Şəkil 1. Məktəb psixoloqunun qarşılıqlı təsir sistemi
Məktəb psixoloqunun qarşılıqlı təsir sistemi praktik psixoloqun müxtəlif yaşlı şagirdlərlə, onların müəllimləri və valideynləri ilə qarşılıqlı təsirinin özünəməxsus “sahə”sidir. Bu qarşılıqlı təsir “sahə”sinin mərkəzində şəxsiyyət kimi formalaşan uşağın maraqları dayanır. Qeyd etmək lazımdır ki, ayrı-ayrı şagirdlərlə və uşaq kollektivləri ilə işin bütün mərhələlərində psixoloqun bu uşaqla münasibətdə olan bütün yaşlılarla sıx surətdə əməkdaşlıq etməsi vacib əhəmiyyətə malikdir.
Məktəb psixoloqunun əsas fəaliyyət növlərinə aşağıdakılar aiddir:
1. Psixoloji maarifləndirmə - pedaqoji kollektivin, şagirdlərin və valideynlərin psixoloji biliklərlə məlumatlandırılmasını nəzərdə tutur;
2.Psixoloji profilaktika - psixoloq psixi inkişafda və şəxsiyyət kimi inkişafda geri qalan şagirdlərlə daimi surətdə işləməlidir;
3.Psixoloji korreksiya-psixoloqun müəllimlər, şagirdlər və valideynlərə özlərinin (ya onlara psixoloqa getmək məsləhət görülür, ya psixoloq özü bu haqqında öyrənir) ona açdığı problemin həllində onlara kömək göstərməsindən ibarətdir;
4.Psixodiaqnostika psixoloqun şagirdin daxili dğnyasına əsaslı şəkildə nüfuz etməsində, şagirdin sonrakı korreksiya və ya inkişafında əsaslı nəticə əldə etməsində, eləcə də psixoloqun şagirdlə həyata keçirdiyi işin profilaktik və konsultativ effektivliyində ifadə olunur;
5.Psixokorreksiya şagirdin psixi və şəxsi inkişafındakı yayınmaların aradan qaldırılması şəklində təzahür edir;
6. Şagirdin qabiliyyətlərinin inkişafı və şəxsiyyətinin formalaşması sahəsində iş sistemi.
Məktəb psixoloqunun əsas fəaliyyət növlərindən biri də psixodiaqnostik fəaliyyətdir. Psixodiaqnostik fəaliyyət təlim-tərbiyə prosesinin bütünlükdə təkmilləşdirilməsinin və ayrı-ayrı şagirdlərlə işin optimal forma və metodlarının seçilməsi və hər bir şagirdin, hər bir sinif kollektivinin psixoloji imkanları haqqında informasiya verir.
Şəxsiyyətin əsas xüsusiyyətləri
|
İnkişaf səviyyəsi
|
Aşağı
|
Ortadan aşağı
|
Orta
|
Ortadan yüksək
|
Yüksək
|
Dəyərlərin oriyentasiyası
|
|
|
|
|
|
Özünüqiymətləndirmə
|
|
|
|
|
|
İddia səviyyəsi
|
|
|
|
|
|
Valideynlərə emosional münasibət
|
|
|
|
|
|
Müəllimlərə emosional münasibət
|
|
|
|
|
|
Şagirdlərə emosional münasibət
|
|
|
|
|
|
İradi özünütənzim
|
|
|
|
|
|
Həyəcanlılıq
|
|
|
|
|
|
Neqativ emosional yaşantılar
|
|
|
|
|
|
İdrak fəaliyyəti
|
|
|
|
|
|
İntellekt səviyyəsi
|
|
|
|
|
|
Ünsiyyətə tələbat
|
|
|
|
|
|
Müvəffəqiyyətə tələbat
|
|
|
|
|
|
Cədvəl 1. (Mənbə: Sarıçev S.V., Loqvinov İ.N. Pedaqoji psixologiya - 2006)
Şəxsiyyətinin ayrı-ayrı xarakteristikalarının qiymətləndirilməsi şəxsiyyət haqqında ümumi təsəvvür yaradır. Belə ki, şəxsiyyətin xarakteristikası nə qədər çox öyrənilərsə, şəxsiyyət haqqında bir o qədər tam təsəvvür edilə bilər. Bu məqsədlə psixologiyada Q.İ.Russolimo, S.V.Sarıçev və İ.N.Loqvinov kimi rus psixoloqlarının təklif etdiyi “şəxsiyyətin profili” ideyası geniş yayılmışdır. Onlar şagirdin real həya fəaliyyəti şəraitində daha əhəmiyyətli xarakter daşıyan şəxsiyyətin profilinin vahid variantını irəli sürmüşlər (bax cədvəl 1-ə).
Beləliklə, müəllimin şagird şəxsiyyətinin öyrənilməsində gördüyü bütün işlər şagird şəxsiyyətinin psixopedaqoji xarakteristikasının yaradılmasından ibarətdir.
Şagird üçün sosial mühit dedikdə, mürəkkəb sosial-psixoloji atmosferin təzahür etdiyi məktəb sinifi başa düşülür.
Psixodiaqnostik fəaliyyətdə kollektivin əsas xüsusiyyətlərinə, eləcə də onların öyrənilməsinə imkan verən metodlara nəzər yetirək. Pedaqoji ədəbiyyatda onları aşağıdakı kimi təsnif edirlər:
Qrup üzvlərinin davranış və fəaliyyətinin uzlaşmasına gətirib çıxaran qrup inteqrativliyi;
Yönəlişlik – sinifin məqsədlərinin, maraqlarının və əxlaqi dəyərlərinin məcmusu;
Təşkilatçılıq – sinifin özünüidarə qabiliyyəti, çətin və qarşısıalınmaz situasiyalar zamanı təşkilatçı-liderlərin irəli sürülməsilə müstəqil təşkilat yaratma bacarığı, öz yoldaşlarının (liderlərinin) tələblərinə tabe olma bacarığı;
Hər bir şagirdin təşəbbüskarlığına və yüksək dərəcədə məsuliyyətliliyini əks etdirən fikir və hərəkətlərin uzlaşması;
İntellektual birlik – sinifin ümumi rəyin formalaşmasına xidmət edən tez və asan şəkildə ümumi dil tapa bilmə qabiliyyəti;
Psixoloji iqlim – bu və ya digər psixoloji əhval-ruhiyənin (gümrah, coşğun, bədbin, məyus) əldə edilməsi; hər bir şagirdin psixoloji müdafiə səviyyəsi (qarşılıqlı münasibətlərdə mehribanlıq, çətin situasiyalarda dayaq olmaq, gərginlik yaratmaq, tənə etmək, şəxsiyyətin ləyaqətini alçaltmağa cəhd etmək, laqeydlik göstərmək);
Emosional vahidlik – uğur və uğursuzluqların bütün kollektivdə açıq-aydın hiss olunması;
Məktəb psixoloqunun qarşılıqlı təsir sistemini özündə əks etdirən fəaliyyət növlərindən biri də psixokorreksiyadır. Psixokorreksiya fəaliyyətində aşağıdakılar ifadə olunur:
- Müəllimin məktəb psixoloqu ilə əməkdaşlığı sayəsində həyata keçirilən psixodiaqnostikanın nəticələrinə əsasən psixokorreksiyanın müəyyən edilə bilməsi;
-Şagirdlərin, müəllimlərin və valideynlərin (onların müraciətlərinə əsasən) fərdi-psixoloji konsultasiyalarının həyata keçirilməsi;
-Şagird şəxsiyyətinin və şagird kollektivinin formalaşması və inkişafının idarə olunması üçün məktəbdə tapşırıqların, metodların, konkret fəaliyyət meyarlarının işlənib hazırlanması (şəxsiyyətin inkişafının psixodiaqnostikasının proqramlaşdırılması və idarə olunması proseslərinin ardıcıl xarakter daşıması, tam və bitkin olması vacibdir).
- Müəllim və şagirdlər üçün xüsusi mühazirələrin, seminarların və treninqlərin keçirilməsindən ibarət olan maarifləndirmə fəaliyyəti (İnsanın özünün psixoloqu olmasına kömək etmək məqsədilə şəxsiyyətin özünə və digər insanın şəxsiyyətinə maraq oyatmaq).
Dostları ilə paylaş: |