və  Azərbaycan  xalq  mahnılarından  altısı  fortepiano  üçün  işlənmişdi.  Gənc 
bəstəkar  çoxsəsli  formalar  (“Üçsəsli  fuqa”,  1939)  və  klassik  janrlar  (birhissəli  sonatina,  1939) 
sahəsində  öz  gücünü  sınayır.  Bütün  bu  əsərlərdə,  habelə  “Azərbaycan  rapsodiyası”  nda  (1940) 
bəstəkar  milli  folklor  üsullarını  dünya  sənəti  formaları,  müasir  musiqi  vasitələri  ilə  üzvi  sürətdə 
uzlaşdırmağa  cəhd  etmişdir.   
           Qara  Qarayev  bunun  sintezinə  1943-cü  ildə  bəstələdiyi  və  ilk  dəfə  Zaqafqaziya 
respublikalarının  Tbilisidə  keçirilən  musiqi  ongünlüyündə  səslənmiş  lya-minor  Sonatinasında  nail 
olmuşdur.  Böyük  bədii  kompozisiya  ləyaqətinə  və  əsil  piano  əsəri  olmasına  görə  sonatina  bu  vaxta 
kimi  Azərbaycan  bəstəkarlarının  konsert  və  pedaqoji  ədəbiyyat  repertuarında  möhkəm  yer  tutur.  O, 
üç  hissədən  ibarətdir.  Birinci  hissədəki  Azərbaycan  xalq  rəqslərinə  yaxın  olan  intonasiya  –  ritm 
formulları  eyni  zamanda  D.  Şostakoviçin  və  S.  Prokofyevin  tokkatalı  pyeslərinə  yaxınlaşır.  İkinci 
hissə  səmimi,  emosional,  lirik  ifadə  tərzi  ilə  fərqlənir.  Finalın  rəqs  marş  obrazları  bir  qədər  istehzalı, 
bəzən  mübaliğəli  xarakter  daşıyır.   
           Qara  Qarayev  dəfələrlə  uşaq  fortepiano  miniatürləri  janrına  müraciət  etmişdir.  Bəstəkar  XX 
əsrin  40-cı  illərinin  sonunda,  50-ci  illərin  əvvəllərində  “Fil  və  Maska”  və  “Hekayə”  proqram 
pyesini,  habelə  altı  pyesdən  ibarət  silsilə  əsərlərini  yazmışdır.  (“Balaca  vals”,  “Oyun”,  “Fikirləşmə”, 
“Hekayə”  və  başqaları);  bu  əsərlər  parlaq  obrazlılığı,  forma  incəliyi  ilə  piano  üsullarının  nisbətən 
sadəliyi  ilə  fərqlənir  ki,  buda  onların  balaca  pianoçular  tərəfindən  ifadə  edilməsinə  imkan  verir. 
Qara Qarayev  1965-ci ildə  uşaqlar  üçün  altı  pyesdən  ibarət  daha bir  silsilə  yaratmışdır.   
           Qara  Qarayevin  fortepiano  üçün  yazdığı  24  prelüdlər  silsiləsi  ən  maraqlı  əsərdir.  Bu  silsilədə 
bəstəkar uşaq  pyesləri  və nisbətən  daha mürəkkəb  ideya  - bədii  vəzifələr  irəli  sürür.   
           Hərəsində  altı  pyes  olan  bu  silsilənin  dörd  dəftəri  bəstəkarı  müxtəlif  yaradıcılıq  dövrlərində 
yazılmışdır.  İlk  iki  dəftər  (1951-1952)  bilavasitə  janr-məişət  obrazlılığı  ilə  əlaqədardır,  musiqinin 
kompozisiya  və  üslub  üsulları  isə  “Yeddi  gözəl”  baletinə  daha  yaxındır.  Xronoloji  və  üslub 
cəhətdən  “İldırımlı  yollarla”  baletinə  daha  yaxın  olan  üçüncü  dəftərdə  (1957)  lirik-psixoloji 
mövzudərinləşdirilmiş  və  mürəkkəbləşdirilmişdir.  Dördüncü  dəftərin  (1963)  pyeslərində  aydın  və 
ciddi  lirika,  fəlsəfi  görüş  üstün  yer  tutur.  Bu  təsadüfi  deyil  ki,  son  dərəcə  yığcam  (“bir  dənə  də  olsun 
artıq  not  olmamalı!”  prinsipinə  görə)  musiqi  ifadə  vasitələri  arasında  çoxsəsli  musiqi  üsullarına 
böyük  yer  verilmişdir.  Bəstəkar  burada  ciddi  “Baxadək”  kontrapunkt  üsullarına  xüsusi  fikir  verir  ki, 
bu  üsullar  “qədim”  üsluba  salmağın  heç  də  qurbanı  olmayıb,  onun  öz  ifadə  vasitələrinin  palitrasına 
üzvi  surətdə  daxil  edilsin.   
           Hər  bir  dəftər  bəstəkarın  bu  və  ya  digər  ustalıq  hüdudunu  göstərən  bitkin-silsilə  əsərdir. 
Onun  pyesləri  kvinta  dairəsi  üzrə  (do-majordan  fa-minoradək)  bütün  tonluqları  əhatə  edir,  həm  də 
bir  major  prelüdü  eyni  adlı  minor  prelüdü  ilə  növbələşir.  Silsilədə  obraz  ideyasının  vahid  istiqaməti 
də  var.  Şopenin,  Raxmaninovun  və  ya  Şostakoviçin  prelüdləri  kimi  bu  əsər,  onu  əhatə  edən  aləmin 
təəssüratının  çoxrəngli  lövhələrinin  dəyişməsi,  keçmiş  və  ya  indiki  hadisələrin  emosional 
ümumiləşdirilməsinin  təzadı,  insanın  sevinc  və kədər hislərinin  açılması  kimi  düşünülmüşdür.   
           Hətta  pyeslərin  bəzilərinin  ötəri  xülasəsi  silsilə  obrazının  çoxcəhətli  olduğu  barədə  fikir 
yürütməyə  imkan  verir.  Burada  hərəkətləri  canlı  olan  pyeslər  də  vardır:  müntəzəm  ahəngli  dəyişməz 
nəbzli  və  məzəli  qroteskli  do-major  tokkatası,  soyuqtəhər  kövrək  prelüd,  sol-major  və  ya 
kobudtəhər  qəşəng  “burleska”  fa-major;  bunlarda  müasir  reqtaqyı,  blyuzun  janr  xüsusiyyətləri  və 
qədim  musiqinin  üslub  xüsusiyyətləri  məharətlə  bir-birinə  qovuşur.  Yüngüllüyü,  şən  ahəngdarlığı, 
gənclik  qayğısızlığı  hissi  dinləyiciyə  re-bemol  major  prelüdü  obrazını  bəxş  edir.  Si-bemol  major 
“riçekarı”  məzhəkəli,  qədim  çoxsəsli  pyesin  koloritini  yada salır.   

- 168 - 
           Re-minor  prelüdünün  obrazı  qəhrəmanlıq  dastanı  cizgiləri  ilə  fərqlənir,  bu  da  musiqinin 
əsasını  təşkil  edən  muğamın  böyük  rolu  ilə  əlaqədardır.  Lya-bemol-major  prelüdünün  oratoriya-şən 
obrazı  da  muğamla  əlaqədardır.  Lya-minor,  si-minor  və  ya  si-bemol-minor  “matəmli”  prelüdlərində 
isə  muğam  prinsipində  genişlənmə  birləşməsi  və  passakalyalar  musiqiyə  dərin  fəlsəfi  fikir  xarakteri 
verir.   
           Re-major  prelüdündə  Azərbaycan  xalq  lay-lay  mövzusunda  istifadə  edilmişdir.  Lya-major 
prelüdünün  musiqisi  olduqca  aydın,  xoş,  şəndir.  Major  prelüdünün  fa-diyez  obrazı,  onun  aşıb-daşan 
incə  yekrəng  fakturasında  “ney”  motivində  yaz  səhərini  xatırladır.  Silsilənin  sonuncu,  bir  növ  kiçik 
lirik  dastan  olan  fa-minor  prelüdünün  musiqisi  olduqca  kövrəkdir;  o  eyni  zamanda  özü  ilə  olduqca 
bəşəri  obrazlar  gətirmişdir.   
           Qara  Qarayev  fortepiano  üçün  prelüdləri  20  il  ərzində  (müxtəlif  illərdə)  yazılmışdır.  Onlar 
hərəsində  altı  pyes  olmaqla  4  dəftərdən  ibarətdir.  Prelüdlər  kvinta  dairəsi  tonallıqları  üzrə 
düzülmüşdür,  həm  də  burada  major  və  minor  prelüdləri  növbələnir.  Fortepiano  əsərləri  arasında  24 
prelüd  xüsusi  əhəmiyyət  kəsb  etmişdir.  Sikl  dörd  dəftərdən  ibarətdir  və  hər  dəftərdə  altı  prelüd 
cəmlənmişdir.  Hər  dəftər  siklin  bitmiş  bir  hissəsi  kimi  qəbul  olunur  və  həm  də  bütün  siklin  bir 
mərhələsi  sayılır.  Bu  əsərin  müəyyən  proqramı  yoxdur,  lakin  hər  dəftər,  hətta  prelüd  müəyyən  bir 
obrazı  təsvir  edir.  Prelüdlər  bir-birilə  təzadlıq  əsasında  qurulmuşdur.  Birinci  dəftərdə  əsasən  janr-
məişət  obrazları  təsvir  edilmiş,  ikinci  dəftər  üçün  lirik,  dramatik,  patetik  hisslər  xasdır.  Axırıncı  iki 
dəftərdəki  prelüdlər  dərin  psixoloqizmi  və  fəlsəfəliyi  ilə  fərqlənir.  Bu  prelüdlərdə  emosionallıq, 
gərginlik  artır,  musiqi  dilində  mürəkkəblik  və  polifoniklik  çoxalır.  Maraqlıdır  ki,  hər  dəftərdəki 
prelüdlərlə  bəstəkarın  həmin  dövrdə  yazdığı  digər  janrlarda  olan  əsərləri  arasında  bir  yaxınlıq, 
ümumilik  duyulur.  Məsələn,  ikinci  dəftərdəki  prelüdlərin  “Yeddi  gözəl”  baletinin  obrazları  və 
diliylə,  üçüncü  dəftərdəki  prelüdlərin  “İldırımlı  yollarla”  baletinin  musiqisiyilə,  dördüncü  dəftərdəki 
prelüdlərin  isə  bəstəkarın  son  illərdə  yazdığı  əsərləri  ilə  yaxınlığı  hiss  olunur.  Bütün  sikl  üçün 
əlvanlıq,  polifoniklik,  gözəllik,  ritmik  orijinallıq  xasdır. 
           Gördüyümüz  kimi,  bəstəkar  musiqinin  müxtəlif  janrlarında  bir-birindən  dəyərli,  rəngarəng 
əsərlər  yaratmış,  musiqinin  müxtəlif  janrlarında  özünün  bəstəkarlıq  məharətini,  istedadını 
göstərmişdir. 
           Klassiklərin  ənənələrini  davam  etdirən  Qara  Qarayev  mövzunun  bənzərsizliyi,  janrın  orijinal 
həlli  ilə  əlaqədar  olaraq  öz  prelüdlərinə  novatorluq  xüsusiyyətləri  vermişdir.  Prelüdlər  fikrin  qısa, 
lakonik,  aforizm  şəklində  çatdırılması  ilə  fərqlənir.  Bu,  bir  növ,  qravürlər  albomudur,  buna  görə  hər 
bir  prelüddə  (onların  böyük  hissəsində)  eyni  əhval,  eyni  emosional  vəziyyət  verilmişdir.  Prelüdləri 
şərh  edən  proqramlı  adlar  olmamasına  baxmayaraq,  onlardan  hər  birində  müəyyən  poetik  və  obrazlı 
fikir  duyulur.  Prelüdlərin  içərisində  lirik  poemalar,  beşik  mahnısı,  dəfn  mərasimi,  xalq  bayramı, 
şənlik  lövhələrini  təsvir  edən  prelüdlər  vardır  ki,  onlarda  da  çox  vaxt  xalq  musiqisi  janrları  –  mahnı, 
rəqs,  muğam  istifadə  edilir.  Lakin  onlar  həmişə  mürəkkəb  harmonik  və  polifonik  üsullarla  əlaqədə 
verilir.  Bu,  musiqiyə  yenilik  və orijinallıq  gətirir.   
 
 Qara  Qarayev  fortepianonun  imkanlarından  da  ifadəli  şəkildə  istifadə  edir.  Ən  müxtəlif 
faktura  üsulları  prelüdün  obrazlı  məzmunu  ilə  sıx  bağlı  olur.  Çox  vaxt  bu  və  ya  digər  ifadə  üsulu 
bütün  pyesin  “simasını”  müəyyən  edir.  
           Prelüdlər  pianizm  baxımından  iri  həcmli,  çox  mürəkkəb  olmasa  da,  onlar  Qarayevin  böyük 
əsərləri  ilə  səsləşir,  onlarda  bəstəkarın  başqa janrlarda  yazdığı  əsərlərə  xas  bədii  ustalıq  hiss  edilir.   
          Qara  Qarayev  Azərbaycan  musiqisini  elə  bir  inkişaf  mərhələsinə  yüksəltmişdir  ki,  bu 
mərhələdə  o,  milli  gerçəkliyin  hüdudlarından  kənara  çıxan  mövzuları  da  əhatə  edə  bilir.  Bəstəkarın 
musiqi  obrazlarının  zənginliyi,  genişliyi  bundan  irəli  gəlir.  Onlar  həm  qədim  tariximizin 
səhifələrindən  söz  açır,  həm  də  zəmanəmizdən,  xüsusilə  müasir  günlərdən,  gələcəkdən  həyəcanla 
danışır.  Qara  Qarayevin  müxtəlif  janrlarda  bəstələdiyi  rəngarəng  süjetli  əsərlərində,  o  cümlədən 
proqramlı  musiqisində,  bir  sözlə,  bütün  yaradıcılığında  həmişə  bəstəkarın  əsas  ideyası  –  həyatda 
gözəllik  uğrunda,  eləcə  də  sözün  həqiqi  mənasında  insanlıq  naminə    fəal  və  barışmaz  mübarizə 
ideyası  səslənir.  Onun  musiqisi  bütün  dağıdıcı  qüvvələrə  qarşı  ittihamedici  qəzəblə  doludur, 
yaradıcılığında  ədalətə  humanistcəsinə  yenilməz  inam  vardır.   

- 169 - 
           Qara  Qarayev  zəmanəmizin  elə  görkəmli  bəstəkarlarından,  elə  parlaq  simalarındandır  ki, 
onun  istedad  və  sənətkarlığı  musiqi  sənətinin  inkişaf  yollarını  müəyyən  edir.  O,  sənətdə  cəsarətli  və 
prinsipialdır.  Əldə  olunmuş  nailiyyətlərlə  kifayətlənmək  onun  təbiətinə  yad  idi.  Əksinə,  hər  bir 
böyük  sənət  qələbəsi  onu    daha  da  səfərbər  etmişdir,  yaradıcılıq  fikrini  itiləşdirmişdir,  ona  musiqi 
sənətində  əvvəllər  görünməmiş  təsirli,  ecazkar  cəhətləri  açmaq  imkanları  vermişdir.   
           Qara  Qarayevin  həmişə  ilhamlı  yaradıcılıq  məhsulu  kimi  olan  əsərləri  təzəliyi,  orijinallığı  ilə 
adamı  valeh  edir.  Lakin  bəstəkarın  böyük  və  çoxcəhətli  sənətinin  mahiyyəti  təkcə  bundan  ibarət 
deyildir.  Bu  sənət  həyat  həqiqətlərinə  əsil  vətəndaşlıq  mövqeyindən  yanaşmaqdan,  ona  fəal 
müdaxilədən  yaranmışdır.   
           Qara  Qarayevin  hər  bir  əsəri  Azərbaycan  musiqisinin  inkişafında  mühüm  mərhələ  olmuş, 
gənc  musiqiçilər  üçün  geniş  üfüqlər  açmışdır.  Onun  novatorluğu  onun  milli  və  dünya  musiqi 
sənətində  təşəkkül  tapmış  klassik  ənənələrə  ən  dərin  hörmətindən  irəli  gəlir.  Bəstəkarın  yeni-yeni 
axtarışlar  üçün  möhkəm  təməl  olan  cəsarətli,  qeyri-adi  üsullarının  yaradıcılıq  ölməzliyidə  bundan 
ibarətdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
К. Сафар-Алиева. Из истории музыкального  образования в Азербайджане. // 
Азербайджанская  музыка.  Сб. ст. – М., 1961, с. 155-197 
2.
 
Qasımova  S.C., Bağırov  N.H. Azərbaycan  sovet musiqi  ədəbiyyatı.  «Maarif»,  1984, səh.  90-
124 
3.
 
Мамедова Б. О некоторых чертах  гармонического языка  К. Караева. Баку,  1959   
4.
 
Абезгауз  И. О гармоничном языке Кара Караева, сб.ст. Музыка  и современность, в. 5, 
Москва, 1967 
5.
 
Щедрин Р. Выдающийся  музыкант  нашего времени, «Музыкальная  жизнь», №2, 1978    
6.
 
Musiqi  və həyat.  Xalq  Mədəniyyəti  Universiteti  dinləyicilərinə  kömək.  Bakı,  Azərb.  SSR 
Siyasi  və Elmi  Bilikləri  Yayan  Cəmiyyət,  1961, səh. 46-50 
7.
 
M. Məmmədov.  Teatrlar,  aktyorlar,  tamaşalar.  Bakı,  “Azərnəşr”,  1966, 220 s. 
8.
 
Aida  Hüseynova.  Musiqi  səmimiyyət  məbədi.  Ayna  Mətbu  Evi,  Bakı,  2001, səh.  81-83 
9.
 
Сеидов Т.А. Развитие жанров азербайджанской фортепианной музыки.  Баку  – Шур, 
1992, стр. 38  
ABSTRACT 
Sevda Huseynova 
 
In The Development Piano  Music Of Azerbaijan  The Role And  Place Prominent  Composers  - 
Gara  Garayev  
The  article  focuses  on  the  role  of  the  outstanding  composer  Gara  Garayev  piano  music  in  the 
development  of  Azerbaijan.  Gara  Garayev  -  an  outstanding  composer,  who  made  a  great 
contribution  to  the  treasury  of  contemporary  piano  music  culture  of  Azerbaijan.  Performing,  piano 
music  playing  aspect  as  a  determinant  influencing  factor  in  the  evolution  of  the  piano  style  of 
Garayev.  Gara  Garayev  played  a  huge  role  in  enriching  the  piano  music  of  Azerbaijan  genres.  Piano 
music  of  Azerbaijan  changed  its  appearance  in  his  writings,  some  pre-existing  genres,  some  genres 
first  introduced  them  in  national  piano  musical  creativity.  Composer  often  with  outspread  invoice 
seeking  coloristic,  timbral  possibilities  piano  registers,  thus  "planting"  the  instrument  and  orchestral 
music,  which  subsequently  becomes  the  essence  of  the  principle  of  his  thinking.  Piano  music  of  G. 
Garayev  40's  -  early  50's  at  this  stage  of  creative  ways,  reflects  the  tendency  of  "promotion"  of 
Impressionism  and  Neo-Classicism  to  the  subsequent  search  for  new  and  promising  trends, 
aspirations,  reflecting  the  avant-garde  ideas,  realized  from  the  merger  of  the  richest  traditions  of 
national  and world  music  cultures. 
 
РЕЗЮМЕ   
Севда Гусейнова  

- 170 - 
 
Роль И Место Выдающего Композитора Кара Караева В Развитии Фортепианной 
Музыки Азербайджана  
           Статья  посвящена  роли  выдающегося  композитора  Кара  Караева  в  развитии 
фортепианной  музыки  Азербайджана.  Кара  Караев  -  выдающийся  композитор,  внесший 
огромный  вклад  в  сокровищницу  современной  Азербайджанской  фортепианной 
музыкальной  культуры.  Исполнительский,  пианистический  аспект  музыки  выступает  как 
определяющий,  влияющий  фактор  в  процессе  эволюции  караевского  фортепианного  стиля. 
Kара  Караев  сыграл  огромную  роль  в  деле  обогащения  жанров  азербайджанской 
фортепианной  музыки.  Азербайджанская  фортепианная  музыка  изменила  свой  облик  в  его 
сочинениях,  некоторые ранее существовавшие жанры, а некоторые жанры впервые введены 
им в национальное фортепианное музыкальное творчество. Композитор нередко при широко 
раскинутой  фактуре  ищет  колористические,  тембральные  возможности  фортепианных 
регистров,  тем  самым  «прививая»  инструменту  и  музыке оркестральность, что становится в 
последующем  сутью  принципа  мышления  его.  Фортепианная  музыка  К.  Караева  40-х  – 
начала 50-х годов на данном этапе творческого пути, отражает тенденцию «продвижения» от 
импрессионизма  и  неоклассицизма  к  последующему  поиску  новых,  перспективных 
тенденций,  устремлений,  отражающих  авангардные  идеи,  реализуемые  от  слияния 
богатейших  традиций национальной и общемировой музыкальных культур.      
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
İ.Məhərrəmova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 171 - 
 
 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
AYNUR   QASIMOVA     
Naxçıvan Dövlət Universiteti   
gunelmamadova@yahoo.com 
 
UOT  7.001.83 
 
CÖVDƏT  HACIYEV  YARADICILIĞINDA  “SÜLH  UĞRUNDA” SİMFONİK POEMASI   
 
 
  Açar  sözlər:  Cövdət  Hacıyev,  simfonik  yaradıcılıq,  Azərbaycan  bəstəkarı,  simfoniya, 
simfonik poema, “Sülh uğrunda” simfonik poema.            
           Keywords:  Dzhovdet  Hajiyev,  symphonic  works,  Azerbaijani  composer,  symphony, 
symphonic poem, symphonic poem "For Peace."  
 
  Ключевые 
слова: 
 
Джовдет 
Гаджиев, 
симфоническое 
творчество, 
Азербайджанский  композитор,  симфония,  симфоническая  поэма,  симфоническая  поэма  «За 
мир».       
 
           XX  əsr  Azərbaycan  bəstəkarlıq  məktəbinin korifeylərindən biri Cövdət Hacıyev musiqidə öz 
təkrarolunmaz  üslubunu  yaratmış  sənətkarlardandır.  Onun  musiqiyə  gəlişi  keçən  əsrin  30-cu 
illərinə  təsadüf  edir.  Azərbaycanda  musiqi  simfoniyasının  banilərindən  biri  olan  C.  Hacıyev 
yaratdığı  simfoniyalarda,  "Sülh  uğrunda"  simfonik  poemasında  öz  dövrünün  ən  mühüm 
problemlərinə  toxunaraq  onları  lirik-dramatik  tərzdə  əks  etdirmişdir.  C.  Hacıyev  yaradıcılığının 
yetkinlik  dövrü  Azərbaycan  musiqi  mədəniyyətinin  çiçəklənmə  dövrünə  -  XX  əsrin  50-ci  illərinə 
təsadüf  edib.  Bəstəkar  bu  illərdə  şah  əsərini  -  “Sülh  uğrunda”   simfonik  poemasını  yazır. 1951-ci 
ildə  ilk  dəfə  səslənən  “Sülh  uğrunda”  poeması  parlaq  milli  koloriti,  orijinal  musiqi  proqramı, 
bənzərsiz  üslubü  ilə  tezliklə  ölkənin  sərhədlərini  aşdı,  Çexiyada,  Polşada,  Bolqarıstanda  özünə 
çoxsaylı  pərəstişkarlar  tapdı.  Bu  əsərə  görə  bəstəkar  II  dəfə  SSRI  Dövlət  mükafatına  layiq 
görülmüşdür. C.  Hacıyev  zəmanəmizin  aktual,  mühüm  problemlərini  öz  monumental  simfonik 
əsərlərində  novatorcasına  təcəssüm  etdirmişdir.  Belə  əsərlərdən  biri  də  onun  «Sülh  uğrunda» 
simfonik poemasıdır. 
       
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin