Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə45/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT:
1. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
2. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixo­pedaq­ogik­a­ya. Bakı: 479
3. Anağev B.Q. Psixoloqiə pedaqoqiçeskie oüenki: M., 1980, T.2

  1. Bruner .C. Psixoloqiə poznanie. M:1977

  2. Berns R. Razvitie «Ə» konüepsiə i vospitanie, M. 1989

  3. Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M., 2005

  4. Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000


Mövzu 22.Məktəb psixoloqunun kiçik məktəblilərlə, yeniyetmələrlə və
yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri

Plan:
1. Məktəb psixoloqunun kiçik məktəblilərlə işinin əsas istiqamətləri
2. Məktəb psixoloqunun yeniyetmələrlə işinin əsas istiqamətləri
3. Məktəb psixoloqunun yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri

Məktəb psixoloqunun müəllimlərlə birgə fəaliyyəti hər bir şagirdin inkişafı üçün yaxşı şərait yaradır və məktəbdə hər bir şagirdə fərdi yanaşmanı təmin edir. Fərdi yanaşmanın tətbiqi uşağın inkişaf xüsusiyyətlərinə yaxşı bələd olmağı tələb edir. Bununla əlaqədar olaraq psixoloq gələcək birinci sinif şagirdi ilə məktəbə yazılma mərhələsində tanış olur və onun məktəbə hazırlığını müəyyən etmək üçün psixodiaqnostik işi həyata keçirir. Uşaqla ilk tanışlıq zamanı Kern-Yirasekin məktəbə hazırlıq testindən istifadə etmək daha faydalıdır. Bu testin keçirilməsi üçün müəyyən normativlər mövcuddur və əsasən 6 yaşlı uşaqları tədqiq etmək üçün istifadə olunur. Kern-Yirasek testindən keçən uşaqların intellektual, ixtiyari və motivasiya sferalarındakı inkişaf xüsusiyyətlərini dəqiqləşdirmək üçün onları əlavə psixoloji müayinədən keçirmək lazımdır.


Məktəb təliminə hazır olmayan uşaqlarla psixoloq “inkişaf qruplar”ında bilavasitə məşğul ola bilər.
İnkişaf qrupları – 6 nəfərdən (ona görə cüt ədəd seçilib ki, oyun zamanı 2 komandaya bölünmək asan olsun) artıq olmayan uşaqlardan ibarətdir. Burada psixoloq məktəb təlimində normal psixi inkişaf səviyyəsinin əldə olunması istiqamətində onlarla inkişafetdirici-korreksiya işi görür.
İnkişaf qruplarındakı əsas iş prinsipləri aşağıdakılardır:
-Uşağın “ən yaxın inkişaf zonası”na uyğun gələn və fərdi yanaşma əsasında qurulan inkişafetdirici iş;
-Fəaliyyət oyun formasında təşkil olunmalı və uşaqda canlı maraq doğurmalıdır;
-Uşaqla münasibət dostcasına və mehriban olmalıdır, uğursuzluqlara görə onu danlama şəklikdə təzahür edən tərbiyəvi mövqe yolverilməzdir;
-Çalışmaq lazımdır ki, uşaq uğuruna sevinsin. Bu, qrupda müsbət emosional qiymətləndirməyə səbəb olur;
-Uşaqda öz işini müstəqil surətdə qiymətləndirmə qabiliyyətinin inkişafına xüsusi diqqət ytirmək lazımdır; özünüqiymətləndirmə nəticəsində uşaq öz fəaliyyətinin nəticələrinə və yaşlılar tərəfindən qiymətləndirilməsinə arxayın şəkildə yanaşa bilir.
Birinci siniflərin məktəbdəki ilk günündən başlayaraq psixoloq bir sıra kütləvi problemlərlə rastlaşır ki, bunların da uğurlu həlli şagirdlərin müvəffəqiyyətindən asılıdır. Buna görə də məktəb psixoloqunun müəllimlərlə birgə həll etməli olduğu məsələlərdən əsasları aşağıdakılardır:
- şagirdlərə fərdi yanaşma;
- hər bir şagirdin məktəbə adaptasiyası;
- müəllimlərlə şagirdlərin ünsiyyətində yaranan çətinliklərin aradan qaldırılması;
- kollektivdə şagird və onun həmyaşıdları arasındakı ünsiyyət zamanı baş verən çətinliklər;
- şagirdin idrak və təlim maraqlarının inkişafı;
- məktəb nailiyyətləri.
Məktəb psixoloqu uşaqlarla, müəllimlərlə və valideynlərlə profilaktik, diaqnostik, korreksion və konsultasiya işini həyata keçirir. Profilaktik işin əsas xüsusiyyəti uşağın arzuolunmaz şəkildə inkişafının qarşısını vaxtında almaqdan ibarətdir. Bundan başqa, ibtidai məktəbdə uşağın gələcək məktəb nailiyyətlərinin: oxumaq bacarığının, təlimə və məktəbə münasibətinin, yaşıdlarla ünsiyyətinin və s. əsası qoyulur.
Psixoloq müəllim və şagirdlərlə bu və ya digər təlim-tərbiyə metodlarının tətbiqi haqqında daim informasiya mübadiləsi aparmalıdırlar. Onlar ehtiyacı olan şagirdlərə uyğunlaşdırılmış korreksiya proqramları onlarla aparılan dialoq nəticəsində yaratmalıdırlar. Əgər bu proqramlar müəllimə kənardan zorla qəbul etdirilməzsə, o, bunların hazırlanmasında yaradıcı şəkildə iştirak edərsə, onda onların effektivliyi əhəmiyyətli dərəcədə yüksək olar.
Metodik seminarlarda psixoloq psixologiya elminin təlim-tərbiyə sahəsindəki nailiyyətlərindən danışmalı, müəllimləri bu sahədəki ədəbiyyatlarla tanış etməli, eləcə də məktəbin həyatındakı konkret hadisələri köklü surətdə araşdırmalıdır. Bu zaman psixoloq psixoloji biliklərin təmsilçisi rolunda çıxış edir.
Təlim-tərbiyə prosesində fərdi yanaşmanı başlıca olaraq müəllim həyata keçirir, psixoloq isə onunla birlikdə bunun üçün lazım olan strategiya və taktikaları işləyib hazırlayır. Bu isə nəticədə qrupun inkişafına gətirib çıxarır.
Məlumdur ki, bu iş formasında psixoloqun hər bir şagirdi ayrı-ayrılıqda yaxşı tanıması tələb olunur. Buna görə də bütün il ərzində uşaqlar üzərində müşahidələr keçirilməli, aparılan müayinənin nəticələri uşağın psixi inkişaf xəritəsinə sistematik surətdə qeyd edilməlidir. Kiçik məktəbliləri müayinə edərkən aşağıdakı məşhur diaqnostik metodikalardan istifadə etmək olar:
-Veksler testinin uşaqlara uyğunlaşdırılmış variantı;
- SAT (TAT metodikasının uşaqlara uyğunlaşdırılmış variantı);
-Rozensveyqin metodikasının uşaqlara uyğunlaşdırılmış variantı (frustrasiyaya qarşı reaksiyanın öyrənilməsi);
- Ayzenkin şəxsiyyət sorğusunun uşaqlara uyğunlaşdırılmış variantı;
- R.Jilin sosiometrik metodu;
-müxtəlif sosiometrik sınaqlar;
-şəkil testləri (insan ailə və s. şəkillər);
-tamamlanmamış cümlələr metodikası, Dembo-Rubinşteyn metodikası (özünüqiymətləndirmənin tədqiqi) və s.
Bu metodikaların əsasında əldə olunmuş məlumatlara “həyati göstəricilər” (müşahidələr, valideynlərdən, müəllimlərdən və s. toplanan məlumatlar) da əlavə olunmalıdır.
Uşaq haqqında ilkin məlumat (müəllimə ünvanlanmalı olan) – onun psixoloji və psixofiziki xüsusiyyətləridir. Müəllimin ilk olaraq şagirddə öyrənməli olduğu psixoloji xüsusiyyətlər arasında bu cür şəxsi keyfiyyətləri ayırd edirlər: həyəcanlılıq, özünə inamsızlıq, utancaqlıq, impulsivlik, demonstrativlik, motivasion sferanın və idrak maraqlarının inkişaf xüsusiyyətləri.
Şagirdin məktəbdəki ilk günündə məktəbdə əlverişli psixoloji iqlim yaratmaq lazımdır. Çünki yalnız bu yolla onun inkişafında yüksəliş əldə etmək olar. Müəllim öz sinfində həyəcanlı, hədsiz dərəcədə utancaq, özünə inamsız şagirdlərin olduğunu bildikdə onlardan özləri istəmədən dərs soruşmamalı, sonra onlara dərsə tədricən yerindən, daha sonra isə lövhənin qarşısından cavab verməyi öyrətməlidir. Onu da qeyd etmək lazımdır ki, bu cür şagirdləri danlamaq və onlara qarşı sanksiyalar tətbiq etmək yolverilməzdir. Onların hər bir uğuru isə emosional şəkildə qeyd edilməlidir. Belə uşaqlarla təlim elə qurulmalıdır ki, onlar səhv etməkdən qorxmasınlar. Psixoloq gərgin uşaqlarla inkişaf qrupunda işləyərkən onlara özlərini idarə etməyi öyrətməlidir. Bu məqsədlə isə müxtəlif yaş dövrlərinə uyğun gələn autotreninq texnikalarını həyata keçirmək lazımdır.
Müəllim impulsiv, təlimdə geri qalmış uşaqların davranış və fəaliyyətini dərsdə xüsusi şəkildə təşkil etməyi bacarmalıdır. Bu cür uşaqlara irad, hədə, qışqırıq qətiyyən təsir etmir. Çünki onların davranışı sinir sisteminin fəaliyyətinə köklənilmişdir.
Astenik uşaqlar da özlərinə qarşı fərdi yanaşma tələb edir. Onlar dərsin əvvəlində təlim prosesinə köklənir, lakin sonra onların diqqəti tədricən zəifləyir və istirahətə ehtiyac duyurlar. Buna görə də onlardan dərsi lap əvvəldə soruşmaq daha məqsədəuyğundur, çünki bu zaman onlar yeni materialı daha yaxşı mənimsəyir. Astenik və impulsiv şagirdlər xaricdən ixtiyari cəhətdən inkişafdan qalmış uşaqlara bənzəyir, lakin onlarda sinir prosesləri normal səviyyədə inkişaf etmiş olur. Beləliklə, uşağın davranışındakı bir sıra xarici göstəriciləri – laqeydlik, unutqanlıq, dalğınlıq, verilmiş tapşırılqlardan yüngül yayınmalar – pedaqoji baxımsızlıq nəticəsində yaranan zəin inkişaf etmiş ixtiyari sfera ilə də(mərkəzi sinir sisteminin normal inkişafı fonunda) əlaqədar ola bilir. Düzgün qoyulmuş diaqnoz uşağın inkişafı üçün lazım olan korreksion proqramın yaranmasına əlverişli imkan verir.
Göstərilən xüsusiyyətlərdən başqa müəllim şagirddə sağ və ya sol yarımkürələrin dominantlığı, əllərin həssas motorikası kimi psixofiziki xarakteristikaları da bilməlidir. Belə ki, solaxaylara nəyisə yenidən öyrətmək məsləhət görülmür. Bundan başqa solaxaylar gözəl xəttə malik olmurlar. Onu da qeyd edək ki, əllərin həssas motorikası yaxşı inkişaf etməyən də xüsusi kompleks təşkil edən məşq və oyunların tətbiqi tələb olunur.
Kiçik məktəblilərlə işləyən məktəb psixoloqu müəllimlərdən biri kimi çıxış etməyə çalışmalıdır. Yuxarı sinif şagirdləri psixoloqdan nəsə soruşa, ona nəsə tapşıra bilər. Kiçik məktəblilər isə məktəbə psixoloji xidmət sistemində bilavasitə çıxış edə bilmir, onların psixoloji köməyə olan tələbatları müəllimlər, valideynlər, məktəb rəhbərliyi vasitəsilə həyata keçirilir. Böyük məktəbli isə, əksinə, bilavasitə olaraq psixoloqa müraciət edir. Bu, şagirdlərlə məktəb psixoloqu arasındakı münasibətlər sisteminin inkişafında çox mühüm əhəmiyyətə malikdir. Məktəb psixoloqu müraciətin aralıq forması ilə xarakterizə olunan yeniyetmələr 2-3 rəfiqəsi ilə məsləhətləşərək ümumi problem əsasında psixoloqlar hamısı birlikdə “danışmaq” istəyirlər. Fərdi konsultasiya problemi xüsusi ədəbiyyatlarda kifayət qədər yaxşı işlənilmişdir, lakin yeniyetmələrlə “qrup” konsultasiyaları isə lazımi dərəcədə işlənilməmişdir.
Psixoloqla şagirdlərin tam könüllü surətdə ünsiyyəti və işi məktəbə psixoloji xidmət sisteminin səmərəliliyini təşkil edir. Burada məktəb psixoloqunun kabinetinin təşkili vacib əhəmiyyətə malikdir. Belə ki, bu otaq elə təşkil olunmalıdır ki, istənilən şagird psixologiya sahəsində özünə lazım olan kitabı, sadə testləri tapa bilsin, ən başlıcası isə psixoloqdan hər hansı bir köməyi alsın və ya onunla sadəcə olaraq danışsın.
Böyük yeniyetmələrlə və yuxarı sinif şagirdləri ilə konsultasiyanın effektivliyi bir çox hallarda psixoloqun daxil dialoqu stimullaşdırma qabiliyyəti ilə şərtlənir. Buna yeniyetməlik dövründə şəxsiyyətin inkişafının vacib faktoru kimi baxırlar. Psixoloqun vəzifəsi gəncə onu narahat edən məsələlərin hazır şəkildə həllərini vermək yox, onun daxili dialoqu bitirərək xarici dialoqa keçməsini təmin etməkdən ibarət olmalıdır. O, dialoqu elə formalaşdırmalıdır ki, ona müraciət edən gənc onun yanından yüksək enerji əldə edərək çıxıb getsin.
Yuxarı sinif şagirdləri ilə ünsiyyətdə xarakterin aksentuasiyasının diaqnostika və korreksiyasını da həyata keçirmək lazımdır. Aksentuasiyanın norma həddi olmasına baxmayaraq yeniyetməlik və gənclik dövründə ona şəxsiyyətin zəif xarakteroloji xüsusiyyətləri kimi daha çox rast gəlinir və onları bu dövrdə uğurlu kompensasiya etmə vacib əhəmiyyət daşıyır. Belə şagirdlərin bəziləri yalnız özləri üçün yox, öz yoldaşları və müəllimləri üçün də problemlər yaradırlar. Bu cür hallarda həyata keçirilən psixokorreksiya və fərdi tərbiyəvi işin spesifikası A.E.Liçkonun bu istiqamətə əsaslanan işlərində daha ətraflı şəkildə qeyd edilmişdir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin