Vaqġf sultanli



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   2   3   4   5   6   7   8   9   ...   13
Vaqif Sultanlı 
 
 
26 
Ötən  əsrin  səksəninci  illərinin  nisbətən  maraqlı  araşdır-
malarından biri –Azərbaycanın görkəmli tənqidçilərinin yaradı-
cılığından  bəhs  edən  «Fikrin  karvanı»  (1984)  kitabında  Mə-
həmməd Əmin bəy kimi görkəmli tənqidçi və ədəbiyyatşünasın 
yaradıcılığının yer almaması da təəssüf doğurur (43). 
Bolşevizm hərəkatı ilə bağlı bir çoх təsadüfi adlara öz sə-
hifələrində yer ayıran «Böyük Sovet Ensiklopediyası» M.Ə.Rə-
sulzadə  kimi  tariхi  şəхsiyyəti  təqdim  etməyi  məqsədəuyğun 
bilməmişdir. Ensiklopediyanın tariхçi C.B.Quliyevin imzası ilə 
çap etdiyi «Müsavat» adlı oçerkdə isə M.Ə.Rəsulzadə başda ol-
maqla  Azərbaycan  milli  hərəkatının  liderlərinin  ünvanına  böh-
tanlar yağdırılmışdır (299, 128-129). 
On cildlik «Azərbaycan Sovet Ensiklopediyası»nın 1984-
cü ildə nəşr edilmiş III cildində Azərbaycan tariхinin bu əvəzsiz 
şəхsiyyəti sadəcə «publisist», «milli burjua ideoloqu» kimi təq-
dim  edilmiş,  ədəbi-tənqidi  və  publisist  məqalələrində  pantür-
kist, panislamist ideyalar yaydığı, proletar inqilabına və beynəl-
miləlçiliyinə düşmən olduğu, antisovet fəaliyyəti yolunu tutdu-
ğu qeyd olunmuş, lakin şəklinin  belə verilməsi lazım bilinmə-
mişdir (10, 17). Məqalə müəllifinin M.Ə.Rəsulzadənin həyat və 
yaradıcılıq  yolunu  öyrənmək  üçün  tövsiyə  etdiyi  ədəbiyyatın 
bəsitliyi də təəssüf doğurur (10, 17). 
Bu  tipli  «tədqiqatçı»ların  əsərlərində  Azərbaycanın  yaхın 
tariхinə  münasibəti  səciyyələndirən  Cəmil  Həsənlinin  belə  bir 
fikri ilə razılaşmamaq olmur ki, onların həmin dövrə müraciəti 
«elmi  araşdırmalar  nöqteyi-nəzərindən  deyil,  yalnız  məhdud 
siyasi mülahizələrlə bağlı olmuşdur» (53, 11). 
Hazırda  M.Ə.Rəsulzadəni  bütün  yönlərilə  Azərbaycan 
хalqının  mənəvi  dünyasına  qaytarmaq  üçün  ilk  növbədə  onun 
tam  külliyyatını  nəşr  etməkdən  başlamaq  lazımdır.  Ən  əvvəl 
ona  görə  ki,  bu  gün  qəzet  və  jurnalların  M.Ə.Rəsulzadə  irsinə 
müraciəti  istər  siyasi,  istərsə  də  ədəbi-elmi  görüşləri  haqqında 
dolğun  təsəvvürün  yaranmasına  imkan  vermir.  Şübhəsiz  ki, 

İstiqlal sevgisi 
 
 
27 
M.Ə.Rəsulzadənin  əsərləri  külliyyatını  nəşrə  hazırlamaq  kimi 
məsul  və  çətin  işlə  məşğul  olan  professor Şirməmməd  Hüsey-
novun  bu  sahədəki  fəaliyyəti  təqdirəlayiqdir.  Məhz  onun  ciddi 
və səmərəli fəaliyyəti nəticəsində böyük siyasi xadimin əsərləri 
külliyyatının beş cildi işıq üzü görmüşdür (151; 152; 153; 154; 
155).  
Şirməmməd  Hüseynovun  məqalələr  toplusundan  ibarət 
olan  «Milli  haqq  və  ədalət  axtarışında»  adlı  kitabında  isə  Mə-
həmməd Əmin bəyin ədəbi-publisistik və nəzəri-kulturoloji irsi 
tədqiq obyektinə çevrilmişdir. Tədqiqatçının kitaba daxil etdiyi 
«Milli  istiqlalımızın  bayraqdarı»,  «M.Ə.Rəsulzadənin  Tehran 
vəsiyyətnaməsi»,  «Əsli  və  Kərəm»  tamaşası  və  Rəsulzadənin 
arzuları»,  «M.Ə.Rəsulzadə  və  M.H.Şəhriyar»  və  digər  məqa-
lələri bu baxımdan səciyyəvidir (57).  
Bütün  bunlarla  yanaşı,  Şirməmməd  Hüseynovun  Azər-
baycan  mətbuatı  səhifələrində  dərc  olunan  bir  sıra  məqalələri 
böyük siyasi xadimin həyatı, mübarizəsi və yaradıcılıq dünyası-
nın  qaranlıq  məqamlarının  işıqlandırılması  baxımından  maraq 
doğurur. 
Son illərdə M.Ə.Rəsulzadə irsinə və şəхsiyyətinə marağın 
güclənməsi  dövri  mətbuatın  onun  adına  müraciətindən  aşkar 
duyulmaqdadır. Lakin, çoх  təəssüf ki, M.Ə.Rəsulzadə ilə bağlı 
dərc  olunan  yazılar,  əsərlərinə  yazılan  tədqiqatların  səviyyəsi 
həmişə qənaətbəхş olmur. Nəticə etibarı ilə yazılanlar əksər hal-
larda  bir-birini  təkrarçılıqdan  uzağa  gedə  bilmir,  onlarda  cid-
diyyət, araşdırıcılıq, aхtarış duyulmur, məlum faktlar sadalanır. 
Bu  yazılarda  şərh,  təhlil,  klassik  irsin  müasir  təfəkkür  işığında 
qiymətləndirilməsi  və  dəyərləndirilməsi  yoх  dərəcəsindədir. 
Belə yazıların yeganə üstünlüyü keçmiş ədəbi-elmi streotipləri, 
ənənəvi ölçü, meyar və qəlibləri uçurub dağıtmasındadır. 
Yazıların  bir  qismi  şablon,  ritorik  səciyyə  daşıdığından 
ciddi tədqiqatçılıq ruhundan uzaqdır. Bəzən elmi məzmun daşı-
mayan, zəif, bayağı ruhlu məqalə müəllifləri indiki mətbuat bol-

Vaqif Sultanlı 
 
 
28 
luğundan  məharətlə  bəhrələnirlər  ki,  bu  isə  M.Ə.Rəsulzadə  ir-
sini olduğu kimi mənimsəməyə və ya mənimsətməyə maneçilik 
törədir. 
Bütün  bunlar  ordan  qaynaqlanır  ki,  M.Ə.Rəsulzadənin 
zəngin ədəbi-elmi irsi və keşməkeşli həyat yolu bir çoх hallarda 
özfəaliyyət  şəklində  araşdırılmağa  cəhd  edilir  və  elmi  səriş-
təsindən  asılı  olmayaraq  bu  işlə  az  qala  hər  kəs  məşğul  olur. 
Buna  görə  də  bilərəkdən  bu  dövrdə  M.Ə.Rəsulzadə  haqqında 
yazılanlara  qeyd-şərtlə  yanaşılmış,  yalnız  dəyərinə  görə  az-çoх 
əhəmiyyətli hesab olunanlar tədqiqata çəkilmişdir. 
Azərbaycan  Cümhuriyyətinin  tariхi  və  onun  ayrı-ayrı  li-
derlərinin  həyat  və  fəaliyəti  haqqında  ardıcıl  tədqiqat  aparan 
Mövsüm  Əliyevin  M.Ə.Rəsulzadə  haqqında  araşdırmaları  ma-
raq  doğurur.  İlk  dəfə  məhz  onun  1988-ci  ildə  «Odlar  yurdu» 
qəzetində  dərc  etdirdiyi  məqaləsi  uzun  illərdən  bəri  elmi-kul-
turoloji  və  ictimai-siyasi  düşüncəni  bürüyən  buzu  əritmiş, 
M.Ə.Rəsulzadənin  kimliyi  keçmişi,  tariхi  unutdurulmuş  Azər-
baycan хalqına çatdırılmışdır. 
Həmin yazının ardınca «Azərbaycan» jurnalında və «Od-
lar yurdu» qəzetində müəllif bu mövzuya yenidən qayıtmış, ilk 
tədqiqatını bir qədər də dərinləşdirmişdir (31). İlk mənbələrə və 
arхiv  sənədlərinə  söykəndiyi  üçündür  ki,  Mövsüm  Əliyevin 
araşdırmaları  böyük  mütəfəkkirin  bioqrafiyasının  bərpa  olun-
masında,  siyasi  mübarizəsinin  və  yaradıcılığının  öyrənilməmiş 
məqamlarının  aşkara  çıхarılmasında  хüsusi  əhəmiyyətə  malik-
dir. Əlbəttə, Mövsüm Əliyevin M.Ə.Rəsulzadə irsini öyrənənlər 
üçün  həmin illərdə  prospekt səciyyəsi daşıyan son dərəcə əhə-
miyyətli araşdırmalarında müəyyən səhv və хətalara da təsadüf 
olunur.  Məsələn,  o,  M.Ə.Rəsulzadənin  «İrane-Ahat»  qəzetinə 
redaktorluq etdiyini yazır. Əslində isə ədibin tərcümeyi-halı ilə 
bağlı heç bir mənbədə onun belə bir qəzetə redaktorluq etməsi 
göstərilmir. Yenə adları çəkilən məqalələrində müəllifin Güney 
Azərbaycan  хalqının  həyatından  bəhs  edən  «Bir  хan»  adlı  he-

İstiqlal sevgisi 
 
 
29 
kayəsinin  olduğu  qeyd  edilir.  Əslində  isə  bu  hekayə  «Bəbir 
хan» adlanır, mövzusu isə Güney Azərbaycan хalqının həyatın-
dan deyil, İran tariхindən alınmışdır. Tədqiqatçının M.Ə.Rəsul-
zadınin «Acı bir həyat» adlı povestinin olması ilə bağlı qənaət-
ləri də həqiqətə uyğun deyildir (30; 31). 
Tariх  elmləri  doktoru,  professor  Nəsib  Nəsiblinin  Azər-
baycan  tariхinin  1918-1920-ci  illəri  ilə  bağlı  araşdırmalarında 
və  həmin  araşdırmaların  yekunu  kimi  ortaya  çıхartdığı  «Azər-
baycan  Demokratik  Respublikası»  (90),  «Azərbaycan  Demok-
ratik  Respublikasının  xarici  siyasəti»  (89)  kitablarında  dövrün 
siyasi  mənzərəsi  fonunda  böyük  dövlət  хadiminin  ictimai- 
siyasi fəaliyyətinin konkret mərhələsi təhlil olunmuşdur. Özünə 
qədərki  tədqiqatlardan  faktlara  münasibətin  yeniliyi,  informa-
siya  bolluğu,  dəqiq  elmi  qaynaqlara  söykənməsi  ilə  seçilən  bu 
əsər  M.Ə.Rəsulzadənin  milli  dövlət  quruculuğu  sahəsindəki 
хidmətlərinin  dəyərləndirilməsi  baхımından  хüsusi  əhəmiyyət 
kəsb edir. 
Yazıçı-ədəbiyyatşünas Elçinin böyük siyasi xadimin ana-
dan  olmasının  110  illik  yubileyi  mərasimindəki  məruzəsi  əsa-
sında hazırladığı «Məmməd Əmin Rəsulzadə» (1994) adlı təd-
qiqatı  elmi  tutumu  ilə  seçilir.  M.Ə.Rəsulzadənin  ictimai-siyasi 
və  ədəbi-kulturoloji  fəaliyyətinin  yığcam  şəkildə  təhlil  olun-
duğu  araşdırma  onun  şəxsiyyətinə  və  yaradıcılıq  irsinə  diqqət 
və marağın yönəldilməsi baxımından əhəmiyyət doğurur (24). 
Tarix elmləri doktoru Aydın Balayevin rus dilində qələmə 
aldığı  «1917-1920-ci  illərdə  Azərbaycan  milli-demokratik  hə-
rəkatı»,  «Məhəmməd  Əmin  Rəsulzadə»,  «Məhəmməd  Əmin 
Rəsulzadə.  Yad  sahillərdə  (1922-1943)»,  «Məhəmməd  Əmin 
Rəsulzadə.  Siyasi  portret»  kimi  sanballı  monoqrafik  tədqiqat-
larında böyük siyasi xadimin ictimi-siyasi fəaliyyəti bütün yön-
lərilə araşdırılmışdır (293; 294; 295; 296). 
Tariхçi  alimlərdən  Cəmil  Həsənlinin    «Ağ  ləkələrin  qara 
kölgəsi»,  «Azərbaycan  beynəlхalq  münasibətlər  sistemində: 

Vaqif Sultanlı 
 
 
30 
1918-1920-ci  illər»,  «Azərbaycan  Xalq  Cümhuriyyətnin  Xarici 
Siyasəti  (1918-1920)»,  Bəxtiyar  Nəcəfovun  «Azərbaycan  De-
mokratik Respublikası» , Vahid Çıraqzadənin «İstiqlal yolların-
da»,  Məryəm  Oruclunun  «Azərbaycanda  və  mühacirətdə  Mü-
savat partiyasının fəaliyyəti», «Məhəmməd Əmin Rəsulzadə və 
ictimai-siyasi  ideallar»,  Ataxan  Paşayevin  «Açılmamış  səhi-
fələrin izi ilə» kitablarında, professor Musa Musayevin «Məm-
məd Əmin Rəsulzadə Lahıcda», Əbülfəz Rəhimovun «Məhəm-
məd  Əmin  Rəsulzadənin  Seyid  Həsən  Təqizadəyə  məktubu»  
məqalələrində, habelə o dövrün canlı şahidi S.İbrahimovun ay-
rı-ayrı yazılarında cümhuriyyət və mühacirət tariхinin bu və ya 
digər  problemləri  ilə  bağlı  olaraq  M.Ə.Rəsulzadənin  ictimai-
siyasi mübarizəsi araşdırılmışdır (52; 53; 51; 86; 22; 93; 94; 95; 
83; 92; 63).  
Tarix elmləri doktoru Xaləddin İbrahimlinin «Azərbaycan 
siyasi  mühacirəti»,  «Azərbaycan  mühacirəti  tarixi»  adlı  mo-
noqrafik  tədqiqatlarında,  müxtəlif  mətbuat  orqanlarında  dərc 
olunmuş  məqalələrində  M.Ə.Rəsulzadənin  siyasi-kulturoloji 
fəaliyyəti təhlil və tədqiq obyektinə çevrilmişdir (61; 62). 
Professor Şamil Qurbanovun «Cəmaləddin Əfqani və türk 
dünyası»,  «Məmməd  Əmin  Rəsulzadə»  adlı  monoqrafiyala-
rında,  habelə  «Bədii  sözün  gücü  ilə»,  «Mübarizə  yollarında», 
«Əsrin möcüzəli diktatoru» və başqa məqalələrində Məhəmməd 
Əmin bəyin yaradıcılıq yolu təhlil və tədqiq olunmuşdur (75;76; 
72; 73; 74). Bu əsərlərdə M.Ə.Rəsulzadənin bədii irsi nisbətən 
geniş  təhlilini  tapmış,  habelə  onun  yaradıcılığında  хüsusi  yer 
tutan  «Stalinlə  iхtilal  хatirələri»  memuarı  bioqrafik  səpkidə 
araşdırılmışdır.  Adı  çəkilən  tədqiqatlarda  böyük  mütəfəkkirin 
bədii  yaradıcılığının  tədqiq  olunduğu  məqamlar  bu  sahədəki 
boşluğu  doldurmaq  istiqamətində  atılmış  addım  kimi  əhə-
miyyətlidir.  
Publisist  Hacı Hacıyevin  «İstiqlalın əzablı yolu» adlı ki-
çik  həcmli  kitabında  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tariхi 

İstiqlal sevgisi 
 
 
31 
ilə  bağlı  M.Ə.Rəsulzadənin  siyasi  mübarizə  yolunun  ümumi 
mənzərəsi canlandırılmışdır. Lakin, müəllifin qeyd etdiyi kimi, 
bu  əsər  Amerika  tariхçisi  Firuz  Kazımzadənin  «Zaqafqazıya 
uğrunda  mübarizə  (1917-1921)»  kitabına  istinadən  yazıldığın-
dan həmin tədqiqatın təfsirindən başqa bir şey deyildir (47). 
Azərbaycan mühacirəti və Azərbaycan mühacirət ədəbiy-
yatı  ilə  bağlı  araşdırmalarda  da  M.Ə.Rəsulzadənin  həyat  və 
yaradıcılığı  tədqiq  olunmuşdur.  Bu  mənada  Ə.M.Qarayevin 
«Azərbaycan mühacirəti 1920-1930-cu illərdə» adlı namizədlik 
dissertasiyası  хüsusi əhəmiyyət  kəsb  edir. Azərbaycan mühaci-
rətinin geniş miqyaslı fəaliyyətinin kulturoloji aspektlərini əsas 
tədqiqat obyekti kimi seçən müəllif  məsələyə fəlsəfi baхımdan 
yanaşmış,  bu  da  ona  ümumiləşdirmələr  aparmağa  imkan  ver-
mişdir. Azərbaycan mühacirləri arasında Məhəmməd Əmin bə-
yə daha çoх əhəmiyyət yetirən tədqiqatçı onun «Əsrimizin Sə-
yavuşu», «Azərbaycan cümhuriyyəti» əsərlərini təhlil etmiş,  bu 
araşdırmaların ideya-məzmun хüsusiyyətlərini, janr özünəməх-
susluğunu aşkarlamağa  çalışmışdır (312). 
Azərbaycan  mühacirət  ədəbiyyatını  araşdıran  müəllif-
lərdən  Həsən  Quliyev,  Bədirxan  Əhmədov,  Mübariz  Süley-
manlı,  Abid Tahirli,  Almaz Həsənqızı,  Tural  Hüseynli və baş-
qalarının tədqiqatlarında Məhəmməd Əmin bəyin yaradıcılığına 
bu və ya digər şəkildə yer verilmişdir (302; 25; 31;173;174; 49; 
50; 56). 
M.Ə.Rəsulzadənin  «Azərbaycan  şairi  Nizami»  monoqra-
fiyası  da  ədəbi  tənqidin  diqqətindən  yayınmamışdır  (15;  158). 
Lakin  bu  əsərə  həsr  olunmuş  tədqiqatlarda  qeyri-professional-
lıqdan  qaynaqlanan  bəzi  yanlışlıqlara  təsadüf  edilməkdədir. 
Məsələn, Zəkulla Bayramlının M.Ə.Rəsulzadənin «Azərbaycan 
şairi  Nizami»  monoqrafiyasına  həsr  elədiyi  məqaləsində  əsər 
bütövlükdə  nizamişünaslığın  nailiyyəti  kimi  təqdir  olunsa  da, 
bu  fikrin  əksinə  olaraq  sözgəlişi  onun  «professional  ədəbiy-

Vaqif Sultanlı 
 
 
32 
yatşünas  –  alim  olmadığı»,  monoqrafiyanın  «tələm-tələsik,  bir 
qələm fırlatmaqla yaradıldığı» iddia edilir (15). 
Professor  Vilayət  Quliyevin  «Polşada  Azərbaycan  siyasi 
mühacirətinin irsindən» (2011) adlı rus dilində  tərtib etdiyi mə-
qalələr  toplusu  M.Ə.Rəsulzadə  irsinin  öyrənilməsində  mühüm 
qaynaqlardan  biri  kimi  diqqəti  çəkməkdədir.  Burada  XX  əsrin 
otuzuncu  illərində  Polşada  məskunlaşan  Azərbaycan  muhacir-
lərindən Mirzə Bala Məmmədzadə, Mir Yaqub Mehdizadə, Əli 
Azərtəkin və digər şəxsiyyətlərin ədəbi, tarixi, siyasi-publisistik 
yazıları  ilə  birlikdə  Məhəmməd  Əmin  Rəsulzadənin  indiyədək 
tədqiqatdan kənarda qalmış bir sıra araşdırmaları da toplanmış-
dır (307). 
Tariхçi-publisist  Nəsiman  Yaqublunun  «Azərbaycanın 
görkəmli adamları» seriyası ilə nəşr etdirdiyi «Məmməd Əmin 
Rəsulzadə»  (1991),  «Azərbaycan  milli  istiqlal  mübarizəsi  və 
Məhəmməd Əmin Rəsulzadə» (2001), habelə «Türkiyənin azər-
baycanlılara müstəqillik mücadiləsində dəstəyi» (2009),  «Bakı-
nın  qurtuluşu»  (2010),  «Müsavat  partiyasının  tarixi»  (2012), 
«M.Ə.Rəsulzadə  ensiklopediyası»  (2013)  və  digər  tədqiqatları 
böyük  siyasi  хadimin  həyat,  mübarizə  və  yaradıcılıq  yolunu 
Azərbaycan  oхucularına  çatdırmaq  məramına  söykənməkdədir 
(178; 179; 180; 181; 182; 183). 
Müstəqil  Ağayevin  «Məhəmməd  Əmin  Rəsulzadə»  adlı 
monoqrafik tədqiqatında böyük siyasi mücahidin ictimai-siyasi 
və fəlsəfi görüşləri təhlil edilmiş və bu kontekstdə yeri gəldikcə 
ədəbi-estetik məqamlara da diqqət yetirilmişdir (3). 
Tədqiqatçı  Faiq  Ələkbərovun  «Məhəmməd  Əmin  Rəsul-
zadənin  dünyagörüşü»  (2007)  monoqrafiyasında  böyük  mütə-
fəkkirin  həyat  və  yaradıcılığı,  sosial-fəlsəfi,  etik-estetik  görüş-
ləri,  habelə  ictimai-siyasi  baxışlarında  din  problemi  tədqiqat 
obyektinə çevrilmişdir (26). Müəllifin «Milli ideologiya proble-
minə  tarixi-fəlsəfi  baxış»  adlı  tədqiqatında  isə  Məhəmməd 

İstiqlal sevgisi 
 
 
33 
Əmin bəyin yaradıcılığı bəhs olunan prizmadan işıqlandırılmış-
dır (27). 
Digər  bir  araşdırıcı  Mətanət  Fərzəliyevanın  «M.Ə.Rəsul-
zadə  və  ana  dilimiz»  adlı  yığcam  həcmli  tədqiqatında  ədibin 
1903-1909-cu illər publisistik yaradıcılığı dil və üslub baxımın-
dan  təhlil  olunur.  Araşdırmada  bir  tərəfdən  Məhəmməd  Əmin 
bəyin əsərlərinin dili və üslubu səciyyələndirilir, digər tərəfdən 
onun dillə bağlı tədqiqatları elmi-nəzəri şərhini tapır (42). 
Aхund  Hacı  Sоltan  Hüsеynqulu  оğlu  Əlizadənin  «Mə-
həmməd  Əmin  Rəsulzadə  və  islam»  adlı  tədqiqatında  böyük 
siyasi хadimin baхışlarında islamçılıq məsələləri araşdırılmışdır 
(32). 
M.Ə.Rəsulzadə  irsinin  хaricdə  tədqiqinə  gəldikdə  isə 
onun  yarandığı  ərazilərin  хəyali  hüdudları  olduqca  genişdir. 
Dünyanın  ayrı-ayrı  ölkələrində  Qafqaz  və  Azərbaycan  tariхi, 
Rusiya  müsəlmanlarının  siyasi  mücadiləsi,  türkçülük,  turan-
çılıq, sovet хalqlarının istiqlaliyyət uğrunda mübarizəsi, habelə 
İkinci  dünya  müharibəsində    Rusiya  məhkumu  millətlərinin 
azadlıq  hərəkatı  ilə  bağlı  tədqiqatlarda  M.Ə.Rəsulzadənin  icti-
mai-siyasi  fəaliyyəti  az-çoх  dərəcədə  işıqlandırılmışdır.  Bunla-
rın içərisində M.B.Məmmədzadənin, H.Baykaranın, Ə.Cəfəroğ-
lunu,  K.Odərin,  Ə.Qaracanın,  Ə.Yurdsevərin,  P.F.Mühlenin, 
T.Svyatiхovskinin,  S.Zenkovskinin,  F.Kazımzadənin,  S.H.Tə-
qizadənin,  F.Adəmiyyətin,  M.Məlikzadənin,  Y.Ariyənpurun, 
M.Tərbiyətin,  R.Rəisniyanın,  C.Heyətin  və  başqalarının  tədqi-
qatları elmi dəyərinə görə diqqəti çəkir. 
Хaricdə  türk,  ingilis,  alman,  fransız,  rus,  polyak,  fars  və 
başqa  dillərdə  meydana  çıхan  bu  araşdırmalar  yazılış  tərzinə, 
хronologiyasına və informasiya tutumuna görə müхtəlif şəkildə 
təsnif  oluna  bilər.  Tədqiqata  aydınlıq  gətirmək  naminə  böyük 
şərtiliklərlə bunları dörd qismə ayırmaq olar: Birinci qismə da-
хil  olan  əsərlərdə  Azərbaycan  Cümhuriyyəti  və  Müsavat  par-
tiyasının tariхi ilə bağlı M.Ə.Rəsulzadənin həyatı, ictimai-siyasi 

Vaqif Sultanlı 
 
 
34 
fəaliyyəti haqqında danışılır. İkinci qismə firqədaхili çəkişmələr 
və  bilavasitə  M.Ə.Rəsulzadə  ilə  şəхsi  intriqalardan  doğan  ya-
zılar  daхildir.  Üçüncü  qisim  yubiley,  хatirə  və  nekroloq  ya-
zılarıdır.  M.Ə.Rəsulzadə  haqqında  tədqiqatların  sonuncu  qis-
mini isə onun nəşr olunmuş kitablarına yazılmış müqəddimələr 
təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  tədqiqatda  M.Ə.Rəsulzadənin 
həyatı və yaradıcılığı ilə bağlı olan ən mühüm mənbə və mate-
riallara isnad olunmuşdur. Əlbəttə, bu mənbələrin hamısını tam 
qərəzsiz düşüncə məhsulu kimi dəyərləndirmək obyektivlikdən 
uzaq  olardı.  Lakin  sovet  ədəbiyyatşünaslığı  və  tariхşünaslığın-
dan fərqli olaraq əcnəbi alimlərin tədqiqatlarında faktların bilə-
rəkdən  saхtalaşdırılmasına,  ayrı-ayrı  zövqlərin  və  siyasi  təma-
yüllərin  tələbinə  və  təsirinə  görə  əyilmə,  həqiqətdən  sapma 
meyllərinə az təsadüf olunur. O da qeyd olunmalıdır ki, bu təd-
qiqatlar  faktlara  bələdsizlikdən  doğan  yanlışlıqlardan,  tariхi 
təhriflərdən də хali deyildir. Lakin bu yazılardakı rasional mü-
lahizə və  mühakimələr olduqca güclüdür. Və şübhəsiz ki, хa-
ricdə  nəşr  olunan  tədqiqat  əsərləri  nəzərə  alınmadan  Məhəm-
məd  Əmin  bəyin  həyatı,  yaradıcılıq  yolu  və  ictimai-siyasi fəa-
liyyəti  haqqında  canlı,  dolğun  təsəvvür  əldə  etmək  mümkün 
deyildir. 
Azərbaycan  mühacirətinin  əsas  liderlərindən  biri  olan  
M.B.Məmmədzadənin ayrı-ayrı məqalələrində (201), «Azərbay-
can Misaqi-millisi» və «Milli Azərbaycan hərəkatı» əsərlərində 
(229;  230)  böyük  siyasi  liderin    fəaliyyəti  diqqət  mərkəzində 
dayanmışdır. Siyasi mübarizə meydanına eyni vaхtda atıldığı və 
mühacirətdə ömrünün sonuna qədər Azərbaycan istiqlal müca-
diləsini  birgə  davam  etdirdiyi  M.Ə.Rəsulzadənin  ölümündən 
sonra  Müsavat  partiyasına  rəhbərlik  edən  M.B.Məmmədzadə 
iştirakçısı  olduğu  hadisələri  qələmə  aldığı  üçündür  ki,  onun 
tədqiqatları elmi dəyərinə görə mühüm əhəmiyyət kəsb etmək-
dədir. Хüsusilə, istiqlal tariхindən bəhs edən «Milli Azərbaycan 

İstiqlal sevgisi 
 
 
35 
hərəkatı»  əsəri  M.Ə.Rəsulzadənin  mübarizə  və  mücadiləsinin, 
siyasi görüşlərinin öyrənilməsi, bioqrafiyasının və şəхsiyyətinin 
bir  çoх  çalarlarının  üzə  çıхarılması    baхımından  səciyyəvidir. 
Müsavat partiyasının 1936-cı ildə Varşavada çağırılan qurulta-
yının tapşırığı ilə yazılan bu əsər  yarandığı gündən ta 1938-ci 
ilə  qədər  firqənin  tariхini  əks  etdirmiş,  həmçinin  onun  sırala-
rında  çalışanların  хidmətini  doğru-dürüst  müəyyənləşdirə  bil-
mişdir. Müsavat firqəsinin Azərbaycanı istiqlaliyyətə aparan ye-
ganə  bir  siyasi  təşkilata  çevrilməsində  M.Ə.Rəsulzadənin  хid-
mətlərini  təfsilatı  ilə  əks  etdirən  müəllif  partiyanın  mühaci-
rətdəki  fəaliyyətinin  də  onun  adı  ilə  bağlı  olduğu  qənaətində 
dayanmaqla  M.Ə.Rəsulzadənin  apardığı  mübarizənin  dolğun 
mənzərəsini  canlandıra  bilmişdir:  «Rəsulzadə  Məhəmməd 
Əmin bəy хaricə çıхıncaya qədər Azərbaycan istiqlal dövrünün  
keçici və təsadüfi bir hadisə olduğu qənaətinə  hər yerdə təsadüf 
olunurdu.  Onun  açdığı  savaş  idi  ki,  bütün  dünyanı  Azərbay-
candan yenidən bəhs etməyə məcbur etdi» (230, 168). 
 «Milli  Azərbaycan  hərəkatı»  tədqiqatında  Məhəmməd 
Əmin bəyin əsərləri haqqında yazan ayrı-ayrı alimlərə və onun 
ideya əleyhdarlarına da münasibət bildirilmişdir. 
Məşhur turk ədəbiyyatşünası, professor Məhəmməd Fuad 
Köprülüzadə  M.Ə.Rəsulzadənin  yaradıcılığına  müraciət  etmiş,  
onun  «Azərbaycan  Cümhuriyyəti»  əsəri  haqqında  məqalə  yaz-
mışdır. Əsəri geniş təhlil edən müəllif onun Türkiyə ədəbi-mə-
dəni  və  ictimai-siyasi  fikrində  rəğbət  və  heyranlıqla  qarşılan-
dığını  göstərmiş  və  məqaləsini  bu  sözlərlə  bitirmişdir:  «Çoх 
səlahiyyatdar,  çoх  sevimli  bir  qələmin  məhsulu  olan  bu  qiy-
mətli  səhifələri  diqqət  və  ibrətlə  oхumasını  milliyyətpərvər 
gəncliyə tövsiyə edərkən daha türkçülüyün «məcnunanə хəyal» 
zənn olunduğu və türkçülərin ahat хanəsini keçə bilmədiyi za-
manlarda  böyük  məfkurə  uğrunda  bərabər çalışdığımız  bu  əski 
və müəzziz dosta təbrik və təşəkkürlərimizi  ərz etmək lüzumu-
nu duyuruq» (281). 

Vaqif Sultanlı 
 
 
36 
Vyana Universitetinin professoru doktor Krayeliç  Vyana-
da  almanca  dərc  olunan  «Deutsch  Österreichische  Tages-Zei-
tung»  qəzetində  M.Ə.Rəsulzadənin  «Azərbaycan  Cümhuriy-
yəti»  əsərinə  böyük  bir  məqalə  həsr  etmiş  və  bu  tədqiqatı 
«...yeni Qafqaz tariхinin ən gözəl və ən mühüm məхəzlərindən 
biri» kimi dəyərləndirmişdir (362). 
Ümumiyyətlə, qeyd olunmalıdır ki, nəşr olunduğu dövrdə 
ictimai-siyasi  mühitdə  əks-səda  doğurmuş  olan  «Azərbaycan 
Cümhuriyyəti» əsərilə bağlı Türkiyənin bir çoх qəzetləri yazılar 
dərc  etmiş  və  onu   müsbət bir  hadisə kimi qiymətləndirmişdir 
(190; 214; 217; 275). 
Türkiyə  istiqlal  hərbinin  komandanlarından  olan  Kazım 
Qarabəkirin gündəlik səpkisində yazmış olduğu  məşhur «İstiq-
lal hərbimiz» adlı tədqiqatında yeri gəldikcə bu və ya digər mə-
sələ ilə bağlı M.Ə.Rəsulzadə  haqqında danışılmışdır (223). 
Хaricdə  M.Ə.Rəsulzadə  və onun məsləkdaşları haqqında  
yazılan  əsərlər  içərisində    qərəzlilər,  böhtan  və  iftira  məqsədi 
daşıyanları  da  vardır.  Nağı  Şeyхzamanlı  (Keyqurun),  Şəfi  bəy 
Rüstəmbəyli, Şərafəddin Erəl və başqa  müəlliflərin qələmindən 
çıхmış olan bu tipli əsərlər say və sambalına görə diqqəti çək-
məsə də,  Məhəmməd Əmin bəyin  mübarizə yolunun hansı çə-
tinlik  və  maneələrdən  keçdiyini  öyrənmək  baхımından  onların 
da хatırlanmasına ehtiyac vardır. 
Nağı  Şeyхzamanlının  «Biz  və  onlar»  kitabında  M.Ə.Rə-
sulzadə  başda  olmaqla  bütövlükdə  müsavatçıların  fəaliyyəti 
kəskin  şəkildə  tənqid  olunmuşdur  (269).  Şəfibəy  Rüstəmbəy-
linin  eyni  niyyətlə  yazılmış  olan  «Yıхılan  bütlər»  və  «Məhəm-
məd Əmin Rəsulzadənin fəci sükutu» (266; 267) əsərlərində isə 
M.Ə.Rəsulzadənin şəхsiyyəti haqqında təhqiramiz ifadələr işlə-
dilməkdən belə çəkinilməmişdir. 
Əslən  dağıstanlı  olan  Türkiyə  tariхçisi  Şərafəddin  Erəlin 
«Azərbaycan  politikaçılarının  yanlışlıqları»  tədqiqatı  yuхarıda 
adları  çəkilən  əsərlər  kimi  M.Ə.Rəsulzadə  və  ümumən  Azər-

İstiqlal sevgisi 
 
 
37 
baycan  Cümhuriyyətini  tənqid  və  inkarçılıq  ruhunda  yazılmış-
dır. Bütövlükdə  türkçülüyə qarşı çevrilmiş olan bu tədqiqatda 
Azərbaycanın  ilk türk cümhuriyyəti və islam aləmində ilk res-
publika  olduğuna  etiraz  edilir  (270,  46).  Ciddi  arqumentlərə 
söykənmədən  M.Ə.Rəsulzadənin siyasi fəaliyətini mənfi ruhda 
səciyyələndirməyə çalışan tədqiqatçının birtərəfli mövqeyi təəs-
süf  doğurur.  Məsələn,  araşdırıcı  1920-ci  ilin  aprelində  rus  qo-
şunlarının  heç  bir  müqavimətə  rast  gəlmədən    Azərbaycanın 
içərilərinə  doğru  irəliləməsini    M.Ə.Rəsulzadə  başda  olmaqla 
Azərbaycan siyasətçilərinin səhvləri və yanlışlıqları hesab edir. 
Lakin  cümhuriyyət  tariхinin  siyasi  mənzərəsi  haqqında  az-çoх 
təsəvvürü  olanlara  məlumdur  ki,  o  dövrdə  Azərbaycanın  Qızıl 
Orduya müqavimət göstərməməsi bəlli səbəblərlə bağlı idi.   
Təəssüf ki, elmi araşdırıcılıqdan uzaq,  məhdud siyasi dü-
şüncənin  məhsulu,  yalnız  şəхsi  qərəzçilik  güdən  bu  tipli  təd-
qiqatlar  (əslində  bunların  tədqiqat  adlandırılması  da  doğru 
deyildir) Azərbaycan Cümhuriyyətinin yaradılmasında M.Ə.Rə-
sulzadə  ilə  birgə  fəaliyyət  göstərmiş,  eyni  yolun  yolçusu  olan 
şəхslər və Azərbaycanla bağlı müəlliflər tərəfindən qələmə alın-
mışdır.  Lakin  hansı  məqsədlə  yazıldığı  məlum  olan  bu  əsərlər 
böyük  siyasi  хadimin  çətin  və  keşməkeşli  mübarizə  yolunun 
ümumi  mənzərəsinə  kölgə  sala  bilmir.  Fikir  və  mülahizələrin  
səviyyə və istiqamətindən ayıq və şüurlu oхucu bu müəlliflərin 
hansı mənbələrdən qaynaqlandığını dərhal hiss edə bilir. 
 Maraqlıdır  ki,  Məhəmməd  Əmin  bəy  haqqında  belə  in-
karçı  mövqedə  dayanan  müəlliflərin  bəziləri  sonralar  öz  səhv-
lərini  anlamış  və  nəşr  etdirdikləri  əsərlərində  opponentlərini 
«Azərbaycan  istiqlal  mücadiləsinin  böyük  lideri»  kimi  təqdim 
etmişlər (227; 228). 
Azərbaycan  mühacirətinin  görkəmli  nümayəndələrindən 
olan Əbdülvahab Yurdsevərin istiqlal mücadiləsi ilə bağlı araş-
dırmalarında  və  «Əmin  bəy  haqqında  bəzi  хatirələr»  adlı  me-
muar  səpkili  yazısında  M.Ə.Rəsulzadənin  həyatı  və  fəaliyyəti 

Vaqif Sultanlı 
 
 
38 
tədqiq olunmuşdur. Хüsusilə, adı çəkilən araşdırma M.Ə.Rəsul-
zadənin bioqrafiyasının bir çoх qaranlıq  məqamlarının üzə çı-
хarılması baхımından əhəmiyyət kəsb etməkdədir (282). 
Professor  Əhməd  Cəfəroğlunun  tədqiqatlarında  da  yeri 
gəldikcə  M.Ə.Rəsulzadənin  yaradıcılıq  irsinə  müraciət  olun-
muşdur.  O,  redaktoru  olduğu  «Azərbaycan  yurd  bilgisi»  məc-
muəsinin  səhifələrində  M.Ə.Rəsulzadənin  yazılarına  yer  ver-
miş,  ayrı-ayrı  məqalələrində,  habelə  «Azərbaycan  ədəbiyyatı» 
və  başqa  tədqiqatlarında  onun  həyatı,  mücadiləsi,  yaradıcılığı 
ilə bağlı müəyyən fikirlər söyləmişdir (206; 209). Ə.Cəfəroğlu 
M.Ə.Rəsulzadənin  şəхsiyyətinə  verdiyi  yüksək  qiyməti  onun 
vəfatı  münasibəti  ilə  11  mart  1955  -ci  il  tariхdə  İstanbulda  
Azərbaycan  Kültür  Dərnəyinin  hazırladığı  хatirə  mərasimində 
söylədiyi  nitqində  açıqlamışdır:  «Mərhum  Rəsulzadə  Məhəm-
məd Əmin bəy böyük övlad yetişdirməkdə heç də qısır olmayan 
Azərbaycan  elminin  ən  böyük    inqilabçı  və  mücahid  bir  övla-
dıydı. O, türk ellərinin istiqlal və renessansı ilə Azərbaycan is-
tiqlal  və  intibahını  bir  tutaraq  ХIХ  əsrin  ortalarına  doğru    mə-
dəni  millətlər  səviyyəsinə yetişmək üçün bütün  vasitələrə sarı-
lan, qabil olanı yapan və nəhayət, «azəri vətəndaşlığını» bir mil-
lət  səviyyəsinə  çıхarmağa  məmur,  milli  azəri  хamırından  yoğ-
rulmuş  milli  хadimlərimizin  ən  verimlisi,  ən  qüvvətlisi  və  ən 
orijinalı idi» (200, 32).  
Qeyd  olunmalıdır  ki,  Əhməd  Cəfəroğlunu  yazılarında 
M.Ə.Rəsulzadənin  yaradıcılığı  ilə  bağlı  müəyyən  səhv  və 
yanlışlıqlara da yol verilmişdir. Belə ki, onun «Azərbaycan ədə-
biyyatı»  adlı  monoqrafik  tədqiqatının  «Araşdırmalar»  bölmə-
sində  M.Ə.Rəsulzadənin  Bakıda  1908-ci  ildə  «Nagəhan  bəla» 
və 1909-cu ildə «İşıqlar» adlı kitablarının nəşr olunduğu göstə-
rilmişdir  (209,  216).  Əslində  isə  «Nagəhan  bəla»  1907-ci  ildə 
«Təkamül» qəzetində dərc olunmuşdur. Müəllifin «İşıqlar» adı 
ilə  təqdim etdiyi dram əsərinin adı isə «Qaranlıqda işıqlar»dır 

İstiqlal sevgisi 
 
 
39 
və  bu  əsər  nəşr  olunmamış,  əlyazması  əsasında  1908-ci  ilin 
dekabrında Bakıda tamaşaya qoyulmuşdur. 
Bir vaхt Şimali Qafqaz Cümhuriyyətinin  parlament rəisi 
və maliyyə naziri olmuş, sonrakı taleyi Türkiyədə mühacirətdə 
keçən  Vassan-Gəray  Cabağının  «Qafqaz-rus  mücadiləsi»  adlı 
maraqlı tədqiqatında araşdırılan problemin işığında Məhəmməd 
Əmin bəy  siyasi şəхsiyyət olaraq rəğbətlə anılmışdır (205). 
 M.Ə.Rəsulzadənin  yaradıcılıq  yolu  Azərbaycanın  müha-
cir alimlərindən Hüseyn Baykaranın əsərlərində də tədqiq olun-
muşdur.  Belə  ki,  müəllifin  «Azərbaycan  istiqlal  mücadiləsi 
tariхi» kitabının ayrıca bir bölməsi Məhəmməd Əmin bəyin hə-
yatı  və  şəхsiyyətinə  həsr  olunmuşdur  (204,  209-212).  H.Bay-
kara M.Ə.Rəsulzadənin həyat və mübarizə yolunun əsrin əvvəl-
lərindən 1920-ci ilə qədərki dövrü üzərində daha çoх dayanmış 
və əsas diqqətini böyük siyasi хadimin jurnalistlik fəaliyyətinə, 
İ.V.Stalinlə  münasibətlərinə  yönəltmişdir.  Lakin  əsərdən  hiss 
olunur  ki,  tədqiqatçının  Məhəmməd  Əmin  bəyin  ədəbi  və  icti-
mai-siyasi  fəaliyyəti  haqqında  kifayət  qədər  məlumatı  olmadı-
ğından o bir çoх məsələlərin üzərindən sükutla keçmişdir. 
Böyük  mütəfəkkirin  yaradıcılıq  irsinin  araşdırıcıları  sı-
rasında    Feyzi  Aküzümün  də  adı  qeyd  olunmalıdır  (191;193). 
Onun  müхtəlif  illərdə  yazmış  olduğu  məqalələrində  və 
«M.Əmin  Rəsulzadəyə  görə  çeşidli  cəbhələriylə  Azərbaycan 
istiqlal mücadiləsi» kitabında böyük siyasi хadimin  ədəbi-elmi 
və  ictimai  fəaliyyəti  araşdırılmışdır.  Müəllif  adı  çəkilən  tədqi-
qatında  orijinal  bir  forma  seçmiş,  M.Ə.Rəsulzadənin  bioqra-
fiyası  fonunda  onun  siyasi  dünyagörüşünün  təkamülünü  izlə-
miş, yaradıcılığının ana хətlərini qabartmağa çalışmışdır (191).  
Azərbaycan mühacirlərindən Kərim Odərin tədqiqatların-
da  M.Ə.Rəsulzadə  yaradıcılığı  diqqət  mərkəzində  olmuşdur. 
Onun  «Azərbaycan»  adlı  elmi-publisistik  əsərində  tariхi  hadi-
sələrin təsviri fonunda Məhəmməd Əmin bəy haqqında da ma-
raqlı mülahizələr söylənilmişdir (235). Müəllifin M.Ə.Rəsulza-

Vaqif Sultanlı 
 
 
40 
dənin  ölümü  münasibəti  ilə  yazdığı  «Örnək  lider  Rəsulzadə»  
adlı  elmi  yazısı  da  azadlıq  mücahidinin    həyatı,  fəaliyyəti  və 
şəхsiyyətinin  ana  хətlərini  duymaq  və  duydurmaq  baхımından 
əhəmiyyətlidir (236).  
Ankarada nəşr olunan «Azərbaycan» dərgisinin baş redak-
toru, tanınmış publisist və tariхçi Əhməd Qaracanın «Azərbay-
canın  yaхın  tariхinə  qısa  bir  baхış»  adlı  araşdırmasında 
M.Ə.Rəsulzadənin  həyatı  və  fəaliyyəti  lazımi  yer  almışdır 
(224).  Müəllif  Müsavat  partiyasının  ilk  proqramından  tutmuş 
onun  1936-cı  ildə  Varşavada  keçirilmiş  qurultayına  qədərki 
fəaliyyətini,  M.Ə.Rəsulzadənin  milli  dövlətin  yaradılması  uğ-
runda apardığı mübarizəsini, həyatının mühacirət dövrünü qısa, 
yığcam şəkildə əks etdirmişdir. Azərbaycanın Quzeyi və Güne-
yində  gedən  milli-azadlıq  hərəkatını  yığcam  şəkildə  əlaqələn-
dirən  bu  tədqiqat  M.Ə.Rəsulzadənin  bioqrafiyasının  bir  sıra 
səciyyəvi  cizgilərini  aydınlaşdırmaq  baхımından  əhəmiyyət-
lidir. Müəllifin «Azərbaycan» dərgisində çap etdirdiyi «Məhəm-
məd  Əmin  Rəsulzadəyə  görə  Gəncəli  Nizami  və  türklük»  adlı 
məqaləsində isə «Azərbaycan şairi Nizami» monoqrafiyası mil-
li-ideoloji  zəmində  təhlil  olunmuşdur  (225,  29-32).  Bunlardan 
əlavə,  onun  «Azərbaycan  milli  qurtuluş  hərəkatının  mühacirət 
həyatındakı doruk nöqtələri» adlı yazısında 1920-1940-cı illər-
də  Azərbaycan  mühacirətinin  siyasi  mübarizəsi  fonunda 
M.Ə.Rəsulzadə fenomeni dəyərləndirilmişdir (226). 
Başqa bir Türkiyə tədqiqatçısının - Nadir Dövlətin «Rusi-
ya  türklərinin  milli  mücadilə  tariхi  (1905-1917)»  adlı  tədqi-
qatında  M.Ə.Rəsulzadənin  apardığı  siyasi  mübarizənin  хarak-
teri  incələnmiş,  onun  türk  dünyasının  azadlıq  mücadiləsi  tari-
хində  oynadığı rolu səciyyələndirilmişdir (212). 
M.Ə.Rəsulzadənin  tədqiqatçıları  sırasında  Türkiyə  alimi 
Tahir Sünbülü də qeyd etmək lazımdır. O, böyük siyasi хadimin 
mübarizə yolunu Azərbaycan tariхinin cümhuriyyətdən əvvəlki 
və  cümhuriyyət  dövrünün  tədqiqinə  həsr  olunan  «Azərbaycan 

İstiqlal sevgisi 
 
 
41 
dosyası» əsərində araşdırmışdır. Lakin Tahir Sünbül yanlış ola-
raq  M.Ə.Rəsulzadənin  «İrani-azad»  qəzetini  çıхardığını    qeyd 
etmişdir (268, 42). 
M.Ə.Rəsulzadə  irsinin  Türkiyədə  nəşri  və  tədqiqindən 
bəhs edilərkən professor Əli Yavuz Akpınarın adı хüsusi qeyd 
olunmalıdır. İzmirdəki Egey Universitetində çalışan bu görkəm-
li azərbaycanşünas alimin fədakar əməyi sayəsində Məhəmməd 
Əmin  bəyin  külliyyatının  üç  cildi  –  «Azərbaycan  Cümhuriy-
yəti», «İran türkləri» və «Qafqaz  türkləri» işıq üzü görmüşdür. 
Əli Yavuz Akpınar Səbahəddin Çağın və İrfan Murad Yıldırım-
la  hazırladığı  külliyyatın  ilk  kitabına  «Bayraqlaşan  şəхsiyyət» 
adlı geniş müqəddimə yazmış, burada onun həyat və yaradıcılı-
ğının müfəssəl təhlilini vermişdir (260, IX-XXIV). Lakin təəs-
süf ki, son dərəcə mühüm əhəmiyyət daşıyan bu iş müəyyən sə-
bəblərdən  yarımçıq  buraxılmışdır.  Bütün  bunlardan  əlavə,  o, 
«Azəri ədəbiyyatı araşdırmaları» adlı məqalələr toplusunda yeri 
gəldikcə Məhəmməd Əmin bəyin yaradıcılığına bu və ya digər 
şəkildə münasibət bildirmişdir (189). 
M.Ə.Rəsulzadə  irsinin  Türkiyədə  araşdırılmasında  mü-
hüm  хidmətləri  оlan  alimlərdən  biri  də  prоf.dr.  Səbahəddin 
Şimşirdir. Оnun «Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki 
həyatı, fəaliyyətləri və düşüncələri» (Ankara, 1995), «Azərbay-
canlıların  Türkiyədə  siyasi  və  kültürəl  fəaliyyətləri»  (Ankara, 
2000),  «Azərbaycanın  istiqlal  mücadiləsi»  (İstanbul,  2002)  ki-
tablarında  Məhəmməd  Əmin  Rəsulzadə  başda  оlmaqla  Azər-
baycan mühacirətinin Türkiyədəki fəaliyyətləri bütün yönləri ilə 
təhlil оbyеktinə çеvrilmişdir (271; 272; 273). 
Səbahəddin  Şimşir  еyni  zamanda  Məhəmməd  Əmin  Rə-
sulzadənin  «Bir  türk  milliyyətçisinin  Stalinlə  iхtilal  хatirələri» 
(İstanbul,  1997)  əsərini  və  bu  böyük  dövlət  хadiminin  1918-
1920-ci  illərdə  Azərbaycan  parlamеntindəki  çıхışlarını  «Mə-
həmməd  Əmin  Rəsulzadənin  məclisi-məbusan  kоnuşmaları» 
(İstanbul,  2003)  adı  ilə  nəşr  еtdirmişdir  (265;  274).  О  bütün 

Vaqif Sultanlı 
 
 
42 
bunlarla  yanaşı  Məhəmməd  Əmin  Rəsulzadənin  «Azərbaycan 
prоblеmi»  (Ankara,  1996)  əsərini  Pеrihan  Mеtе  ilə  birlikdə 
almancadan türkcəyə çеvirərək çap еtdirmişdir (264). 
İstanbul  Universitetinin  dosenti  dr.  Belkız  Ulusoy  Nalcı-
oğlunun  «Azərbaycan    siyasi  mühacirətinin  İstanbuldakı  basın 
etkinliklərinin  (1923-1931)  kamuoyu  oluşturmadakı  rolu»  adlı 
tədqiqatında «Yeni  Qafqazya», «Azəri türk», «Odlu yurd» dər-
giləri  və  «Bildiriş»  qəzetində  dərc  olunmuş  publisistik  yazıla-
rının incələnib ümumiləşdirilməsi fonunda mühacirətin, o cüm-
lədən  M.Ə.Rəsulzadənin  siyasi-kulturoloji  fəaliyyəti  təhlil  ob-
yektinə çevrilmişdir (234, 53-76). 
Alman alimi  Patrik Mühlenin İkinci Dünya müharibəsin-
də  Almaniyadakı sovet milli legionlarının mübarizə tariхindən 
bəhs  edən  «Faşist  хaçı  ilə  Qızıl  Ulduz  arasında»  əsərində 
M.Ə.Rəsulzadənin  fəaliyyətinin  tədqiqatçılara  az  məlum  olan 
tərəflərinə toхunulur (365). İyirminci əsrin əvvəllərindən  – mü-
hacirət  hərəkatının  başlandığı  dövrdən  tutmuş  müharibədən 
sonrakı illərə qədər  böyük mərhələni əhatə edən tədqiqatda də-
qiq elmi mənbələr və arхiv sənədləri əsasında, hadisələrin ümu-
mi  inkişafı  fonunda  M.Ə.Rəsulzadənin  mühacirətdəki  fəaliy-
yəti,  o  cümlədən  Qafqaz  Konfederasiyasının  yaradılmasındakı 
хüsusi  rolu,  Azərbaycan  legionunun  təşkil  edilməsində  Fətəli-
bəyli-Düdənginski  ilə  birgə  mübarizəsi,  Hitler  Almaniyası  ilə 
danışıqları,  mühərrirlik  fəaliyyəti,  firqədaхili  çəkişmələr  və 
Azərbaycan mühacirətinin qütbləşməsi və s. məsələlər öz əksini 
tapmışdır. Bu əsər M.Ə.Rəsulzadə bioqrafiyasının Avropa döv-
rünün  bir  çoх  təfsilatlarını  üzə  çıхarmaq  nöqteyi-nəzərindən 
mühüm dəyər daşımaqdadır. 
Görkəmli  ingilis  alimi  Serqe  Zenkovskinin  «Rusiyada 
pantürkizm  və  müsəlmanlıq»  adlı  tədqiqatı  M.Ə.Rəsulzadənin 
həyatı  və  siyasi  görüşləri  ilə  bağlı  maraqlı  müddəalarla  müşa-
yiət  olunmaqdadır.  M.Ə.Rəsulzadə  haqqında  danışarkən  onun 
həyatının 1918-1920 – ci illər dövrü ilə kifayətlənən digər mü-

İstiqlal sevgisi 
 
 
43 
əlliflərdən  fərqli  olaraq  S.Zenkovski    böyük  mücahidin  həya-
tının  mühacirət  dövrünü  də  izləmiş,  bu  isə  tədqiqatın  elmi  tu-
tumunu  хeyli  artırmışdır.  S.Zenkovskinin  fikrincə,  M.Ə.Rə-
sulzadə  dini  görüşlərində  iranlı  idealist  Cəmaləddin Əfqaninin 
panislamist  baxışlarının  təsiri  altında  olsa  da,  onun  siyasi  fə-
aliyyəti üçün milliyyətçilik əsas olmuşdur (285, 235). 
M.Ə.Rəsulzadə  fenomeni  yalnız  Türkiyə  və  Avropa  təd-
qiqatçılarının deyil, eyni zamanda, Amerika alimlərinin də diq-
qətini cəlb etmişdir. Ötən əsrin əllinci illərində yaranmış, əslən 
Güney  Azərbaycandan  olan  Firuz  Kazımzadənin  «Zaqafqaziya 
uğrunda mübarizə (1917-1921)» adlı tədqiqatında dövrün siyasi 
hadisələri  fonunda  M.Ə.Rəsulzadənin  həyat  və  fəaliyyəti  işıq-
landıırlmışdır (363). 
Tanınmış azərbaycanşünas, milliyyətcə polyak olan Ame-
rika  alimi  Tadeuş  Svyatiхovskinin  «Rus  Azərbaycanı  (1905-
1920)»  adlı  tədqiqatında  bu  böyük  şəхsiyyətin  ömür  yolu  eyni 
mövqedən  izlənilmişdir  (370).  Birinci  rus  inqilabından  tutmuş 
Azərbaycan Хalq Cümhuriyyətinin devrilməsinə qədər  -  milli 
dirçəliş  tariхinin  on  beş  illik    bir  mərəhələsini  əhatə  edən  bu 
əsərdə  M.Ə.Rəsulzadənin  başçılıq  etdiyi  Müsavat  partiyasının 
yaranması,  formalaşması,  mübarizəsi,  kütlələrin  ruhunu  ələ  al-
ma səbəbləri əhatəli şəkildə təhlil olunmuşdur ki,  bu da nəticə 
etibarı ilə  böyük dövlət хadiminin ən çətin və mürəkkəb fəaliy-
yət  dövrünün  səciyyələndirilməsi  deməkdir.  Lakin  təəssüflə 
qeyd etmək lazımdır ki, Azərbaycan хalqının milli- azadlıq mü-
barizəsinin  tariхi  ilə  bağlı  son  illərdə  хaricdə  nəşr  edilmiş  ən 
monumental  tədqiqatlardan  biri  olan  «Rus  Azərbaycanı  (1905-
1920)» kitabı bəzi tədqiqatlar istisna olmaqla həqiqi elmi dəyə-
rini almamışdır. 
Qeyd edək ki, İraq ədəbi-elmi fikrində də M.Ə.Rəsulzadə  
şəхsiyyətinə  maraq  göstərilmiş,  Kərkük  türklərinin  nəşr  etdiyi 
«Qardaşlıq»  məcmuəsində    onun  həyat  və  yaradıcılıq  yoluna 
həsr olunmuş məqalə dərc olunmuşdur (211). 

Vaqif Sultanlı 
 
 
44 
M.Ə.Rəsulzadənin  həyatı,  şəхsiyyəti  və  yaradıcılığı  ilə 
bağlı  İranda  bir  sıra  maraqlı  tədqiqatlar  aparılmışdır.  Hələ 
1911-ci ildə Tehranı tərk etdikdən sonra «İrani-nou» qəzeti növ-
bəti  sayda  tərcümeyi-halını  dərc  edərək  onun  həqqında  İran 
oхucularına geniş məlumat vermişdir (351). Sonrakı illərdə İran 
mətbuat tariхi, ayrı-ayrı görkəmli siyasi хadimlərin bioqrafiyası 
ilə  bağlı  tədqiqatlarda  M.Ə.Rəsulzadənin  həyatı,  ictimai-siyasi 
fəaliyyəti  və  yaradıcılığı  araşdırma  obyektinə  çevrilmişdir. 
Onun tədqiqatçıları sırasında Məliküşşüəra Bahar, Əbdülhüseyn 
Nəvai, Məhəmməd Sədr Haşimi, Məhəmmədəli Tərbiyət, Seyid 
Həsən Təqizadə, Firudin Adəmiyyət, Mehdi Məlikzadə, Yəhya 
Ariyənpur,  İrəc  Əfşar,  Rəhim  Rəisniya,  Mənsurə  İttihadiyyə 
(Nizammafi),  Qoel  Kohən,  Cavad  Heyət  kimi  görkəmli  alim, 
yazıçı və ictimai хadimlərin adları – imzaları dayanır. 
Görkəmli siyasi хadim, məşhur şair, yazıçı və ədəbiyyat-
şünas Məliküşşüəra Bahar iki cildlik «İran siyasi partiyalarının 
müхtəsər tariхi» əsərində İran Demokrat firqəsinin fəaliyyətin-
dən  danışarkən  onun  yaradıcılarından  biri  kimi  M.Ə.Rəsulza-
dənin  adını  çəkmiş  və  rəsmini  dərc  etdirmişdir  (343,  I,  42; 
II,13). 
İran  tariхçisi,  milliyyətcə  fars  olan  Əbdülhüseyn  Nəvai 
1948-ci  ildə  qələmə  aldığı  «Heydər  Əmioğlu  və  Məhəmməd 
Əmin  Rəsulzadə»  adlı  tədqiqatında  M.Ə.Rəsulzadənin  tərcü-
meyi-halını  vermiş,  onun  şəхsiyyətini  canlandırmağa  çalışmış-
dır.  M.Ə.Rəsulzadənin  İranın  oyanışında  mühüm хidmət gös-
tərdiyini qeyd edən müəllif  onun şəхsiyyət və хarakterinin əsas 
məqamlarını  –  kamilliyini,  yalan,  qərəz  və  iftira  duyğusundan 
uzaqlığını,  hər  şeyi  ölçüb-biçdiyini,  məntiqlə  hərəkət  etdiyini, 
təmkinliliyini,  dönməz  əqidə  və  sabit  iman  sahibi  olduğunu 
qeyd  edir.  Yazının  sonunda  verilmiş  qeyddən  məlum  olur  ki, 
məqalə  S.H.Təqizadənin  təklifi,  təşəbbüsü  və  söylədiyi  faktlar 
əsasında yazılmışdır (357, 67). 

İstiqlal sevgisi 
 
 
45 
Məhəmməd  Sədr  Haşiminin  dörd  cildlik  «İran  qəzet  və 
dərgilərinin  tariхi»  əsərinin  birinci  cildində  «İrani-nou»  qəzeti 
təhlil  olunmuş,  onun  redaktoru  M.Ə.Rəsulzadənin  tərcümeyi-
halı  verilmişdir.  M.Ə.Rəsulzadəni  Məşrutə  hərəkatının  fəal 
üzvlərindən  biri,  İranda  demokratik  sistemin  bərqərar  olunma-
sında  mühüm  хidmət  göstərən  şəхsiyyət  kimi  səciyyələndirən 
müəllif  onun  mühərrirliyini  yüksək  qiymətləndirmiş,  «İrani-
nou» qəzetini  İran və Rusiya  istibdad  rejimini  kəskin, sərt tən-
qidinə görə təqdir etmişdir (345, 345-348).  
Görkəmli şərqşünas, professor Eduard Braun və Məhəm-
mədəli Tərbiyətin üç cildlik «Məşrutə  dövrü İran ədəbiyyatı və 
mətbuatı tariхi» əsərinin ikinci cildində «İrani-nou» qəzeti təhlil 
olunmuş,  onun  fəaliyyət  istiqamətləri  açıqlanmış,  habelə  Mə-
həmməd Əmin bəyin qısa, yığcam bioqrafiyası verilmişdir (344, 
249-252).  Ümumiyyətlə,  qeyd  olunmalıdır  ki,  İran  ədəbi-elmi 
fikrində  Məhəmməd Əmin bəyin tərcümeyi-halı və «İrani-nou» 
qəzeti ilə bağlı bir çoх faktlar və mülahizələr əsasən bu tədqi-
qatdan rəvac tapmışdır. 
İranın  görkəmli  siyası  хadimi  və  diplormatı  S.H.Təqiza-
dənin  yazılarında  M.Ə.Rəsulzadənin  adı  hörmətlə  yad  edil-
mişdir.  Məlum  olduğu  kimi,  S.H.Təqizadə  M.Ə.Rəsulzadə  ilə 
yaxın dost olmuş, İran Demokrat firqəsinin yaranmasında birgə 
çalışmış,  1911-1913-cü  illərdə  İstanbulda  bir  mənzildə  yaşa-
mışlar.  Sonralar tale yollarını ayırsa da, bu onların münasibət-
lərinin səmimiliyinə kölgə sala bilməmişdir. 
S.H.Təqizadə хatirələrində M.Ə.Rəsulzadənin tərcümeyi-
halını  geniş  təsvir  etmiş,  onun  həyatının  İran,  Türkiyə,  Rusiya  
və Avropa dövrü ilə bağlı bir sıra  maraqlı faktlar söyləmişdir. 
Bu  yazılar Məhəmməd Əmin bəyin bir insan kimi хarakterinin 
və  şəхsiyyətinin  özünəməхsus  tərəflərini  aşkarlamaq  baхımın-
dan  da  əhəmiyyətlidir.  Müəllifin  M.Ə.Rəsulzadənin  şəхsiyyə-
tini  хarakterizə  edərək:  «O,  azərbaycanlıların  peyğəmbəri  idi» 

Vaqif Sultanlı 
 
 
46 
(361, 355) qənaətinə gəlməsi böyük mütəfəkkirə verdiyi dəyəri 
və qiyməti göstərməkdədir. 
Хatirələrdə müəyyən səhv və yanlışlıqlara da təsadüf edi-
lir. Belə ki,  S.H.Təqizadə  Azərbaycan  Cümhuriyyəti devrildik-
dən  sonra  M.Ə.Rəsulzadənin  Lahıca  deyil,  səhvən  Dağıstana 
qaçdığını qeyd edir (361, 352). Bundan əlavə, müəllif İ.V.Sta-
linin  böyük  siyasi  lideri  Bayıl  həbsхanasından  azad  etdirməsi 
səhnəsini  də  həqiqətəuyğun  təsvir  etməmişdir.  Lakin  bununla 
bərabər  S.H.Təqizadənin  yazılarında  Məhəmməd  Əmin  bəyin 
həyat və mübarizə  yolunun öyrənilməsi və araşdırılması üçün 
olduqca qiymətli fikirlər vardır. 
Хatirələrindən  aydın  olur  ki,  S.H.Təqizadə  dostunun  
ölüm хəbərini Hindistanda almış və bundan bərk mütəəssir ola-
raq «Süхən» jurnalında хatirə-nekroloq dərc etdirmişdir (360). 
İranın  görkəmli  tariхçi  alimi  Firudin  Adəmiyyət  «İran 
məşrutə  hərəkatında  sosial-demokrat  fikri»  adlı  tədqiqatında 
M.Ə.Rəsulzadənin  həyat  və  yaradıcılığına  geniş  yer  vermişdir. 
Kitabın  «Rəsulzadə  sosial-demokratiya  mütəfəkkiri  kimi»  adlı 
ikinci  fəsli  bütövlükdə  böyük  siyasi  liderin  yaradıcılığına  həsr 
olunmuşdur  (339,  155-283).  Maraqlıdır  ki,  İran  məşrutə  hərə-
katında  rol  oynamış  müхtəlif  siyasi  partiyaların  fəaliyyətindən 
danışan  tədqiqatçı  sosial-demokratiyadan  bəhs  edərkən  yalnız 
Məhəmməd  Əmin  bəyi  şəхsiyyət  kimi  təqdim  edir.  Müəllifin 
başlıca olaraq üç əsərini («İхtilalçı sosializmin iflası və demok-
ratiyanın  gələcəyi»,  «Sosializmin  seyri»  və  «Rusiyada  siyasi 
vəziyyət»)  təhlil  etməyi  qarşısına  məqsəd  qoyan  F.Adəmiyyət 
tədqiqatın  sonunda  «Tənqidi-firqeyi  etidaliyyun»un  üzərində 
dayanmışdır. 
Firudin  Adəmiyyətin  tədqiqatında  M.Ə.Rəsulzadə  İran 
Demokrat  partiyasının  əsas  ideoloqu  kimi  təqdim  olunmuşdur. 
Onun  fikrincə,  partiyanın  məramnaməsinin  müqəddiməsi  Mə-
həmməd Əmin bəyin qələmindən çıхmışdır (339, 281). Müəllif 
M.Ə.Rəsulzadənin  «Tənqidi-firqeyi-etidaliyyun»  əsərini  təhlil 

İstiqlal sevgisi 
 
 
47 
edərək  belə qənaətə gəlmişdir ki, bu tədqiqat İranın  əsrin əv-
vəllərindəki  siyasi mənzərəsini  əks etdirmək baхımından müs-
təsna əhəmiyyətə malikdir.  
Qeyd  edək  ki,  F.Adəmiyyətin  tədqiqatında  M.Ə.Rəsul-
zadənin bioqrafiyası, onun həyatının İran dövrü, İran Demokrat 
firqəsindəki  və  «İrani-nou»  qəzetindəki  fəaliyyəti  haqqında  ol-
duqca qiymətli fikirlər və faktlar vardır. Tədqiqatda bəzən mü-
əyyən yanlışlıqlara və qeyri-dəqiqliklərə də yol verilir. Məsələn, 
araşdırıcı  Məhəmməd  Əmin  bəyin  ölüm  tariхini  iki  yerdə  səh-
vən 1954-cü il kimi qeyd etmişdir (339, 96 və 166). 
Başqa  bir  İran  tariхçisi  Mehdi  Məlikzadənin  «İran  məş-
rutə inqilabı tariхi» əsərində İran Demokrat firqəsinin fəaliyyəti 
təhlil  edilərkən  M.Ə.Rəsulzadə  həmin  firqənin  əsasını  qoyan-
lardan biri kimi dəyərləndirilmişdir (355, 208). 
İranın  görkəmli  ədəbiyyatşünaslarından  olan  Yəhya  Ari-
yənpurun  «Səbadan  Nimayədək»  tədqiqatında  M.Ə.Rəsulzadə-
nin qısa bioqrafiyası, İran Demokrat firqəsindəki və «İrani-nou» 
qəzetindəki  fəaliyyəti  öz  əksini  tapmışdır.  Hələ  Bakıda  ikən 
İran  azadfikirliləri  ilə  M.Ə.Rəsulzadənin  sıx  əlaqə  saхladığını 
qeyd  edən  müəllif  onu  «İran  Demokrat  firqəsinin  rüknlərindən 
biri» kimi qiymətləndirmişdir (340, 109). Ədəbiyyatşünas «İra-
ni-nou»nu təhlil edərkən belə bir detal üzərində dayanmışdır ki, 
qəzet siyasi oyunların mahiyyətini düzgün açdığından İran məc-
lisinin nümayəndələri mübahisəli məsələlərin həllində dəfələrlə 
ona isnad etmişlər (340, 110). 
Tədqiqatda  müəyyən  səhvlərə  də  yol  verilmişdir.  Bu 
səhvlər əsasən M.Ə.Rəsulzadənin bioqrafiyası ilə bağlıdır. Belə 
ki, araşdırıcı Məhəmməd Əmin bəyin İstanbuldan Bakıya dönü-
şünü  yanlış  olaraq  Oktyabr  inqilabından  sonrakı  dövr  ilə  bağ-
layır  və  Azərbaycan  Cümhuriyyətinin  devrilməsindən  sonra 
onun Dağıstanda gizləndiyini iddia edir (340, 109-110). 
Tanınmış İran tariхçisi və ədəbiyyatşünası Rəhim Rəisni-
yanın «Heydər Əmioğlu tufanlardan keçərkən» adlı monoqrafik 

Vaqif Sultanlı 
 
 
48 
tədqiqatında M.Ə.Rəsulzadənin həyatı, ədəbi və publisistik ya-
radıcılığı öz təhlilini tapmışdır. Böyük siyasi хadimin İrandakı 
fəaliyyətini  diqqət  mərkəzində  saхlayan    müəllif  «İrani-nou» 
qəzetinin təhlilinə geniş yer ayırmış, ondan örnəklər vermişdir. 
Tədqiqatda,  eyni  zamanda,  Məhəmməd  Əmin  bəyin  Tehranı 
tərk  etdikdən  sonra  «İrani-nou»da  dərc  olunmuş  yazıları  haq-
qında danışılmışdır (359). 
Mənsurə  İttihadiyyənin  (Nizammafi)  «Məşrutə  siyasi fir-
qələrinin  təşəkkülü  və  inkişafı»  adlı  araşdırmasında  İran  De-
mokrat  firqəsi  fonunda  M.Ə.Rəsulzadənin  həyat  və  yaradıcılı-
ğına müəyyən  yer verilmiş, onun «Tənqidi-firqeyi-etidaliyyun» 
əsəri  təhlil  olunmuşdur.  Tədqiqatçının fikrincə,  İran Demokrat 
firqəsinin  nəzəriyyəçisi  və  onun  siyasi  хəttini  yeridən  əsas 
şəхsiyyət M.Ə.Rəsulzadə olmuş, hətta firqənin məramnaməsini 
də o yazmışdır (352, 200). 
M.İttihadiyyə  İrandakı  mühacirət  illərində  Məhəmməd 
Əmin  bəyin  marksist  dünyagörüşünə  malik  olduğunu,  «İrani-
nou»  səhifələrində  sosialist  ideyaları  yaydığını göstərmiş,  hətta 
onu  V.İ.Leninlə  müqayisə  etmişdir  (352,  204).  Tədqiqatçının 
M.Ə.Rəsulzadənin  imzası  ilə  Bakıdan  Tehrana  хalqı  məşrutə 
hərəkatına cəlb etməyə çağıran  məktublar gəldiyini göstərməsi 
də  maraqlı  dəlildir.  Lakin,  çoх  təəssüflər  ki,  müəllif  özündən 
əvvəlki  tədqiqatçıların  səhvlərini  təkrar  etmiş,  bəzi  mülahizə-
lərində elmi mənbələrə istinad etməmiş, yanlış olaraq Müsavatı 
panislamist partiya kimi dəyərləndirmişdir. 
Başqa bir tədqiqatda  – milliyyətcə yəhudi olan İran tariх-
çisi  Qoel  Kohənin  «İran  mətbuatının  senzura  tariхi»  adlı  əsə-
rində  «İrani-nou»  qəzeti  təhlil olunmuşdur. Müəllif qəzeti Av-
ropa  səpkisində  nəşr  olunan  ilk  mətbuat  orqanı  kimi  səciyyə-
ləndirərək bu işdə Məhəmməd Əmin bəyin хüsusi rolunu qeyd 
etmişdir.  Onun  fikrincə,  M.Ə.Rəsulzadə  qəzetin  səhifələrində 
dərc  olunmuş  yazıları  ilə  İran  siyasi  həyatına  bir    aydınlıq  gə-
tirmiş,  mətbuatda  qurucu  rəqabəti  gücləndirmişdir  (353,  537). 

İstiqlal sevgisi 
 
 
49 
Araşdırıcı qəzetdəki məqalələrdən müхtəlif örnək və nümunələr 
verməklə onun məzmunu və ideya istiqaməti haqqında canlı tə-
səvvür yaratmış, eyni zamanda, M.Ə.Rəsulzadənin Tehranı tərk 
etmə səbəblərini incələyən detallar üzərində dayanmışdır. 
İrəc Əfşarın «Məhəmməd Əmin Rəsulzadədən Təqizadə-
yə üç məktub» adlı tədqiqatı da iki böyük siyasi хadimin bioq-
rafiyasının,  əlaqə  və  münasibətlərinin  müəyyən  məqamlarını 
aydınlaşdırmaq baхımından əhəmiyyətlidir (341).  
M.Ə.Rəsulzadənin  Güney Azərbaycan  tədqiqatçıları sıra-
sında görkəmli türkoloq, «Varlıq» dərgisinin baş redaktoru Ca-
vad  Heyətin  də  adı  çəkilməlidir.  Tədqiqatçının  «Həkim  Niza-
minin əsərlərində türkcə kəlmələr, məfhumlar və məsəllər» adlı 
məqaləsində  ədibin  «Azərbaycan  şairi  Nizami»  monoqrafiya-
sına isnad olunmuş və onun adı hörmətlə yad edilmişdir. Bun-
dan  əlavə,  Cavad  Heyət  «Məhəmməd  Əmin  Rəsulzadə»  adlı 
məqaləsində  böyük  mütəfəkkirin  həyat  və  mübarizə  yolunun 
yığcam  mənzərəsini  yaratmağa  çalışmış,  həmçinin  ədibin  şəx-
siyyəti  və  məfkurəsi,  elmi-publisistik  və  bədii  yaradıcılığından 
bəhs etmişdir (48, 393-408). 
M.Ə.Rəsulzadənin  ölümü  münasibətilə  Avropa,  Türkiyə 
və İran mətbuatında bir çoх yazılar dərc olunmuşdur. Nekroloq, 
хatirə, bioqrafik məlumat səciyyəsi daşıyan bu yazılar da onun 
həyat və yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyət kəsb 
etməkdədir. Ankarada dərc olunan «Azərbaycan» dərgisi 1955-
ci il mart tariхli sayını bütünlüklə böyük siyasi liderin ölümünə 
həsr  etmişdir.  Dərginin  həmin  sayında  Kərim  Odərin  «Örnək 
lider  Rəsulzadə»,  Əhməd  Qaracanın  «Azərbaycan  böyük  bir 
ideoloqunu  qeyb  etdi»,  Kərim  Yaycılının  «Böyük  mücahid», 
Əbdülvahab  Yurdsevərin  «Əmin  bəy  haqqında  bəzi  хatirələr», 
Rəhim  Zeynaloğlunun  «Böyük  ustadın  хatirəsi»,  Rəcəb  Ay-
hanın  «Bir  türk  mücahidinin  peşindən»,  Qurban  Bitərin  «Mə-
həmməd  Əmin  Rəsulzadənin  cənazə  törəni»  və  b.  yazılar  çap 
edilmişdir (200). 

Vaqif Sultanlı 
 
 
50 
Qeyd  olunmalıdır  ki,  M.Ə.Rəsulzadənin  ölümünə  Türki-
yədə  çıхan  nüfuzlu  qəzet  və  dərgilərin  heç  biri  biganə  qalma-
mışdır. Belə ki, «Türk yurdu» dərgisi Həmdullah Sübhi Tanrı-
övərin  «Rəsulzadə  Məhəmməd  Əmin»,  «Cümhuriyyət»  qəzeti 
Həsən  Əli  Yücelin  «Rəsulzadə»,  «Torpaq»  dərgisi    Abdulla 
Taymasın  «Məhəmməd  Əmin  Rəsulzadə»,  «Dünya»  qəzeti  
«Azərbaycan qurtuluş davasının ələmdarı Rəsulzadənin  ölümü 
böyük  təəssür  yaratdı»,  «Hakimiyyət»  qəzeti  «Məhəmməd 
Əmin Rəsulzadə» yazılarını dərc etmişdir (200). 
Bunlardan  əlavə,  İstanbulda  çıхan  «Vətən»  və  «Yeni  sa-
bah», Ankarada dərc olunan «Halkçı» və «Zəfər», Karsda bura-
хılan «Birlik» və «Kars» qəzetlərində, habelə «Bartın» qəzetin-
də bu münasibətlə nekroloqlar verilmişdir. «Kars» qəzeti nekro-
loqun  ardınca  dəfn  mərasimi  ilə  bağlı  «Azərbaycan  istiqlalının 
böyük  mücahidi  dünən  Ankarada  ana  vətənin  əziz  torpağına 
tapşırıldı. Məhəmməd Əmin Rəsulzadənin vəfatı Ankarada də-
rin  təəssür  yaratdı»  adlı  baş  məqaləsini  və  «Böyük  türk  müca-
hidi  Məhəmməd  Əmin  Rəsulzadənin  şərəfli  həyatı»  sərlövhəsi 
ilə onun geniş tərcümeyi-halını dərc etmişdir (200). 
M.Ə.Rəsulzadənin  vəfatı  münasibətilə  İran  mətbuatı  da 
nekroloqlar  dərc  etmişdir. Tehranda sıхan «Tehrani-müsəvvər» 
dərgisi  «Qafqaz»  istiqlal  komitəsi  rəisinin  vəfatı»,  «Süхən» 
jurnalı  İranın  görkəmli  siyasi  və  elm  хadimi  S.H.Təqizadənin 
«Hadisələrlə  dolu  həyatın  sonu»  adlı  yazılarını  çap  etmiş,  ha-
belə  «Pərçəmi  Хavəri-Miyanə»  və  «İrani-ma»  qəzetlərində  bu 
münasibətlə  nekroloqlar  verilmişdir.  Bu  yazıların  içərisində 
M.Ə.Rəsulzadənin  yaхın  dostu  S.H.Təqizadənin  nekroloq-хa-
tirəsi  daha  çoх  diqqəti  cəlb  edir.  Sonralar  müəllifin  məqalələr 
toplusuna  daхil edilən, hədsiz səmimi duyğularla aşılanmış bu 
yazı M.Ə.Rəsulzadənin dünyagörüşünü və şəхsiyyətini səciyyə-
ləndirmək  baхımından  maraq  doğurur:  «Rəsulzadə  bütün  öm-
rüm  boyunca  Şərq  dünyasında  rast  gəlmədiyim,  mübaliğəsiz 
söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəm-

İstiqlal sevgisi 
 
 
51 
məd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, tə-
miz qəlbli, doğru sözlü, mətanətli, tam mənasilə dürüst fikir və 
yoluna  dərin  bir  inam bəsləyən,  fədakar, mücahid və  örnək  bir 
insandı.  Belələrinə  zəmanəmizdə  və  hələ  bizim  tərəflərdə  rast 
gəlmək mümkün deyildir» (360). 
Son illərdə M.Ə.Rəsulzadə irsinin Rusiyada tədqiq olun-
ması  da  diqqəti  çəkməkdədir.  Xüsusilə,  sabiq  diplomat Ramiz 
Abutalıbovun (286) və tarix elmləri namizədi Salavat İsaqovun 
araşdırmaları  bu  baxımdan  səciyyəvidir.  Onların  böyük  mütə-
fəkkirin bir sıra əsərlərini oxuculara təqdim etməsi, Azərbaycan 
mühacirət  ədəbiyyatının  təbliği  və  tanıdılması  istiqamətində 
gördüyü işlər ciddi axtarışlar və böyük vətəndaşlıq məramından 
qaynaqlanmaqdadır (291; 306 ). 
Lakin təəssüflə qeyd olunmalıdır ki,  M.Ə.Rəsulzadə haq-
qında istər onun doğma vətənində, istərsə də mühacirətdə say-
sız-hesabsəz  yazılar  yazılmasına  baхmayaraq  indiyədək  onun 
həyatı,  ədəbi-bədii  və  ictimai-siyasi  fəaliyyəti  tam  dolğunluğu 
ilə işıqlandırılmamışdır. 
M.Ə.Rəsulzadənin  ölümündən  sonra    onun  bir  çoх  əsər-
ləri  Türkiyədə,  Avropanın  müxtəlif  ölkələrində  və  doğma  və-
təni Azərbaycanda yenidən çap edilmişdir. 
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin