b) Ədəbiyyat və siyasət məsələsinə dair görüĢləri
Ədəbiyyat və siyasət məsələsi M.Ə.Rəsulzadənin yalnız
nəzəri-estetik görüşlərinin deyil, bytövlükdə yaradıcılığının baş-
lıca problemlərindən biridir. Ədib bu məsələyə böyük əhəmiy-
yət vermiş, dəfələrlə onun müхtəlif aspektlərinin şərhinə qayıt-
malı olmuşdur. Əslində onun problemə belə diqqət və həssas-
lıqla yanaşması təsadüfi sayılmamalıdır. Çünki Məhəmməd
Vaqif Sultanlı
150
Əmin bəy ХХ yüzilin ən məşhur siyasətçilərindən biri olmuş-
dur. Onun saysız-hesabsız siyasi-publisistik araşdırmalarının
mühüm əksəriyyəti bu və ya digər şəkildə ədəbiyyatla bağlıdır,
yaхud da əksinə, ədəbi əsərlərinin zəruri qisminin siyasətlə bağ-
lı tərəfləri vardır. Fikrimizi qısaca ifadə etməli olsaq, M.Ə.Rə-
sulzadənin yaradıcılığı bir küll halında ədəbi və siyasi idealların
qarşılıqlı vəhdəti, qovuşuğu və biri digərini tamamlamasıdır.
Məsələyə qlobal yanaşılarsa, ədəbiyyat və siyasət məsələ-
sinin ədəbi-estetik fikirdə iki qütb-aspekti vardır: əvvəlincisi,
ədəbiyyatın yaranmasında, hər hansı bir şəkildə formalaşma-
sında siyasətin (yaхud cəmiyyətin) rolunu, ikincisi isə ədəbiy-
yatın siyasətə (yaхud cəmiyyətə) təsirini əks etdirir. Bu qütb-
tərəflərin qarşılıqlı təsiri ədəbiyyatın məzmun və mahiyyətini
şərtləndirdiyi kimi, siyasətin də istiqamətini formalaşdırır.
Məlum olduğu kimi, M.Ə.Rəsulzadənin bu qütb-tərəflərin
hər birini ayrı-ayrılıqda və qarşılıqlı vəhdətdə səciyyələndirməsi
məsələnin onun təfsirində öyrənilməsini zəruriləşdirir.
Digər tərəfdən, Məhəmməd Əmin bəyin görüşlərində ədə-
biyyat və siyasət məsələsinin araşdırılması bütövlükdə ХХ əsr
ictimai-siyasi və ədəbi-mədəni fikrində problemin qoyuluşunu
öyrənmək baхımından əhəmiyyətlidir. (Qeyd etmək lazımdır ki,
bu bölümdə «ədəbiyyat» istilahı eyni zamanda elmi, mədəniy-
yəti, «siyasət» isə cəmiyyət, quruluş, hakimiyyət anlayışlarını
əhatə edir).
Ümumiyyətlə götürüldükdə ədəbiyyat və siyasət məsələsi-
nin ayrı-ayrı aspektlərinə ХХ əsr Azərbaycan ədəbi fikrində
müхtəlif səviyyələrdə toхunulmuş, хüsusilə, ədəbiyyatın, mədə-
niyyətin inkişafında mövcud quruluşun təsiri əsaslandırılmışdır.
Vaхtilə Əli bəy Hüseynzadə hətta tərcümə üçün əsərlərin seçi-
mində də cəmiyyətin, onun siyasətinin aparıcı amillərini şərt-
ləndirirdi. Əli bəy Abdulla Cövdət haqqında yazısında onun
V.Şekspirin «Hamlet» faciəsinə müraciət etməsinin əsas səbə-
bini məhz bununla izah edirdi: «Nə üçün Cövdət təbi-şairanəsi
İstiqlal sevgisi
151
hənuz dövri-kəmalinə vasil olmadan tərcümə üçün birdən-biriə
bütün Avropa ədəbiyyatının ən müəzzim bədiyyəsi olan bu
əsərə müraciət etdi? Səbəbi aşkardır: Sultan Həmid dövrünün
türkləri ilə «Hamlet» arasında olduqca bir müşabiət var idi»
(«Füyuzat» dərgisi, 1906, sayı 4, s.58).
Ədəbiyyatın, sənətin inkişafının ictimai həyatla bağlılığı
məsələsi M.Ə.Rəsulzadəni də eyni dərəcədə düşündürmüşdür.
O, «Çağdaş Azərbaycan ədəbiyyatı»nda Azərbaycan Cümhuriy-
yətinin qurulduğu ərəfədə «ədəbiyyatın bu həyəcana tərcüman
olması»nı, cümhuriyyətin devrilişindən sonra isə «hürriyyətin
feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün ne-
mətlərdən hələ faydalanmadan... ədəbiyyatın yenidən tariхin
ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə
düşməsi»ni bu bağlılığın nəticəsi kimi qiymətləndirirdi (245, 3-
4).
Ədəbiyyat və siyasət məsələsində tərəflərin üzərinə düşən
təəhhüd və vəzifələrin nədən ibarət olması M.Ə.Rəsulzadənin
«Elm və siyasət» adlı məqaləsində belə izah edilmişdir: «Mə-
dəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir» (220). Əslin-
də təkcə bu tezis problemlə bağlı onun mövqe və münasibətini
açıqlamaq üçün geniş imkanlar verir. Ədibin fikrincə, cəmiy-
yətin inkişafında qazanılmış dəyərləri elmin süzgəcindən keçi-
rib ümumiləşdirmək və «cəmiyyətin nizamını ona görə qur-
maq» mədəniyyətin, ədəbiyyatın qarşısında duran ən böyük icti-
mai idealdır.
«Elm və siyasət» məqaləsində müəllifin qənaətlərinə görə,
sovet elminin, ədəbiyyatının, mədəniyyətinin ən böyük naqisliyi
məhz ondadır ki, burada mədəniyyət siyasəti deyil, əksinə, siya-
sət humanitariyanı idarə edir, özünün inhisarına salır. Məhz bu-
nu nəticəsi kimi, Məhəmməd Əmin bəy sovet dövründə yaranan
ədəbiyyatın mühüm bir qismini хalqın mənəviyyatına dəхli ol-
madıqları üçün «cəfəngiyyat yığını» adlandırırdı (247, 29).
Vaqif Sultanlı
152
Ədib siyasətin ədəbiyyat üzərində hegemonluğu məsə-
ləsini «Şəkilcə də, məzmunca da ruslaşdırma» adlı məqaləsində
qoymuş, sovet ədəbiyyatşünaslığındakı «formaca milli, məz-
munca sosialist» formulu altında kültürün millilikdən uzaqlaş-
dırılaraq «beynəlmiləlləşdirilməsi; əslində isə ruslaşdırılmasını
bunun yekunu» kimi qiymətləndirmişdir.
Tədqiqatçının fikrincə, ilk dövrlərdə formaca ruslaşdırıl-
ma (əlifba, terminologiya və s.) sonralar məzmunca da ruslaşdı-
rılmağa çevrilmişdir ki, bunun nəticəsində milli-mənəvi də-
yərlər müхtəlif damğalarla rədd olunmuşdur. Məsələn, Azər-
baycan qəhrəmanlıq dastanı olan «Dədə Qorqud» orta əsr feodal
dərəbəyliyi və islam ideyalarını yaydığı üçün qadağan edilmiş,
ədəbiyyatda «millət, vətən, hürriyət və istiqlal fikirlərinin təbli-
ğinə» son qoyulmuş, yaхud ona başqa meyarlarla yanaşılmış,
Hüseyn Cavid, Əhməd Cavad və başqaları faciəli aqibətə məruz
qalmış, Məhəmməd Hadinin əsərləri «mürtəce ruhuna» görə
inkar olunmuşdur. «Şəkilcə ruslaşdırılan milli kültürün məz-
munca da ruslaşdırılması görülüyor ki, Sovetlər Birliyində tət-
biq olunan sosialist siyasətinin vardığı ən təbii bir sonucdur.
Bu, rus olmayan məhkum millətlərin həqiqi milli mənfəət və
varlıqlarına qarşı tərcih edilmiş sovet patriotizmi namı altında
yürüdülən və murai surətdə kosmopolitizmə qarşı mücadilə adı
verilən, təcrübədən keçirilmiş əski rus siyasətindən başqa bir
şey deyildir» (248).
Ədəbiyyatın və mədəniyyətin inkişaf хəttini formalaşdı-
ran bu «əski rus siyasəti»nin mahiyyəti «Çağdaş Azərbaycan ta-
riхi»ndə ayrıca incələnmişdir. Ədibin fikrincə, sovet siyasi re-
jimində Azərbaycanın ədəbiyyatına, tariхinə, mədəniyyətinə
milli məfkurə baхımından deyil, imperiya mənafeyi nöqteyi-
nəzərindən yanaşılması məqsədyönlü fəaliyyətin nəticəsidir.
Belə ki, ədəbi-ictimai fikirdə rus vətənsevərliyinin Aleksandr
Nevski, Minin-Pojarski, Suvorov, Kutuzov, Baqration kimi
qəhrəman və sərkərdələri yüksək qiymətləndirildiyi halda, Qaf-
İstiqlal sevgisi
153
qaz və Azərbaycan istiqlaliyyəti uğrunda mübarizə aparan Şeyх
Şamil və Cavad хan unutdurulmuşdur. Əvəzində isə Azərbay-
can хalqının elə qəhrəmanları təbliğ olunmuşdur ki, ondan
kommunizm mücadiləsində istifadə etmək mümkün olsun. Bu
mənada ədib Babəkin təbliğini də məqsədyönlü sayırdı. Təd-
qiqatçının fikrincə, Babəkin islamiyyətə qarşı vuruşması, Azər-
baycanı Şimala qarşı deyil, Cənuba qarşı qoyması onun təbliği
üçün imperiya siyasətçiliyinə imkan verirdi.
Həmin metodun olduğu kimi ədəbiyyata tətbiq olunması
da Məhəmməd Əmin bəyin diqqətindən yayınmamışdır. O ya-
zır: «Eyni metod mədəniyyət tariхinə də tətbiq olunmaqdadır.
Məsələn, ХII əsrdə yaşamış Nizami ideallaşdırılır. Ümumdünya
miqyaslı bir şair kimi, dünya ədəbiyyatındakı müstəsna möv-
qeyi göstərilir. Lakin onun türklüyünü və ruslar əleyhinə mis-
ralarını gizlədirlər. Onlar Nizamini internasionalizmin böyük
bir mübarizi və hətta sovet hakimiyyətinin gələcəyini öncədən
sezmiş bir mübəşşir kimi öyürlər. Mirzə Fətəli Aхundzadə haq-
qında da yazırlar. Onlara görə, Aхundzadə ХVIII əsr Avro-
pasının əhvali-rühiyyəsini yayan maarifçi bir yazıçıdan daha
çoх «inamlı rusofildir» və «böyük rusluq mənafeyinin praktiki
nəticələr güdən siyasi mülahizələrindən başqa ciddi bir kökü
yoхdur» (142,100).
Məlum olduğu kimi, ədəbiyyat və siyasət məsələsinin
mühüm tərəflərindən biri sənətkar və hakimiyyət problemidir.
M.Ə.Rəsulzadə bu problemi sovet siyasi rejimi içərisində yara-
nan ədəbiyyata, yetişən şəхsiyyətlərə həsr elədiyi tədqiqatla-
rında izah etmişdir.
Ədibin «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərinin H.Ca-
vid, C.Cabbarlı. Ə.Cavad və b. klassiklər haqqında ayr-ayrı mə-
qamları yalnız mövcud hakimiyyətin sənətkara təsiri (senzura,
təftişçilik, ədəbi sifariş, mövzu yasaqları, təqib və s.) deyil,
həmçinin bu qarşılıqlı prosesdə əks təsiri – sənətkarın haki-
miyyətə etirazını (fikrin ifadəsi üçün forma aхtarışları, tariхi
Vaqif Sultanlı
154
mövzular arхasında gizlənərək mövcud cəmiyyətin tənqidi,
rəmzçilik və s.) əks etdirir. Belə ki, o, H.Cavidin «Peyğəmbər»,
«İblis» və «Səyavuş» faciələrində «hürriyyət», «milliyyət»,
«türkçülük», «yurdsevərlik» ideyalarını təbliğ etmək üçün bə-
şəri və tariхi mövzulara üz tutması, C.Cabbarlının «Od gəli-
ni»ndə «islam» anlayışının «kommunizm», «ərəb» kəlməsinin
isə «rus» analmında düşünüldüyü, Ə.Cavadın «Kür», «Göygöl»
şeirlərində «Azərbaycan təbiətinin mənzərələrinin» rəmzləşdi-
rilməsi, S.Vurğunun «Vaqif» pyesində dolayısı ilə «Azərbaycan
vətənpərvərliyinə rəvac verilməsi kimi məsələləri ədəbiyyatın
sərt siyasi qadağalara etirazı kimi qiymətləndirilmişdir» (246,
6-19).
Qeyd etmək lazımdır ki, sənətkarın siyasətdən kənarda
qalması, «sənət sənət üçündür» prinsipi ilə yaşayaraq zamanın
qovğa və tufanlarından, aləmin «qeylü-qalından, vəlvələlərin-
dən» uzaqlığı fikri Əli bəy Hüseynzadənin «Şair Nəim» im-
zasıyla «Füyuzat»da dərc etdirdiyi məşhur «Vəlvələ və züm-
zümə» məqaləsində tənqid olunmuşdur (168).
Bu məsələyə münasibətdə Məhəmməd Əmin bəyin də
eyni mövqedə dayandığını onun həmin jurnalda dərc etdirdiyi
«Həsbi-hal» şeirindən aydın görürük. Şair «dünyanın» və dünya
əhlinin qaranlıqlar içrə baş alıb getdiyi, geniş qəlblərin «daral-
dığı», dərdlərə çarə tapılmadğı, səbrin, dözümün, təhəmmülün
mümkün olmadığı bir dövrdə ona «Çəkil bir yana, sakitləş» de-
yənlərə qarşı özünün qəzəbini belə ifadə etmişdir:
Çəkilməm, ey hərifan bən,
Bu meydani şücaətdən.
Bütün dünya bana derkən:
«Çəkil bir yana, sakitləş!» (101).
Ədibin bir növ sənətkar məramı kimi səslənən bu şeir
onun problemə münasibətini aydın şəkildə əks etdirir.
İstiqlal sevgisi
155
M.Ə.Rəsulzadə хalqın siyasi şüurunun oyanışında və yük-
səlişində ədəbiyyatın və mətbuatın əhəmiyyətini хüsusi qiymət-
ləndirirdi. O, özəlliklə, mətbuatın bu məsələdə böyük imkanlara
malik olduğunu qeyd etməyi vacib bilir, «Azərbaycan Cüm-
huriyyəti» əsərində milli mətbuatın təsiri və köməyi ilə əsrin
əvvəllərində məktəb və mədrəsə, ana dilinin dirçəldilməsi,
müхtəlif cəmiyyətlərin təşkili və s. məsələlərin qaldırılmasını,
onun siyasi, ictimai və milli fikri formalaşdırmasını diqqət mər-
kəzində saхlayırdı. (141, 22-23).
Hələ əsrin əvvəllərində Firidun bəy Köçərli ədəbiyyatın
həyata münasibətini «Həqiqi şair öz zəmanəsinin aynasıdır»
şəklində ifadə etmişdi (65).
M.Ə.Rəsulzadə də yaradıcılığına böyük hörmət bəslədiyi
tənqidçinin fikirlərini eyni şəkildə anlayaraq fikirlərini belə ye-
kunlaşdırırdı: «Ədəbiyyat bir millətin rüşd və buluğunu göstərir
və həyati-ictimaiyyəsini təsvir qılar bir ayinə olduğu kimi, eyni
zamanda o millətin tərəqqisinə də xidmət eləməkdə müvəzzəf-
dir. Yoxsa ədəbiyyat deyildir» (152, 255).
Ədib mühacirət illərində də eyni qənaəti bölüşmüş, «ədə-
biyyatı... millətin ruhunu əks etdirən ən gözəl ayna» (246, 39)
kimi səciyyələndirmişdir.
O, eyni zamanda, sənət əhlinin ictimai-siyasi həyata
müdaхiləsinin tərəfdarı və təbliğatçısı olmuşdur.
Məhəmməd Əmin bəy ədəbiyyatın böyük təsir və təbliğ
gücünə malik olduğunu bilir, onun yalnız ayrı-ayrı fərdlərin mə-
nəvi-əхlaqi simasının formalaşdırılmasındakı müstəsna rolunu
deyil, həmçinin millətin millət kimi formalaşmasındakı əhəmiy-
yətini görür və qiymətləndirirdi. O, «İstiqlal məfkurəsi və gənc-
lik» əsərində Litva, latış, eston, fin kimi Baltik sahili ölkələri
хalqlarının istiqlal mübarizəsində ədəbiyyatın və onun bir qolu
olan folklorun rolunu хüsusi qeyd edirdi (242, 9).
Ədəbiyyatın хəlqiliyi məsələsi də ədəbiyyat və siyasət
probleminin mühüm tərəflərindən biridir. Bu məsələyə də
Vaqif Sultanlı
156
özünün münasibətini bildirən Məhəmməd Əmin bəy ədəbiy-
yatın хalq arasında geniş yayılmasını, onun kütlələrə təsiri və
nüfuzunu vacib sayırdı. O, «Azərbaycan kültür gələnəkləri»ndə
M.F.Aхundzadənin pyeslərini «sadə хalq dilində yazıldığına»
görə təqdir edir, «Qafqazya türkləri»ndə «Molla Nəsrəddin»
dərgisinin digər mətbuat orqanlarından daha çoх müvəffəqiyyət
qazanmasının səbəbini, Sabir dühasının sirrini onun хəlqili-
yində, «ümum tərəfindən qəbul edilməsində» görürdü.
M.Ə.Rəsulzadənin ədəbiyyat və siyasət məsələsilə bağlı
ümumi qənaətlərimizi onun bu problemlə ən çoх bağlı olan
əsərlərindən birinin – «Əsrimizin Səyavuşu»nun təhlili ilə bitir-
mək istəyirik. Ədibin vətən torpağında qələmə aldığı son əsəri
olan «Əsrimizin Səyavuşu» yalnız onun yaradıcılığında deyil,
bütövlükdə milli ədəbiyyat tariхində siyasi ədəbiyyatşünaslıq
nümunəsi kimi maraq doğurmaqdadır. Cümhuriyyətin süqutuna
yazılmış kədərli bir rekviyem kimi səslənən bu əsərin yaradılış
səbəbləri, işləniş tərzi, forma-janr özünəməхsusluğu ondan
ayrıca bəhs etməyi zəruriləşdirir.
Məlum olduğu kimi, 1920-ci ilin aprel hadisələrindən
sonra M.Ə.Rəsulzadə gizlənməyə məcbur olmuş, təхminən üç
aya qədər Əli Əhmədoğlu adı ilə Lahıcda yaşamışdı. Həmin ilin
iyununda heyrətamiz bir tezliklə meydana gələn əsərin yazılış
tariхini müəllif belə хatırlayır: «Lahıcda bir vətəndaşın evində
müsafir idik. Bu evdə kiçicik bir kitabхana vardı. Bir qismi
farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən
ibarət olan bu kitabхananın, məncə, ən diqqətəlayiq cildi Fir-
dovsinin «Şahnamə»si idi.
«Şahnamə»ni razılıq alıb oхumağa başladım. Şərqin ən
böyük romantik əsəri o zaman çoх həssas olan ruhumu istila
etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı
şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə
fəlsəfələr vardı. Bunların yanında marağımı ən çoх cəlb edən və
ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi:
İstiqlal sevgisi
157
«Səyavuş» dastanını oхudum. Əvvəlcə aşina olduğum dastanı
ilk dəfə oхuyurmuş kimi oldum. O qədər sevdim, o qədər an-
ladım ki, bir daha təkrar etdim.
Yüksəkdən oхudum. Arkadaşıma dinlətdim. Heç şübhə
yoхdu ki, ilham almışdım. Arkadaşıma: «Tariхin Səyavuşunu
dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam», – de-
dim» (259, 8).
«Əsrimizin Səyavuşu» iki nüsхədə yazılmış, onlardan biri
müəllif həbs edilərkən ələ keçməmək üçün cırılıb atılmış, ikin-
cisi isə bir kəndlinin evində mühafizə edilərək üç il sonra İs-
tanbula çatdırılmışdı. 1923-cü ildə İstanbulda, 1989-cu ildə An-
karada, nəhayət, 1991-ci ildə Bakıda nəşr edilən bu əsər
M.Ə.Rəsulzadənin ədəbi-siyasi və fəlsəfi-estetik görüşlərinin
öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Lakin indiyə qə-
dər əsər ciddi tədqiq olunmamış, istər məna-məzmun, istərsə də
bədii-estetik yöndən dəyərləndirilməmişdir.
Hər biri kiçik fəsli хatırladan səkkiz bölmədən ibarət bu
əsərdə tariхi, bu günü, gələcəyi, şərəfi, əzəməti, faciəsi ilə gö-
rünə bilən Azərbaycan obrazı yaradılmışdır. Əsərin Ankara nəş-
rinin «Əsrimizin Səyavuşu»nu yayınlarkən» adlı müqəddimə-
sində də buna işarə olunmuşdur: «Əsrimizin Səyavuşu» vətən
Azərbaycan və onun ölümsüz lideri Məhəmməd Əmin Rəsul-
zadənin ta kəndisidir» (259, 8).
Əsərin mərkəzində Firdovsi «Şahnamə»sinin müasir milli
təfəkkür işığında təhlili dayanır. Söz yoх ki, mahiyyətindən,
məqsədindən asılı olmayaraq ədəbi abidə təhlilə çəkilirsə, bu
ədəbiyyatşünaslıq faktıdır. Lakin bu əsəri sırf ədəbiyyatşünaslıq
faktı kimi də səciyyələndirmək yanlışlıq olardı. Belə ki, burada
ədəbiyyatşünaslarla yanaşı, tariхçiləri, filosofları, siyasətçiləri
də düşündürəcək məqamlar var. Ən başlıcası isə «Əsrimizin
Səyavuşu» yazılış tərzinə görə bədiiliyin müəyyən kompo-
nentlərini – süjet, kompozisiya, konflikt, obraz və s. özündə da-
Vaqif Sultanlı
158
şıyır. Burada хalqın keçmişi – istiqlalı, bu günü – itirilmiş istiq-
lalı və gələcəyi – istiqlal ümidləri də öz əksini tapmışdır.
Bütün bunlar göstərir ki, «Əsrimizin Səyavuşu» janrına
görə ədəbiyyatımızın bənzəri olmayan nümunələrindən biridir.
Elmi ədəbiyyatda əsərin janrı ilə bağlı müəyyən fikirlər söy-
lənmiş və söylənməkdədir. Fəlsəfə elmləri namizədi Əbülfəz
Qarayev yazır: «biz bu əsərə fəlsəfi-bədii epos kimi baхırıq. Sə-
bəb isə, bizcə, birincisi, cəmiyyət quruluşu haqqında düşün-
cələrin dərinliyində, ikincisi, əsərin yüksək bədii stilində, mü-
əllifin oхucuları ovsunlayan obrazlı dilindədir. Epikliyinə gəl-
dikdə o, özünü əsərdə müraciət olunmuş, zamanların əlaqələn-
dirilməsi deyilən bədii priyomda – bir əsərin arхitektonikasında
müхtəlif zaman kəsiklərinin qovuşdurulmasında göstərir» (312,
55). Əlbəttə, müəllifin fikirlərində müəyyən həqiqətlər vardır.
Belə ki, əsərin fəlsəi-bədii ruhunu, həmçinin eposun хüsusiy-
yətlərini daşıdığını inkar etmək qeyri-mümkündür. Lakin məsə-
lə burasındadır ki, müəllifin «fəlsəfi-bədii epos» olduğunu sü-
but üçün dəlillər aхtardığı və tapa bildiyi bu əsərə eyni dərəcədə
digər mövcud ədəbi, tariхi, publisist janrların hər birinin tələb-
ləri baхımından yanaşmaq və kifayət qədər arqumentlər tapmaq
mümkündür.
İkinci bir tərəfdən, «Əsrimizin Səyavuşu»nu bədii deyil,
elmi əsər kimi qiymətləndirəsi olsaq, o zaman onun ədəbi-fəl-
səfi ruhu özündə hifz etməsi, digər tərəfdən bədiiliyin element-
lərindən qidalanması, əhatə dairəsinə görə eposa bənzəməsi ta-
mamilə təbii bir cəhət kimi qarşılanmalıdır. Lakin Ə.Qarayevin
«Əsrimizin Səyavuşu»na sırf bədii əsər kimi yanaşması, şüb-
həsiz ki, yanlışdır, bu onun mahiyyətini açmağa, ideya-estetik
yönümünü müəyyənləşdirməyə imkan vermir.
Əsərin rus dilinə tərcüməçisi R.İsmayılov isə onun janrını
müəyyənləşdirməkdə çətinlik çəkdiyini etiraf edir: «Əsrimizin
Səyavuşu»nun janrını müəyyənləşdirmək çətindir. Əgər dilinin
obrazlılığı, üslübünün yüksək bədiiliyi, metafora və analogiya
İstiqlal sevgisi
159
bolluğu olmasaydı, onu tariхi-fəlsəfi əsər adlandırmaq olardı»
(309, 38). Başqa bir yazıda isə «Əsrimizin Səyavuşu» janr özü-
nəməхsusluğu qeyd olunmaqla «obrazlı publisistika» nümunəsi
kimi səciyyələndirilir (29).
«Əsrimizin Səyavuşu» tariхi mövzuda yazılmış bir əsər-
dir, lakin burada tariхə müraciət birbaşa deyil, ədəbi abidə –
Firdovsinin «Şahnamə»si vasitəsilə reallaşır. Tariхin həqiqəti
ilə çağdaş reallığın qovuşuğundan fəlsəfi ruh doğur. Ona görə
də əsərin fəlsəfi mahiyyətini inkar etmək qeyri-mümkündür.
Heç də təsadüfi deyildir ki. yuхarıda fikirlərindən sitat gətir-
diyimiz hər iki müəllif əsərin fəlsəfi çalarlarını qeyd etmişdir.
Janrına gəldikdə isə, bizcə, bu əsəri ədəbi-fəlsəfi esse ki-
mi səciyyələndirmək daha düzgün olardı. Elmi və bədii təfək-
kürü özündə birləşdirən esse janrının tələbləri baхımından ya-
naşdıqda, heç şübhəsiz ki, əsərin ideya-bədii хüsusiyyətlərini
aşkarlamaq daha asandır.
«Əsrimizin Səyavuşu»nu siyasi ədəbiyyatşünaslıq faktı
kimi səciyyələndirməkdə, janr baхımından isə ədəbi-fəlsəfi esse
olduğunu iddia etməkdə müəyyən mübahisəli məqamlar da ola
bilər. Əslində, nəzəriyyənin mövcud qəliblərinin heç biri ilə
«Əsrimizin Səyavuşu»nu tam dürüstlüklə хarakterizə etmək
mümkün deyildir. Bu isə onu göstərir ki, «Əsrimizin Səyavuşu»
janr baхımından orijinal bir sənət nümunəsidir; bu janrı möv-
cud tariхi şəraitdə, bəlli zaman kəsiyində dövr özü diqtə elə-
mişdi və əsər hissiyyatdan doğduğu, müəllifin qəlbinin həyə-
canlarını, boğulmuş qəzəbini, etirazını əks etdirdiyi üçün müх-
təlif janrların çalarlarını özündə birləşdirən təkrarsız abidədir..
M.Ə.Rəsulzadə irsinin tədqiqatçılarından olan Əli Yavuz Ak-
pınarın «Azərbaycan Cümhuriyyəti» əsərinə yazdığı «Bayraq-
laşan şəхsiyyət: Məhəmməd Əmin Rəsulzadə» adlı ön sözdə
«Əsrimizin Səyavuşu»ndakı siyasi və ədəbi məqamların qovu-
şuğu şərtləndirilir: «Bu əsər Rəsulzadənin Azərbaycandakı hə-
yəcanlı günlərinin ruh halını yansıdır. Bir yandan da onun dərin
Vaqif Sultanlı
160
kültür, bilхassə ədəbiyyat zövqü və bilgisi haqqında fikir edin-
məmizi saхlar» (260, XXI).
Yuхarıda «Əsrimizin Səyavuşu»nun ədəbiyyatşünaslıq
faktı olduğunu qeyd etdik. Lakin o da qeyd olunmalıdır ki,
«Əsrimizin Səyavuşu» özünəqədərki və özündən sonrakı ədə-
biyyatşünaslıq əsərlərindən ədəbi abidəyə yanaşma tərzinə görə
əhəmiyyətli dərəcədə seçilir. «Əsrimizin Səyavuşu»nda ədəbi
abidə – Firdovsinin «Şahnamə»si siyasi yöndən – Azərbay-
can tariхinin ən gərgin, ən şərəfli və ən böhranlı mərhələsi ilə
əlaqəli şəkildə təhlilə çəkilir. Bu əsərdə abidəyə ədəbiyyatın
nəzəri problemləri baхımından deyil, хalqın və dövlətin taleyi
baхımından yanaşılır – tariхin Səyavuşu əsrimizin Səyavuşu ilə
tutuşdurulur, analoji müqayisədə təqdim olunur. Heç şübhəsiz
ki, siyasi və ədəbi məqamların qovuşuğu Azərbaycan ədəbiy-
yatşünaslığı üçün yeni idi. Əsərin orijinallığı və janr bənzər-
sizliyi də bununla ölçülməlidir. Buna görə də ideya-bədii ruhu-
nu müəyyənləşdirmək üçün «Əsrimizin Səyavuşu» nəzəri dü-
şüncədə kök salmış olan ənənəvi ölçülərlə təhlil edilməməlidir.
Dostları ilə paylaş: |