Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə46/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT:
1. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
2. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixo­pedaq­ogik­a­ya. Bakı: 479 s.

  1. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, I kitab. Bakı: 2010,320 s.

  2. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, II kitab. Bakı: 2010,288 s.

  3. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı : 2010, 600s.

  1. Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996

  2. Əliyev B.H. J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996

  3. Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998

  4. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999

  5. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002

  6. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001

  7. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003

  8. Pestalotsi I.H. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1970

  9. Andreeva Q.M. Sozdannaə psixoloqiə. M., 1980

  10. Anağev B.Q. Psixoloqiə pedaqoqiçeskie oüenki: M., 1980, T.2

  11. Bruner .C. Psixoloqiə poznanie. M:1977

  12. Berns R. Razvitie «Ə» konüepsiə i vospitanie, M. 1989

  13. Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M., 2005

  14. Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000

  15. Vvdenie v praktiçeskuö soüialnuö psixoloqiö. (Pod.red. Ö.M.Jukova). M.: 1996

  16. Vıqotski L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996



Mövzu 23. Təhsildə psixoloji sağlamlıq problemi



Plan:

  1. Təhsil haqqında ümumi məlumat

  2. Təhsildə psixoloji sağlamlığın qorunması yolları

  3. Təhsildə imtahan stressi və onun aradan qaldırılması yolları

Müasir dövrün dinamikliyi yalnız insan psixikasının çevikliyini tələb etmir, o həm də insanın adaptasyasının müvafiqliyini tələb edir.


Dinamiklik fonunda dəyişən cəmiyyət hər bir halda insan psixikasında müəyyən izlər buraxır. Dəyişən mühitin təsirlərinə adekvat cavab verməyə çalışan insanlarda emosional gərginlik, stress halları yaranır. Belə vəziyyətlər ümumi cəmiyyət fonunda daha qabarın görünməsə də, təhsildə bu cəhət özünü xroniki halda biruzə verir.
Psixoloji baxımdan sağlam şəxsiyyət böyütmək, onu hər cür təsirlərdən qorumaq təhsilimizin başlıca vəzifələrindən biridir. Lakin görəsən bu problem necə həll olunur? Ümumiyyətlə, şagird və tələbələrin psixi və psixoloji sağlamlığı barədə düşünülürmü?
Keçən əsrin 60-70-ci illərində ayrı-ayı tibbi, psixoloji və pedaqoji əsərlərdə, məqalələrdə şagirdlərin psixoloji problemlərini geniş şəkildə təsvir və təhlil etməyə başlandı. Bu məqalələrdə şagirdlərin, eləcə də tələbələrin psixi vəziyyətinin heç də yaxşı olmadığı barədə mülahizələr və məlumatlar çap olunurdu. Psixoloqların gəldiyi qənaətə görə bu pozuntular son həddə nevrozların, fobiyaların yaranmasına gətirib çıxarır.
D.V.Kolesov qeyd edir ki, təhsildə profilaktik tədbirlər ilkin elementlərə, o cümlədən «xəstə davranışa» görə aparılmalıdır.
Hal-hazırda şagirdlərin və tələbələrin psixi sağlamlığının təmin edilməsi problemi həmçinin, təhsildə uşağın şəxsiyyətinin formalaşmasında profilaktik sistem yaradılması olduqca aktual və vacib məsələlərdən biridir. Məlumdur ki, təhsil çoxcəhətli və mürəkkəb struktura malikdir. Lakin təhsilin qeyd etdiyimiz bu iki tərəfi mövcud problemin həllində proritet kəsb etməlidir. Yəni təhsilə ictimai-tarixi təcrübənin transformasiya olunmasının universal üsulu kimi baxımalı, ona bir nəsildən digərinə ötürülən sosial təcrübə kimi yanaşılmalıdır. Bu sosial təcrübənin qayğısına qalınmasına çalışmalıdır. Ikinci bir tərəfdən isə təhsil ümumi insanın ictimai-tarixi, mədəni formasının göstəricisi fonunda təhlil edilməlidir. Bütün bu cəhətlərlə yanaşı, tələbə və şagirdlərin sağlamlığı onları tərbiyə edənlərin psixi sağlamlığından çox asılıdır.
Təhsildə sağlam, ümumiyyətlə, psixoloji cəhətdən sağlam şəxsiyyət formalaşdırmaq məsələsi heç də yeni bir məsələ deyildir. Istər klassik, istərsə də müasir tədqiqatlarda bu məsələ həmişə qabardılmışdır. Təhsilə psixoloji və psixi sağlamlıq problemi əksər hallarda, psixikanın pozulmasının və psixi cəhətdən qeyri-sağlam hərəkətlərin alternativi kimi işlədilir. Müxtəlif sahənin mütəxəssislərin təcrübələrinin öyrənilməsi göstərir ki, psixi sağlamlığın müəyyənləşdirilməsində əksər hallarda psixoloji pratikada «qeyri-sağlam», «def­fekt» paradiqması hökm sürür. Ancaq psixi sağlamlığın hansı parametrlərə görə müəyyənləşdirməsi təhsildə mühüm əhəmiyyət kəsb edir. Ümumdünya sağlamlıq təşkilatlarında N.Sartorius psixi sağlamlığın aşağıdakı məqamlarını təsvir edir:
-birincisi – psixi cəhətdən sağlam olmaq hər hansı psixi pozuntunu özündə ehtiva etmir;
-ikincisi – psixi cəhətdən sağlam olmaq – müəyyən potensiala gücə malik olmaq deməkdir ki, bu da yaranmış stress situasiyalarda insana onu dəf etməyə imkan verir;
-üçüncüsü, insanla, onu əhatə edən dünya arasında tarazlıq vəziyyətinin dünya və gerçəliklə harmoniyada olması onun əsas cəhətlərindən hesab edilir. Lakin bunu necə müəyyənləşdirməli? Fikrimizcə, ümumi məlumata malik olmaqla insan psixi vəziyyətini müəyyən etmək olmaz. Burada mütəxəssis qənaəti olmalıdır.
Təhsildə şəxsiyyətin psixoloji sağlamlığının əsas istiqamətlərini müəyyənləşdirmək üçün bir sıra məsələləri aydınlaşdırmaq lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar;
-təhsil şəraitinin və şəxsiyyətin inkişafının psixoloji cəhətlərinin aydınlaşdırılması;
-sağlamlığa münasibətin sağlam şəxsiyyətin göstəricilərindən biri kimi qəbul edilməsi;
-psixoloji xidmətin təşkilində həmin vəzifənin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi.
Hər şeydən əvvəl, birinci problemə diqqət yetirək. Məlumdur ki, psixoloji tədqiqatlarda «təhsil mühiti», «təhsil» şəraiti kimi anlayışlardan istifadə olunur. Bu anlayış altında təhsil müəssisələrinə sosial sistem kimi baxaraq, onu problemin həllində effektiv əhəmiyyətə malik olduğu qeyd edirlər. Təhsil şəraiti hər şeydən əvvəl uşağının psixi inkişafının və sağlamlığının qorunub saxlanılması kontekstində yaradılmalı və buna xidmət etməlidir. Ümumiyyətlə götürdükdə, təhsildə sağlamlıq problemi öz köklərini məktəbəqədər tərbiyədən və məktəb dövründən götürür. Təsəvvür etmək çətin deyil ki, uşaqların psixi və psixoloji sağlamlığı əksər valideynlərin «heç ağlına» gəlmir. Ifrat situasiyalarda isə onlar ya nevropatoloqlara, ya da sadəcə «həkimlərə» müraciət edirlər. Əgər bunun bir səbəbi maarifçilik işinin aparılmamasındadırsa, digər səbəbi isə milli mentalitetdə «psixologiyanın» hələ lazımi səviyyədə kök salmaması, psixator və psixoloqlara münasibətin birmənalı olmamasıdır. Digər bir tərəfdən, sərt tərbiyəvi təsirlər fonunda şəxsiyyət amilinin inkişafının qarşısının alınması «sözə baxan», «isterik» uşaqların formalaşması da bu məsələlərinin neqativ tərəflərindəndir. Məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilər, məktəbdə müəllimlər, ali məktəbdə isə pedaqoqlar bu barədə ümumiyyətlə düşünmürlər. Halbuki millətin, xalqın psixoloji sağlamlığı, «onun aqressiv intellektualizmdən» deyil, ümumi şəkildə millətin, xalqın stressə davamlığında öz fikrini açıq söyləməsində, şəxsiyyət kimi formalaşında tapır.
Ənənəvi və müasir təhsildə uşaqların kompleks psixoloji testlərdən istifadə sayəsində onların psixoloji vəziyyətinin öyrənilməsi və onu fərqli yanaşılması hələ ki, nəzərdə tutulmayıb.
Psixi sağlamlıq və psixoloji sağlamlıq anlayışları əslində vahid bir sistemin müxtəlif elementləridir. Psixi sağlamlıq psixikanın elementlərinin (duyğu, qavrayış, təfəkkür, hafizə və s.), psixoloji sağlamlıq isə inteqativ keyfiyyətlərin (şəxsiyyətin, emosional-iradi vəziyyətlərin və s.) normal funksiyasından ibarətdir. Şübhəsiz bu məsələ geniş obyekt kimi tədqiq etmək başqa bir mövzunun problemidir. Lakin onun bir sıra elementləri toxunduğunuz problemin əsas özəyi və mənşəyidir. Görəsən təhsildə sağlam şəxsiyyət sujeti görmək üçün əsas amilə fikir vermək lazımdır. Ümumiyyətlə, ayrı-ayrı proseslərin şəxsiyyət keyfiyyətlərinin ölçülməsi və geniş mənada hər bir təhsil subyektini psixoloji tədqiqat obyektinə çevirmək lazımdırmı? Əslində bu suala konkret cavab vermək, bilavasitə empirik müşahidələr əsasında, nəisə söyləmək çox çətindir. Ancaq bir fakt şəksizdir ki, «müasir uşaqların» ipə-sapa yatmamağı təhsilə, təlimə ögey münasibəti, onların şəxsiyyətinin strukturunda olan psixoloji pozuntular əmələ gəlir. O bilər ki, o hələ problem və ya psixoloji pozuntu səviyyəsində deyil, ancaq yaxın gələcəkdə bu faktın daha da genişlənəcəyinə, heç kim təminat verə bilməz.
Bu günkü reallıq bunu söyləməyə əsas verir ki, təhsildə psixoloji sağlamlıqla bağlı problemlər olduqca çoxdur. Psixoloji xidmətin, real praktikadan uzaq olduğu bir vaxtda ayrı-ayrı problemlər psixoloji problemlərə çevrilə bilər ki, bu da müxtəlif psixi xəstəliklərin, o cümlədən nevrozların çoxalmasına cəmiyyətdə potensial, xroniki xəstəliklərin – psixi xəstəliklərin artmasına gətirib çıxarar.
Bəs bu problemi necə həll etmək olar? Necə etmək olar ki, ən azı bu problem minimumuna ensin? Şagird və tələbələr imtahanlara, məktəbə gedən uşaqlar müəllimlərə qeyri-adi fenomen kimi baxmamaları üçün necə etməli? Fikrimizcə, bir sıra fundamental məsələlərin həllinə cəhd göstərməyi, elə əslində həmin problemlərin çoxluğundan yaranan psixoloji pozuntuları, qeyri-adekvat davranış tələblərin aradan qaldırılmasına müsbət şərait yarada bilər.
Təhsil çoxcəhətli prosesdir. Başqa bir tərəfdən isə dünya qloballaşır. Qloballaşma şəraitində yalnız qorxulu xəstəliklər deyil, həm də psixoloji probelmlər birindən-digərinə keçə bilər. Amerika-Avropa məktəblərində tez-tez baş verən faciəli hadisələr, uşaqların aqreesiv hərəkətləri öz həmyaşıdları tərəfindən «ağılasığmaz metodlar»la təhqir olunmaq heç də şəxsiyyətin yaradıcılığından və ya müstəqilliyindən xəbər vermir. Bu hər halda yaranmış psixoloji problemin təhrif olunmuş üsullarla həll edilməsinə yönəlmiş hərəkətlərdir. Belə halların zaman-zaman bizə keçməyəcəyinə heç kim zəmanət verə bilməz. Odur ki, təhsilimizdə yaranmış psixoloji problemlər xüsusən də psixoloji sağlamlıq məsələləri diqqətlə öyrənilməli və vaxtında tədbir görülməlidir Müəllim və pedaqoqlar bunu nəzərə almalı, öz fəaliyyətlərində daha çox humanizm prinsipnə əsaslanmalıdırlar. Bunsuz gələcəyimizi intellektual, psixoloji baxımdan sağlam şəxsiyyətlərlə təmin etmək çətin olacaqdır.
Təhsildə «imtahan stressi» və onun korreksiyası yolları.Hal-hazırda cəmiyyətin inkişaf dinamikliyi artdıqca insan psixikasının mümkün şəraitə uyğunlaşması çətinləşir. Bir sıra hallarda isə bu adaptasiya adekvat şəkildə həyata keçmir, insanlarla mühit arasında balans pozulur, stress halları yaranır. Doğrudur stress amilini insanın fəaliyyətindən, onun var­lı­ğından kənarda təsəvür etmək çətindir. Lakin stressin mütəmadi xarakter daşıması insan həyatını gözlənilən bir sıra təhlükə qarşısında qoyur. Daima təkmilləşməyə can atan gənc nəsil – şagird və tələbələrin həyatında, fəaliyyətində, təhsilində bu amil çox ciddi səbəb olaraq qalır. Son dövrlərdə cəmiyyətdə, xüsusən də təhsildə stress problemi olduqca aktuallaşmışdır. Məlumdur ki, müasir təhsilin başlıca vəzifələrindən biri stressə dözümlüyü inkişaf etdirmək, bu yönümdə şagird və tələbələrdə stressə məruz qalmanın qismən də olsa qarşısını almaq­dır. Ancaq bütövlükdə onu aradan qaldırmaq, ümumiyyətlə, mümkün deyil. Belə ki, psixoloji tədqiqatlar göstərir ki, hətta sinifdən-sinfə keçmə, dərsdən «aşağı» qiymət almaq və ya şagirdi yüksək qiymətləndirmə, eləcə də müəllimin sərt baxışları, onun əhval-ruhiyyəsi, sağlamlıq vəziyyəti və s. də təhsil subyektlərində stress halları yaradır. Ancaq bu həmişə deyil, yalnız mütəmadi xarakter kəsb etdikdə orqanizmi həm psixoloji və həm də psixofizioloji pozun­tulara məruz qoyur. Zamanında bu məsələlərin həll edilməməsi və ya ona laqeyd münasibət, sonda təhsil sistemi üçün, onun subyektləri üçün arzu olunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bununla belə dərsliklərin şagirdin qavrama, mənimsəmə və dərketmə imkanlarına uyğun yazılmaması, lazımi pedaqoji ustalığa malik olmayan müəllimlərin dərs prosesində şagirdləri həddən-ziyadə məlumatlarla «yüklənməsi» sonda psixoloji stressin artmasına, şəraitdən və şagirdin fərdi-psixoloji xüsusiyyətlərindən asılı olaraq onun dərinləşməsinə zəmin hazırlayır. Təbii ki, stressin yaranması hələ qorxulu hal deyil. Çünki bu həyatın bir hissəsidir. Şagirdlərin təlim fəaliyyətində onlara qarşı düşünülməmiş münasibət sonda onlar üçün vacib olan təlim motivlərini sıxışdırmağa, təhsilə münasibətdə qeyri-adekvatlığa şərait yarada bilər. Qeyd olunmalıdır ki, təhsildə ümumiyyətlə stress yaradan amillər olduqca çoxdur. Respublikamızın keçid dövründə olması, iqtisadi çətinliklər, şəxsiyyətlərarası münasibətlərdə neqativ halların yaranması stressin ortaya çıxması üçün fakt rolunu oynayır. Bundan əlavə ailədaxili münasibətlərin qeyri-normallığı da şagird və tələbələrdə də stress halını yarada bilər. Lakin təhsildə stressogen vəziyyət yaradan amillər çox olsa da demək olar ki, onlar mütəmadi xarakterli deyil və əksər hallarda fəaliyyətin məqsədə­yönlülüyünü poza bilmir. Təhsildə diqqət çəkən ən mühüm stress yaradan amil «imtahan stressi»dir.
Demək olar ki, bu barədə azərbaycan dilli mənbələrdə lazımi informa­siyalar tapmaq, onun həlli yollarını göstərən tədqiqat işlərinə az rast gəlmək olur. Müəyyən analitik təhlilə əsaslanan bu məqalədə biz «imtahan stress»inin yaratdığı psixofizioloji və sosial-psixoloji vəziyyətləri və ya amilləri təsvir etməyə çalışmışıq. Qeyd etmə­liyik ki, imtahan stressi orta və xüsusən ali məktəblərdə emosional gərginlik yaradan şagird və tələbələrin emosional vəziyyətinə təsir göstərən amillər içərisində aparıcı yerlərdən birini tutur. Aparılmış tədqiqatlar göstərir ki, imtahanlar çox tez-tez psixotravma yaradan amillərdən biri kimi klinik psixiatriyada, psixogeniya və nevrozların təsnifatında, onların müəyyənləş­dirilməsində geniş istifadə olunur. Son illərdə aparılmış tədqiqatlar göstərir ki, «imtahan stressi» tələbələrin sonrakı vəziyyətinə olduqca mənfi təsir göstərir. O.M. Bakanova, L.D. Qissel, P. Holt, M.S. Şperad eləcə də digərləri «imtahan stressi»nin təsiri barədə çox saylı tədqiqatların müəllifləridir. Bununla belə Rusiyada, Qərbdə, Amerikada aparılmış tədqiqatlar göstərir ki, əksər hallarda «imtahan stressi» arterial təzyiqin yüksəlməsinə, ürək döyüntülərinin tezliyinin artmasına səbəb olur. Rus tədqiqatçılarının gəldiyi qənaətə görə imtahan sessiyası önü ürək-damar sisteminin tənzimində, vegetativ pozuntular müşahidə olunmaqdadır. Uzun müddət və davamlı imtahan gərginliyi simpatik və parasimpatik sistemlərin, vegetativ sinir sisteminin fəallaşmasına səbəb ola bilər ki, bu da orqanizmin stressə qarşı immun sisteminin zəifləməsinə, onda psixosomatik xəstəliklərin yaranmasına şərait yaratmış olur.
Tədqiqatların təhlilindən və aparılmış müşahidələrdən çıxış edib imta­hana hazırlıq zamanı xoşagəlməyən vəziyyətin yaranmasına şərait yaradan elementlərə aşağıdakıları aid etmək olar;
- intensiv əqli fəaliyyət;
- situativ gərginliyin artması;
- hərəki fəallığın məhdudlaşması;
- yuxu rejiminin pozulması;
Bütün bunlar vegetativ sinir sisteminin gərginliyinə əlavə «yüklən­mə­sinə» səbəb olur ki, bu da normal həyat fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Çox saylı tədqiqatlar göstərir ki, imtahan zamanı ürəyin döyüntüləri çoxalır, arterial təzyiq artır, eləcə də əzələ və psixoemosional gərginliyin səviyyəsi artır. Imtahandan sonra psixoloji göstəricilər imtahan önü vəziyyətə dərhal qayıtmır. Bunun üçün bir neçə gün tələb olunur ki, bu da orqanizmin əlavə enerji itgisinə «izafi» çalışmasına səbəb olur. Belə olan halda əksər psixoloqların gəldiyi qənaəti əsas götürüb deyə bilərik ki, imtahan stressi tələbələrin sağlamlığına (eləcə də məktəblilərin) ciddi təhlükədir. Məhz onun təhlükəliliyi heç də istisna faktlarla deyil, kütləvi xarakterli olması ilə də aktuallaşmışdır.
Eyni zamanda qeyd olunmalıdır ki, imtahan stressi heç də həmişə zərərli xarakter daşımır. O disstres xassəsi kəsb etdikdə orqanizmin fəallaşmasında təhrikedici vasitəyə çevrilir. Müəyyən situasiyalarda psixoloji gərginlik (stress) situmullaşdırıcı əhəmiyyətə malik olur və tələbələrə öz biliklərini səfərbər etməyə, qarşıya qoyulmuş tapşırıqları həll etmsək üçün şəxsi potensialdan istifadə etməyə köməklik göstərir. Ona görə də hər cür stressin aradan qaldırılmasına deyil, onun optimallaşdırılmasına (korreksiyasına) çalışmaq lazımdır. Burada bir neçə məqamı gözləmək xüsusi vacibdir. Yüksək həyəcanlı tələbələrdə onun səviyyəsini aşağı salmaq, labil psixikaya malik, inert, az motivasiya olunmuş tələbələrdə bu səviyyəni artırmaq vacibdir. Buradan belə bir nəticə çıxır ki, heç də stressin bütünlüuklə korreksiyası deyil (bir sıra situasiyalarda bu mümkün deyil) onun məqsədəuyğun idarə olunmasına çalışmaq lazımdır.
«Imtahan stressi»nin korreksiyasına müxtəlif vasitələrlə nail olmaq müm­kündür. Farmokoloji preparatlardan tutmuş, psixoloji özünütənzim metodu, əmək rejimi və istirahət vaxtının tənzimlənməsi, əks bioloji əlaqələrlə stressi aradan qaldırmaq məqbul sayıla bilər. Belə hallarda məktəb psixoloqunun və ali məktəb psixoloqlarının qarşısında stressi proqnozlaşdırmaq, onun bu və ya digər tələbələrdə, eləcə də şagirdlərdə səviyyəsini müəyyən etmək və bunun əsasında korreksiya işi aparmaq gərəkdir. Təbii ki, heç bir testləşdirmə, fərdi söhbətlər aprılmadan bu prosesin həllinə nail olmaq olmaz. Eləcə də şagird və tələbələrin psixoloji xüsusiyyətləri nəzərə alınmadan bu işin gerçəkləşdirilməsi də elə bir effekt verə bilməz.
Bildiyimiz kimi stressin fundamental tədqiqatçısı H.Seyle hesab olunur. H. Seylenin stressin inkişafı konsepsiyasına istinadən onun mərhələlərini fərq­ləndirmək olar. Həmin konsepsiyaya əsaslanaraq imtahanın verilməsi ilə bağlı yaranan psixoloji gərginliyi özündə əks etdirən üç mərhələni fərqləndirə bilərik.
Birinci mərhələ (stress və həyəcan) qeyri müəyyənlik situasiyası ilə bağ­lıdır. Bu mərhələdə tələbə imtahan prosesinin başlanğıcında olur. Birinci mər­hələdə baş verən psixoloji gərginlik orqanizmin bütün gücünün səfərbər edilməsi, ürək döyüntülərinin artıb-azalması, orqanizmin psixoloji baxımdan yenidən qurulması ilə müşahidə olunur.
Ikinci mərhələdə (adaptasiya), biletin götürülməsi və cavab verməyə hazırlaşma ilə başlanır. Burada birinci mərhələdə həyata kesirilmiş səfərbərlik sayəsində orqanizm hər hansı zərərli təsirlərə az məruz qalır. Vegetativ tənzim­etmə nəticəsində orqanizm baş beynə oksigen və zülali məddələrin ötürülməsini sürətləndirir və nəticədə orqanizmin enerji balansında və həyat ehtiyatlarının tükənməsi ilə müşahidə olunan gərginlik baş vermir. Əgər müəyyən zaman intervalında orqanizm çətin şəraitə (imtahan şəraitini - çətin şərait adlan­dırmaq olar) uyğunlaşmırsa (bilet çətin olur və ya imtahan götürənlə konfliktli şərait yaranır), orqanizmin ehtiyatları tükənməyə və orqanizm üçüncü mərhələyə üzülmə, haldan düşmə mərhələsinə qədəm qoyur.
Prinsipcə stressin inkişafının bu üç fazasının daha geniş zaman intervalında izləmək olar. Daha doğrusu bu bütün sessiya müddətində baş verə bilər. Məsələn, həyəcan fazası və ya mərhələsi məqbul (zaçot) zamanı həftələrlə uzana bilər (məqbulun imtahana cevirilməsi hallarında), başqa hallarda ikinci faza birinci və ikinci imtahan prosesi arasında yarana bilər, üçüncü fazanın isə sessiyanın sonunda başlaması mümkündür.
Bir mühüm məsələni də qeyd etmək lazımdır ki, insanın adaptasiya reaksiyası stressorun xarakterindən deyil, ona təsir edən amilin, şəxsin özü üçün əhəmiyyətlilik dərəcəsindən asılı ola bilər. Ona görə də eyni imtahan müxtəlif tələbələrdə müxtəlif psixofizioloji və somatik təzahürlərə, pozuntulara gətirib çıxara bilər. Məhz buna görə də insan amili ilə bağlı olan problemə, hər şeydən əvvəl, şəxsiyyət baxımından yanaşmaq vacibdir. Demək olar ki, «imtahan stressi» zamanı yaranmış pozuntu birmənalı qiymətləndirilməməlidir.
Bir sıra tələbələrdə imtahan prosedurası travmatik təsirdən nevrotik pozuntuya qədər artma dinamikasına malik olur. Məlumdur ki, əhəmiyyətli gücə malik olmayan qısamüddətli emosional gərginlik hətta bir sıra hallarda orqanizmin neyrohumoral mexanizmi tərəfindən konpensasiya edilir. Lakin uzunmüddətli stresslərə qarşı mübarizədə bu mexanizmi demək olar ki, sıradan çıxır və psixikanın (beynin) normal funksiyası pozulur və geri dönməyən vegetativ pozuntuların meydana çıxmasına şərait yaranır.
Imtahan sessiyasının bir-iki həftə uzanması və ya davam etməsi müəyyən şəraitdə «imtahan stressi» sindromunun yaranmasına kifayət edir. Bu zaman yuxunun pozulması, həyəcanlılığın artması, arterial təzyiqin yüksəlməsi və s. kimi göstəricilər meydana çıxır. Demək olar ki, şərti reflektor əlaqələrin yaranması ilə ortaya çıxmış, nevrotik təzahürlər bir başa imtahan və təlim prosesi ilə bağlı olur ki, bu da əvvəlcədən yaranmış «obrazların» - imtahan qorxusu, öyrənmək həvəsinin azalması, öz gücünə inamsızlıq və digər sip­tom­ların müşahidə olumasına gətirib çıxarır. Məhz bu simptomlara görə bəzi mütə­xəs­sislər imtahanın ənənəvi üsullarla keçirilməsini şübhə altına alırlar və imtahanın formasının dəyişdirilməsinin eləcə də, yekun ballara görə tələbənin attestasiya olunmasını məqbul sayırlar.
Əgər «imtahan stressini», təlimdə özünü daha qabarıq göstərən stresslərin dominantı kimi qəbul etsək, onda deyə bilərik ki, imtahan gözləməsi və bununla bağlı olan psixoloji gərginliklər müxtəlif formalı psixi fəallıqda təzahür edə bilər. Məsələn, imtahan götürənin neqativ qiymətləndirilməsi fonunda yarana bilən qorxu, gələcək imtahandan alınacaq qiymətin qeyri-müəyyənliyi və s. buna misal ola bilər.
Çətin şərait fonunda bu simtomlar daha da inkişaf edib, gözləmə nev­rozuna çevrilməsi şəksizdir. Xüsusən də labil psixikaya və yüksək həssaslığa, həyəcana malik olan tələbələrdə belə halların yaranması qaçılmaz faktdır.
Faktlar göstərir ki, tələbələrdə «imtahan stressi» zamanı nevroz xəstəliyi deyil, nevrotik reaksiyalar, affektiv partlayışlar daha tez-tez meydana çıxır. Xroniki halda daxilə keçmiş stress özünəməxsus psixofizioloji və somatik pozuntuya şərait yaradır və çox zaman onun səbəbi olur.
Klinik baxımdan imtahan zamanı bu nevrotik reaksiyalar aşağıdakı şə­kil­də özünü büruzə verə bilər.
- vərdiş olunmuş funksiyaların və fəaliyyət növünün (nəyisə danışmaq, oxumaq, yazmaq və s.) yerinə yetirilməsində çətinliklərin yaranması;
- müvəffəqiyyətsizliyə düçar olmanın qabaqcadan həyəcanla gözlə­nil­məsi. Belə situasiyada həyəcan daha artıq intensivlik kəsb edir və müvafiq fəaliyyət növünün qismən pozulmasına, ayrı-ayrı hallarda isə onun tamamilə lən­giməsinə gətirib çıxarır.
Psixoloqların qənaətincə ənənəvi həyəcan neqativ hadisələrə aid olmaqla, narahatlıq, gərginlik, qorxu hissi, ümüdsizlik və s formalarda özünü göstərir. Məlumdur ki, həyəcanlılığın müəyyən optimal səviyyəsi mövcuddur ki, bu səviyyədə fəaliyyətin müvəffə­qiyyətlik dərəcəsi, faydalı iş əmsalı yüksəlir. Yüksək intellektuallıq və mənim­səmə qabiliyyətinə malik olan tələbələrdə başqalarından fərqli yüksək nailiy­yətlər əldə etməsinə baxmayaraq, onlarda eyni zamanda həyəcanlılığın da yüksək səviyyəsi müşahidə olunur. Onda sual olunur, görəsən yüksək qabiliyyətin, yüksək həssaslıqla eləcə də onun stresslə bağlı nə kimi əlaqəsi vardır? Təbii ki burada fərdin gözləmə səviyyəsinin, xüsusilə də, gözləmə nevrozunun yaranması halının şərhinə ehtiyac vardır.
Psixiatriyada rast gəlinən gözləmə nevrozunun yaranması haqqında müxtəlif mülahizələr vardır. Hətta hesab edilir ki, şəxsiyyət ücün əhəmiy­yət­lilik kəsb edən müvəffəqiyyətsizlilik və xəstəlik bu və ya digər funksiyanın dəyişilməsinə, gözləmə nevrozunun yaranmasına gətirib çıxara bilər. Bu fonda qeyri-adekvat həyəcan yaranır. Müvəffəqiyyətsizliklərin təkrar olunması onu daha da dərinləşdirir, ozünə tənqidi münasibəti yüksəldir, insan öz hərəkət­lə­rinin ardıcıllığının hesabatını aparır, davranışa bələdləşməyə çalışır və beləliklə də özü haqqında neqativ praqnoz yaradır. Bu proqnoz hansısa uğursuzluğun gözlənməsi zamanı da onun reallaşması ehtimalını artırır.
Gözləmə nevrozuna tutulmuş tələbə öz şüurunda «dünyanın neqativ modelini» (hər şeyi «qara rəngdə» görür) yaradır və orqanizmə təsir göstərən stimulu bu mexanizmə uyğun olaraq «qiymətləndirməyə» başlayır. (müəllimlərin hamısı birdir, onlar elə tələbələri imtahandan «kəsmək» üçün çalışırlar).
«Imtahan stressi» hadisəsi zamanı hər şeyi «qara rəngdə» görməyə meyilli olan tələbə, öz şüurunda hər şeyə qarşı lazımsız neqativ təsəvvürlər yaradır ki, bu da artıq onu imtahanda gözləyir. Bundan əlavə ortaya çıxan bir sıra amillər də «neqativ proqnozun» reallaşmasına şərait yarada bilər: məsələn, ciddi müəllim, buraxılmış mühazirələr, uğursuz bilet və s. Öz şüurunu məhz belə qeyri adekvat proqnoza yönəltmiş nevrotik tələbəni hər şey qorxudur. Özünün təlim fəaliyyətində, özü üçün «Hamlet dilemması» yaradır. Tələbə özü dərk etmir ki, məhz onun özü belə «ümidsiz» və «qorxulu» gələ­cəyin müəllifidir. Belə olan halda xoşagəlməyən hadisənin baş verməsi «ehtimalı» tələbənin şüurunda onun real şəkildə yaxşılaşması «imkanına» çevrilir. Bəs nə etməli? Vəziyyətdən necə çıxmaq olar? «Imtahan stressi»nin yaratdığı fəsadları aradan qaldırmaq üçün ilk növbədə iki cəhəti nəzərə almaq lazımdır. Əvvəla, bu fəsadların yaranmasına imkan verən şəraitin korreksiya edilməsi diqqət mərkəzinə gətirilməlidir. Yəni imtahanlar elə keçirilməlidir ki, «gözləmə» vəziyyəti, gözləmə nevrozunun yaranmasına gətirib çıxarmasın. Sevindirici haldır ki, ali məktəblərdə hal-hazırda tətbiq edilən bal sistemi bu problemin qismən həll olunmasına imkan verir. Bu sistemdən istifadə etməklə yekun ballar əsasında imtahan qiymətinin hesablanması mexanizmi «imtahan stressi»nin həllində çox böyük əhəmiyyət kəsb edə bilər. Respublikamızın Boloniya sazişinə qoşulması da «imtahan stressi» sindromunun aradan qaldırılmasında mütərəqqi addım kimi qiymətləndirilməlidir. Sadaladığımız bu cəhətlər məsələnin birinci tərəfini təşkil edir. Ikincisi şagird və tələbələrdə psixokorreksiya işinin aparılmasında onların fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alınması, psixopofilaktika işini həyata keçirilməsidir. Ancaq bu prosesin həyata keçirilməsi üçün ali məktəblərdə psixoloji mərkəzlərin yara­dılması vacibdir. Məktəblərdə bu vəzifəni qismən olsa da məktəb psixoloqu həyata keçirir. Bu mütərəqqi cəhət ali məktəblərdə də həyata keçirilməlidir. Ali məktəblərdə bu vəzifənin reallaşması üçün psixoloji mərkəzlərin yaradılması yalnız bu vəzifənin deyil, həm də tələbənin şəxsi həyatda şəxsiyyətlərarası münasibətlərdə rastlaşdığı çətinliklərin aradan qaldırılmasında çox böyük rol oynaya bilər. Bu məsələlər nəzərə alınmalı, tələbələrdə «imtahan stressi» sindromunun aradan qaldırılmasına çalışılmalı problemlə bağlı psixoloqların iştirakı ilə kompleks tədbirlər həyata keçirilməlidir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin