136
(1987), «Qoru» (1990), «Mehr qalır, məhəbbət qalır» (1992), «Yandım» (1994),
«Evindəki beşiklər» (1996), «Vətəni öyrənmək» (1996), «Yiyəsi var yurd» (2001),
«Vətən əbədidir» (2001), «Könül fəsli» (2007), «Yaşasın yağışlar» (2007) və
başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə «Şərq»
nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Şairin tərcümə
sahəsində də fəaliyyəti vardır: rus şairi Andrey Voznesenskinin "Mangu rizq"
əsərini özbəkcəyə tərcümə etmişdir. S.Səyyidi Azərbaycana yaxınlaşdıran həm də
milli ədəbi mühitimizə yaxın olmasıdır. Çağdaş Azərbaycan poeziyasının
bir çox
nümunələrini özbək dilinə uğurla çevirib. Buna görə də şairi Azərbaycanda yaxşı
tanıyırlar; şeirləri dilimizə tərcümə edilir. Yaşar Qasımbəyli şairin bir neçə şeirini
dilimizə çevirib.
Siracəddin Səidin poeziyası bədiilik, mövzu, problematika və forma
baxımından zəngin və rəngarəndir. Şairin bədii estetik təfəkküründə özbək xalqı,
onun tarixi, bugünü, mənəviyyatı başlıca yer tutur. Yurd sevgisi, vətənçilik, xalqın
tarixi
keçmişini və bugününü tərənnüm, yaradıcılığının ana xəttidir. "El və el
balası", "Böyük ipək yolu", "Vətən", "Vətən üçün, millət üçün, xalq üçün", "Vətən
yaddaşı" və b. onlarla şeirlərində vətəni tərənnüm edir. Lakin bu tərənnüm patetik
şəkildə baş vermir, qəlbinin
dərinliklərindən gəlir, ona olan vurğunluğunu ifadə
edir:
Dostları ilə paylaş: