Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?



Yüklə 2,19 Mb.
səhifə9/19
tarix25.11.2016
ölçüsü2,19 Mb.
#70
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

459) Aşağı ağıl dişi sümükdən tam çıxmışdır,vertikal vəziyyətdədir və tacın ön qabarcığı üzərini örtən qalın papaqcıq altından hissəvi görünür, tez-tez perikoronaritlə ağırlaşır. Müalicə taktikasını seçin:
A) Diş tacını tam açmaqla üzərindəki papaqcıq kəsilib götürülür

B) Diş çıxarılır

C) Antibiotiklər təyin olunur

D) Ağız boşluğu antiseptiklərlə işlənilir

E) Diş tacı ətrafındakı selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
460) Aşağı ağıl dişi mezioanqulyar vəziyyətdədir, tacı sümükdən tam çıxmayıb və öndən 7- ci dişin boynuna söykənir. Tez-tez perikoronaritlə və retromolyar abseslə ağırlaşır. Ağıl dişinin çıxarılma üsulunu seçin:
A) Üstündəki sümük papaqcıq və 7-ci dişə söykənən ağıl dişinin tac hissəsi borla tamamilə götürülür, sonra düz ya Leklyuz elevator ilə ehtiyatla qaldırılaraq çıxarılır

B) Əvvəl 7-ci diş çıxarılır və sonra isə ağıl dişi çıxarılır

C) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə dimdikvari kəlbətinlə laxladılaraq çıxarılır

D) Çəkic və iskənə ilə ağıl dişi bölünərək çıxarılır

E) Əvvəl düz və Leklyuz elevator ilə qaldırılır sonra isə horizontal kəlbətinlə laxladılaraq çıxarılır
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
461) Ağıl dişi mezioangulyar vəziyyətdədir, sümükdən tam çıxıb, lakin tacın mezial hissəsi 7-ci dişin tacına söykənir və papaqcıqlala örtülüdür, vaxtaşırı perikoranaritlə ağırlaşır, 6-cı dişin tacı tam dağılmış vəziyətindədir. Müalicə taktikasını seçin:
A) Ağız boşluğu antiseptiklərlə işlənilir

B) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır

C) Papaqcıq kəsilib götürülür

D) Antibakterial terapiya

E) Ağıl dişi çıxarılır
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
462) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi retromolyar nahiyədə çənə sümüyünün kənarına söykənir. Mezial qabarcıq görünür, tacın üzəri papaqcıqla örtülüdür. Tez-tez perikoronaritə səbəb olur, 7-ci diş sağlamdır. 6-cı dişin tacı tamamilə dağılmışdır. Müalicə taktikasını seçin:
A) Papaqcıq kəsilib götürülür və 6-cı diş çıxarılır

B) Antibakterial müalicə təyin olunur

C) Papaqcıq kəsilib götürülür

D) Ağıl diş çıxarılır

E) Ağız boşluğu antiseptiklərlə işlənilir və tac üzərindəki selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
463) Ağıl dişi vertikal vəziyyətdədir, lakin tacın arxa hissəsi çənə şaxəsindədir. 6-cı və 7-ci dişlər intakdır. Diş tacının üzəri papaqcıqla örtülüdür. Tez-tez iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin.
A) Papaqcıq kəsilib götürülür

B) Ağıl dişi çıxarılır

C) Antibakterial müalicə təyin olunur

D) Ağız boşluğu antiseptiklərlə işlənilir

E) Tac ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
464) Ağıl dişi distoanqulyar vəziyyətdədir. Diş tacının ön qabarcığı sümükdən çıxmışdır. Tacın qalan hissəsi çənə şaxəsinin ön kənarı ilə örtülüdür. Diş tacı papaqcıqla örtülüdür.Tez-tez ağrılara və iltihabi ağırlaşmalara səbəb olur. Müalicə taktikasını seçin:
A) Ağıl dişi çıxarılır

B) Papaqcıq kəsilib götürülür

C) Diş tacı ətrafı selikli qişaya 2%-li yod məhlulu çəkilir

D) Ağız boşluğu interferonla işlənilir

E) Antibakterial müalicə təyin olunur
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
465) Ağıl dişi horizontal vəziyyətdə sümüyün daxilindədir, tez-tez ağrılara səbəb olur. Müalicə taktikasını seçin.
A) Papaqcıq kəsilib götürülür

B) Antibakterial müalicə təyin olunur

C) Ağıl dişi çıxarılır

D) Ağrıkəsicilər təyin olunur

E) Selikli qişaya 2%-li yod məhlulu çəkilir
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-248
466) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Osteomielit

B) Alveolit

C) Periostit

D) Haymorit

E) Diş kökünün və tacın sınması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
467) Dişlərin çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara hansı aiddir?
A) Üçlü sinirin nevralgiyası

B) Gicgah - çənə oynağının ankilozu

C) Haymor cibinin dibinin perforasiyası

D) Parotit

E) Gicgah - çənə oynağının artriti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 133
468) Dişlərin kəlbətinlə çıxarılması zamanı dərhal baş verən ağırlaşmalara nə aiddir?
A) Çənə sınığı

B) Üçlü sinirin nevralgiyası

C) Dərialtı emfizema

D) Parotid

E) Gicgah-çənə oynağının artriti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
469) Aşağı III molyarı çıxararkən dərhal hansı ağırlaşma baş verə bilər?
A) Alveolit

B) Sinusit

C) Çənə sınığı

D) Osteomielit

E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
470) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Parodontit

B) Dişin udulması və ya tənəffüs yollarına düşməsi

C) Osteomielit

D) Periostit

E) Alveolit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
471) Dişlərin çıxarılması zamanı baş verən ağırlaşmalar hansıdır?
A) Alveolit

B) Osteomielit

C) Üçlü sinirin nevralgiyası

D) Dişin və ya diş kökünün yumşaq toxumalara yeridilməsi

E) Sinusit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
472) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Hipertonik kriz

B) Sinusit

C) Alveolit

D) Çənənin sınması

E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
473) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Periostit

B) Şok


C) Sinusit

D) Alveolit

E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
474) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Sinusit

B) Alveolit

C) Haymor cibinin perforasiyası

D) Bayılma

E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
475) Dişlərin çıxarılması zamanı baş verən ümumi ağırlaşma hansıdır?
A) Sinusit

B) Periostit

C) Osteomielit

D) Alveolit

E) Kollaps
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
476) Dişlər çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Osteomielit

B) Periostit

C) Parotit

D) Sinusit

E) Qonşu dişin çıxığı və çıxarılması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
477) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Alveolit

B) Periostit

C) Antoqonist dişin tacının zədələnməsi

D) Parotit

E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130
478) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Periostit

B) Osteomielit

C) Alveolit

D) Alveol çıxıntısının bir hissəsinin sınması

E) Sinusit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131
479) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Alveolit

B) Osteomielit

C) Sinusit

D) Kollaps

E) Əng qabarının sınması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 155
480) Diş çıxarılan zamanı baş verən yerli ağırlaşma hansıdır?
A) Sinusit

B) Alveolit

C) Diş ətinin və ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi

D) Periostit

E) Osteomielit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 131
481) Dişlərin çıxarılması zamanı baş verən yerli ağırlaşmalara hansı aiddir?
A) Çənənin çıxığı

B) Otit


C) Bayılma

D) Osteomielit

E) Perikoronorit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 132
482) Aşağı molyar dişlərin çıxarılması zamanı baş verən yerli və yaxın ağırlaşmalara nə aiddir?
A) Sinusit

B) Aşağı alveol və ya dil sinirinin zədələnməsi

C) Alveolit

D) Bayılma

E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 136
483) Dişlər çıxarıldıqdan sonra baş verən qanaxmaya yerli səbəb hansı sayılır?
A) Atrerial hipertenziya

B) Yumşaq toxumaların və sümük toxumasının zədələnməsi

C) Diş kökünün bir hissəsinin yuvada qalması

D) Qaraciyərin kəskin sirrozu

E) Hemofiliya xəstəliyi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
484) Dişlər çıxarıldıqdan 1 - 2 saat sonra baş verən qanaxmanın yerli səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Leykoz

B) Trombositopenik purpura

C) Anestetikin tərkibində olan adrenalin-hidroxlorid və ya epinefrin

D) Verlqof xəstəliyi

E) Atrerial hipertenziya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137
485) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) C və K avitaminozları

B) A avitaminozu

C) Enterokolit

D) Xroniki bronxit

E) Ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
486) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Ürəyin işemik xəstəliyi

B) Yumşaq toxumların zədələnməsi

C) Xroniki qastrit

D) Hemofiliya xəstəliyi

E) A vitamininin avitaminozu
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
487) Dişlər çıxarıldıqdan sonra qanaxmaya ümumi səbəb nə sayılır?
A) Sümük toxumasının zədələnməsi

B) Öd daşı xəstəliyi

C) Verlqof, Osler - Randyu sindromu

D) A vitamininin avitaminozu

E) Xroniki pankreatit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
488) Dişlər çıxarıldıqdan sonra qanaxmanın ümumi səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Antihistamin preparatların qəbulu

B) Antikaoqulyantların qəbulu

C) Antibiotiklərin qəbulu

D) Yuxu gətirici preparatların qəbulu

E) Trankvilizatorların qəbulu
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-138
489) Dişlər çıxarıldıqdan sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Əng qabarının sınması

B) Əng cibi dibinin açılması

C) Diş kökünün yumşaq toxumalara yeridilməsi

D) Alveolit, alveolonevrit

E) Çənənin sınması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141
490) Dişlərin çıxarılmasından sonra baş verən yerli ağırlaşmalara nə aiddir?
A) Diş yuvasının məhdud osteomieliti

B) Ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi

C) Çənənin sınması

D) Əng qabarının sınması

E) Çənənin çıxması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 143
491) Sağ əli ilə işləyən həkim aşağı sağ kiçik və böyük azı dişlərini çıxaran zaman harada dayanır?
A) Xəstənin arxasında

B) Xəstənin önündə solunda

C) Xəstənin solunda, arxasında

D) Xəstənin önündə sağında

E) Xəstənin sağında və bir qədər arxasında
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 118-119
492) Hər iki çənədə çox saylı diş çıxarılmasının icra edilmə ardıcılığını təyin edin:
A) Əvvəlcə yuxarı dişlər bir tərəfdə sonra aşağı dişlər eyni tərəfdə

B) Əvvəlcə yuxarı dişlər bir tərəfdə , aşağı dişlər əks tərəfdə

C) Əvvəlcə aşağı dişlər bir tərəfdə sonra yuxarı dişlər eyni tərəfdə

D) Əvvəlcə aşağı dişlər bir tərəfdə, yuxarı dişlər əks tərəfdə

E) Əvvəlcə aşağı dişlər hər iki tərəfdə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 110-114
493) Aşağı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin.
A) Həkimin başı aşağı dişlərin okklüziya səviyyəsində

B) Həkimin çiyin oynağı aşağı dişlərin okklüziya səviyyəsində

C) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində

D) Həkimin aşağı sallanmış qolunun bilək oynağı aşağı dişlərin okklüziya səviyyəsində

E) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı aşağı dişlərin okklüziya səviyyəsində
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113-114
494) Yuxarı dişləri çıxararkən yerləşmədə pasiyentlə həkimin qarşılıqlı vəziyyətini təyin edin:
A) Həkimin aşağı sallanmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

B) Həkimin başı yuxarı dişlərin okklüziya səviyyəsində

C) Həkimin yuxarı qaldıldırılmış qolunun bilək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

D) Həkimin çiyin oynağı yuxarı dişlərin okklüziya səviyyəsində

E) Həkimin yuxarı qaldıldırılmış qolunun dirsək oynağı yuxarı dişlərin okklüziya səviyyəsində
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 113
495) Retensiya olunmuş yuxarı ağıl dişini çıxaran zamanı baş verən ağırlaşmalara hansı aiddir?
A) Dişin haymor cibinə itələnməsi

B) Dişin göz yuvasına itələnməsi

C) Haymorit

D) Dişin qanad - damaq çuxuruna itələnməsi

E) Periostit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 135-136
496) Retensiya olunmuş aşağı ağıl dişi hansı vəziyyətdə olduqda onu çıxarmaq üçün kəsik hansı ağız xarici yolla aparılır?
A) Disto – anqulyar

B) Çənə kanarından aşağıda və çənə kənarında

C) Mezo – anqulyar

D) Bukko - linqval

E) Horizontal
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244
497) Diş çıxarıldıqdan sonra yuvadakı qranulasion toxuma, qranuloma, sümük və diş qırıntıları hansı alətlə təmizlənir?
A) Kiçik, iti cərrahi qaşıqla

B) Düz elevatorla

C) Hamarlayıcı ilə

D) Əyri elevatorla

E) İskənə ilə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129
498) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Dərialtı qranuloma

B) Üz sinirinin parezi

C) Diplopiya

D) Alveolit

E) Çənənin sınması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141
499) Normada diş çıxarıldıqdan sonra sıxıcı tampon altında yuva qan laxtası ilə dolur və qanaxma nə vaxta dayanır?
A) 26 - 30 dəqiqəyə

B) 16 - 18 dəqiqəyə

C) 12 - 15 dəqiqəyə

D) 20 - 25 dəqiqəyə

E) 5 - 10 dəqiqəyə
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 138-139
500) Diş çıxarıldıqdan sonra qanaxmanın yerli dayandırılması üsulu hansı hesab edilə bilməz?
A) Yuvaya adrenalin məhlulunda isladılmış piltə qoymaq

B) Yuvanı yodoform turunda ilə tamponada etmək və yara kənarlarına sıxıcı tikiş qoymaq

C) Yuvanı hemostatik, jelatin və ya kollagen süngər ilə tamponada etmək

D) Kökarası çəpəri krampon ya nizəvari kəlbətinlə sıxmaq

E) Yuvanı trombinli bioplastik və ya epsilon(Σ) – aminokapron turşusu ilə isladılmış turunda ilə tamponada etmək
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-141
501) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Çənənin sınığı

B) Üz sinirinin parezi

C) Çənəaltı tüpürcək vəzisinin sialoadeniti

D) Gicgah - çənə oynağının artriti

E) Diplopiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141-145
502) Nə zaman diş çıxarıldıqdan sonra yuva antiseptiklərlə yuyulur və bir qat yodoform piltə qoyulur?
A) Alveolun kənarı açıq qaldıqda

B) Yuva infeksiyalaşmış olduqda

C) Diş əti zədələndikdə

D) Qonşu dişlər infeksiyalaşmış olduqda

E) Alveolun kənarı sındıqda
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129
503) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Üz sinirinin parezi

B) Çənə sınığı

C) Çənənin follikulyar kistası

D) Trizm


E) Çənənin osteomieliti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130-146
504) Düzgün yerləşən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Papaqcığın lidokainlə aplikasiyası

B) Dişin devitalizasiyası

C) Papaqcığın götürülməsi

D) Dişin çıxarılması

E) Keçid büküşündə kəsik
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
505) Düzgün yerləşməyən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Dişin çəkilməsi

B) Papaqcığın lidokainlə aplikasiyası

C) Keçid büküşündə kəsik

D) Papaqcığın götürülməsi

E) Dişin devitalizasiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
506) Üçüncü aşağı molyarın distopiyası zamanı cərrahi kəsik necə aparılır?
A) Dil tərəfdən keçid büküşündən

B) Vestibulyar tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru

C) Vestibulyar tərəfdən keçid büküşündən

D) Dil tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru

E) Vestibulyar tərəfdən birinci molyarın ortasından aşağı keçid büküşünə doğru
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244
507) Aşağıdakı toxumalardan hansı parodontal toxumaya aid deyil?
A) Dentin

B) Diş əti

C) Sümük toxuması

D) Sement

E) Periodont
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
508) Periodontal cərrahiyyə nədir?
A) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

B) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir

C) Parodont xəstəliklərinin səbəbinin aradan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır

D) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərinin cərrahi müalicəsidir

E) Periodontitin cərrahi müalicəsidir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
509) Protezönü cərrahiyyə anlayışı nədir?
A) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir

B) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərin cərrahi müalicəsidir

C) Periodontitin cərrahi mülicəsidir

D) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

E) Parodont xəstəliklərinin səbəbinin ardan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
510) Protezönü cərrahiyyədə frenuloplastika əməliyyatının məqsədi nədir?
A) Dilin və dodağın hərəkətlərinin sərbəstləşməsi

B) Protezlə travmanın profilaktikası

C) Protezləmədən sonra nitqin korreksiyası

D) Tam çıxan protezin sabit fiksasiyası

E) Pasiyentin tam çıxan protezə qısa vaxtda öyrəşməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
511) Damaq torusunun əmələ gəlməsinin səbəbini göstərin:
A) Uşaqlıqda ortodontik müalicəsinin aparılması

B) Travmatik diş ekstraksiyası

C) Tam çıxan protezlə xroniki travma

D) Anadangəlmə qüsur

E) Odontogen əng sinusiti
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 377-381
512) Parodontal xəstəliklər zamanı cərrahi əməliyyatın aparılmasında əsas məqsəd nədir?
A) Dişlərin müalicəsinin yaxşılaşdırılması

B) Kariyesin profilaktikası

C) Diş protezləməsinin yaxşılaşdırılması

D) Estetikanın yaxşılaşdırılması

E) Parodontal cibin aradan qaldırılması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 376
513) Gingivoektomiyaya göstəriş hansıdır?
A) Diş boynunun kariyesi

B) Kəskin parodontit

C) Xroniki parodontit

D) Diş ətinin resessiyası

E) Diş ətinin hiperplaziyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 375
514) Parodontitin yüngül dərəcəsində parodontal cibin dərinliyini təyin edin.
A) 4 mm qədər

B) 5 mm artıq

C) 2 mm qədər

D) 1 mm qədər

E) 4 mm artıq
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin