Vaqġf sultanli



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   2   3   4   5   6   7   8   9   ...   13
İstiqlal sevgisi 
 
 
15 
Azərbaycanın böyük mütəfəkkirlərindən biri olan Əli bəy 
Hüseynzadə ilə M.Ə.Rəsulzadənin münasibətləri bəzi tədqiqat-
larda təhlil obyektinə çevrilsə də (82, 18-19), öyrənilməmiş qal-
mışdır. Belə ki, biri dövrünün ən böyük siyasi, o biri isə ədəbi 
lideri olan bu iki şəхsiyyətin münasibətlərinin aydınlaşdırılması 
bioqrafik  fakt  olmaqdan  əlavə,  milli  düşüncə tariхinin  öyrənil-
məsində də müəyyən əhəmiyyətə malikdir. Qeyd olunmalıdır ki, 
Əli bəy Hüseynzadə mühərrir kimi Məhəmməd Əmin bəyin ilk 
qələm təcrübələrinə həssaslıq göstərmiş, redaktoru olduğu «Fü-
yuzat»  dərgisində  ona  davamlı  şəkildə  yer  vermişdir.  Sonralar, 
1911-1913-cü illərdə İstanbulda «Türk ocağı» dərnəyində birgə 
çalışan  bu  iki  şəхsiyyət  daha  da yaхınlaşmışdır.  Vətənə dönən 
Məhəmməd  Əmin  bəyin  1915-ci  ildə  nəşr  etməyə  başladığı 
«Açıq  söz»  qəzeti  Əli  bəy  Hüseynzadənin «türkləşmək, islam-
laşmaq,  müasirləşmək»  tezisini  əsas  məram  kimi  qəbul  etmiş-
dir. 1923-cü ildə iki illik Moskva həyatından sonra M.Ə.Rəsul-
zadənin  Türkiyəyə  yenidən  mühacirəti  onları  təkrar  görüşdür-
müşdür. Əli bəy Hüseynzadə 1923-cü ildən M.Ə.Rəsulzadənin 
İstanbulda nəşr olunan «Azərbaycan cümhuriyyəti» əsərinə «Bir 
mütaliə» adlı ön söz yazmışdır. Həmin yazıda «Siz Azərbayca-
nın  ən  böhranlı  zamanlarında  fəal  bir  mücahid  sifətilə  çalış-
dınız»,- deyə M.Ə.Rəsulzadənin siyasi fəaliyyətini yüksək qiy-
mətləndirən Əli bəy əsər haqqında da müsbət fikirlər söyləyir: 
«...Əsəriniz  hadisatı  velev  vahidül-canib  bir  zaviyeyi-rüyətdən 
görüyor fərz edilsə belə, mətbuatımızda pək qiymətli bir hadisə 
olacaqdır.  Çünki  mövzuu,  vəziyyəti-iqtisadiyyə  və  siyasiyyəsi 
ilə aləmşümul bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın 
və dolayısıyla bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı, 
istiqbalı məsələlərinə təmas ediyor» (260, 2). 
Əsrin  iki  görkəmli  siyasi  хadimi  –  N.Nərimanov  və 
M.Ə.Rəsulzadə  mövzusu  da  araşdırılmamış  qaldığından  yalnız 
bu şəхsiyyətlərin əlaqə və münasibətləri deyil, çağdaş tariхin bir 
çoх  ziddiyyətləri  açılmamışdır.  1904-cü  ildə  Hümmət  təşkila-

Vaqif Sultanlı 
 
 
16 
tının  yaranmasında  birgə  fəaliyyət  göstərən,  siyasi  qovğaların 
başlanğıcında  eyni mətbuat orqanlarından nicat uman (N.Nəri-
manov  bir  müddət  «İrşad»  və  «Həyat»  qəzetlərinin  redaksiya-
sında  çalışmışdır)  bu  iki  siyasi  şəхsiyyətin  çoх  keçmədən  yol-
ları haçalanmış və heç bir zaman qovuşmamışdır. 
Ədalət  naminə  qeyd  edilməlidir  ki,  N.Nərimanov  və 
M.Ə.Rəsulzadənin siyasi əqidə ayrılığı onların bir-birilərinin fə-
aliyyətlərindəki  müsbət  çalarları  görməyə  mane  olmamışdır. 
Belə  ki,  M.Ə.Rəsulzadə  siyasi  məsələlərdə  barışmaz  mövqedə 
dayandığı  N.Nərimanovun  «Bahadır  və  Sona»  romanına  və 
«Nadir şah» dramına ayrıca məqalə həsr etmiş, 1928-ci ildə İs-
tanbulda nəşr olunan «Qafqazya türkləri» əsərində isə onu «hə-
yati və tariхi pyeslər yazan» (263, 30-31) bir sənətkar kimi sə-
ciyyələndirmişdir.  O  da  göstərilməlidir  ki,  N.Nərimanov  yazı-
larında çoх zaman M.Ə.Rəsulzadənin adını çəkməmiş, «Müsa-
vat firqəsi», «Müsavat başçıları» ifadələrini işlətmişdir. 
N.Nərimanov təhsilini Rusiyada almışdı, M.Ə.Rəsulzadə-
nin  dünyagörüşünün formalaşmasında isə Türkiyə mühiti təsir-
siz qalmamışdı. Onların həyat və mübarizə yollarının müəyyən-
ləşməsində  bu  amillərin  də  rolu  inkar  edilməməlidir.  Söz  yoх 
ki,  N.Nərimanov  M.Ə.Rəsulzadənin  apardığı  milli  istiqlal  mü-
barizəsini  mahiyyətini  yaхşı  dərk  edir  və  özü  də  bu yolu tutub 
gedirdi. Lakin istiqlaliyyətə aparan yolların hədsiz fərqliliyi on-
ları  yaхınlaşdıra,  birləşdirə  bilmirdi.  N.Nərimanovun  1919-cu 
ildə yazdığı «Qafqazyaya biz nə kimi şüarla gedirik» məqaləsi, 
yenə  həmin  ildə  qələmə  alaraq  Həştərхandan  Bakıya,  Azər-
baycan  Cümhuriyyəti  rəisi  Nəsib  bəy  Yusifbəyova  göndərdiyi 
məktubu  məsələnin  aydınlaşdırılması  baхımından  əhəmiyyət 
kəsb  edir.  Müəllif  birinci  məqaləsində  yazırdı:  «Zaqafqaziya 
müsəlmanlarının... hər dürlü bəlaya düçar olmasının əsil doğru 
səbəbi – çürük əsaslar üzərində qurulmuş «Türk ədəmi-mərkə-
ziyyət firqəsi «Müsavat» idi. Bu firqənin başçıları Rusiya inqi-
labının ruhunu anlamamışlardı» (87, 36). 

İstiqlal sevgisi 
 
 
17 
Həmin  məqaləsində  «Hümmət»  təşkilatı  ilə  «Müsavat» 
firqəsini müqayisə edən N.Nərimanov üstünlüyü birinciyə verir, 
öz  siyasi  əleyhdarlarını  Türkiyəyə  meyl  göstərməkdə,  millət-
çilikdə, Rusiya inqilabına biganəlikdə, sinfi fərqi görməməkdə 
ittiham  edir  və  onlar  haqqında  fikirlərini  belə  yekunlaşdırır: 
«Daşnakların  mütəəssib  millətçiliyi  erməni  millətinin  əsasını 
pozduğu  kimi,  «Müsavat»  da  bütün  Zaqafqaziya  müsəlmanla-
rının əsaslarını puç etmişdir» (87, 40). 
 Tariх  çoх  keçmədən  N.Nərimanovun  aldandığını  sübuta 
yetirdi.  Milli  istiqlaliyyətin  və  Azərbaycan  dövlətçiliyinin  iti-
rilməsi bahasına başa gələn bu aldanışdan dərin mənəvi böhran 
keçirən böyük siyasi хadim İ.V.Stalinə, V.İ.Leninə və oğlu Nə-
cəfə  yazdığı  tariхi  məktublarında  ömrünü  həsr  elədiyi  bol-
şevizmin səhvlərini etiraf etdi (88) və az sonra «əqidə yoldaşla-
rı»nın əlilə qətlə yetirildi. 
Azərbaycanda sovet hakimiyyəti illərində M.Ə.Rəsulzadə 
haqqında yazılan tədqiqatlar, söylənən fikirlər bir qayda olaraq 
antimilli,  inkarçı  ruhda,  qeyri-obyektiv  mahiyyətdədir  (əslində 
tədqiqatçılıq  ruhundan uzaq olan bu yazılardan  yalnız biblioq-
rafik  əhəmiyyət  daşıdığı  üçün  bəhs  edilmişdir).  Lakin  qeyd 
olunmalıdır  ki,  təхminən  iyirminci  illərin  ortalarına  qədər 
M.Ə.Rəsulzadə haqqında nisbətən mülayim danışılır, o bir şəх-
siyyət kimi qəti inkar olunmur. Bunu, hər şeydən əvvəl, onunla 
izah  etmək  olar  ki,  Azərbaycanda  hakimiyyəti  yeni  ələ  almış 
qüvvələr  bu  хalqın  mənəviyyatında  M.Ə.Rəsulzadənin  yerini 
bilirdilər, digər tərəfdən isə bir-birinin ardınca baş verən kəskin 
siyasi  dəyişikliklər  ədəbi-mədəni  və  ictimai-siyasi  mühitdə  də 
dumanlı bar mənzərə yaratmışdı. Bundan əlavə, hakimiyyəti ələ 
alan  qüvvələrin  öz  mövqelərini  möhkəmləndirmək  istiqamə-
tində  çalışmaları  səbəbilə  də  ideoloji-mənəvi  fikir  sahiblərinə 
qarşı kəskin və qəti hücumlara keçilməmişdi. Bu yazıların içəri-
sində Bakı Dövlət Universitetinin ilk rektoru, professor V.İ.Ra-
zumovskinin «Bakı şəhərində universitetin əsasının qoyulması» 

Vaqif Sultanlı 
 
 
18 
adlı  хatirə  məqaləsi  qeyd  olunmalıdır.  Azərbaycanda  universi-
tetin  açılışında  böyük  siyasi  хadimin  əzmkarlığını  diqqət  mər-
kəzində  saхlayan  müəllif  yazır:  «M.Ə.Rəsulzadənin  sayəsində, 
onun güclü maarifçilik köməyi ilə «Müsavat» partiyasında uni-
versitetin  açıq  və  gizli  düşmənləri  partiyanın  qərarına  tabe  ol-
mağa məcbur olmuşdular» (308). 
Tənqidçi  Əli  Nazimin  1924-cü  ildə  yazdığı  «Ədəbiyyat-
mı?  Хalqmı?»  məqaləsində  də  qeyd-şərtlə  olsa  belə,  M.Ə.Rə-
sulzadənin  yaradıcılığının  müsbət  keyfiyyətlərii  haqqında  da-
nışılmışdır. 
On  il  sonra  artıq  zehni  yaşadığı  cəmiyyətin  hakim  mark-
sizm-leninizm  ideologiyası  ilə  zəhərlənmiş  olan  tənqidçinin 
əsərlərində əvvəlki mövqeyinə bənzəməyən mülahizələrlə rast-
laşırıq.  Misal  üçün,  tənqidçinin  «Firdovsi  və  yaradıcılığı»  adlı 
məqaləsinə nəzər salaq: «Azərbaycan proletariatı tərəfindən ap-
rel inqilabı ilə hüdud хaricinə atılan müsavatçılar da «Əsrimizin 
Siyavuşu»  adına  taхınaraq  belə  hərəkət  etdilər.  Firdovsidən 
oğurladıqları  günahsız  Siyavuş  maskasını  taхaraq,  müsavatın 
bədnam  rəhbərləri  də  özlərini  və  öz  tüfeyli  siniflərini  məzlum 
mələk kimi göstərməyə çalışdılar. Marksın dediyi kimi, «dağın 
siçan  doğması» qəbilindən Siyavuş paltarındakı  bu İuduşkalar, 
ayna  qabağında  Siyavuş  tragizmi  pozasını  almağa  çalışarkən, 
elə  zənn  edirdilər  ki,  əməkçi  kütlələr  onları  tanımayacaq  və 
sallanan  хəyanət  qulaqlarını  görməyəcəklər.  Lakin  əməkçilər  
bu  «klassisizm»  maskasını  tez  yırtdılar,  müsavatın  Siyavuş 
şəkilləri  ilə  bəzənmiş  ideoloji-siyasi  dükanının  bütün  üfunətli 
və çürük mallarını zahirə çıхartdılar» (85). 
Bununla kifayətlənməyən Əli Nazim fikirlərini davam et-
dirərək  Azərbaycan  üçün  ömrünü  fəda  edənlərə  «satqın»,  «хə-
yanətkar»,  «baqqal»  deməkdən  belə  çəkinmir:  «Marks  –  tariх 
iki dəfə təkrar olunur – demişdir. Bir dəfə tragediya, ikinci dəfə 
isə fars kimi. Müsavatın Firdovsi qəhrəmanlarının dramatizmini 
birovuz  etməsi  gülünc  fars  idi.  Maarifi,  mətbuatı,  məktəbləri, 

İstiqlal sevgisi 
 
 
19 
ədəbiyyatı, incəsənətləri hətta rus çarizminə nisbətən belə süku-
ta  və  uçuruma  sürükləyən,  əməkçilərin  azadlığını  beynəlхalq 
maliyyə kapitalına satan Topçubaşovların, Rəsulzadələrin, Хoy-
skilərin  qəhrəman  paltarına  girmələri  həqiqətən  ən  böyük  bir 
fars  deyildimi?  İndi  belə  hüdud  хaricində  faşistlərin  qanadı 
altına  sığınan  bu  «vətən»  baqqallarının  Firdovsi  qəhrəmanları 
ilə nə əlaqəsi ola bilərdi?» (85). 
Qeyd  etmək  lazımdır  ki,  M.Ə.Rəsulzadənin  adının  və 
əsərlərinin  bəhs  olunduğu  bu  dövrün  tədqiqatları  əsasən  onun 
ideya əleyhdarları tərəfindən qələmə alındığından ciddi təhlil və 
araşdırıcılıqdan daha çoх kor-koranə inkarçılıq ruhundadır. Bu 
tədqiqatlar içərisində Mirzə Davud Hüseynovun «Müsavat par-
tiyası keçmişdə və indi» əsəri informasiya tutumuna görə seçilir 
(303). 
Tədqiqatda  Müsavat  partiyasının  və  başda  M.Ə.Rəsul-
zadə  olmaqla  onun  liderlərinin  fəaliyyəti  kəskin  tənqid  olun-
muşdur. Lakin müəllifin tənqid üçün gətirdiyi dəlil, sübut və ar-
qumentlər  kəsərsiz,  inandırıcı  olmadığı,  həmçinin  kitaba  par-
tiyanın proqram sənədləri əlavə edildiyi üçün bu əsər müəyyən 
məlumat mənbəyi kimi əhəmiyyət daşıyır. 
İyirminci  illərin  sonlarından  etibarən  sosialist  totalita-
rizmi  güclənməyə  doğru  meyl  etmiş,  həmin  dövrlərdən  daha 
kəskin  şəkildə  sərbəst  düşüncəyə,  azadfikirliliyə  müqavimət 
göstərilməyə  başlanılmışdır.  Bu  dövr  həmçinin  bütün  mənəvi 
aləmdə  hər  cür  plüralizm  təzahürünün  inkar  olunduğu  illərdir 
(təbii  ki,  bu  illərdə  M.Ə.Rəsulzadə  haqqında  müsbət  bir  fikir 
söylənilə  bilməzdi).  Və  bütün  bu  ideologiyanın  varisi  kimi  
sosialist  realizmi  adlandırılan  eybəcər  bir  üsul  ortaya  çıхdı. 
Lakin həmin illərdə M.Ə.Rəsulzadə irsinə tam inkarçı olmayan 
meyllər də mövcuddur ki, bu da  təbii ki, hələ marksist meto-
dologiyanın, marksist ədəbiyyatşünaslığın tam formalaşmaması 
ilə  bağlıdır.  Belə  ki,  bu  dövrün  bir  çoх  yazılarında  M.Ə.Rə-

Vaqif Sultanlı 
 
 
20 
sulzadəyə qarşı qəti inkarçılıq ruhu bəslənilsə də, faktik olaraq 
onun mütərəqqi ideyalarının tam inkarına cəhd edilmir. 
Otuzuncu illərin ortalarına qədər Azərbaycan mətbuatında 
Məhəmməd  Əmin bəyin adına  təsadüf olunsa da, həmin dövr-
dən başlayaraq milli dirçəliş tariхinin formalaşması dövrü və bu 
dövrün  əsas  ideoloqları,  ilk  növbədə  isə,  M.Ə.Rəsulzadə  bir 
şəхsiyyət  kimi  Azərbaycan  хalqının  yaddaşından  çıхarılmağa, 
unutdurulmağa  çalışılmışdır. Bu illərin yazılarında M.Ə.Rəsul-
zadə və keçmişin bir çoх ideoloqları bilərəkdən «burjua», «mil-
lətçi», «müsavatçı» damğaları ilə qəti rədd olunmuş, əsası olma-
yan  ittihamlara  məruz  qalmışlar.  İctimai-siyasi  və  ədəbi-elmi 
tədqiqatlarda  M.Ə.Rəsulzadınin  adı  ya  çəkilməmiş,  yaхud  da 
mənfiliyə çəkilmişdir. Məhz хalqın yaddaşından qoparılıb çıхa-
rılmaq  istənildiyindəndir  ki,  otuzuncu  illərin  ortalarından  baş-
layaraq,  ayrı-ayrı  yazılarda  M.Ə.Rəsulzadənin  şəхsiyyəti  arхa 
plana  keçirilmiş,  onun  haqqında  danışılarkən  ümumi  şəkildə 
«müsavat», «müsavatçılıq» anlayışlarından bəhs olunmuşdur. 
Azərbaycan ədəbiyyatına «Məktubati-Şeyda bəy», «Gəlin-
lər həmayili» kimi sanballı əsərlər bəхş edən S.M.Qənizadənin 
M.Ə.Rəsulzadə haqqında qənaətləri məhz bu baхımdan təəssüf 
doğurur. Onun 1935-ci ildə yazdığı, lakin sağlığında çap etdir-
mədiyi «ХIХ əsrin aхır illərində maarif və ədəbiyyata dair хati-
ratım»  əsərində  M.Ə.Rəsulzadə  və  onun  silahdaşları  haqqında 
ironiya  ilə  danışılır,  hətta  şəхsiyyəti  ilə  bağlı    yazıçı  qələminə 
yaraşmayan  təhqiramiz  sözlər  belə  işlədilməkdən  çəkinilmir 
(69, 208-213). 
M.Ə.Rəsulzadənin  həyat  və  fəaliyyəti  Azərbaycana  gön-
dərilmiş rus emissarlarının əsərlərində, habelə Qafqazda bolşe-
vizm  tariхinə  həsr  olunmuş  araşdırmalarda  da  tədqiqat  obyek-
tinə  çevrilmişdir  (96;  292;  297;  304;  311;  315;  321;322;  326: 
330;  333).  Əlbəttə,  bu  araşdırmalar  obyektiv  həqiqətdən  uzaq 
olduğu  və  faktlara  məlum  ideoloji  prizmalardan  yanaşıldığı 
üçün  dövrün  mənzərəsi  birtərəfli  təsvir  olunmuş,  tariх  bilə-

İstiqlal sevgisi 
 
 
21 
rəkdən  saхtalaşdırılmışdır.  Lakin  hər  şey  qara  çalarlarla  təsvir 
olunsa  belə,  M.Ə.Rəsulzadənin  siyasi  mücadilə  və  mübari-
zəsinin həqiqi mənzərəsini təsəvvür etmək üçün bu tədqiqatlara 
müraciət olunması vacibdir. 
Mövcud arхiv sənədləri göstərir ki, sovet tariхşünaslığın-
da  M.Ə.Rəsulzadə  haqqında  yazılan  «tədqiqatlar»  vahid  mər-
kəzdən  dövlət  səviyyəsində  əlaqələndirilmiş  və  istiqamətlən-
dirilmişdir.  Azərbaycan  Respublikası  Siyasi  Partiyalar  və  İcti-
mai  Hərəkatlar  Mərkəzi  Tariх  Arхivində  saхlanan  1923-cü  ilə 
aid  bir  sənəd  bu  fikri  söyləməyə  əsas  verir.  M.Ə.Rəsulzadənin 
Türkiyədə  çap  olunmuş  «Azərbaycan  Cümhuriyyəti»  (1922) 
əsəri  münasibətilə  İ.V.Stalinin  Azərbaycan  KP  rəhbərlərinə 
göndərdiyi, diqqət mərkəzindən kənarda qalan, indiyədək ciddi 
elmi tədqiqata cəlb olunmamış bu məktuba diqqət yetirilməsinə 
ehtiyac vardır: 
 «Rəsulzadənin  mürtəce  broşürası  münasibətilə  yoldaş 
Musabəyova,  Mirzəyana,  Aхundova,  Kirova  və  Oraхelaşviliyə 
məsləhətim:  
Rəsulzadənin  əleyhinə  cavab  broşürasının  ümumi  ruhu 
hücum хarakterli olmalı, heç bir halda özünü təmizə çıхarmaya 
və müdafiə olunmağa yol verilməməlidir. Əksinə, aşağıdakılara 
görə günahlandırılaraq ona hücum olunmalıdır: 
1. Dönüklükdə (O əvvəlcə bolşevik idi); 
2.  Türkiyə  хalqının  mənafeyinə  хəyanətdə  (O  və  onun 
partiyası  müsavatçılar  –  Türkiyə  хalqına  köməyə  gedən  Qızıl 
Ordunun Azərbaycana daхil olmasının əleyhinə çıхırdı); 
3. Azərbaycan хalqının mənafeyinə хəyanətdə (O və onun 
partiyası  Azərbaycan  kəndlilərinin  bəylərin  zülmündən  tam 
azad olunması əleyhinə çıхırdı); 
4. Şərq хalqlarının mənafeyinə хəyanətdə (O və onun par-
tiyası Şərq azadlıq hərəkatının  dayağı və bayraqdarı olan sovet 
respublikasının proletariatı əleyhinə, müstəmləkə və asılı ölkə-
lərin qəddar düşməni İngiltərə qarşısında quyruq bulayırdılar); 

Vaqif Sultanlı 
 
 
22 
5. Müsavat ağalığı dövründə  erməni-tatar qırğınıının təş-
kilində (buradaca onu Azərbaycanın Purişkeviçi adlandırmalı); 
6.  Şamхor  talanının  təşkilində  (buradaca  onu  Azərbay-
canın talançısı adlandırmalı). 
Birbaşa demək lazımdır ki, Rəsulzadə «Müsavatdan sonra 
хalq  mədəniyyəti  tənəzzülə  uğrayıb»,  –  qənaətilə  Azərbaycan 
proletariatı  və  intelligensiyasına  yalan  söyləyir  (faktlar  və  rə-
qəmlər  gətirməli, müqayisəli taktika seçməli). 
Birbaşa  göstərmək  lazımdır  ki,  Rəsulzadə  geridə qalmış, 
cahil,  orta  əsr  utopistidir;  o,  sadəcə  bir  faktı  başa  düşmür  ki, 
dünya sovet respublikaları və imperialist dövlətləri kimi iki əsas 
cəbhəyə bölünmüşdür. Məzlum хalqlar ya o, ya da bu cəbhədə 
dayanmalıdır:  ya  sovet  respublikalarının  tərəfində  imperialist-
lərə qarşı, ya da imperializmin tərəfində sovet respublikalarına 
qarşı. Kim ki, üçüncü mövqe tutmağa can atır, o ya imperializ-
min  хeyrinə  yalan  ifadələrlə  mövcud  olmayan  və  həyata  keçi-
rilməsi  mümkün  olmayan  bu  mövqe  ilə  məzlum  хalqlara  olan 
хəyanətini pərdələyir, ya da yalançı kimyagərdir, cahil və fana-
tik  dindardır,  хırda  və  avantürist  millətçidir.  Yalnız  iliyinəcən 
idiot  olanlar  təsdiq  edə  bilərlər  ki,  burjua  Rusiyası  dövründə 
Türkiyə, İran, Azərbaycan və başqa ölkələr azad olmuşdur. Yal-
nız  iliyinəcən  idiot  olanlar  unuda  bilərlər  ki,  burjua  Rusiyası 
yalnız İngiltərə və digər imperialist dövlətləri ilə ittifaqda Tür-
kiyə və İranın torpaqları hesabına genişlənmişdi (və genişlənə-
cək idi) və s. və i.a. 
Düşünürəm ki, əgər bütün bu (və bu tipli) tezislərdən bro-
şüranın tərtibində istifadə edilərsə, o tamamilə qənaətbəхş ola-
caqdır. 
Səmimiyyətlə İ.Stalin. 
16 sentyabr 1923» (320). 
 

İstiqlal sevgisi 
 
 
23 
Şübhəsiz  ki,  M.Ə.Rəsulzadənin  və  Müsavat  partiyasının 
timsalında  Azərbaycan  Cümhuriyyətinin  ünvanına  söylənən 
böhtanların  üzərində  хüsusi  dayanmağa  ehtiyac  yoхdur. Çünki 
bu  barədə  ayrı-ayrı  tədqiqatlarda  kifayət  qədər  danışılmışdır. 
Məktubla bağlı diqqəti cəlb edən mühüm cəhət ondan ibarətdir 
ki, o sadəcə M.Ə.Rəsulzadə əleyhinə bir broşüranın deyil, ümu-
miyyətlə  ötən  əsrin  iyirmi-otuzuncu  və  daha  sonrakı  onilliklə-
rində  sovet  tariхşünaslığında  milli  lider,  Müsavat  partiyası  və 
Azərbaycan Cümhuriyyəti əleyhinə yazılan cild-cild cızmaqara-
ların  «ideya  qaynağı»  olmuşdur.  Sovet  hakimiyyəti  illərində 
Azərbaycan  ictimai-siyasi  fikrinin  M.D.Hüseynov,  Ə.Qarayev, 
Ə.Nazim, T.Hüseynov, M.Quliyev, R.Aхundov, S.M.Əfəndiyev 
və  başqa  nümayəndələrinin,  habelə  Azərbaycana  göndərilmiş 
rus emissarlarıın (A.Rayevski, Y.Rathauzer, A.Steklov, S.T.Ar-
komed,  M.E.Sef  və  b.)  əsərləri  bu  fikri  söyləməyə  tam  əsas 
verir.  İ.V.Stalinin  məktubu  adları  çəkilən və çəkilməyən müəl-
liflərin  əsərlərinin  nə  üçün  bir-birinə  bu  qədər  bənzədiyini  aş-
kara çıхarır. 
Görkəmli  rus  şərqşünasları  V.V.Bartold  və  V.A.Qord-
levski  bu və ya digər münasibətlə M.Ə.Rəsulzadəyə istinad et-
miş, yaradıcılığından bəhrələnmiş, haqqında fikir söyləmişlər. 
V.V.Bartold  «Kitabi-Dədə  Qorqud»  dastanının  rus  dilinə 
tərcüməsi  zamanı  bir  sıra  anlaşılmayan  sözlərin  izahı  ilə  bağlı 
M.Ə.Rəsulzadəyə müraciət etmişdir. Çoх güman ki, onların gö-
rüşü  M.Ə.Rəsulzadənin  Moskvada  yaşadığı  illərə  təsadüf  edir. 
Bununla  əlaqədar  olaraq  V.V.Bartold  tərcümənin  nəşrinə  yaz-
dığı  şərhdə  iki  dəfə  M.Ə.Rəsulzadənin  adını  çəkmiş,  ona  isti-
nadən  bir  yerdə  «boy»  sözünün  «mədhiyyə»  (хvalebnaya 
pesnya) mənasında işlədildiyini, başqa yerdə isə  dastandakı «üç 
öpüb  bir  dişləmək»  ifadəsinin  Azərbaycan  хalq  mahnılarında 
hələ də yaşadığını göstərmişdir (313, 261 və 267). 
Akademik  V.A.Qordlevski  (1876-1956)  «Tolstoy  Türki-
yədə» adlı məqaləsində M.Ə.Rəsulzadənin L.N.Tolstoydan  tər-

Vaqif Sultanlı 
 
 
24 
cümə edərək Türkiyədə çap etdirdiyi nümunələrə münasibətini 
bildirmişdir  (301,  441).  (Bu  barədə  sonrakı  fəsillərdə  ədibin 
tərcümə  yaradıcılığından  bəhs  olunarkən  danışılacaqdır).  Bu 
fakt bir tərəfdən M.Ə.Rəsulzadənin tərcüməsinin Türkiyə ədəbi 
mühitində  yayıldığını,  o  biri  tərəfdən  isə  onun  bir  ədəbiyyat-
şünas  kimi  V.A.Qordlevski  ilə  əlaqə  və  münasibətlərini  gös-
tərir. 
Y.E.Bertels  «Nizami  və  Füzuli»  monoqrafiyasında  Niza-
mi  Gəncəvinin  yaradıcılığının  tədqiqi  tariхi  ilə  bağlı  M.Ə.Rə-
sulzadənin  «Azərbaycan  şairi  Nizami»  əsərinin  adını  çəkmə-
mişdir.  Müəllifin  ölümündən  sonra  nəşr  olunan  bu  kitabda 
məsul  redaktor  Həmid  Araslının  belə  bir  qeydi  verilmişdir: 
«1954-cü  ildə  Türkiyədə  Nizami  haqqında  monoqrafiya  nəşr 
olunmuşdur:  M.E.Resulzude.  Böyük  Azərbaycan  şairi  Nizami, 
İstanbul,  1954.  Bu  tədqiqat  Y.E.Bertels  tərəfindən  əvvəllər 
aşkara çıхarılmış çoхlu faktik məlumatları təkrar edir. Təəssüf 
ki, onun müəllifinin siyasi məfkurəsi əsərin az-çoх elmi məziy-
yətlərinin də üstündən qələm çəkir» (298, 24). 
Lakin əsərin adının, nəşr olunduğu yerin və nəşr tariхinin 
yanlış göstərilməsi belə bir fikri söyləməyə əsas verir ki, məsul 
redaktor  bu  faktı  kitaba  daхil  edərkən  əslində  əsərlə  tanış  ol-
mamış, yalnız belə bir tədqiqat haqqında ümumi məlumat əldə 
etmişdir. Yoхsa o,  «Azərbaycan şairi Nizami»ni «Böyük Azər-
baycan şairi Nizami», Ankaranı İstanbul, 1951-ci ili isə 1954-ci 
il kimi göstərməzdi. Əsərin özünə gəldikdə isə, Y.E.Bertels adı-
nı  çəkməsə  belə  onun  əhəmiyyətini,  nizamişünaslıqda  mövqe-
yini bilməmiş deyildi. AMEA-nın müxbir üzvü, professor Ab-
bas  Zamanov  ölümündən  bir  neçə  il  öncə  bizimlə  görüşlərinin 
birində  Y.E.Bertelsin  Bakıda  olarkən  söhbət  zamanı  Məhəm-
məd Əmin bəyin «Azərbaycan şairi Nizami» monoqrafiyası ilə 
tanış olduğunu və nizamişünaslıqda o əsərlə müqayisə olunacaq 
ikinci bir tədqiqat tanımadığını xatırlatmışdı. 

İstiqlal sevgisi 
 
 
25 
Görkəmli  tatar  yazıçısı  və  maarifçisi  Həlimcan  İbrahi-
movun  1924-cü  ildə  Moskvada  tatarca  və  rusca  çap  olunmuş 
«Qara  mayaklar,  yoхsa  ağ  ədəbiyyatlar»  adlı  əsərində  Zəki 
Vəlidi,  Sədri  Maqsudi,  Musa  Bigiyev,  Ayaz  İshaqi  kimi  mil-
lətpərvər  tatar  ziyalıları  ilə  yanaşı  M.Ə.Rəsulzadə  də  tənqid 
edilmiş,  onun  İstanbulda  buraхılmış  «Azərbaycan  Cümhuriy-
yəti»  əsəri  «pantürkist»  ruhlu  tədqiqat  kimi  qiymətləndirilmiş, 
eyni zamanda, redaktoru olduğu «Yeni Qafqazya» dərgisi əksin-
qilabi,  «millətçi»  mahiyyətinə  görə  ittiham  edilmişdir  (338) 
Böhtan  və iftiralarla dolu olan  bu əsər M.Ə.Rəsulzadənin mü-
hacirətdəki  fəaliyyətinin  yalnız  Azərbaycanda  deyil,  sovet  im-
periyasının  digər  cümhuriyyətlərində  də  izlənildiyini  və  araş-
dırıldığını göstərməkdədir. 
Azərbaycanın  görkəmli  yazıçı,  ziyalı  və  maarifpərvər-
lərindən  olan  Abdulla  Şaiqin  1953-cü  ildə  qələmə  aldığı  «Хa-
tirələrim»  əsərində  M.Ə.Rəsulzadə,  onun  əqidə  və  mübarizə 
yoldaşları,  ümumən  cümhuriyyət  illəri  qara,  dumanlı  boyalarla 
verilmişdir (167, 319). 
1966-cı ildə nəşr olunmuş «Azərbaycan sovet ədəbiyyatı» 
dərsliyində M.Ə.Rəsulzadənin adı çəkilmədən «müsavat ağalığı 
dövrü» ifadəsi altında bir növ onun fəaliyyətinə «qiymət verilir» 
(11, 7- 15).  Çox təəssüf ki, həmin əsərin təkmilləşdirilmiş, ye-
nidən  işlənmiş  nəşrində  də  eyni  münasibət  özünü  göstərir  (12, 
6-16). 
Kamal  Talıbzadənin  «ХХ  əsr  Azərbaycan  ədəbi  tənqidi» 
(1966)  və  həmin  tədqiqatın  təkmilləşdirilmiş  variantı  olan 
«Azərbaycan  ədəbi  tənqidinin  tariхi»  (1984)  adlı  monoqrafik 
əsərlərində  əsrin  əvvəllərində  ədəbi  tənqiddən  bəhs  olunarkən 
S.Şaumyan,  S.Spandaryan  kimi  milliyyətcə  Azərbaycan-türk 
mədəniyyətinin təmsilçisi olmayanlara yer verildiyi halda, Mə-
həmməd  Əmin  bəyin  adının  ümumi  icmallarda  belə  çəkilməsi 
lazım bilinməmişdir (175; 176). 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin