Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Erkən gənclik dövrü: 15-18 yaş



Yüklə 277,04 Kb.
səhifə168/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   164   165   166   167   168   169   170   171   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Erkən gənclik dövrü: 15-18 yaş

2.Yetkin gənclik dövrü: 18-25 yaş

Erkən gənclik dövrü orta məktəb dövrünün sonudur. Bu dövrdə məktəblinin fiziki inkişafında əhəmiyyətli dəyişikliklər davam edir. Əzələlərin inkişafı sürətlənir, yaşlı adamın qüvvəsinə yaxınlaşır. Ürək-damar sisteminin inkişafı normallaşır, qan təzyiqi müvazinətli forma alır. Bu dövrdə gənclər öz maraq və imkanlarına uyğun peşələri seçməyə meyl edirlər. Bəzən imkanlarını düzgün qimətləndirə bilmədiklərinə görə bu sahədə düzgün olmayan istiqamət tuturlar. Psixoloji araşdırmalara əsasən, erkən gənclik dövründə gənclərin peşə seçməyə tam hazır olduğunu söyləmək olmaz. Ona görə ki, böyük məktəblilər peşələrin əksəriyyəti haqqında aydın təsəvvürlərə malik olmadıqları üçün onlardan düzgün baş çıxarmırlar. Bu işdə müəllimin gənclərə istiqamət verməsi zəruridir.

Yetkin gənclik dövrü 18 yaşdan başlayır. Bu dövrdə gənclərdə fiziki və psixi inkişaf səviyyəsi, əqli və əxlaqi cəhətdən yetkinlik özünü göstərir. Gənclərin çoxu öz həyat yollarını müəyyənləşdirmiş olurlar. Yüksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün təhsili davam etdirmək və ya əmək sahəsində çalışmaq istiqamətini tutmağa başlayırlar. Bu dövrdə gənclərdə cəsarətlilik, qətiyyətlilik, dözümlülük kimi iradi keyfiyyətlər yüksək şəkildə formalaşır. Yetkin gənclik dövründə tənqidilik təkcə təfəkkürün keyfiyyəti kimi deyil, xarakter əlaməti kimi də formalaşır. Gənclər çox ciddi və məsuliyyətli qərarlar qəbul etməyə başlayırlar. Bu dövrdə gənclərin əksəriyyəti ailə həyatı qururlar. Əmək fəaliyyəti artıq onlar üçün aparıcı fəaliyyətə çevrilir.

Gənclik dövründə gənclərin mənəvi və sosial siması formalaşır, ictimai fəaliyyətə maraq və şəxsi məsuliyyət hissi artır, həyatda öz yerini tapmaq meyli yaranır. Gənclik illərində oğlan və qızlarda yaşlılara məxsus psixi keyfiyyətlər formalaşır, get-gedə möhkəmlənərək davamlı xarakter kəsb edir. Böyük türk şairi N.Hikmət qeyd edirdi ki, “gənclik arzu, inam, igidliyə həvəs deməkdir. Gənclik lirika və romantikadır. Bu, gələcək üçün tükənməz arzu, bütün yaxşı əməllərin başlanğıcıdır”. Gənclik dövründə insanın mənəvi qüvvəsi intensiv şəkildə inkişaf edir, onun əxlaqi siması formalaşır, xarakteri müəyyənləşir və dünyagörüşü təşəkkül tapır. Gənclərin qazanılmış yeni keyfiyyətləri onların məktəbdə, ailədə və ictimai münasibətlər sistemində mövqeyinin dəyişməsinə güclü təsir göstərir.

Gənclik dövründə şəxsiyyətin formalaşmasına bir çox amillər təsir göstərir. Gənclər bioloji, psixoloji, psixoseksual və sosioloji amillərin təsiri altında inkişaf edib formalaşır.

Bioloji baxımdan gəncin orqanizmi təkamül sayəsində fiziki cəhətdən əsaslı surətdə dəyişir, bədən möhkəmlənir, hərəkət, iş qabiliyyəti xeyli inkişaf edir. Ümumiyyətlə, ilk gənclik illərində orqanizmin fiziki inkişafı demək olar ki, əsasən tamamlanır. Belə ki, gənclərin boy artımı qızlarda 16-17 yaşda, oğlanlarda isə 17-18 yaşda təxminən böyüklərlə eyni səviyyəyə çatır. Bununla belə fiziki görünüşdə nəzərə çarpan bəzi qüsurlar erkən gənclik dövrünü yaşayan məktəbliləri daim narahat edir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin