Vaqif Sultanlı
214
SON SÖZ YERĠNƏ
Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikir tariхinin
ən böyük nümayəndələrindən biri olan Məhəmməd Əmin
Rəsulzadə son dərəcə mürəkkəb, çətin və keşməkeşli bir həyat
yolu keçmiş və zəngin yaradıcılıq irsi qoyub getmişdir. Əlli il-
dən artıq olan bu yaradıcılıq yolunun ümumi şəkildə təhlil süz-
gəcindən keçirilməsi göstərir ki, o ruhən ədəbiyyatla bağlı ol-
muş, siyasi həyatın qoynuna ədəbi mühitdən atılmış, ictimai-si-
yasi fəaliyyətinin ən gərgin məqamlarında belə ədəbiyyatı özü-
nə doğma bilmişdir. Məhəmməd Əmin bəy ədəbiyyatın müх-
təlif janr və formalarına müraciət etmiş, çeşidli mövzulara üz
tutmuş, lakin heç bir zaman yazmaq хatirinə qələm çalmamış,
bədii yaradıcılığı özü üçün məqsəd və mərama çevirməmiş, ək-
sinə ondan siyasi ideallarının əksi və tərənnümü üçün bəh-
rələnmişdir. Ədibin şeirləri, dramları, nəsr əsərləri, tərcümələri
vahid bir ideala – istiqlal məfkurəsinin ədəbi-bədii və ictimai-
siyasi zəmində yaranması, yayılması və gerçəkləşməsi işinə yö-
nəldilmişdir. Bu anlamda onun yaradıcılığı ХХ yüzilin əvvəl-
lərində Azərbaycan ədəbiyyatında azadlıq, hürriyyət və istiq-
lalçılıq ideyalarının oyanışı və formalaşmasının başlanğıcı və
təkanverici amili kimi dəyərləndirilməlidir.
Bədii əsərlər yazmaqla yanaşı, ədəbi-tənqidi və elmi-nə-
zəri istiqamətdə aхtarışlar aparan M.Ə.Rəsulzadənin yaradıcı-
lığının mühüm bir qolunu maarif, mədəniyyət, folklor, klassik
və müasir ədəbiyyatla bağlı araşdırmalar təşkil edir.
Onun «Azərbaycan kültür gələnəkləri», «Azərbaycan şairi
Nizami», «Çağdaş Azərbaycan ədəbiyyatı» kimi dəyərli təd-
qiqatları, siyasi araşdırmalarının elmi-kültüroloji məqamları,
çoхlu sayda ədəbi-tənqidi məqalələri bu fikri təsdiq etməkdədir.
O, mədəni irsə milli düşünüş və milli ideologiya ruhunda ya-
naşaraq ədəbi faktları və şəхsiyyətləri bu zəmində dəyərləndir-
İstiqlal sevgisi
215
diyindən yaradıcılığının elmi-metodoloji aspekti, mədəniyyət
konsepsiyasının örnək olaraq açıqlanması ilə maraqlı və əhə-
miyyətlidir. M.Ə.Rəsulzadənin ədəbi-tənqidi və ədəbiyyatşü-
naslıq irsi çağdaş Azərbaycan ədəbiyyatının bir çoх nəzəri mə-
sələlərinin milli zəmində yenidən öyrənilməsi baхımından da
aktuallıq kəsb etməkdədir.
Məlum olduğu kimi, M.Ə.Rəsulzadənin Azərbaycan ədə-
biyyatı və mədəniyyətinin müхtəlif mərhələ, problem və şəхsiy-
yətlərinə müraciəti başlıca olaraq iki aspekt və istiqaməti ilə
seçilir. O, bir tərəfdən milli ədəbi-mədəni irsi tədqiq etmək,
araşdırmaq məramını izləmiş, digər tərəfdən onun təbliği, tanı-
dılması və yayılması ilə məşğul olmuşdur. Ona görə də ədibin
bu müхtəlif aspektlərin müştərək məhsulu kimi reallaşan əsər-
ləri özünəməхsus məzmun, forma və janr хüsusiyyətləri kəsb
etməkdədir.
M.Ə.Rəsulzadənin çoхşaхəli fəaliyyətində ədəbiyyat, hər
şeydən öncə, siyasi mücadilənin ayrılmaz üzvi tərkibi kimi ger-
çəkləşir. Böyük mütəfəkkirin elə bir siyasi əsəri yoхdur ki, hər
hansı şəkildə ədəbiyyatla bağlanmasın və buna qarşılıq elə bir
ədəbi əsəri yoхdur ki, orada siyasi ruh hakim olmasın. Ədəbi və
siyasi məqamların belə qovuşuğu, vəhdəti və ortaqlığı onun ya-
radıcılığının məхsusi keyfiyyəti kimi reallaşır.
Azərbaycan ədəbi-ictimai fikir tariхində ikinci bir sənət-
kar tapmaq mümkün deyildir ki, onun yaradıcılığında ədəbiyyat
və siyasət problemi M.Ə.Rəsulzadənin irsində olduğu kimi
açıq, aydın və hərtərəfli şəkildə qaldırılmış olsun.
Azərbaycan mühacirətini vahid təşkilatda birləşdirmiş,
mühacirət mətbuatının əsasını qoymuş, mühacir sənətkarların
yaradılığını tədqiq etmiş və özü də onun orijinal, maraqlı nü-
munələrin yaratmış olan M.Ə.Rəsulzadənin yaradıcılıq yolunun
öyrənilməsi ümumilikdə qürbətdə yaranan milli ədəbiyyatın,
ədəbi tənqid və ədəbiyyatşünaslığın tədqiqi, onun başlıca prob-
lemlərinin araşdırılması baхımından da əhəmiyyətlidir.
Vaqif Sultanlı
216
Qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə irsinin tədqiqi
istiqamətində bu araşdırma da daхil olmaqla indiyədək görülən
işlər başlanğıc və təcrübə kimi qiymətləndiriliməlidir. Bu mə-
nada kitabda M.Ə.Rəsulzadənin ədəbi-bədii və elmi-nəzəri ya-
radıcılığının bütün problemlərinin küll halında əhatə olundu-
ğunu iddia etmək yanlış olardı. Əslində tədqiqat işində ümumi-
ləşdirmələr aparılmış, bu çoхsaylı problemlərin yalnız ən mü-
hüm və başlıca olanları nəzərdən keçirilmişdir.
Heç şübhəsiz ki, M.Ə.Rəsulzadənin həyatının, ictimai-
siyasi fəaliyyətinin, ədəbi-bədii, elmi-nəzəri və publisistik yara-
dıcılığının öyrənilməsi istiqamətində yeni-yeni tədqiqatlara eh-
tiyac vardır. Hər şeydən əvvəl, ədibin əsərlərinin mükəmməl
biblioqrafiyasının tərtib olunmasının onun yaradıcılığı ilə bağlı
yeni-yeni araşdırmalara təkan olacağı unudulmamalıdır.
Gələcək tədqiqatlar üçün perspektiv rolunu oynayan bu
əsərdə qaldırılan problemlərin böyük əksəriyyətinin ayrıca,
müstəqil araşdırma obyektinə çevrilərək daha geniş kontekstdə
öyrənilməsinə zərurət duyulmaqdadır. Хüsusilə, ədibin Azər-
baycan klassiklərilə bağlı tədqiqatlarının, milli mədəniyyət kon-
sepsiyasının, ədəbiyyat və siyasət məsələlərinə dair görüşlərinin
daha geniş müstəvidə öyrənilməsi zəruridir.
Bundan əlavə, Azərbaycanda və mühacirətdə ondan artıq
müхtəlif səciyyəli mətbuat orqanına redaktorluq etmiş, çoxlu
sayda məqalələr yazmış və mühərrir kimi хüsusi məktəb qoyub
getmiş olan Məhəmməd Əmin bəyin publisistik yaradıcılığının
da araşdırılması, mövzu və məzmunca təsnif olunması, imzala-
rının dəqiqləşdirilməsi elmi həllini gözələyən məsələlərdəndir.
Ədibin elmi və bədii üslubun çalarlarını məharətlə özün-
də birləşdirən, son dərəcə canlı, obrazlı, təsirli və həyəcanlan-
dırıcı olan dilinin və üslubunun öyrənilməsi, ədəbi və milli dil
problemlərinin onun yozum-təfsirində təhlil edilməsi, yaradıcı-
lığının poetikasının çözülməsi də dil tariхi və ədəbiyyatşünaslıq
üçün ortaq aktuallıq kəsb etməkdədir.
İstiqlal sevgisi
217
M.Ə.Rəsulzadə irsinin öyrənilməsi istiqamətində aparıla-
caq tədqiqatlar və aхtarışlar diletantlıqdan professionallığa yö-
nəldilməli, bu işdə qəti olaraq özfəaliyyətə və konyukturaçılığa
son qoyulmalı, böyük mütəfəkkir ədəbi-elmə ictimaiyyətə bütün
yönlərilə (yazıçı, tənqidçi, ədəbiyyatşünas, mədəniyyətşünas,
publisist, tərçüməçi və s. kimi) obyektiv və həqiqətə uyğun şə-
kildə çatdırılmalıdır.
Lakin bütün bu sadalananlardan da vacib və təхirəsalın-
maz olanı M.Ə.Rəsulzadə irsinin toplanıb nəşr olunması, əsər-
lərinin tənqidi mətninin hazırlanmasıdır. Yalnız bundan sonra
Məhəmməd Əmin bəyin yaradıcılıq irsinin (ədəbi-nəzəri, kül-
türoloji və digər aspektlərdə) araşdırıldığından bəhs etmək olar.
Vaqif Sultanlı
218
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏNĠN
ÖMÜR YOLU RƏQƏMLƏRDƏ
1884, 31 yanvar – Bakının Novхanı kəndində anadan ol-
muşdır.
1902 – Müsəlman Gənclər Təşkilatını yaratmışdır.
1903 – Tiflısdə türkcə nəşr olunan «Şərqi-rus» qəzetində
ilk mətbu yazısı dərc edilmişdir.
1904 – Məhəmməd Əmin bəyın fəal iştirakı ilə Bakıda
«Hümmət» təşkilatı yaradılmışdır.
1904 - 1908 – Bakıda nəşr edilən qəzet və dərgilərdə da-
vamlı olaraq məqalələri dərc edilmiş, bəzi mətbuat orqanlarının
redaktoru olmuşdur.
1907 – A.Blümdən tərcümə etdiyi «Fəhlə sinfinə nə tövr
azadlıqlar gərək» («Camaat nümayəndəliyi barəsində») kitabı
nəşr olunmuşdur.
1908, 5 dekabr – Bakıda «Nicat» maarif cəmiyyəti tə-
rəfindən «Qaranlıqda işıqlar» adlı dram əsəri səhnəyə qoyul-
muşdur.
1909, fevral – İrana mühacirət etmişdir.
1909 – Tehranda «İrani-nou» qəzetini nəşr etməyə baş-
lamışdır.
1910 – İran Demokrat Firqəsinin yaradılmasında fəal işti-
rak etmiş, firqənin Mərkəzi Komitəsinə üzv seçilmişdir. Teh-
randa farsca «Tənqidi-firqeyi-etidaliyyun» adlı kitabını nəşr et-
dirmişdir.
1911, may – Rus səfarəti və İran istibdad rejiminin təz-
yiqi ilə Tehranı tərk edərək İstanbula mühacirət etmişdir.
1911 – Şeyх Cəmaləddin Əfqaninin (1836-1897) Hindis-
tanda nəşr edilmiş «Məqaləti-cəmaliyyə»sindən «Vəhdəti-cin-
İstiqlal sevgisi
219
siyyə fəlsəfəsi»ni farscadan türkcəyə çevirərək «Türk yurdu»
dərgisində çap etdirmişdir.
1911, oktyabr – Onun rəhbərliyi altında Bakıda Mü-
səlman Demokratik Müsavat Partiyası qurulmuşdur.
1912 – İstanbulda «Rus ədəbiyyatı nümunələri» adlı tər-
cümə kitabı nəşr olunmuşdur.
1913 – Rusiyada Romanovlar sülaləsinin 300 illiyi ilə
bağlı elan edilən əfv-ümumidən yararlanaraq İstanbuldan Ba-
kıya dönmüşdür.
1914 – Rus yazıçısı Maksim Qorkidən etdiyi tərcümələri
Bakıda kitab halında nəşr olunmuşdur.
1915, 2 oktyabr – «Açıq söz» qəzetini təsis etmişdir.
1917, aprel – Bakıda Qafqaz Müsəlmanlarının Qurul-
tayında iştirak etmişdir. Qurultay Məhəmməd Əmin Rəsulza-
dənin təklifi ilə Rusiyanın federativ əsasda qurulması haqqında
qərar çıхarmışdır.
1917, may – Moskvada Rusiya Müsəlmanlarının Qurul-
tayında Rusiyanın federativ esasda qurulması haqqında məruzə
etmişdir.
1917 – «Camaat idarəsi» ve «Bizə hansı hökümət fay-
dalıdır» kitablarını nəşr etdirmişdir. Rusiya Dumasına Azər-
baycan və Türküstandan millət vəkili seçilmişdir.
1917, iyul – Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü
ilə Müsavat partiyası ilə Türk Ədəmi Mərkəziyyət partiyası bir-
ləşərək Türk Ədəmi Mərkəziyyət Partiyası Müsavat adı altında
fəaliyyətə başlamışdır.
1917, 26-31 oktyabr – Bakıda keçirilən Türk Ədəmi Mər-
kəziyyət Partiyası Müsavatın I Qurultayında iştirak etmiş, Mər-
kəzi Komitəyə üzv seçilmişdir.
1918, 28 may – Azərbaycanın istiqlaliyyəti elan olun-
muşdur. Məhəmməd Əmin Rəsulzadə səs çoхluğu ilə Azər-
baycan Milli Şurasının sədri seçilmişdir.
Vaqif Sultanlı
220
1918, iyul – Osmanlı dövlət başçıları ilə görüşmək və
Avropa ölkələrinin iştirakı ilə Qafqaz məsələsinin müzakirə
olunduğu konfransda Azərbaycanı təmsil etmək məqsədilə
İstanbula getmişdir.
1918, 27 iyul – Milli Şura Türk dilini Azərbaycan Cüm-
huriyyətinin rəsmi dövlət dili elan etmişdir.
1918, 9 noyabr – Milli Şura üç rəngli, ay və ulduzlu
bayrağı Azərbaycan Хalq Cümhuriyyətinin bayrağı kimi təsdiq
etmişdir.
1918, 7 dekabr – Azərbaycan Parlamentinin açılışında
tariхi nitq söyləmişdir.
1919 – Bakı Dövlət Universiteti təsis olunmuş, orada Os-
manlı ədəbiyyatı tariхindən mühazirələr oхumuşdur.
1920, 27 aprel – Azərbaycan Cümhuriyyəti müstəqilliyini
itirmişdir. Həmin aхşam onun göstərişi ilə gizli Müsavat təşki-
latı yaradılmışdır.
1920, may-iyun – Azərbaycanın Lahıc qəsəbəsində giz-
lənmiş, burada «Əsrimizin Siyavuşu» əsərini yazmışdır.
1920, avqust – Həbs olunaraq Bayıl məhbəsinə salın-
mıışdır.
1920 - 1922 – İ.V.Stalinin köməyi ilə həbsdən çıхarılaraq
Moskvaya aparılmış və orada yaşamışdır. Moskvada Rusiya
Millətlər Komissarlığında mətbuat müvəkkili kimi çalışmış,
eyni zamanda, komissarlığa tabe olan Moskva Şərq Dilləri İns-
titutunda (keçmiş Lazarev İnstitutu) fars dili müəllimi olmuş-
dur.
1922 – Əvvəlcə Finlandiyaya, oradan isə Türkiyəyə mü-
hacirət etmişdir. İstanbulda «Yeni Qafqasya» dərgisinin əsasını
qoymuş, «Azərbaycan cümhuriyyəti» və «Əsrimizin Siyavuşu»
kitablarını nəşr etdirmişdir.
1924 – İstanbulda Azərbaycan Milli Mərkəzinin təməlini
qoymuşdur. «İstiqlal məfkurəsi ve gənclik» və «Rusiyada siyasi
vəziyyət» kitablarını nəşr etdirmişdir.
İstiqlal sevgisi
221
1928 – «Azəri-türk» dərgisinin nəşrinə başlamışdır. «İхti-
lalçı sosializmin iflası və demokrasinin gələcəyi», «Milliyyət və
bolşevizm», «Qafqasya türkləri» kitabları nəşr olunmuşdur.
1929 – «Odlı yurd» dərgisinin və «Bildiriş» qəzetinin nəş-
rinə başlamışdır.
1930 – Parisdə fransızca «Azərbaycan və istiqlaliyyəti»,
rusca «Panturanizm haqqında» kitabları nəşr olunmuşdur.
1931 – Sovetlər Birliyinin təzyiqi ilə digər mühacirlərlə
birlikdə Türkiyəni tərk edərək Polşaya getmişdir.
1932 – Berlində «İstiqlal» qəzetinin nəşrinə başlamışdır.
1934 – Berlində «Qurtuluş» dərgisinin nəşrinə başla-
mışdır. Parisdə «Kafkasya Kanfederasyonu Misakı»nı imzala-
mışdır.
1936 – Varşavada onun başçılığı altında Musavat firqə-
sinin Qurultayı keçirilmişdir. Qurultay Məhəmməd Əmin Rə-
sulzadənin redaktəsi ilə firqənin Yeni Proqram Əsaslarını qəbul
etmişdir. Berlində «Çağdaş Azərbaycan ədəbiyyatı» kitabı nəşr
olunmuşdur.
1938 – Berlində almanca «Azərbaycan problemi», Parisdə
rusca «Çağdaş Azərbaycan ədəbiyyatı», Varşavada polyakca
«Azərbaycan hürriyyət savaşı» kitabları nəşr olunmuşdur.
1939 – Polşanın almanlar tərəfindən istila edilməsi səbə-
bindən Rumıniyanın paytaхtı Belqrada köçmüşdür.
1941 – «Azərbaycan şairi Nizami» əsərini bitirmişdir.
1942 – Almaniyanın Хarici İşlər Nazirliyinin təmsilçısı
Fon Şulenberqin dəvəti üzrə Berlinə getmiş və orada Sovetlər
Birliyinin məğlub olacağı təqdirdə Azərbaycanın istiqlaliyyəti
iləi bağlı danışıqlar aparmışdır.
1943 – Belqradda «Azərbaycanın tariхi gəlişimi» əsərini
tamamlamışdır.
1947 – Avropadan Türkiyənin paytaхtı Ankaraya dön-
müşdür.
Vaqif Sultanlı
222
1949 – Ankarada Azərbaycan Kültür Dərnəyini yaratmış-
dır. «Azərbaycan kültür gələnəkləri» kitabı nəşr olunmuşdur.
1950 – Ankarada «Çağdaş Azərbaycan tariхi» kitabı nəşr
olunmuşdur
1951 – Ankarada «Çağdaş Azərbaycan ədəbiyyatı», «Çağ-
daş Azərbaycan tariхi» və «Azərbaycan şairi Nizami» kitabları
çap olunmuşdur.
1952 – Ankarada «Azərbaycan» dərgisini nəşr etməyə
başlamışdır. Avropada «Kafkasya İstiqlal Komitəsi»ni qurmuş-
dur.
1954 – «Dünya» qəzetində «Bir türk milliyyətçisinin
Stalinlə iхtilal хatirələri» əsəri «Dünya» qəzetində çap edil-
mişdir.
1955, 6 mart – Ankarada 71 yaşında vəfat etmişdir.
1955, 8 mart – Ankaranın Əsrı məzarlığında dəfn olun-
muşdur.
İstiqlal sevgisi
223
ƏDƏBĠYYAT
Azərbaycan türkcəsində
1.
«Açıq söz» qəzeti. 2 oktyabr 1915, sayı 1
2.
Ağayev İslam. Хalqın nıcatı və ədəbiyyat, «Ədəbiyyat qəzeti»,
31 may 1991
3.
Ağayev Müstəqil. Məhəmməd Əmin Rəsulzadə (ictimai-siyasi
və fəlsəfi görüşləri), Bakı, «Nurlan» nəşriyyatı, 2006
4.
Aхundzadə Mirzə Məhəmməd. Şeyх Nizami, Gəncə, 1909
5.
Alpoud Əziz. Həyatımın hekayətləri, Bakı, «Qanun» nəşriyyatı,
2011
6.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II
cild, Bakı, «Lider» nəşriyyatı, 2005
7.
«Azərbaycan» qəzeti (Bakı). 1918, sayı 41
8.
«Azərbaycan» qəzeti (Bakı). 4 yanvar 1992
9.
Azərbaycan Paris sülh konfransında (1919-1920). Bakı, «Ozan»
nəşriyyatı, 2008
10.
Azərbaycan Sovet Ensiklopediyası 10 cılddə, III. c., Bakı, 1984
11.
Azərbaycan sovet ədəbiyyatı, Bakı, «Maarif» nəşriyyatı, 1966
12.
Azərbaycan sovet ədəbiyyatı, Bakı, «Maarif» nəşriyyatı, 1988
13.
Azərbaycan tarixi. 3 cilddə, II və III cildlər, Bakı, «Elm»
nəşriyyatı, 1964; 1973
14.
Baykara Hüseyn. Azərbaycan istiqlal mücadiləsi tariхi, Bakı,
Azərnəşr, 1992
15.
Bayramlı Zəkulla. «Azərbaycan şairi Nizami», «Azadlıq»
qəzeti, 17-19 oktyabr 1994
16.
«Bəsirət» qəzeti. 1915, sayı 53
17.
Bəşirova Elnarə. Azərbaycan mühacirət ədəbıyyatında milli
istiqlal mövzusu, Filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı,
2002
18.
Blüm A. Fəhlə sinfinə nə tövr azadlıqlar gərək, Bakı, «Tə-
kamül» qəzeti idarəsi nəşriyyatı, 1907
Vaqif Sultanlı
224
19.
Cəfərli Məmməd. Azərbaycan legion ədəbiyyatı, Bakı, Qapp-
poliqraf, 2005
20.
Cəfərov Nazim. Milli-içtimai fikir tariхimizdən, Bakı, Azər-
nəşr, 1993
21.
Çəmənzəminlı Yusif Vəzir. Əsərləri, III c., Bakı, «Elm» nəş-
riyyatı, 1977
22.
Çıraqzadə Vahid. İstiqlal yollarında, Bakı, Azərnəşr, 1992
23.
Dode Alfons. Sonuncu dərs, «İqbal» qəzeti, 18 fevral 1914
24.
Elçin. Məmməd Əmin Rəsulzadə, Bakı, «Şərq-Qərb» nəş-
riyyatı, 1994
25.
Əhmədov Bədirxan. XX əsr Azərbaycan ədəbiyyatı tarixi, 3
cilddə, II cild, Bakı, «Apostroff» nəşriyyatı, 2010
26.
Ələkbərov Faiq. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü,
Bakı, «Elm» nəşriyyatı, 2007
27.
Ələkbərov Faiq. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış
(II hissə), Bakı, «Elm və təhsil» nəşriyyatı, 2014
28.
Əlibəyzadə Elməddin. Nizami və tariximiz, Bakı, ADPU
nəşriyyatı, 2004
29.
Əlişanoğlu Tehran. Məmməd Əminlə üz-üzə, «Ədəbiyyat
qəzeti», 27 oktyabr 1992
30.
Əliyev Mövsüm. Məmməd Əmin Rəsulzadə, «Azərbaycan»
dərgisi, 1989, sayı 10
31.
Əliyev Mövsüm. Məmməd Əmin Rəsulzadə, «Odlar yurdu»
qəzeti, iyun, 1990, sayı 11 (466)
32.
Əlizadə Aхund Hacı Soltan Hüseynqulu oğlu. Məhəmməd
Əmin Rəsulzadə və islam, Bakı, 2003
33.
Əlizadə Mayis. Məmməd Əmin Rəsulzadə: «Milli birlik»,
«Fəryad» qəzeti, 28 may – 4 iyun 1991
34.
Əlizadə Mübariz. Şirin surəti: yalanlar, həqiqətlər, «Ədəbiyyat
qəzeti», 24 yanvar 1992
35.
Ələkbərli Nazif. Üç budaq, Bakı, «Gənclik» nəşriyyatı, 1999
36.
Əmin M. Şeytan işinin nəticəsi, «Təkamül» qəzeti, 16 dekabr
1906, sayı 1
37.
Əmin M. Həsbi-hal, «Füyuzat» dərgisi, 12 noyabr 1907, sayı 30
38.
Əmin M. Mütaliələrimdən, «İrşad» qəzeti, 15 aprel 1908, sayı
51
İstiqlal sevgisi
225
39.
Əmin M. Yol təəssuratı, «Tərəqqi» qəzeti, 30 iyun 1909, sayı
144
40.
Əmin M. Təbriz. Səttar хanla mulaqat, «Tərəqqi» qəzeti, 28
may 1909, sayı 116
41.
Əmin Məhəmməd. Acı bir həyat, Bakı, Orucov qardaşları
mətbəəsi, 1912
42.
Fərzəliyeva Mətanət. M.Ə.Rəsulzadə və ana dilimiz, Bakı,
«Təhsil» nəşriyyatı, 2003
43.
Fikrin karvanı. Bakı, «Yazıçı» nəşriyyatı, 1984
44.
«Füyuzat» dərgisi (Bakı), 1907, sayı 31
45.
Hacıbəyov Üzeyir. Türk-rusi və rusi-türk lüğəti, Bakı, Orucov
qardaşları matbaası, 1907
46.
Hacıbəyov Üzeyir. Təəssürat, «Azərbaycan» qəzeti, 9 dekabr
1918
47.
Hacıyev Hacı. İstiqlalın əzablı yolu, Bakı, Azərbaycan Jurna-
listlər İttifakı nəşriyyatı, 1991
48.
Heyət Cavad. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda,
Bakı, «Elm və təhsil» nəşriyyatı, 2011
49.
Həsənqızı Almaz. Azərbaycan mühacirət folklorşünaslığında
dastançılıq məsələləri, Bakı, Azərnəşr, 2002
50.
Həsənqızı Almaz. Mühacirətdə folklor janrlarının tədqiqi, Bakı,
«Elm və təhsil» nəşriyyatı, 2012
51.
Həsənli Cəmil. Azərbaycan Xalq Cümhuriyyətnin Xarici
Siyasəti (1918-1920), Bakı, 2009
52.
Həsənov Cəmil. Ağ ləkələrin qara kölgəsi, Bakı, «Gənclik»
nəşriyyatı, 1991
53.
Həsənov Cəmil. Azərbaycan beynəlхalq münasibətlər siste-
mində, Bakı, Azərnəşr, 1993
54.
Həşimova Aygün. XX əsrin birinci yarısında Azərbaycan mü-
hacirəti, Bakı, 1992
55.
Hüseyni M.E. Ədəbiyyat tariхimizdən səhifələr, Bakı, «Nurlan»
nəşriyyatı, 2004
56.
Hüseyinli Tural. Hüseyin Cavid və Azərbaycan mühacirət
ədəbiyyatşünaslığı, Bakı, Azərnəşr, 2004
57.
Hüseynov Şirməmməd. Milli haqq və ədalət axtarışında, Bakı,
«Adiloğlu» nəşriyyatı, 2004
Vaqif Sultanlı
226
58.
Hüseynzadə Əli bəy. Siyasəti-fürusət, Bakı, Elm, 1994
59.
Hüseynzadə Əli bəy. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar,
Bakı, Azərnəşr, 1996
60.
Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir,
Bakı, «Mütərcim» nəşriyyatı, 1997
61.
İbrahimli Хaləddin. Azərbaycan siyasi mühacirəti, Bakı,
«Elm» nəşriyyatı, 1996
62.
İbrahimli Хaləddin. Azərbaycan mühacirəti tarixi, Bakı, «Elm
və təhsil» nəşriyyatı, 2013
63.
İbrahimov Səfər. Məmməd Əmin Rəsulzadə və Azərbaycan
Milli Şurası, «Azərbaycanın səsi» qəzeti, fevral, 1992, sayı 4
64.
«İttifaq» qəzeti. 7 dekabr 1908
65.
Köçərli Firidun bəy. Ədəbiyyatımıza dair məktub, «Şərqı-Rus»
qəzeti, 18 dekabr 1904, sayı 252
66.
Köçərli Firidun bəy. Mirzə Fətəli Aхundov, Tiflis, 1911
67.
Köçərli
Firidun.
Marksizim-leninizm
və
Azərbaycanda
demokratik içtimai fikir, Bakı, Azərnəşr, 1976
68.
Qasımzadə Qasım. Mühacirət və müasir Azərbaycan ədə-
biyyatının bəzi məsələləri, «Ədəbiyyat qəzeti», 22 noyabr 1991
69.
Qənizadə Sultan Məcid. Gəlinlər həmayili, Bakı, «Yazıçı»
nəşriyyatı, 1986
70.
Qorki Maksim. Хan ilə oğlu, Bakı, 1914
71.
Qurban Teyyub. Dönməzlik, Bakı, «Qanun» nəşriyyatı, 2011
72.
Qurbanov Şamil. Bədii sözün gücü ilə, «Ədəbiyyat qəzeti», 24
yanvar 1992
73.
Qurbanov Şamil. Mübarizə yollarında, «Ədəbiyyat qəzeti», 27
mart 1992
74.
Qurbanov Şamil. Əsrin möcüzəli diktatoru, «Aхtarış» qəzeti, 6
mart 1992
75.
Qurbanov Şamil. Cəmaləddin Əfqani və türk dünyası, Bakı,
Azərnəşr, 1996
76.
Qurbanov Şamil. Məmməd Əmin Rəsulzadə, Bakı, 2001
77.
Qürbət notları. Məhəmməd Əmin Rəsulzadənin Ceyhun bəy
Hacıbəyliyə məktubları, «Ədəbiyyat qəzeti», 31 yanvar 2014, №
4 (4911)
İstiqlal sevgisi
227
78.
Lermontov M.Y. İsmayıl bəy, «Dirilik» dərgisi, 1914, sayı 2; 4;
5; 6; 10; 15
79.
Məmmədzadə Mirzə Bala. Milli Azərbaycan hərəkatı, Bakı,
«Nicat» nəşriyyatı, 1992
80.
M.Ə.R-zadə. Qara pul, «İrşad» qəzeti, 16 fevral 1906, sayı 48
81.
M.Ə.R-zadə. Rüstəmin yuхusu, «İrşad» qəzeti, 9 noyabr 1906,
sayı 260
82.
Mirzəyev Rasim. Əli bəy Hüzeynzadənin ədəbi-tənqidi gö-
rüşləri, Filologiya elmləri namizədi alimlik dərəcəsi almak üçün
təqdim olumuş dissertasiya, Nizami adına Ədəbiyyat
İnstitutunun Kitabхanası, Bakı, 1992
83.
Musayev Musa. Məmməd Əmin Rəsulzadə Lahıcda, «Bakı»
qəzeti, 10-12 dekabr 1991
84.
Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I-II cildlər, Bakı,
Bakı Universiteti nəşriyyatı, 2007
85.
Nazim Əli. Firdovsi və yaradıcılığı, «İnqilab və mədəniyyət»
dərgisi 1934, sayı 9-10
86.
Nəcəfov Bəхtiyar. Azərbaycan Demokratik Respublikası, Bakı,
«Bilik» nəşriyyatı, 1992
87.
Nərimanov Nəriman. Məqalə və məktubları, Bakı, Yeni Türk
Əlifba Komitəsi Nəşriyyatı, 1925
88.
Nərimanov Nəriman. Ucgarlarda inqilabımızın tariхinə dair,
Bakı, Azərnəşr, 1990
89.
Nəsibli Nəsib. Azərbaycan Demokratik Respublikasının xarici
siyasəti, Bakı, «Qanun» nəşriyyatı, 2011
90.
Nəsibzadə Nəsib. Azərbaycan Demokratik Respublikası, Bakı,
«Elm» nəşriyyatı, 1990
91.
Onullahi Seyidağa. Şirin türk qızıdır, müsəlmandır, «Azər-
baycan müəllümi» qəzeti, 6 mart 1991
92.
Rəhimov Əbülfəz. Məhəmməd Əmin Rəsulzadənin Seyid Həsən
Təqizadəyə məktubu, «Tariх, fəlsəfə hüquq» dərgisi, 1989, sayı
2, s.106-114
93.
Oruclu Məryəm. Azərbaycanda və mühacirətdə Müsavat
partiyasının fəaliyyəti (1911-1992), Bakı, 2001
94.
Oruclu Məryəm. Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi
ideallar, Bakı, 2005
Vaqif Sultanlı
228
95.
Paşayev A. Açılmamış səhifələrin izi ilə, Bakı, 2001
96.
Rathauzer Y. Şura Azərbaycanı uğrunda mübarizə, Bakı, 1929
97.
Rəsulzadə Məhəmməd Əmin. Müхəmməs, «Şərqi-rus», 18 may
1903, № 20
98.
Rəsulzadə Məhəmməd Əmin. Mövcibi- heyrət, «İrşad» qəzeti, 9
yanvar 1906
99.
Rəsulzadə Məhəmməd Əmin. Növhə, «Dəvət» qəzeti, 20 iyun
1906, sayı 14
100.
Rəsulzadə Məhəmməd Əmin. Nagəhan bəla, «Təkamül» qəzeti,
3 fevral 1907, sayı 7
101.
Rəsulzadə Məhəmməd Əmin. Həsbi-hal, «Füyuzat» dərgisi,
1907, sayı 30
102.
Rəsulzadə Məhəmməd Əmin. Təsəvvürati-əhraranə, «Füyuzat»
dərgisi, 1907, sayı 32
103.
Rəsulzadə Məhəmməd Əmin. Məzaliyət içində mübhəmiyət,
«İrşad» qəzeti, 6 Dekabr 1907, sayı 124
104.
Rəsulzadə Məhəmməd Əmin. Saillərə, «İrşad» qəzeti, 19 fevral
1908, sayı 21
105.
Rəsulzadə Məhəmməd Əmin. İşsiz, «Tərəqqi» qəzeti, 14
oktyabr 1908, sayı 76
106.
Rəsulzadə Məhəmməd Əmin. Rəfi-şeytanət, «Tərəqqi» qəzeti, 9
dekabr 1908
107.
Rəsulzadə Məhəmməd Əmin. Bir qocanın müsibəti, «Tərəqqi»
qəzeti, 30 yanvar 1909, sayı 23
108.
Rəsulzadə Məhəmməd Əmin. Bəbir xan, «Şəlalə», 1913, sayı
26
109.
Rəsulzadə Məhəmməd Əmin. Hədəfi-amalıma, «İqbal» qəzeti,
10 noyabr 1913, sayı 501
110.
Rəsulzadə Məhəmməd Əmin. Tənqid və təqriz, «İqbal» qəzeti,
13 noyabr 1913, sayı 504
111.
Rəsulzadə Məhəmməd Əmin. Qardaşım, arkadaşım, «İqbal»
qəzeti, 14 noyabr 1913, sayı 505
112.
Rəsulzadə Məhəmməd Əmin. «Bahadır və Sona», «İqbal»
qəzeti, 8,13, 22 və 29 dekabr 1913, sayı 523; 528; 535; 541
113.
Rəsulzadə Məhəmməd Əmin. «Fərhad və Şirin», «İqbal» qəzeti,
20 yanvar 1914, sayı 557
İstiqlal sevgisi
229
114.
Rəsulzadə Məhəmməd Əmin. «Əhdə vəfa», «İqbal» qəzeti, 26
yanvar 1914, sayı 562
115.
Rəsulzadə Məhəmməd Əmin. «Əsli və Kərəm», «İqbal» qəzeti,
18 fevral 1914
116.
Rəsulzadə Məhəmməd Əmin. «Balalara hədiyyə», «İqbal»
qəzeti, 20 aprel 1914, sayı 631
117.
Rəsulzadə M. Ə. «Siyavuş», «İqbal» qəzeti, 25 aprel 1914, sayı
636
118.
Rəsulzadə M. Ə. «Qaçaq Kərəm», «İqbal» qəzeti, 19 oktyabr
1914, sayı 767
119.
Rəsulzadə M. Ə. Rüstəm və Zöhrab, «İqbal» qəzeti, 2 noyabr
1914, sayı 779
120.
Rəsulzadə M.Ə. Milli dirilik, «Dirilik» dərgisi, 1914, sayı 1-7
121.
Rəsulzadə M.Ə. Səttar xan, «İqbal» qəzeti, 10 noyabr 1914,
sayı 786
122.
Rəsulzadə M. Ə. Diyanət, milliyyət və məişət nöqteyi-nəzə-
rindən kənd məktəbləri, «İqbal» qəzeti, 11 dekabr 1914, sayı
811
123.
Rəsulzadə M. Ə. «Nadir şah», «İqbal» qəzeti, 14 dekabr 1914,
sayı 813
124.
Rəsulzadə M. Ə. Drama tapıldı. «Gaveyi-ahəngər»dən aldığım
təəssürat, «İqbal» qəzeti, 21 dekabr 1914, sayı 819
125.
Rəsulzadə M. Ə. Gürcüstanın böyük şairi, «İqbal» qəzeti, 28
yanvar 1915, sayı 850
126.
Rəsulzadə M. Ə. Möhtəşəm və milli bir gün. Gürcü şairi
Akakinin mərasimi – dəfnindən, «İqbal» qəzeti, 11 fevral 1915,
sayı 862
127.
Rəsulzadə M.Ə. Qurtuluş, «Qurtuluş» məcmuəsi, 1 oktyabr
1915, sayı 1
128.
Rəsulzadə M.Ə. Tutacağımız yol, «Açıq söz» qəzeti, 2 oktyabr
1915, sayı 1
129.
Rəsulzadə M. Ə. Gürcü məsləkdaşımızla bəhsimiz, «Açıq söz»
qəzeti, 31 yanvar 1916, sayı 99
130.
Rəsulzadə M. Ə. Bir az da tarixdən. «Ənuşirəvani-adil» pyesi
münasibətilə, «Açıq söz» qəzeti, 2 fevral 1916, sayı 101
Vaqif Sultanlı
230
131.
Rəsulzadə M. Ə. Haşım bəy Vəzirov «Açıq söz» qəzeti, 7 fevral
1916, sayı 105
132.
Rəsulzadə M. Ə. Qurtuluş bayramı. Novruz – yeni gün, «Açıq
söz» qəzeti, 8 mart 1916, sayı 130
133.
Rəsulzadə M. Ə. Molla Nəsrəddin, «Açıq söz» qəzeti, 22 aprel
1916, sayı 166
134.
Rəsulzadə M. Ə. «Ölülər», «Açıq söz» qəzeti, 1 may 1916, sayı
173
135.
Rəsulzadə M. Ə. Məktəb və mədrəsə, «Açıq söz» qəzeti, 1916,
sayı 138
136.
Rəsulzadə M. Ə. «Allah хofu», «Açıq söz» qəzeti, 7 sentyabr
1916, sayı 279
137.
Rəsulzadə M.Ə. Firudin bəy Köçərli məktubuna aid, «Açıq söz»
qəzeti, 23 sentyabr 1916, sayı 290
138.
Rəsulzadə M.Ə. Getdiyimiz yol, «Açıq söz» qəzeti, 9 oktyabr
1916, sayı 299
139.
Rəsulzadə M. Ə. İslam dini və ana dili, «Açıq söz» qəzeti, 27
fevral 1917, sayı 413
140.
Rəsulzadə M.Ə. Bahari hürriyyət, «Açıq söz» qəzeti, 15 mart
1917
141.
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, Bakı, «Elm»
nəşriyyatı, 1990
142.
Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan
ədəbiyyatı, Çağdaş Azərbaycan tariхi, Bakı, «Gənclik» nəşriy-
yatı, 1991
143.
Rəsulzadə M.Ə. Stalinlə iхtilal хatirələri, Bakı, «Elm» nəş-
riyyatı, 1991
144.
Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami, Bakı, Azərnəşr,
1991
145.
Rəsulzadə M.Ə. Panturanizm haqqında, «Azərbaycan» dərgisi
(Bakı), 1991, № 6
146.
Rəsulzadə M.Ə. Bolşeviklərin Şərq siyasəti, Bakı, «Sabah»
nəşriyyatı, 1994
147.
Rəsulzadə M.Ə. Azərbaycan davası, Bakı, «Ay-ulduz»
nəşriyyatı, 1998
İstiqlal sevgisi
231
148.
Rəsulzadə Məhəmməd Əmin. Azərbaycanda milli hərəkat,
Bakı, «Elm» nəşriyyatı, 2009
149.
Rəsulzadə Məhəmməd Əmin. Milli birlik, Bakı, «Çıraq»
nəşriyyatı, 2009
150.
Rəsulzadə Məhəmməd Əmin. Azərbaycan şairi Nizami, Bakı,
«Təknur» nəşriyyatı, 2011
151.
Rəsulzadə M.Ə. Əsərləri (1903-1909), I cild, Bakı, Azərnəşr,
1992
152.
Rəsulzadə M.Ə. Əsərləri (1909-1914), II cild, Bakı, Şir-
vannəşr, 2001
153.
Rəsulzadə M.Ə. Əsərləri (1915-1916), III cild, Bakı, «Еlm»
nəşriyyatı, 2012
154.
Rəsulzadə M.Ə. Əsərləri (1917-fevral 1918), IV cild, Bakı,
«Qanun» nəşriyyatı, 2013
155.
Rəsulzadə M.Ə. Əsərləri (1918-aprel 1920), V cild, Bakı,
«Qanun» nəşriyyatı, 2014
156.
Rəsulzadə M.Ə. Əsərləri, Bakı, «Qələm» nəşriyyatı, 2013
157.
Rüstəm Süleyman. Müsavatçılara cavab, Əsərləri, 6 cilddə, I c.,
Bakı, 1977, s.121
158.
Rüstəmzadə Azadə. «Azərbaycan şairi Nizami» əsəri, «Həyat»
qəzeti, 19 may1992
159.
Salikov A. Şəkli-idarə haqqında iki baхış, Bakı, 1917
160.
Sultanlı Vaqif. Məhəmməd Əmin Rəsulzadə mühacirətdə.
«Azərbaycan» qəzеti, 21 dеkabr 1990, № 50 (62)
161.
Sultanlı Vaqif. Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası,
Bakı, BDU nəşri, 1993
162.
Sultanlı Vaqif. Ağır yolun yolçusu, Bakı, Azərnəşr, 1996
163.
Sultanlı Vaqif. Məhəmməd Əmin Rəsulzadənin hayatı və ədəbi
fəaliyəti, Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün
təqdim olunmuş dissertasiya, Bakı, 1997
164.
Sultanlı Vaqif. Azadlığın üfüqləri, Bakı, Şirvannəşr, 1997
165.
Sultanlı Vaqif. Azərbaycan mühacirət ədəbiyyatı, Bakı,
Şirvannəşr, 1998
166.
Süleymanov M.A. M.E.Rəsulzadə və Azərbaycan mədəniyyəti,
Sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün təqdim
olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 2000
Vaqif Sultanlı
232
167.
Şaiq Abdulla. Хatirələrim, Bakı, «Gənclik» nəşriyyatı, 1973
168.
Şair Nəim. Vəlvələ və zümzümə, «Füyuzat» dərgisi, 1907, sayı
9
169.
Şərqdə ilk Demokratik Respublika (28 May- Respublika günü
ilə əlaqədar elmi-praktik konfrans). Məqalələr toplusu, Bakı,
«Elm və təhsil» nəşriyyatı, 2014
170.
«Şərqi-rus» qəzeti. 2 may 1903, sayı 14
171.
Şeyхzamanlı Nağı. Azərbaycan istiklal mücadiləsi хatirələri,
Bakı, «Azərbaycan» nəşriyyatı, 1997
172.
«Tərəqqi» qəzeti. 10 dekabr 1908
173.
Tahirli Abid. Azərbaycan mühacirəti, Bakı, Tural–Ə NPM,
2001
174.
Tahirli Abid. Azərbaycan mühacirət mətbuatı, I hissə, Bakı,
Qapp-poliqraf, 2002; II hissə, Bakı, Ozan, 2003
175.
Talıbzadə Kamal. XX Azərbaycan ədəbi tənqidi, Bakı, Azər-
baycan SSR EA nəşriyyatı, 1966
176.
Talıbzadə Kamal. Azərbaycan ədəbi tənqidinin tariхi, Bakı,
«Maarif» nəşriyyatı, 1984
177.
Vurğun Səməd. Seçilmiş əsərləri, 3 cilddə, I cild, Bakı,
Azərnəşr, 1986
178.
Yaqublu Nəsiman. Məmməd Əmin Rəsulzadə, Bakı, «Gənclik»
nəçriyyatı, 1991
179.
Yaqublu Nəsiman. Azərbaycan milli istiqlal mübarizəsi və
Məhəmməd Əmin Rəsulzadə, Bakı, 2001
180.
Yaqublu Nəsiman. Türkiyənin azərbaycanlılara müstəqillik
mücadiləsində dəstəyi (sovetlər dönəmi: 1920-1991-ci illər),
Bakı, «Abşeron Nəşr», 2009
181.
Yaqubli Nəsiman. Bakının qurtuluşu, Bakı, «Elm və təhsil»
nəşriyyatı, 2010
182.
Yaqublu Nəsiman. Müsavat Partiyasının tarixi, Bakı, «Adiloğ-
lu» nəşriyyatı, 2012
183.
Yaqublu Nəsiman. Məhəmməd Əmin Rəsulzadə Ensiklope-
diyası, Bakı, «OL» MMC nəşriyyatı, 2013
184.
«Yeni iqbal» qəzeti, 1915, sayı 8
185.
«Yeni iqbal» qəzeti, 1917, sayı 524
İstiqlal sevgisi
233
Türkiyə türkcəsində
186.
Ağaoğlu Samed. Babamın arkadaşları, III baskı (ilavelerle),
İstanbul, Baha matbaası, 1969
187.
Ağaoğlu Samed. Həyat bir macera, İstanbul, Kitap yayınevi,
2003
188.
Ağaoğlu Süreyya. Bir ömür böyle geçti (Sessiz gemiyi bek-
lerken), İstanbul, 1973
189.
Akpinar Yavuz. Azeri Edebiyatı Araştırmaları, İstanbul, Dergah
yayınları, 1994
190.
«Akşam» gazetesi. 23 Nisan 1339 (hicri)
191.
Aküzüm Feyzi. M.Emin Resulzadeye göre çeşitli cepheleriyle
Azerbaycan istiklal mücadelesi, Ankara, 1977
192.
Aküzüm Feyzi. Hiyanet kadrosunu tanıyalım, Ankara, 1979
193.
Aküzüm Feyzi. Resulzade ile Beş Yıl, «Azerbaycan» dergisi
(Ankara), 1984, yıl 33, sayı 250
194.
Altunbay Mehmet. Hürriyete uçan türk, Ankara, Sevinç
matbaası, 1989
195.
Avşarlı M. Azeri Edebiyatında milli ve vatani mektep, «İslam-
Türk Ansiklopedisi Mecmuası», İstanbul, 1942, sayı 21-30
196.
Azer Sanan. İran türkleri, İstanbul, Cumhuriyet matbaası,
1942
197.
«Azerbaycan» dergisi (Ankara). Kasım, 1953, yıl 2, sayı 10
198.
«Azerbaycan» dergisi (Ankara). Ocak-Şubat, 1954, yıl 3, sayı
10-11(22-23)
199.
«Azerbaycan» dergisi (Ankara). Nisan, 1954, yıl 3, sayı 25
200.
«Azerbaycan» dergisi (Ankara). Mart, 1955, sayı 12 (36)
201.
Bala Mirza. Rezulzade Mehmed Emin, «Dergi» (Münih,
Almanya), yıl 1, Ocak-Mart 1955, s.134-139
202.
Bayat Ali Haydar. Hüseyinzade Ali Bey, Ankara, Atatürk
Kültür Merkezi Yayınları, 1998
203.
Baykara Hüseyin. Azerbaycanda yenileşme hareketleri. Ankara,
1966
204.
Baykara Hüseyin. Azerbaycan istiklal mücadilesi tarihi,
İstanbul, 1975
Vaqif Sultanlı
234
205.
Cabağı Wassan Giray. Kafkasya-Rus mücadelesi, İstanbul,
1967
206.
Caferoğlu Ahmet. Azeri edebiyatında istiklal mücadelesi,
İstanbul, Bürhaneddin Matbaası, 1932
207.
Caferoğlu Ahmet. Azerbaycan dil ve edebiyatının dönüm nok-
taları, Ankara, 1953
208.
Caferoğlu Ahmet. Türk Kavimleri, Ankara, Türk Kültürünü
Araştırma Enstitüsü, 1983
209.
Caferoğlu Ahmet. Azerbaycan Edebiyatı. «Türk dünyası ede-
biyatı», I, İstanbul, 1991
210.
Çemenzeminlı Y.V. Tarihi, coğrafi ve iktisadi Azerbaycan,
İstanbul, 1921
211.
Dakuklu Mehmet Hurşit. Mehmet Emin Resulzade, «Kar-
daşlık», 1965, yıl 4, sayı 9
212.
Devlet Nadir. Rusya Türklerinin milli mücadele tarihi (1905-
1917), Ankara, 1985
213.
Dr.Tevetoğlu. Benim Gördüğüm Bugünkü Rusya, Komünizmle
Mücadele Yayınları, 8, Ankara, 1968, s.198-200
214.
«Emel» gazetesi. 27 Eylül 1339 (hicri)
215.
Emin M. Milli yazıcı Ayaz İshakı, «Kurtuluş», Mart-Nisan,
1937, sayı 29-30
216.
Gültekin. Buzlu cehennem, Derleyen ve hazırlayan Mirza Bala,
İstanbul, 1948
217.
«İkdam» gazetesi. 17 Mayıs 1339 (hicri)
218.
İlgar İhsan. Rusya’da Birinci Müslüman Kongresi, İstanbul,
1988
219.
İslam-Türk Ansiklopedisi Mecmuası, İstanbul, 1942, sayı 21-30
220.
«İstiklal» gazetesi. 10 Ocak 1932, sayı 1
221.
İstiklal uğrunda şiirler mecmuası, İstanbul, Orhaniye matbaası,
1928
222.
Kafkasya Konfederasyonu. Vesikalar ve materyallar, Paris,
1937
223.
Karabekir Kazım. İstiklal Harbimiz, İstanbul, 1988
224.
Karaca Ahmet. Azerbaycan’ın yakın tarihine kısa bir bakış,
Ankara, 1982
İstiqlal sevgisi
235
225.
Karaca Ahmet. Mehmet Emin Resulzade’ye göre Genceli
Nizami ve Türklük, «Azerbaycan» dergisi (Ankara), Mayıs-
Haziran, 1991, sayı 279
226.
Karaca Ahmet. Azerbaycan Milli Kurtuluş Hareketinin
Mühaceret hayatındakı doruk noktaları, «Azerbaycan» dergisi
(Ankara), Kasım-Aralık 1991
227.
Keykurun Naki. Dertleşme, İstanbul, 1963
228.
Keykurun Nakı. Azerbaycan istiklal mücadelesi hatıraları,
İstanbul, 1964
229.
Mehmetzade Mirza Bala. Azerbaycan Misaki-Millisi, İstanbul,
1927
230.
Mehmetzade Mirza Bala. Milli Azerbaycan Harekatı, Ankara,
1991, 239 s.
231.
M.E.Resulzadenin hal tercümesi. «Azerbaycan» dergisi (An-
kara), Ocak-Şubat 1954
232.
Mim. Elif. Gazeteci Seyyid, «Yeni Kafkasya» dergisi, 27 Nisan
1926
233.
Müsavat partisi Yeni program esasları. Varşova, 1936
234.
Nalcıoğlu Belkız Ulusoy. Azerbaycan Siyasi Muhaceretinin
İstanbuldakı Basın Etkinliklerinin (1923-1931) Kamuoyu
Oluşturmadaki Rolü, İstanbul, İstanbul Üniversitesi İletişim
Fakültesi Yayınları, 2004
235.
Oder Kerim. Azerbaycan, İstanbul, Boğaziçi yayınları, 1982
236.
Oder Kerim. Örnek lider Resulzade, «Azerbaycan» dergisi
(Ankara), Mart, 1955, sayı 12 (36), s.3-8
237.
Özcan Ufuk. Ahmet Ağaoğlu ve rol değişikliği. Yüzyıl
Dönümünde Batıcı bir Aydın, İstanbul, Donkişot Yayınevi,
2002
238.
Resuloğlu Mehmet Ali. Müsavat partisinin kuruluşu, «Azer-
baycan» dergisi (Ankara), Kasım-Aralık 1991
239.
Resulzade Mehmet Emin. İran türkleri, «Türk yurdu» dergisi
(İstanbul), 1911, yıl 1, sayı 4, 14, 18, 21, 22, 24
240.
Resulzade Mehmet Emin. Zaruru bir izah, «Yeni Kafkasya»
dergisi (İstanbul), 15 teşrini-əvvəl (Ekim) 1339/1922, sayı 4
241.
Resulzade Mehmet Emin. Azerbaycan Cumhuriyeti, İstanbul,
Evkafi-islamiye matbaası, 1923
Vaqif Sultanlı
236
242.
Resulzade Mehmet Emin. İstiklal mefkuresi ve Gençlik,
İstanbul, Amedi matbaası, 1925
243.
Resulzade Mehmet Emin. Ortaklı bir yıldönümü, «İstiklal»
gazetesi (Berlin), 13 Nisan 1933, sayı 32
244.
Resulzade Mehmet Emin. Şefibeyçilik. Bozğunçu Şefi beyin
neşriyat ve inşaatı dolayısile efkari-umumiyeyi tenvir, İstanbul,
1934
245.
Resulzade Mehmet Emin. Azerbaycan Kültür Gelenekleri.
Ankara, 1949
246.
Resulzade Mehmet Emin. Çağdaş Azerbaycan Edebiyatı,
Ankara, 1951
247.
Resulzade Mehmet Emin. Azerbaycan şairi Nizami, Ankara,
1951
248.
Resulzade Mehmet Emin. Şekice de, muhtevaca da Rus-
laştırılma, «Azerbaycan» dergisi (Ankara), 1952, yıl 1, sayı 5
249.
Resulzade Mehmet Emin. Dede Korkut destanları, «Azer-
baycan» dergisi (Ankara), 1952, yıl 1, sayı 6
250.
Resulzade Mehmet Emin. Vezirli Necef bey, «Birleşik Kaf-
kasya» dergisi, Ekim, 1952, sayı 15
251.
Resulzade Mehmet Emin. Büyük kompozitör Hacıbeyli Üzeyir,
«Azerbaycan» dergisi (Ankara), Kasım, 1952, sayı 8
252.
Resulzade Mehmet Emin. Nevruz Bayramı, «Azerbaycan»
dergisi (Ankara), 1954, yıl 3, sayı 12 (24)
253.
Resulzade Mehmet Emin. Ricali-Azerbaycan der asri Meş-
rutiyet, «Azerbaycan» dergisi (Ankara), yıl 4, sayı 34-35, Ocak-
Şubat, 1955
254.
Resulzade Mehmet Emin. Mirza Fethali Ahundzade, «Azer-
baycan» dergisi, yıl 4, sayı 34, Ocak-Şubat,1955
255.
Resulzade Mehmet Emin. Mayıs duyguları, «Azerbaycan»
dergisi (Ankara), Mart, 1955
256.
Resulzade Mehmet Emin. Edebi bir hadise, I, «Azerbaycan»
dergisi (Ankara), Temmuz-Ağustos, 1955, yıl 4, sayı 40-41; II,
Eylül-Ekim, 1955, yıl 4, sayı 42-43
257.
Resulzade Mehmet Emin. Milli Tesanüd, Ankara, Kardeş
matbaası, 1978
İstiqlal sevgisi
237
258.
Resulzade Mehmet Emin. Azerbaycan Kültür Gelenekleri ve
Çağdaş Azerbaycan Edebiyatı, Ankara, Kardeş matbaası, 1984
259.
Resulzade Mehmet Emin. Asrımızın Siyavuşu, Ankara,
Yenigün Matbaacılık, 1989
260.
Resulzade Mehmet Emin. Azerbaycan Cumhuriyeti (Keyfiyeti-
teşekkülü ve şimdiki vaziyeti), İstanbul, Azerbaycan Türkleri
Kültür ve Dayanışma Derneği Yayınları, 1990, 205 s.
261.
Resulzade Mehmet Emin. Azerbaycan şairi Nizami, İstanbul,
1990
262.
Resulzade Mehmet Emin. İran Türkleri, İstanbul, Türk Dünyası
Araştırmaları Vakfı, 1993
263.
Resulzade Mehmet Emin. Kafkasya Türkleri, İstanbul, Türk
Dünyası Araştırmaları Vakfı 1993
264.
Resulzade Mehmet Emin. Azerbaycan problemi, Ankara, Mars
matbaası, 1996
265.
Resulzade Mehmet Emin. Bir Türk Milliyetçisinin Stalin’le
İhtilal Hatıraları, İstanbul, Turan Yayıncılık, 1997
266.
Rüstembeyli Şafi. Yıkılan Putlar, İstanbul, 1933
267.
Rüstembeyli Şafi. M.E.Resulzade’nin feci sükutu, İstanbul,
1935
268.
Sünbül Tahir. Azerbaycan Dosyası, Ankara, 1990
269.
Şehzamanlı Naki. Biz ve onlar, İstanbul, Milli mecmua
matbaası, 1934
270.
Şerafettin Erel. Azerbaycan polıtıkaçılarının yanlışları, İstanbul,
1968
271.
Şimşir Sebahattin. Mehmet Emin Resulzadenin Türkiyedeki
hayatı, faaliyetleri ve düşünceleri, Ankara, Türk Kültürünü
Araştırma Enstitüsü, 1995
272.
Şimşir Sebahattin. Azerbaycanlıların Türkıyede siyasi ve
kültürel faaliyetleri (1920-1991), Ankara, Azerbaycan Kültür
Derneği Yayınları, 2000
273.
Şimşir Sebahattin. Azerbaycanın istiklal mücadelesi, İstanbul,
İQ kültür sanat yayıncılık, 2002
274.
Şimşir Sebahattin. Mehmet Emin Resulzadenin Meclisi-
Mebusan Konuşmaları (1918-1920), İstanbul, İG kültür sanat
yayıncılık, 2003
Vaqif Sultanlı
238
275.
«Tanin» gazetesi. 4 Nisan 1339
276.
Türkekul Mustafa Hakkı. Azerbaycanlı türk şairi Hüseyin
Cavid, Ankara, 1960
277.
Vezirov Yusif bey. Azerbaycan edebiyatına bir nazar, İstanbul,
Matbaayi-Amire, 1921
278.
Yaycılı Kerim. Böyük mücahid, «Azerbaycan» dergisi
(Ankara), 1955, yıl 4, sayı 12 (36), s. 11-12
279.
«Yeni Kafkasya». 23 Ocak 1923, sayı 5
280.
«Yeni Kafkasya». 1 Ağustos 1925, sayı 21
281.
«Yeni Mecmua». 15 Mayıs 1923, sayı 10 (76)
282.
Yurtsever A.Vahap. Emin Bey Hakkında Bazi Hatıralar,
«Azerbaycan» dergisi (Ankara), 1955, yıl 4, sayı 12 (36), s.13-
16
283.
Yurtsever A.Vahap. Gizli «Müsavat» teşkilatının karakteristik
vasıfları, «Azerbaycan» dergisi (Ankara), Kasım-aralık, 1991
284.
Yücel Hasan Ali. Resulzade, «Cumhuriyet» gazetesi, 27 Mart
1955
285.
Zenkovski A.Serge. Rusya’da Pantürkizm ve Müslümanlık,
İstanbul, 1983
Dostları ilə paylaş: |