Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Yerli ağrısızlaşdırma üsulu hansıdır?



Yüklə 2,19 Mb.
səhifə8/19
tarix25.11.2016
ölçüsü2,19 Mb.
#70
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

402) Yerli ağrısızlaşdırma üsulu hansıdır?
A) Damardaxili

B) İntratraxeal

C) Maskalı

D) İnfiltrasiya anesteziyası

E) Endotraxeal
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 104-105
403) Premedikasiya nədir?
A) Dişin çıxarılması əməliyyatında istifadə olunan analgeziya

B) Pasiyentdə cərrahi müdaxilə və anestezioloji tədbir keçirilməsi üçün medikamentoz hazırlıq

C) Xəstənin narkozdan sonra oyanması üçün keçirilən medikamentoz müalicə

D) Cərrahi əməliyyatın aparılması üçün yerli ağrısızlaşdırma

E) Cərrahi əməliyyatın aparılması üçün ümumi ağrısızlaşdırma
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
404) Premedikasiya kim tərəfindən aparılır?
A) Baş həkim

B) Həkim-anestezioloq

C) Həkim-stomatoloq

D) Baş tibb bacısı

E) Əməliyyat tibb bacısı
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
405) Relanium hansı qrup preparatların nümayəndəsidir?
A) Antihipoksantların

B) Trankvilizatorların

C) Adrenoblokatorların

D) Statinlərin

E) Sitostatiklərin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
406) Ambulator şəraitdə ümümi anesteziyanın vacib şərtlərindən biri hansıdır?
A) Uzunmüddətli qusmaya qarşı təsir

B) Narkozdan sonra xəstənin tez bir zamanda reabilitasiyası

C) Uzunmüddətli sedasiya

D) Uzunmüddətli ödemə qarşı təsir

E) Uzunmüddətli analgetik effekt
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 39-41
407) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yaşlı xəstələr

B) Kəskin qaraciyər çatışmazlığı

C) Kompensasiya dövründə stenokardiya

D) Yerli anestetikə allergiya

E) Ağız boşluğunda yerləşən şiş
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
408) Zədələnməyə qarşı reaksiyanın formalaşmasını orqanizmin hansı aparıcı sistemi təmin edir?
A) Əzələ

B) Sümük


C) Endokrin

D) Tənəffüs

E) Sinir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 35
409) Ümumi anesteziya metodu neyroleptanalgeziyada hansı dərman preparatları istifadə edilir?
A) Neyroleptik və periferik analgetik

B) Neyroleptik və narkotik analgetik

C) Neyroleptik və barbiturat

D) Neyroleptik və trankvilizitor

E) Neyroleptik və anestetik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
410) Neyroleptanalgeziyanın vacib komponenti hansı dərman preparatıdır?
A) Relanium

B) Sibazon

C) Analgin

D) Droperidol

E) Aminazin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
411) Ataralgeziyanın vacib komponenti hansı dərman preparatlarıdır?
A) Trankvilizatorlar və anestetiklər

B) Neyroleptiklər və analgetiklər

C) Neyroleptiklər və anastetiklər

D) Analgetiklər və trankvilizatorlar

E) Analgetiklər və anestetiklər
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
412) Vazokonstriktirlərin tətbiqinə əks göstəriş olan pasiyentlərdə yerli anesteziya zamanı hansı yerli anestetikə üstünlük verilir?
A) Mepivakainin 3% - li məhluluna

B) Novokainin 0, 5%- li məhluluna

C) Artikainin 4% - li məhluluna

D) Lidokainin 1%- li məhluluna

E) Ubestezinin 4%- li məhluluna
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
413) Hansı yerli anestetiklərin tərkibinə çox hallarda allergik reaksiyalara səbəb olan natrium bisulfat daxildir?
A) Tərkibində vazokonstriktorlar olmayan anestetiklərin

B) Tərkibində vazokonstriktorlar olan anestetiklərin

C) Amid tərkibli qrupa aid olan anestetiklərin

D) Bütün anestetiklərin

E) Efir tərkibli qrupa aid olan anestetiklərin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 91-98
414) Yerli anesteziyanın yerli ağırlaşmalarına hansı aiddir?
A) Hipertenziv reaksiya

B) Paresteziya

C) Toksik reaksiya

D) Kollaps

E) Allergiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 119-121
415) Yerli anesteziyanın ümumi ağırlaşmalarına hansı aiddir?
A) Paresteziya

B) Hematoma

C) Üz sinirinin parezi

D) Trizm


E) Toksik reaksiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 116-119
416) Yerli infiltrasiya və naqil tipli anesteziyalarda 2%-li lidokain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 7, 1 mq/kq

B) 6, 1 mq/kq

C) 5, 1mq/kq

D) 2, 1 mq/kq

E) 8, 1 mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 95
417) 4%- li artikain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 5 mq/kq

B) 10 mq/kq

C) 12 mq/kq

D) 7 mq/kq

E) 2 mq/kq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 50
418) 2%- li mepivakain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 6, 6 mq/kq

B) 8, 6 mq/kq

C) 4, 6 mq/kq

D) 10, 6 mq/kq

E) 2, 6 mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
419) Müştərək anesteziya nədir?
A) Müxtəlif yerli anesteziya üsullarının birgə tətbiqi

B) İnhalyasiya və qeyri-inhalyasiya narkozunun birgə tətbiqi

C) Müxtəlif ümumi anesteziya üsulların birgə tətbiqi

D) Endotraxeal və venadaxili narkozun birgə tətbiqi

E) Yerli və ümumi ağrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
420) Kombinə olunmuş anesteziya nədir?
A) Naqil anesteziyanın və maskalı narkozun birgə tətbiqi

B) Aplikasiya anesteziyası və venadaxili narkozun birgə tətbiqi

C) Yerli və ümumi agrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi

D) İnhalyasion və qeyri - inhalyasion narkozunun birgə tətbiqi

E) İnfiltrasiya anesteziyasının və maskalı narkozun birgə tədbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
421) Terminal halın ardıcıllığı necədir?
A) Preaqoniya-terminal fasilə-aqoniya-klinik ölüm-bioloji ölüm

B) Terminal fasilə-preaqoniya-aqoniya-klinik ölüm-bioloji ölüm

C) Klinik ölüm-preaqoniya-aqoniya-terminal fasilə-bioloji ölüm

D) Klinik ölüm-terminal fasilə-preaqoniya-aqoniya-bioloji ölüm

E) Preaqoniya-aqoniya-terminal fasilə-klinik ölüm-bioloji ölüm
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
422) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Nəzərə çarpan bradikardiya

B) Nəzərə çarpan taxikardiya

C) Mil arteriyasında nəbzin olmaması

D) Yuxu arteriyasında nəbzin olmaması

E) Yuxu arteriyasında nəbzin zəifləməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
423) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Göz bəbəklərinin genişlənməsi

B) Ürək tonlarının karlaşması

C) Ürək tonlarının olmaması

D) Arterial təzyiqin düşməsi

E) Kəskin bradikardiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
424) Bioloji ölüm haqqında aşağıdakılardan hansı doğrudur?
A) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olunur

B) Reanimasiya tədbirləri fonunda göz bəbəkləri daralır

C) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olunmur

D) Reanimasiya tədbirləri fonunda nəfəs bərpa olunur

E) Reanimasiya tədbirləri fonunda şüur bərpa olunur
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
425) Hamilə qadınlarda yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Mədə - bağırsaq traktında

B) Böyrəklərdə, baş beyində və miokardda

C) Ağciyərdə, onurğa beynində

D) Böyrəküstü və mədəaltı vəzilərdə

E) Qaraciyərdə
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
426) Döldə yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Qaraciyərdə

B) Böyrəküstü və mədəaltı vəzilərdə

C) Mədə-bağırsaq traktında

D) Ağciyərdə, onurğa beynində

E) Böyrəklərdə, baş beyində və miokardda
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
427) Üçlü sinirin göz şaxəsi göz yuvasına haradan daxil olur?
A) Girdə dəlikdən

B) Yuxu dəliyindən

C) Oval dəlikdən

D) Aşağı göz yuvası yarığından

E) Yuxarı göz yuvası yarığından
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
428) Əng siniri kəllə boşluğundan necə çıxır?
A) Oval dəlikdən keçməklə

B) Yuxu dəliyindən

C) Cırılmış dəlikdən

D) Girdə dəlikdən keçməklə

E) Bizvari-məməyəbənzər dəlikdən keçməklə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
429) Çənə siniri kəllə boşluğundan necə çıxır?
A) Bizvari-məməşəkilli dəlikdən keçməklə

B) Girdə dəlikdən keçməklə

C) Oval dəlikdən keçməklə

D) Yuxarı göz yuvası yarığından

E) Yuxu dəliyindən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
430) Üz siniri kəllə-beyin sinirlərinin hansı cütüdür?
A) V

B) VI


C) VII

D) IX


E) X
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
431) Yanaq siniri hansı sinirin şaxəsidir?
A) Üz sinirinin

B) Azan sinirin

C) Dialtı sinirin

D) Üçlü sinirin

E) Dil-udlaq sinirinin
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
432) Tuberal anesteziya zamanı iynə hansı istiqamətdə selikli qişanı deşərək dərinliyə yeridilir?
A) Yuxarı, xaricə

B) Yuxarı, daxilə, geriyə

C) Yuxarı, irəli, xaricə

D) Yuxarı, daxilə, irəli

E) Yuxarı, xaricə, geriyə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
433) Tuberal anesteziya zamanı iynə selikli qişanı deşərək hansı dərinliyə yeridilir?
A) 1.0 - 1.5 sm

B) 3.0 - 3.5 sm

C) 0. 5 sm-ə qədər

D) 4 - 5 sm

E) 2.0 - 2.5 sm
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
434) Tuberal anesteziya zamanı ağrısızlaşdırma (keyləşdirmə) sahəsini təyin edin:
A) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

B) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar və damaq tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

C) Yuxarı molyar və damaq tərəfdən selikli qışa

D) Yuxarı molyarlar və vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

E) Yuxarı premolyarlar, həmçinin vestublyar tərəfdə alveol çıxıntısının selikli qişası
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
435) Böyük damaq siniri aşağıdakılardan hansının şaxəsidir?
A) Qanad-damaq düyününün (qanqlion)

B) Qulaq düyününün (qanqlion)

C) Üçlü sinirin 3-cü şaxəsinin

D) Yuxarı alveol sinirinin

E) Üçlü sinirin 1-ci şaxəsinin
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
436) Burun - damaq siniri hardan çıxır?
A) Girdə dəlikdən

B) Kiçik damaq dəliyindən

C) Böyük damaq dəliyindən

D) Oval dəlikdən

E) Kəsici diş dəliyindən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
437) Yanaq sinirini ağrısızlaşdırmaq üçün iynə hansı dişlər nahiyəsində keçid pərdəsinə selikli qişa altı vurulur?
A) İkinci aşağı molyar

B) Aşağı ağıl dişi

C) Birinci aşağı molyar

D) İkinci və üçüncü aşağı molyar arası

E) İkinci premolyar və birinci aşağı molyar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 81
438) Berşe üsulu ilə mandibulyar anesteziya hansı qaydada aparılır?
A) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 3 - 3,5 sm aşağı və aşağı çənənin şaxəsinin xarici səthinə qədər yeridilir

B) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 1,5 - 2 sm aşağı və çənə şaxəsinin xarici səthinə qədər yeridilir

C) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 4, 5 sm dərinliyə yeridilir

D) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 3 - 3,5 sm dərinliyə yeridilir

E) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və 2-2,5 sm dərinliyə yeridilir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 78
439) Hansı anesteziya zamanı diplopiya baş verə bilər?
A) İnfraorbital

B) Palatinal

C) İnsizival

D) Tuberal

E) Mandibulyar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 69-71
440) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Xroniki fibroz periodontit

B) Konservativ müalicəyə tabe olmayan və vaxtaşırı iltihabi prosesə məruz qalan diş

C) Hemorragik diatez

D) Kəskin pulpit

E) Kəskin periodontit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
441) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) dağılmış və ya sınıq xəttinə daxil olaraq repozisiyaya mane olan diş

B) stomatit

C) aktinomikoz, vərəm, sifilis ocaqları ilə əlaqəsi olan diş

D) hemorragik diatez

E) gingivit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
442) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Düzgün yerləşməyən və ortodontik müalicə oluna bilməyən dişlər

B) Epilepsiya

C) Aktinomikoz,vərəm,sifilis ocaqları ilə əlaqəsi olan diş

D) Stomatit

E) Kəskin leykoz
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
443) Dişlərin çıxarılmasına yerli əks göstəriş hansıdır?
A) Mərkəzi sinir sisteminin xəstəlikləri (beyin qan dövranın kəskin pozulması, meningit, ensefalit)

B) Gingivit, stomatit, xeylit, tonzillit

C) Yoluxucu xəstəliklər(qrip, difteriya, qızılyel, pnevmoniya, kəskin respirator xəstəliklər)

D) Ürək - damar sistemi xəstəlikləri (miokard infarktı,hipertonik kriz,ürəyin işemik xəstəliyi,kəskin septik endokardit)

E) Parenximatoz orqanların kəskin xəstəliyi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
444) Miokard infarktı keçirdikdən sonra dişin planlı qaydada çıxarılması nə vaxt aparılır?
A) Dörd - beş həftədən sonra

B) Üç - altı aydan sonra

C) Bir- iki aydan sonra

D) Bir - iki ildən sonra

E) Altı - yeddi həftədən sonra
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
445) Dişlərin çıxarılmasına göstəriş olduqda hansı müayinələr aparılır?
A) Biokimyəvi

B) Laborator

C) Kompyuter tomoqrafiyası

D) Vizual, klinik

E) İmmunoloji
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 102
446) Dişlərin çıxarılması zamanı sinir sistemi labil olan pasiyentlərdə premedikasiyada hansı preparatlar istifadə olunur?
A) Ağrıkəsicilər

B) Hipotenziv preparatlar

C) Trankvilizatorlar

D) Antikoaqulyantlar

E) Antibiotiklər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 90-91
447) Düz kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı premolyarlar

B) Yuxarı molyarlar

C) Aşağı premolyarlar

D) Ağıl dişi

E) Yuxarı kəsici dişlər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
448) Yuxarı mərkəzi və yan kəsici dişlər üçün kəlbətinlər hansı xüsusiyyətinə görə fərqlənir?
A) Əl tutan dəstəsinə görə

B) Tutacaqlarının dərinliyinə görə

C) Tutacaqlarının ölçüsünün eninə görə

D) Tutacaqların zirvəsinin formasına görə

E) Tutacaqları arasındakı məsafəyə görə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104
449) Tutacaqları eyni formada, nisbətən ensiz dayaz, bir - birinə toxunmayan və kənarları yarımdairəvi olan S - vari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı köpək dişləri

B) Yuxarı premolyarlar

C) Yuxarı molyarlar

D) Aşağı premolyarlar

E) Ağıl dişləri
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104
450) Tutacaqları enli, dərin sağ tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı kəsici dişlər

B) Sol yuxarı I və II molyarlar

C) Yuxarı premolyarlar

D) Aşağı molyarlar

E) Aşağı köpək dişlər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
451) Dəstəsi boyun hissədən uzadılmış, tutacaqları eyni formada, qısa, enli və yuxarıda dəyirmiləşmiş eyni zamanda bir qədər çuxur olan nizəvari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı köpək dişlər

B) Aşağı III molyarlar

C) Aşağı premolyarlar

D) Yuxarı III molyarlar

E) Yuxarı yan kəsici dişlər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 105-106
452) Tutacaqları enli, dərin sol tutacağı üzərində dişcik olan, o biri tutacağı yarımdairəvi formada olan və tutacaqları arasındakı məsafə böyük olan S-vari kəlbətinlə hansı diş çıxarılır?
A) yuxarı köpək dişləri

B) aşağı premolyarlar

C) yuxarı kəsici dişlər

D) yuxarı sağ I - II molyarlar

E) yuxarı ağıl dişləri
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 104-105
453) Aşağı dişlər əsasən hansı alətlə çıxarılır?
A) Nizəvari kəlbətinlə

B) Dimdikvari kəlbətinlə

C) S-vari kəlbətinlə

D) Düz kəlbətinlə

E) Krampon kəlbətinlə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
454) Tutacaqları ensiz və bir-birinə toxunmayan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı premolyarlar

B) Yuxarı molyarlar

C) Aşağı kəsici dişlər

D) Aşağı molyarlar

E) Yuxarı kəsici dişlər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
455) Tutacaqları enli və aralarındakı məsafə nisbətən böyük olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Yuxarı molyarlar

B) Yuxarı kəsici dişlər

C) Yuxarı premolyarlar

D) Aşağı molyarlar

E) Aşağı köpək dişləri və premolyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
456) Tutacaqları çox enli, aralarındakı məsafə böyük və hər iki tutacağı üzərində dişcik olan dimdikvari kəlbətinlə hansı diş çıxarılır?
A) Aşağı kəsici dişlər

B) Yuxarı premolyarlar

C) Aşağı premolyarlar

D) Aşağı molyarlar

E) Yuxarı molyarlar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
457) Ağızın açılması məhdud olduqda aşağı ağıl dişi (III molyar) hansı alət ilə çıxarılır?
A) Nizəvari kəlbətinlə

B) S-vari kəlbətinlə

C) Horizantal kəlbətinlə

D) Krampon kəlbətinlə

E) Düz kəlbətinlə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 107
458) Yuxarı kəsici, köpək və premolyar dişlərin kökləri hansı alət ilə çıxarılır?
A) Bucaqlı elevatorla

B) Horizontal kəlbətinlə

C) Tutacaqları toxunan,ensiz nazik düz və S-vari kəlbətinlə

D) Dimdikvari kəlbətinlə

E) Tutacaqları toxunmayan S-vari kəlbətinlə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 106


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin