Üç aylıq ədəbiyyat dərgisi
65
- Bizim millətimizə, ölkəmizə sevgimiz
sizin vəzifənizdən, pulunuzdan böyükdür.
- Ona görə dövlətin polisini öldürdün?
- Mən heç kimi öldürməmiĢəm.
- Hamı ayağa qalxsın. Hökm oxunacaq.
-
Erdal
Eren,
dövlətin
polisini
öldürmüsən. Qəsdən adam öldürməyə görə
sənə Uca Məhkəmə edam cəzası verir.
Tanrı türkü, Tanrı Türkiyəni qorusun.
Hələ də sözlərin Ģokundan ayıla
bilmirəm. Dövlət 18 yaĢı olmayan birini
ölüm cəzası ilə təltif edir. Özümü saxlaya
bilməyib ayağa qalxıram:
- Siz nə danıĢırsız, yoldaĢ hakim. Bu
gəncin 18 yaĢı tamam olmayıb. Edam
cəzası çox ağırdı.
-
Cənab vəkil, məhkəmənin iĢinə
müdaxilə etməyin.
- Cənab hakim, ədalətsiz qərar verirsiz.
Bir daha düĢünün.
- Zaldan kənara çıxarın bu ədəbsizi, qərar
verilmiĢdir!
Bu nə dünyadır, bu nə həyatdır
yaĢayıram mən? Bu nədir axı?
Qollarımı
bururlar,
etiraz
etməyə
çalıĢıram. BaĢımın arxasında küt ağrı hiss
edirəm.
***
– Hə... Rəsiz, deməli... BaĢımda küt
ağrıyla ayılıram. Yenə kazarma? Boliviyaya
qayıtmıĢam? Yox bura hərbiyə oxĢamır.
Bura haradır bilmirəm, amma düĢdüyüm ən
pis yerdir.
Yanımda yatanı ayıldıram. Mənə baxaraq:
- Bəy, necəsən ayıldınmı?
- Biz hardayıq? Bura haradır?
- Bəy, nə danıĢırsan, yadına gəlmir?
OğraĢlar çox döyüblər ey səni.
- Kim döyüb, necə döyüb, harda döyüb?
- Bəy, yadına gəlmir? Ġkinci minilliyin ilk
seçkisində,
Oktyabrın
soyuğunda
mitinqdəydik,
səsimizi
qorumağa
çıxmıĢdıq. Namizədimiz səslərin çoxunu
almıĢdı.
Xalq
namizədini
seçmiĢdi.
Küçələrə tökülüĢmüĢdük. Polis kardonunu
yarıb, ―Həmrəylik Meydan‖ına daxil olduq.
Ġmkan verməməli idik ―Qoca qurdun‖ oğlu
hakimiyyətə gəlsin. Bəy, mənə bax, qurban
olum. YaddaĢın itib? Çox ağrıyırsan?
- Yox, yox. DanıĢ, danıĢ, sonra nə oldu?
- Nə olacağ ey, polis və əsgər öz xalqına
xəyanət elədi. Nahiddən, Vüqardan xəbərin
oldu?
- Nə oldu onlara?
- Sənə nə olub, unutmusan? Bizi
meydandan döyərək çıxartdılar, gecəynən
məhkəməyə apardılar, sonra da hərəmizə iki
il iĢ verdilər. Bayıldayıq. Unutmusan?
Necə bir oyunun içinə düĢdüyümü
anlamağa
çalıĢırdım,
yanımdakı
isə
hərarətlə danıĢmağa davam edirdi.
- Nahidi meydanda polislər döyərək
öldürdülər, Vüqarın üstünə maĢın sürdülər.
Onu da öldürdülər.
Dəli olacaqdım, sayıqlayaraq yuxuya
getdim.
***
Ayılanda isə azadlıqda idim. Bir binanın
qarĢısında dayanmıĢdıq. Ġçəridən gələn
xəbərdən sonra aləm bir-birinə dəydi.
Gənclər ―Azadlıq‖, ―Ġstefa‖, ‖Ədalət‖
qıĢqırmağa baĢladılar. Polislər, polis
formasında olmayan adi adamlar kütlənin
üzərinə hücum çəkdi. ġəfayət adlı bir gənci
polislər baĢ-ayaq edərək polis maĢınına
apardılar. Daha bir neçə gənci maĢına
basdılar. Məhz basdılar. Sonra eĢitdim ki,
məhkəmə
―Mübarizənin
RəĢadətini‖,
―Ədalətin Rəsulunu‖ və daha bir neçə azad
insanı uzun müddətli həbsə atmıĢdı.
Ġnsanlar ―Vicdanın Ġntiqamını‖ alacaqlarını
bir-birlərinə söz verirdilər… Heç kim
özünü saxlaya bilmirdi. Məğroc müəllim də
həbs edilmiĢdi. Məğroc müəllim eee,
Məğroc müəllim gələcəyin professoru. Bu
qədər ədalətsizlik ola bilməzdi axı…
Mən bir kənara keçdim.
Bir insan həyatında nə qədər bədbəxtlik,
nə qədər məğlubiyyət yaĢaya bilərdi axı?
Mən bezdim, bu qədər də olmaz axı.
Arxama baxmadan uzaqlaĢdım oradan.
Artıq məni oralarda heç nə saxlaya
66
№ 3 (15) Payız 2015
bilməzdi. Dəfələrlə məğlub olmuĢ bir insanı
kim öz sırasında görmək istərdi axı?
Onlardan uzaqlaĢsam da, daima onların
fəaliyyətlərini izləyirdim. Mən artıq məğlub
idim. O, lənətəgəlmiĢ keĢiĢ haqlı çıxmıĢdı.
Mən uğursuzluq zolağından əsrlərdir çıxa
bilmirəm, rəis.
Rəis dərin köks ötürdü.
– Budur rəis, budur mənim tarixçəm. Mən
hər gecə ölüb, hər səhər ayılırdım. Allahdan
hər gün ölüm arzulayırdım. Bir insana bu
qədər əzab verilməz axı. Sevdiyin insanlar
ən gözəl anlarını səndən, sevdiklərindən
uzaqda
keçirir,
sən
isə
adi
bir
müĢahidəçisən. Əlindən heçnə gəlmir.
Anladınmı indi niyə ölümü arzuladığımı?
- Anladım, özü də yaxĢı anladım.
- Rəis, nə deyirsən? Sözünün üstündə
duracaqsanmı?
- ...
- Rəis...
- Mən sənə nə deyim? Nə eĢitmək
istəyirsən? ―Öldür özünü‖ deməyimi?
- Heç nə demə, silahımı qaytar.
Rəisin çətin vəziyyətdə qaldığı tez-tez
qarnını sığallamağından hiss olunurdu.
Nəhayət dilləndi:
- Al silahını. Uzaqda görünən ―Üç bacı‖
binasını görürsən?
- Görürəm.
- Onun qarĢısında ―Millətin Məclisi‖ adlı
bina var. Tanıyırsan?
- Bəli.
- Ora get. Öz qanıvı orda axıt, bəlkə,
özüvü ölürməyindən mübarizənə bir xeyri
dəydi.
- Çox sağ ol, rəis.
- Uzaq ol ərazimdən.
- BaĢ üstə.
Rəis siqaretindən uzun bir qüllab aldı.
Əcayib
hekayələr
danıĢan
adamın
getməyindən bir saat keçirdi. ġəhərin
üzərinə qara sükut çökmüĢdü. Telefonun
səsi onu fikirlərdən ayırdı. Zəng edən növbə
rəisi idi. Ona Ģəhərin mərkəzində - ―Üç
Bacı‖ binasının qarĢısında baĢ vermiĢ
intihar xəbərini verirdi. ―Ora gedirəm‖-
deyib telefonun ―no‖ düyməsinə basdı.
- ―Bizim həyatımız da həyat deyil ki.
Harda baĢdanxarab, dəli varsa gəlib bizi
tapar.‖ – deyib deyilən ünvana sürətlə
addımlamağa baĢladı. Məmməd Mahirli,
Əli Fərahimov adlanan jurnalistlərdən tez
çatmalı idi əraziyə. Yoxsa onlar hadisəni
çəkib, hər kəsə göstərəcəkdilər. Sonra gəl
böyük rəisin qurĢaqdan aĢağı sözlərini eĢit
də...
***
Uzaqda bir it hürürdü...
Bu cümlədə fəlsəfə axtarmayın, itlər hər
zaman hürərlər...
ABġ, Quincy Massachusetts
Namiq Hüseynli
Aclıq
Təcili yardım maĢını hərbi hissədən dar
dağ yolu ilə aĢağıya enəndə səhər hələ
açılmamıĢdı. Göyün üzündə orda-burda
hələ ulduzlar parıldayırdı. Növbətçi zabit
BabaĢov, hərbi həkim Əlixanov və feldĢer
Təhməzov xəstənin ətrafında oturmuĢ,
susub əsgər Murquzova baxırdılar. Hərbi
həkim cibindən siqaretini çıxaranda zabit
Üç aylıq ədəbiyyat dərgisi
67
BabaĢov bir qədər çaĢdı və hələ qeyzləndi
də, amma az sonra özünü ələ aldı.
- Ġlahi, mən əlli-ayaqlı gedirəm. Görün nə
günə düĢmüĢəm. Belə gediĢlə yarım saata,
ən çoxu qırx dəqiqəyə canımı tapĢıraram.
Ġlahi, bədənim bomboĢ boĢalıb, cırıq qum
kisəsinə dönmüĢəm, məndən adam olmaz.
Offf, mən necə də su istəyirəm, bu maĢında
su yoxdurmu, mənə su verin, – deyə əsgər
Murquzov nalə çəkdi. Lakin maĢında
oturanların heç biri onun səsini eĢitmədi,
çünki o, nitq qabiliyyətini itirmiĢ, amma
bundan xəbərsiz idi.
- Sən bu kökə salıbsan gədəni? – deyə
hərbi həkim üzünü zabitə tutdu.
- Nə deyirsən sən ey, mənim nə xəbərim
var, bu gecə hərbi hissədə mən növbətçi
qalmıĢdım vəssalam. Nə zibil olsa gərək
mənim günümdə olaydı.
- Kalan pazlayacaqlar sizi, özü də
hamınızı birdən. – feldĢer rəhim dolu
baxıĢlarla zabitə baxdı.
- Bu çmonun biri idi, mən neynəmiĢəm,
allah bilir, gecə durub gədələrlə nə qələt
edirmiĢ. Hər əclafa görə mən cavab
verməliyəm? – zabit bir qədər həyəcanlı
səslə dedi.
Bir neçə dəqiqə səsinə hay verən
olmadığını görən əsgər gözünü açıb
yüngülcə ətrafına boylandı. Dərhal həkimin
də, feldĢerin də üzündə bir canlanma
yarandı, amma əsgər üzünü nə həkimə, nə
feldĢerə deyil, zabitə çevirdi.
- Mən əldən gedirəm, gör bunlar nə
danıĢır. Mənim xilasım yoxdur. Anam
özünü öldürəcək, atamın ürəyi partlayacaq.
Offf mən necə də acmıĢam, bir az yemək
olaydı kaĢ. BaĢım partlayır, krupnu
iliĢmiĢəm deyəsən. Yox-yox bu ölüm məni
buraxmaz, mən gedirəm, – əsgər ancaq özü
eĢitdiyi nitqini bitirib yenidən gözlərini
yumdu.
- Dua elə yaĢasın, canını qurtarsın, yoxsa
əlli-ayaqlı gedəcəksən. Ya da... – həkim
gözünü xəstədən ayırmadan siqaretini
sömürərək
zabitə
baxdı,
-
Əməlli
tərləyəcəksən.
Zabit qəzəblə gözünü yerə dikib susdu.
MaĢın
rayon
mərkəzindəki
hərbi
xəstəxanaya
çatanda artıq müstəntiq
yanında iki polis nəfəri ilə xəstəxanın
önündə gözləyirdi. MaĢının qapısına
gətirilən xərəyin təkər səslərini eĢidən xəstə
diksinib gözünü açdı. MaĢından düĢənlərlə
onları gözləyənlər dayanıb bir qədər söhbət
etdilər.
- Ġlahi, niyə mən? Evə getməyə cəmi 3 ay
qalmıĢdı. Axı niyə belə vaxtda. Ġndi
evdəkilər yatır allah bilir. Yazıqları səhər-
səhər oyadacaqlar. Pis xəbəri verəcəklər,
onlar da göz yaĢı içində gələcəklər. Ġlahi,
mədəm necə qazınır, necə yemək istəyirəm,
necə çay istəyirəm.
Əsgəri əməliyyat stoluna uzadanda son
bir dəfə də gözünü açıb yumdu. Paltarlarını
qayçıyla kəsib bədəninin səthinə soyuq,
kəskin
qoxulu
antiseptik
sürtdülər.
Həkimlərdən biri onun boynunu yan çevirib
digərinə nə isə göstərdi, xəstə ağrıdan
yüngülcə zarıdı.
Sonra əsgərin hər iki qoluna iynə
vurdular və güman ki, ağrıkəsici iynəydi.
Ġndi o soyuqdan baĢqa heç nə hiss etmir.
Gözləri yumulu olsa da görür, səsə görə
ayrıd edirdi.
- Ġndi daha yaxĢıdır hər Ģey, ağrılarım
yoxdur,
ürəyim
sanki
döyünmür.
Neynəyirsən elə, ölüm burdadır. O məni
dartıb
aparacaq.
Baxarsan.
Burdan
qurtulsam hər Ģeyi edəcəm, lap nəĢə də
çəkəcəm, bazlığa da gedəcəm. Hər Ģey-hər
Ģey. Əlbəttə, əgər qurtulsam. Belə baxanda
həyatın heç bir mənası, filan yox imiĢ. Yox,
düz demirəm?
Soyuqqanlı baxaq hər Ģeyə. Burda
ölməsəm, burdan çıxanda öləcəkdim eyni
Ģeylər olacaqdı. Bircə ağrısı daha az. Bu
allahın altında gözlənilməz heç nə yoxdur, -
əsgər içində dayanmadan danıĢırdı.
Əməliyyat təqribən bir saatdır baĢlamıĢdı.
Birdən iki nəfər əməliyyat otağına girdi,
bunlar müstəntiq və yanında zabit BabaĢov
68
№ 3 (15) Payız 2015
idi. Həkim çevrilib onlara çəmkirəndə
müstəntiq zabiti dümsükləyib bayıra
çıxartdı özü isə həkimi yaxına çağırıb
pıçıldadı.
- Həkim vəziyyəti nətəridir? Bayaq gözü
açıq idi. Siz allah elə edin ölüm iĢi olmasın.
- Boynunu qırıblar, yaĢasa da çiyindən
aĢağısı iĢləməyəcək. Əli-ayağı iflic olacaq.
- BaĢqa harasından vurublar?
- Kəlləsini ayaqlayıblar, qabırğaları xürd-
xəĢildir.
- Deməli 3-4 nəfər olublar.
- Mən nə bilim üç olub, ya dörd. A kiĢi,
qoy iĢimizi görək də – həkim sözünü
yarımçıq kəsib xəstənin yanına qayıtdı.
Xəstə isə bihuĢedici ağrıkəsicinin təsirindən
bir qədər keflənmiĢ, ağrıları kəskin azalmıĢ
və yəqin ki bu üzdən daxili nitqi heç
dayanmırdı.
- Ġndi Ülviyyəyə xəbər çatsa yəqin vecinə
olmayacaq, bəlkə də bir az təsirlənər, amma
o it qızının ağlayacağına inanmıram. Ay
Ülviyyə,
ay
Ülviyyə.
Sən
neynədin?Bilsəydin
öləcəm
yəqin
eləməzdin. Sağ qalsam gəlib iĢini görəcəm
sənin ay Ülviyyə. Sənin o çolaq nənəni...
Ufffff, ürəyim.
Birdən-birə xəstənin ürəyi partlayırmıĢ
kimi döyünməyə baĢladı. Ürək ritmi tamam
pozulmuĢ, az qalmıĢdı dayana. Tibb bacısı
dərhal xəstənin qoluna təzyiq aparatını
keçirib təzyiqini ölçü, təzyiqi düĢmüĢdü.
Görünür, çoxlu qan itirmiĢdi.Ya da indi
itirməkdəydi. Amma xəstə özü bumbuz
bədənindən
baĢqa
ürəyinin
dəhĢətli
döyünmələrini hiss edirdi, o qədər. BaĢqa
heç nə.Nə ürəkbulanma, nə baĢ ağrısı, nə də
hansısa baĢqa ağrılar.
- Ohhh, mən gedirəm. Baxın, baxın
ölürəm.Allah mənə rəhmət eləsin.Ġlahi,
ürəyim necə də yemək istəyir.Məgər, bu
boyda
xəstəxanada
bircə
tikə
çörək
tapılmırdı.Təbii Ģirə olaydı heç olmasa,
ləzzətlə içərdim.Ġlahi, gör nə yazıq günə
qalmıĢam.Dərdimi deyə bilmirəm.
- Xəstənin qan təzyiqi azalıb, ürək
döyüntüləri get-gedə azalmaqdadır. Ġynə
vurmalıyıq dərhal iynə.
- YaxĢı get gətir, amma tez elə - deyə
həkim, assisentinə əmr verib dayandı,
dərindən nəfəs aldı.
Bayaqdan
bəri
əməliyyatxananın
pəncərəsindən içəri boylanan hərbi hissə
komandiri həkimin əməliyyata ara verdiyini
görüb dərhal özünü içəri soxdu, həkimə
yaxınlaĢıb pıçıldamağa baĢladı:
- Həkim, mən bu əsgərin komandiriyəm,
allahın bir qəzasıdır olub. UĢaqlar
zarafatlaĢırlarmıĢ. Siz allah, müstəntiqə
baĢqa Ģey deyin. Döyülüb deməyin,
məsəlçün, ürəyi tutub, beyninə qan sızıb
deyin. Ġndi ölən-öləcək qalanın evi
yıxılacaq.Baxmayın, hamısı cavandır.
Bax, uĢaqların qohumları çıxıblar artıq,
yoldadırlar,
gəlirlər,
sizi
də
görəcəklər.YaxĢımı?Hə?
- A kiĢi, ayıbdır, orda xəstə ölür, gör sən
nə danıĢırsan, utanmırsan? Məni niyə
əsəbləĢdirirsən çıx bayıra – deyə həkim
komandiri əməliyyatxanadan qovdu.
Asissent həkim iynəni vurandan sonra
xəstəyə elə gəldi ki, ürəyi 4-5 dəqiqəlik
tamam dayanıb yenidən vurur. Ya da ola
bilsin, bəlkə hələ vurmur, amma vuracaq
kimi görünür. Çünki xəstə ətrafda baĢ
verənləri dumanlı da olsa hiss edir, səsləri
ayırd edir, pıçıltıların mənasını tutmağı
çalıĢırdı və ara vermədən daxili nitqi davam
edirdi.
- Yəqin indi günorta olar, anamgil
yoldadılar ya da gəliblər, bayırda məni
gözləyirlər. Çıxan kimi mütləq təndir
çörəyindən yeyib, təbii Ģirədən içəcəm.Bu
ölüm, oğraĢ ölüm deyəsən mənim yaxamı
buraxdı. Ah, mən ölümü gördüm qayıtdım.
Ġndi Ülviyyə də, Ġlahə də gözləsin məni.
Əməliyyat artıq baĢa çatmıĢdı.Həkim
ayaqyolunun qarĢısında durub siqaret çəkir
telefonu ilə oynayırdı.Belə əməliyyatlar nə
birinci, nə sonuncu dəfə idi.
Ġnsana bir dəhĢəti bir dəfə yaĢadandan
sonra, onu növbəti dəfə dəhĢət yox zövq
Üç aylıq ədəbiyyat dərgisi
69
kimi yaĢamaq istəyir, yenidən və yenidən
onun üzərinə qayıtmağa can atır.
Həkim
siqaretini
çəkib
kötüyünü
pəncərədən atmaq istəyəndə, xəstəxanın
həyətində bayaqkı komandiri və yanında
dayanmıĢ bir neçə mülki geyimli kiĢini
gördü, baĢını bulayıb dodağının altından nə
isə mızıldandı.
Gün yenicə dönmüĢdü, günorta saat 3-4
olardı.Əsgər Murquzov üstünə metlax
düzülmüĢ çarpayıya bənzər bir yerdə lüm-
lüt vəziyyətdə uzanmıĢdı.Deyəsən, içəridə
istilik sistemi iĢə salınmamıĢdı.Əsgərin
daxili nitqi isə hələ də iĢləyirdi.
- Ahh yazıq canım, mən necə də
üĢüyürəm, niyə məni normal yataqda
uzatmayıblar, üstümə niyə ədyaldan,
yorğandan atmayıblar. Ġlahi, necə də
acmıĢam, anamgil çatmıĢ olarlar artıq.Niyə
onları yanıma buraxmırlar. Niyə heç kim
səsimə səs vermir. Mən hardayam belə.
Bura haradır...
Sədaqət
Qız deyirdi ki, gələcəkdə istərdim oğlum
ağıllı olsun, onu musiqi məktəbinə, Ģahmata
qoyaram. O danıĢarkən mən pəncərəyə
söykənib ona qulaq asırdım. Gözümün
qarĢısında balaca bir qız uĢağı canlanırdı,
onun qızı idi və onlar birlikdə uĢaq
bağçasına, musiqi məktəbinə, Ģahmat
məktəbinə, orta məktəbə, univerisitetə,
toylara, ad günlərinə, qəbir üstlərinə,
aeroporta,
pasport
idarəsinə,
qohum
ziyarətlərinə
gedib
gəlirdilər.
Gedib
gəldikcə qız böyüyür, iriləĢir, anasının üzü
qırıĢıb saçları çallaĢdıqca, qızının döĢləri
böyüyür, saçları uzanır, ayaqları ətlənirdi.
Amma bir-birini kino lenti kimi əvəz edən
bu xəyalların içində mən yox idim. Bu məni
bir anlığa dəhĢətə gətirdi, hətta əsəbləĢdirdi,
baĢımı bulayanda o
əlini
çiynimə
toxundurdu, ―Sən yaxĢısan?‖ – deyə
soruĢdu. ―Hə hər Ģey qaydasındadır‖. –
deyə mən cavab verdim.
Ondan ayrılandan 2, ya 3 il sonra idi,
bəlkə də 4 il idi, dəqiq xatırlamıram. Mən
səhər key kimi yuxudan oyanıb, əl-üzümü
və diĢlərimi yumadan, səhər yeməyi
yemədən avtobusa minmiĢdim. Avtobus
irəlilədikcə radioda 30-cu illər Amerikanın
ən məĢhur caz mahnılarından biri ―Nature
boy‖ səslənirdi. Hələ yenicə çıxmıĢ günəĢ
düz gözlərimə vururdu, üzümün bir hissəsi
günəĢ
nuruna
boyanmıĢdı.
Radioda
musiqilər tez-tez bir-birlərini əvəz edirdi,
mən susub asıq sifətlə eləcə oturmuĢdum.
Birdən
yadıma
düĢdü
ki,
Bakının
harasındasa o hələ də yaĢayır, nəfəs alır,
mənsə uduzduğumu hələ də etiraf edə
bilməmiĢəm. Ġnsanın uduzduğunu özünə
etiraf edə bilməməsi kimi böyük faciə
yoxdur.
Qəflətən
onun
əzab
çəkməsini
arzuladım, məsəlçün sevimli əri ölə bilərdi,
çox sevdiyi atası və anası qəzaya düĢə
bilərdilər, uĢağına pis bir Ģey arzulamadım,
amma özünün necə deyərlər sağalmaz
xəstəliklərə tutulmasının heç də pis
olmayacağını ağlımdan keçirdim.
Avtobus irəlilədikcə Ģəhərdən kənara
çıxırdı və bayaqdan üzümə vuran günəĢin
Ģəfəqlərindən əsər-əlamət görünmürdü.
Bayırda hava get-gedə tutqunlaĢmıĢ, narın
yağıĢ yağmağa baĢlamıĢdı. Məni vəhĢicə bir
qadın qıĢqırığı fikrimdən ayırdı. ―Görüm nə
arzulayırsan öz baĢına gəlsin, allah sənin o
iki balanı yetim qoysun elə!‖ – deyə üzü
qırıĢmıĢ, saçları ağarmıĢ, əynində öz
ölçüsündən böyük bir palto, geniĢ cins
Ģalvar geyinmiĢ qadın mənə çəmkirdi.
Dəbdən bir az kənarda qalsa da baxımlı və
mədəni bir qadın olduğu dərhal anlaĢılırdı,
çünki boyundan bir böyüdücü eynək
asılmıĢdı, onun kitablarla, mətnlərlə həĢir-
nəĢir olduğunu göstərirdi.
Mən üzümə Ģillə kimi dəyən Bakı
ləhcəsindəki bu sözlərdən sonra ilk olaraq
üzümü yanımda oturan adamlara çevirdim,
mənə reaksiyalarına, gülüb-gülmədiklərinə,
70
№ 3 (15) Payız 2015
yaxud məni öz aralarından rədd etməyə
hazırlaĢıb-hazırlaĢmadıqlarını
yoxlamaq
istədim. Ancaq adamların üzlərində zərrəcə
də tərpəniĢ yox idi, tuncdan tökülmüĢ çinli
əsgər fiqurları kimi donub qalmıĢdılar.
Üzümü qadına çevirəndə qadın artıq irəliyə
doğru
gedib
dayanacaqda
düĢməyə
hazırlaĢırdı. Onun arxasınca getməyə, niyə
az öncə mənə qarğıĢlar yağdırdığını
soruĢmağa cəsarət etmədim, nə də olsa
qadın xaylağıdır, adamı söyər, üstünə
qıĢqırar, çığır-bağır salar deyə düĢündüm.
Bir müddət beləcə yerimdə quruyub
qaldım, qadın düĢəndən az sonra içinə
düĢdüyüm bu anlaĢılmaz və bir o qədər də
rəzilcə durumdan xilas olmaq üçün durub
avtobusu
təcili
saxlatdıraraq düĢdüm.
Həyəcanlı addımlarla qadının düĢdüyü
dayanacağa doğru addımladım, ətrafa
boylandım, dayanacaqda iki kiĢidən baĢqa
kimsə gözə dəymirdi. Yaxınlıqda bir köhnə
bina və çoxlu ağaclardan baĢqa nə bir ev, nə
bir bina, nə də bir maĢın nəzərə çarpırdı.
Həyəcanla
dayanacaqda
dayanmıĢ
kiĢilərdən indicə düĢmüĢ qadının haraya
getdiyini xəbər aldım. KiĢilər bir-birinin
üzünə baxıb belə bir qadını görmədiklərini
söylədilər, yaxınlıqdakı binanın nə binası
olduğunu soruĢanda isə məlum oldu ki,
bura keçmiĢ kondisioner zavodudur ki,
uzun illərdir qapanıb və çoxdandır orda
kimsə
çalıĢmır.
BaĢıma
gələn
bu
müəmmanı tam dərk etmədən, zavoda
doğru addımladım. Ətrafda kimsə yox idi,
bir neçə addım sonra məni iki-üç küçə iti
qarĢıladı, itlərdən qorxduğum üçün dərhal
geri qayıtdım. Dayanacaqdakı kiĢilərdən az
öncə burda düĢmüĢ qadının bütün yadda
qalan niĢanələrini bir-bir tərif etdim, kiĢilər
az öncə bu dayanacaqda nə bir qadın, nə də
bir kiĢinin düĢmədiyini yenidən və təkidlə
bildirdilər.
AxĢam evə tamam içkili halda, qanı
qara qayıtmıĢdım. Siqaret çəkməkdən dilim
və dodaqlarımda qəribə bir acıĢma, pis dad
yaranmıĢdı. Evə çatan kimi yatağıma
uzanıb əlimi boynumun ardına qoydum,
gözlərimi yumub bu gün baĢıma gəlmiĢ
hadisəni, qadının sözlərini xatırladım.
Bütün Ģübhələrimi avtobusda musiqinin
təsirindən özümü unutduğum və keçmiĢ
sevgilimlə bağlı düĢündüklərimi əslində
səsli düĢündüyüm üzərində toplamıĢdım.
Lakin bir Ģübhəli məqam da o idi ki, niyə
belə düĢünməyimə ətrafdakıların heç biri
yox məhz o qadın reaksiya vermiĢ və ən
əsası niyə heç evli olmadığım halda iki
balama qarğıĢ qarğamıĢdı. Sonra düĢüb hara
getmiĢdi,
göyəmi
çıxmıĢdı,
yerəmi
batmıĢdı.
Ġçkinin xumarlandırıcı təsirindən və
ətrafda səslənən gözəl musiqinin ruhumu
sığallamasından gözlərim yüngülcə qapandı
və mən yenidən keçmiĢimdə yarımçıq
qoyub gəldiyim, böyük dərdim, ağrıdıqca
ağrıyan yaram haqda düĢünməyə baĢladım.
Onda bağ mövsümü yenicə baĢlayırdı və
biz bağa 2-3 gün olar köçmüĢdük. Atam
məni qonĢu Nikolayın evinə nəyinsə
arxasınca yollamıĢdı. Nikolay miliyyətcə
rus idi, gözünün ağı-qarası bir oğlu vardı ki,
onu da rusla evləndirmiĢdi, ancaq oğlugilin
uĢaqları olmadığından uĢaq evindən bir
uĢaq götürmüĢdülər. Mən içəri girəndə
Nikolay məni yenicə yetiĢməyə baĢlamıĢ
üzümdən yeməyə dəvət etdi. Mən oturub
üzümdən iki-üç gilə yemiĢdim ki, içəridən
Nikolayın ögey nəvəsi çıxdı, heç nə
demədən mənimlə üzbəüz oturub maraqla
üzümə baxdı. Nikolay dilləndi:
- Bax Mila, sənlə həmyaĢıddır bu oğlan,
məktəblər bağlanıb gəlib bağa dincəlməyə,
sən də darıxanda arada bir onunla oyna,
gedin odey o sahilləri gəzin.
Qız gülümsünəndə mən birdən-birə
diksinib ayağa qalxdım. QonĢugilə nə
arxasınca gəldiyimi unudub tez qapıdan
çıxdım. Aradakı qısa müddətlik sərinlikdən
sonra
Məryəmlə
tez-tez
görüĢüb
söhbətləĢməyə, əncir yeməyə, üzüm
dərməyə getdik. Bağ mövsümünün sonunda
ikimiz
də
Ģəhərə
yollandıq,
sonra
Nikolaydan oğlugilin nömrəsini istədim,
arada bir telefonla danıĢdıq, bir dəfə atamla
|