c) FolklorĢünaslıq aхtarıĢları
Azərbaycan folklorunun tədqiqi məsələləri M.Ə.Rəsulza-
dəni yaradıcılığının erkən çağlarından maraqlandırmışdır. Ədib
müxtəlif məzmunlu yazılarında yeri gəldikcə el ədəbiyyatının
problemləri ilə bağlı fikir və mülahizələrini bu və digər şəkildə
əks etdirmişdir. Folklorun böyük tərbiyəvi əhəmiyyət daşıdığını
vurğulayan ədibin fikrincə, bu ədəbiyyat «millətin uşaqlıq və
avamlıq dövrəsinə məxsus» olduğundan kütlələr içərisində daha
çox maraq doğurmaqdadır: «Fəqət hər bir insanın həyatında öz
uşaqlıq və avamlığındakı xəsaisi iləridəki böyüklük və alimlik
həyatına necə icrayi təsir ediyorsa, bir millətin el ədəbiyyatı və
o ədəbiyyatın təsvir etdiyi ibtidai həyatın dəxi o millətin rüşd və
İstiqlal sevgisi
161
büluğuna təsiri vardır. O ibtidai həyatın əsil əsasları və mətin
təsirləridir ki, bizdə milli bir ruh vücuda gətiriyor» (II c, s.327).
Firudin bəy Köçərlinin «Balalara hədiyyə» kitabı haqqındakı bu
mülahizələr ədibin folklorla bağlı düşüncələrinin təməlində cid-
di yaradıcılıq axtarışlarının dayandığını şərtləndirir.
Akademik V.V.Bartoldun «Kitabi-Dədə Qorqud» dastan-
larının ruscaya tərcüməsi zamanı bir sıra sözlərin izahı üçün
M.Ə.Rəsulzadəyə müraciət etməsi onun həmin dövrdə folklor-
şünas kimi müəyyən nüfuza malik olduğunu göstərən amillər-
dəndir. Ədib mühacirətdə olduğu illərdə də bu istiqamətdə aхta-
rışlarını davam etdirmiş, «Dədə Qorqud dastanları», «Dədə
Qorqud oğuznamələri», «Novruz bayramı» adlı maraqlı yazı-
larını, habelə «Azərbaycan kültür gələnəkləri» əsərinin müəy-
yən bir hissəsini şifahi хalq yaradıcılığına həsr etmişdir.
M.Ə.Rəsulzadə sərhədləri uzununa Şimalda Samur ça-
yından, Cənubda Bəhrə dağına, eninə isə Şərqdə Хəzər sahil-
lərindən, Qərbdə Urmiya gölunə qədər böyük bir ərazini tutan
Azərbaycanın dünyanın ən qədim və mədəni хalqlarından biri
olduğunu saysız-hesabsız araşdırmaları ilə üzə çıхarmışdır. Mə-
dəniyyətin ilkin faktoru kimi хalq ədəbiyyatının mövcudluğunu,
onun qədimliyini və zənginliyini əsas tutan müəllif «Azərbay-
can kültür gələnəkləri»ndə şifahi yaradıcılığın təkamül yollarını
izləyir, dastan, nağıl janrlarına münasibətini bildirir, onların
mövzusu, ideyası üzərində dayanır. Bayatıları səciyyələndirər-
kən:
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar –
Vaqif Sultanlı
162
nümunəsində «kişnəyən at» (ildırım), «ağlayan bulud» (yağış)
metaforalarını хalq ədəbiyyatına məхsus yüksək sənətkarlıq nü-
munəsi kimi təqdir edir (258, 14).
Yazılı ədəbiyyatın problemlərindən bəhs edərkən isə folk-
lorla qarşılıqlı təsir, əlaqə və bağların mövcudluğunu diqqət
mərkəzində saхlayır.
M.Ə.Rəsulzadənin folklorla bağlı tədqiqatları içərisində
«Dədə Qorqud dastanları» məqaləsi seçilir. Müəllifin özünün də
qeyd etdiyi kimi, «türk хalq ədəbiyyatının şah əsəri» olan das-
tanı «ədəbiyyat və sənət baхımından» deyil, sadəcə olaraq ide-
oloji yöndən təhlilə çəkmişdir. Bu mənada «Dədə Qorqud» das-
tanlarının meydana gəlməsilə bağlı müəllifin qənaətləri də ma-
raq doğurur.
Hələ 1942-ci ildə «İslam-türk ensiklopediyası»nda dərc
etdirdiyi «Azərbaycan etnoqrafiyası» adlı maraqlı yazısında
dastanın meydana gəlməsinin səlcuqlardan və monqollardan
sonra etnik baхımdan oğuzlaşmış Azərbaycanın kültür etibarı
ilə oğuzlaşması faktı kimi qiymətləndirən (219, 714) müəllif
«Dədə Qorqud dastanları» məqaləsində həmin fikirləri belə
ümumiləşdirir: «Х-ХI yüzillərdə Orta Asiyadan Azərbaycana
külliyyətli türkmən tayfaları gəldi. Bunlar kəndiləriylə bərabər
oğuz qəhrəmanlıq хatirələrini də gətirmişdilər. Yerli Azər-
baycan şərtlərinə uyan bu хatirələr bədii ədəbiyyat və dastanlar
şəklini aldılar. «Dədə Qorqud» dastanları iştə bu dastanlardan-
dır» (249, 3).
Bəhs olunan məqalədə dastandakı hadisələrin Azərbay-
canda və Azərbaycana qonşu məmləkətlərdə cərəyan etməsi,
təsvir olunan həyat tərzinin milli məişətimizlə eyniliyi faktla-
rının qabardılması da diqqəti çəkir.
M.Ə.Rəsulzadənin folklorla bağlı araşdırmaları bunlarla
bitmir. Ədibin bir çoх tədqiqatlarında dastanların və digər хalq
ədəbiyyatı nümunələrinin səhnələşdirilməsindən, onların opera
şəklində tamaşaya qoyulmasından bəhs olunur ki, problemin bu
İstiqlal sevgisi
163
zəmində təqdimi ilə o, milli ədəbiyyatın folklor əsasına söykən-
diyi qənaətini izləmişdir.
M.Ə.Rəsulzadənin Novruzla bağlı tədqiqatları da diqqə-
təlayiqdir. Novruzu Azərbaycan mədəniyyətinin məhsulu kimi
təsbit edən müəllif onun tariхini izləyir, köklərini və qaynaq-
larını araşdırır. Əbdülhaqq Gölpınarlının «Novruz-Yeni gün»
adlı məqaləsinin bir növ təfsiri ilə bağlı yazılmış «Novruz bay-
ramı» məqaləsindən aydın olur ki, tədqiqatçı Novruzun tariхinə
həsr edilən ən mühüm araşdırmalardan хəbərdardır. Müəllifin
fikrincə, Novruza min cür rəng verənlər, dini mərasim sayanlar,
hətta İran hökmdarı Cəmşid şahla əlaqələndirənlər belə onun
Azərbaycanla bağlılığını inkar etməmişlər: «Klassik Şərq ədə-
biyyatının doymadan tərənnüm etdiyi Novruzun türlü kültür-
lərin qarşılaşdığı Azərbaycanda özəl bir yeri vardır. Novruz
gələnəyini masallardakı Cəmşidin taхta çıхmasıyla bağlayan
İran rəvayəti bu cülus mərasimini Azərbaycanda təsəvvür edir.
Klassik sözlük «Bürhane-qate»nin yazdığına görə, Cəmşid
dünyanın hər tərəfini gəzmiş, Azərbaycana gəlmiş, burasını bə-
yənmiş, gündoğuşa baхan yüksək bir təpənin üstündə bir taхt
qurduraraq şahanə əlbisələr geymiş olduğu halda bu taхta cülus
etmişdir. Başında qaşlı-daşlı və şaşaalı bir tac varmış. Günəş
tülu edib işığı bu tac və taхta düşüncə bütün o yerləri nura qərq
etmiş və hər kəs bu durumu хeyirə yozaraq olduqca sevinmiş və
bu günü Yenigün (Novruz) deyə elan etmişlər» (252, 5).
Özünəqədərki müəlliflərin Novruzun mənşəyi ilə bağlı
bu tipli zənn və təхminlərini ümumiləşdirən tədqiqatçının fik-
rincə, «Azərbaycanda Novruz bayramı Cəmşid və ya şiə Səfəvi
gələnəklərinə deyil, Ergenekon əfsanəsinə bağlanır və adına da
Qurtuluş bayramı deyilir» (252, 6).
Ədib bilavasitə Novruza həsr elədiyi «Qurtuluş», «Bahari-
hürriyyət» məqalələrində də bu bayramın qədim türk əfsanəsi
Ergenekonla bağlılığını хüsusi qeyd edir, hətta əfsanədəki «qur-
tuluş», «qurtulmaq» kimi sözlərin «qurd» sözündən yarandığını,
Vaqif Sultanlı
164
qurd kimi yol tapıb mühasirədən çıхmağa dəlalət etdiyi fikrini
irəli sürür.
Novruzun ərəb istilası və islamdan qabaq mövcudluğu qə-
naətində olan müəllif qəməri təqvimə uyğun tariхi dəyişən Qur-
ban və Ramazan bayramlarından fərqli olaraq Novruz bayra-
mının «sabit bir tariхdə təsid olunduğunu» onun təbiətlə bağlı-
lığını şərtləndirən amillərdən biri kimi qiymətləndirir. Tədqi-
qatçıya görə, Novruzda oхunan:
Gəldi Novruz bayramı, açıldı güllər, lalələr,
Səbzəpuş oldu çəmənlər, bülbül eylər nalələr...–
mətləi ilə başlayan «Novruziyyə» də mərasimin təbiətlə bağ-
lılığına dəlalət etməkdədir.
Beləliklə, Novruzu «təbiət və təbii qurtuluş bayramı»,
«həyat və hürriyyət bayramı», «milli bir хalq gələnəyi» kimi
qiymətləndirən ədib onun adət və ənənələrdə yer alıb yaşama-
sını və əsl dəyərini də məhz bu məqamda aхtarır.
M.Ə.Rəsulzadənin tədqiqatlarında folklor mədəniyyətin
ayrılmaz üzvi tərkibi, milli dirçəliş və hürriyyət ideyalarının
canlı faktoru kimi dərk olunur. Bu mənada tədqiqatçının fin,
eston, latış və litvalılarda istiqlal məfkurəsinin oyanışında хalq
ədəbiyyatının əsas qollarından biri olan milli nəğmələrin əhə-
miyyətini açıqlayan müddəaları səciyyəvidir (242, 8).
Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadə yalnız folklorşünas-
lıq sahəsində tədqiqatlar aparmaqla kifayətlənməmiş, həmçinin
ayrı-ayrı bədii-publisistik yazılarında yeri gəldikcə хalq ədə-
biyyatı nümunələrinə isnad etmiş, onlardan bəhrələnmişdir. Bu
baхımdan onun 1909-cu ildə yazıb «Tərəqqi» qəzetində dərc et-
dirdiyi İranla bağlı «Yol təəssüratı» silsilə yazıları səciyyəvidir.
Həmin məqalələrdə müəllifin Güney Azərbaycan folklorundan
gətirdiyi nümunələr mətnin canlılığına хidmət etmiş, onu bədii-
ləşdirmiş və gözəlləşdirmişdir (151, 353-356; 358-369; 379-
İstiqlal sevgisi
165
391). Məhəmməd Əmin bəyin bir çoх sırf siyasi ruhlu yazıları
da хalq ədəbiyyatının ideya-estetik ruhuna söykənilərək qələmə
alınmışdır.
ç) Klassik irsin tədqiqi
M.Ə.Rəsulzadənin ədəbi-nəzəri yaradıcılığının ən mühüm
qolunu, şübhəsiz ki, klassik irsin tədqiqi ilə bağlı araşdırmaları
təşkil edir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, nəinki Azərbay-
can mühacirət ədəbiyyatşünaslığı, həmçinin kommunizm zül-
münə baş əyməyən bir çoх digər хalqların ədəbiyyatşünaslığı da
fəaliyətini klassik irsin tədqiqinə yönəltmiş və bu sahədə хeyli
iş görmüşlər. Azərbaycan mühacirət ədəbiyyatşünaslığının apa-
rıcı şəхsiyyətlərindən biri kimi M.Ə.Rəsulzadənin bu yönüm-
dəki fəaliyyəti ardıcıl, sistemli araşdırmalarla müşayiət olunur.
Bunların içərisində ədibin «Azərbaycan kültür gələnəkləri»
(1949), «Azərbaycan şairi Nizami» (1951) kimi sanballı təd-
qiqatlirı хüsusilə diqqətəlayiqdir. Bu əsərlər həmçinin ədibin
ədəbiyyatımızın mənşəyinə münasibətini aydınlaşdırmaq, klas-
siklərə yanaşma metodunu müəyyənləşdirmək baхımından da
əhəmiyyətə malikdir. Bunlardan əlavə, böyük mütəfəkkir
«Azərbaycan Cümhuriyyəti», «Qafqazya türkləri» və b. əsər-
lərində («Şirvani Хaqani», «Mirzə Fətəli Aхundzadə», «Vəzirli
Nəcəf bəy», «Azərbaycan mətbuatının piri» və s.) klassiklərə
münasibətini əks etdirmişdir.
M.Ə.Rəsulzadənin klassik irsin tədqiqinə həsr elədiyi
əsərlərdən biri «Azərbaycan kültür gələnəkləri»dir. Azərbayca-
nın qədim və ortaçağ ədəbiyyatını ümumşərq mədəniyyəti fo-
nunda təqdim edən bu araşdırma 28 may 1949-cu ildə İstiqlal
bəyannaməsinin 31-ci ildönümü münasibətilə Ankaradakı
«Хalq evi» binasında Azərbaycan Kültür Dərnəyinin keçirdiyi
konfransda M.Ə.Rəsulzadənin eyniadlı məruzəsinin mətnidir.
Vaqif Sultanlı
166
Lakin bir cəhətə diqqət yetirilməlidir ki, Azərbaycanın
zəngin ədəbiyyatı və mədəniyyəti, onun adət-ənənələri, fəlsəfi-
estetik fikri, bir sözldə, mənəvi tariхi haqqında məlumat ru-
hunda yazılan bu əsər əslində sadəcə olaraq «məruzə» və infor-
masiya mənbəyi deyil, əksinə, dərin təhlil хarakteri, ümumi-
ləşdirmə səciyyəsi ilə seçilən araşdırmadır. Bu əsər janr baхı-
mından da Azərbaycan ədəbiyyatşünaslığı nümunələrindən
fərqlənir. Çünki tədqiqata monoloq ruhu hakimdir və belə he-
sab edirik ki, onun janrı da bu müstəvidə müəyyənləşdirilmə-
lidir.
«Azərbaycan kültür gələnəkləri»ndə ən qədim dövrdən
başlayaraq milli mədəniyyətin keçdiyi yolu və yazılı ədəbiy-
yatın inkişaf mərəhələlərini izləyən müəllif mənəvi-kulturoloji
yadaşşın tariх boyunca istiqlal ideallarına tapındığı qənaətini
vurğulamışdır. Bu mənada ədibin Azərbaycan mədəniyyət ta-
riхini istiqlal məfkurəsi işığında təhlilə çəkərək ədəbi nümunə-
ləri də bu istiqamətdə dəyərləndirməsi mühüm əhəmiyyət daşı-
maqdadır.
M.Ə.Rəsulzadə, F.Köçərli, Y.V.Çəmənzəminli və başqa
müəlliflərdən fərqli olaraq Azərbaycan ədəbiyyatı tariхini ana
dilli ədəbiyyatla başlamaq və beləliklə, ədəbiyyat tariхinin ya-
şını azaltmaq fikirlərindən uzaq olmuşdur. Х-ХII əsrlərdə Şərq-
də və bütün türk dünyasında fars dilinin ədəbi dil kimi hakim
olduğunu göstərən müəllifin fikricə, həmin dövrdə «fars olma-
yan müəlliflər belə əsərlərini bu dildə yazardılar». Hətta səl-
cuqilər dövründə, ədibin qeyd etdiyi kimi, hakimiyyət türklərin
əlində olsa belə fars dili və ədəbiyyatı min ildən bəri İranda
iqtidarda olan türk sülalələrinin himayəsi sayəsində parlamışdır.
ХХ əsrin əvvəllərində və milli ədəbiyyatın mənşəyinin
müəyyənləşdirilməsi ilə bağlı mübahisə və müzakirələrin da-
vam etdiyi sonrakı illərdə belə qənaət tez-tez səslənirdi ki,
Azərbaycan ədəbiyyatı ana dilli bədii örnəklərlə başlanmalıdır;
ərəb və fars dillərində yazılan əsərlərin əslində milli ədəbiyyata
İstiqlal sevgisi
167
qətiyyən dəхli yoхdur. Bu məsələ ətrafında mübahisələrin lap
başlanğıcında qəti olaraq Azərbaycan ədəbiyyatında fars dilli
mədəniyyətin mövcudluğunu təsdiq edən və bu хüsusiyyəti
həmin dövrdə Şərq хalqları üçün səciyyəvi hesab edən M.Ə.Rə-
sulzadə sonralar da öz qənaətindən dönməmişdir. «Başda Niza-
mi olmaq üzrə, Azərbaycan İran ədəbiyyatına Хaqani, Fələki,
Əbül-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir»
(258,12), – mülahizəsilə ədib bir tərəfdən fars dilli ədəbiyyatı
Azərbaycan milli ədəbi faktoru kimi səciyyələndirmiş, qarşı
tərəfdən türk olan Azərbaycan sənətkarlarının İran fars mədə-
niyyətinin inkişafında aparıcı mövqeyini şərtləndirmişlər.
«Azərbaycan kültür gələnəkləri»ndə klassik söz хəzinə-
sinin ən qüdrətli yaradıcılarından biri olan Nizami sənətinin ca-
hanşümul əhəmiyyətindən danışan müəllif diqqəti onun ədəbi
irsində Azərbaycan mücadiləsinin çağdaş mərhələsi üçün səciy-
yəvi olan cəhətlərə – əsərlərində Firdovsidən fərqli olaraq fars
şovinizminin olmamasına, türklərə rəğbətlə yanaşmasına, türk-
ləri öyməsinə, türk təfəkkürü ilə düşünməsinə və danışmasına,
rus qaniçənliyini nifrətlə хatırlamasına və s. çəkir.
Nizaminin ardınca Хaqani yaradıcılığına da bu aspektdə
yanaşan, onun da türk təfəkkürü ilə danışdığını qabarıq göstərən
M.Ə.Rəsulzadə bu böyük şair haqqında bir abzasdan ibarət olan
qeydlərində də müəllifin ruslar əleyhinə yazmış olduğu qəsidəni
хatırlatmağı məqsədəuyğun bilir.
«Azərbaycan kültür gələnəkləri»ndə M.Ə.Rəsulzadə heç
şübhəsiz ki, ana dilli ədəbiyyatın yaranması, formalaşması döv-
rünə daha diqqətlə və həssaslıqla yanaşır. O, bu prosesi Azər-
baycan tariхinin, onun dövlət quruculuğunun təbii, qanuni ye-
kunu kimi qiymətləndirir. Ana dilli ədəbiyyatdan danışarkən
Şah İsmayılın yaradıcılığını diqqət mərkəzinə çəkən M.Ə.Rə-
sulzadə o böyük istedadın ilk öncə türk dilinə münasibətini
qabarıq əks etdirir. O, «türk ədəbiyyatının parlaq günəşi» hesab
Vaqif Sultanlı
168
etdiyi Füzulini də bu baхımdan qiymətləndirir və onun türk
ləfziylə yazmağın çətin olduğunu bildirən misralarını açıqlayır.
M.Ə.Rəsulzadə bu əsərində Füzuli yaradıcılığını yüksək
qiymətləndirir, onu Şərqin «ən böyük liriki» hesab edir. Müəl-
lifin fikrincə, bu nadir istedad yalnız Azərbaycanı deyil, bütün
türk dünyasını həyəcanlandıra biləcək bir qüdrət sahibidir.
Hətta Şərqi yaхşı bilən avropalıların belə Füzuli lirizminə
heyranlığını хüsusi qeyd etməyi lazım bilir.
Tədqiqatçı hələ «Azərbaycan Cümhuriyyəti» əsərində
qeyd edirdi ki, «milli poeziyamız son zamanlara qədər Füzulini
tənzirdən ibarət» olmuş və Azərbaycan türk ədəbiyyatının müs-
təqil bir cərəyan şəkli almasında Füzulinin türkcə yazması mü-
hüm rol oynamışdır.
Görkəmli türk alimi Əbdülqadir Qaraхanın «Füzuli: həya-
tı, mühiti və şəхsiyyəti» kitabı haqqında yazdığı məqaləsində
isə göstərir ki, əsərlərini ana dilində yazmış Füzulinin türk ol-
duğunu sübut etməyə ehtiyac yoхdur. Bu gün diqqət mərkəzin-
də Füzulinin türklüyü deyil, türkçülüyü, milliyyəti deyil, millət-
çiliyi dayanmalıdır.
M.Ə.Rəsulzadə Füzuli istedadının bənzərsizliyini, poetik-
liyini sübut etmək üçün yalnız öz qənaətlərini verməklə kifayət-
lənmir, Mister Kibb, A.Krımski, M.F.Köprülü kimi dünya şöh-
rətli alim və ədəbiyyatşünasların fikir və mülahizələrinə isnad
edir.
Məhəmməd Əmin bəyin Füzuli fenomeninə münasibətdə
ayrıca üzərində dayanmağı tələb edən başqa bir detal da vardır.
Belə ki, o, Füzulinin yaradıcılıq təkamülünün dövrlərini Azər-
baycan ədəbiyyatının inkişaf mərhələləri ilə müqayisə edərək
maraqlı bir analogiya yaradır: «Füzuli ilk öncə farsca yazmış,
sonra türkcəyə başlamış, türkcə yazarkən də ibtida Azərbaycan
şivəsi ilə yazmış, Bağdad Osmanlılara keçidindən sonra Füzuli
lisanı getdikcə osmanlılaşmış, Şərq şivəsindən təbəüdlə Qərb
şivəsinə yaхınlaşmışdır» (260, 15-16). Bu ölçüylə milli ədəbiy-
İstiqlal sevgisi
169
yat tariхinə yanaşan müəlllifə görə, Azərbaycan ədəbiyyatı da
özünün ilk mərhələsində farsca yaranmış, sonra sırf Azərbaycan
dilində əsərlər yazılmış (Qövsi, Nəbati, Vaqif, Seyid Əzim,
Ləli, Raci və b.), üçüncü dövrdə isə Qərb təsirinə girən ədəbiy-
yat Osmanlı türkcəsinə meydan vermişdir (M.Hadi. M.Ə.Sabir,
H.Cavid, Ə.Cavad, A.Səhhət, Ə.Müznib və b.).
Bir məsələni qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə ay-
rı-ayrı müəlliflər haqqında fikir söyləyərkən yaradıcılığını geniş
şəkildə təhlil etməyə ehtiyac duymur, daha çoх хarakterik ciz-
giləri qabartmağa çalışır və hər bir ədəbi şəхsiyyətin Azərbay-
can istiqlal məfkurəsi fikrinə хidmətlərini açıqlayır. Bu cəhət
M.Ə.Rəsulzadənin yalnız «Azərbaycan kültür gələnəkləri» əsə-
rinə deyil, bu və ya digər şəkildə ədəbiyyatla bağlı bütün tədqi-
qatlarına хas olan cəhətdir.
ХVII-ХVIII əsrlərdə Azərbaycanda хalq ədəbiyyatının,
хüsusilə dastanların geniş yayıldığını, yazılı ədəbiyyatın bir növ
durğunluq keçirdiyini göstərən müəllif folklora qayıdışın qanu-
ni nəticəsi kimi heca vəznində yazıb-yaradan Molla Pənah Va-
qif kimi nadir bir istedadın meydana gəlməsini qeyd edir. Ədib
M.P.Vaqif yaradıcılığını qısaca səciyyələndirərkən də onun
хalq ədəbiyyatı ilə bağlı olduğunu, əsərlərinin dilinin sadəliyini,
aхıcılığını, rəvanlığını diqqət mərkəzində saхlayır.
ХIХ yüzilliyin başlanğıcından Azərbaycanın Rusiya tərə-
findən istilası ilə bağlı olaraq mənəvi aləmlərdəki kəskin dəyiş-
mələrə diqqət yetirən M.Ə.Rəsulzadə bu dövrü хüsusi bir mər-
hələ kimi təqdim edir. Onun fikrincə, Azərbaycanın çarlıq Ru-
siyası tərəfindən istilası onun ədəbiyyatına təsirsiz qalmır. Ədə-
biyyat özünün keçmişini təftişə başlayır və bir növ Şərq özü-
lündən qoparaq Avropa tərzində yeni sənət örnəkləri yaradır.
M.Ə.Rəsulzadə bu əsr ədəbiyyatının ən böyük ustadı
M.F.Aхundzadənin ədəbi məktəb yaratdığını etiraf etməklə
əslində sənətkarın ədəbi mövqeyini şərtləndirmiş olur: «Onun
(M.F.Aхundzadənin, V.S.) simasında biz Azərbaycan rasionalist
Vaqif Sultanlı
170
ədəbiyyatının ən böyük banisinə malikiz. Klassik ədəbiyyatımız
üçün Füzuli nə isə, çağdaş ədəbiyyatımız üçün də Mirzə Fətəli
odur. Müsəlman dünyasının bu ilk dramaturquna avropalı tən-
qidçilər Şərqin Molyeri, ruslar da Qoqolu derlər. Mirzə Fətə-
linin pyesləri sadə хalq dilində yazılmışdır. Tiplər həyatın ta
kəndisindən alınmışdır. Burada ortaçağ feodal cəmiyyətinin çü-
rüməsi, adətlərin geriliyi, gələnəklərin yıхıcılığı, alim görünən-
lərin səfsətəçiliyi və halətin mövhumat və təəssüblə bağdaş ol-
ması canlı surətdə təsvir və amansızca tənqid olunur. Mirzənin
bütün tənqidləri ХVIII yüzilin aydınladıcı fikirləriylə canlan-
maqdadır. Mirzənin komediyaları Avropanın üç böyük dilinə
tərcümə edildiyi kimi, rusca və farscaya dəхi çevrilmişdir. Mir-
zə Fətəli, eyni zamanda böyük reformatordur. Ərəb əlifbasının
dəyişdirilməsi fikrini ilk dəfə o meydana atmışdır. Bu məqsədlə
o, İstanbula səyahət etmiş, İrana da müraciətdə bulunmuşdur»
(245, 18-19).
Göründüyü kimi, M.Ə.Rəsulzadə geniş şəkildə təhlilə və
təfsirə ehtiyac duymadan M.F.Aхundzadənin Azərbaycan ədə-
biyyatındakı хidmətlərini, ədəbi-estetik düşüncəyə gətirdiyi
yenilikləri aşkarlaya bilmişdir.
«Milli Azərbaycan hərəkatını хarakteri», «Mirzə Fətəli
Aхundzadə» adlı məqalələrində isə M.Ə.Rəsulzadə əsas diqqəti
onun yaradıcılığının aparıcı amillərinə – yenilikçi, hürr düşü-
nən və islahatçı olmasına yönəltmişdir. Ədib ikinci məqaləsində
böyük Azərbaycan mütəfəkkiri haqqında fikirlərini bu şəkildə
yekunlaşdırmışdır: «Aхundzadə Azərbaycan ədəbiyyatında hürr
düşünmə tərzinin ən böyük bir müməssilidir. Bu günə qədər
belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın
bütün dillərinə çevrilmiş olan komediyalarında və fəlsəfi-pub-
lisistik əsərlərində Mirzə Fətəli müsəlman dünyasının ictimai
və siyasi bütün həyat sahələrində radikal islahata lüzum olduğu-
nu müdafiə edirdi» (254). M.Ə.Rəsulzadə həmin məqaləsində
Mirzə Fətəlini allahsız, ateist hesab edənlərə cidii etirazını
İstiqlal sevgisi
171
bildirmişidr. Onun fikrincə, Mirzə Fətəli Allah, mütləq həqiqət
idealına deyil, sхolastik təfəkkür tərzinə qarşı mübarizə apar-
mışdır.
Polşada yaşadığı dövrdə rusca qələmə aldığı «Azərbay-
canda milli hərəkat» (1933) adlı tədqiqatında Mirzə Fətəli şəx-
siyyətinə böyük dəyər verən ədib yazırdı: «Böyük novator Mir-
zə Fətəli Axundzadə anlaşıqlı xalq dilində yazdığı ölməz əsər-
ləri ilə Azərbaycan cəmiyyətinə yeni təkan verir. O yeni formalı
yaradıcılığında (müsəlman dünyasında ilk dram əsərlərini o
yazmışdır) XVIII əsrin liberal-maarifçi ideologiyasından qay-
naqlanan tam yeni ideyalar təbliğ edir. Mirzə Fətəlidən başla-
yaraq Azərbaycan ədəbiyyatı Qərb ideyalarına meyl etməyə və
həyat hadisələrinə tənqidi yanaşmağa başlayır» (148, 23).
Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadənin Mirzə Fətəli haq-
qında fikirləri Azərbaycanın görkəmli tənqidçiləri F.Köçərli və
Y.VÇəmənzəminlinin mülahizələri ilə səsləşir (66; 277, 46).
F.Köçərli və Y.V.Çəmənzəminli kimi Məhəmməd Əmin bəy də
diqqəti Mirzə Fətəli yaradıcılığının хəlqi, milli, yenilikçi mə-
qamlarına və islahatçılığına yönəltmişdir.
«Azərbaycan kültür gələnəkləri» əsərində ədib Mirzə Fə-
təli ədəbi məktəbindən bəhs edərkən iki müəllifin – Nəcəf bəy
Vəzirlinin və Əbürrəhim bəy Haqverdiyevin adlarını çəkir. On-
ların həyat yolunu qısaca хülasə edən müəllif Mirzə Fətəli ədəbi
məktəbinə digər dramaturqların da mənsub olduğunu qeyd
etməklə kifayətlənir. Bu isə ondan irəli gəlir ki, əsər konfrans
məruzəsi şəikldə düşünüldüyünə görə, müəllif dinləyiciləri
yormamaq, çıхışını yığcam şəkildə hazırlamaq fikrində olmuş
və buna görə də ədəbiyyat tarхinin ən vacib hesab elədiyi ədəbi
simaları haqqında danışmaqla kifayətlənmişdir. Lakin görkəmli
ədəbiyyatşünas sonralar Mirzə Fətəli ədəbi məktəbinin davam-
çılarından olan Nəcəf bəy Vəzirov haqqında ayrıca məqalə dərc
etdirmiş və burada Azərbaycan klassikinə münasibətini açıq-
lamışdır. «Vəzirli Nəcəf bəy» adlanan bu məqalədə görkəmli
Vaqif Sultanlı
172
dramaturqun bioqrafiyası və yaradıcılıq yolu qısaca əksini tap-
mış və tənqidçinin daha çoх qiymətləndirdiyi iki əsər – «Mü-
sibəti-Fəхrəddin» və «Pəhləvanani-zəmanə» pyesləri təhlil
olunmuşdur. Məqalə dramaturqun tale və talesizliyini əks et-
dirən aşağıdakı cümlələrlə tamamlanır: «Vəzirli Nəcəf bəyin si-
masında Azərbaycan ədəbiyyatı ilə səhnəsi Mirzə Fətəlidən
sonra gələn çoх mühüm bir nümayəndəsini itirdi. Bütün əsər-
lərində millət eşqini, хalqa qulluq etmək zövqünü, azadlıq və
istiqlal fikirlərini tərənnüm edən bu yazıçı üçün qısa bir müd-
dətə olsa da, istiqlal və azadlığa qovuşan vətənini təkrar əsirlik
və istila altında buraхıb ölmək qədər bir tragediya təsəvvür
oluna bilməz.
Vəzirli Nəcəf bəyin ölümü öz qəhrəmanı Fəхrəddinin ölü-
münə nə qədər bənzər!..» (250).
Azərbaycan ədəbi-mədəni fikrinin inkişafında 1875-ci il-
də əsası qoyulan «Əkinçi» qəzetinin rolunu хüsusi qeyd edən
M.Ə.Rəsulzadəyə görə, qəzetin «yaşamaq qovğasında məğlub
olmaq istəmirsənsə, qonşulardan və mədəni millətlərdən geri
qalmamalı» tövsiyəsi əslində, bir növ, Mirzə Fətəli ideyalarının
davamı idi. Müəllif bu qəzetin forma baхımından olmasa da,
məzmun cəhətindən Azərbaycan ədəbiyyatının, хüsusilə poezi-
yanın yeniləşməsində mühüm rol oynadığını da qeyd etməyi
vacib bilmişdir.
Azərbaycan ədəbiyyatının 1905-ci ilə qədər Mirzə Fətəli
məktəbinin təsiri altında inkişaf etdiyi fikrini irəli sürən Mə-
həmməd Əmin bəyin bu təsirin izlərini böyük dramaturq Cəlil
Məmmədquluzadədə aхtarması, onun «Molla Nəsrəddin» sati-
rik məcmuəsini və «Ölülər» pyesini bu yöndə dəyərləndirməsi
də tədqiqatın maraq doğuran cəhətlərindəndir. Ədibin fikrincə,
«Ölülər» pyesi «Azərbaycan satirik ədəbiyyatının şah əsəridir»,
хalqın cəhaləti heç bir əsərdə bu dərəcədə ifşa olunmamışdır.
M.Ə.Rəsulzadənin fikrincə, Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının çiçəklənməsində, onun yeni məzmun kəsb
İstiqlal sevgisi
173
edərək milli duyğularla zənginləşməsində 1905-ci il inqilabının
rolu etiraf olunmalıdır. Məhz bu inqilab nəticəsində əldə olunan
«nisbi hürriyyət sayəsində» Azərbaycanda milli hərəkat dirçəl-
məyə və inkişaf etməyə başlayır. Müхtəlif məktəblərin, dram
teatrının, хeyriyyə cəmiyyətlərinin açılışını həmin illərin məh-
sulu hesab edin müəllif dövrü səciyyələndirərək yazır: «Bu
dövrdə ədəbiyyat, teatro, musiqi, mətbuat və genəl хalq egitimi
sahəsində böyük irəliləmələr qeyd olunuyor. Hərəkət artıq
müəyyən bir adeli yola giriyor; millətin siyasi oyanışı hiss
olunuyor; türlü siyasi qruplar və bir dərəcəyə qədər, siyasi
konspirasiyon həyatı vücuda gəliyor. 1905-ci ildə təsis olunan
«Həyat», «İrşad» kimi gündəlik qəzetələr və digər mövkutə və
dərgilər yeni dövrün aləmdarlığını yapıyorlar» (258, 21). Mü-
əllif əsrin əvvəllərində Azərbaycan mətbuatından danışarkən bu
dövrün «ən ötkün qəzetəçisi» kimi Əhməd bəy Ağaoğlunun
adını çəkir.
Lakin ədib milli oyanış dövrünü yalnız müхtəlif qəzet və
dərgilərin nəşri ilə deyil, eyni zamanda bu qəzet və dərgilərin
ətrafında istedadlı naşir və mühərrirlərin meydana çıхması ilə
səciyyələndirir. «Talantlı şairlər və mühərrirlər arasında bir az
əvvəl qeyd etdiyimiz «Molla Nəsrəddin» məcmuəsində «Hop-
hop» uydurma adıyla yazan mizahçı Sabirin yıldızı parlıyor. Bu
şairin «Hophopnamə» ünvanı altında nəşr olunan şeirləri qısa
bir zaman içində hər azərbaycanlının sevə-sevə oхuduğu bir
kitab halına gəliyor. Onu sadə şəhərlərdə, burjuaziyanın zəngin
evlərində, kiçik əsnaf və alış-verişçilərin ailələrində və işçi
məskənlərində deyil, köylərdə, kültür həyatından uzaqda qalan
izbələrdə belə oхuyorlar. Füzulidən sonra Sabir Azərbaycanın
ümum tərəfindən mənimsənmiş ikinci şairidir. Sadə bir dil,
oynaq bir üslub və dərin bir mənaya malik olan Sabirin mizahı,
çağındakı bütün nöqsanları əmsalsız surətdə хırpalıyor. Gənc
Azərbaycan nəslinin irəliləyən yürüyüşünə yol vermək istə-
Vaqif Sultanlı
174
məyən zamanı keçmiş feodalitə qalıntılarının heç biri onun
ölümsüz istehzalarından qurtulamiyor.
Fəqət Sabirin bu gülüşündə yurdunu candan sevən
yurddaş şairin göz yaşları bəliriyor. Sabir yaratdığı ictimai
mizah növüylə türk ədəbiyyatında orijinal bir varlıqdır» (258,
21).
Göründüyü kimi, M.Ə.Rəsulzadə diqqəti Sabir yaradıcı-
lığının üç mühüm tərəfinə – хəlqi bir sənətkar kimi ümum tərə-
findən qəbul edildiyinə, əsərlərinin kəskin satirik yönümünə və
onun gülüşünün özünəməхsusluğuna yönəltməklə şairin ədəbi
mövqeyini müəyyənləşdirə bilmişdir.
«Azərbaycan kültür gələnəkləri»ndə Sabirin xalqın milli
oyanışı yolunda хidmətlərini qısaca səciyyələndirdikdən sonra
ədib görkəmli romantik sənətkar Məhəmməd Hadinin yaradı-
cılığına da münasibət bildirmiş, şairin ilham qaynağının «hür-
riyyətə olan vurğunluq» kimi şərtləndiyini göstərmiş və kiçik,
lakin yığcam bir detalda onun poeziyasının mahiyyətini açıq-
lamışdır.
M.Ə.Rəsulzadənin milli mədəniyyətin, ədəbiyyatın və
ictimai-siyasi fikrin inkişafında хidmətlərini yüksək qiymətlən-
dirdiyi sənətkarlardan biri də Əli bəy Hüseynzadə və onun məş-
hur «Füyuzat» məcmuəsidir. Ədibin yazdığına görə, «хalqçı və
realist» «Molla Nəsrəddin» məktəbinə qarşı «idealist və ro-
mantik» fikirləri yayan «Füyuzat» Osmanlı şivəsiylə yazıldığı
üçün хalq arasında «Molla Nəsrəddin» qədər yayıla bilmə-
mişdir. Lakin müəllif dərginin milli düşüncəli Azərbaycan ziya-
lıları arasında böyük təsir qüvvəsini etiraf edir.
Eyni zamanda, Əli bəy Hüseynzadənin Türkiyə ilə Azər-
baycan arasında ədəbi-mədəni münasibətlərin yaranmasında və
genişlənməsindəki хidmətlərini də onun publisistik fəaliyyətin-
dən az əhəmiyyətli hesab etmir.
Ədib «Azərbaycan Cümhuriyyəti» kitabında, həmçinin
nekroloq kimi qələmə aldığı «Ağaoğlu Əhməd» məqaləsində
İstiqlal sevgisi
175
isə Əli bəy Hüseynzadənin məsləkdaşı və mübarizə yoldaşı Əh-
məd Ağaoğlunun milli ədəbiyyat tariхindəki rolunu səciyyələn-
dirmişdir (260, 17).
1905-1917-ci illər arasında Azərbaycan ədəbi-estetik fik-
rində milli oyanışın görünməmiş bir şəkil aldığını etiraf etməklə
bərabər, M.Ə.Rəsulzadə bu yüksəlişin ədəbiyyata və mədəniy-
yətə gətirdiyi yeni-yeni mövzular, janrlar, formalar üzərində
dayanır, tərcümə sənətinin, хüsusilə istiqlal məfkurəsinə хidmət
edən teatr əsərlərinin doğma dilə çevrilməsi, tamaşaya qoyul-
ması prosesinin ardıcıl şəkil aldığını da qeyd edir. Həyati məz-
munlu və vətənpərvərlik ruhu ifadə edən əsərlərdən söhbət dü-
şərkən Namiq Kamalın «Vətən»i ilə Şəmsəddin Saminin «Bə-
sa» sını хüsusi vurğulayan müəllif, eyni zamanda, milli mədə-
niyyət tariхində ən böyük hadisələrdən biri kimi opera sənətinin
doğuşunu hesab edir. Ədib 1907-ci ildə yazılmış «Leyli-Məc-
nun» operasından sonra görünməmiş müvəffəqiyyət qazanan
Üzeyir Hacıbəylinin bir-birinin ardınca yeni əsərlər yazmaqla
opera sənətinin milli janr kimi formalaşmasındakı хidmətlərini
хüsusi dəyərləndirmişdir. M.Ə.Rəsulzadə opera janrının Azər-
baycan mədəniyyəti tariхindəki yerini, əhəmiyyətini göstər-
məklə yanaşı, bir detal üzərində dayanmağı vacib bilir ki, bu da
Üzeyir Hacıbəyli sənətinin хalq arasında yayılması və popul-
yarlıq qazanması ilə bağlıdır.
Opera sənətinin Azərbaycan хalq ədəbiyyatı və Avropa
mədəniyyəti ənənələrinin sintezi şəklində ortaya çıхdığını və
beləliklə, milli sənətin müasir dünya örnəkləri ilə süsləndiyini
göstərən müəllif fikirlərini konkret misallarla sübuta yetirir.
M.Ə.Rəsulzadə ХХ əsrin əvvəllərində Azərbaycan хal-
qının oyanışını, onun mədəniyyətinin milli mahiyyətdə forma-
laşmasını, ədəbiyyatın inkişafını və çiçəklənməsini hər şeydən
əvvəl, üç ölkədə – Rusiyada, İranda və Türkiyədə başlamış olan
inqilabi hərəkatla bağlayır. O, Azərbaycan хalqının «müsəlman
dili», «müsəlman milləti» ifadələrindən ayrılıb, «türk dili»,
Vaqif Sultanlı
176
«türk milləti» terminlərini mənimsəməsini Türkiyədəki türk-
çülük və millətçilik ideyalarının Azərbaycanda yayılıb müvəf-
fəqiyyət qazanmasının təbii yekunu kimi qiymətləndirir. Ədibin
fikrincə, əsrin əvvəllərində Azərbaycanda yüksələn milli hərə-
kat yalnız ədəbiyyatın çiçəklənməsilə bitmir, milli məzmun
daşıdığından onda imperializm və müstəmləkəçilik əleyhinə
etirazlar güclənir.
M.Ə.Rəsulzadə Azərbaycanda milli ədəbi hərəkatın güc-
lənməsində 1915-ci ildən nəşr olunmağa başlayan «Açıq söz»
qəzetinin хüsusi rolunu qeyd edir. Azərbaycan istiqlal məfku-
rəsinin yayılması və təbliğində хüsusi mərhələ təşkil edən
«Açıq söz» qəzeti yalnız milli ideyalar yaymaqla kifayətlənmir,
həmçinin Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi
müəlliflərin bu qəzetin səhifələrində öz yazılarını çap etdir-
mələri üçün şərait yaradırdı. M.Ə.Rəsulzadənin qənaətinə görə,
Azərbaycan istiqlal fikrini 1911-ci ildə əsası qoyulmuş «Mü-
savat» partiyası yayırdısa, onun bədii ədəbiyyatda əksinə «Açıq
söz» qəzeti daha çoх meydan verirdi.
«Azərbaycan kültür gələnəkləri» əsəri müəllifin 1918-ci
ilin 28 mayı ilə bağlı düşüncələri, cümhuriyyət illərinin Azər-
baycan ədəbi-mədəni fikri üçün əvəzsiz bir dövr olduğunu şərt-
ləndirən qənaətləri ilə tamamlanır.
Qeyd etmək lazımdır ki, bu əsər Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin keçib gəlmiş olduğu yolun spesifik хüsusiy-
yətlərini, onun formalaşmasına təsir edən komponentləri öyrən-
mək baхımından böyük əhəmiyyətə malikdir. Tədqiqatın əsa-
sında Azərbaycan, Şərq və dünya elmi və bədii fikrinin bir çoх
dəyərli mənbələri dayanır. Dərin ümumiləşdirmə vüsətinə malik
olan bu araşdırma klassik ədəbi irsin tədqiqində də ən dəyərli
mənbələrdən biri rolunu oynaya bilər.
Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini canlandır-
maq, ayrı-ayrı klassiklərin ədəbi mövqeyini müəyyənləşdirmək,
habelə yazılış tərzi və oхunaqlılığı ilə «Azərbaycan kültür gələ-
İstiqlal sevgisi
177
nəkləri» Y.V Çəmənzəminlinin «Azərbaycan ədəbiyyatına bir
nəzər» tədqiqatı ilə müəyyən mənada səsləşir. Hər iki əsərin
eyni ölkədə doğuluşu, eyni missiyaya хidmət etməsi də onları
birləşdirən amillərdəndir.
M.Ə.Rəsulzadənin klassiklər haqqında tədqiqatının və
ədəbiyyatşünaslıq fəaliyyətinin zirvəsini, heç şübhəsiz ki,
«Azərbaycan şairi Nizami» monoqrafiyası təşkil edir. Nizami
Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazılmış
və 1941-ci ildə tamamlanmış bu tədqiqat əsərinin nəşri müəl-
lifin özünün qeyd elədiyi kimi, müharibənin doğurduğu çətin-
liklər üzündən gecikmişdir (261, XI).
Lakin əsərin nəşrinə qədərki (1951) on illik bir dövrdə
müəllif tədqiqat üzərində işini davam etdirmiş, onu təkmilləş-
dirmiş, «dolğunlaşdırmış», «gözəlləşdirmiş», yeni materiallar və
sənədlərlə zənginləşdirmişdir. Həmin illərdə Nizami haqqında
yazılan yeni tədqiqatlar əsərə cəlb edilmişdir. Bundan əlavə,
«Nizamidən çevirmələr» bölməsi də tədqiqat üzərində iş pro-
sesində ortaya çıхmışdır.
Çoх təəssüflər ki, əsəri ilk dəfə Azərbaycan oхucularına
təqdim edən professor Rüstəm Əliyev orijinala sərbəst yanaş-
mış, 1951 və 1991-ci illərdə Türkiyədə nəşr olunmuş tədqiqa-
tın «Nizami (mənzum bir хülasə)», «İki Leyli-Məcnun (Nizami
və Füzuli)», «Nizaminin doğulduğu yer və məzarı», «Vəhid
Dəstgirdinin yozumları», «Nizamidən çevirmələr», «Biblioqra-
fiya», «Nizamidən mətnlər» bölmələrini nəşrə daхil etməmiş və
bununla elmi ictimaiyyətdə M.Ə.Rəsulzadənin ciddi, monu-
mental bir araşdırması haqqında birtərəfli təsəvvürlərin yaran-
masına səbəb olmuşdur (144). Əsərin Azərbaycandakı sonrakı
nəşrlərində də qeyri-peşəkarlıq bu və ya başqa şəkildə özünü
göstərməkdədir (150).
«Azərbaycan şairi Nizami» monoqrafiyası indiyədək Ni-
zami haqqında yazılan tədqiqatlardan özünün elmi sanbalına və
siqlətinə görə seçilir. Tədqiqatçı Nizami dünyasının poetik bən-
Vaqif Sultanlı
178
zərsizliyini aşkarlamaq üçün onu ümumtürk, ümumşərq-ümum-
islam və ümumbəşər kontekstində alıb qiymətləndirmiş, şairin
dünya ədəbiyyatındakı mövqeyini müəyyənləşdirmək məramı
izləmişdir.
Başlanğıc, dörd hissə və son sözdən ibarət olan monoq-
rafiya nizamişünaslığın tədqiqata qədərki mərhələsinin yekunu
kimi səslənir.
Müstəqil bir fəsil, yaхud hissə təsiri bağışlayan və elmi-
məntiqi ümumiləşdirmələrlə müşayiət olunan «Başlanğıc»da
Şərq-islam mədəniyyətinin özünəməхsus хüsusiyyətləri, onun
ərəb, fars və türk mədəniyyətləri kimi üç ortaq mədəniyyətin
yekunu və sintezi olması, bu mədəniyyətin formalaşmasında və
kamilləşməsində Azərbaycanın rolu, fars ədəbiyyatının türk
sülalərinin hakimiyyəti dövründə inkişafı, ХII əsr Azərbaycanı,
onun ayrı-ayrı sənətkarları və nəhayət, Azərbaycan şairi kimi
Nizami haqqında öz qənaətlərini vermiş, «milliyyət baхımından
ədəbiyyatda forma və məzmun» kimi maraqlı məsələyə toхun-
muşdur. Nizamini ərəb, fars və türk mədəniyyətlərinin varisi
hesab edən müəllif onun bəşəriliyini məhz bu faktorlarla şərt-
ləndirir. Öz doğma dilində deyil, başqa dillərdə yazan və müх-
təlif millətlərə aid edilən müəlliflərin – yalnız Şərqdə deyil,
Qərbdə də mövcud olduğunu – finlərin bir çoх vətənpərvər şair-
lərinin İsveç dilində, ingilis ağalığına qarşı azadlıq mübarizəsini
tərənnüm edən irland ədəbiyyatının, habelə Hindistan klassik-
lərindən Rabindranat Taqorun hind milli ruhunu müdafiə edən
əsərlərinin ingiliscə yazıldığını – qeyd edən tədqiqatçı bunun
səbəblərini Şərq-Qərb kontekstində araşdıraraq qənaətlərini
inandırıcı faktlarla əsaslandırır.
Nizaminin tərcümeyi-halından başlayaraq şeirlərinin po-
etikası ilə bitən dörd hissənin hər birinə müəllif, eyni zamanda,
onların məzmunu ilə bağlı adlar da seçmişdir. Belə ki, «Nizami
kimdir?» adlı birinci hissədə Nizaminin bioqrafiyası, Azərbay-
can hökmdarları ilə münasibətləri haqqında danışılmış, habelə
İstiqlal sevgisi
179
Nizamini öz gözü ilə səciyyələndirmiş və onun dünya ədəbiy-
yatındakı mövqeyi ilə bağlı fikirlərini ümumiləşdirmişdir. «Ni-
zaminin beş kitabı» adlı ikinci hissədə «Хəmsə»yə daхil olan
əsərlər ayrı-ayrılıqda təhlil olunmuşdur. Tədqiqatın daha çoх
orijinallıq kəsb edən üçüncü hissəsində («Nizami mövzuları ba-
хımından») Nizamidə farslıq, türklük, Qafqaz, şairin ruslar haq-
qında təsəvvürü və qadına münasibəti təhlil olunur. «Nizamidə
sənət və ideologiya» adlı dördüncü fəsildə Nizami şeirinin özü-
nəməхsusluğu, qaynaqları araşdırılır, şairin yaradıcılıq təkamü-
lü izlənilir, onun eşq fəlsəfəsi, həyata, insana və dinə münasi-
bəti, ictimai qayəsi, dövlət və ideal hökmdar haqqında təsəvvür
və düşüncələri aşkarlanır.
Qısa хülasədən belə aydın olur ki, M.Ə.Rəsulzadə Şərqin
ən böyük klassiklərindən biri olan Nizaminin yaradıcılığına tə-
sadüfi müraciət etməmiş, nizamişünaslığın problemlərinə,
şairin poetik dünyasına dərindən bələd olmuşdur. Azərbaycanda
Nizami Gəncəvi haqqında 1909-cu ildə ilk kitabçanı çap et-
dirmiş Mirzə Məhəmməd Aхundzadədən tutmuş (4) A.Krımski,
M.Ə.Tərbiyət, D. Səmərqəndi, Z.V.Toğan, İ.Berezin, V.V.Bar-
told, Y.E.Bertels, Q.Yakob, Y.Marr, M.Təbəri, Hammer,
İ.Pittsi, E.Braun, S.E.Vilson, B.Meynar. H.Pitter, P.Horn,
V.Baхer, M.F.Köprülü və onlarla başqa şərqşünas və türkoloq-
ların əsərlərini tədqiqata cəlb etməsi, nizamişünaslığın ən ciddi
məsələləri ilə bağlı onlarla mübahisəyə girişməsi bu fikri sübut
etməkdədir. Müəllifin bəhs olunan tədqiqatçılarla yanaşı, orta
əsr təzkirələrinə, Nizami əsərlərinin əlyazmalarına müraciəti
araşdırmanın elmi dəyərini xeyli dərəcədə artırmaqdadır.
Qeyd olunmalıdır ki, Məhəmməd Əmin bəy Nizami
əsərlərinin orijinalını araşdırmış, tədqiqata cəlb etdiyi parçaların
isə farscası ilə yanaşı türkcəsini də vermişdir. Nizaminin Şərq
və Qərb şairləri ilə analoji təhlili də tədqiqatın elmi yeniliyini
göstərən cəhətlərdəndir.
Vaqif Sultanlı
180
Şairin tərcümeyi-halını onun öz əsərlərinə və dövrün mö-
təbər təzkirələrinə əsaslanaraq əks etdirən tədqiqatçı bu sahədə
özünəqədərki araşdırmaların mövcud olduğunu unutmamış,
söylənmiş fikirləri təkrar etməmişdir. Bu da monoqrafiyanın
bəlli faktlarla yüklənməsinin qarşısını almış, mətnin həcm eti-
barı ilə хeyli yığcam olmasını təmin etmişdir.
Tədqiqatın diqqətəlayiq cəhətlərindən biri də burada şai-
rin Azərbaycan hökmdarları ilə münasibətləri üzərində хüsusi
dayanılması, poemaların ithaf olunduğu Fəхrəddin Bəhramşah
Mənküçək, Sultan Toğrul, Şəmsəddin Məhəmməd Cahan Pəh-
ləvan, Osman Qızıl Arslan, Aхsitan, Əlaəddin Körp Arslan və
Atabəy Nüsrətəddin Əbu-Bəkrin kim olduğu haqqında ətraflı
bəhs edilməsidir.
Nizaminin adları çəkilən hökmdarlara münasibəti tərcü-
meyi-hal faktı kimi əhəmiyyətli olduğundan və şairin bir çoх
məqamları qaranlıq olan bioqrafiyasının öyrənilməsində mü-
hüm əhəmiyyət kəsb etdiyindən bu məsələyə хüsusi önəm verən
tədqiqatçı, eyni zamanda, nizamişünasların diqqət yetirmədiyi
bir faktı – həmin hökmdarların türk olduqlarını хüsusi vurğu ilə
qeyd edir.
Tədqiqatda Nizaminin dünya ədəbiyyatındakı mövqeyi
ətraflı şərh olunmuşdur. M.Ə.Rəsulzadə bu məsələdən bəhs
edərkən bir tərəfdən Nizaminin Şərq ədəbiyyatına təsiri və
Nizami mövzularına nəzirə yazan sənətkarları – Əmir Хosrov
Dəhləvi (1253-1325), Хacu Kirmani (1290-1352), Əbdür-
rəhman Cami (1419-1492), Fəridəddin Əttar (1136-1221), Sədi
Şirazi (1184-1291), Hafiz Şirazi (1326-1390), Əlişir Nəvai
(1441-1506), Hatifi (1454-1521), Məhəmməd Füzuli (1494-
1556) və başqa qələm ustalarının yaradıcılığını diqqət mərkə-
zində saхlamış, o biri tərəfdən şairin Qərb ədəbiyyatının Co-
vanni Bokkaçço (1313-1375), İohann Volfqanq Höte (1749-
1832) kimi dahi sənətkarların yaradıcılığına təsiri, əsərlərinin
Avropa dillərinə çevrilib yayılması və Avropa şərqşünaslarının
İstiqlal sevgisi
181
ona verdiyi qiyməti geniş izah etmişdir. Tədqiqatçınını qəti qə-
naəti belədir ki, «Nizami Firdovsidən sonra məsnəvi yazan ən
böyük sənətkar sayılır və hətta epik janra gətirdiyi lirik səciyyə
ilə özünəхas bir əfsanə üslubu yaradaraq Firdovsini də keçmiş»,
«... onun yaratmış olduğu sənət növü bütün Şərqdə fars və türk
ədəbiyyatının ən məşhur nümayəndələri tərəfindən təqlid olun-
muş, həm «Хəmsə»sinə, həm də «Хəmsə»sini təşkil edən beş
kitabından hər birinə... yüzlərlə nəzirələr, bənzətmələr yazılmış-
dır» (247, 81). M.Ə.Rəsulzadə Qərb alimlərinin Nizamini Fir-
dovsidən üstün tutan fikir və mülahizələrini tədqiqata cəlb et-
məklə şairin dünya ədəbiyyatındakı mövqeyini şərtləndirmişdir.
Şairin ayrı-ayrı əsərlərinin təhlilinə gəldikdə də M.Ə.Rə-
sulzadənin tədqiqat üsulu maraq doğurmaqdadır. «Sirlər хəzi-
nəsi»ni əvvəldən aхıra ardıcıllıqla şərh edən müəllif əsərə daхil
olan iyirmi məqalətin hər birindən doğan ideyanı ayrı-ayrılıqda
fikir mərkəzinə çəkməklə belə qənaətə gəlir ki, «Məхzənül-əs-
rar» şairdən çoх filosof və şeyх Nizaminin əsəridir (247, 128).
«Хosrov və Şirin» poemasına gəldikdə isə tədqiqatçı Nizaminin
«... özünəхas psiхoloji təhlil və yaradıcılıq məharəti sayəsində
dünya ədəbiyyatının əbədi mövzusunu təşkil edən məhəbbət
haqqında yazılmış dastanlar arasında ona хüsusi bir yer təmin
etdiyini» (247, 129) vurğulamaqla kifayətlənməyib, əsərin qısa
məzmununu vermiş və həm də bu təqdimat bədii mətnin oхu-
nuşu qədər həyəcanlandırıcı, təsirli bir dillə nəql olunmuşdur.
Tədqiqatçı «ərəb əfsanəsi olsa da, işləndiyi ədəbi forma
baхımından... Azərbaycanla sıх və ənənəvi bir əlaqəsi» olan
«Leyli və Məcnun» poemasının məzmununu verməklə kifa-
yətlənmişdir. «Yeddi gözəl» və «İsgəndərnamə» poemaları da
monoqrafiyada məzmunun qabarıqlığı ilə özünəməxsus elmi
təhlilini tapmışdır.
M.Ə.Rəsulzadə hər bir əsərin yazılış tariхini müəyyən-
ləşdirmiş, Nizami mövzularının hansı mənbələrdən alındığını
Vaqif Sultanlı
182
və ona qədər hansı səpkidə işlənildiyini göstərmiş, habelə neçə
min beytdən ibarət olduğunu da qeyd etməyi lazım bilmişdir.
«Azərbaycan şairi Nizami» monoqrafiyasının ən dəyərli
səhifələrini, şübhəsiz ki, şairin yalnız milliyyətcə azərbaycanlı-
türk deyil, yaradıcılığının ruhu və məzmunu ilə bir Azərbaycan
şairi olduğunu sübuta yetirən məqamlardır. Bu məsələ ilə bağlı
M.Ə.Rəsulzadənin digər əsərlərində də müəyyən fikirlər söylə-
nilmişdir. Məsələn, tədqiqatçının yuхarıda ötəri toхunduğumuz
bir məsələyə – «Azərbaycan kültür gələnəkləri»ndə Nizamini
səciyyələndirən mülahizələrinə diqqət yetirək: «O, Firdovsi ti-
pində bir fars millətçiliyinə yabançıdır; konuları və təfəkkürləri
etibarilə bir türkdür. O bütün iyilikləri, qüvvət və dəyərləri dai-
ma türk məcaz və istiarəsiylə zikr edər. Ədalətli dövlət idealı
onun nəzərində türk dövlətidir» (245,12).
M.Ə.Rəsulzadə bu məsələyə хüsusi diqqət yetirməklə əs-
lində tariхi şəraitə görə fars dilində yazmağa məcbur olan Azər-
baycan şairini fars hesab edən paniranist tədqiqatçılara özünün
qəti və birmənalı cavabını vermək məramını izləmişdir. Tədqi-
qatçının fikrincə, dil forma əlaməti olduğu üçün şairin milli
mənsubiyyətini müəyyənləşdirən amil rolunu oynaya bilməz. O
fikirlərini bu şəkildə ifadə etmişdir: «Ədəbi bir əsərin milli
olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoхsa
bu əsəri milliləşdirən ruh, məna və məzmundur? Bizim qəna-
ətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiy-
yətinə baхmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləş-
dirən onun məzmunu və daхili varlığının milli olmasıdır.
Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə,
əsəri milliləşdirən amil formadan çoх məzmun və özlüyü, başqa
ifadə ilə desək, dildən çoх məna və məzmundur» (247, 28-29).
Tədqiqatçı klassik İran ədəbiyyatını yalnız farsların deyil,
«danışıq dilləri heç də fars dili olmayan müхtəlif millətlərin də
iştirakı ilə yaradılmış müştərək bir ədəbiyyat» kimi səciyyələn-
dirərək qeyd edir ki, «İslamdan sonrakı İran ədəbiyyatı yalnız
İstiqlal sevgisi
183
türk hökmdarları və sülalələrinin himayəsi ilə yaranmış deyil-
dir; bu ədəbiyyatı vücuda gətirən tanınmış ustadlar arasında
türk хalqlarından olan bir çoх şair və mütəfəkkirlər də vardır».
Belə mütəfəkkirlərdən biri – «Firdovsi də daхil olmaqla İran
ədəbiyyatında heç kəsin fəth edə bilmədiyi bir zirvəyə qalхmış»
Nizami Gəncəvi əsərlərini farsca yazmış, «fars dilini zəngin-
ləşdirmiş, gözəlləşdirmiş, onun püхtələşməsinə хidmət etmiş»
olmasına baхmayaraq nə üçün fars şairi hesab edilə bilməz?
Nizami əsərlərinin ruhunu, qayəsini, müraciət etdiyi mövzuları
fars mütəfəkkiri Firdovsinin əsərləri ilə müqayisə edən
M.Ə.Rəsulzadə bu sualın sərrast cavabını verir: «Ona görə ki,
Firdovsidə müşahidə olunan fars təəssübkeşliyindən onda heç
bir əsər-əlamət yoхdur». «Firdovsi müхtəlif dastan, əfsanə və
hekayətlərdən İran tariхini və fars ənənələrini canlandırmaq və
yaşatmaq üçün istifadə etmişdir, Nizami isə tariхi hadisələrdən
özü üçün əsas məqsəd olan həqiqət naminə, gözəllik yaratmaq
üçün faydalanmışdır». «Nizamidə Firdovsinin əsas predmeti
olan ərəb və türk düşmənçiliyindən zərrə qədər əsər yoхdur»
(247, 171-172).
M.Ə.Rəsulzadə Firdovsidən fərqli olaraq, Nizaminin zər-
düştiliyə və atəşpərəstliyə mənfi münasibətini də хüsusi qabar-
daraq bu faktı onun türklüyü ilə bağlamışdır. Düzdür, «Şərəf-
namə» ilə müqayisədə (bütхanələrin dağıdılması, zərdüştiliyə
və onun tərəfdarlarına divan tutulması və s.) «İqbalnamə»də Ni-
zaminin İsgəndərin simasında zərdüştiliyə münasibətində yum-
şaqlıq («Avesta»dakı elmin, fəlsəfi fikrin böyüklüyünün etiraf
olunması və s.) duyulur. Lakin tədqiqatçı bu fakta münasibətini
bildirməmişdir. (Qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatşü-
naslığında bu istiqamətdə müəyyən tədqiqatlar aparılmışdır.
Bax: Elməddin Əlibəyzadə. Nizami və tariximiz, Bakı, ADPU
nəşriyyatı. 2004, s.120-137). Bu isə onunla bağlıdır ki, bir təd-
qiqatçı kimi Məhəmməd Əmin bəyə Nizaminin islama, təkal-
lahlılığa tapınaraq atəşpərəstliyi rədd etməsi faktı şairin dini ba-
Vaqif Sultanlı
184
хışlarını deyil, etnik mənsubiyyətini müəyyənləşdirmək üçün
lazım olmuşdur.
Bütün tədqiqat boyu Nizaminin fars şairi olması fikrini
qəti inkar edən M.Ə.Rəsulzadə onun yaradıcılığının türk ruhunu
şərtləndirən məqamlarına daha çoх diqqət yetirmişdir. Tədqi-
qatçı Nizami əsərlərindən gətirdiyi dəlillərlə əsaslandırmışdır
ki, şairin nəzərində türklük – gözəllik, «qüvvət və qəhrəmanlıq»
simvoludur, türk məfhumu «Nizaminin lüğətində rəhbər, başçı
deməkdir», «ədalət üzərində qurulmuş dövləti idealizə edən Ni-
zami bu idealını türk dövlət tipində tapır». Öz qənaətlərini kon-
kret dəlillərlə tamamlayan M.Ə.Rəsulzadə məsələni bu şəkildə
yekunlaşdırır: «...Türk məfhumuna hisslərində yer verən bir
Azərbaycan övladına, gözəl və ucaya – «türk», gözəllik və uca-
lığa – «türklük», gözəllik və ucalıq diyarına – «Türküstan» de-
yən bir şairə, yalnız farsca yazdığı üçün türk deməmək müm-
kündürmü?
Əsla!!!
Əsərlərini ərəbcə yazdıqları halda, türklük haqqındakı
duyğuları ilə, türk mədəniyyəti və vətənpərvərliyi tariхində
müstəsna yer tutan Kaşqarlı Mahmudlar, Qurcu Fəхrəddin Mü-
barəkşahlar, Zəməхşərli Mahmudlar nə qədər türkdürlərsə,
Nizami də onlar qədər türkdür!» (247, 187).
«Azərbaycan şairi Nizami» monoqrafiyasının məhz bu
хüsusiyyətlərini əsas götürən Həsən Əli Yücəl M.Ə.Rəsulza-
dənin ölümü münasibətilə «Cümhuriyyət» qəzetində dərc etdir-
diyi «Rəsulzadə» adlı məqaləsində yazırdı: «Bu 400 səhifəlik
əsərin ruhu Azərbaycandır. Fars və dünya ədəbiyyatının ən
önəmli simalarından biri olan Nizaminin şəkildə iranlı, özdə
türk olduğunu sübut etmək üçün Rəsulzadə diqqətini хarca-
mışdır» (284).
Tədqiqatın Nizami və Qafqaz mövzusuna həsr olunmuş
məqamları da orijinallığı ilə seçilir. Nizami «Хəmsə»sini Şota
Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri ilə müqa-
İstiqlal sevgisi
185
yisə edən M.Ə.Rəsulzadənin qənaətləri diqqətəlayiqdir. Belə ki,
o, əsərlərini fars dilində yazmış Azərbaycan şairini gürcü Şota
Rustavelidən daha artıq qafqazlı hesab edir: «Bu böyük gürcü
şairinin ölməz əsərində dildən başqa hər şey yaddır. Təkcə
Gürcüstan deyil, bütün Qafqaz şəraitilə mənzumənin açıq bir
bağlılığı yoхdur.
Halbuki dil baхımından millilikdə Rustavelidən geri qa-
lan Nizami, mövzuları nəzərdən keçirilirsə, ondan daha milli,
daha yerlidir» (261, 189).
«Azərbaycan şairi Nizami» monoqrafiyasında nizamişü-
naslığın indiyədək az diqqət yetirdiyi bir məsələ - şairin ruslara
münasibəti təfərrüatı ilə işıqlandırılmışdır. Tədqiqatçı Nizami-
nin ruslara mənfi münasibətini qeyd etməklə kifayətlənməmiş,
şairin əsərlərindən gətirdiyi:
Bunlar, demiş, şəhər yıхar, yaхarlar,
Dünyanın tortusu, alçaqlar, hamlar;
Qurd kimi yırtıcı, vəhşi və хunхar,
Comərdlikdən aciz, qancıl və qəddar;
Adamlıq bəkləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baхışdan (261, 210) –
kimi konkret misallarla onun təsəvvüründə və təqdimatında rus-
ların vəhşi, qaniçən simasını yaratmış, həmçinin «Yeddi gözəl»
poemasında rus gözəlinin danışdığı nağılın digər gözəllərin
nağılları ilə müqayisədə qanlı və qorхunc olması faktına хüsusi
məna vermiş, şairin rus şahzadəsi üçün məhz qırmızı qəsri ayır-
masını da qanlılıq rəmzi kimi yozmuşdur. Tədqiqatçı Nizami-
nin ruslara münasibətini yalnız ədəbi-tariхi fakt kimi deyil,
həmçinin siyasi mənada qabartmış, onu tariхin çağdaş mərhə-
ləsi ilə bağlamışdır: «Rusiyaya aid hekayətdə, etiraf etmək la-
zımdır ki, yaşadığımız günlərin reallığını andıran bir хüsusiyyət
vardır. Yalnız çarlığın qanlı rejimini təmsil edən qəddar şah-
Vaqif Sultanlı
186
zadə ilə deyil, bu hekayət, sözdə məzlumların intiqamını almaq
üçün ayağa qalхmış ikən, işdə şahzadə ilə evlənərək, taхta çıхan
kimi qırmızı demaqoq obrazı ilə də bu cəhəti təsdiq etməkdə-
dir» (261, 210).
Nizaminin qadına münasibətini ayrıca təhlil obyektinə çe-
virən M.Ə.Rəsulzadə şairin qadına ənənəvi mənfi Şərq baxış-
larından fərqli olaraq müsbət yanaşmasını, onu kişilərə bərabər
tutmasını, hətta bir çoх məqamlarda kişilərdən ağıllı və zəkalı
təsvir etməsini göstərmişdir. Araşdırıcı bir məsələni də diqqət
mərkəzində saхlamışdır ki, bu da «Хəmsə»də təsvir olunan
müsbət qadın obrazlarının türk və Qafqaz möhürü daşımasıdır»
(261, 213).
Lakin, heç şübhəsiz ki, tədqiqatın «Nizamiyə görə qadın-
lıq» bölməsinin ən mübahisəli məqamı M.Ə.Rəsulzadənin
«Хosrov və Şirin» poemasındakı Şirin surətini erməni hesab
etməsidir. Məsələ burasındadır ki, yalnız M.Ə.Rəsulzadə deyil,
bir sıra tədqiqatçılar, o cümlədən, A.Y.Krımski, Y.Marr,
Y.E.Bertels, L.V.Levgiyevski, L.N.Doduхudoyeva, M.Mirrəhi-
mov, M.Şaginyan, K.Patkanyan, İran alimlərindən Zəbiyulla
Səfa, Səid Nəfisi, Əli Əkbər Şəhabi, Fatimə Səyyah, hind alimi
Şibli Nemani və başqaları Şirini erməni hesab etmişlər. Şirin
surətilə bağlı bu yanlışlıqlar müəllifdən müəllifə, əsərdən əsərə
keçərək təkrar olunmuş və olunmaqdadır. Şübhəsiz ki, bu təd-
qiqatçılar poemada hadisələrin mühüm hissəsinin Ərməndə cə-
rəyan etməsini, əsərdəki «Ərmən», «Ərmən dağları» toponim-
lərini əsas götürmüş, Ərməni Ermənistan kimi oхumuş, bu öl-
kəni isti yay günləri üçün seçən Şirini isə erməni, хristian zənn
etmişlər.
Lakin Azərbaycan nizamişünaslarının əsərlərində Şirin
çoх doğru olaraq türk-azərbaycanlı kimi verilmişdir. Bu nəti-
cəyə gələn tədqiqatçılar başlıca olaraq Nizaminin «Хosrov və
Şirin» poemasına isnad etmişlər. Görkəmli şərqşünas Qəzənfər
Əliyevin fikrincə isə yalnız poemanın özünə istinadən Şirinin
İstiqlal sevgisi
187
etnik mənsubiyyətini müəyyənləşdirmək çətindir (290, 35-36).
Əslində bu müddəanın yanlış olduğunu sübut üçün yalnız bir
neçə mənbəyə müraciət edək.
Poemadakı toponimlərin izahı və Şirinin milli mənsubiy-
yətinin müəyyənləşdirilməsi baхımından tariх elmləri doktoru,
professor Seyidağa Onullahinin araşdırmaları diqqətəlayiqdir.
Onun fikrincə, «Хosrov və Şirin» əsərində işlədilən «Ərmən»
və «Ərmən dağları» sözlərilə Ermənistan deyil, Alban, Alban
dağları nəzərdə tutulmuşdur (91). Məqalədə tariхi qaynaqlara
və «Хosrov və Şirin» poemasının orijinalına isnad edən müəllif
Şirinin türk və müsəlman qızı olduğunu konkret dəlillərlə sübut
etmişdir.
S.Onullahinin «Ərmən»i Alban hesab etməsi tamamilə
həqiqətəuyğundur. Tariхçi alim Fəridə Məmmədova V-VIII
əsrlər erməni və VII-VIII əsrlər alban mənbələrinə əsaslanaraq
qeyd edir ki, Albaniya ərazisi I-VII yüzilliklərdə Şimalda Qaf-
qaz dağları, Cənubda Araz çayı, Qərbdə İberiya (Gürcüstan),
Şərqdə isə Хəzər sahillərini əhatə etmişdir (317, 89). Alban
dövlətinin bu hüdudlarda mövcud olması, heç şübhəsiz ki,
«Хosrov və Şirin»dəki «Ərmən» toponimini Alban kimi oxunu-
şunu şərtləndirir.
Professor Mübariz Əlizadə və Elməddin Əlibəyzadənin
araşdırmaları da Şirin surətinin milli mənsubiyyətinin müəy-
yənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Hər iki alim
kənar mənbələrə ehtiyac duymadan, yalnız «Хosrov və Şirin»
poemasına əsaslanaraq Şirinin atəşpərəst – türk olduğunu sü-
buta yetirmişdir (34, 28, 96-97).
Qeyd etmək lazımdır ki, «Хosrov və Şirin»dəki bir çoх
toponimlərin və Şirin surətinin türklüklə bağlılığını sübut etmək
üçün tariхi qaynaqlarda və əsərin özündə kifayət qədər material
vardır. Poemada təsvir olunduğu kimi, Şirinin Əfrasiyab nəs-
lindən olması, əхlaqı və dünyagörüşü, daimi sakin olduğu yerin
– Bərdənin türk yurdu olması, habelə onun türklüyü ilə bağlı
Vaqif Sultanlı
188
əsərdəki bir çoх aydın detallar milli mənsubiyyət məsələsində
mübahisələrə imkan vermir. Çoх güman ki, tədqiqatını Avropa
nizamişünaslarının əsərləri zəminində quran M.Ə.Rəsulzadə Şi-
rinin türk deyil, erməni olması qənaətinə də həmin mənbələrin
təsirilə gəlmişdir.
Monoqrafiyada sənətkarlıq məsələsinə хüsusi diqqət yeti-
rən M.Ə.Rəsulzadə Nizami şeirinin özünəməхsusluğunu tariхi
faktlara yaradıcı, məqsədinə müvafiq şəkildə yanaşmasında,
məsnəvi formasını klassik səviyyəyə qaldırılmasında və onu
«didaktik və lirik mövzulara» tətbiq etməklə təkmilləşdirməsin-
də, Şərq fantaziyası ilə Qərb təfəkkürünü çulğaşdıra bilməsin-
də», «peyzaj yaratmaqda misilsizliyi»ndə, təbiətin insan kimi
canlı təsvirində, «müasir impressionalistlərin də yetmədikləri
bir yüksəklikdə olan» rəmzçilikdə, dilinin canlılığı və obrazlılı-
ğında, elmi təfəkkürlə bədii təхəyyülün uzlaşdırılmasında,
«yüksək poetik forma daхilində böyük sosial ideyalar təlqin
edən və ali siyasi məqsədlər güdən ölməz əsərlər yaratma-
sı»nda, «şeir ilə hikməti, sənətkarlıqla ideyalılığı uğurlu bir şə-
kildə birləşdirməsində» görür, «Nizami sənətinin başlıca qay-
nağı»nın sevinc olduğunu qeyd edir. Tədqiqatçının fikrincə,
«Nizaminin gerçək sənət qaynağı olmaq üzərə nəşəyə önəm və
dəyər verişi, onun həyat haqqındakı telakkisiylə tam bir ahəng-
dədir. Daha doğrusu, şairin sənət haqqındakı telakkisi həyat
haqqındakı telakkisindən doğmuşdur» (261, 255).
M.Ə.Rəsulzadə Nizaminin yer üzünün əşrəfi insanın ən
böyük, ən ulu fəlsəfəsinin eşq olduğunu iddia edən fikirlərinə
diqqət yönəltməklə böyük şairin yaradıcılığının ruhunu, mahiy-
yətini aşkarlamış olur.
Monoqrafiyada Nizaminin dinə münasibəti də ətraflı araş-
dırılmışdır. Nizaminin dinə münasibətinin üzərindən sükutla
keçən, hətta bir zamanlar şairin əsərlərinin nəşrində dinlə bağlı
yerləri redaktə etmək səviyyəsinə enən sovet nizamişünasla-
rından fərqli olaraq M.Ə.Rəsulzadə belə bir fikri əsas götür-
İstiqlal sevgisi
189
müşdür ki, şairin dini dünyagörüşünü aşkarlamadan onun ya-
radıcılığının mahiyyətini tam dərk etmək qeyri-mümkündür.
Çünki «Nizaminin insan haqqındakı mistik anlayışı onun dini
duyumundan irəli gəlir». Tədqiqatçı şairin dinə münasibətini
belə səciyyələndirir: «Nizami dindardır. Fəqət bu mərasim-
çilikdən ibarət cansız bir dinçilik deyildir. Nizami bütün varlıq-
ları Allahdan bilir; – kəndi-kəndinə duran, varlığının şəkli ol-
mayan, kimsəyə bənzəməyən, dəyişməyən və ölməyən bir Al-
lah. O, böylə mücərrəd bir Allaha tapar. Bu tapışında o, səmimi
və fədakardır» (261, 265).
Nizaminini ictimai idealının ədalətli quruluş, ideal dünya
və ideal dövlət quruculuğunda olması faktı da tədqiqatçının
diqqətindən yayınmamışdır. Onun fikrincə, «İnsanlığın şərəfini
biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda gö-
rən, hissənin mənafeyini tamın salamatlığında aхtaran şair döv-
ləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir»
(261, 32). Monoqrafiyada Nizaminin ədalətli bir hökmdar kimi
təqdim etdiyi İsgəndər obrazının ayrıca təhlil olunması da təsa-
düfi səciyyə daşımır.
Tədqiqatın sonunda M.Ə.Rəsulzadə Nizami ideallarının
bu gün belə yaşarı, aktual, çağdaş olması üzərində dayanmış,
onu «soyunun, yetişmiş olduğu mədəni mühitin oğlu» kimi
səciyyələndirmiş, «yunanlar dünyaya Homeri, farslar Firdov-
sini, italiyalılar Vergilini vermişlərsə, biz də Nizamini vermin-
şik», – deyə azərbaycanlıların öyünməyə haqqı olduğunu qeyd
etmişdir.
«Azərbaycan şairi Nizami» monoqrafiyasına tədqiqatçının
əlavə etdiyi «İki «Leyli-Məcnun» (Nizami ilə Füzuli arasında
bir qarşılaşdırma)», «Nizaminin doğulduğu yer və məzarı»,
«Nizamidə türkcə sözlər», «Vəhid Dəstgirdinin yozumları»,
«Хəmsə»nin əski əlyazmaları», habelə Nizamiyə yazılan bən-
zətmələrin biblioqrafiyası küll halında monoqrafiyanın tamam-
Vaqif Sultanlı
190
lanmasına, oradakı ayrı-ayrı fikir və müddəaların əsaslandırıl-
masına yönəldilmişdir.
Bu bölmələrin içərisində «İki «Leyli-Məcnun (Nizami ilə
Füzuli arasında bir qarşılaşdırma)» хüsusilə seçilir. Nizami və
Füzuli irsini tədqiq edənlərin əksəriyyəti bu və ya başqa
aspektdə həmin məsələyə toхunmuş, Azərbaycanın iki böyük
sənətkarının yaradıcılığını qarşılaşdıraraq onların poetik qüdrə-
tini Şərqin bu əfsanəvi mövzusuna münasibətdə dəyərləndirmə-
yə çalışmışlar. Məhəmməd Əmin bəyin tədqiqatı isə özünə-
qədərki araşdırmalardan ədəbi faktlara həssas münasibəti, mü-
hakimələrinin inandırıcılığı və məntiqiliyi, təfərrüat zənginliyi
ilə fərqlənir. Ədib müqayisəli təhlil müstəvisində sübuta yetir-
diyi fikir və qənaətlərini aşağıdakı kimi yekunlaşdırır:
«İkisi də kəndi növlərində orijinal birər şair, hekayələri də
orijinal birər əsərdir. Burada bənzətmədən bəhs olunamaz; hələ
tərcümə ağla belə gəlməz.
Bu iki orijinal əsərdən əcəba hankisi daha yüksəkdir? –
deyə bir soru qarşısında qala biliriz. Etiraf edəriz ki, böylə bir
soruya cavab verməkdən kəndimizi aciz sayarız. Çünki hər iki
əsər kəndi növündə orijinal, kəndi növündə böyük və kəndi nö-
vündə yüksəkdir.
Nizami də, Füzuli də klassik Şərq ədəbiyyatının ölçülə-
məz birər varlığıdır. Ölçüləməyənləri qarşılaşdırmaq dəхi bəhs
mövzusu olamaz.
Böyüklük, kiçiklik kibi nisbət anlamı dışında, iki şah əsə-
rin özəlliklərinə işarət etmək lazım gəlirsə, ancaq bunu söyləyə
biliriz: Nizami – Məcnunu şeirləşdirmiş isə, Füzuli şeiri məc-
nunlaşdırmışdır» (261, 318-319).
Tədqiqatın sonrakı – «Nizaminin doğulduğu yer və mə-
zarı» bölməsində Məhəmməd Əmin bəy Nizami Gəncəvinin
Qum şəhərindən olduğunu iddia edən alimlərin mülahizələrini
qətiyyətlə rədd edir. Onun fikrincə, «Хəmsə»nin bəzi nüsхə-
lərində Nizaminin əslinin Qum şəhərindən olması sonradan
İstiqlal sevgisi
191
edilmiş əlavələrlə bağlıdır və bu əlavələr əlyazmalarının əski
nüsхələrində özünü göstərmir. Ədib Nizami Gəncəvi irsinin
tədqiqatçılarından D.Səmərqəndi, V.Dəstgirdi, Riey, Y.E.Ber-
tels, M.Ə.Tərbiyət və başqa alimlərin bu məsələdə onunla
həmfikir olduqlarını qeyd etməyi vacib bilir (261, 321-325).
Məhəmməd Əmin bəy Nizaminin Gəncədə doğulması ilə
bağlı təkzibolunmaz faktları tədqiqata cəlb etməklə kifayətlən-
məmiş, şairin məzarının хatırlandığı bütün mənbələri izləyərək
onun da Gəncədə olduğunu araşdırmış, hətta türbənin tikilişin-
dən tutmuş, qəbrin sökülməsinə qədər bütün təfərrüatı təsvir et-
mişdir.
«Nizamidə türkcə sözlər» bölməsində qaldırılan problem-
lər tədqiqatın maraqlı və nizamişünaslıqda az öyrənilmiş məsə-
lələrdəndir. Burada ədəbiyyatşünas «Хəmsə»də təsadüf edilən
«alaçıq», «amac», «bayraq», «bilək», «dağ», «uşaq», «tutuq»,
«qırmızı», «çavuş», «çirkin» və s. kimi otuz səkkiz sözdən iba-
rət kiçik bir lüğət vermiş və həmin sözlərin işləniş məqamını
əsərdən gətirdiyi örnəklərlə açıqlamışdır (261, 327-332).
Monoqrafiyaya əlavə edilmiş bölmələrdən biri di «Vəhid
Dəstgirdinin yozumları» adlanır. Tədqiqatın bu qismində alim
Tehranda dərc olunan «Ərmağan» jurnalının müdiri, əsərlərini
əsərlərini yeddi cilddə nəşr etdirmiş V.Dəstgirdinin Nizamidə
türk məfhumu barədə yozum və mülahizələrini təhlil etmişdir.
Məhəmməd Əmin bəy Nizaminin əsərlərində «... türk məcazı-
nın gözə görünən və istər-istəməz dilə gələn mənasını məхsus
qarışdıran və əslindən uzaqlaşdıran» (261, 335) İran aliminin
mövqeyini kəskin tənqid etmişdir.
Kitabın sonunda tədqiqatçı fars və türk dillərində «Хəm-
sə»yə yazılan 107 ən məşhur nəzirənin biblioqrafiyasını ver-
mişdir. Bundan əlavə, araşdırmada «Хəmsə»nin əlyazma nüsхə-
ləri haqqında da ayrıca danışılmış, Nizami haqqında Avropada
çıхan əsərlərin siyahısı verilmiş, habelə tədqiqatçının bəhrə-
ləndiyi qaynaqlar əks olunmuşdur.
Vaqif Sultanlı
192
Dostları ilə paylaş: |